IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
966
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Yazı üçün müxtəlif vasitələrdən - təbaşirdən, rənglərdən, rəngli qələmlərdən istifadə etmək;
Müxtəlif istiqamətlərdə xətlər çəkmək, sadə əşyaların şəklini çəkmək, fiqurları ştrixləmək, qrafik
imla;
Çap hərfləri ilə yazmaq, nümunə dəftərlərində işləmək;
Kiçikyaşlı məktəblilərin təlimə marağının artırılması üçün dərsin maraqlı və əyləncəli keçməsi
vacibdir. Bu baxımdan ibtidai siniflərdə orfoqrafik anlayışların formalaşdırılmasında fəal təlimin mər-
hələlərindən düzgün istifadə edilməli, interaktiv metodların ən səmərəlisi təlimə tətbiq olunmalıdır.
BİTKİ ADLARI FRAZEOLOJİ VAHİD KİMİ
Sevinc BAYRAMOVA
sevinc.xamisqizi@box.az
AZƏRBAYCAN
Fikrin dəqiq və aydın şəkildə ifadə olunmasında frazeoloji birləşmələrin özünəməxsus rolu və
funksiyası vardır. Frazeoloji vahidlər obyektiv reallıqdakı hadisə və proseslərin dildə əks olunmasında
xüsusi əhəmiyyət daşıyır və tarixi kateqoriya olmaqla sabitləşmiş dil vahidləri kimi meydana çıxır.
Azərbaycan və ingilis dilləri də öz frazeloji tərkibi etibarilə zəngin olan dillərdəndir.Ayrı-ayrı
frazeoloji vahidlərin yaranması zamanı, digər leksik-semantik mahiyyət daşıyan dil vahidləri kimi,
bitki adları da öz aktiv funksional fəallığı ilə diqqəti cəlb edir.Təbiətdə mövcud olan müxtəlif növ
bitkilərin adlandırılmasına xidmət edən fitonimlərin köməyi və iştirakı ilə istər ingilis, istərsə də
Azərbaycan dillərində xeyli sayda frazeoloji birləşmələr yaratmaq mümkündür.Bu cür frazeoloji
vahidlər dilin frazeoloji sisteminin zənginləşməsində əsaslı rol oynayır.Bu dillərin frazeoloji
sistemində bitki adları ilə bağlı frazeoloji vahidlər xüsusi çəkiyə malikdir.Fitofrazeologizmlər dilin
frazeoloji sisteminin bir hissəsi olmaqla dildəki digər frazeoloji vahidlərə uyğun olan
qanunauyğunluqlar əsasında formalaşır.Fitonimlərin bu birləşmələr daxilindəki rolu və funksiyası bu
və ya digər dərəcədə özünəməxsusluğu ilə seçilir.Bəzi fitofrazeologizmlərdə bitki adları əsas məna
yükünü öz üzərinə götürməklə fuksional aparıcı olsa da, bəzi birləşmələr daxilində onların funksional
mövqeyi nisbətən zəif hiss edilir.
Hər iki dildə məzmunca eyni və ya oxşar olan fitofrozologizmlər mövcuddur ki, onlar yarandığı
dilin qrammatik-sintaktik qanunları əsasında formalaşır. Bu tipli frazeoloji birləşmələrə aid bir neçə
nümünə göstərək: çörək ağacı-bread winner, ac toyuq yuxusunda darı görər-the hunger hen dreams she
is in the barley barn, saman çöpündən yapışmaq-catch of a straw. Bu tipli misalların sayını müqayisə
olunan hər iki dilin materialları ilə istənilən qədər artırmaq olar. Azərbaycan dilində çox işlək olan və
bütöv bir bitki fəsiləsinin adı olan “ağac” sözünün köməyi ilə yaranmış “çörək ağacı” birləşməsinin
məzmununda “hamını öz ətrafında birləşdirən, nəyinsə əsasında duran” və digər ümumi semantik yükə
malik məzmun öz əksini tapır. Bu ifadə ingilis dilində “bread winner” birləşməsi ilə ifadə olunur ki, bu
da elə Azərbaycan dilindəki semantikaya uyğun gəlir.Hər iki xalqda evin yaşayışını təmin edən,
müəyyən bir ailənin başçısı, əsas siması olan insanı adlandırmaq üçün bu ifadədən istifadə edirlər.
Hər iki dildə bitki adlarının köməyi və iştirakı ilə yaranmış frazeoloji birləşmələrin çox geniş
işlənmə sahələri mövcuddur.Bu isə insan həyatının ən müxtəlif fəaliyyət sferaları ilə bağlı olur.Belə
işlənmə sahələrindən biri və funksional baxımdan daha fəalı ümumxalq dilidir.Əksər frazeoloji
birləşmələr, o cümlədən fitofrazeologizmlərin bir çox növləri əsasən şifahi nitqlə bağlı olduğundan və
daha çox burada formalaşıb işləndiyindən dilin bu qolunda onlara daha çox rast gəlmək olur.Ədəbi
dilin bir çox üslublarından fərqli olaraq, ümumxalq danışıq dili həmişə öz emosionallığı, ekspressiv
elementlərlə zənginliyi ilə seçilir. Çünki ümümxalq danışıq dilində bu xüsusiyyətə həmişə ehtiyyac
duyulduğundan bu ehtiyacın tam və geniş şəkildə ödənilməsinin ən səmərəli vasitələrindən biri də
frazelogizmlər hesab edilir. Ümumxalq danışıq dilində digər leksik vahidlərlə yanaşı, bitki adları və bu
adlarla yaranan fitofrazeologizmlər də çox qədim tarixə malikdir.Bu onunla bağlıdır ki, dillərdə
mövcud olan fitofrazeoloji birləşmələr bu xalqların ən qədim tarixi dövrlərindən bu günədək olan
mərhələdə, gündəlik həyati müşahidələri və həyati təcrübələri nəticəsində formalaşıb inkişaf etmişdir.
İngilis və Azərbaycan dillərinin fitofrazeoloji birləşmələrinin tərkib hissələrini təşkil edən
sözlərin xarakterini nəzərə aldıqda aydın olur ki, bu dillərin hər ikisində fitofrazeologizmləri ismi və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
967
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
feli olmaqla iki qupa bölmək olar.Bu cür bölgü zamanı fitofrazeoloji birləşmələrdə aparıcı sözün ad və
ya fel olması və onların predikativ və qeyri-predikativ mahiyyət daşıması əsas götürülür.Yəni bir cox
fitofrazeoloji birləşmələrdə aparıcı söz adlardan və ya fellərdən ibarət olur ki, bu da onların ismi və
feli frazeoloji birləşmələr şəklində bölünməsinə imkan verir.Burada həm də onu nəzərə almaq lazımdır
ki, fitofrazeoloji birləşmələrdə aparıcı söz fel olduqda onlar daha çox hallarda predikativ səciyyə
daşıyırsa, aparıcı söz adlardan təşkil olunduqda onlar əksər hallarda qeyri-predikativ səciyyə daşıyaraq
sabit söz birləşməsi şəklində formalaşır.Təbii ki, bu tipli fitofrazeologizmlər də, digərləri kimi həqiqi
və məcazi mənaları ilə fərqlənir.Onların bütöv şəkildə ifadə etdiyi ümumi mənaları formalaşdığı
sözlərin ümumi mənasından kənar məzmun ifadə etməsi ilə səciyyələnir.Ayrı-ayrı leksik mənaya
malik olan adlar birləşir və sabit birləşmələr yaradır.Lakin onların birlikdə ifadə etdiyi məna sabit
birləşmənin, fitofrazeoloji birləşmələrin ifadə etdiyi mənadan xeyli dərəcədə fərqlənir.Bu məna
fərqlərinin yaranmasında bitki adlarının məcazi mənalar kəsb etməsi mühüm rol oynayır.Bu isə
frazeoloji birləşmələrə xas olan spesifik cəhətlərdən biridir.Bir çox fitofrazeologizmlərdə bu
xüsusiyyəti aydın şəkildə müşahidə etmək mümkündür. Məsələn, əziz, sevimli bir şey haqqında an
apple of the eye-göz alması, şaiyənin tez yayılması haqqında bush telegraph-kol telefonu və s.
fitofrazeoloji birləşmələrdən istifadə edilir. Bu zaman bu və ya digər bitkinin müəyyən əlaməti önə
çəkilir və birləşmənin yaranmasında həmin əlamət aparıcı olur.
Bitki adlarının köməyi ilə yaranan frazeoloji birləşmələr həm Azərbaycan, həm də ingilis
dillərində öz semantik əhatəsi və ifadədə imkanlarının genişliyi ilə dilin frazeoloji sistemində xüsusi
mövqeyə malikdir.Yaranma tarixi çox qədim olan fitofrazeologizmlərdə insanlarınrını əsrlər boyu öz
ümid və arzularını, həyata baxışlarını özündə əks etdirən qısa, aydın və mənalı dil daşıyıcıəlarının
hamısının anlayacağı bir şəkildə frazeologizmlər yaratmış və öz hiss və duyğularını əks etdirmişlər.
GÖYÇAY RAYONU ƏRAZİSİNDƏKİ BƏZİ TOPONİMLƏR
Aygün XƏLİLOVA
aygun_xelilova90@mail.ru
AZƏRBAYCAN
CIRQURD kəndi Bığır inzibati ərazi vahidliyində, rayon mərkəzindən 18 km cənub-şərqdə,
Yuxarı Şirvan kanalı sahilində, Şirvan düzündə yerləşir. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də
adlanmışdır.
Mənbələrdə bu kəndin adına Cırqurd və ya Cırkürd şəklində rast gəlmək olur. N.Tapdıqoğlu
"Göyçay rayonu və onun toponimiyası" adlı kitabında bu coğrafi adı Cırqurd şəklində verir və
Türkmən kəndindən köçüb gəlmiş ailələrin saldığını qeyd edir.Xalq etimologiyasına əsaslanaraq isə
kənd əhalisinin bura Türkmənistandan ya da Şamaxıdan gəldiyini vurğulayır.
Toponimin birinci tərəfini türk tayfalarından biri olan qurd\qurt etnonimi təşkil edir.İkinci
komponentə gəlincə isə müəllif bunu türk dillərində işlənən "çir" sözünün təhrifi hesab edir.Çir sözü
türk dillərində "dərə, çökəklik" mənalarında işlənir.Yəni Cırqurd toponiminin "dərədə, çökəklikdə
məskunlaşan qurdlar" kimi mənalandığını bildirir .
"Azərbaycan toponimlərinin ensiklopedik lüğətində" bu ada Cırkürd şəklində rast gəlirik.Birinci
kompanenti- "cır" sözünü "kiçik, balaca" kimi işləndiyini qeyd edirlər.Kürd isə etnonimdir.Adın
mənası "kiçik kürd kəndi, kürdlərin az hissəsi" kimi verilir.
Bizim fikrimizcə, bu toponim Cırqurd şəklində olmalıdır.Cırqurd hal-hazırda ayrıca bir kənd olsa
da, el arasında hamı bunu Bığır kəndinin məhəllələrindən biri kimi tanıyır.Çünki Bığır kəndinin ərazisi
çox böyümüşdür və əhalisinin Şamaxı rayonundan gəldikləri güman olunur.Bu adın Cırqurd şəklində
olduğunu belə əsaslandıra bilərik ki, Bığır kəndinin əhalisi Şamaxı rayonundan gəlmədirsə, onda bu ad
Cırqurd olmalıdır.Çünki Şamaxı rayonunun ərazisində kürdlərlə bağlı heç bir coğrafi ada rast
gəlməmişik.Qurdlarla bağlı isə xeyli sayda coğrafi adlar məlumdur.Adın birinci komponenti-cır
sözünün izahında N.Tapdıqoğlunun fikri ilə razılaşmayaraq bu sözün Göyçay dialektində də işlənən
cır-kiçik, sısqa, balaca mənalarını ifadə etdiyini güman edirik. Onda bu adın ümumilikdə ifadə etdiyi
məna "kiçik qurd kəndi, qurdların az hissəsi” kimidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
968
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ÇÜƏCƏ oronimi Göyçay rayon Qarabaqqal kəndində qeydə alınmış oronimdir.Göyçay rayonu
Böyük Qafqazın cənub yamaclarında yerləşir.Bu silsilənin qurtaracağı Qarabaqqal kəndinin ərazisinə
düşür.Çüəcə Qabırqayadan sonra gələn dərədir.Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə bura
"oval şəkilli" olduğuna görə belə adlanır. Mənfi relyef formasının adı olan dərə termininin məna
çalarları da (çay yatağı, çayın axdığı yer, ikidağ və ya təpə arasında, düzənlikdə uzun dərin çuxur) bu
fikrin yanlış olduğunu deməyə əsas verir. Apardığımız kiçik araşdırmalara görə "Çüəcə" etnonimdir.
Toponimlərin leksik-sematik cəhətdən bölgüləri içərisində etnotoponimlər ən zəngin qrupdur. Çünki
toponimlərin yaranmasında tayfa adlarının rolu danılmazdır. Tayfa adları ilə əmələ gələn toponimlərin
tədqiqi bir sıra tarixi hadisələri öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir və bu tədqiqatçıdan
böyük məsuliyyət tələb edir.
Xalqın etnik tərkibi, mənşəyi, etnogeninin inkişaf tarixi haqqında xüsusi əhəmiyyət kəsb edən
etnonimlərin, xüsusən türk mənşəli etnonimlərin yaranma tarixi çox-çox qədimdir və Çüəcə etnonimi
də bu bölgüyə daxildir.Bu etnonim fonetik cəhətdən dəyişikliyə uğramış, ilkin versiyası "Yivə"
olmuşdur. XI əsrin böyük türkoloqu M.Kaşğari özünün məşhur "Divani-lüğət-it-türk" əsərində
oğuzların 24 tayfası içərisində "Yivə" etnoniminin də adını çəkir.
Ümimiyyətlə, səlcuq-oğuz tayfalarının Azərbaycana gəlişi XII əsrdən başlanır.Yivə tayfaları
Səfəvilər dövründə isə qacarların tərkibində Azərbaycanının sosial-iqtisadi inkişafında fəal iştirak
etmişlər.
Akad.A.S.Sumbatzadə yazır ki, Azərbaycan toponomiyasında oğuz tayfalarından indiyədək
qorunub saxlanınanlardan biri də"Yivə" tayfasıdır (8, 102).Akad. B.Budaqov yazır ki, Ermənistanda
bu tayfa "Cuva" kəndi adında qalmışdır (2, 184). Başqa bir mənbədə isə "Çivə" etnotoponimi
Dərələyəz mahalının Keşişkənd (Yexeqnadzor) rayonu ərazisində qeydə alınmışdır.Kəndin əhalisi
1918-ci ilə qədər təmiz azərbaycanlı olmuş, müxtəlif vaxtlarda deportasiya olunmuş və sonradan geri
qaytarılsa da, 1988-ci ildə birdəfəlik çıxarılmışdır. Z.Bünyadovun və H.Məmmədovun "İrəvan
əyalətinin icmal dəftəri" adlı kitabında 1590-1727-ci illəri əhatə edən siyahıda Dərələyəz mahalında
"Çivə" kəndinin adı çəkilir.
Bu toponimə əvvəldə qeyd etdiyimiz kimi "Çüəcə" şəklində Göyçay rayonunda (oronim), "Güvə"
formasında Ağdaş rayonunda (oykonim) təsadüf olunur.Ağdaş rayonu Pirkəkə inzibati ərazi
vahidliyində qeydə alınmış bu oykonim "Cüə" adı ilə çağrılır. Əhalisi göy-göyərti əkməklə dolanır və
söyləyicilər də bunun mənasını məhz göy-göyərti ilə bağlı olduğunu qeyd edir.
Bu etnotoponim Türkiyə və Ön Asiya ərazilərində də qeydə alınmışdır. Qeydə alınmış adların
ilkin
və
sonrakı
formalarını müqayisə etsək, bu mənzərə ilə qarşılaşarıq: Yivə/
Çivə/Çüəcə/Güvə//Cüvə. y>c>ç keçidi türk dilləri üçün xarakterik haldır: geyim-kecim. F.Cəlilov da
öz tədqiqatında bu əvəzlənmənin türk dillərində geniş yayıldığını göstərir. R.Eyvazova Əfqanıstanda
Car coğrafi adına Çar və Yar formalarında da təsadüf olunduğunu qeyd edir (5, 170). Bu deyilənlərdən
belə qənaətə gəlmək olar ki, y>c>ç keçidlərində heç bir qanunauyğunsuzluq müşahidə olunmur.
Y>c>ç səslərindən hər hansı birinin “g” samitinə keçməsinə isə türk dillərində rast
gəlinmir.Azərbaycan dili dialekt və şivələrinin Şərq qrupunda, xüsusən Bakı dialektində ədəbi dil
normalarına uyğun olaraq söz ortasında -y ilə yazılan çoxhecalı sözlər - g kimi tələffüz olunur:
iynə>ignə; düymə>dügmə və s.. F.Cəlilov əksinə olaraq g>y keçidinin tələffüzdə formalaşdığını qeyd
edərək, fonetik prinsiplə yazılan göy, çiy kimi sözləri nümunə göstərir. Deməli, bu sözün -g ilə
yazılmasına baxmayaraq, onu “yivə”sözünün fonetik cəhətdən dəyişikliyə uğramış versiyası hesab
etmək lazımdır.Dediyimizi hələ də xalq arasında bu kəndin adının “Cüə/Cüvə” deyə çağrılması da
sübut edir.
Çüəcə sözündə yivə sözü ilə müqayisədə -v samiti düşmüşdür. M.Yusifov -v samitinin labial
saitlərdən əvvəl düşmə meylinin güclü olduğunu və delabial saitlərdən əvvəl isə əksinə olaraq yerinin
daha möhkəm olduğunu qeyd edir: vur (Azər.,türk), ur (türkm.,qaq.); var (Azər., türk, qaq) və s.
i>ü keçidi üzrə labiallaşma prosesində Azərbaycan və türkmən dillərində labiallığın inkişafı
mütənasib deyil, türk və qaqauz dillərində isə delabiallıq üstündür: tülkü (Azərb.),tilki (türk və türkm.)
və s.. Azərbaycan ədəbi dilində i>ü istiqaməti üzrə labiallaşma üstünlük təşkil etsə də, dialektlərdə
türkmən ədəbi dilində olduğu kimi qalmaqdadır: süri, tüssi, üçin və s.
ca² şəkilçisi mövcud dilçilik ədəbiyyatlarında kiçiltmə, əzizləmə məzmunlu suffiks kimi təqdim
olunur. Lakin bu semantikadan başqa onun yer, sahə mənaları ifadə etməsi də məlumdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
969
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Qərb qrupu dialekt və şivələrində “Çüəcə” sözünün -iri mis qab- mənasında işləndiyi
məlumdur. Bu, deyilənlərdən belə qənaətə gəlmək olar ki, “Çüəcə-yivə tayfalarina məxsus yer, sahə"
kimi mənalandırıla bilər.
ŞLAMPA Qarabaqqal kəndində qeydə alınmış urbononimdir.Şlampa şlaqban sözündəndir,
mənşəcə rus dilinə mənsubdur.Sovet dövründə kolxoz, sovxozlara nəzarəti gücləndirmək, əlavə itkiyə
yol verməmək üçün nəzarət məqsədi ilə yola şlaqban qoyulmuşdur.Xüsusən də, yük maşınlarının
yoxlanması ücün həyata keçirilmiş tədbir idi.Həmin ərazilər də Şlampa adlandırılmışdır.Bu gün də
Qarabaqqal kəndində kəndin həmin hissəsi Şlampa deyə çağırılır.
SALYANSTROY Göyçay şəhərində qeydə alınmış küçələrdən birinin adıdır.Sovet dövründə
Salyan rayonundan Göyçay rayonuna ezam olunmuş tikinti mühəndisləri burada qalıb işləyirlər.Həmin
ərazi də onların adıyla Salyanstroy adlanır."Stroy" rus dilində "stroyka" – tikinti sözünün ixtisar
olunmuş formasıdır.Salyan isə Azərbaycanın Aran rayonlarından biridir.Bu adı sal tayfaları ilə
əlaqələndirirlər və mənasını "sal tayfasının bina etdiyi məskən" kimi izah edirlər.
ŞİRVANMEST Göyçay şəhərində yerləşən küçələrdən biridir.Rəsmi sürətdə deyil, xalq arasında
belə tanınır.Əvvəllər bu küçədə Maşın Melorasiya Stansiyası yerləşirdi.Hal-hazırda bu müəssə ləğv
olunmuşdur.Lakin buna baxmayaraq, həmin küçə indi də Şirvanmest kimi tanınır.
TERMİNLƏRİ ÜMUMİŞLƏK SÖZLƏRDƏN
FƏRQLƏNDİRƏN XÜSUSİYYƏTLƏR
Könül AĞAZADƏ
Bakı Slavyan Universiteti
agazadekonul.ka@gmail.com
AZƏRBAYCAN
İctimai həyat təkmilləşdikcə dil də inkişaf edir. Dilin inkişaf etməsinin əsasını həmin dildə
danışan xalqın tarixi, eyni zamanda cəmiyyətin inkişafı təşkil edir. Hər bir dilə məxsus sözlərin ilk
dəfə hansı mənada işlədilməsi, necə yaranması və həmin sözlərin inkişaf tarixinin öyrənilməsi vacib
olan məsələlərdəndir. Hər hansı bir dilin leksikası keçdiyi inkişaf tarixini özündə əks etdirir. Məhz bu
səbəbdən də dildə yeni yaranan anlayışlar öz əksini terminlər, sözlər şəklində göstərir. Lakin terminlər
dildəki digər sözlərdən fərqlənir. Ümumişlək sözlərdən fərqli olaraq, terminlərə müəyyən tələblər
qoyulur. Ümumiyyətlə terminlərlə ümumişlək sözlər arasında ümumi cəhətlər var. Həmin ümumi
cəhətləri nəzərə alıb onları eyniləşdirmək olmaz. Ümumişlək sözlər dedikdə hamının anladığı, başa
düşdüyü və dilin əsasını təşkil edən ümumi leksik qatı nəzərdə tutulur. Terminlər isə dilin xüsusi
leksik qatını təşkil edir, mənası hər kəs tərəfindən anlaşılmır və hamı tərəfindən işlədilmir.
Terminləri digər sözlərdən fərqləndirən bir sıra xüsusiyyətlər var. Terminləri ümumişlək
sözlərdən fərqləndirən cəhətlərdən biri onun təkmənanlı olmasıdır. Yəni terminlər hər hansı bir
sahəyə, müəyyən bir peşəyə aid olur və cəmiyyətin müəyyən qismi həmin sahələrdə işlədilən
terminləri anlayır. Bu zaman terminlər hər hansı bir kontekstdən asılı olmadan bir məna ifadə edirlər.
Məsələn, Abduksiya - tibbdə aşağı ətraflar və yuxarı ətrafların bədənə nisbətdə hərəkət istiqamətini
göstərən bir termindir. Bu terminin mənasını tibb sahəsi ilə məşğul olan insanlar anlayır. Bu termin
istər tələffüz etdiyimiz zaman, istərsə də konteksdən asılı olmadan bir məna ifadə edəcək. Terminlərdə
çoxmənalılıq dildə dolaşıqlılıq yaradır. Lakin buna baxmayaraq dilidə az da olsa, polisemiyaya rast
gəlirik.Nəticə etibarilə bunu demək olar ki, tekmənalılığı terminlərin ən əsas xüsusiyyəti hesab etmək
olmaz, onun ödəməli olduğu bir tələb kimi baxmaq lazımdır. Eyni zamanda bütün təkmənalı sözlər
termin deyildir. Terminlərdə təkmənalılığa qoyulan tələb onun elm və texnikanın istənilən sahəsində,
həmçinin qohum sahələrində təkmənalılıq nisbidir.
Terminlərə qoyulan tələblərdən biri də terminlərin dəqiqliyidir. Terminlərin dəqiqliyi deyən də
elm və texnikanın istənilən sahəsinə aid olan, anlayışın əsas xüsusiyyətləri, əlamətləri əks olunmalıdır.
Terminlərin dəqiq ifadə edilməsi, dildə işlədilən digər anlayışlardan onları ayırmağa kömək edir.
Dilimizdə işlədilən bir sıra terminlərdə paralelik müşahidə olunur. Terminologiya da paraleliyin
olması qüsur hesab olunsa da mövcudluğu danılmazdır. Dilimizdə paraleliyin yaranmasına ehtiyac
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
970
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olmamasına baxmayaraq, başqa dillərdən terminlərin alınıb istifadə edilməsidir. Ədəbi dil üçün bu hal
məqbul hesab olunur. Yəni yazıçı hər hansı bir fikrini ifadə etmək üçün yerinə görə müxtəlif sözlərdən
istifadə edə bilər. Bunu terminologiyaya aid etmək olmaz. Terminologiyada istənilən anlayış bir
terminlə ifadə edilməlidir. Terminlərin mənası asanlıqla anlaşılmalıdır.
Terminləri ümumişlək sözlərdən fərqləndirən xüsusiyyətlərdən biri də onların üslubi cəhətdən
neytral olmasıdır. Terminlər üslubi cəhətdən neytral olmalıdır.Burda nəzərdə tutulan fikir, terminlərin
istər bədii ədəbiyyatda, istərsə də elm sahələrində istifadə olunmasından asılı olmayaraq, eyni mənada
işlədilməsidir. Ümumişlək sözlərdə konteksdən asılı olaraq, məna dəyişilir, terminlərdə isə konteksdən
asılı olmayaraq məna dəyişməz.Termin hər hansı bir sahə ilə bağlı sözü ifadə edəndə yalnız bir məna
daşıyır. Əgər həmin sahəyə məxsus anlayışı ifadə edən termin, başqa mənada işlənərsə, bu zaman o
hər hansı bir sahəyə məxsus termin olma xüsusiyyətin itirir.
Terminlər ümumi ədəbi dildəki sözlərdən fərqli olaraq, emosionallıq, ekspressivlik, obrazlılıq
xüsusiyyətlərinə malik deyildir. Ümumi ədəbi dildə danışan şəxs müxtəlif hadisələri, predmenti
adlandırmaqla kifayətlənməyib, həmin anlayışlara öz münasibətini də bildirir. Ədəbi dildəki sözlərdə
psixoloji rəngarənglik özünü göstərdiyi halda, terminlərdə bu minimal əhəmiyyət daşıyır. Məsələn,
“Onun söylədikləri bizim üçün çox vacib idi” bu cümlədə danışan şəxsin ifadəsindən asılı olaraq
deyilən fikir həm müsbət, həm də mənfi mənada işlənə bilər. Günəş bir dəqiqə ərzində Yerin bir il
ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir. Bu cümlədə ifadə olunan fikirdə
emosionallıq, obrazlılıq ifadə edilmir. Terminlərin emosionallıq, ekspressivlik, obrazlılıq ifadə
etməməsi onların elmi dilin vahidləri hesab olunması ilə bağlıdır. Terminlər elmi üslubda işlənərək
elmi məfhumları dəqiq ifadə edirlər. Çünki elmi üslubda obrazlılığa, məcaziliyə, emosionallığa yol
verilmir. Sözlərin həqiqi mənada işlədilməsi bu üslub üçün vacib hesab olunur. Elmi üslubda sözün
emosional çaları yox, məzmunu əsasdır. Elmi əsərlərin də əsas məqsədi oxuculara hər hansı bir hissləri
aşılamaq deyil, zəkasına təsir etməkdir. Terminologiyada emosionallıq və ekspressivlik cəhətdən
istisnalar ola bilər. Bunu ana dilimizin lüğət tərkibi əsasında yaranmış terminlərdə görmək olar. Bu
daha çox ictimai-siyasi terminlərdə özünü göstərir.
Terminlər digər sözlərdən fərqli olaraq, bir çox dildə, hətta beynəlxalq aləmdə terminologiyanın
müəyyən sahəsinə aid termin, vahid şəkildə işlənədilir. Elmi və texniki terminlərin inkişaf etməsi,
beynəlxalq aləmdə vahid terminlərin yaranmasına səbəb olur. Lakin bütün ölkələrin elmlə məşğul olan
mütəxəssisləri üçün vahid bir elmi dil yoxdur.
Bütün bu yazılanları nəzərə alaraq, terminləri ümumişlək sözlərdən fərqləndirən xüsusiyyətləri
qısa xülasəsini vermək olar. Terminlər müəyyən sahələrə aid olur, elmi-texniki anlayışları ifadə edir.
Terminlər elmi üslubda istifadə olunur və emosionallığa, ekspressivliyə, obrazlılığa malik deyil.
Terminlər dildə dolaşıqlıq yaratmamalıdır yəni aydın, dəqiq, təkmənalı və üslubi cəhətdən neytral
olmalıdır. Terminlər mətndəki işlənmə yerindən asılı olmayaraq bir mənada işlədilir.
Dostları ilə paylaş: |