3. Feli sifət modelində olan hidronimlər
Həm topo sistemdə, həm də hidronimik sistemdə feli sifət modelində olan hidronimlər də
olmuşdur. Məsələn:
Daşağan. Basarkeçər rayonunda çay. Daim daşdığı üçün əlamətinə görə Daşağan demişlər. Feli
sifət modelindədir. Həmin modeldə Qaçağan (Borçalı, Pəmbək) və Ağlağan (Ağbaba) toponimləri
vardır.
Lalaxan. Amasiya rayonunda Caldaş yaylağında çay adıdıdr. Türkiyəyə - Bəzirxana düzünə tərəf
axaraq Qars çaya qovuşur. Düzənlikdə sakit axdığı üçün Lalaxan demişlər. Feli sifət modelindədir.
Gedərçay. Mənbəyini Hədis dağındakı bulaqlardan alaraq İrəvanın içindən keçərək Zəngiçaya
birləşir. Dünya hidronimiyasında bir çox çay adlar hərəkətlə bağlı olmasına aid örnəklər vardır.
Məsələn: Buq Beq, Dnepr, Axın və s.
4.Tayfa adlarını əks etdirən etnohidronimlər
Zəngi. Qərbi Azərbaycanda çay və yaşayış məntəqəsi (Zəngilər, Zəngibasar) adlarıdır. Zəngəzur
və Zəngilan toponimlərində də Zəngi tayfa adı qalmaqdadır. İsmayıllı və Qobustan rayonlarında da
Zəngi derivatlı toponimlər vardır). Uzunluğu 80 km olan Zəngi çayı mənbəyini Göyçə ərazisinədək
bulaqlardan alır və Araza tökülür. Oğuz-türkmənlərin tarixini yazan S.Q.Ağacarov göstərir ki, Alp
Arslanın ən möhtəşəm ordusunun sərkərdəsinin adı Zəngi olmuşdur.
Kınık çayı. Erməni mənbələrində uzunluğu 28 km olan çay kimi qeyd olunur. Çay mənbəyini
Pirəyən bulaqlardan alaraq Kasak çaya tökülür. Çayın adı Oğuzların kınıq tayfa adından törənmiş
etnohidronimidir. Pirəyən toponimi ermənilər Bürakan edərək orada rəsədxana tikmişlər.
Misalların sayını çoxaltmaq olar. Bu xüsusi tədqiqat tələb edir. Göstərilən hidronimlər müasir
xəritələrdə uydurma erməni adları ilə əvəz olunmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
961
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AKADEMİK AĞAMUSA AXUNDOVUN DİLÇİLİK FƏALİYYƏTİ
Aytən MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
ayten.memmedova.yasar@gmail.com
AZƏRBAYCAN
Azərbaycan filologiyasının, eyni zamanda dilçilik elminin görkəmli nümayəndələrindən biri
türkoloq, AMEA-nın həqiqi üzvü Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm
xadimi Akad. Ağamusa Axundovdur. Onun elm aləminə bəxş etdiyi əsərlər Azərbaycan
filologiyasının bir çox aktual problemlərinə sistemli yanamanı nümayiş etdirmişdir.
Akad. Ağamusa Axundov 2 fevral 1932 ci ildə Kürdəmir rayonunda dünyaya gəlmiş və orta
təhsilini elə burada almışdır. Daha sonra isə Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinin
Azərbaycan dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur.
Azərbaycan dilçiliyi tarixinə nəzər saldıqda belə bir faktı qeyd etməliyəm ki, Ağamusa Axundov
ən gənc elmlər doktoru olmuşdur. Belə ki, 1964 cü ildə “Azərbaycan dilinin fonemlər sistemi” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə edən görkəmli alim 1967 ci ildə professor elmi adını almışdır.
Dilçilik aləmində Ağamusa Axundov bir çox sanballı əsərlərin müəllifi olub, bu əsərlərlə
Azərbaycan diliçiliyini dünya dilçilik arenasında ləyaqətlə təmsil etmişdir. “Ümumi dilçilik”,
“Azərbaycan ədəbi dilinin fonetikası”, “Dil və üslub məsələləri”, “Riyazi dilçilik”, “Dil və
mədəniyyət” kimi əsərlərində dilçilik elminin aktual problemlərinin tədqiq və təhlilini vermişdir.
Görkəmli alimin bu cür zəngin əsərlərin müəllifi olacağını hələ məktəb illərində təhsil aldığı dövürdən
bilmək olardı. Çünki müəllifin ilk yazısı hələ məktəb illərində oxuyarkən işıq üzü görmüşdür. Bu yazı
1944 cü ildə “Azərbaycan pioneri” qəzetində dərc olunan “Məktəbimiz yaşıllaşır” yazısı olmuşdur.
Müəllif yaradıcılığa isə 1951 ci ildə yazdığı “İlk görüş” adlı məqalə ilə başlamışdır.
Ağamusa Axundovun qəzet, jurnal, elmi məcmuələrdə hər zaman bir-birindən dəyərli,
təkrarolunmaz və əvəzedilməz elmi və publisistik məqalələri dərc olunmuşdur. Xeyli sayda
monoqrafiya, dərslik, dərs vəsaiti və proqramların müəllifi olan dilçi alimimiz gələcək nəsillərin
savadlı yetişməsində xüsusi rol oynamışdır. Müəllifin prof. Bəşir Əhmədovla birlikdə yazdığı
“Azərbaycan dili” dərsliyi 15 dəfə təkrar nəşr olunmuş və SSR Maarif Nazirliyinin mükafatını
almışdır. Qeyd edim ki, bu dərslik orta məktəbin 5-6 cı sinifləri üçün nəzərdə tutulmuşdur. Məhz bu
kitabda ilk dəfə olaraq Azərbaycan dilinin fonetik quruluşu, saitlər və samitlər sisteminin fonoloji
təhlili verilmiş, fonetik hadisə və əvəzlənmələr, heca, vurğu, sintaqmatik fonetika, sadə və mürəkkəb
cümlə fonetikasına aid bölmələrə yer verilmişdir. Onu da qeyd edim ki, Ağamusa Axundov
Azərbaycan dilinin fonemlər sisteminə dair ilk əsərin müəllifidir. 1979 cu ildə işıq üzü görə “Ümumi
dilçilik” əsəri isə ali məktəblərin filologiya fakültələrində təhsil alan gəncləri dilin fəlsəfi və ictimai
problemləri, quruluşu və daxili sistemi ilə bağlı məlumatlandırmış, bununla kifayətlənməyərək dünya
dilçiliyinin məktəbləri və bu məktəblərin nümayəndələri haqqında bilikləndirmiş, müxtəlif dilçilik
metodları ilə gəncləri tanış etmişdir. “Ümumi dilçilik” proqramı da məhz A.Axundova məxsusdur.
1980 ci ildə N.N.Məmmədovla birlikdə nəşr olunan “Dilçiliyə giriş” adlı əsərində isə artıq dilin
ictimai hadisə olmasından, başqa elmlərlə əlaqəsindən, dilin qrammatik quruluşundan, geneloji və
tipoloji təsnifindən söhbət açılır.
A.Axundovun nitq mədəniyyəti ilə bağlı əsərləri xüsusilə diqqətə layiqdir. Burada o nitq
mədəniyyətinin nəzəri və təcrübi məsələlərini təhlil etmişdir. 1992 ci ildə nəşr olunmuş “Dil və
mədəniyyət” əsəri buna bariz nümunədir.
Görkəmli akademikin yalnız dilçilik fəaliyyətindən danışsaq yanılmış olarıq. Çünki A.Axundov
ədəbiyyat sahəsində də bir çox işlərə öz dəyərli imzasını atmışdır. Hələ gənc yaşlarından şeir,
hekayələr qələmə almışdır. Adətən müxtəlif mövzularda tədqiqatçı bir yazıçı kimi özünü göstərən
akademik dövrünün sosial, ədəbi, bəzən də ictimai-siyasi hadisələrini tədqiq edərək çoxlu sayda qəzet
və jurnallar üçün yazılar yazmışdır. Təbbi ki, alimimizin elmi dili çox zəngin olmuşdur, lakin bununla
yanaşı ədəbi dili də heç ondan geri qalmamışdır. A. Axundov tərcümə sahəsində də özünü sınamış və
müvəffəqiyyət qazanmağa nail olmuşdur. Belə ki bu tərcümələr xarici ədəbiyyat müntəxabatlarına
daxxil edimişdir. Bunlardan Bokkaççonun “Dekameron”, qədim kelt dastanı “Kuklinin Ferdiadla
döyüşü”, fransız kurtuaz povesti “Okassen və Nikolet”, Plavtın 5 pərdəli “Psevdol” komediyası və b.-
nı göstərmək olar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
962
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bir elm xadimi kimi A.Axundov yalnız Azərbaycan hüdudlarında tanınan şəxsiyyət olmamışdır.
Onun sorağı beynəlxalq konfranslardan gəlmişdir. Çernovsı şəhərində keçirilmiş Ümumittifaq ali
məktəblərarası “Tətbiq dilçilik” elmi konfransında “Tətbiqi və riyazı dilçilik metodlarının türk
dillərinə tətbiqi”, Praqada VI Beynəlxalq fonetika elmləri konqresində “Türk dillərində şəkilçi
morfemlərin fonematik tərkibi”, Alma-Atada türk dillərinin dialektologiyası üzrə VII Məhəlli
konfransda “Azərbaycan dili tarixi dialektologiyasının bəzi linqvocoğrafi məsələləri”, Daşkənddə III
Ümumittifaq türkoloji konfransda “Türk dillərində səs uyğunluqlarının fonoloji modelinin qurulması
prinsipləri haqqında”,Aşqabadda IV Ümumittifaq türkoloji konfransda “Türk dillərinin təsviri
qrammatikalarının tətbiqi ilə bağlı olaraq türk dillərinin məntiqi tipinin öyrənilməsinin
əhəmiyyəti”,Moskvada dilçiliyə dair konfransda “Sistemli variantlıq dillərin tipoloji əlaməti kimi”,
İstanbulda II Beynəlxalq türk dili qurultayında “Türk dillərinin məntiqi tipinin qurulmasının bəzi
məsələləri”,Tokioda Tyo Bunko Elmi Kitabxanasında “Azərbaycan dili: dünən və bugün”, Urmiyədə
Beynəlxalq elmi konfransda “Farsdilli Azərbaycan poeziyasının ana dilinə tərcüməsi tarixindən”
mövzularında dəyərli məruzələr edərək rəğbət qazanmışdır.
Müəllifin republikamızda keçirilən konfranslarda çıxışları hər zaman maraqla qarşılanmışdır.
“Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin qədim abidəsi kimi”, “Əhməd Cavadın dili”,”Azərbaycan
ədəbi dilinin inkişafinda M.F.Axundovun rolu”,”Məktəb islahatı və Azərbaycan dili müəllimlərinin
hazırlanması sisteminin daha da təkmilləşdirilməsi yolları”, “Nitq mədəniyyətinin leksik
normalaşmasında tədris ədəbiyyatının rolu” kimi mövzularda məqalə və çıxışları məhz bu qəbildəndir.
ELÇİN ƏFƏNDİYEVİN YARADICILIĞINDA İŞLƏNMİŞ ŞƏXS
ADLARI
Zemfira ABBASOVA
ADPU
zema.abbasova.aliyeva@mail.ru
AZƏRBAYCAN
Elçin bədii ədəbiyyatda zəngin və təkrarolunmaz həyat lövhələrini canlandırarkən, müxtəlif taleli
obrazlar təqdim edərkən doğma dilimizin bitib tükənməyən söz xəzinəsinə müraciət etmişdir. Onun
əsərlərində digər sözlər kimi, onomastik vahidlərin də hər biri yazıçı məqsədlərinə xidmət edən, xüsusi
poetik funksiya daşıyan ifadə vasitəsidir.
Elçinin yaradıcılığında apelyativ leksikanın imkanları sonsuzdur. Bu əsərlərdə sözlərin
emosionallığı fikrin emosionallığını yaradır. Xalq danışıq dilinin sadəliyi əsas cəhət kimi izlənilir.
Apelyativ leksikanın fəallığını xüsusi adların işlənməsi xeyli dərəcədə artırır. Məhz həmin cəhətlərinə
görə də digər sənət-karlarda olduğu kimi, Elçinin yaradıcılığının, xüsusilə də onomastik vahidlərin
üslubi imkanlarının açılması maraq doğurur.
Bədii əsərlərin üslubi üzərində iş, hər şeydən əvvəl onun lüğət tərkibi üzərində işdir. Xüsusi
isimlər isə hər şeydən əvvəl, hər cür üslubi boyadan kənarda dilin leksik vahididir. Söz bədii
ədəbiyyata gəldikdən sonra hər hansı bir üslubi məqamda işlədilə bilər. Çünki bədii əsərlərdə sözlər
adilikdən çıxıb üslubi rənglərlə boyanır. Odur ki, bədii əsərlərdə hər bir söz, o cümlədən onomastik
vahidlər semantik sferasının müxtəlifliyi ilə fərqlənir. Sözlərin bu cəhəti onlara poetik obrazlılığı ifadə
etməyə imkan verir. Bədii mühitdə sözün funksiya dairəsi genişlənir, universal xarakter daşıyır. Belə
ki, dil vahidlərinin üslubi aspektdən öyrənilməsi onun mətndəki çoxşaxəli, sirli rolu ilə ölçülür. Bu
zaman sözün daşıdığı estetik funksiya da önəmlidir. Sözdən nə cür istifadə olunmasına gəldikdə isə bu
yazıçının fərdiliyindən asılıdır.
Elçinin yaradıcılığının məxsusi cəhətlərindən biri də dəqiq, sərrast seçilmiş sözlər, cümlələr,
leksik, semantik və digər vahidlərdən yerli-yerində istifadə etmək bacarığıdır. Yazıçının
yaradıcılığında istifadə etdiyi dil vahidləri tipikləşdirmə, fərdiləşdirmə vasitəsidir. O, sözün məna
çalarından, hər bir leksik vahiddən, o cümlədən xüsusi adlardan istifadə üsulları ilə öz yazıçı
manerasını təsdiq etmişdir. “Həqiqi sənət əsəri, ifadəlilik vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir.
Belə əsərlərdə yazıçı qələmi dilin bütün leksik və frazeoloji qatlarına nüfuz edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
963
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məlumdur ki, yazıçı əsərlərində yüksək bədii keyfiyyət əldə etmək üçün, ümumiyyətlə, hər bir
sözə, o cümlədən onomastik vahidlərə də böyük həssaslıqla yanaşmış, onları məhz məna və təsir
qüvvəsi cəhətdən ölçüb biçmiş, onların münasib olanını müəyyənləşdirib bədii dilə gətirmişdir.
Yazıcı onomastikasının öyrənilməsində ən mühüm istiqamətlərdən biri antroponimlərin üslubi
xüsusiyyətlərinin öyrənilməsidir. Bədii antroponimika bədii əsərlərdəki bədiilik antroponimik
vahidlərin üslubi cəhətlərinin öyrənilməsi ilə məşğul olur. Bütün onomastik vahidlər kimi,
antroponimik vahidlər də xalqımızın tarixinin bu və ya digər açılmamış səhifələrini, ədəbi dilimizin
tarixinin, üslubiyyatının və müasir dilimizin səciyyəvi olan sahələrinin öyrənilməsinə geniş imkan
yaradır.
Bədii ədəbiyyatda onomastik vahidlər əsərin janr xüsusiyyətləri, quruluşu, personajların xarakteri
və digər cəhətlərdən asılı olaraq üslubi funksiya ilə yüklənir, leksik ifadə vasitələrindən birinə çevrilir.
Q.Mustafayeva “Azərbaycan dilinin üslubiyyatı” adlı kitabında qeyd edir: Personajın adı bədii
obraz yaradan vasitələrdən biridir; həmin ad personajın ictimai mənşəyini, milli və məhəlli koloritini,
əgər hadisə keçmişdə baş verirsə, tarixi həqiqəti əks etdirmək qabiliyyətinə malik olmalıdır. Ad
seçmək, daha doğrusu, əsərin ümumi ruhuna uyğun ad seçmək bacarığı xüsusi ustalıq, sənətkarlıq
tələb edir.
M.Çobanov bədii əsərdəki şəxss adlarını iki yerə ayırmışdır:
1.Bədii dilə xalq dilindən gələn təbii adlar. 2.Satirik tipi xarakterizə edən, komik effekt yaradan,
daha doğrusu, müəllifin bilavasitə düzəltdiyi süni, uydurma adlar.
Məlumdur ki, bu və ya digər yazıçının dil və üslub xüsusiyyətindən bəhs edərkən bir sıra
müəlliflər həmin yazıçının antroponimlərdən istifadə məharətindən söz açmış, bu barədə müəyyən
fikirlər söyləmişlər. Bütün türk xalqlarında olduğu kimi, Azərbaycan dilində də ad seçərkən həmin
adın ifadə etdiyi məna yox, səslənməsi əsas götürülür. Bu halla daha çox əkiz uşaqların adlarında
rastlaşmaq olar.
Azərbaycan antroponimiyasının inkişaf tarixindən məlum olur ki, xalqımız hələ qədim
zamanlardan övladlarının adlarının həmahəng olmasına fikir vermişlər. Bu cür adqoyma ənənəsi hələ
“Kitabi-Dədə Qorqud” dastanında da özünü göstərmişdir. Dastanda nəinki övladların, hətta ata və oğul
adlarının həmahəngliyi də diqqəti cəlb edir.
“Bədii əsərlərdə ad, soyad, ləqəb seçilməsi onların müxtəlif janr və üslublarda struktur
özünəməxsusluğu və obrazlılıq funksiyası məsələləri bir neçə nümunə ilə şərh oluna bilməz. Bu,
üslubiyyatın mürəkkəb mövzularından biridir”.
Ə.Mikayılova XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun
onomastikasını tədqiq edərkən həmin antroponimləri aktiv (ad, ləqəb, titullar) və passiv (obrazların
dilində işlənən antroponimlər) növə ayırmışdır. Lakin biz bu bölgünü qəbul etmirik. Düşünürük ki, elə
obrazların dilində işlənən “passiv antroponimlər” də real antrponimlərdir, həyatdan götürülmüş
adlardır. Buraya yalnız yazıçının satirik məqsədlərlə yaratdığı uydurma adlar daxil deyil.
Real həyatda olduğu kimi, bədii əsərlərdə şəxs adları obrazları bir-birindən ayırmağa, onları
tanıtmağa xidmət edir.Yazıçının obrazlara bəslədiyi münasibətdən asılı olmayaraq, bu adlar
personajların xarakterinin açılmasına xidmət edir, portret yaradır.
Bədii əsərin qəhrəmanı öz daxili aləmi, xarakter və hərəkəti, rəftar və düşüncəsi, fərdi nitqi ilə
oxucusunun yaddaşına həkk olunur və illər boyu yaşayır. Elçinin yaradıcılığında obrazlarına verdiyi
adlar istər real, istər uydurma adlar, istərsə də obrazlara verdiyi ləqəblər yazıçının yüksək
sənətkarlığından söz açır.
Bütün xalqların mədəni həyatında şəxs adları böyük dəyərə malik olmaqla, həmin xalqın mədəni
düşüncəsinin əksidir. Adlanmada tarixiliklə müasirlik bir-birini tamamlayır. Hər bir adlanmada təbiilik
müşahidə olunursa, prosesin digər tərəfində düşünmə dayanır, xalqın arzu və istəyini əks etdirir. Real
həyatda körpələrə ad qoyulması ilə, bədii əsərdə obrazlara advermə bir-birinə zahirən nə qədər
bənzəsə də, mahiyyətinə görə bir o qədər fərqli proseslərdir. Ailədə doğulan uşaqlara verilən adlar
həmişə müsbət duyğuya yükləndiyi halda, bədii əsərdə obrazın adlandırılması yazıçının məqsədindən,
əsərin ideya-məzmun mündəricəsindən asılı olaraq dəyişir. “Bədii əsərdə müsbət və mənfi surətlərə
verilən ad birinci növbədə yazıçının həmin surətə münasibəti, əsərin janrı ilə bağlıdır. Bədii əsərlərdə
onomastik vahidlərin seçilməsinə yazıçılar şüurlu münasibət bəsləyir, onları əsərin məqsədilə
uyğunlaşdırmağa çalışırlar”. Dünya ədəbiyyatının bir sıra klassikləri kimi E.Əfəndiyev də
antroponimiya məsələlərinə xüsusi diqqət yetirmiş, ondan məqsədəuyğun şəkildə istifadə etmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
964
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Yazıçı əsərlərində şəxs adlarının seçilməsinə xüsusi həssaslıqla yanaşır, bədii cəhətdən olduqca
uğurlu adlar yaratmağa nail olur. Həmin adlar surəti fərdiləşdirir, titul, rütbə bildirən adlar isə obrazları
ümumiləşdirməyə xidmət edir. Elçinin yaratdığı antroponimlər müxtəlif insan simalarını və
xarakterlərini maraqlı şəkildə özündə birləşdirir ki, bu da onun güclu müşahidəçilik qabiliyyətindən
xəbər verir. Yazıçının əsərlərində işlənən antroponimlərə nəzər salaq: Məleykə, Safura, Səməd, Məlik,
Sənubər, Kərim, əmioğlu Bəylər, xalaqızı Mədinə, Məleykə xanım, Adəm, Həvva, Nəcibə, Həsən və s.
(Hekayələri:”Qatar, Pikasso, Latur”1968).
Ədibin yaradıcılığında işlənən şəxs adlarının mənşəyinə diqqət yetirsək, burada milliliklə bərabər
zəngin ərəb, fars və rus-Avropa mənşəli antroponimlərin mvə mövcudluğunun şahidi olarıq. Bu,
əlbəttə ki, yazıçının dünyagörüşünün, onun nəinki Azərbaycan, hətta dünya ədəbiyyatı və mədəniyyəti
ilə yaxından tanış olmasının göstəricisidir.
İBTİDAİ SİNİFLƏRDƏ ORFOQRAFİYA TƏLİMİNİN
OYRƏDİLMƏSİNDƏ İNTERAKTİV METODLARDAN İSTİFADƏ
Gülay ƏZİMLİ
memmedova.gulay92@yahoo.com
AZƏRBAYCAN
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra sahələrdə dövlət islahatları
həyata keçirmişdir. Təhsil sistemində islahatların həyata keçirilməsi isə ən aktual problemlərdən birinə
çevrilmişdir. Həyata keçirilən islahatların əsas məqsədi təhsil sistemini sivil dünyanın təhsil
standartlarına yaxınlaşdırmaq və inteqrasiya etdirməkdən ibarətdir. Təhsildə olan bu yeniliklər müasir
dövrün tələblərinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyə yönəlmişdir.Müasir təhsil interaktiv təlim
texnologiyalarına əsaslanmalıdır. Bu təlim prosesinə yeni baxışdır. Müasir təlim ənənəvi təlimdən
fərqli olaraq maksimum idarə olunan proses olmalıdır.
Ənənəvi təlimdən fərqli olaraq, interaktiv təlim müasir dövrdə təhsil qarşısında qoyulan tələblərə
uyğun gəlir. İnteraktiv təlim prosesində şagird əsas fiqur kimi, təlimin obyektindən subyektinə çevrilir.
İnteraktiv təlimin mahiyyəti ondan ibarətdir ki, təlim şagirdlərin yaddaşını yeni elmi biliklərlə
zənginləşdirməklə yanaşı, həm də onların düşünmə qabiliyyətinin və müstəqil olaraq bilik əldə etmək
və mənimsəmək bacarığının müntəzəm inkişaf etdirilməsinə əsaslanir.
İbtidai siniflərdə təlim prosesinin təşkili hər şeydən əvvəl şagirdlərin idrak fallığını artırmalı,
onların psixoloji inkişafina kömək etməlidir.Bu prosesdə İKT özünəməxsus rol oynamalı, şagirdə
informasiya axınından baş çıxarmağa, onu başa düşməyə kömək etməli, ancaq heç vaxt onun
sağlamlığına zərər yetirməməlidir.
Cəmiyyətdə baş verən hər cür yeniləşmə şagird şəxsiyyətinin formalaşmasına təsir edir. Yeni
texnologiyaların, metod, priyom və iş növlərinin, iş formalarının tətbiqi şagirdin inkişafını tərəqqisini
təmin etməlidir. İnkişafa və tərəqqiyə nail olmaq üçün dərsin təşkili zamanı elə metodları seçib tətbiq
etmək lazımdır ki, öyrənənlərin müstəqil təfəkkürünün inkişafına şərait yaratmaq, idrak qabiliyyətini
inkişaf etdirmək mümkün olsun. Ona görə də daim yeni üsullar, metodlar axtarışında olmalıyıq.
İnteraktiv metodları öyrənib təlim prosesində düzgün tətbiq etməyi bacarmalıyıq.
İbtidai siniflərdə: “Beyin həmləsi”, “BİBÖ”, “Klaster”, “Auksion” , “Anlayışın çıxarılması”,
“Söz assosiyasiyası”, “Venn dioqramı”, “Ziqzaq”, “Mikrafon”, “Karusel”, “Bitməmiş cümlələr”,
“Tap”, “Layihələr”, “Növbəli suallar”, “Debat” və s. interaktiv metodlardan istifadə olunur.
Ana dili kursunun innovativ metodlarla tədrisinin səmərəliliyinin özəyini müəllimin aşağıdakı
bacarıqları təşkil edir:
Dərsin məntiqi cəhətdən təşkil olunması;
Dərsin təqdimatı və şagirdləri mövzu ilə tanış edə bilmək bacarığı;
Dərsdə həvəsləndirmə bacarığı;
Əyani vəsaitlərdən istifadə edə bilmə bacarığı;
İbtidai siniflərdə ana dilinin tədrisi metodikasının ən mühüm sahələrindən biri düzgün yazı
qaydaları, yəni orfoqrafiya təlimidir. Şagirdlərdə qrammatik qaydalar nə qədər yaxşı inkişaf etsə,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
965
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qazandiqları orfoqrafik vərdişlərin keyfiyyəti də o qədər yüksək olar. Axı vahid tələblərə cavab verən
yazı olmadan müxtəlif yerlərdə müxtəlif cür səslənən nitqi insanlar arasında ünsiyyət vasitəsi sayılan
yazılı nitqə çevirmək olmaz. Bunsuz kitab, qəzet və internetdə olan yazılanları başa düşmək və
yazışmaq çətinləşir. Savadlı yazı hamı tərəfindən qəbul edilmiş ümumicbari qaydalara riayət
olunmasını tələb edir. Orfoqrafiya məhz belə qaydaların məcmusudur. İbtidai siniflərdə orfoqrafiyanın
dərindən mənimsədilməsi tədris materialının və metodun düzgün seçilməsindən çox asılıdır. Hər bir
ibtidai sinif müəllimi orfoqrafik anlayışları keçməzdən əvvəl dərsin öncədən planlaşdırılmasını həyata
keçirməlidir.
Planlaşdırma zamanı müəllim 4 əsas suala cavab verməlidir:
Nə öyrədilməli? (Tədris plan və proqramları və ya təlimin məzmunu).
Necə öyrədilməli? (Təlim metodları).
Hansı şəraitdə öyrədilməli? (Təlim-tərbiyə prosesinin təşkili).
Nəticəni necə qiymətləndirmək olar? (Şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi).
Dərsi planlaşdırarkən müəllim dərsin növünü də müəyyənləşdirməlidir. Dərsin növü müəyyən
olunduqdan sonra müəllim mövzu ilə əlaqədar metodları seçir. Orfoqrafiyanın tədrisi prosesində
mövzudan asılı olaraq, interaktiv təlim metodlarından istifadə etmək müsbət nəticə verir.
Bəzən elə başa düşülür ki, ənənəvi təlim metodlarından tamamilə uzaqlaşmaq, yeni təlim
metodlarından istifadə etmək lazımdır. Bu yanaşma əslində doğru bir yanaşma deyildir. Müəllim tədris
edəcəyi mövzudan asılı olaraq metod, priyom və yolları düzgün seçməli, qarşıya qoyduğu məqsədə
nail olmalıdır. Müəllim bəzən metodlardan ayrı-ayrılıqda bəzən isə kombinə edilmiş şəkildə istifadə
edə bilər. İbtidai siniflərdə aparıcı fəaliyyət olan oyundan təlim fəaliyyətinə keçid baş verir. Mövzunun
tədrisində İKT-dən istifadə şagirdlərin oyun imkanları ilə didaktik imkanlarının əlaqələndirilməsinə
şərait yaradılır. İbtidai siniflərdə orfoqrafik anlayışların formalaşdırılması prosesində İKT-dən istifadə
etmək müəllimin işini bir qədər də asanlaşdırır. Bunun üçün hər bir ibtidai sinif müəllimi müvafiq
komputer proqramları barədə məlumatlı olmalı, onlardan istifadə qaydalarını bilməlidir. Müəllim
mövzunu izah edərkən hazırladığı slaydları da nümayiş etdirə bilər. Bu zaman slayd hazır məlumatı
göstərmək üçün deyil, eyni zamanda, şagirdlərin müəyyən məsələləri araşdırması üçün də istifadə
olunmalıdır. İbtidai siniflərdə şagirdlərin dərsə olan marağını artırmaq üçün interaktiv metodlardan
istifadə edərkən rəngarəngliyə, söz əvəzinə şəkillərin olmasına diqqət yetirmək lazımdır. Çünki, vizual
görüntülər, rəngarənglik kiçik yaşlı məktəblilərin daha tez diqqətini cəlb edir. Orfoqrafiyanın müasir
metodlarla tədrisindəki müvəffəqiyyət müəllimin əlifba,qrafika və orfoqrafiya anlayışlarını nəzəri
cəhətdən mükəmməl bilməsindən cox asılıdır. Deməli müəllim ilk öncə biliklərə dərindən
yiyələnməlidir ki, bu bilikləri müasir metodlarla həyata keçirə bilsin.İbtidai siniflərdə orfoqrafiyanın
tədrisinə I siniflərdə başlanılır, yəni I sinifdən artıq şagirdlərə düzgün yazı qaydaları öyrədilməyə
başlanılır və bunun üzərində müxtəlif cür çalışırlar. Yeni sözlərin düzgün yazılışı ilə bağlı böyük və
kiçik summativlər yazırlar.İbtidai siniflərdə orfoqrafiya ayrıca bir mövzu kimi tədris olunmur. Bu
etdiyimiz araşdırmalar zamanı məlum oldu. Orfoqrafiyanın müasir metodlarla tədrisi əsasən test
üsullarıyla , buna aid müxtəlif slaydlarla aparılır.
Orfoqrafiya ilə bağlı hər bir məşğələ şifahi və yazılı nitqin inkişafı ilə, qrammatikanın vəhdəti ilə
aparılmalıdır. Orfoqrafik savadlılıq isə öz növbəsində qrammatikanın öyrənilməsini sürətləndirir,
şagirdlərin nitqinin inkişafına güclü təsir göstərir. Ona görə də bu sahədə çalışmaların sistemli şəkildə
olması onların müvəffəqiyyətinin başlıca əsasıdır. Hədsiz-hesabsız, uzunmüddətli orfoqrafik
çalışmaların bir çox hallarda pis nəticə verməsinin başlıca səbəbi isə bu sistemliliyin olmamasıdır.
Şagirdlərin orfoqrafiyanı yaxşı anlamağı və yazı vərdişlərinə mükəmməl yiyələnmələri üçün ibtidai
siniflərdə mütəmadi olaraq ifadə, inşa, imla yazdırılmalı və şagirdlərin yazıdakı səhvləri özlərinə başa
salınmalıdır.
Savadlı yazı hamı tərəfindən qəbul edilmiş ümumi icbari qaydalara riayət olunmasını tələb edir.
Savadlı yazmaq vərdişinin aşılanması ona görə vacibdir ki, belə vərdişlərə yiyələnmiş şagirdlər yazı
prosesində orfoqrafik çətinliklər üzərində düşünmək qaydasından azad olur. Başlıca diqqəti sözlər
arasında əlaqəyə, cümlənin düzgün qurulmasına, söz və ifadələrin dəqiq seçilməsinə, ifadə və inşanın
məzmununun dolğun verilməsinə yönəldilir.
İbtidai siniflərdə yazı vərdişlərinin həm yaranması həm də inkişaf etməsi məqsədilə I sinifdə
hüsnxətt dərsi keçirilməyə başlanılır. I sinifdə başlanan hüsnxətt dərsinin də keçirilmə üsulu var.
Məsələn:
|