Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə36/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

951



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nitq mədəniyyəti dildən ayrılmaz olub, dilin ədəbi normalarını mühafizə edir və qoruyur, bu hal 

dil ilə cəmiyyət arasındakı münasibəti əks etdirir, çox vaxt nitqin mədəni səviyyəsini də bu münasibət 

müəyyən  edir.Nitq  mədəniyyəti  dilin  müasir,  yeni  ədəb  normalarına  arxalanır  və  bunların 

ümumiləşməsini sürətləndirir. Bu meylin təsiri sayəsində dilin əvvəlki dövrləri ilə bağlı olan variantlar 

tədricən  məhdudlaşır.  Leksik  tərkib  üçün  daha  səciyyəvi  olan  belə  hallar  qrammatik  formaların  da 

mədənilik  baxımdan  saf-çürük  edilməsini  doğurur.Mədəni  nitq  normaları  yeni  dövrlə  bağlı  güclənən 

meylə biganə qalmır,əksinə bunları qüvvətləndirir, köhnə formalara müqaviməti də artırır. 

Qrammatik  və  leksik  mənaların  obyektiv  əlaqəsini  əks  etdirən  formaların  nitqdə  genişlənməsi, 

belə  formaların  üstünlüyünün  cəmiyyətin  diqqətinə  verilməsi  həm  nitq  normalarından  hansının 

mövcud dövr üçün məqbul sayıldığını, həm də mədəni nitq norması sahəsindəki dəyişməsini göstərir, 

bunu sürətdəndirən şəraiti aydınlaşdırır. 



 

 

AĞ VƏ QARA RƏNGLƏRİNİN ONOMASTİK                                 

VAHİDLƏRİN ADLARI KİMİ 

 

Səməndər HƏSƏNOV 

Bakı Slavyan Universiteti 

AZƏRBAYCAN 

 

Rəng  bildirən  sözlərlə  işlənən  onomastik  vahidlər  ayrıca  qrup  təşkil  edir.  Onomastikada  belə 

adlar  kifayət  qədər  çoxdur  və  demək  olar  ki,  bütün  dillərdə  işlənən  xüsusi  adlarda  ifadəsini  tapır. 

Azərbaycan onomalogiyası da bu rəng komponentli adlarla zəngindir. Bununla yanaşı, onomastikada 

bütün  rəng  və  rəng  çalarlarına  yer  olmur.  Dildə  işlənən  əsas  yeddi  rəng  də  omomalogiyada  işləklik 

dərəcəsinə  görə  özünü  müxtəlif  şəkildə  göstərir.  Əsas  diqqəti  cəlb  edən  məsələlərdən  biri  budur  ki, 

rəng  adlarının  onomastik  vahidlərin  tərkibində  işlənməsində  müəyyən  məhdudiyyətlər  vardır.  Bu 

məhdud  cəhətlər  və  onları  doğuran  səbəblər  hələ  ki,  əsaslı  şəkildə  araşdırılmamışdır.  Türk  dillərinin 

onomastikasında “ağ”, “qara”, “sarı”, “boz”, “göy” rənglərinin adları daxil olduğu xüsusi adlar daha 

məhsuldardır.  Bu  rəng  adlarından  ikisinin  -  “ağ”  və  “qara”nın  işləkliyi  daha  çoxdur.  Türk  dillərində 

“ağ”  və  “qara”  sözləri  ilə  düzələn  onomastik  vahidlərin  çoxluğunun  əsas  səbəbi  bu  iki  sözün 

semantikasının genişliyi ilə birbaşa bağlıdır. Bu deyilənləri nəzərə alaraq, ilk növbədə “ağ” və “qara” 

sözlərinin semantikası ilə bağlı məlumat vermək yerinə düşər. Hər iki rənglə bağlı araşdırma aparmış 

tədqiqatçıların  fikirlərində  birmənalılıq  açıq-aşkar  hiss  edilir.  Ağ  sözü  qədim  türk  dillərində  “uca”, 

“yüksək”, “işıqlı”, həm də “kiçik”, “xırda”, “balaca” mənalarında işlənmişdir. 

Rəng komponentli toponimlərlə bağlı fikir söyləmiş Ş.V.Yusifli yazır: “...həmin toponimlərin bir 

qismində  birinci  tərəf  rəng  bildirsədə,  digər  qismində  cəhət,  relyef,  keyfiyyət  və  s.  anlayışlar  ifadə 

olunur.  Məsələn,  Qaratəpə,  Qaratorpaq,  Ağqaya,  Ağtəpə,  Ağdərə,  onomastik  vahidlərinin  adlarında 

birinci  komponentlər  rəng  bildirdiyi  halda  ,  Ağköynək,  Qarabağ,  Qarapapaq  onomastik  vahidlərində 

qəbilə,  Ağsu,  Qarasu,  Ağbulaq  onomastik  adlarında  isə  keyfiyyət  anlayışlarını  ifadə  edir”.  Bundan 

başqa  Azərbaycan  ərazisindəki  toponimlərdə  “ağ”  rəngin  başqa  semantik  mənalarına da rast  gəlirik. 

Ağdəmik, Ağdaban və s. sözlərdə “ağ” sözü “yüksək”, “uca” mənalarında; Ağdərə, Ağyataq, Ağyazı, 

Ağköynək toponimlərində “işıqlı yüksək” mənalarında; Ağgöl, Ağsu, Ağbulaq onomastik vahidlərində 

“təmiz,  şəffaf,  duru”  anlamlarında  işlənmişdir.  Ağdam  və  Ağdaş  toponimlərində  “ağ”  sözü  rəng 

anlamını ifadə edir. 

Qara sözünün arxaik mənaları ağ sözü ilə müqayisədə, toponomik layda daha çox saxlanmışdır. 

Bir çox toponim və mikrotoponimlərin əsasən birinci komponenti kimi işlənən qara sözünün konkret 

toponimlərin  tərkibində  onun  mənbələrdə  qeydə  alınan  “rəng”,  “sadə”,  “ibtidai”,  “sıravi”,  “torpaq”, 

“təpəlik”,  “dağlıq”,  “yer”,  “kütlə”,  “camaat”,  “qatı”,”bədbəxt”,  “böyük,  iri,  nəhəng,  əzəmətli”, 

“qüvvətli, igid, cəsur”, “pis ruh” və s. mənalarından hansının daşıdığını müəyyən etmək çətindir. Qara 

sözünün semantik mənasını yalnız etimaloji təhlil əsasında açıqlamaq mümkündür. 

Hidronimlərin  tərkibində  ağ  və  qara  komponentlərinin  paralel  işlənməsi  bu  obyektlərin  birinin 

digərinə nəzərən uzunluğu-qısalığı, böyüklüyü-kiçikliyini bildirməsi ilə əlaqələndirirlər. Həqiqətən də 

ağ, qara sözlərinin qısa və uzun mənaları vardır. Çox vaxt tərkibində “qara” komponenti olan çaylar 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

952



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

uzunluğu  ilə  seçilir.  Kəlbəcər  rayonu  ərazisində  yerləşən  Ağçay  və  Qaraçay  hidronimlərinin  bir-

birindən  uzaqda  yerləşməsi  adların  uzunluğa  görə  müqayisə  zəminində  yaranması  ehtimalını  irəli 

sürməyə  imkan  vermir.  Fikrimizcə,  hər  iki  çayın  adındakı  rəng  komponentləri  suyun  keyfiyyəti  ilə 

bağlıdır.  Bundan  başqa  Kəlbəcər  rayonunda  Qaraqaya  oroniminin  izahını  verərkən  “rəng”  mənasına 

üstünlük verilir. Hər şeydən əvvəl onu deyək ki, Qaraqaya onomastik vahidi geniş arealda yayılmışdır. 

Azərbaycanda  Babək,  İsmayıllı,  Yardımlı  rayonlarında  Qaraqaya  adlı  kəndlər  vardır.  Qaraqaya  adlı 

dağ  və  kəndlər  Azərbaycanlıların  qədim  yaşayış  məskənləri  olmuşdur.  Bir  çox  yerlərdə  kəndlər 

adlarını  oronimdən  –  dağ  adından  almışdır.  Qaraqaya  oronimindəki  “qara”  sözünün  “uca,  yüksək, 

hündür,  böyük,  şiş”  mənasında  olması  fikrini  T.Əhmədov  irəli  sürmüşdür.  Ağ  və  qara  rənglərinin 

iştirakı ilə yarana bəzi onomastik vahidlərin etimalogiyasına diqqət yetirək. 

Ağqaya – Kəlbəcər rayonunda həm dağ, həm də kənd adı kimi keçir. Qruluşuna görə mürəkkəb – 

ikikomponentli onomastik vahiddir. T.Əhmədov Ağqaya oronimində “ağ” sözünün rəng bildirməsini 

qeyd  etmişdir.  Ağqaya  kəndinin  adı  eyniadlı  dağın  adından  alınmışdır.  Bu  ad  Azərbaycan  dilinin 

onomastikasında geniş yayılmış vahiddir. 

Ağdam – Tovuz rayonunda kiçik bir kənd kimi adı keçən bu toponim Azərbaycanda həm də iri 

yaşayış  məskəni,  rayon  mərkəzinin  adıdır.  Bir çox tədqiqatçılar  Ağdam  sözünü  hərfi  mənada “işıqlı 

dam”,  “ağ  ev”  kimi  izah  edirlər.  Burada  “ağ”  sözünü  yalnız  rəng  məfhumu  ilə  məhdudlaşdırmaq 

olmaz.  Z.Xasıyev  belə  hesab  edir  ki,  çoxmənalılıq  məna  çalarına  malik  olan  “ağ”  sözü  arxaik 

mənasına görə “kiçik”, “alçaq”, “çox da hündür olmayan” mənalarını da verir. Oykonimin ikinci tərəfi 

olan “dam” sözü isə vaxtı ilə “qala”, “müdafiə məqsədi ilə tikilmiş möhkəm divarı olan yer”, “qala 

divarı” və s. mənalarında işlənmişdir. Ümumiyyətlə, müəllif belə nəticəyə gəlir ki, Ağdam oykonimi 

konkret mənada “kiçik qala” mənasında işlənmişdir. 

Ağdağ  –  Culfa  rayonu  ərazisində  yerləşən  dağın  adıdır.  Bu  onomastik  vahidin  birinci  tərəfi 

“işıqlı”, “təmiz”, “ləkəsiz”, “uca” mənalarını bildirir. Güman ki, dağ uca olduğuna, günəş şuaları ilə 

daim işıqlandığına, ləkəsiz göründüyünə görə bu ad verilib.  

Qaraağac  –  Azərbaycanın  Sabirabad  və  Tərtər  rayonlarında  kənd  adlarıdır.  Bu  sözlərdə  “qara” 

sifəti “böyük” mənasında işlənmişdir. 

Qarababa – Şahbuz rayonunda kənd adıdır. Burada “qara” sifəti güclü mənasında işlənir. 

Qarabəyli – Azərbaycanın Laçın rayonunda kənd adıdır. “Qara” sözü Qarabəy insan adının tərkib 

hissəsidr.  Dilimizə  məxsus  şəxs  adlarında  “qara”  sifəti  əsasən  “güclü”,  “qüvvətli”  mənalarında 

işləndiyi  üçün  Qarabəyli  toponiminin  tərkibindəki  “qara”  formatının  qeyd  etdiyimiz  mənada 

işləndiyini güman etmək olar. 

Qaraqala  –  Babək  rayonunda  kənd  adıdır.  Oykonim  qara  və  qala  tərkib  hissələrindən  ibarətdir. 

Oykonimin  qara  hissəsi  “böyük,  iri,  nəhəng”,  qala  hissəsi  isə  “istehkam,  qala,  yaşayış  yeri” 

mənalarında işlənir və Qaraqala adı “böyük qala, iri yaşayış yeri” anlamını ifadə edir. Qara sözünün bu 

mənalarda işlənməsinə “Kitabi-Dədə Qorqud” dastanının dilində rast gəlirik. 

Qaradaş  –  Azərbaycanın  Tovuz  rayonu  ərazisində  kənd  adıdır.  Toponimin  birinci  tərəfində 

işlənən qara sözü “nəhəng” mənasında işlənərək Qaradaş toponimini yaratmışdır. 

Qarakənd  –  Azərbaycanda  –  Dağlıq  Qarabağ  ərazisində  yerləşən  kənd  adıdır.  Toponimin 

tərkibində işlənən “qara” formantı “böyük” mənasında işlənmişdir. 

 

 

REDUPLİKASİYA MÜRƏKKƏB SÖZDÜZƏLTMƏNİN BİR NÖVÜDÜR 

 

Xəyalə QƏMBƏROVA 

Sumqayıt Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

İngilis  dilində  reduplikasiya  mürəkkəb  söz  düzəltmənin  bir  növüdür.  Dilçilikdə  reduplikasiya 



sözün  kökünün  tam  və  ya  kiçik  dəyişikliklə  təkrarlanması  ilə  düzələn  morfoloji  prosesdir. 

Reduplikasiya  əsasən  danışıq  dilində  işlədilir  və  danışan  ifadə  etmək  istədiyi  fikrə  ton  vermək 

istədikdə,  onu  daha  rəngarəng  və  emosional  səsləndirmək  istədikdə  istifadə  olunur.  Baxmayaraq  ki, 

reduplikativ  sözlər  mürəkkəb  sözlər  kimi  2  tərkib  hissədən  ibarət  olur,  onlara  hər  zaman  mürəkkəb 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

953



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sözün  tərifini  tətbiq  etmək  olmur.  Çünki  reduplikativ  sözlər  bir  sərbəst  morfemdən  və  digəri  isə  bu 

morfemin  dəyişdirilmiş  forması  olan  və  lingvistlərin  “psuedo-morfem”  adlandırdığı  yalançı, 

məzhəkəli  morfemdən  ibarətdir.  Azərbaycan  dilçiliyində  isə  bu  sözlər  ritmik  sözlər  adlandırılır, 

məsələn: kol-kos, kağız-kuğuz, əyri-üyrü, ət-mət. Bu birləşmələrdəki “kos, kuğuz, üyrü, mət” sözləri 

ritmik  sözlərdir.  Bəzi  hallarda  isə  reduplikantın  tərkib  hissələrinin  hər  ikisi  yalnız  səs  yığımından 

ibarət olan mənasız və sərbəst şəkildə heç yerdə mövcud olmayan bu ritmik morfemlərdən ibarət ola 

bilir.  Məsələn:  blah-blah  “cəfəngiyyat,  bekara  söhbət”  mənasını  verən  reduplikativ  ifadənin  tərkib 

hissələri ritmik sözlərdir.  

Should he give them half a minute of blah-blah? 

Reduplikativ birləşmələrin hamısı stilistik bəzədilmiş ifadələrdir. Dildə onlar ifadəli və emosional 

işarələnir.  Bu  baxımdan  onların  düzəlmə  üsulları  da  müxtəlifdir.  Və  nəzərə  alsaq  ki,  reduplikasiya 

kommunikativ  dilin  məhsuludur,  elm,  texnika,  iqtisadiyyat,  mədəniyyət  kimi  həyatın  bütün 

sahələrində  baş  verən  dəyişikliklər,  inkişaf  birbaşa  özünü  ifadə  vasitəsi  kimi  dildə  əks  etdirir. 

Reduplikantların  sayının  artması  onun  növlərinin,  düzəlmə  üsullarının  da  artmasına  gətirib  çıxarır. 

Məsələn, Arnold reduplikativ birləşmələri aşağıdakı kimi qruplaşdırır:  

Xüsusi üsulla düzələn reduplikativ birləşmələr. O, qeyd edir ki, bu qrupu onomatopoik köklərin 

təkrarı  ilə  məhdudlaşdırmaq  olmaz.  Onomatopoik  sözlər  çıxardığı  səslərə  oxşar  hərflərdən  yaranmış 

sözlərdir,  məsələn,  pop,  bang,  hush”.  Azərbaycan  linqivistləri  bu  cür  sözləri  səs  təqlidi  sözlər 

adlandırır:  gupp,  xor-xor,  xıncım-xıncım.  Dilimizdəki  bəzi  canlıların,  heyvan  və  quşların  da  adı  səs 

təqlidi əsasında yaranmışdır: tısbağa, qurbağa, qarğa.  



Ablaut birləşmələr  

Qafiyəli birləşmələr 

 Ümumilikdə isə ingilis dilində reduplikativ birləşmələrin aşğıdakı növləri var. 



Tam reduplikativ birləşmələr (exact və ya total) 

Adından  da  məlum  olduğu  kimi  kökün  tam,  yəni  heç  bir  dəyişiklik  olmadan  təkrarlanması  ilə 

düzəlir.Tam  reduplikativ  birləşmələrin  böyük  qismi  uşaq  dilinə  aiddir:  choo-choo-qatar  səsi  (uşaq 

dilində);  no-no-xeyir,  yox;  chi-chi-çox  sayda  detaldan  ibarət  olan  zövqsüz  dekor;  buy-buy-sağ  ol, 

xudahafiz; wee-wee; poo-poo  

Qismən  (partial)  reduplikasiya  -  əsas  tərkibdə  fonoloji  dəyişikliyin  baş  verməsi  ilə 

düzəlir.Qismən reduplikasiya da özü özlüyündə 2 yerə bölünür: 

Ablaut reduplikasiya 

Qafiyəli reduplikasiya 

Ablaut reduplikasiya əsas tərkibdə sait dəyişikliyi baş verməsi ilə düzələn reduplikasiyadır. Məs: 

chit-chat-qeybət, tip-top-I dərəcəli. Bu dəyişilklik 2 istiqamətdə hiss olunur: 

1) [İ] [əe]  

Dilly- dally-avaralanmaq, veyillənmək 

Riff-raff- qara camaat 

Shilly-shally-tərəddüd etmək 

Zigzag –ziqzaq 

Mish-mash-qarma-qarışıqlıq 

Flim-flam-boşluq, köhnə dəbli 

“Enough chit-chat. Let`s see how you like flaming garbage” 

2) [İ] [o]  

Ding-dong-zəng səsi 

Ping-pong-stolüstu tennis 

Clip-clop- at nalı səsi 

Tick-tock-saat səsi 

Flip- flop- açıq ayaqqabı (barmaqarası) 

Wishy –washy - tutqun; aydın ideyası olmayan  

Wishy- washy blue -- tutqun mavi   

Qafiyəli  reduplikasiya  isə  əsas  mənalı  sözün  ilk  samitinin  dəyişərək  təkrarlanması  ilə 

düzəlir.Məs: 

Walkie-talkie – radsiya 

Willy-nilly – istər istəməz, məcburi 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

954



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Lovey-dovey - əziz, sevimli 

Flibberty – gibberty – yelbeyin, şit 

Helter-skelter – nizamsız; tələskənlik 

Razzle-dazzle – çox səs küylü hərəkət 

Arty-farty – sənətlə bağlı olan və ya marağı olan 

Boogie-woggie – pianoda yüksək tonla çalınan musiqi növü 

Roly-poly – qısa, kök 

Nitty-gritty – bir vəziyyətin əsas detalları 

Hodge-podge – çoxlu əşyanın səbəbsiz və nizamsız bir yerə qarışdırılması 

İntensiv reduplikasiya - reduplikasiyanın kiçik bir növüdür.Sözün əsasən 3 dəfə təkrarlanması ilə 

düzəlir və fikrin daha emosional ifadə olunması üçün istifadə olunur.  



Prices just keep going up up up. 

All you think about is you you you.  

Reduplikasiyanın bu növü Azərbaycan dilində mürəkkəb nidalara bənzəyir: ay –ay-ay,oy-oy-oy. 

Müasir  reduplikativ  birləşmələr  isə  2  əsas  mənalı  sözün  birləşməsindən  əmələ  gəlir.  Düzəlmə 

formasına görə onlar qafiyəli reduplikantları xatırlatsa da onlardan fərqli olaraq tərkibindəki köklərin 

hər ikisi semantik məna daşıyır. Məs: brain-drain –yüksək qabiliyyətli, bacarıqlı insanların daha yaxşı 

şəraitdə işləyə biləcəyi və daha çox pul qazanacağı ölkəyə köçməsi. 

Culture- vulture –ciddi musiqi, ədəbiyyat və ya sənətlə maraqlanan insanlar 

She won’t go to a funny film. She’s a real culture vulture. 

Reduplikasiyanın  bu  növünü  araşdırarkən  1960-1970-  ci  illərə  xas  olan  bir  ideologiyanı  əks 

etdirən “flower-power” reduplikativ birləşməsi ilə rastlaşdıq. Bu ifadə ilk dəfə olaraq Amerikan şairi 

Allen Ginzberq tərəfindən 1965-ci ildə işlədilmişdir. Bu şüar Vyetnam müharibəsinə qarşı olan, sevgi 

və sülhə inanan gənc nəslin zorakılığa qarşı passiv müqavimətinin simvolu idi. Koliforniyanın Berkley 

şəhərindən  başlayan  bu  simvolik  protestonun  iştirakçıları  güllərlə  bəzədilmiş  parlaq  rəngli  paltarlar 

geyinir  və  əllərində  olan  gülləri  bütün  ictimaiyyətə  paylayaraq  “gül  uşaqlar”-  flower  children”  kimi 

tanınırdılar. 



Təzadlı fokus reduplikasiya 

Contrastive Focus Reduplication 

İngilis dilində reduplikantların ən müasir növü olub, əsasən kommunikativ dildə istifadə olunur. 

Bu  konstruksiyanın  əsas  semantik  təsiri  reduplikasiya  olunmuş  elementin  anlamını  daha  spesifik, 

ayrıca şəkildə təsvir etməkdir (prototipləri ilə qarşılaşdırılaraq). Reduplikasiyanın bu növü lingvistlər 

tərəfindən  leksik  klonlaşdırma  da  adlandırılır.  Termin  ilk  dəfə  1982  ci  ildə  Amerka  yazıçısı  Paul 

Diksonun “word- word” “söz-söz” birləşməsini yaratması ilə yaranmışdır. Reduplikasiyanın bu növü 

Cila Qomeşi, Rey Cəkendof, Nikol Rozen və Kevin Russlin 2004- cü ildə nəşr olunmuş “ The salad-

salad paper” elmi işlərində daha ətraflı əks olunmuşdur.  

Kontrastiv reduplikasiya əsasən Şimali Amerika ingilis dilində işlənsə də Britaniya ingilis dilində 

də  və  hətta  başqa  ölkələrin  ingils  dilli  danışanları  tərəfindən  istifadə  olunur.  Yazılı  dildə  çox  nadir 

təsadüf  olunur.  Bu  səbəbdən  də  göstərəciyimiz  nümunələr  şifahi  dildən  ,  kino  və  proqramlardan 

toplanmış nümunələrdir.  

Yuxarida  qeyd  etmişdik  ki,  elm  və  texnologiyanın  inkişafı  reduplikantların  sayının  artmasında 

başlıca rol oynayır. Aşağıdakı nümunələrdə bunun bir daha şahidi olacağıq. 

“Are you FRİENDS – friends or Facebook friends?” 

Burada danışan real həyatda olan dostluqla internet dostluğunu qarşılaşdırır.  

“I shall make tuna- salad and you make SALAD –salad”.  

Cila  Qomeşinin  “İngilis  dilində  kontrastın  Fokus  Reduplikasiyası  ”  (The  salad  –salad  paper) 

məqaləsinin  başlıca  nümunələrindən  olan  bu  cümlədəki  “salad-salad”  birləşməsi  “tuna”  salatı  ilə 

qarşılaşdırılaraq spesifik yaşıl salatı ifadə edir. 

“Look at all the yellow vans on the road” 

Not vans like ours (i.e., minivans), but VAN-vans. 

“Should I wear a HAT- hat? (dairəvi, yəhudilərin taxdığı papaqla qarşılaşdırılır)”. 

I`m up, I`m just not UP-up. 

I had a JOB- job once. (9-dan 5-ə qədər olan əsl ofis işi, akademik işlə qarşılaşdırılır) .  

 Voice: Oh, I like Jerry a lot. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

955



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Elaine : You mean Like-like? 

-Gas guns? Why not GUN- guns? 

Our enemies have GUN- guns. 

David: Yes? 

Quinn: Um... I like you 

 

David: I like you, too 



Quinn: No, I mean I LİKE-like you. 

Yuxarıdakı nümunələrdən görüldüyü kimi reduplikativ birləşmələr gücləndirici rol oynayır- onlar 

daha  real,  həqiqi  və  ya  güclü  əşyaları  və  ya  hissləri təsvir  edir.  “Like”  xoşlamaq-  əgər  bir  hissdirsə, 

like-like  daha  güclü  bir  hissdir.  Əgər  “up”-  oyaq  olmağı  nəzərdə  tutursa,  UP-up-  “sən  yataqdan 

durmusan və günə başlamağa hazırsan” mənasını ifadə edir.  

Bütün  bu  dediklərimizi  yekunlaşdıraraq  demək  istərdim  ki,  ingilis  dilində  reduplikasiya 

rəngarəngliyi, emosionallığı və ifadəliliyi ilə özünəməxsus yer tutur. 

 

 

AZƏRBAYCAN DİLİNDƏ SOMATİK TƏRKİBLİ ATALAR SÖZLƏRİ 

 

Elza İBADOVA 

Bakı Slavyan Universiteti 



elzaibadova@mail.ru 

AZƏRBAYCAN 

 

Somatizm  –  insan  və  heyvanlara  məxsus  bədən  üzvlərinin  adlarıdır.  Atalar  sözü  və  məsəllərin 



formalaşmasında  ən  aktiv  rol  oynayan  da  bu  dil  vahidləridir.  Dilçilik  ədəbiyyatında  somatizmlər 

əsasında  formalaşan  Atalar  sözü  və  məsəlləri  ilə  bağlı  ayrıca  bir  tədqiqat  əsəri  yoxdur.  Somatizmli 

birləşmələr  haqqında  yalnız  sabit  söz  birləşmələri  haqqında  yazılan  tədqiqatlarda  onların 

formalaşmasında iştirak edən komponentlərdən danışılan zaman qrup kimi məlumat verilir. 

Atalar sözü vəməsəllər şifahi xalq ədəbiyyatının qədim janrlardandır. Cəlal Bəydilli(Məmmədov) 

ayrı-ayrı  illərdə  bir  neçə  dəfə  çap  etdirdiyi  "Atalar  sözü"kitabının  materialları  üzərində  apardığımız 

hesablamalardan  müəyyən  oldu  ki,buradakı  270-dən  artiq  folklor  materialının  94-ü  somatik  tərkibli 

atalar sözləridir. Aydın  oldu  ki,bu  atalar  sözləri  və  məsəllərin  tərkibi,  əsasən,  daimidir,  dəyişməzdir. 

Məsələn,  “Vəsmə  bol  olanda  qaşa  da  çəkərlər,  gözə  də”;  “Diş  qurdalamaqla  qarın  doymaz”;  “Saçı 

ölünün  üstə  kəsərlər”;  “Barmağın  hansını  kəssən,  agrısı  birdir”;  “Boğaz  yediyini  istəməz  göz 

gördüyünü  istər”;  “Ağır  ayaq  baş  əyər”  və  s.  Bu  atalar  sözlərinin  içərisində  əl,  göz  somatizmi  daha 

fəaldır. 94-100 atalar sözündən 14-ü “göz”, 11-i “əl” ilə bağlı olan somatizmlərdən ibarətdir. Məsələn, 

“Sağ əlin sol ələ xeyri yoxdur”; “Öz əliylə öz ayağına balta çalır”; “Bir göz iki gözün gördüyün görə 

bilməz”;  “Göz  gördüyündən  qorxar”;  “Acın  gözü  çörək  təknəsində  olar”;  “Öz  gözündə  tiri  görmür, 

özgə gözündə qıl axtarır”; “Sağ gözü sol gözə möhtac olmasın” və s. 

Somatizmlər dilin qədim leksik qatını təşkil edir, sadə sözlərdən ibarət olur, çoxmənalı olur. Bu 

xüsusiyyətlər  atalar  sözlərinin  əmələ  gəlməsində  də  somatizmlərin  əsas  xüsusiyyətləri  kimi  qalır. 

Somatik frazeologizmlərlə əlaqədar tədqiqatçı marağının artması həm də ondan irəli gəlir ki, ifadə və 

məzmun  planları  cəhətdən somatik  frazeologizmlərdə  iki  zidd  qütblülük  öz  əksini  tapır.  Başqa  sözlə 

desək, bütövlükdə frazeoloji vahidlərin özü, elecə də onun komponentləri bu və ya digər şəkildə insan 

və  onun  fəalliyyətini  təsvir  etməyə  və  səciyyələndirməyə  yönəlmişdir.  Digər  atalar  sözləri  kimi 

somatik ifadələrin də ümumi mənası onu təşkil edən ayrı-ayrı sözlərin mənası ilə müəyyənləşir, yəni 

burada birləşmənin ümumi mənası onu təşkil edən ayrı-ayrı sözlərin müstəqil mənalardan asılı olaraq 

meydana çıxır: “Əldən qalan əlli il qalar”; “Əl əli yuyar, əl də üzü”. Birinci nümunədə “əl” somatizmi 

öz  semantikasından qizmən  uzaqlaşmışdır.  Səbəbi isə  bu  bu atalar sözünün  özünün ilkin  formasının 

“Əldən qalan iş, əlli il qalar” formasında olmasıdır. Zaman keçdikcə “iş” sözünün mətndən düşməsinə 

baxmayaraq “əl” sözü öz semantikasını qoruya bilmişdir. İkinci atalar sözündə isə məcaziləşmə daha 

güclü olduğu üçün “əl” sözü öz semantikasından tamamilə uzaqlaşmış və “pul” mənasına keçmişdir.  

"El üçün ağlayan göz kor olar” atalar sözü də bu günə qədər də müxtəlif münasibətlər göstərilən 

deyimlərdəndir:  ”Dədə  Qorqud”  dastanında  belə  bir  öyüd  var:  "Ağlamaqla  nəsnəmi  olur?!”  Bu 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin