IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1057
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZADLIQ VƏ İSTİQLAL ŞAİRLƏRİ:
BƏXTİYAR VAHABZADƏ VƏ SÖNMƏZ
Sakibə ƏLƏSGƏROVA
ADPU
traqimli@gmail.com
AZƏRBAYCAN
Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu milli istiqlal və
azadlıq ideyalarına sadiq qaldı. Azərbaycan poeziyasındakı fəlsəfi dərinlik ənənələrini qoruyan xalq
şairimiz poeziyamızı vətəndaşlıq ruhu ilə zənginləşdirdi. Onun sadə bir şeirinin işığında bütöv
(şimallı, cənublu) Azərbaycana olan məhəbbət hissi və həyəcanı hiss edildi. Sovetlər dönəmində heç
nədən çəkinmədən, həyatıını təhlükəyə ataraq Azərbaycan xalqının azadlığı-milli müstəqilliyi uğrunda
həm fiziki, həm mənəvi baxımdan son məqama qədər mübarizə apardı. Xeyli dram əsərləri, poemalar,
lirik və lirik-fəlsəfi seirlər müəllifi olan şair haqlı olaraq xalq tərəfindən sevildi və bu sevginin
qürurunu yaşadı. “Keçmişə güvənib gələcəyə addımlayan” bir ölkənin vətəndaşı olmaq şərəfini
daşımasını yüz dəfəklərlə isbat etdi. Vətəninə “Mən də sənin bir parçanam” deyən şair ona olan sonsuz
məhəbbətini ifadə etmiş oldu. Azərbaycanın tarixini, müasir həyatımızı vətəndaşlıq qüruru ilə təsvir
edərkən “Həyat-ölüm”ləri, “Təzadlar”ı, “Dar ağacı”na gedən yolu xalqına göstərdi, “Vicdan”ının
səsinə qulaq asmağı tövsiyə etdi. Sovet imperiyası onun xalqına öz qəhrəmanlıq keçmişini
unutdurmağa çalışanda “Gülüstan” poemasını yazdı.. Onun yaradıcılığında Cənub mövzusu xüsusi yer
tutur. “Mərziyyə”, “Nə ondansan, nə bundan”, “Yasəmən üçün”, “Cənublu bacıma” əsərlərində ikiyə
bölünmüş vətənimizin taleyi ilə bağlı fiikirlərini dilə gətirdi. Şair xalqımızın başına gələn bu tarixi
ədalətsizliklə barışmadı. Sovetlərin sərhədlərə ciddi nəzarət etdiyi bir vaxtda belə Cənubi Azərbaycan
xalqı ilə əlaqə saxladı, cənublu şair və yazıçılarla görüşdü. Həmin şəxslərdən biri də Cənubi
Azərbaycanın görkəmli şairi Sönməz idi. Bəxtiyar Vahabzadə Sönməzi böyük sənətkar olmasından
ziyadə səmimi bir insan olduğu üçün sevirdi. Bəxtiyar yazır ki, Sönməz Bakıya gələndə çox
sevinirdim. Ancaq bu sevinc qəribə idi- toy qarışıq yasa bənzəyirdi. Bir-birimizi qucaqlayırdıq və o
zaman ayılırdıq ki, içimizdəki hönkürtü yaşa dönüb gözlərimizdən axır.
Dəfələrlə Bulud Qaraçorlu Səhədlə görüşən, vətən dərdilə yanan şairin düşüncələrini dinləyən
B. Vahabzadə Sönməzi Səhəndə bənzədir və onun sənəti ilə şəxsiyyətinin bir səviyyədə olduğu qənaətinə
gəlir. Bəxtiyar müəllim qeyd edir ki, “Vahid Azərbaycan” Sönməz şeirinin baş mövzusudur və o, “Cə-
nubi və Şimali Azərbaycan” istilahını qəbul emir. Azərbaycanın Azərbaycandan ayrılması ona ağır gəlir.
Sönməz Pəhləvi xanədanının əziyyətlərinə məruz qalan şairlərdən olub. Savak xəfiyyəsinin
qorxusu xalqın canına “çökmüşdü” və o vaxt Sönməz şeirlərinin birində yazırdı ki, “Elə özümə
Savakam özüm”. İnsanların həqiqəti, haqqı deməkdən çəkindiyi bir dövrdə hər şeydən xoflanan şair
yenə də fikirlərini misralara tökürdü. Cənubun “Savak”ı Şimalın repressiyası ilə eyni məzmunlu
“işlər” görürdü. Xalq öz torpağında qəribsəyirdi. Şair “Öz diyarında vətənsizləmişəm” deyirdi. Xalq
üçün, vətəni üçün yanan şair həmvətənlərinə birlikdə hərəkət etməyin yolunu göstərirdi. Bəxtiyar
Vahabzadə Sönməzin bu mövqeyini yüksək qiymətləndirirdi. Çünki özü 1988-ci ildə Qarabağ
torpaqları uğrunda xalq hərəkatı vüsət alanda, elan edilməmiş müharibə başlayanda bu hərəkatın həm
mənəvi, həm də rəsmi liderlərindən bir oldu. Tribunalardan xalqı birliyə,torpaqlarımızı düşmənə
verməməyə səslədi.
Sönməzin Bakıda kitabı ilk dəfə “Qaranquş yazı gözlər” adı altında 1989-cu ildə “Yazıçı”
nəşriyyatı tərəfindən nəşr olundu. Kitabın nəşr olunmasına Bəxtiyar Vahabzadə özü nəzarət etdi və ön
söz yazdı. Sönməzin əsərlərində əsrlər boyu öz istiqlaliyyəti uğrunda mübarizə aparan Cənubi
Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu, qanla yoğrulmuş tarixi keçmişi öz əksini tapır. Şair
həssasdır, kövrəkdir. Duyğularını, hisslərini o taylı, bu taylı qardaşları ilə könül nəğmələri şəklində
paylaşır, həyəcanını, çəkdiyi əzabları, gördüyü dəhşətləri səmimi bir insan olaraq təsvir edir, yaratdığı
insan obrazlarına da şəxsi xarakteri sirayət edir. Xalqına bağlı sənətkar onun şad gününə sevinir,
kədərli gününə qəmlənir.
Baharda yay xəbəri-
Hey gətir, yay xəbəri.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1058
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Xəbərçi! Cəbhələrdən
Az gətir vay xəbəri.
Şair “xəbərçi” xitabından sonra nida işarəsi qoyur, qan qardaşının ölümünə dözmür. Dili
yasaq, köməyi az, iradəsi və Allaha inamı güclü olan cənubluların qələbəsinə inanır: “o gün gələcək”.
Onların mənəvi qələbəsi danılmazdır. Qışda cana doyanlar yazın həsrətini çəkər. İnsanların ideoloji
cəhətdən silahsız olması qələbəni ləngidir.
Al badə, ver sağlığı,
Arzum dünya sağlığı.
Mən də Varam! deyərəm,
Qoysa dil yasaqlığı.
Şairin fikrincə, hər bir şəxs kömək istəmək əvəzinə özünün “bir kəs” olduğunu, şəxsi mənini
ortaya qoymalı, adamsız, köməksiz olduğunu düşünüb düşməni gözündə böyütməməlidir. Azərbaycan
xalqının soy-kökündə böyüklük, şəxsiyyətyönümlü qəhrəmanlıq həmişə olub. “Kitabi-Dədə Qorqud”
dastanının “Əgrəglə Səgrəyin boyu”nda qardaşını tapmağa və qurtarmağa gələn oğuz igidini görən
300 nəfər Dış Oğuzlu düşmən “qaçaraq ağacın dalında gizlənir”. Sönməz bunu düşünərək yazır:
Demə: yoxdur bir kəsim,
De: Mən özüm bir kəsəm!
Şairin yaratdığı bütün insan obrazları hərə öz “qəlibində” böyükdür, əlçatmazdır, milli kökünə
söykənəndir. Onun Vətəni də, vətəndaşı da şövkətdən, şandan əskik deyil. Onlar birlikdə azadlıq
yolunun izini açıblar, çox şey görüblər, odur ki, həyatları sualla doludur: niyə ingilisin, fransızın,
almanın,amerikalının, rusun nəzəri başımızın üstündədir? Niyə 35 milyondan çoxuq, amma dilimiz
yasaqdır? Niyə Milli azadlıq Hərəkatı dövründə nail olduğumuz azadlığımızı əlimizdən aldılar? və s.
Onun Vətəni elin ümidi, söykənəcəyi olan odlar ocağı, məzlumlar üçün ana qucağıdır. Ancaq bu zərif
ana düşmənə qanlı, qadalı kimi baxmaq iqtidarındadır. Bu baxışdan şimşək, ildırım çaxır. Zahirdə
susur, ürəyi kövrək, ciyəri yaralı, içində səsli, sədalıdır. Sönməzin yaratdığı obrazlar: karigər, əkinçi,
tələbə, ustad və s. əlbir olmaq məcburiyyətindədir. O zaman şairin qəhrəmanları qələbə çalacaq ki,
Ana bir, Vətən bir, el bir olacaq.
Yastıq bir, yataq bir, dayanacaq bir,
Bozbaş bir, çölmək bir, od bir, ocaq bir,
Koma bir, çardaq bir, örtənəcək bir,
Ürək bir, dilək bir, dil bir olmalı.
O zaman dəhşətli tufandan qurtuluş yolu olur ki, qayıq da, yelkən də, yel də bir istiqamətdə
hərəkət edir. Yalnız o vaxt zülmün rişəsi yanar.Hamını bir dərd, bir od yandırır. Hamının bir düşməni
var: fars terroru. Vətəndə azad gəzmək istəyirsənsə, hamının sözü və əməli bir olmalıdır. Sönməz bu
məzmunlu şeirini 1980-cı ildə Təbrizdə yazmışdı. Gözü önündən Səttərxanın, Xiyabaninin,
Pişəvərinin rəhbərliyi altında həyata keçən inqilablar keçir. Milli Azadlıq Hərəkatının bir illik
qalibiyyəti keçir. Şair bunun səbəbini çox gözəl başa düşür, hətta güclü siyasətçi təbiri ilə qələbəyə
çatmaq yollarını sadalayır:
Vətəndə dərdlərə dərman gərəksə,
Qorxusuz, vəhşətsiz dövran gərəksə,
Bir azad, müstəqil İran gərəksə,
Bilək bir, yumruq bir, əl bir olmalı.
Onun poeziyasının şeriyyatı, poetik mündəricəsi yerli-yerindədir. Təsvir istər siyasi məqamda
olsun, istər peysaj məqamında, istərsə də məhəbbət məqamında-hamısı qəlbindən, ürəyindən qopub
gəlmiş könül nəğmələridir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1059
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN ƏDƏBİYYATINDA GEOSENTRİK VƏ
HELİOSENTRİK NƏZƏRİYYƏNİN İZLƏRİ
(FOLKLORDAN ORTA ƏSRLƏRƏ QƏDƏRKİ DÖVR)
Gülnar AXUNDOVA
Bakı Dövlət Universiteti
axundova1988@bk.ru
AZƏRBACAN
Dünyanın yaranması, onun quruluşu, kainatın mövcudluğu, planetlərin düzülüşü və bu kimi
məsələlərin araşdırma obyekti olması insanların təbiətə olan marağından irəli gəlmişdir. Lap qədimdən
- insanların təbiətdən asılı olduğu bir dövrdən başlayaraq dünyanın öyrənilməsi çox önəmli olmuşdur.
İstər şüuri, istərsə də qeyri-şüuri hər kəs kaintala bağlı sualları özünəməxsus şəkildə cavablandırmış-
dır.
Həm folklor nümunələrində, həm də fəlsəfi poeziyada kainatla bağlı yetərincə məlumatlar yer
alır. Amma bu məlumatlar simvollar şəklində öz əksini tapır. Simvollar sözlərlə, rəsmlərlə, naxışlarla
ifadə olunur. Kainatın və onun haqqında irəli sürülən nəzəriyyələrin ədəbiyyatımızda simvollar
şəklində verilməsi, onların üzə çıxarılması maraqlı məqamlardandır. Geosentrik və Heliosentrik
nəzəriyyənin ədəbiyyatımızda rəmzi dillə mövcudluğu araşdırmamızın əsas məsələlərindəndir.
Eramızın II əsrində yaşamış yunan alimi Ptolomey
Geosentrik sistemi nəzəriyyə olaraq təklif
etmişdir. Bu sistemə görə Yer tərpənməzdir və dünyanın mərkəzindədir, Ay və Günəş bilavasitə Yerin
ətrafına hər biri dairə olan orbit üzrə sabit sürətlə dolanır. Bu sistemin təsvirinə dastanlarımızda, eləcə
də folklorumuzun digər nümələrində rast gəlirik. Bizim qədim abidəmiz sayılan "Kitabi-Dədə
Qorqud" özündə həm adət-ənənələri, həm tarixi, həm də xalqın psixologiyasını özündə cəmləşdirir. Bu
dastanın "
Qanlı Qoca oğlı Qanturalı boyu"nda Selcan xatunun sarı donda, ətrafında isə qırmızı geyimli
qızların əyləşməsi geosentrik bir model rolunu oynaya bilər. Türk mifologiyasında sarı rəng dünyanın
mərkəzi hesab olunur. Bu baxımdan da sarı donlu Selcan xatunun mərkəzdə oturmasını geosentrik
quruluş kimi başa düşməyimizə əsas verir. Bundan başqa, sarı rəngi Günəşin rəmzi kimi götürsək, o
zaman heliosentrik nəzəriyyənin ifadəsini də görə bilərik. Ümumiyyətlə, dairə çox qədim simvoldur.
Dairə sonsuz mövcudluğun rəmzidir. Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərində Məcnun diarə
çəkərək içində oturur.
Ətrafını teyrü vəhş almış,
Vəhşət onu bir həsarə salmış.
Çün daireyi-sibaü hail,
Qət' etdi, sipəh görüb səlasil.
Qədim insanların kosmoloji təsəvvürlərinin əks olunmuş abidələrində də kainatla bağlı olan bu
simvola- dairəyə tez-tez rast gəlinir. Lakin bəzən elə abidələr, əşyalar, naxışlar, eləcə də yemək növləri
var ki, onların semantikası, kosmoloji mahiyyəti tam açılmamışdır. Məsələn, Novruz bayramının
şirniyyatlarından olan qoğal dairə şəklində bişirilir. Dairənin tən ortasında isə nöqtə qoyulur. Okkult
fəlsəfədə nöqtə İlahi Substansiyanın rəmzidir. Kainat məhz bir nöqtənin partlayışı nəticəsində
yaranmışdır.
Süfrənin qurulması, boşqabların dairə şəklində olması və qıraqlara düzülməsi, ortaya
xörəklərin qoyulması və s. bu kimi kulinariya mədəniyyətində də simvollar detallar şəklində verilir.
Kainatın quruluşu, forması və digər bu kimi məsələlər lətifələrimizdə, nağıllarımızda da əks
olunur.
Məsələn, Molla Nəsrəddinin elmini yoxlamaq istəyən əcnəbi alim dairə çəkir, molla dairəni
qəbul edərək onu yarıya bölür.
Yallı rəqsinin dairə şəklində qurulması, eləcə də uşaq oyunlarında- "Yeddi şüşə", "Kasa-kasa"
və digərlərində bu formanın yer alması yəqin ki, səbəbsiz deyil. "Yeddi şüşə" oyununda yerdə dairə
şəklində çəkilən bir fiqurun yeddi yerə bölünməsi, mərkəzdə də balaca bir çevrəyə yeddi ədəd şüşənin
yığılması kosmoloji fikrin təzahürüdür. Belə ki, Geosentrik nəzəriyyənin banisi
Ptolemeyə görə, hər
bir planet, mərkəzi Yerdə olan bu planetə məxsus böyük dairə üzərindəki həndəsi nöqtə ətrafında kiçik
dairə üzrə sabit sürətlə dolanır. Kiçik dairə mərkəzi isə planetlə birlikdə Yerin ətrafında böyük dairə
boyu dolanır. Mərkəzi Yerdə olan böyük dairə deferent, kiçik dairə episkl adlanır. Bəhs etdiyimiz
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1060
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
oyunda da məhz iki dairə yer alır. Şüşənin məhz yeddi ədəd olması isə bu oyunun mistik
mahiyyətindən xəbər verir. Kainatın əbədi harmoniyası olan yeddi rəqəmi bu oyunda planetlərin rəmzi
kimi verilir. Geosentrik nəzəriyyədə də məhz planetlərin sayı yeddi ədəddir.
Heliosentrik nəzəriyyəni özündə ifadə ehtiva edən oyunlardan biri isə “Motal-motal” oyunudur.
Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadır. Onlardan biri isə aşağıdakı şeiri
deyir:
Motal-motal tərsə motal,
Yay atar, qaymaq tutar.
Ağ quşum, ağarcığım,
Göy quşum göyərçinim.
Əlin tikan əmirqulu,
Vur nağara, çıx qırağa.
Mənasız söz yığını təəssüratı bağışlayan bu şeir Yer və başqa planetlərin öz ətrafında fırlanması
və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təliminin obrazlar şəklində təzahürüdür. "Ağ
quş" Süd yolunu, "Göy göyərçin" səmanı, "Motal" planetləri xatırladır. "Örkən nə qədər uzun olsa,
yenə gəlib doğanaqdan keçər"-atalar sözünü də bu baxımdan müxtəlif fikirlərlə mənalandırmaq olar.
Nizami Gəncəvinin yaradıcılığında isə heliosentrik nəzəriyyənin poetik dillə ifadəsi
mövcuddur. "Sirlər xəzinəsi" əsərində böyük mütəfəkkir "Günəş qurşağı" söz birləşməsindən istifadə
edir ki, bu da XVI əsrdə Nikolay Kopernikin irəli sürdüyü Heliosentrik nəzəriyyə ilə üst-üstə düşür.
Heliosentrik nəzəriyyəyə görə, Yer planetlərdən biridir, o öz oxu ətrafında sutkalıq periodla, Günəşin
ətrafında isə illik periodla dolanır, qalan planetlər də Günəşin ətrafında dairə boyunca müxtəlif
periodla sabit sürətlə fırlanırlar.
Azərbaycan ədəbiyyatında- istər folklorunda, istərsə də orta əsrlər dövründə yaradılmış
əsərlərdə Geosentrik və Heliosentrik nəzəriyyənin simvollarla əks olunması Azərbaycan fəlsəfi
fikrinin daha qədim köklərə malik olmasından xəbər verir. Simvollarun açıqlanması Azərbaycan
ədəbiyyatında mövcud olan digər fəlsəfi fikirlərin araşdırılmasına zəmin yaradır. Bu mövzuyla bağlı
tədqiqat işlərinin yazılması kainatla bağlı bir çox qaranlıq fikirlərin üstünü açacaqdır.
AZƏRBAYCAN ƏDƏBİYYATINDA MÜSTƏQİLLİK İLLƏRINDƏ
YAZILMIŞ POEMALARIN XÜSUSİYYƏTLƏRİ
Gülnar QASIMLI
AMEA Ədəbiyyatİnstitutu
gulnar0486@mail.ru
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatı öz zəngin inkişaf tarixinə qədim dövrlərdən başlamışdır. Bu inkişaf 1991-
ci ilin 18 oktyarındaölkəmizmüstəqillikəldəetdikdənsonra da özünəməxsusyolladavamedir.
Müstəqillikillərin dəyarananədəbinümunələrhəmmövzuvəyanaşmametodubaxımından, həmdə forma
vəjanrbaxımındanənənəviprinsipləridavametdirirdi.Lakinbu o deməkdeyilki, novatorluq nəzərə
çarpmırdı.Hərüçədəbinövdəəsərləryaranırdı.Deməkolmazki, hansısa ədəbijanrartıqözdövrünübaşa
vururdu.Həttaikiədəbinövün- lirikvəepik- xüsusiyyətləriniözündəbirləşdirənpoemajanrı da inkişafdan
qalmadı.
Məlumolduğukimi, poemajanrına Azərbaycan ədəbiyyatındaqədimdövrdənmüraciətedilir. Rafiq
Yusifoğlunun poemalardanbəhsedən “Azərbaycanpoeması: axtarışlarvəperspektivlər” tədqiqatəsəri
1998-ci ildə, “Azərbaycanpoemasınınsənətkarlıqxüsusiyyətləri” monoqrafiyası 2010-cu ildə
nəşrolunub.
Ondabeləqənaətəgəlməkolarki, müstəqillikillərinəqədərpoemajanrının fundamental
araşdırılmasıiləməşğulolunmayıb.Müstəqillikillərindəyazılmışpoemalarınjanrvə forma xüsusiyyətlə-
rində ənənəviliközünügöstərsədə, birsıraeksperimentlərdənəzərəçarpır. Janrözünəqədərdəyişikliyə
uğrasa da, tamamiləaradançıxmayıb, əksinəyeniformalarlazənginləşib. Nisbətənfərqliformalaraisə
poema-rekviyemi
(N.Xəzri
“Salatın”, E.İsgəndərzadə “MaviMərmərə”), sürrealistpoemanı
(A.Mirseyid “Payızhannibalizmi”), simfonikpoemanı (E.İsgəndərzadə “Bu qalabizimqala”, Nisəbəyim
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1061
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Ürəksimfoniyası”), simfonikmuğam-poemanı (E.İsgəndərzadə “Eşq”), poema- yeddietüdü
(E.İsgəndərzadə “AdilMirseyidinpalitrası”), fraqmentlərləpoemanı (E.İsgəndərzadə “Biganəlikiqlimi”)
poema-dastanı
(M.İlqar “Qaratel”) neo-poemanı (ElşənƏzim “Sonuncuküçəninsakinləri”)
misalçəkəbilərik. Lakinbuəsərlərisistemlişəkildətədqiqedənelmiəsərləryazılmayıb.
Janrın bugünki durumu ilə qane olmayan E.Akimova problemə belə yanaşır: “Bu gün poema
janrına müraciət edən şairlər əsasən orta və qocaman yaş senzinə mənsub olanlardır. Yaşlı nəslin
yaradıcılığında bunu, bəlkə də, texnikanın yeniliklərindən bir qədər uzaq olmaları ilə əlaqələndirmək
olar”.
Müstəqillik dövrü Azərbaycan poemalarının bədii xüsusiyyətləri də fundamental tədqiqə cəlb
olunmayıb. Bir sıra hesabat məqalələrində və ya ayrı-ayrı sənətkarların kitabları haqqında yazılan
məqalələrdə müəyyən poemalar barəsində fikir söylənilib. Bu dövrdə yazılan poemaların bədii
xüsusiyyətləri barədə onu demək olar ki, janrdaxili yenilənmələr kifayət qədərdir. Bir qisim poemalar
sərbəst şeir formasında qələmə alınsa da, müəyyən özünəməxsusluqlar diqqəti çəkir. F.Qoca “Şəhidlər
xiyabanı” və “Cənnətdən qovulanlar”, N.Həsənzadə “Nuru paşa” “Qafqaz”, “Xarıbülbül”, “Cavid”,
“Nizami”, S.Rüstəmxanlı “Atəş böcəyi” Y.Həsənbəy “Sonu görünməyən karvan”, “Cənnətin bağlı
yolları”, A.Mirseyid “Röyaların rəsmləri”, “Metropol röyaları” S.Şəkərli “Azadlıq şərqisi və yaxud
lənətlənmiş cənnət”, E.İgəndərzadə “Oğlum Əliyə dualar” əsərlərini tamamilə sərbəst şeir formasına
uyğun olaraq qələmə almışlar. Bu poemaların vəzn xüsusiyyətlərindən danışarkən, onların hecada və
ya sərbəst şeir formasında olmasından asılı olmayaraq, yeniliklərlə yanaşı müəyyən təkrarçılığın
olması da nəzərə çarpır. Bir sıra poemaların yazılmasında həm heca vəznindən, həm də sərbəst şeir
formasından istifadə olunmuşdur. Bu cür əsərlərə F.Qocanın “Dörd addım”, N.Həsənzadənin “Səfirə
məktub”, Z.Yaqubun “Cavidin qız balası”, Balasadığın “Atəşgahda möcüzə”, E.Borçalının “Xoş
macal”, Ə.Salahzadənin “İşığın qışqırığı”, R.Nəsiboğlunun “Dörd yol”, S.Hüseynoğlunun “Məmməd
Araz dastanı, B.Sadiqin “Zindan görüşləri” poemalarını nümunə göstərə bilərik. Məzmun və forma
xüsusiyyətlərində olan özünəməxsusluğu nəzərə alaraq müstəqillik dövrü poemalarının hərtərəfli
tədqiq olunmasına ciddi ehtiyac var.
Bəzi poemalarda isə nəzmlə nəsr üzvi sürətdə əlaqələndirilib. Z.Yaqubun “Yunus Əmrə dastanı”,
E.Zalın “Anıt məzar dastanı” bu tip poemalardandır. Ə.Cahangirin “O adam” poemasında isə nəsrlə
giriş verilmişdir. Bu illərdə orijinallığı ilə diqqət çəkən formalardan biri poemanın roman
adlandırılmasıdır. Bu cür formaya uyğun gələn əsərlər isə R.Məcidin “Roman” liro-epik poeması və
V.Bəhmənlinin “Diaqnoz” poemasıdır.
Poemalarda əsas diqqəti çəkən məsələ onların mövzularıdır. Azərbaycan tarixin müəyyən
dönəmlərində müstəmləkə əsarətinə düşsə də, ümumtürk varlığının bir hissəsidir. Bu baxımdan
müstəqillik dövründə yazılmış əksər əsərlərdə oluğu kimi, poemalarda da milli-tarixi yaddaşın bərpası
və söy-kökünə qayıdış mövzuları kontekstində ictimai-siyasi hadisələrin bədii dərkinə cəhd edilir. Bu
mövzuya müraciət edən yazarlara N.Həsənzadəni, F.Qocanı, C.Novruzu və.b nümunə gətirə bilərik.
Müstəqillik mücadiləsindən bəhs edən əsərlərə misal olaraq B.Vahabzadənin “Şəhidlər”, M.Aslanın
“Ağla, qərənfil, ağla”, E.Z.Qaraxanlının “Anıt məzar”, Z.Yaqubun “Qurtuluş dastanı”, S.Mustafanın
“Qayıdış” və.s adlarını çəkə bilərik. Bu poemalarda 80-ci illərin sonu, 90-cı illərdə xalqımızın apardığı
məqsədyönlü mübarizələrin bədii əksini görmək olur. Lakin həmin əsərlərin tədqiqi və təbliği
qənaətbəxş hesab edilə bilməz. Çünki bu əsərlərdə milli kimliyi dərkə yönələn konsepsiyalar irəli
sürülmüşdür ki, onların da elmi izahına ehtiyac var.
Poemalarda tarixi hadisələrin əks olunması daha çox Qarabağ müharibəsinə həsr edilmiş əsərlərdə
özünü göstərir. Həmin əsərlərə Z.Yaqubun “Ey vətən oğulları”, “O qızın göz yaşları” və “Sizi
qınamıram”, E.İsgəndərzadənin “Bu qala bizim qala”, B.Sadiqin “Bir ovuc torpaq yaddaşı”,
İ.Tapdığın “Şuşa gözləyir bizi”, E.Məmmədlinin “Mən savaşa çağırıram”, C.Novruzun “Şuşa yolu”,
M.Ələkbərlinin “Torpaq yanğısı”, N.Həsənzadənin “Qarabağdan gələn var” və “Şəhid atası Şərif
qağaya məktub”, Ə.Cabbarlının “Kəlbəcər tacıdır Azərbaycanın” poemalarını göstərə bilərik. Bu
əsərlərin də kitab və müxtəlif dərgilərdə çapı ilə kifayətlənmək düzgün deyil. Göstərilən əsərlərdən
bəziləri haqqında müəyyən məqalələrdə söz açılsa da, əsaslı tədqiqatı aparılmayıb. Bu baxımdan
istinad edildiyi mövzunun çəkisini nəzərə alaraq həmin əsərlərin də fundamental araşdırılmasına
böyük ehtiyac var.
Ənənəvi formalardan hesab edilən lirik poemalar müstəqillik illərində də yazılırdı. B.C.İdrisinin
“Körpə harayı”, Ağasəfanın “Ən yaxşı sərnişin”, İ.Tapdığın “Şuşa gözləyir bizi” əsərləri bu sıradandır.
|