Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

 

 

 

SADƏ QURULUŞLU RİTORİK SUAL CÜMLƏLƏRİNİN BƏDİİ 

ƏDBİYYATDA İŞLƏNMƏ ŞƏKİLLƏRİ (B.VAHABZADƏ VƏ 

İ.ƏFƏNDİYEV YARADICILIĞINDA) 

 

Mehriban CƏFƏRLİ 

Qafqaz Universiteti 



mehribanceferli@gmail.com 

AZƏRBAYCAN

 

 

İfadə  məqsədinə  görə  sual  cümlələrinin  üç  növü  qеyd  оlunur:  həqiqi  suallar,  ritоrik  suallar  və 



təhrikеdici  suallar.  1.  «Ritоrik»  yunan  sözüdür,  «rhеtоr»  «оratоr»  dеməkdir.  2.  «Ritоr»  qədim 

yunanlarda  və  rоmalılarda  «danışıq  gözəlliyi  müəllimi»nə  vеrilən  ad  оlmuşdur.  3.  Ritоrik  sual 

cümlələri quruluşca sual şəklində оlmalarına baxmayaraq, məzmunca sual ifadə еtməyən cümlələrdir 

və bu baxımdan оnlar həqiqi sual cümlələrindən fərqlənir. Sual cümlələrinin bu növündə cavab tələb 

оlunmur,  bu  cavab  sualın  özündə  implisit  tərzdə  düşünülür.  Ritоrik  suallarda  məntiqi  hökm  ifadə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

976



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

еdilir.  Bu  baxımdan  həmin  üslubi  fiqurun  sintaktik-məntiqi  fiqur  kimi  tədqiqi  məqsədəuyğun 

hеsabеdilir. Bir qisim еlmi əsərlərdə ritоrik suallarda yalnız təsdiqin inkar fоrmasında, digərlərində isə 

yalnız  inkarın  təsdiq  fоrmasında  ifadə  еdilməsi  qеyd  оlunmuşdur.  Lakin  Azərbaycan  bədii  dil 

nümunələri  sübut  еdir  ki,  ritоrik  suallı  cümlələrdə  həm  təsdiq,  həm  də  inkar  sual  fоrmasında  təqdim 

оlunur  və  bununla  da  fikir  daha  ifadəli,  еmоsiоnal-еksprеssiv  çalar  qazanır.  Bu  sintaktik 

kоnstruksiyalar xüsusi üslubi priyоm kimi, bədii əsərlərdə daha dərin ifadə üçün, оxucunun diqqətini 

bu və ya digər məsələyə, hadisəyə cəlb еtmək, оna daha dərindən təsir еtmək məqsədilə işlənir. Təsdiq 

və ya inkarda dеyilməli fikir ritоrik sual cümlələri vasitəsilə daha təsirli və qəti şəkildə ifadə оlunur. 

Bu nitq fоrmasının ifadə gücü, еmоsiоnal təsir qüvvəsi də məhz bundadır. Ritоrik sual cümlələrinin 

cavabı danışana qabaqcadan məlum оlur. «... ritоrik sual cümlələrinin işlədilməsində məqsəd, həqiqi 

sual cümlələrindən fərqli оlaraq, təhrikеdici nitqin yönəldildiyi şəxsdən müəyyən sоrğulara, «məchul 

mətləblərə» cavab almaq dеyil, əksinə, sözün gеniş mənasında оna «cavab vеrmək», fikrə bir həqiqət 

qüvvəsi,  təkzibеdilməzlik  əlavə  еtməkdir.  Danışana  tamamilə  məlum  оlan,  оnun  təxminində  həqiqi, 

rеal  görünən  bir  fikrin,  təsdiq  və  ya  inkar  hökmün  «yanlış»  fоrmaya  salınması  ifadəyə  bir  hərəkət, 

intеnsivlik  gətirir,  məzmunu  əlavə  hissi  infоrmasiyalarla,  kоnnоtativ  çalarlarla  zənginləşdi-

rir».(Abdullayev  S.Ə  Ekspressiv  təsdiqlik  və  ekspressiv  inkarlıq  (  Azərbaycan  dili  materialları 

əsasında ) : Filol. Elm. Nam. ... dis. Bakı, 1970, 237 s). 

Ritоrik  sualın  funksiyası  diqqəti  cəlb  еtmək,  təsiri  qüvvətləndirmə  еmоsiоnal  tоnu  artırmaq, 

həyəcan,  cоşqunluq  yaratmaqdır.  Bu  kimi  məqsədlərlə  istifadə  olunan  sual  cümlələrinin  qrammatik 

quruluşuna  görə  iki  növə  bölünür;  sadə  quruluşlu  ritorik  sual  cümlələri,  mürəkkəb  quruluşlu  ritorik 

sual cümlələri. 

Sadə  quruluşa  malik  olan  ritorik  sual  cümlələri  cümlə  üzvlərinin  iştirakına  görə  müxtəsər  və 

geniş  ola  bilir.  Hər  iki  cümlə  formasından  müxtəlif  məqsədlər  üçün  geniş  şəkildə  istifadə  olunur. 

Lakin  bir  şeyi  də  nəzərə  almaq  lazımdır  ki,  nəsr  və  dram  əsərlərində  müxtəsər  formalı  ritorik  sual 

cümlələrinin  işlənmə  tezliyi  eyni  deyildir:  Sənin  rənginmidir  əks  edən  göyə?  (B.  Vahabzadə 

“Göygöl”),  Nədir  yolumun  adı?  (B.  Vahabzadə  “Mənim  yolum”),  Görəsən,  o,  heç  olmasa,  mənim 

varlığımı  duyurmu?  (  İ.Əfəndiyev  “Kiçik  bir  poema”  hekayəsi  ),  Bəlkə  Fərəc  haqlı  imiş?  Bəlkə 

doğrudan  da  mən  dəliyəm?  (İ.  Əfəndiyev  “Sən  həmişə  mənimləsən)  –  cümlələri  sadə  müxtəsər 

cümlələrdir. 

Yoxsa mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır? ( İ.Əfəndiyev “Qarı dağı” hekayəsi ), 

Heç ilin bu vaxtında da bu cür qəmgin olarlarmı? (İ. Əfəndiyev “Atayevlər ailəsi” dramı), Sən mənim 

odumsan,  hərarətimsən,  Odsuz  alışarmı  quru  taxtalar?  (B.  Vabahzadə  “Ürək”  şeiri),  Eşqim  mənim 

amalım olubdur, bunu danmam, Bəs neyləyək amalımız əmmayə düşəndə? (B.Vahabzadə “Düşəndə” 

rədifli  qəzəli)  –  cümlələri  isə  B.Vahabzadə  və  İ.Əfəndiyev  yaradıcılığında  ritorik  sual  cümlələrinin 

sadə geniş formasına nümunədir. İstər nərs əsərlərində, istər lirik əsərlərdə, istərsə də dram əsərlərində 

ritorik sual cümlələrinin sadə geniş formasına daha çox təsadüf olunur. Həm İ. Əfəndiyev, həm də də 

B. Vahabzadə yaradıcılığında ritorik sual cümlələrinin bu növü kamil şəkildə yaradılmışdır. 

Həqiqi  sual  cümlələrində  olduğu  kimi  ritorik  sual  cümlələri  də  sadə  cümlənin  şəxsə  görə 

növlərində  verilir.  Belə  nümunələri  həm  B.Vahabzadənin,  həm  də  İ.Əfəndiyevin  yaradıcılığında 

görmək  mümkündür.  “Dur”-  demək  olarmı  heç,hava  ilə  bərabər  Enib  qalxan  civəyə?  Qəlbi  salmaq 

olarmı, Balaca çərçivəyə? (B.Vahabzadə “Həkimlə söhbət” şeiri), Əsl sənətkarı yolsuz, cığırsız, Heç 

gördünüzmü? (“Nəsənsə, özün ol” şeiri), Səni bircə kərə görən oldumu, Həyatın dolaşıq macərasında? 

(“  “Hə”  ilə  “Yox”  arasında“  şeiri),  Dünyada  tikməkdən,  qurmaqdan  gözəl  nə  var?  (İ.Əfəndiyev 

“Atayevlər ailəsi” dramı ), Evimə haram tikə qoymamışam. Mən bu birçəklərimi namusla ağartmışam. 

İndi mənim oğluma el oğrusu desinlər? ( İ.Əfəndiyev “Bahar suları” pyesi ). 

B.Vahabzadə  və  İ.Əfəndiyev  yaradıcılığını  bəzəyən  bu  nümunələrdə  sadə  cümlənin  şəxsə  görə 

növlərindən daha çox xəbər əsasında formalaşan qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxsiz cümlələr 

verilmişdir. 

Bu  hissəyə  qədər  qeyd  edilən  sadə  cümlələr  üzvlənən  cümlələr  idi.  Şifahi  nitqdə  olduğu  kimi 

bədii əsərlərdə də belə cümlələr daha çox işlədilir. Bunlar dil üçün səciyyəvi olan normal cümlələrdir. 

Lakin  dilimizdə  üzvlənməyən  cümlələrin  iştirakı  da  təkzibedilməzdir.  Təktərkibli  cümlələrin  bir 

növünü də söz-cümlələr təşkil edir. Sual məqamında işlədilən söz cümlələr iki yolla yaranır; 1) Təsdiq 

sözlərin  sual  mənasında  işlədilməsi  ilə  :  Hə,  qızlar,  nə  var,  yenə  su  cüllütü  kimi  bir-birinizdən 

ayrılmırsınız?, A balam, niyə hesabı içəri verirsiniz, hə? ( İ.Əfəndiyev “ Bahar suları” pyesi), 2) Necə, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

977



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

necə  məgər,  necə bəyəm,  necə  yəni, doğrudan,  xeyir  ola,  deyilmi  sual  sözləri  və  ya  söz  birləşmələri 

ilə:  Necə  yəni?!  Mənim  nişanımı  geri  qaytarmaq?!  (  İ.Əfəndiyev  “Üçatılan”  povesti  ),  O  günləri 

xatırlamaq  sənin  üçün  də  ağırdır,  deyilmi?  (  İ.Əfəndiyev  “Bahar  suları”  pyesi),  Nəzakət.  Siz  bizim 

söhbətimizi  Nargiləyə  demişiniz?  Həsənzadə.  Xeyr,  deməmişəm.  Necə  məgər?  (  İ.Əfəndiyev  “Sən 

həmişə mənimləsən” ). 

Hər hansı bir cümlənin tərkibindəki məntiqi cəhətdən mühüm olan üzvü nəzərə çarpdırmaq, nitqə 

yüngüllük,  səlislik,  yığcamlıq  vermək,  lazımsız  təkrarların  qarşısını  almaq  məqsədilə  işlədilən 

yarımçıq  cümlələr  də bədii  ədəbiyyatımızda  geniş  şəkildə  işlədilmişdir.  Yarımçıq  cümlələrin  hər  iki 

növündən;  həm  kontekstual  yarımçıq  cümlələrdən,  həm  də  elliptik  yarımçıq  cümlələrdən  istifadə 

olunmuşdur;  Bu  körpüsalanlar  da  qəribə  adamlardır!  Belə  sözləri  hardan  tapıb  oxuyurlar?  ( 

“Körpüsalanlar”  romanı),  Mən  nə  istəyirdim?  İnsanların  qəlbində,  ruhunda  nə  kimi  xariqüladəliklər 

axtarırdım?  (  “Bahar  buludları”  ),  O,  mənə  nə  qədər  ümidlər  verdi.  Bəs  sonu?  Tapmaq  çətin  olur, 

itirmək  asan.  İndi  ağlayırsan...  Ancaq  nə  fayda,  Özü  yıxılanın  ağlamağından?  Bəs  körpə?  ( 

B.Vahabzadə “Atılmışlar” poeması). 

İstər  məişətdə  adi  danışıqda,  istərsə  də  bədii  ədəbiyyatda  həqiqi  sual  cümlələrindən  daha  çox 

istifadə  olunmasına,  ritorik  sual  cümlələrinə  məişətdə  az  müraciət  edilməsinə  baxmayaraq,  bədii 

ədəbiyyatda ritorik sual cümlələrinə aid nümunələr kifayət qədərdir. 

 

 

 



SIFIR (ELLİPİK) TƏKRARLAR 

 

Leyla SƏMƏDLİ 

Bakı Slavyan universiteti 

leyla.samadli@gmail.com 

AZƏRBAYCAN 

 

Cümlələrdə  yarımçıqlıq  dilçilərin  diqqətindən  kənar  qalmayan  bir  mövzu  olub  və  bu  da  öz 



növbəsində o  sahəyə  marağın  olmasını  bəlli  edən  bir  faktdır.  Elmi  ədəbiyyatda ellipsisi  həm  də  sıfır 

ellipik  təkrarlar  da  adlandırırlar.  Məsələn  Ş.  Balli  onu  “сыфыр  ишаря”  ,  R.  Yakobson  “сыфыр 

анафорик (вя йа дейктик) ишаря” adlandırır. 

Ellipsis barədə alimlər müxtəlif fikirlər söyləyirlər. A.A. Leontiev ellipsisi mənfi emfaza  minus 

işarəli (-) emfaza kimi qiymətləndirir. Fonetik söz,morfem sözlərinin birləşmələri mənasında- sintaqm 

və cümlə vahidlərinin tərkib hissələrinin hər birində qeyri-tarazlıq müşahidə olunur ki və bu da fonetik 

reduksiya  ilə  nəticələnir.  Cümlədə  ellipsis  özünü  iki  cür  göstərir  tam  və  natamam.  Ellipsisin 

işlədilməsi müəllifin ilkin şərtlərinə əsaslanır. Oxucu kontekstdən əldə etdiyi məlmata əsasən müəyyən 

bilgiyə sahib olur və o bilgi əsasında nəticə çıxarır. V. Q. Admoni elliptik cümlələrin tərkibində zəruri 

üzvlərin və ya onların hansısa tərkib elementinin iştirak etmədiyini qeyd edir. Elliptik cümlələr ikinci 

dərəcəli  üzvlərə  malik  ola  bilərlər,yəni  geniş  cümlələr  ola  bilirlər.  Bu  tipi  cümlələrin  əsas 

xüsusiyyətləri  ondan  ibarətdirki  kontekstin  təsiri  altında  cümlənin  elementlərindən  biri  öz  ifadəsini 

tapmır.  Yəni o  olmadan  müvafiq  məntiqi-qrammatik  cümlənin  məna  və formal olaraq bitkinlik  əldə 

etmədiyi elementi öz ifadəsini tapmır. 

Elliptik təkrarlar son dərcə geniş istifadə olunan təkrarlardır , cünki onlar kontekstin, cümlənin , 

bəzən  bütün  baş  üzvlərin  yerini  doldurur.  E.  A.  Trofimovanın  qeydlərində  bele  yazılır:  “elliptik 

variantlar  həm  sözdə  həm  söz  birləşməsində,  həm  sadə,  həm  mürəkkəb  cümlədə,  həm  də  mürəkkəb 

sintaktik bütöv daxilində mümkün olduğundan ingilis dilində aşağıda qeyd olunmuş şəkildə formlara 

bölünür. 

1.

 



Üslub cəhətdən qısaldılmış sözlər- lab(labaratory) adv (advertisement) 

2.

 



Üslub cəhətdən qısaldılmış fel forması- shall/will’in ‘ll kimi yazılması, do not/ does not yerinə 

don’t doesn’t yazəlması və s. 

3.

 

Mübtədası,mübtəda  və  köməkçi  feli  və  ya  sadəcə  köməkçi  feli  ellipsisə  uğramış  sadə 



cümlələr. 

A)

 



– got everything here-he announced (hər şeyi gotürdüm-o bildirdi) 

B)

 



I ‘m pretty well thank you (yaxşıyam çoxsağol) 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

978



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

C)

 



-What have you been doing here since morning? 

-just been playing with my toys 

4. Bağlayıcıları və ya nisbi əvəzlikləri ellipsisə uğramış cümlələr. 

5.  Üslubi  cəhətdən  qeyd  olunmuş  dialoji  biliklərin  sintaktik  bütövdə  normativ  vahidin  ellipsisi 

kimi çıxış etməsi; 

-they say you helped them to bunk? 

-me? 

Ellipsisi  təyin  etmək  üçün  pozisyon  analizi  metodikası  istifadə  olunur.  T.  Şopen  ellipsisin  iki 



növünü fərqləndirir ; analipsis (irəli ellipsis) və katalipsis (geri ellipsis) 

She (is beautiful) and Lucca (-) too. (is beautiful düşünülür) analipsis- o gözəldir, həmçinin Luka 

daI  think  that  Joan  (-)  and  you  think  that  Marvin  (will  finish  first  )  məncə  Coan  və  sən  Marvinin 

birinci bitirəcəyini düşünürsünüz. – katalipsis (geri ellipsis) – boşluqda will finish first düşünülur. 

Bu növ ellipsis mətn səviyyəsində özünü göstərir. Araşdırmalara görə mətnlərdə ən çox analipsis 

tətbiq olunur. 

Azərbaycan  dilində  hər  hansı  cümlə  üzvünün  iştirak  etməməsi  yaxud  ellipsisi  ilk  baxışdan  bu 

cümlələri  adlıq  cümlə  şəxssiz  cümlə,  söz  cümlələrə  bənzətməyimizə  səbəb  olur.  Lakin  bu  belə  deyil 

onlar  bir  birinə  müəyyən  cəhətə  görə  bənzəsələr  də  təbii  ki  aralarında  fərq  var.  Əşyanın,  hadisənin 

mövcud  olduğunu,  varlığını-  intonasiyanın  köməyi  ilə  təsdiq  edən  sadə  tərkibli  cümlələr  adlıq 

cümlələr adlanır. Mübtədası olmayan, fikir predmeti xəbərlə təsəvvür edilən tək tərkibli sadə cümlələr 

isə şəxssiz cümlələr adlanır. Adlıq cümlələrdə sadəcə mübtədanın iştirak etdiyini görürük , cümlənin 

xəbəri olmur, şəxssiz cümlələrdə isə əksinə - xəbər iştirak edir, cümlə mübtədasız olur. 

B. Hacıyevin fikrinə görə adlıq cümlələr paralel rabitə ilə əmələ gələn mətnlər üçün səciyyəvidir. 

Bəzi  mətnlər  bütövlükdə  adlıq  cümlələrdən  ibarət  olur,  digərlərində  isə  adlıq  cümlələr  onlara  yaxın 

olan cümlə növləri ilə birləşir. 

Söz  cümlələr  bir  sözdən  (və  ya  sabit  söz  birləşməsindən)  ibarət  olub  sintaktik  cəhətdən 

üzvlənməyən cümlələrdir və əsasən fərqləndirilmiş söz və ifadələrdən (hə,yox,bəli,xeyir,baş üstə və s.) 

ibarət  olur.  Söz  cümlələrin  əsas  xüsusiyyəti  onları  təşkil  edən  sözlərin  nominativ  mənaya  maik 

olmasındadır. Məhz bu səbəbdən belə cümlələr ədatlar , nidalar və modal sözlərlə ifadə olunur. Bu da 

fikrin qısa ,emosional və surətli ifadəsinə imkan verir. 

Yarımçıq cümlələr buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən üzvlərin forma və 

məzmununa əsasən bərpa oluna bilən cümlələrdir. Yarımçıqlıq da üzvlənən cümlələrin xüsusiyətidir. 

Çünki  burda  baş  və  ikinci dərəcəli  üzvlərin  buraxılmasından  və  asanlıqla  mətnə  əsasən  bərpa  oluna 

bilməsindən söhbət gedir. 

Sıfır təkrarları təhlil edərkən ellipsis üzərində durmuş oluruq və ona görə də bu barədə bir qədər 

ətraflı danışmaq məqsədə uyğun olardı. Ellipsislə bağlı T. Əfəndiyeva qeyd edir ki ; “ ellipsis yarımçıq 

cümlə  ilə  bağlı  bir  hadisədir.  Yunan  sözü  “elleipsiz”  (buraxımış)  sözündən  əmələ  gəlmiş  bu  termin 

elliptik  cümlələrin  bir  qrupunu  təşkil  edən  konstruksiyadır  və  bunlara  dilçilik  ədəbiyyatında  elliptik 

cümlələr deyilir. 

T.Əfəndiyeva  yarımçıq  və  elliptik  cümlələr  arasındakı  oxşar  və  fərqli  cəhətləri  aşağıdakı  kimi 

olduğunu qeyd edir. 

1) yarımçq cümlələrdə mübtədanın, xəbərin buraxılması müşahidə olunur. Elliptik cümlələrdə isə 

xəbər buraxılmış olur. 

2)  xəbəri  buraxılmış  yarımçıq cümlələrdə xəbər  əvvəki  cümlədə  və  ya  kontekstdə  olduğu  halda 

eliptik  cümlələrdə  buraxılmış  xəbər  əvəldən  gələn  cümlələrdə olmur,  kontekstin  ümumi  məzmununa 

əsasən aşkar edilir və bərpa olunur. 

Dil  ünsiyyət  vasitəsi  inkişaf  və  mübarizə  üsulu  kimi  qeyd  edilir.  Ünsiyyət  vasitəsi  kimi  dil 

dəqiq,səlis və aydın olmalıdır. Nitq hadisəsi isə həm ictimailiyə həm də fərdiliyə meyl edir. Məhz ona 

görə ellipsisə daha çox dildə yox nitqdə rast gəlinir.

 

 

 



 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

979



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANDA DİL SİYASƏTİ VƏ DİL SİTUASİYASI: 

CİDDİ MÜQAVİMƏTLƏR MÜSTƏVİSİNDƏ (1950-Cİ İLLƏR, 

STENOQRAMLARIN DİLİ İLƏ) 

 

Cahid KAZIMOV 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

cahid@ismayiloglu.com 

AZƏRBAYCAN 

 

Azərbaycanda bütün dövrlərdə dil siyasəti və dil situasiyasının əsaslarını müəyyənləşdirmək mü-



əyyən  problemlərlə  üzləşib.  Ona  görə  problemə  bu  məsələ  çevrilib  ki,  məsələn,  sovt  dönəmində 

dövlətin dil siyasətini tam şəkildə müəyyənləşdirmək üçün dövlətin ideologiya, mədəniyyət, elm və s. 

məsələ-lərinə  həsr  edilmiş  tədbirlərinin  materiallarını  -  bu  kimi  mənbələri  əldə  etmək  çətinliyi 

mövcuddur. 

Həmin dönəmdə dil siyasətinin respublikamızla əlaqədar çətinliyini və mürəkkəbliyini dərketmə 

istiqamətində  böyük  demokrat  yazıçı,  alim,  ictimai-siyasi  xadim  Mirzə  İbrahiovun  dil  mücadiləsinin 

bir sıra incəliklərini yada salmaq lazım gəlir. 

Dil məsələsində də Bakı hökumətinə o zaman rəhbərlik edən Şaumyan dilimizin o zaman işlək-

liyinə qəti şəkildə mane olur. Donosbazlıq onun birinci vəzifəsinə çevrilir, bütün tədbirlərin Azərbay-

can dilinə apralıması haqqında məlumatı MK-ya çatdırır. «Azərbaycanda yerli radio verilişlərinin 13 

saatından rus dilində verilişlərə 28 dəqiqə və erməni dilində 28 dəqiqə ayrılır». 

Məhz bu dövrdə (50-ci illər) ikidillilik (bilinqvizm) məsələsi də gündəmdə idi. Tədbir və yığın-

caqlarda səsləndirilirdi ki, «Hər cür şərait yaratmaq lazımdır ki, milli-rus qoşadilliyi hər bir regionun 

xüsusiyyətləri nəzərə alınmaqla ahəngdar və təbii inkişaf etsin, formalizmdən azad olsun. Dövlət həya-

tının ictimai və mədəni həyatın müxtəlif sahələrində milli dillərin işlədilməsinə daha çox qayğı göstə-

rilməlidir. Xalqın adını daşıyan, respublikanın ərazisində yaşayan başqa millətlərin vətəndaşlarının, bi-

rinci  növbədə  uşaqların  və  gənclərin  həmin  xalqın  dilinin  öyrənilməsi  təqdir  edilsin.  Bütün  bunlar 

tədris dilinin sərbəst keçirilməsinin demokratik prinsiplərinə qarşı qoyulmamalıdır». 

Beləliklə, sovet dövründə (50-ci illər) Azərbaycan dilindən dövlət dili kimi istifadədə təcridolun-

ma,  kənarlaşma  prosesləri  baş  vermişdir.  Bu  dövr  həqiqətən  də  ziddiyyətli  bir  dövrdür,  mühüm  dil 

məsələlərinin  müzakirəsi  məhz  bu  dövrün  də  payına  düşür.  Dil  siyasətində  də  sövet  dövlətinin  ikili 

standartlardan çıxış etməsi hakim rus-erməni şovinist dairələrinin təsiri altında, öncə, türk-müsəlman 

xalqlarının  milli-mənəvi,  əxlaqi  dəyərləri  ilə  yanaşı,  milli  ana  dilinin  işləkliyinə  hər  vəchlə  mane 

olmaq, bu dili sıxışdırmaq,  «sovet insanını, sovet xalqını» formalaşdırmaq adı altında, məqsədyönlü 

formada milli respublikalarda ruslaşdırma siyasətini həyata keçirməkdən başqa bir şey deyildir. İslam-

çılıq  və  türkçülük  ideyalarının  sıxışdırılması  nəticəsində  əks-təsir,  yəni  türk-müsəlman  xalqlarının 

qabaqcıl nümayəndələrində, ziyalılarında, ədiblərində milli fikir axtarışları, milli duyğular, milli təəs-

süfkeşlik hissləri güclənməyə başladı, milli dil, ana dili, yerlərdə ana dilinin dövlət dili kimi tanınması 

uğrunda gözə görünən və gözə görünməz şəkildə mübarizə başladı. 

 

 



AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ ŞƏXS ADLARI 

 

Günel ƏLİYEVA 

Sumqayıt şəhəri, 28 №li orta məktəb 

AZƏRBAYCAN 

 

Xalqın dünyagörüşü, fəlsəfi baxışı, onun  əhatə etdiyi mühitə, insana, təbiətə, tarixə münasibəti, 



cəmiyyət  üzvlərinin  adları,  əhatə  dairəsinin  genişliyi  və  məhdudluğu,  əmələ  gəlmə  mənbələri  və 

tərkibi,  adlarda  baş  verən  fonetik,  leksik-semantik  dəyişmələri,  mənşəcə  tərkibi,  milli-mədəni 

leksikanın  anlayışlarını,  quruluş  tiplərini,  morfoloji  baxışlarını,  psixologiyasını,  başqa  xalqlarla 

paralellik  təşkil  edən  sabıt  struktur,  sözlərin  yaranma  yollarını,  qanunauyğunluqlarını,  yayılmasını, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

980



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

onların  xüsusi  çəkisini,  türkdilli  abidələrdə  adların  tipoloji  xüsusiyyətlərini,  təbiətin  insana  təsiri  ilə 

bağlı adların yaranmasını və sair etnik-linqvistik və psixoloji səciyyəni açmağa kömək edir. Bütün bu 

qeyd edilən cəhətlərin aşkarlanması üçün ayrılıqda çox geniş tədqiqat aparılmalıdır. 

Burada  V.A.Nikonovun  “Первый  закон  антропонимики,  как  и  всей  ономастики-историзм” 

fikri özünü doğruldur.  

Məhz tarixi məlumat hər adın etimoloji şərhinə açar verir. 

Şəxs və məkan anlayışı bildirən isimlər dildə daim müxtəlif məna yükü daşıyır. 

Atalar sözlərinin onomastik laydakı antroponim mikrolayı ilə əlaqəsi üç şəkildə özünü göstərir: 

Tarixi şəxsiyyətlərin adı ilə bağlı atalar sözləri müxtəlif istiqamətlərdə inkişaf edərək, xalqın milli 

ənənələrini,  dünyagörüşünü,  psixoloji  yaşını,  iqtisadi,  siyasi,  mənəvi  səciyyəsini,  həyat  tərzini  əks 

etdirən  əlamətlərlə  uyğun  şəkildə  ifadə  etdiyi  üçün  məcazlaşma  xüsusiyyəti  qazanır,  ümumiləşmiş 

məzmun kəsb edir və xüsusi isimlər-adlar burada aparıcı rolu öz üzərinə alır, bununla da xüsusi çəkisi 

artır. Məsələn: 



I.”Hər oxuyan Molla Pənah olmaz”.- bu atalar sözündə adı çəkilən Molla Pənah /Vaqif/ XVIII 

əsrdə yaşamış şairin adı ilə bağlıdır. Xalq öz şairini təqdir etmiş və yaxın sifətləri adında cəmləşdirdiyi 

üçün onu xüsusi seçilmiş şəxs kimi yaşatmış və ondan örnək götürməyə meyilli olmuşdur.  

II.  XVIII  əsrdə  yaşamış  və  yadelli  işğalçılara  qarşı  ölüm-dirim  mübrizəsi  aparmış  Rövşənin  adı 

ilə  bağlı  bir  çox  atalar  sözləri  mövcuddur,  lakin  bunlar  Koroğlu  ləqəbi-adı  altında  yaranmışdır. 

Məsələn: 



“Çünki  oldun  dəyirmançı,  çağır  gəlsin  dən,  Koroğlu”.  Bu  atalar  sözü  Azərbaycan  şifahi  xalq 

ədəbiyyatının bədii sərvəti sayılan “Koroğlu” dastanı əsasında yaranmışdır. 



Çünki oldun dəyirmançı//Çağır gəlsin dən Koroğlu. 

Verdin Qırı, aldın Dürü//Döy başına yan Koroğlu. 

Koroğlunun  adı  ilə  bağlı  atalar  sözlərinin  hamısında  mərdlik,  cəsarət,  xeyirxahlıq,  cəngavərlik 

motivləri duyulur və onunla bağlı başqa bir çox vahidlər də yaranmışdır: 

“Ölər Koroğlu, getmə Vətəndən”. 

 “Hər daşın dibində bir Koroğlu var”.  

 “Atasının gözünü çıxaran hər adama Koroğlu deməzlər”.  

 “Koroğlu üçəcən deyib”.  

 “Koroğlunu tutmağa bir Keçəl Həmzə gərək”.  

 “Koroğlu deyib: basılanı kəsməyin”.  

Bu atalar sözləri nəyi və kimisə fərqləndirmək məqsədi güdsə də, yenə Koroğlu burada bir simvol 

kimi istifadə edilir; həm də Koroğlu şəxsiyyəti əsasında yaranan köçürmə mənadan danışılır. 

III. “Dağ Məhəmmədin yanına getməsə, Məhəmməd dağın yanına gedər”. 

Bu məsəl, əvvəlcə özünü təkəbbürlü aparan adamın sonradan güzəştə gedib sadə hərəkət etməyə 

məcbur  olduğu  və  ya  əksinə,  daha  hörmətli  adamın  özündən  qat-qat  kiçik  adamın  ayağına  getməyə 

məcbur olduğu zaman işlədilir.  

B)  Atalar  sözlərinin  bir  hissəsində  xüsusi  isimlər  iştirak  etsə  də,  onlar  məzmuna  qarşı  neytral 

mövqe  tutur,  yəni  məzmunla  sıx  bağlana  bilmir,  bəzən  qafiyə  xətrinə,  bəzən  satirik  və  yumoristik 

üslubda məcaz yaratmaq məqsədilə işlənir. Məsələn: 

a) “Ölməz, itməz, Xədicə görər nəvə-nəticə”. Burada xüsusi isim yalnız qafiyə xətrinə işlənmiş, 

məzmuna qarşı neytral mövqe tutmuş və görülən işin sonunu gözləmək mənası ifadə etmişdir. Burada 

atalar sözləri ictimai məzmunla yüklənir, qeyri-müstəqim mənalı ictimai-sosioloji məzmun kəsb edir. 

b)  ”Mus-mus  deyincə  birdəfəlik  Mustafa  de”  atalar  sözü  fikirdə  qətilik  tələb  etmək,  fikri  açıq 

söyləmək məzmunu ifadə edir. 

c)  “Bir  həsirdir,  bir  Məmməd  Nəsir”  atalar  sözü  hər  şeydən  məhrum,  həyatda  heç  bir  maddi 

neməti olmayan və bir şeyə gümanı gəlməyən insan haqqında deyilir. 

d) Əli və Vəli adları ilə bağlı atalar sözləri də xüsusi üslubi yük daşıyır. Hər atalar sözünün üslubi 

yük  daşımasını  “insanların  bədii  fikrə  və  bədii  düşüncənin  onlara  münasibəti”ni  əks  etdirir.  “Əli 



aşından da olur, Vəli aşından da” atalar sözünün strukturunda iştirak edən Əli və Vəli xüsusi adları 

fikri çatdırmaq üçün , ritmik bölükdə ahəng yaratmaq üçün işlənmiş və hər şeydən məhrum olan, əli 

hər şeydən çıxan adam haqqında söylənilir. Və ya “Əli papağını Vəli başına qoyur, Vəli papağını Əli 

başına”. Atalar sözü “əslində normal vəziyyətdə olmayıb bir təhər yola verilən və başa çatdırılan işi 

görən adam haqqında deyilir.”  



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin