IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1067
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ona görə də, xalq inamında 9 xoşbəxtlik, uğur, xeyrxahlıq rəmzi sayılır. Azərbaycan xalq nağıllarında
9 rəqəminə müxtəlif məqamlarda təsadüf edilir: “ 9 günlük yol qət etdi” , “ 9 mənzilli evə rast gəldi”
və s. 9 rəqəmi ulu əcdadın körpənin doğulması ilə bağlı inamında da sakrallığını qoruyub saxlayır. El
əqidəsinə görə, ana bətninə düşən uşaq 9 ay, 9 gün, 9 saat, 9 dəqiqə tamamında dünya üzünə çıxır.
<<40>> rəqəmi. Azərbaycan nağillarında rast gəldiyimiz 40 rəqəmi ilk baxışda adama elə təsir
bağışlayır ki, guya dəqiq say bildirir. Məsələn: “ 40 düyməli paltar” , “40 otaq” deyəndə sakrallıq hiss
olunmur. Ulu əcdadlarımız saymağı yenicə öyrənədə çoc olan əşyaların dəqiq sayını hələ
müəyyənləşdirməyə qadir deyildirlər. “Çillə” ilə bağlı mərasimlərdən aydın olur ki , “ Çillə” 40
deçəkdir. “ Koroğlu” dastanında isə Qıratın dərya atı kimi formalaşması qaranlıq axurda 40 gün
qalması ilə şərtlənir. Maraqlıdır ki, 40-a çatmamaq həmişə uğursuzluğa səbə olur.
Ümumiyyətlə, rəqəmlərin sakrallığı geniş mövzu olub hələ də öyrənilməkdədir.
AZƏRBAYCAN FOLKLOR KİTABINDABAYATILARINƏKSİ ŞİFAHİ
XALQ YARADICILIĞININ TƏBLİĞİNDƏ MÜHÜM MƏNBƏ KİMİ
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
biblio_az@yahoo.com
AZƏRBAYCAN
Azərbaycanda məqsədyönlü və ardıcıl elmi-təşkilati fəaliyyət nəticəsində folklorun çeşidli janrları
üzrə çap materiallarının toplanması təcrübəsinin gündən-günə artmaqda olan məhsuldarlığı ayrı-ayrı
kitabların, eləcə də çoxcildliklərin nəşrinə meydan açdığından əllinci illərdən sonrakı hər növbəti
onillikdə Azərbaycan folklor kitabı öz miqyasını və əhatə dairəsini nəzərə çarpacaq dərəcədə
genişləndirir.
Prosesin tarixi mənzərəsindən göründüyü kimi, nağıl və dastan janrları həm ayrı-ayrı toplular,
həm də çoxcildliklər şəklində Azərbaycan folklor kitabı statusunun əsas daşıyıcısı olmuşdur. Digər
folklor janrlarının – bayatıların, lətifələrin, atalar sözlərinin də müəyyən aktivlik göstərdiyi müşahidə
olunur. Aşıq poeziyasını təmsil edən kitabların (ayrı-ayrı ustad aşıqların fərdi kitabları və ya
seçmələrdən ibarət antoloji məcmuələr) hazırlanmasına həssas münasibət bəslənildiyi də mövcud nəşr
təcrübəsindən görünməkdədir.
Konkret bir janrın folklor kitabı şəklində təqdimatı baxımından bayatıların nəşri təcrübəsi öz
zənginliyi ilə diqqəti çəkir. 1926-cı ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin təqdim etdiyi
“Azərbaycan ədəbiyyatından bayatılar” toplusundan başlayan nəşr işi 1938-ci ildə Hümmət Əlizadənin
hazırladığı “Azərbaycan bayatıları” kitabı ilə xeyli dərəcədə təkmilləşir. Həmin kitab 1943-cü ildə
M.H.Təhmasibin tərtibi ilə yenidən nəşr olunur. Folklor kitabı kimi bu nəşr işlərinin səciyyəsi barədə
əvvəldən təfərrüatlı şəkildə söz açdığımızdan onlardan sonrakı bayatı kitablarının tərtib-nəşr
prinsiplərini xronikal ardıcıllıqla izləməyi məqsədyönlü sayırıq. Yuxarıda xatırlanan nəşrlərdən sonra
həm sözü gedən nəşrlərdəki nümunələri, həm də həmin nəşrlərdən sonrakı dönəmdə toplanılmış
çoxsaylı bayatıları çevrələyən növbəti nəşr işi 1956-cı ildə “Azərnəşr” tərəfindən buraxılmış
“Bayatılar” kitabıdır. Folklorçu Həsən Qasımovun hazırladığı bu nəşr işinə 3334 nümunə daxildir.
Müqayisə üçün xatırladaq ki, bu göstərici Hümmət Əlizadənin 1938-ci il nəşrindəki nümunələrdən
təqribən 3 dəfə çoxdur.
Bayatıların 1956-cı il nəşri 1938 və 1943-cü il nəşrlərindən təkcə həcm əhatəsinin böyüklüyünə
görə fərqlənmirdi. Əvvəlki nəşrlər əsasən əlifba prinsipi və başlama qəlibi (“Aşiqəm”, “Mən aşiq”,
“Əzizinəm”, “Eləmi” və s.) əsasında tərtib edildiyi halda, 1956-cı il nəşrində daha çox məzmun-
mündəricə əhatəsi nəzərə alınmaqla mövzular üzrə qruplaşdırma işi aparılmışdır.
1956 və 1960-cı il nəşrlərində bayaılarla yanaşı formaca bayatı qəlibində olan layla, oxşama,
holavar və sayaçı sözlərinə də uyğun bölmələrdə yer ayrılmışdır. Bu barədə müqəddimədə aşağıdakı
izahat verilmişdir: “Bu kitaba bayatılarla yanaşı onun forma və geniş əhatəli məzmunu ilə sıx bağlı
olan vəsf-hallar, ağılar, laylalar və bayatı formasında deyilmiş xalq mahnılarının mətnləri,
nəğmələrdən - “holavar” və “sayaçı sözləri”nin nümunələri də daxil edilmişdir”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1068
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Folklorçu Həsən Qasımovun toplayıb tərtib etdiyi “Bayatılar”ın istər 1956, istərsə də 1960-cı il
nəşrləri təsnifat prinsipinin ideoloji əsasa dayanmasına baxmayaraq, zəngin bayatı sərvətimizin böyük
əksəriyyətini özündə cəmləşdirən dəyərli folklor kitablarıdır. Hər iki nəşr qalın cilddə və yüksək
poliqrafik keyfiyyətdə buraxılmışdır.
Bayatıların akademik nəşri isə 1984-cü ildə “Elm” nəşriyyatında gerçəkləşdirilmişdir. Nizami
adına Ədəbiyyat institutunun folklor şöbəsində hazırlanmış “Azərbaycan bayatıları” adlı bu nəşr işi
(tərtib edənləri B. Abdullayev, E. Məmmədov, Q.Babazadə, redaktorları T.Fərzəliyev və İ. Abbasov) o
vaxta qədərki mövcud bayatı kitabı nəşri təcrübəsini elmi əsaslar üzrə yekunlaşdıraraq sözü gedən
janrın ən mükəmməl folklor təqdimatını ortaya qoymuşdur. Nəşrə hazırlığın gedişatı, istifadə olunmuş
şifahi və yazılı qaynaqlardan ətraflı söz açan müqəddimədə professor İsrafil Abbasov mövcud tarixi
təcrübə üzərində obyektiv dəyərləndirmə apararaq qeyd edir ki, “bu toplunun tərtibçi və redaktorları
mövcud çapları əsas tutaraq institutun elmi arxivində saxlanılan, həmçinin ayrı-ayrı illərdə folklor
ekspedisiyası zamanı toplanılan və şöbəyə göndərilən nümunələri də nəzərdən qaçırmamış, nəhayət,
bütün bu qaynaqlardan da faydalanaraq Azərbaycan bayatılarının ən seçmə incilərini sistemləşdirib bu
kitaba daxil etmişlər”. Təqribən beş minə yaxın bayatını əhatə edən topludakı materialların qədim
cüng və yazılı qaynaqlardan tutmuş 1926, 1938, 1943, 1956 və 1960-cı il nəşrlərinə qədər geniş bir
dairəni, habelə ön sözdə deyildiyi kimi, çoxsaylı ekspedisiyalar zamanı əldə olunmuş toplama işlərini
çevrələdiyi kitabın ümumi mənzərəsindən aydın şəkildə görünməkdədir.
“Azərbaycan bayatıları” (1984) kitabına daxil edilmiş bayatı nümunələrinin sistemləşdirilməsi
üçün tətbiq edilmiş tərtib prinsipləri əvvəlki nəşrlərdəki çatışmazlıqları və yol verilmiş yanlışlıqları
aradan qaldırmaq məqsədi daşıyır: “Nümunələr başlıca olaraq ictimai məzmunlu, məhəbbət, əxlaq-
tərbiyə, mərasim – inam – etiqad, əmək-zəhmət kimi mövzular ətrafında qruplaşdırılmışdır...
Bayatıların düzülüşündə klassik şeir ənənəsi və onun nəşri prinsipləri əsas götürülmüşdür. Özgə sözlə,
əlifba sisteminə qafiyələnmənin son hərfindən (sağdan sola doğru) başlanaraq riayət edilmişdir. Bu
cəhət eyni məzmunlu, eyni qafiyəli bayatıları meydana çıxarmış, bununla da təkrar nümunələrin
topluya yol tapmasının qarşısı alınmışdır”.
1956 və 1960-cı il nəşrlərindəki ideoloji təmayüllü təsnifat 1984-cü il nəşrində qismən aradan
qaldırılmışdır. Burada “Köhnə həyat” bayatıları anlayışından imtina edilsə də, “Yeni dövran.
Xoşbəxtlik. Bolluq-bərəkət” adı altında “yeni həyat” bayatılarına (Lenin, kolxoz, partiya, sosializm
yarışı və s.) yenə də ayrıca bölmədə yer verilmişdir. Düzüm ardıcıllığında divan şeiri prinsipinin
tətbiqi nəşrin elmi-akademik siqlətini artırmışdır. Qəribədir ki, Azərbaycan Elmlər Akademiyasının
sözü gedən mükəmməl nəşrindən cəmi bir il sonra “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış
“Bayatılar” (toplayıb tərtib edənləri Vaqif Vəliyev və Sədnik Paşayev) kitabının tərtibində bayatıların
başlama qəlibinə (Aşiqəm, Əzizinəm, Eləmi və s.) istinad edən ardıcıllıq gözlənilmişdir. İki min beş
yüzə yaxın bayatının cəm olunduğu topluda “Əzizinəm” ifadəsi ilə yeddi yüzdən çox bayatı
nümunəsinin yer aldığını nəzərə alsaq, hansısa bir bayatını kitabdan tapmaq üçün uzun bir axtarışa
çıxmaq lazım gəldiyi aydın məsələdir. Halbuki, bayatının sonuncu hərfinə istinad edən əlifba
ardıcıllığı ilə düzümləmə- divan şeiri prinsipi ilə tərtib etmə bu problemin asan və elmi həlli ola
bilərdi. Buna baxmayaraq, həmin kitabın da bayatı janrı ilə bağlı folklor nəşri kimi müəyyən elmi
dəyəri vardır. Buradakı mətnlərin də bir hissəsi tam yeni və ya mövcud nəşrlərdəki nümunələrin
variantlarıdır. Professor Vaqif Vəliyevin kitaba yazdığı müqəddimədən aydın olar ki, təqdim olunan
materialların böyük əksəriyyəti universitetdə təhsil alan tələbələrin illər boyu folklor təcrübəsi zamanı
Azərbaycanın müxtəlif bölgələrindən topladıqları bayatılardır.
Bayatıların folklor kitabı kimi nəşri sahəsindəki diqqətçəkici işlərdən biri də Asya
Məmmədovanın müxtəlif cüng və əlyazmalardan toplayıb çap etdirdiyi “Bayatılar” (“Elm”, 1977)
kitabıdır. XVI-XIX əsrlərə aid müxtəlif əlyazmalardan toplanılmış iki min beş yüzdən artıq bayatını
əhatə edən bu topludakı örnəklər bu gün söyləyici repertuarında yaşayan qarşılıqları ilə tarixi
müqayisə imkanı baxımından böyük elmi əhəmiyyət kəsb edir.
Azərbaycan bayatılarının toplanılması və nəşri istiqamətində yuxarıda haqqında bəhs edilən
kitablardan sonra da bir sıra dəyərli işlər görülmüşdür. Bunlar əsasən antoloji səciyyəyə malik
nəşrlərin bayatılara ayrılmış bölmələridir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1069
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN NAĞILLARINDA KONTAMİNASİYA HADİSƏSİ
Dürnisə SƏFƏROVA
AMEA, Folklor İnstitutu
dseferova@qu.edu.az
AZƏRBAYCAN
Azərbaycan folklorunun epik janrları içərisində nağıllar mühüm yer tutur.
Azərbaycan nağılları
Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün
arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir.
İlk nümunələri uzaq keçmişlərdə yaranan nağıllar nəsillərdən-nəsillərə keçərək zənginləşmiş və
zəmanəmizə qədər gəlib çatmışdır. Bu zəngin xalq yaradıcılığı örnəkləri ilkin təsəvvürləri, inamları,
adət-ənənələri öyrənmək üçün zəngin material verir. Nağılı digər epik janrlardan fərqləndirmək
istəyən tədqiqatçılar janrın əsas xüsusiyyətini müəyyən etməyə çalışmışlar. Nağıl tədqiqatçılarından
biri olan E.V.Pomerantseva belə hesab edir ki, foklorun başqa janrlarından fərqli olaraq nağıl
quraşdırılmış uydurmadır və ona uydurma kimi baxmaq lazımdır.
Azərbaycan nağıllarının sistemləşdirilməsi zamanı qarşılaşdığımız əsas problemlərdən biri də
kontaminasiyaların fərqləndirilməsidir. Aarne-Tompson sistemi və onun əsasında tərtib olunmuş
göstəricilərdə kontaminasiyaları müəyyənləşdirmək üçün heç bir prinsip verilməyib.Kontaminasiya
hadisəsi dilin ən maraqlı aspektlərindən biridir. Kontaminasiya dedikdə folklorşünaslıqda iki və daha
artıq süjetin eyni nağıl daxilində birləşməsi nəzərdə tutulur. Kontaminasiya hadisəsi uzun müddət
öyrənilməmiş problemlərdən biri olmuşdur. Yalnız keçən əsrin 60-70-ci illərindəN.M.Vedernikovanın,
daha sonralar isə T.Q. İvanovanın bu probləmə həsr olunmuş əsərləri işıq üzü görür. N.M.Vedernikova
kontaminasiyanı söyləyicinin nağıllar üzərində gerçəkləşdirdiyi yaradıcılıq hadisəsi hesab edir.
Söyləyici hər dəfə eyni auditoriya qarşısında çıxış etdiyindən onun repertuarı dinləyicilərə tanış olur.
Bu da onları improvizasiyaya sövq edir. Onlar süjetə yeni elementlər və motivlər daxil etməklə tanış
nağılı bir qədər dəyişilmiş şəkildə təqdim etməyə, bu yolla da dinləyicilərdə maraq oyatmağa
çalışırlar.
Son illərdə qeydə alınmış nağıllarda kontaminasiya hadisəsinə çox az təsadüf olunur. 2000-
2003-cü illərdə Ağdaş rayonundan qeydə alınmış 150 nağıldan yalnız bir neçəsində süjet birləşməsinə
təsadüf olunur. Kontaminasiya hadisəsinin bu qədər zəifləməsinin əsas səbəbi nağıl məclislərinin
tədricən məişətdən çıxması, radio, televiziya və s. bu kimi əyləncə vasitələrinin məişətə daxil olması
nəticəsində söyləyicilik, ifaçılıq prosesinin zəifləməsidir. Artıq keçmişdəki kimi uzun nağıl gecələri
olmadığından söyləyici süjetləri birləşdirməklə nağılın həcmini genişləndirməyə ehtiyac hiss etmir.
N.M. Vedernikova nağıllarda iki cür – mexaniki və yaradıcı kontaminasiyaların olduğunu
qeyd edir. Mexaniki kontaminasiyalar zamanı süjetlərin birləşməsi mexaniki xarakter daşıyır və bir
süjetdən digər süjetə keçid əsaslandırılmır. Yaradıcı kontaminasiyalar zamanı söyləyici nəinki bu
keçidləri əsaslandırır, hətta ona müəyyən məna verir. Yaradıcı kontaminasiyalar çox vaxt tərəflərdən
birinin zərərə məruz qalması hesabına baş verir.
Azərbaycan nağıllarında kontaminasiyanın müxtəlif forma və üsullarına təsadüf olunur.
Bunlara aşağıdakıları misal göstərmək olar:
1.
Əsassüjetdə atavə ananın, növbətisüjetdə isə uşaqlarınbaşınagələnhadisələrdənbəhsolunması;
2.
Padşahı hansısabirhərəkətdən çəkindirməkməqsədiilə ibrətamizməzmunluhekayələrin danı-
şılması;
3.
Qəhrəmanınhansısabirsirrivə yakiminsə əhvalatını öyrənməyə göndərilməsi;
4.
Birneçə adamınbirarayatoplaşıbbaşlarınagələnhadisəninağıletməsi;
Kontaminasiyalar çox vaxt eyni qrup daxilindəki süjetlər arasında baş verir. Məsələn, “Ağ atlı
oğlan” nağılı (327A+538*+532) sehrli nağıl, “Tülkü və hacıleylək” (60+225+37+181) nağılı
heyvanlar haqqında nağıl süjetlərinin birləşməsindən təşkil olunub. Eyni qrup daxilindəki süjetlərin
həm forma, həm də məzmun baxımından bir-birinə yaxın olmaları onların eyni nağıl daxilində
birləşmə imkanlarını xeyli artırır. Bununla belə, müxtəlif qruplar arasında da kontaminasiyalara
təsadüf olunur. Məsələn, “Ağ quş” nağılı (2530*+551+525*) bahadırlıq və sehrli nağıl süjetlərindən,
“Qızıl qoç” (516+525*+893*A+893**) nağılı isə sehrli və novellavari nağıl süjetlərindən təşkil
olunur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1070
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Kontaminasiyalar fərdi yaradıcılıq hadisəsi olduğu üçün çox vaxt bu və ya digər xalqın şifahi
yaradıcılığı ilə bağlı olur. Bununla belə, Azərbaycan nağıllarında beynəlxalq kontaminasiyalara da
təsadüf etmək mümkündür. “Oğurlanmış üç şahzadə qız” (301) və “Suyun qabağını kəsmiş əjdaha”
(300) kimi süjet birləşmələrinə dünyanın müxtəlif xalqlarında təsadüf olunur. Bəzi kontaminasiyalar
bizdə daha geniş yayıldığı halda, başqa xalqlarda onlara az-az təsadüf olunur. Azərbaycan nağıllarında
“Min bir gecə” mənşəli kontaminasiyalara da rast gəlirik. Buna misal olaraq “Qızıl dağ” (936) və “Ər
itmiş arvadını axtarır” (400) və s. süjet birləşmələri bizə həmin abidədən alınmış nağıllar vasitəsilə
keçib.
Arrne-Tompson sistemi və onun əsasında tərtib olunmuş kataloqlarda kontaminasiyaları
müəyyənləşdirmək üçün heç bir prinsip verilmədiyinə görə kontaminasiya əsasında təşkil olunmuş bir
çox nağıllar müstəqil süjet kimi göstərilib. Süjet göstəricilərinin tərtibində dəqiqliyə nail olmaq üçün
müxtəlif tədqiqatçılar tərəfindən zaman-zaman müəyyən prinsiplər irəli sürülür. Belə tədqiqatçılardan
biri də V.Y.Proppdur. O, kontaminasiyaları süjeti təşkil edən gedişlərə görə fərqləndirməyə
çalışmışdır. Lakin V.Y.Propp yalnız sehrli nağıllardan çıxış etdiyindən onun təklif etdiyi prinsiplər
nağıllarda qarşıya çıxan bütün kontaminasiyaları müəyyənləşdirməyə imkan verir.
N.M.Vedernikovaya görə, süjetlər müxtəlif səviyyəli motivlərin kombinasiyasından təşkil olunur.
Süjet daxilində oynadığı roldan asılı olaraq onlar mərkəzi və yardımçı motivlərə ayrılır. Mərkəzi
motivlər ziddiyyətli və mürəkkəb mövzulu olur, süjetdəki ən dramatik və gərgin anları təsvir edir.
Yardımçı motivlər isə, mərkəzi motiv üçün zəmin hazırlayır, onda təsvir olunan hadisəni
aydınlaşdırmağa xidmət edir. Mərkəzi motivlər bir süjetə məxsus olduğu halda, yardımçı motivlər
başqa süjetlərdə iştirak edə və ekvivalentləri ilə əvəzlənə bilir. N.M.Vedernikova kontaminasiyaları
mərkəzi motivə görə fərqləndirməyi təklif edir. O, nağılda iki və daha artıq mərkəzi motivin olmasını
kontaminasiyanın əlaməti sayır. Kontaminasiyaları müəyyənləşdirərkən bu prinsipdən yararlanmaq
lazımdır.
AZƏRBAYCAN-ÇİN ƏDƏBİ ƏLAQƏLƏRİ SOVET DÖVRÜNDƏ
Nərgiz KƏRİMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
nergizkerimova622@gmail.com
AZƏRBAYCAN
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalı və nəticədə Azərbaycanın
SSRİ-nin tərkibinə qatılması ilə sosialist sistemi ölkəmizdə qurulmağa başladı. Dünyanın ən nəhəng
imperiyasına çevrilən SSRİ vətəndaşları üçün elmi-mədəni əlaqələr bu sərhədlərin xaricində əsasən
eyni ideoloji quruluşa malik ölkələrlə yarana bilərdi. Bu baxımdan Çin Xalq Respublikası ilə
Azərbaycan arasında əlaqələr inkişaf etmişdir.
Azərbaycan-Çin arasında ədəbi əlaqələr sovet dövründə xüsusi olaraq inkişaf etmişdir.
Azərbaycanın bir çox görkəmli yazıçılarının, şairlərinin əsərləri Çində çin dilində, eyni zamanda
Azərbaycanda Çin ədəbiyyatı görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilində nəşr
olunmuşdur. Qarşılıqlı müxtəlif səfərlər, ezamiyyətlər ədəbi əlaqlərin inkişafına töhfə vermişdir.
Azərbaycan-Çin mədəni əlaqələrinin tarixinə nəzər saldıqda məlum olur ki, sovet
dövründə bu əlaqələr xüsusi bir ardıcıllıqla həyata keçirilmişdir. Bu, ilk olaraq onunla əlaqədar idi ki,
əvvəlki tarixi dövrlərdən fərqli olaraq, Çinlə mədəni əlaqələrin genişlənməsi sovet dövlətinin xüsusi
siyasəti idi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin
tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə əməkdaşlıq edirdi.
Bakıda 1920-ci ilin sentyabrında Şərq xalqlarının I qurultayı keçirilmiş və Çindən də
nümayəndələr iştirak etmişlər. Qurultay eyni tarixi şəraitdə olan iki ölkə sovet Azərbaycanı və Çinlə
mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb etmişdir. Qərbə qarşı mübarizə aparan
Çinin marağı ilə üst-üstə düşdüyünə görə SSRİ tərkibindəki respublikaların ədəbiyyat və incəsənət
xadimlərinin Çin ədəbiyyatıının öyrənilməsi və təbliğinə xüsusi diqqətlə yanaşırdı.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1071
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycanın görkəmli şairləri - Rəsul Rzanın, Süleyman Rüstəmin, Hüseyn Hüseynzadənin
yaradıcılığında Çinə həsr olunmuş bir sıra şeir nümunələrinə rast gəlmək olar.
Ötən əsrin 50-60-cı illərində Çin mövzusu Azərbaycanın digər şairləri Osman Sarıvəlli,
Nəbi Xəzri, Mirvarid Dilbazi, Əhməd Cəmil, Zeynal Xəlil, Zəlimxan Yaqub və başqalarının da
yaradıcılığında mühüm yer tutmuşdur. Şair Zəlimxan Yaqub "Çin qızı, Çin gözəli" şeirini 1994-cü ildə
Şanxayda olarkən yazmış və Çin qızına ithaf etmişdir.
Mən indi başa düşdüm,
Niyə Nizami babam
Çin yazıb, Çin deyirmiş.
Mən indi başa düşdüm,
Niyə Füzuli babam
Sevgiyə din deyirmiş!
Mən indi başa düşdüm,
Nə üçün Molla Pənah
Çinü-Maçin deyirmiş!
Qar zirvənin şöhrəti
Dağların çən gözəli!
Dünən babalar olub,
Bu gün heyranın mənəm,
Çin qızı, Çin gözəli!!!
Xalq şairi Rəsul Rza Böyük Çin xalqının azadlıq mübarizəsinə bir sıra şeirlərini həsr etmişdir.
Şairin "Çapey" (1932), "Si-Au" (1935), "Haray, dostlar" (1937) şeirlərində məhz bu movzuya həsr
olunmuşdur. Bu şeirlərdə bir sıra mühüm siyasi hadisələrə toxunulmuşdur. "Çapey" şeirində şair Çinin
keçmişindən və hazırki vəziyyətindən həm qürur hissi, həm də yanıqlı bir ürəklə danışır, xarici
ağaların və yerli istismarçıların talan etdiyi ölkənin münbit və məhsuldar torpaqlarını, əməkçi xalqın
çətin güzəranını, bir sözlə, Çinin iqtisadiyyatında əmələ gələn ağır vəziyyəti təsvir edərək yazır:
Yoxsul çinli qonaqdır,
Bu Çindistanda.
Çini çox dinlədik biz
çox dastanda.
Biri yazdı Çini
"Sehrli diyar"
Biri nəql etdi Çindən
xumar-xumar...
Yetər!
Aclıqla dostlaşana
danışdılar
Biçin dastanını.
Qoy yazsın bu qələmim
Çinin çin dastanını.
Rəsul Rzanın Çinə həsr etdiyi "Haray, dostlar" şeiri öz orijinallığı, aydın və təsirli ifadəsi ilə
seçilir. Şeirdə şairin tərənnüm etdiyi ictimai fikirlər oxucunu təsirləndirir:
Haray, dostlar, haray, dostlar!
Çin vuruldu sinəsindən.
Evlər uçdu binəsindən,
Gecələr fəryad səsindən
Nə yaralı Şanxay yatar,
Nə bir ulduz, nə ay yatar.
XX əsrin ortalarında Çin mövzusuna maraciət edən şairlərdən biri də Süleyman Rüstəmdir. Onun
Çinə həsr etdiyi "Çinli qardaş" (1949), "Tayvan Çinindir!" (1955) şeirlərində Çin xalqına bəslədiyi
dərin hörmət və rəğbət hissi aşkar duyulur:
Eşq olsun, çinli qardaş, böyük zəfərlərinə,
Al bayraqla bəzənmiş azad şəhərlərinə!
Eşq olsun qüdrətinə, əzminə, cürətinə,
|