Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə54/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   50   51   52   53   54   55   56   57   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1042



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

verən proseslərlə onun sakinləri arasında maraqlı vəhdət yaradır. Tapqaraqoyunlu ermənilər tərəfindən 

işğal  olunmuş,  yüzlərlə  uğrunda  şəhidlər  verilmiş,  yüzlərlə  insanı  nrahat  buraxmış,  sonda  azad 

olunmuş Goranboyun kəndidir. Hərbi jurnalistin diqqətini onun təbiəti, uğrunda vuruşan döyüşçülərin 

söyləntiləri  əsasında  çox  çəkir.  Topqaraqoyunlunun  doğmalıq,  imtinaolunmaz  sevgisi  həmin  kəndi 

tərk  edən  sakinlərin  dərin  psixoloji  hislərində  inikas  olunur:  “Təhlükədən  bir  təhər  sovuşub  evindən 

televizoru çıxarıb gətirən kənd sakinin gözündən sevinci sezməmək olmur. Motosikllə kənddən çıxıb 

gələn qadın da apardığı düyüncəkdən möhkəm yapışıb ki, yerə düşməsin. Bu ürəkağrıdan mənzərələrə 

baxmaq olmur. Dəhşətdir!”.  

Psixologizmin  içərisində  reallığın  doğurduğu  hiss–emosional  düşüncələr,  faciəvi  taleyi  ilə 

barışmamaq  istəyi  qəhrəmanların  üsyankar  etirazı  ilə  əks  olunur.  Döyüşçü  xarakteri  gərgin 

situasiyalarda  rəngarəng  təsvir  çalarları  ilə  açılıb  göstərilir.  Publisistlər  insanların  həyəcanlarını- 

torpaq, yurd itkisindən doğan kədər və qüssələri göstərməyi qarşıya məqsəd qoymuşdur.  

Ümimiyyətlə,  Qarabağ  mövzusunda  yazılmış  publisistikanın  məqsədi  ictimaiyyətdə  Qarabağ 

müharibəsi ilə bağlı tarixdə baş verən siyasi proseslər barədə ictimai rəy yaratmaq, xalqın gözünü açıb 

mübarizəyə çağırmaq, ictimaiyyəti ideya-siyasi cəhətdən silahlandırmaqdır. Qarabağ mövzusunda olan 

publisistik  materiallarda  müharibə  psixologizmini  araşdırmaq  tək  cari  zamanı  deyil,  gələcək  nəsillər 

üçün ideoloji təbliğat funksiyası baxımından da əhəmiyyətlidir. 

 

 

“İDEAL” ƏSƏRİNƏ BİR BAXIŞ 



 

Bahar MƏLİKZADƏ 

Baki Dövlət Universiteti 

Azərbaycan 

 

Altmışıncılar nəslinin ən güclü nümayəndəsi sayılan İsa Muğanna “Yanar ürək” povesti ilə o dövr 

ədəbiyyatında  inqilab  etmişdi.Lirik  –  psixoloji  metodlarla  kəskin  realzmin  sintezini  böyük  ustalıqla 

yaradan ədib bu əsərdə qadağan edilmiş mövzuları “qadağan edilmiş tərzdə” işıqlandırdığı üçün xeyli 

sayda  povestindən  də  imtina  etmışdir.Ancaq  bu  möhtəşəm  əsəri  üzərində  möhkəmcə  işləyərək,  onun 

ədəbi-estetik konsepsiyasını tamam dəyişərək “İdeal” romanı şəklinə gətirmişdir.Əsərin əsas ideyasını, 

yazıçının  bizə  təlqin  etdiyi  fikirlərin  əsas  tezislərini  ümumiləşdirmək  üçün  romanın  “Qapalı  dünya” 

fəslini  diqqətlə  oxumaq  lazımdır,ulu  göylərin  adından  yazıçının  səylədiklərinin  mahiyyətinə  varmaq 

lazımdır. 

“ İdeal” sosial – sixoloji bir əsər kimi 20-ci əsrin ikinci yarısnda yaranmış Azərbaycan nəsrinin ən 

qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir. “İdeal” İsa Muğannanın yaradıcılığnda ayrıca zolaqdır. 

Buna  nəzərən  onun  yaradıcılığı  üç  mərhələyə  bölünür.  “  İdeal”  a  qədərki  mərhələ  ,  “  İdeal”  və  “ 

İdeal”dan sonrakı mərhələ. Bu bölgüyə nəzərən “İdeal” ın müəllifinə da üç mərhələdə baxmaq olar - 

yazıçı,  yazıçı  –  peyğəmbər,  peyğəmbər.  “  İdeal”  öz  müəllifinin  düşüncəsində  koordinat  oxlarının 

kəsişdiyi sıfır nöqtəsidir. Hər şey ordan keçir. 

 İsa  Hüseynov  “  İdeal  “  əsərinin  yazılma  səbəbləri  barədə  bunları  yazməşdı  :  “  Vətəni  zəngin  , 

firavan  ,  həyatı  şirin,  insanı  gözəl  görmək  istəyən  ,  gözü  tox  könlü  tox  adamların  ,  hər  cür 

saxtakarlıqdan uzaq , uca şəxsiyyətlərin yollarında sədd və maneələrin səbəbləri haqqında düşündüm. 

Axtardığımın bir qismini öz əsərim “ Yanar ürək “ də, qalanını da o romanın qəhrəmanlarının sonrakı 

talelərində  tapdım,  nəticədə  isə  “Yanar  ürək”  dən  bəzi  biblioqrafik  faktları  saxlayıb  ,  40-80-  ci  illər 

arasında baş vermiş mənəvi- psixoloji dəyişiliklər haqqında yeni roman yazdım.  

Şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir.Lakin onunla yanaşı, onun 

ziddiyyətli  təzahürü  olan  mikromühit  də  mövcud  ola  bilər  ki,  orda  şəxsiyyət  öz  imkanlarını  aşkara 

çıxara  bilməz,iztirabların  közündə  yanar,  fəaliyyəti  imkanlarının  müqabilində  çox  cılız  görünər.Bu 

mühit  şəxsiyyəti  qanadlandırmaz,  əksinə  ,  onun  qanadlarını  qırar,  fərdiləşdirməz,  əksinə, 

eyniləşdirər.Bu  baxımdan  “İdeal”  romanının  baş  qəhrəmanı  olan  Səməd  açıq  mübarizə  aparmaqdan 

çəkinmir,  iztirablar  aləminə  qapılsa  da,  sonralar  özünü  ,  insani  mənliyini  təsdiq  edə  bilir.Yəni 

makromühitin ziddiyyətli təzahürü olan mikromühit Səmədin iztirablar közündə yanmağına mane ola 

bilmir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1043



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Əsərin  əvvəllərində  Səmədlə  Gülgəzin  eşq  macərası  təsvir  olunur.Bu  eşq  macərası  bəlkə  də 

Səmədin ömrünün ən xoş günləri idi.Hətta son günlərin böyük ciddi hadisələri - hadisələri – “o toyda 

Azərbaycan  Demokrat  Firqəsinin  məğlubiyyəti  ,yəni  “Milli  Hökumətin  yıxılması”  və  “  Şahın 

bizimkiləri  topa  tutması”  da  bu  gur  saçlı  ,möhkəm  bədənli  ,”  əziz  -ərköyün  sədr  oğlunun  “  gur 

hissiyyatla dolu şadlığına mane olmamışdı. Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ 

bir  o  qədər  də  toxunmamışdı  və  toxuna  da  bilməzdi.Cəmaat  deyirdi:  “Sədr  oğlunun  Araz 

aşığındandı,Kür topuğundandı, Kür topuğundan” , yəni “ heç nə vecinə deyildi”. Və bu sözlərdə bir 

həqiqət vardı. 

 Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən ,tavanında 

qaranquşlar uçuşan nəhəng bir otaqda , səhərdən gecə yarıya qədər bu otağa dəstə- dəstə gəlib gedən 

cəmaat  arasında  “əziz-ərköyün  sədr  oğlu”  kimi,  “ordenli  bolşevik  Qılınc  Qurbanın  atının  tərkində 

gəzən”  və  “yetdiyinə  yetib,  yetmədiyinə  bir  daş  atan  dəliqanlı”  kimi  görmüşdü.Uşaqlıqdan  başlayıb 

,davam edən bu cür dəliqanlılığına görə Qudalı cavanları ona ”Dəli Səməd” deyirdilər. 

 Həyatda ən böyük ideya – insan ideyasıdır. Bu ideyadan məhrum olan hər cür fəaliyyət özünün 

əksinə çevrilir.Humanizim hissi ilə bağlı olmayan hər cür niyyət öz nəcibliyini itirir, eybəcər mahiyyət 

kəsb edir. Səməd obrazının da axtardığı “İdeal” idi və bu idealı işində böyütdüyü “Sultan Əmiri adında 

möhtəşəm dünya” idi.Səmədin alovlu çıxışında bunun şahidi oluruq: 

 -Eşq  dəlisiyəm  mən!İnsan  dəlisiyəm!Bu  torpağın  ,  bu  yurdun  dəlisiyəm!Ömürlərini  , 

xoşbəxtliklərini bu yurda qurban verən Mədəd Əmirli, Sultan Əmirlinin dəlisiyəm mən! 

 Ideal  əsərinin  ictimai  məzmunu  çəx  zəngindir.Burda  problemin  qoyuluşu  daha  mürəkkəb  və 

əhatəlidir. 

 Yazıçının  qeyd  etdiyi  “mənəvi-psixoloji  təbəddülatı”,  “  uca  şəxsiyyətlərin  yollarında  sədd  və 

maneələrin  səbəbləri”  ni  dərindən  və  köklü  surətdə  açıb  gəstərməyə  çalışmışdır.  “Yanar  ürək”  dəki 

Səməd, Gülgəz, Sultan Əmirli, Gülbəniz, kimi surətləri ətraflı işlənməklə, yanaşı, Qılınc Qurban, Çax-

çux  Xalıq,  Dudiyev,  Mirqəzəb  və  b.  dərindən  işlənmiş,  yeniləşdirilmiş  obrazlar  vardır.Bunlar 

hadisələrin  dairəsini  genişləndirməklə  bərabər,  yazıçı  qələminin  sosial  həyatın  dərin  qatlarına  nüfuz 

edə bilmə imkanları ilə fərqlənir. 

 Ümumiyyətlə,  mükəmməl  insan  deyə  bir  şey  yoxdur,  çünki  mükəmməllik  üçün  gərək  heç  bir 

günahın olmaya.İnsanın da daima qüsurları olduğu üçün mükəmməl ola bilməz.Amma insan ideal ola 

bilər.Üzərinə  düşən  bütün  vəzifələri  ən  yaxşı  şəkildə  edərsə,  qüsursuza  yaxın,  ideal  insan  ola 

bilər.Aristotel  ideal  dedikdə  ən  əsas  qeyd  edir  ki,  ən  vacib  anlarda  öz  həyatını  da  sevə-sevə  qurban 

verməlidir.İsa  Muğannanın  “İdeal”  əsərinin  qəhrəmanı  olan  Səməd  Əmirli  nişanlısı  Gülgəzin  Sultan 

Əmirli  ilə  həyat  qurmasına  haqq  qazandırır,  hətta  bu  eşqini  ona  qurban  edir.Səməd  Əmirli  əmisinə 

müxtəlif  obrazlar  tərəfindən  səsləndirilən  ittihamlara  da  haqq  qazandırır.Onun  idealı  olan  Sultan 

Əmirlinin günahsız olması ağır sınaqlara tabe olduğu üzə çıxanda aydınlaşır. 

 İsa  Muğannanın  “İdeal”  romanı  öz  gərgin  psixologizmi,  kəskin  dramatizmi,  emosional  aurası, 

polifonik  quruluşu  ilə  dünya  ədəbiyyatında  roman  janrının  ən  qeyri-  adi  nümunələrindən 

biridir.İyirminci  əsr  dünya  romanında  ən  möhtəşəm  adlar  olan  Coys,  Kafka,  Tomas  Mann,  Sartr, 

Kamyu, Brox, Faulz, Eko və s. Kimi yazıçıların heç bir əsərini bu romana müqabil qoymaq olmaz. 

 “  İdeal”  öz  zamanında  və elə indi  də  birmənalı  qarşılanmayan  romandır.Bunun bir  neçə səbəbi 

var.  “İdeal”  müəllifinin  öz  düşüncəsində  ikinci  qata  keçməsindən  xəbər  verdi.Əksəriyyət  isə, 

birmərtəbəli  düşüncənin  daşıyıcılarıdır.Bu,  problemin  qneseoloji  səbəbidir.Heç  kəs  öz  yurdunda 

peyğəmbər  olmur.Bu,  problemin  sosioloji  səbəbidir.”  İdeal”  in  müəllifi  özünün  vəhy  səciyyəli 

ideyalarını Azərbaycan türkcəsinin qanunlarına əsasən qələmə alıb və bu romanı ən yaxşı tərcümə ilə 

belə  kiməsə  anlatmaq  çətindir.Bu,  isə  problemin  linqivistik  səbəbidir.Bir  sözlə,  dahi  olmaq  özü  də 

Azərbaycan yazıçısı olub dahi olmaq faciədir”. 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1044



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“KİTABİ-DƏDƏ QORQUD” DA NƏSR 

(MÜƏYYƏNLƏŞDİRİLMƏSİNDƏKİ 

ÇƏTİNLİKLƏR, ƏSAS XÜSUSİYYƏTLƏRİ) 

 

Aygül QURBANOVA 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu 



aygul12@box.az 

AZƏRBAYCAN

 

 

Dədə  Qorqud  oğuznamələrinin  nəzm  və  nəsrin  növbələşməsindən  ibarət  olması  fikri  alimlərin 



əksəriyyəti tərəfindən  təsdiqlənsə  də,  oğuznamələrdəki  nəsr parçalarının  müəyyənləşdirilməsində bir 

sıra çətinliklər mövcuddur. Bunun da başlıca səbəbi dastan mətnində rast gəlinən nəsr parçalarının adi 

nəsrdən  xeyli  dərəcədə  fərqli  xüsusiyyətlərə  malik  olması  ilə  bağlıdır.  Belə  ki,  oğuznamələrin  nəsr 

hissələrində müşahidə olunan qafiyə, cümlələrdəki ahəngdarlıq onu daha çox nəzmə yaxınlaşdırır. Bu 

yaxınlıq bəzən o dərəcədə qüvvətli olur ki, dastandakı nəzm və nəsr hissələrini bir-birindən ayırmaq 

mümkün olmur. 

 Böyük türk alimi Məhərrəm Ergin bu barədə yazır: “Dədə Qorqud nəsrini bir növ yarı mənzumə 

halına  gətirən  səbəb,  onun  qaynağı  ilə  bağlıdır.  Həm  Dədə  Qorqud  Kitabının  daxili  quruluşu  və 

strukturu, həm də tarixi dəlillər və müxtəlif Oğuz rəvayətləri bu hekayətlərin əvvəllər mövcud olmuş 

böyük  bir  Oğuz  dastanından  ayrılıb,  yeni  ünsürlər  qazanaraq  müstəqil  parçalar  halına  gəldiyini 

göstərir”(Məhərrəm Ergin. Dede Korkut Kitabı-I, Ankara, “Türk Tarih Kurumu”, 1958, s. 30). 

 Qeyd  edək  ki,  dastanın  hər  bir  boyu  dinamik  və  statik  hadisələrin  ardıcıllığından  ibarətdir. 

Oğuznamələrin  nəzm  hissələrindəki  emosional,  ekspressiv  gərginliyi,  dinamikliyi  nəsr  hissələrində 

geniş epik təsvirlər, nəql etmə, statiklik əvəz edir. 

Dədə  Qorqud  nəsrini  səciyyələndirən  bir  sıra  xüsusiyyətlər  vardır.  Bunlardan  biri  ardıcıl  hadisə 

və əhvalatların sıralanmasıdır. Dastandan bir neçə nümunəyə nəzər salaq.  

“Daş Oğuz bəgləri həp yığnaq oldı. Ala bargah otaqların düzə dikdi. Atdan ayğır, dəvədən buğra, 

qoyundan  qoç  qırdırdı.  Daş  Oğuz  bəglərinə  ağırlıq  edüb  toyladı”(Kitabi-Dədə  Qorqud.  Əsil  və 

sadələşdirilmiş mətnlər, Bakı, “Öndər”, 2004, s. 165). 

 “Bu məhəldə Oğuz ərənləri alay-alay gəldi. Köpür-köpür tavıllar, nəqarələr çalındı. Qazan gördü 

kim, ləşkər öñincə bir ağ-boz atlu, ağ ələmlü bəg dəmir donlu Oğuzuñöñincə gəldi. Çadırın dikdirdi. 

Alay  bağladı  durdı.  Anuñ  ardınca  Qaragünə  gəldi,  alay  bağladı  durdı.  Haman  burada  Qazan  at 

meydana  sürdi,  qırım  dilədi”(  Kitabi-Dədə  Qorqud.  Əsil  və  sadələşdirilmiş  mətnlər,  Bakı,  “Öndər”, 

2004, s. 161). 

 Bu kimi nümunələr dastanda kifayət qədərdir. Hər iki nümunədən də göründüyü kimi, sadalanan 

hadisə və əhvalatlar ardıcıl şəkildə baş verir. 

 Oğuznamələrin  nəsr  hissələrini  səciyyələndirən  əlamətlərdən  biri  də  qafiyədir.  Təbiidir  ki,  nəsr 

parçalarında  rast  gəlinən  qafiyə  nəzm  hissələrindəki  qafiyədən  fərqli  olaraq  daha  sərbəst  xarakterə 

malikdir və istənilən vaxt qafiyəli nəsr adi, qafiyəsiz nəsrlə əvəz oluna bilir.  

Nəsrdəki qafiyəyə, əsasən, hər hansı bir şəxsin və ya əşyanın əlamətlərinin sadalanması zamanı, 

oğuznamə  qəhrəmanlarının  təsviri  verilərkən  rast  gəlirik.Məsələn,  aşağıdakı  nümunələrə  diqqət 

yetirək.  

“...Dəstursuzca Bayındır xanıñ yağısın basan, altmış biñ kafirə qan qusduran, ağ-boz atınıñ yelisi 

üzərində  qar  durduran  Qəflət  Qoca  oğlu  Şir  Şəmsəddin  çapar  yetdi”(  Kitabi-Dədə  Qorqud.  Əsil  və 

sadələşdirilmiş mətnlər, Bakı, “Öndər”, 2004, s. 49). 

“...Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış 

kafir  qızları  al  şərabı  altun  ayaqla  qalın  Oğuz  bəglərinə  gəzdirirlərdi”(  Kitabi-Dədə  Qorqud.  Əsil  və 

sadələşdirilmiş mətnlər, Bakı, “Öndər”, 2004, s. 78). 

Yuxarıda göstərilən nümunələrdən də göründüyü kimi, dastanın nəzm hissələrinə məxsus bir sıra 

xüsusiyyətlər nəsr hissələrində də müşahidə olunur və bu da oğuznamələrdəki nəzm və nəsr bölgüsünü 

dəqiqşəkildə müəyyən etməyə imkan vermir. Dastanın qorqudşünaslar tərəfindən nəşr olunan bir neçə 

elmi-tənqidi mətninimüqayisə etmək kifayətdir ki, məsələnin nə yerdə olduğunu anlayaq. 

Biz  O.Ş.Gökyay,  M.Ergin,  H.Araslı,  Şamil  Cəmşidov,  F.Zeynalovla  S.Əlizadənin  nəşrlərini 

müqayisə  etdik  və  müqayisə  zamanı  belə  bir  mənzərənin  şahidi  olduq  ki,  oğuznamələrin  nəzm 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1045



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hissələrinin  müəyyənləşdirilməsində  olduğu  kimi,  nəsr  hissələrinin  müəyyənləşdirilməsində  də 

müəlliflər  arasında  subyektivizmə  söykənən  fikir  ayrıseçkilikləri  mövcuddur.  Belə  ki,  bir  müəllifin 

nəsrlə  verdiyi  hissə  digərində  nəzmlə  verilir  və  yaxud  əksinə.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bu 

problem  dastandakı  nəsr  hissələrinin  mövcudluğunu  inkar  etməyə  heç  bir  əsas  vermir.“XV  əsrdə 

yazılmış “Zübdətül-ədvar” adlı musiqi haqqında əsərdə ozan adında musiqi aləti ilə türkcə mənzum və 

məsur  hekayələr  deyildiyi  göstərilir.  Əgər  Oğuznamənin  müasiri  olan  qaynaq,  müasir  araşdırıcılar 

kimi, orada mənzum hissə ilə yanaşı,mənsur hissə də görürsə, mətndəki nəsr elementlərinin varlığını 

inkar etmək əbəsdir”(Əfzələddin Əsgər. Oğuznamə yaradıcılığı, Bakı, “Elm və təhsil”, 2013, s. 177). 

 Dədə  Qorqud  oğuznamələrindəki  nəsr  hissələrini  nəzm  hissələrindən  fərqləndirən  əsas 

xüsusiyyətlərə  gəldikdə  isə,  onu  deyə  bilərik  ki,  nəsrlə  nəzmin  növbələşməsindən  ibarət  olan  bütün 

əsərlərdə olduğu kimi, “Kitabi-Dədə Qorqud” nəsrində də biz ümumi süjet xəttinin inkişafını görürük, 

dastan  qəhrəmanlarının  düşdükləri  vəziyyətlər,  onların  başına  gələn  hadisələrin  əhatəli  epik  təsviri 

nəsr hissələrində verilir. Daha dəqiq şəkildə desək, hər hansı bir qəhrəman, əşya və ya hadisə haqqında 

əsas informasiya nəsrdə nəql olunur. 

Nəzm  parçalarında  isə  daha  çox  dastan  qəhrəmanların  hiss  və  həyəcanları,  duyğuları, 

müraciətləri, baş vermiş hər hansı bir hadisəyə emosional-psixoloji münasibətləri öz əksini tapır.  

“Şeir  parçalarında  kommunikasiya  aktı  məhz  bilgiyə,  məlumata  (“сообщение”),  nəsr 

parçalarında  isə  kontekstə  yönəldilir.  Başqa  cür  desək,  şeir  parçalarında  poetik  funksiya,  nəsr 

parçalarında isə kommunikativ (referentiv) funksiya üstünlük təşkil edir” (Kamil Vəliyev. Linqvistik 

poetikaya giriş, Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989, s. 91). 

 Dədə  Qorqud  oğuznamələrindəki  nəsr  parçalarının  hüdudunu  dəqiq  şəkildə  müəyyən  etməyi 

çətinləşdirən  səbəblərdən  biri  də  həmin  parçaları  müasir  nəsrlə  eyniləşdirmək  meyllərinin  mövcud 

olmasıdır.  Yadda  saxlamaq  lazımdır  ki,  “Kitabi-Dədə  Qorqud”dakı  nəsr  kamil,  bitkin  nəsr  forması 

deyil  və  bu  nəsri  müasir  nəsrlə  müqayisə  edərək  düzgün  elmi  nəticələrə  gəlmək  mümkün  deyil. 

Mövcud problemin öz həllini tapması üçün səthi müşahidələr kifayət etmir. Bunun üçün ilk növbədə 

dastanın  hər  bir  boyu  diqqətli  şəkildə  nəzərdən  keçirilməli,  nəsr  parçaları  subyektiv  münasibətdən 

uzaq şəkildə müəyyən olunaraq tədqiqata cəlb olunmalıdır. 

 

 

“KOR BAYQUŞ” - İRAN NƏSRİNİN TƏNTƏNƏSİ 



 

Şahin YUSİFLİ 

Bakı Dövlət Universiteti 



Yusifli145@gmail.com 

AZƏRBAYCAN 

 

Kölgəsi tərəfindən ələ keçirilən insan, 



Daim öz işığını kəsər və öz tələsinə düşər. 

(Karl Qustav Yunq , Dörd arxeotip , s 56) 

 

Sadiq Hidayətin “Kor bayquş”əsəri dərin, qaranlıq, qatı və qan dadında olan bir romandır. Əsər 



oxunarkən  insanı  tez-tez  təəccübləndirir.  Burada  arzularla  həqiqət  bir  arada  verilmiş,  bir-birinə 

qarışdırılmış  və  bir-birinin  daxilində  həll  edilmişdir.  Əsərin  ən  əhəmiyyətli  xüsusiyyəti  inanılmaz, 

ağlasığmaz,  təəccüblü  və  azad  görünüşüdür.Kor  bayquş  hər  şeydən  əvvəl  bir  bölünmə,parçalanma, 

dəyişmə və çevrilmə romanıdır.  

Kor  bayquş  müxtəlif  dadları  özündə  cəm  edən  bir  əsərdir.  Əsərdəki  bütün  nöqtələr  nəzərə 

alınmaqla  psixoanalitik,  sosial  və  feminist  baxışlara  açıq  olan  bir  romandır.  Digər  tərəfdən  İran 

ədəbiyyatında simvolizm və sürrealizm cərəyanlarını özündə büruz edən ilk nəsr əsəri hesab olunur. 

Səhifə sayı az olsa da, bundan da artığı zərər verərdi.  

Əsərin  ilk  cümləsində  dərin  fəlsəfi  mühakimələr  gizlənmişdir.  Ravi  (əsəri  nəql edən)  metofizik 

cəhətdən  ruhdakı  özündən  keçmə  halının,  ölümlə  həyat,  yuxu  ilə  oyanıqlıq  arasında  yaşanan  anların 

sirrinin  açılmasında  maraqlıdır.  Və  əsərə  seçilmiş  ilk  cümlə  də  bundan  qüvvətli  ola  bilməzdi: 

Həyatda elə yaralar var ki, insanın ruhunu cüzam xəstəliyi tək inzivaya çəkərək, yeyib-bitirir”. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1046



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Romanın  qəhrəmanı  cəmiyyətdən  kənar  düşmüş  bir  intellektualdır.  Əsərdə  keçmişdən  indiki 

zamana  axıb  gedən  və  əksinə  dövran  edən  qarma-qarışıq  zaman  məhfumu  ifadə  olunur.  Əsərdə 

təkrarlanan  rəqəmlər,  aylarla  göstərilən  zaman  vahidlərinə  rast  gəlinsə  də,  bu  oxucunun  hadisələri 

xronoloji cəhətdən izləməsinə təkan vermir, əksinə zamanın təyinini çətinləşdirir. 

Kor bayquş ölməmişdən əvvəl oxunulası min bir kitabdan biri kimi xarakterizə olunan romandır. 

Fransız jurnalist və rəssami Rena Lanva bildirir ki, “Bu kitabda incəsənətin əhəmiyyəti o qədər 

şərəfləndirilmişdir ki, fikrimcə bunu ifadə edəcək söz tapa bilmərəm”.

 

Əsər məkan və zamandan ayrı, ağır bir psixoloji sarsıntının nəticəsində yazıldığı üçün ona oxşar 



əsərin yaradılması qeyri-mümkündür. Bir qədər də geniş desək, ürəyində ağrılar və iztirablar çəkən, 

həm  ruhi  həm  də  fiziki  olaraq  xəstəliklə  mübarizə  aparan  bir  insanın  ağır,  incidici,  yorucu  bəzən  də 

qorxuducu düşüncələrini özündə büruz edən bir romandır. 

Digər tərəfdən Sadiq çox maraqlı bir tip idi.O, qərb ədəbiyyatı oxuyur, qərb musiqisi (Bethoven, 

Çaykovski) dinləyir, qədim İran və Hindistan mədəniyyəti və tarixinə vurğunluğunu göstərirdi. Əsər-

lərinə görə Sadiqi şərqin Kafkası da adlandırmaq olar.Maraqlı cəhət isə Sadiqin şərqlə qərbin sintezin-

də əsərlər yaratması, sarı simi tapması idi.Onun hansı nöqtəyə vurmasını tapmaq da bir mərifət idi.O, 

bu cəhətini Kor bayquşda da elan edir.Deyir : 

Çox vaxt bir nəfərlə söhbət edəndə, ya bir iş görəndə, 

müxtəlif  mövzular  haqqında  müzakirə  aparanda,  fikrim  başqa  yerdə  olanda  və  ya  başqa  bir  şey 

fikirləşəndə  ürəyimdə  özümü  mühakimə  edirdim.  Parçalanıb,  dağılmaqda  olan  bir  daş  yığını  kimi 

idim. Guya həmişə belə olmuşam və olacağam. Namünasib və qəribə bir qarma-qarışıqlıq... 

Sadiqin  öz  həyatındakı  problemləri  bir  yana,  özünün  də  qarma-qarışıqlıq  deyə  qeyd  etdiyi 

məsələnin  köklü  problemlərdə  rolu  olduğunu  deyə  bilərik.Sadiq  İrandakı  monarxiyanı,  eləcə  də  dini 

elita olan ruhani sinfini modern üslubda tənqid edirdi.Sadiq bu iki səbəbi həmişə İran xalqının kor və 

cahil qalmasında əsas günahkar hesab edirdi. Ölkədəki əsas problemlər də bu korluqdan qidalanırdı.Bu 

sosial ictimai, biraz da şəxsiyyətdaxili səbəblər Sadiqi o qədər sıxdı ki, yazıçı sonda bu ağrılara dözüm 

gətirməyərək, intihar etdi. 

Kor  bayquş  əsəri  nə  qədər  quraşdırma  və  yazıçı  təxəyyülünün  məhsulu  olsa  da,  onun  içində 

Hidayətin  depressiyası,melanxoliya,  mübarizə  və  qarışıqlıq  mövcuddur.  Sadiqin  çox  yaxın  dostu, 

məhşur  nasir  Bozorq  Ələvi  əsər  barədə  fikirlərində  bildirir  ki,  Sadiq  əsərdə  qətlə  yetirmə  istəyi  ilə 

çıxış etsə də, normalda insanpərvər və heyvansevər idi.Həmçinin kitabın ağırlığına işarə edən Bozorq, 

Sadiqin  zarafatcıl  olduğunu  da  qeyd  edir.Lakin  sonda  əsərin  Sadiqin  depressiv  heyatından  xəbər 

verdiyini  boynuna  alır.Bu  roman  əslində  səssizcə  yaşanılan  bir  ağrının  təcəssümüdür.Bu  Sadiqin  öz 

yaşadığı ağrı idi. Onunla birgə hiss edən və terrorun susdurduğu digərlərinin çəkdiyi ağrıların ifadəsi. 

Sonda Kor bayquş barədə bu cür qeyd etmək yerinə düşər: Məkan və zaman anlayışından uzaq 

olan,  insanların  bir-biri  daxilinə  keçə  biləcəyi  metoforik  əsərləri  təsvir  etmək  çətin  məsələdir.Bu 

səbəbdən  əsəri  oxuyub  bitirən  birinin  beyninində  elə  geniş  təsəvvür  yaranmayacaqdır.Digər  tərəfdən 

kitab üzərindəki ada da layiqdir. 

Sadiqin Kor bayquş və digər əsərləri barəsində bir çox yazıçı və tənqidçilər fikir bildirmişdirlər. 

Əminliklə  qeyd  etmək  olar  ki,  onun  əsərlərinin  motivi  fransız  yazıçı  və  təyyarəçisi  Antuan  de  Sent 

Ekzüperinin “Kiçik şahzadə” əsərindəki bu fikirlə üst-üstə düşür : “İnsan yalnız ürəyi ilə görər. Göz 

heç bir şeyin əslini görməz”. 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin