Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə42/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

981



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Üslubi yük ikiplanlı olur. Atalar sözləri külli miqdarda yumoristik məzmunlu səciyyə daşıyır. 



“Toydan sonra nağara xoş gəldin Bayram ağa”. Qarşılaşdırılan tərəflər bir-birini tamamlasa da, 

burada  xüsusi  isim  kimi  iştirak  edən  Bayram  ağa  məzmunda  qafiyə  xatirinə  işlənir  və  məzmunun 

ahəngini təmin edir. 

b)  “Ağa  Nəzərəm,  belə  gəzərəm,  hər  kəsi  görsəm,  başın  əzərəm”  atalar  sözü  polipredikativ 

cümlədir,  iki  mürəkkəb  cümlədən  təşəkkül  tapmışdır;  bir  tabesiz,  digəri  tabeli  vahid  polipredikativ 

cümlə  kimi  özbaşınalıq  edənlərin  xarakterini  açır.  Yumoristik  planda  işlənir,  xüsusi  ismin  yalnız 

yumoristik rolu aşkar edilir. 

C)  Atalar  sözlərinin  bir  hisəssi  strukturunda  dialoq  şəklində  olub  adların  məzmununa  uyğun, 

ahəngdar istifadə edilir: 

a)  “Adın  nədir?-Rəşid.  –Birin  de,  birin  eşit”.  Bu  atalar  sözündə  Rəşid  xüsusi  ismi  yetkin, 

təmkinli,  həddi-buluğa  çatmış  mənasını  bildirir,  didaktik  səciyyə  ifadə  edir,  adına  uyğun  tərzdə 

hərəkətin icrasına sövq etmək məzmunu ifadə edir. 

b) “Adın nədir?-Daşdəmir. –Yumşalısan, yumşalı”. Bu atalar sözündə də öz növbəsində diadaktik 

səciyyəlidir,  əslində  daş  və  dəmir  birləşməsindən  törəyən  maddi  son  dərəcə  bərklik,  yenilməzlik 

mənası  bildirsə  də,  nəticədə  həyatın  əzəli  qanunları,  maddinin  möhkəmliyinə  baxmayaraq,  onu  da 

yumşaltmaq iqtidarına malik olması ilə səciyyələnir. 

c)  “Adın  nədir?-  Dərviş.-Pul  ilə  aşır  hər  iş”.  Bu  atalar  sözündə  adəti,  üsul-idarəni  tənqid  edən 

atalar  sözündə  Dərviş  xüsusi  ismi  yalnız  qafiyə  xatrinə  işlənmiş  və  məzmunun  rəvanlığını  təmin 

etmişdir. 

d)  Kinayə  məqamında-  “Dədə  görməyib,  deyir,  Şaqqulu  da  bir  dədədir”  atalar  sözü  gülüş 

doğurmaq üçün, ləyaqətsiz, görməmiş adamı ifşa etmək üçün işlənir. 

Dilimizdə  Süleyman  peyğəmbərlə  əlaqədar  dini  məzmun  daşıyan  atalar  sözləri  də  mövcuddur. 

Məsələn: “Süleyman qalmayan dünya sənə də qalmaz”. Burada adı tarixdə sərvət, hakimiyyət, ədalət, 

ülviyyət və s. rəmzi olan Süleyman kimi əzəmətli bir adamın də ölüm qarşısında diz çökdüyünə işarə 

edilir. Didaktik məzmun daşıyır. Var-dövlətinə və ya mövqeyinə arxalanaraq qudurğanlıq edən harın 

adamlara nəsihət vermək məqəsdi ilə bu atalar sözündən istifadə edilir. 

Atalar  sözləri  atalarımız  və  ulu  babalarımız  tərəfindən  yaradılmış  və  dəyişməz  halda  qalan 

ifadələrdir. Atalar sözləri və məsəllər keçmiş nəsillərin çoxcəhətli fəaliyyətdə əldə etdikləri nəticələri 

yeni nəslə vermək üçün işlədilir. 

 

 

“KOR BAYQUŞ” - İRAN NƏSRİNİN TƏNTƏNƏSİ 



 

Şahin YUSİFLİ  

Bakı Dövlət Universiteti 

Yusifli145@gmail.com 

 

Kölgəsi tərəfindən ələ keçirilən insan, 



Daim öz işığını kəsər və öz tələsinə düşər. 

(Karl Qustav Yunq , Dörd arxeotip , s 56) 

 

Sadiq Hidayətin “Kor bayquş” əsəri dərin, qaranlıq, qatı və qan dadında olan bir romandır. Əsər 



oxunarkən    insanı  tez-tez  təəccübləndirir.  Burada  arzularla  həqiqət  bir  arada  verilmiş,  bir-birinə 

qarışdırılmış  və  bir-birinin  daxilində  həll  edilmişdir.  Əsərin  ən  əhəmiyyətli  xüsusiyyəti  inanılmaz, 

ağlasığmaz, təəccüblü və azad görünüşüdür. Kor bayquş hər şeydən əvvəl bir bölünmə, parçalanma, 

dəyişmə və çevrilmə romanıdır.  

Kor  bayquş  müxtəlif  dadları  özündə  cəm  edən  bir  əsərdir.  Əsərdəki  bütün  nöqtələr  nəzərə 

alınmaqla  psixoanalitik,  sosial  və  feminist  baxışlara  açıq  olan  bir  romandır.  Digər  tərəfdən  İran 

ədəbiyyatında simvolizm və sürrealizm cərəyanlarını özündə büruz edən ilk nəsr əsəri hesab olunur. 

Səhifə sayı az olsa da, bundan da artığı zərər verərdi.  

Əsərin  ilk  cümləsində  dərin  fəlsəfi  mühakimələr  gizlənmişdir.  Ravi  (əsəri  nəql edən)  metofizik 

cəhətdən  ruhdakı  özündən  keçmə  halının,  ölümlə  həyat,  yuxu  ilə  oyanıqlıq  arasında  yaşanan  anların 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

982



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sirrinin açılmasında maraqlıdır. Və əsərə seçilmiş ilk cümlə də bundan qüvvətli ola bilməzdi: “

Həyat-

da elə yaralar var ki, insanın ruhunu cüzam xəstəliyi tək inzivaya çəkərək, yeyib-bitirir”.  



Romanın  qəhrəmanı  cəmiyyətdən  kənar  düşmüş  bir  intellektualdır.  Əsərdə  keçmişdən  indiki 

zamana  axıb  gedən  və  əksinə  dövran  edən  qarma-qarışıq  zaman  məhfumu  ifadə  olunur.  Əsərdə 

təkrarlanan  rəqəmlər,  aylarla  göstərilən  zaman  vahidlərinə  rast  gəlinsə  də,  bu  oxucunun  hadisələri 

xronoloji cəhətdən izləməsinə təkan vermir, əksinə zamanın təyinini çətinləşdirir. 

Kor bayquş ölməmişdən əvvəl oxunulası min bir kitabdan biri kimi xarakterizə olunan romandır. 

Fransız jurnalist və rəssami Rena Lanva bildirir ki, “Bu kitabda incəsənətin əhəmiyyəti o qədər 

şərəfləndirilmişdir ki,  fikrimcə bunu ifadə edəcək söz tapa bilmərəm”. 

Əsər məkan və zamandan ayrı, ağır bir psixoloji sarsıntının nəticəsində yazıldığı üçün ona oxşar 

əsərin yaradılması qeyri-mümkündür. Bir qədər də geniş desək, ürəyində ağrılar və iztirablar çəkən, 

həm  ruhi  həm  də  fiziki  olaraq  xəstəliklə  mübarizə  aparan  bir  insanın  ağır,  incidici,  yorucu  bəzən  də 

qorxuducu düşüncələrini özündə büruz edən bir romandır. 

Digər tərəfdən Sadiq çox maraqlı bir tip idi. O, qərb ədəbiyyatı oxuyur, qərb musiqisi (Bethoven,  

Çaykovski)  dinləyir,  qədim  İran  və  Hindistan  mədəniyyəti  və  tarixinə  vurğunluğunu  göstərirdi. 

Əsərlərinə  görə  Sadiqi  şərqin  Kafkası  da  adlandırmaq  olar.  Maraqlı  cəhət  isə  Sadiqin  şərqlə  qərbin 

sintezində  əsərlər  yaratması,  sarı  simi  tapması  idi.  Onun  hansı  nöqtəyə  vurmasını  tapmaq  da  bir 

mərifət idi. O, bu cəhətini Kor bayquşda da elan edir. Deyir : 

Çox vaxt bir nəfərlə söhbət edəndə, ya 

bir iş görəndə, müxtəlif mövzular haqqında müzakirə aparanda, fikrim başqa yerdə olanda və ya başqa 

bir şey fikirləşəndə ürəyimdə özümü  mühakimə edirdim. Parçalanıb, dağılmaqda olan bir daş yığını 

kimi idim. Guya həmişə belə olmuşam və olacağam. Namünasib və qəribə bir qarma-qarışıqlıq... 

Sadiqin  öz  həyatındakı  problemləri  bir  yana,  özünün  də  qarma-qarışıqlıq  deyə  qeyd  etdiyi 

məsələnin köklü problemlərdə rolu olduğunu deyə bilərik. Sadiq İrandakı monarxiyanı, eləcə də dini 

elita olan ruhani sinfini modern üslubda tənqid edirdi. Sadiq bu iki səbəbi həmişə İran xalqının kor və 

cahil qalmasında əsas günahkar hesab edirdi. Ölkədəki əsas problemlər də bu korluqdan qidalanırdı. 

Bu sosial ictimai, biraz da şəxsiyyətdaxili səbəblər Sadiqi o qədər sıxdı ki, yazıçı sonda bu ağrılara 

dözüm gətirməyərək, intihar etdi. 

Kor  bayquş  əsəri  nə  qədər  quraşdırma  və  yazıçı  təxəyyülünün  məhsulu  olsa  da,  onun  içində 

Hidayətin  depressiyası,  melanxoliya,  mübarizə  və  qarışıqlıq  mövcuddur.  Sadiqin  çox  yaxın  dostu, 

məhşur  nasir  Bozorq  Ələvi  əsər  barədə  fikirlərində  bildirir  ki,  Sadiq  əsərdə  qətlə  yetirmə  istəyi  ilə 

çıxış etsə də, normalda insanpərvər və heyvansevər idi. Həmçinin kitabın ağırlığına işarə edən Bozorq, 

Sadiqin  zarafatcıl  olduğunu  da  qeyd  edir.  Lakin  sonda  əsərin  Sadiqin  depressiv  heyatından  xəbər 

verdiyini boynuna alır. Bu roman əslində səssizcə yaşanılan bir ağrının təcəssümüdür. Bu Sadiqin öz 

yaşadığı ağrı idi. Onunla birgə hiss edən və terrorun susdurduğu digərlərinin çəkdiyi ağrıların ifadəsi. 

Sonda Kor bayquş barədə bu cür qeyd etmək yerinə düşər: Məkan və zaman anlayışından uzaq 

olan,  insanların  bir-biri  daxilinə  keçə  biləcəyi  metoforik  əsərləri  təsvir  etmək  çətin  məsələdir.  Bu 

səbəbdən əsəri oxuyub bitirən birinin beyninində elə geniş təsəvvür yaranmayacaqdır. Digər tərəfdən 

kitab üzərindəki ada da layiqdir.  

Sadiqin Kor bayquş və digər əsərləri barəsində bir çox yazıçı və tənqidçilər fikir bildirmişdirlər. 

Əminliklə qeyd etmək olar ki, onun  əsərlərinin motivi fransız yazıçı və təyyarəçisi  Antuan de Sent 

Ekzüperinin “Kiçik şahzadə” əsərindəki bu fikirlə üst-üstə düşür : “İnsan yalnız ürəyi ilə görər. Göz 

heç bir şeyin əslini görməz”. 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

983



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏDƏBİYYATI  

 

 

“KİTABİ- DƏDƏ QORQUD” EPOSU VƏ TARİXİ FAKTLAR 

 

Kəmalə ABBASOVA  

Taras  Şevçenko  adına  Kiyev MilliUniversitetinin 



kamale.abbasova.95@mail.ru 

UKRAYNA 


 

«Hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba, təməl kitaba, Ana 

kitaba malikdir.Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə əks etdirir... Xalqımızın şah 

əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır». 

 Anar 

“Kitabi-  Dədə  Qorqud”  oğuz  türklərinin,  o  cümlədən  Azərbaycan  xalqının  tarixini  öyrənmək 

üçün misilsiz mənbədir. Bu qəhrəmanlıq dastanı Azərbaycanın əsl tarixidir, xalqımızın  zəngin tarixi, 

mədəniyyəti və milli mənəvi dəyərləri “Kitabi- Dədə Qorqud” eposunda öz əksini tapmışdır. 

Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili 

bədii  təsvir  vasitələri  ilə  zəngindir.  Onlarda  xalq  dilinin  incəliklərindən,  atalar  sözü,  məsəl  və 

idiomatik  ifadələrindən  bol-bol,  məharətlə  istifadə  olunmuşdur."Kitabi-Dədə  Qorqud"  Azərbaycan 

türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir. Dədə Qorqud boylarının əsas mahiyyətini 

yurdun  və  xalqın  qorunması,  xeyir  qüvvələri  təmsil  edən  qədim  oğuzların  yadelli  işğalçılara  -  şər 

qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər 

təşkil  edir.  Keçən  yüzilliyin  50-ci  illərində  sovet  totalitar  rejiminin  ideoloji  basqısı  altında  "Dədə 

Qorqud"  eposu  milli  ədavəti  qızışdıran  bir  ədəbi  abidə  kimi  qadağan  edilmiş,  yalnız  60-cı  illərin 

əvvəllərində "bəraət" ala bilmişdir. Ənənəyə görə, Kitabi Dədə Qorqudda dastanların müəllifliyi Dədə 

Qorquda aid edilir. Dastanların əsas süjeti on iki boyda əks olunmuşdur. 

Dastanda göstərilir ki, Azərbaycan ən qədim oğuz- türk məskənlərindən biridir. Qədim oğuzlar, o 

cümlədən  oğuz  xaqanının  özü,  xanlar  xanı  Bayandur  xaqan,  oğuz-  türk  sərkərdələri,  hətta  Qıpçaq 

xanın  özü  də  Azərbaycanda  yaşamış  və  burada  dəfn  olunmuşlar.  Bundan  başqa,  “Dədə  Qorqud” 

boylarında  iştirak  edən  qəhrəmanların  hər  birinin  mənsub  olduğu  el,  oba,  tayfa  adları  və  baş 

qəhrəmanların  özlərinin  daşıdıqları  adlar  hazırda  bugünkü  Şimali  Azərbaycanın  toponimlərində 

yaşamaqdadır.  Məsələn  dastanın  qəhrəmanlarından  olan  Bükdüz  Əmənin  adına Naxçıvanda  “Böyük 

düz”  adlı  yer  vardır.  “Dədə  Qorqud”  elinin  Bayat  adına  Ağcabədidə,  Şamaxıda,  Salyanda,  Ucarda, 

Dəvəçi rayonunda rast gəlinir. Lap yaxın onilliklərə qədər bir sıra Bayat kəndləri mövcud olmuşdur və 

hazırda  da  Bayandır  xanın  adına  Bərdə  rayonunda,  Salur  Qazanın  adına  Cəbrayıl,  Ordubad,  və 

Qubadlı  rayonlarında  yer  adları  mövcuddur.  Dəli  Dondarın  adına  Tovuz  və  Qubadlıda,  Tüləkəranın 

adına  Qubada  onlarla  yer  adları  vardır.  Bundan  başqa  dastanın  ən  məşhur  qəhrəmanlarından  olan 

Qaraçuqun (Qaraca Çobanın) adına Naxçıvanda kənd və Kiçik Qarabağ dağ silsiləsinin Ağcabədinin 

Salmanbəyli  kəndi  ilə  hüdudlanan  Qaraçuq  dağı  vardır.  Hətta  deyilənə  görə,  “Nərgiz  təpə”  deyilən 

qədim qəbirstanlıqda Qaraca Çobanın bədəni hissəyə ayrılaraq dəfn olunmuşdur. 

Göründüyü kimi, “Kitabi- Dədə Qorqud” dastanının boylarında tarixi faktlar, çox qiymətli 

məlumatlar vardır. Buna görə bu dastan heç vaxt elmin diqqətindən kənarda qalmayacaq.

 

Anar "Kitabi-Dədəd Qorqud"un bədii xüsusiyyətlərindən yazanda onun yazıçı-üslubiyyatçı 



fəhmi  daha  dərinə  gedir,  çox  möhtəşəm  tədqiqatların  gedib  çıxa  bilmədiyi  ənginlikləri  görür, 

qeyri-adi  müşahidələr  edir;  həmin  görüntülərin,  müşahidələrin  nəticəsidir  ki,  "Dədə  Qorqud 

dünyası"nın dilində bədiiliklə elmiliyin sərhədi, demək olar ki, itir, yazıçı-alim özünəməxsus bir 

üslub, ifadə tərzi nümayiş etdirir: 

"Dədə  Qorqudun  dili  çox  oynaq  və  qvraq  bir  dildir,  ən  az,  xəsis  vasitələrlə  böyük  məna 

tutumu verilir...Dədə Qorqud dili plastik, görümlü təsəvvür yaratmağa qadir olan birdildir... 

Dədə  Qorqud  dilinin  bir  möcüzəsi  də  ondadır  ki,  ən  adi,  bizim  indi  də  hər  gün,  hər  saat  işlət-

diyimiz sözlərin qəribə düzümü, sırası tapılıb; bu sözlər başqa işıqda görünür, parlayır, bərq vurur... 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

984



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

"Dədə Qorqud dünyası"nda Anarın bir dilçi (xüsusilə dil tarixçisi, üslubiyyatçı) kimi araş-

dırmaları da diqqəti cəlb edir ki, bu məsələ üzərində dayanmağa iki baxımdan ehtiyac duyulur: 

1)

 



Əsərin  dilinin elmilik səviyyəsini daha  yaxşı (bir  sahə  üzrə  olsa  da) təsəvvür etmək 

baxımından; 

2)

 

Müəllifın elmi-dilçilik marağının hüdudlarını müəyyən etmək baxımından. 



Təkcə  Azərbaycan  xalqının  deyil,  bütün  Türk  dünyasının  möhtəşəm  və  əzəmətli  tarixini 

yaşadan,  onu  bu  günümüzə  qovuşduran  ulu  sənət  nümayəndələrindən  biri  və  həm  də  birincisi 

"Kitabi - Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat 

ensiklopediyasıdır,"Oğuznamə”dir. 

Elm  aləminə  "Kitabi  -  Dədə  Qorqud”  eposunun  iki  əlyazması  məlumdur.  Bu  əlyazmaların  biri 

və  daha  mükəmməli  Almaniyanın  Drezden  muzeyində  saxlanılır.  Bu  əlyazma  giriş  və  on  iki 

boydan ibarətdir. Əsərin ikinci əlyazması Vatikan muzeyindədir. Vatikan əlyazması girişdən və 

yalnız  altı  boydan  ibarətdir.  "Kitabi  -  Dədə  Qorqud”un  hər  bir  boyunda  bir  oğuz  igidinin 

qəhrəmanlığından danışılır.  

"Kitabi-Dədə  Qorqud”  bahadırlıq  və  qəhrəmanlıq  dastanıdır.  Buradakı  boylar  orta  əsrlərin 

ilkin  çağlarının  həyatı  ilə  səsləşir.  Əhvalatlar  el  ağsaqqalı,  el  ozanı  Dədə-Qorqudun  dilindən 

söylənilir.  Əsərdə  oğuzların  hərbi  yürüşləri,  inam  və  görüşləri,  barış  və  savaşları,  adət  və 

ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır. 

Oğuz  elinin  başçısı  Qamğan  oğlu  Bayındır  xandır.  Onun  əsərdə  yalnız  adı  çəkilir,  onunla 

bağlı heç bir əhvalat söylənilmir. "Kitabi  - Dədə Qorqud”un hər bir boyunda bir oğuz igidinin 

qəhrəmanlığından  danışılır.  Oğuzlar  üçün  yurd,  Vətən  sevgisi,  torpaq  hər  şeydən  yüksək  və 

əzizdir.  Onlar  hər  an  doğma  el-oba  uğrunda  canlarından  keçməyə  hazırdılar.  Oğuz  öz 

qonşularına  qarşı  da  mərddirlər.  Onlar  başqasının  torpağına  hücum  etmir,  sərhədlərini 

pozmurlar.  Lakin  düşmən  xəyanət  edib  qəfil  hücum  etdikdə  oğuz  igidləri  hamılıqla  Vətənin 

müdafiəsinə  qalxır,  düşməni  tarmar  edirlər.  Dar  gündə  Vətən  sevgisi  oğuzlara  öz  aralarındakı 

incikliyi də unutdurur, onları birləşdirir.  

Oğuzlarda  qadına,  anaya  yüksək  ehtiram  və  məhəbbət  vardır.  Burada  ana  haqqı  tanrı 

haqqına  bərabər  tutulur.  "Salur  Qazanın  evinin  yağmalanması  boyu”nda  Qazan  xan  düşmənlə 

qarşılaşarkən hər şeydən keçir, lakin anasından keçmir. 

Oğuzlar  çətinə  düşəndə  tanrıya  sığınır,  onu  köməyə  çağrırlar.  Tanrı  da  hər  dəfə  oğuzların 

köməyi olur, onları çətinliklərdən çıxarır. 

"Kitabi-Dədə  Qorqud”  oğuzların  dastana  çevrilmiş  tarixidir.  Dastanda  hər  sözün, ifadənin, 

adın dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi 

durur.

 

 



 

“YENİ DÖVR” NƏSRİNİN XARAKTERİSTİKASI 

 

Fənarə NİFTƏLİYEVA  

Bakı Slavyan Universiteti 



fenare89@gmail.com 

AZƏRBAYCAN 



 

Ədəbi  tənqid  50-ci  illərin  sonu,  60-cı  illərin  əvvəllərindən  etibarən  Azərbaycan  nəsrində  baş 

verən keyfiyyət dəyişikliyinin başlıca mahiyyətini insanın ön planda verilməsində görürdü. 

İnsan və onun əməyinə olan münasibət, onun duyğu və düşüncələrinə olan diqqətdən daha öndə 

gedirdi.  İnsanların  mənəviyyatı  texnikanın  kölgəsində  yoxa  çıxırdı.  Bu  proses  təbii  ki,  yalnız 

yazıçıların  istedadı  ilə  bağlı  deyildi.  İstedadın  səmərəsiz  yerə  sərf  olunması  daha  çox  siyasi  şəraitlə 

bağlı  idi.  Totalitar  siyasi  rejimin  hakim  olduğu  bir  şəraitdə  ədəbiyyat  hazır  şəkildə  təqdim  edilən 

ölçülər  daxilində  meydana  çıxırdı.  Həqiqətlə  nəfəs  alan,  bədiiliyi  ilə  zövq  oxşayan  incə  və  zərif 

ədəbiyyat  ideologiya  maşını  qarşısında  aciz  və  gücsüz  idi.  Ədəbiyyatda  demokratik  ab-havanın 

yaranması  təxminən  50-ci  illərin  sonuna  təsadüf  edirdi.  Bununla  da,  yazıçıların  yeniliyə  doğru 

addımlarından başlıcası məhz ideyaçılıqdan uzaqlaşmaq təşəbbüsünün əsası qoyulmağa başladı. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

985



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Ədəbi  yazıçılarımız  bir  çox  əsərlərində  xalq  həyatının  geniş  mənzərəsini  dolğunluğu  ilə  əks 

etdirirdilər.  Bu  əsərlərin  baş  mövzusunu  xalqın  əməksevərliyi,  şərəfli  mübarizəsi,  Böyük  Vətən 

müharibəsi  dövründə  göstərilən  şücaət,  sovet  adamının  mənəvi  ucalığı,  beynəlmiləlçiliyi,  ideallara 

sədaqət, məhəbbət hissləri və həyəcanları təşkil edirdi. 

Ədəbiyyat, xüsusilə nəsrimiz daim inkişaf prosesindədir. Bu proses həm bütün mərhələləri təmsil 

edən təcrübəli yazıçıların, həm 60-70-ci illər nəslinin nümayəndələrinin fəaliyyətindən yaranan vahid 

Azərbaycan  nəsrinin  simasını  müəyyən  edir.  Yazıçılarımız  nəsri  daim  təzə  mövzu,  problem, 

qəhrəman, üslub, forma, təsvir və ifadə vasitələri ilə zənginləşdirirlər. Bu prosesdə yeni olanların ən 

davamlısı, mükəmməli ənənəyə çevrilir, duruş gətiməyən surətlər, formalar, təsvir və ifadə vasitələri 

unudulub  gedir,  bütünlükdə  onların  təsbit  edildiyi  zəif  əsərlər  isə  ancaq  biblioqrafik  göstəricilərdə 

qalır. 


Yeni nəsrin qəhrəmanı daim bütün mülahizələrdə maraq doğurmuşdur. Tənqidçi Yaşar Qarayevin 

bu  haqda  söylədikləri  diqqəti  cəlb  edir  və  o,  60-70-ci  illər  Azərbaycan  nəsrinin  daha  çox  mənəvi-

əxlaqi  mövzulara  meyil  etdiyini  xüsusilə  qeyd  edir:  “Bir  dövr  vahidi  kimi  70-ci  illər  ədəbi  fikrini 

səciyyələndirən cəhət bir də odur ki, müasir insanın, müasir psixoloji və əxlaqi həqiqətlərin daha tam 

və  daha  həqiqi  dərki  axtarışlarında  bədii  fikir  adi,  sıravi,  sadə,  sadə  qəhrəmanla  daha  tez-tez 

rastlaşmağa  başlamışdır....Sosialist  realizmi  üçün  “sıravi”,  yoxsa  “müstəsna”  qəhrəman  dilemması 

yoxdur, vahid bir realist və humanist insan konsepsiyası vardır”. Bütünlükdə bu mülahizələr müasir 

nəsrin  mövzu  və  qəhrəman  aləmini  xarakterizə  edir.  Belə  bir  qənaətə  gəlmək  olar  ki,  əslində 

qəhərəmanın  tipini  müəyyənləşdirən  yazıçı  yox,  dövrün  özü  və  problematikasıdır.  Lakin  müəllif 

mövqeyi  də  təbii  ki,  danılmazdır.  Bədii  əsərdə  müəllifin  fəal  mövqeyi  ədəbi  qəhrəmanın  estetik 

funksiyasını açıqlayan mühüm göstəricidir. 

50-ci  illərdən  başlayaraq  ictimai  şüurda  baş  verən  dəyişikliklər  hər  şeydən  əvvəl  poeziyada  öz 

əksini  tapmışdır.  Nəsrin  bu  dəyişiklikləri  dərk  edərək  qəbul  etməsi  üçün  daha  bir  neçə  il  lazım  idi. 

Təbii olaraq, həmin illərin yazıçıları dövrün tələblərindən kənarda qala bilməzdilər. Beləliklə, ictimai 

və  mənəvi  dəyişikliklər  yeni  nəslin  yazıçılarının  yaradıcılığına  sirayətetməyə  başladı.  Yeni 

Azərbaycan  nasirləri  öz  sələfləri  kimi  insan  varlığını  məhdud  ölçü  daxilində  təsvir  etmir,  çoxplanlı 

təsvirlərə meyil göstərmirdilər.  

Ümumiyyətlə, nəsrin simasını, öncə qəhrəmanlar aləmi və həmin qəhrəmanların dövrün, zamanın 

aparıcı  meyillərinin  ifadəçisi  olması  müəyyənləşdirir.  Yeni  Azərbaycan  nəsrinin  qəhrəmanlar 

qalereyası olduqca rəngarəngdir. Bu qəhrəmanların əksəriyyəti öz sələfləri ilə bu və ya digər dərəcədə 

bağlılıq  təşkil  edir.  Sovet  ədəbiyyatında  yeni  insan  qalib  gəlmiş  və  istismardan  azad  olmuş  bir 

cəmiyyətin  nümayəndəsi  kimi  təqdim  edilir,  onun  xarakteri  öz  sələflərinin  ən  nəcib  keyfiyyətlərini 

yaşatmaqla müəyyənləşir. 

Ədəbiyyatımızda  fərdin  taleyi  həmişə  diqqət  mərkəzində  olmuşdur.  Şəxsiyyətə,  onun  taleyinə 

olan maraq isə Azərbaycan nəsrinin yeni mərhələsində (60-70-ci illər) daha çox artmışdır. Bu dövrdən 

başlayaraq,  adi  adamların,  peşə  və  sənət  sahiblərinin  həyatına  maraq  artmış  və  beləliklə,  yeni 

qəhrəman  tipi  yaranmağa  başlamışdır.  Yazıçılar  əsas  diqqətlərini  yaratdıqları  qəhrəmanların  şəxsi 

talelərinə yönəldirdilər. 

Ədəbi  qəhrəmanların  təsvirinə  nəzər  saldıqda  görürük  ki,  bu  dövrdə  “aparıcı  qəhrəman”  və 

“düşünən qəhrəman” ifadəsinə təsadüf edilir. “Aparıcı qəhrəman” şüarının sıravi qəhrəmanlara tətbiq 

edilməsi  əks  təəssüratın  meydana  çıxmasına  səbəb  olurdu. Tənqidçilər  adət etdikləri  və  gözlədikləri 

müsbət keyfiyyətləri görməyi arzulayırdılar, əks halda isə bu onların güclü tənqid hədəfilə üzləşirdi. 

Anarın yaradıcılığına nəzər saldıqda biz bu situasiya ilə rastlaşa bilərik. 

“Düşünən  qəhrəman”  isə  hadisələrə  və  insanlara  müəyyən  şüur  səviyyəsindən  qiymət  verir. 

Onların  düşüncələri  əməli  fəaliyyətləri  barədə  oxucuda  ətraflı  təəssürat  yaradır.  Nəsrimizin  yeni 

qəhrəmanlarını bu mənada “düşünən” qəhrəman adlandıra bilərik. 

60-70-ci  illərin  bir  çox  nəsr  nümunələrində  xalq  həyatının  bir  çox  gerçəklikləri,  dövrün  ictimai 

prosesləri  məhz  fərdin,  şəxsiyyətin  taleyində  ümumiləşdirilərək  təqdim  olunurdu.  Ədəbi  prosesdə 

diqqəti  çəkən  cəhətlərdən  biri  fərdiləşmiş  insan  konsepsiyası,  yəni  çağdaş  insanın  mikromühitinin 

təsvirinə diqqətin artması idi. Sadə adamların bədii obrazının yaradılması, onların sadə, adi həyatının 

böyük  təsvir  obyektinə  çevrilmişdi,  qapalı  həyatlarının  aşkar  canlandırılması  geniş  hal  almışdı.  Bu 

cəhət cəmiyyəti, bütövlükdə isə insan həyatını canlandırmaq baxımından qeyd edilən dövrdə prioritet 

sayılırdı.  Ədəbiyyatın  bu  yöndəki  axtarışları  insanların  daxili  aləminə,  mənəvi  aləminə  pəncərə 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin