Conference committees conference chairs c


BƏDİİ NƏSRDƏ TARİXİLİK VƏ YAZIÇI TƏXƏYYÜLÜ



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə61/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   57   58   59   60   61   62   63   64   ...   189

BƏDİİ NƏSRDƏ TARİXİLİK VƏ YAZIÇI TƏXƏYYÜLÜ 

 

Dilarə ƏLİYEVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



aliyeva.dilara724@yandex.ru 

AZƏRBAYCAN 



 

Tarixi mövzuda yazılmış bədii əsərlər xalqın  əsrlərlə mövhümat və cəhalət qaranlığından keçib 

azadlığa aparan əzab-əziyyət, cəsarət və qəhrəmanlıq yollarını aydınlaşdıran, keçmişin bu keşməkeşli 

hadisələrdən ibrət dərsi götürməyə kömək edən qiymətli ədəbi nümunələridir.Tarixi mövzuda yazılmış 

əsərlərdə  mənbələrlə  tarixi  faktlarla  nə  dərəcədə  uzlaşması  müasir  ədəbiyyatşünaslığımızın  aktual 

probemlərindən biri hesab olunur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1078



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Fikrimizcə tarixi mövzuda yazılmış əsərin əsas qayəsi keçmişi tarixi ardıcıllıqla təsvir etmək, əsas 

tələb  isə  tarixi  sənədlərə  əsaslanmaq,  tarixi  hadisələri  və  şəxsiyyətləri  müasir  baxımından  əks 

etdirməkdir.Ulu  Öndərimiz  Heydər  Əliyevin  təbirincə  desək,  “Tarix  ən  qüdrətli  və  təsirli  tərbiyə 

vasitələrindən,  şüurları  və  həyat  mövqeylərinin  formalaşdırmaq  vasitələrindən  biridir.  Mədəniyyətin 

milli  sərvətlərin,  demək  olar,  əsas  mühafizəçisi  olan  yazıçınin  yüksək  vətəndaşlıq  vəzifəsi  xalqın 

tarixini onun müasir mədəniyyətinə xidmət göstərməyə cəlb etməkdir”.  

 Dövrün  düzgün  verilməsi  üçün  tarixi  sənədlərdən,  faktlardan  istifadə  etmək  zəruridir.  Lakin 

bununla  yazıçı  uydurmasının,  yazıçı  təxəyyülünün  əhəmiyyətini  inkar  etmək  mütləq  səhv  nəticələrə 

aparar və bununla da sənətkar tarixi hadisələrin təsvirçisinə çevirə bilər. Əlbəttə, yazıçı təxəyyülü və 

uydurması real faktlara  əsaslanmalı, onları tamamlamalı, məlum tarixi həqiqətlərə zidd olmamalıdır. 

Çünki,  tarixi  həqiqətlə  yazıçı  təxəyyülünün  nisbəti,  əlaqəsi  tarixi  mövzuda  yazılmış  əsərin  əsas 

şərtlərindən hesab olunur. Yazıçı keçmişi daha dolğun, hərtərəfli təsvir etmək, tarixi koloriti və ruhu 

düzgün  vermək  üçün  müəyyən  hadisələr,  epizodlar  düşünür,  tarixdən  bizə  məlum  olmayan  obrazları 

yaradır  ki,  buna  bədii  obraz  deyilir.  Əsərdə,  hətta  tarixi  mövzuda  yazılmasına  baxmayaraq,  bədii 

uydurmasız keçinə bilməz. Uydurma təkcə həqiqəti açmır, həm də onu dərinləşdirib tamalayır. 

Bütün bunlarla bərabər tarixi əsərlərdə yol verilmiş bəzi qüsurları da qeyd etmək lazımdır. Bəzi 

tarixi  əsərlərdə  subyektivizmə  təsadüf  edilir.  Bundan  başqa  bəzi  yaıçılar  hadisələri  bədii  boyalarla 

təsvir etmək əvəzinə, tarixi sənədlərin sadəcə şərhçisi, hadisələrin təhkiyəçisi kimi çıxış edir. Bu isə öz 

növbəsində  əsərin təsir  qüvvəsini əhəmiyyətli  dərəcədə  azaldır,  onun  oxunaqlı olmasını  çətinləşdirir. 

Unutmaq  olmaz  ki,  tarixi  əsər  həm  də  tarixi  öyrənməyi  asanlaşdırmalıdır.  Belə  ki,  tarixi  əsər  böyük 

idraki əhəmiyyətə malikdir. Qorki demişdir: “Əsil insan tarixini tarixçi, sənətkar yaradır”. Bu sözlərin 

dərin mənası vardır. Doğurdan da xalqın keçmişi tarixi əsrlərdən, bədii surətlərin taleyində daha əyani 

şəkildə canlandırılır. 

Azərbaycan  ədəbiyyatında  tarixi  əsərlərin  ilk  nümunələri  30-cu  illərdə  meydana  çıxmışdır. 

M.S.Ordubadinin  “Dumanlı  Təbriz”,  “Gizli  Bakı”,  “Döyüşən  şəhər”,  Y.V.Çəmənzəminlinin  “Qızlar 

bulağı”, “Qan içində” əsərləri Azərbaycan ədəbiyyatında tarixi roman janrının ilk uğurlu addımları idi. 

Sonrakı  illərdə  ədəbiyyatımızda  Ordubadinin  “Qılınc  və  qələm”,  M.İbrahimovun  “Pərvanə”, 

Ə.Cəfərzadənin “Aləmdə səsim var mənim”, K.Kərimzadənin “Xudafərin körpüsü” kimi bir sıra tarixi 

romanlar  yaranmışdır.  Bu  əsərlərdə  xalqımızın  qədim  və  yeni  tarixinin  bir  sıra  əlamətdar  dövrləri 

işıqlandırılmışdır.  Məlumdur  ki,  əsrlər  boyu  müxtəlif  işğalçılar  ölkəmizi  dağıtmaq,  maddi 

nemətlərimizi talan etməklə kiyafətlənməmiş, xalqımızın mənəvi sərvətlərini də məhv etmişlər. Burjua 

tarixçiləri vətənimizin tarixinin bir sıra parlaq səhifələrini qəsdən təhrif etmişlər. 

Tarixi  roman  ustası  kimi  tanınan  M.S.Ordubadinin  yaradıcılığında  tarixi  sənədlərdən  məharətlə 

istifadə  olunmasına  dair  çoxlu  nümunələr  gətirmək  mümkündür.  O,  “Dumanlı  Təbriz”  əsərini 

yazarkən  saysız-hesabsız  sənədləri,  dövrü  mətbuatı,  diplomatik  yazışmaları,  müxtəlif  mənbələri 

diqqətlə öyrənmiş, zəngin material toplamışdır. Onun Səttarxan hərəkatı mövzusunda yazdığı onlarla 

publisist məqalə, feleyton, satirik şeir və s. təsdiq edir ki, müəllif qələmə aldığı mövzuya məsuliyyətlə 

yanaşmış, hadisələrin mənasını hərtərəfli açmaq üçün ciddi hazırlıq işi görmüşdür. Qüdrətli ədib başqa 

tarixi  romanlarını  yazarkən  də  tarixi  sənədlərdən  geniş  istifadə  etmişdir.  Lakin  yazıçı  bu  sənədlərin 

əsiri  olmamış,  həmin  sənədlər  əsasında  maraqlı  süjet  qurmağa,  canlı  insan  xarakterləri  yaratmağa 

müvəffəq olmuşdur. 

M.S.Ordubadinin  daha  böyük  rəğbətlə  qarşılanan  “Qılınc  və  qələm”  romanı  ədəbiyyatımızın 

zəngin  bir  tarixi  incisidir.  Bu  roman  dahi  Azərbaycan  şairi  Nizaminin  dövrünü,  həyatını  və  ədəbi 

fəaliyyətini  əhatə  edir.  Roman  XII  əsrin  əvvəllərində  Şərqdə  böyük  bir  dövlət  təşkil  etmiş  Səlcuq 

xanədanının  süqut  etməsi  ilə,  yerində  Eldəniz  oğlanlarının  Azərbaycan  Atabəyləri  adında  bir  dövlət 

təşkil  etməsi,  yaxın  Şərq  xəritəsinin  tamamilə  dəyişməsi,  nüfuzdan  düşmüş  Bağdad  xəlifəsinin 

mövqeyini mənimsəmək üzərində gedən mübarizələr, bu mübarizələr zamanında Azərbaycanın siyasi 

və iqtisadi vəziyyəti tarixi faktlarla təsvir edilir. 

20-30-cu illər ədəbiyyatında tarixi roman janrının ən görkəmli nümayəndələrindən biri də Yusif 

Vəzir Çəmənzəminli olmuşdur. O, həm də tanınmış ədəbiyyat tarixçisi və folklorşünası idi. Yazıçının 

“Qızlar bulağı”, “Qan içində” tarixi romanalrı mövzu yeniliyi, təhkiyəsinin cazibədarlığı baxımından 

Azərbaycan ədəbiyyatı tarixində yeni hadisə idi. 

 

“Qızlar  bulağı”  Çəmənzəminlinin  tarixi  əsər  yaradıcılığı  yolunda  atılmış  müvəffəqiyyətli 



addımlarından  biri  kimi  qiymətləndirilir.  Çəmənzəminlinin  özü  “Qızlar  bulağı”  əsərini  tarixi  roman 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1079



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

adlandırmışdır. Lakin əsərə tarixdən əvvəlki əşirət həyatını yarı tarixi, yarı fantastik bir tərzdə təsvir 

etdiyindən  tarixi  roman  kimi  baxmamışlar.  “Qızlar  bulağı”nda  daha  uzaq  keçmişimizin,  tariximizin 

daha  az  tədqiq  olunmuş  səhifələrini  canlandırılmışdır.  Əsər  yazılan  illərdə  uzaq  keçmişimizin  elmi 

tarixi  yaranmamışdı  və  Çəmənzəminli  özü  bir  tədqiqatçı  kimi  xüsusi  mülahizə  və  qənaətlərini 

söyləməli  olurdu.  Əsər  təkcə  Azərbaycanda  deyil,  onun  qonşuluğunda  sakin  olan  xalqların  bir  neçə 

min  il  bundan  əvvəlki  yaşayış  tərzi,  adət-ənənələri,  dünya  görüşləri  və  dini  əqidələrini  əks  etdirir. 

Əlbəttə,  bütün  bunların  tarixi  hadisələrlə  eyniyyət  təşkil  etdiyini  demək  olmaz;  romanda  öz  əksini 

tapmış  tarixi  dövr  tarixşünaslıq  elminin  özündə  də  bütün  cəhətləri  ilə  tədqiq  olunub  meydana 

qoyulmamışdır.  

 

Y.V.Çəmənzəminlinin  yaradıcılığında  müstəsna  yeri  olan  tarixi  əsər  heç  şübhəsiz  “Qan 



içində”  romanıdır.  “Qan  içində”  romanının  əsasında  uydurulmuş  kolliziyalar  yox,  XVIII  əsrin  II 

yarısında Azərbaycanda, dəqiq olaraq göstərmiş olsaq, Qarabağ xanlığında baş vermiş hadisələr durur. 

 

Vaqif  əsərdə  tədbirli  dövlət  adamı,  görkəmli  şair  kimi  təqdim  edilir.  Yazıçı  “Qan  içində” 



romanında Vaqif obrazını yaratmaqla ədəbiyyatşünaslıq və tarix elmlərinə, ümumiyyətlə demiş olsaq 

müasirlərinə bir növ nümunə göstərmiş, örnək ola bilmişdir. Bu cəhətdən Çəmənzəminlinin gördüyü 

işi Səməd Vurğunla müqayisə etmək olar. Çəmənzəminlidən fərqli olaraq S.Vurğun “Vaqif” dramında 

tarixi həqiqətdən bir balaca kənara çıxmışdır. Şairin tərcümeyi-halını təhrif etmişdir. O, sadecə olaraq 

bir sənətkar kimi Vaqifi, onun əsərlərini və tərcümeyi-halındakı hərfi mənanı yox, böyük ruhu tapmış, 

daha doğrusu kəşf etmiş, açıb göstərmişdir. Tarixi şəxsiyyətlərin bədii surətlərini yaratmaq sahəsində 

Y.V.Çəmənzəminli ilə S.Vurğunu bir-birindən fərqləndirən yaradıcılıq imkanları, üsulları İbrahim xan 

surətini səciyyəsində də aydın görünür. S.Vurğunun “Vaqif” əsərində gördüyümüz İbrahim xan qəddar 

və hiyləgərdir. Tarix bizə deyir ki, İbrahim xan ağıllı və tədbirli bir dövlət xadimidir.  

 

Çəmənzəminlinin  “Qan  içində”  romanında  yaratdığı  İbhrahim  xan  surəti  isə  öz  prototipinə 



daha çox yaxındır. Əsərdə İbrahim xan XVIII əsr Azərbaycan feodallarının hamısını təmsil edən bir 

surət kimi yox, bunların ən güclülərindən və bacarıqlılarından biri kimi canlandırılmışdır. 

 

Tarixi  materiallardan  istifadə  və  onların  tərtib  prinsiplərinə  görə  əsəri  bir  tarixi  dövrün 



salnaməsi  adlandırmaq  olar.  Çünki,  “Qan  içində”  əsərinin  əsasında  tarixi-xronoloji  prinsip  qoyulub. 

Əsər başdan-başa xronikadır, ancaq xüsusi tipli roman elementləri ilə mürəkkəbləşdirilmiş xronikadır.  

 

Beləliklə,  Azərbaycan  ədəbiyyatında tarixi  mövzunun  yaranması  dövrün  zəruri  tələbidir. XX 



əsrin I yarısında nəsrdə tarixiliyin dərinləşməsi, epikliyə meylin güclənməsi “Qılınc və qələm”, “Qan 

içində”  və  s  kimi  samballı  əsərlərin  yaranmasına  səbəb  olmuşdur.  Tarixi  mövzuda  yazılmış  bu  cür 

mükəmməl  əsərlər  vasitəsilə  xalq  öz  tarixinin  bir  sıra  əlamətdar  dövrləri  haqqında  dolğun  məlumat 

əldə edilir. 

 

 

BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA  



“QORXU” MƏHFUMU 

 

Səbinə İSKƏNDƏROVA 

Qafqaz Universiteti 

iskenderova_1993@mail.ru 

AZƏRBAYCAN 

 

Şair qorxu mövzusuna da zaman-zaman bəzi əsərlərində toxunmuşdur. “Qorxu” şeiri, “İki qorxu” 



poeması  və  əsərlərinin  içində  işlətdiyi  bu  mövzulu  misralar,  əslində,  şairin  özünün  içində  olduğu 

təzadlı, təlatümlü vəziyyətin əksi idi. Əsərlərində cəsarət, inam, mərdlik motivləri çox olsa da, qorxu 

hissinə  də  yer  vermişdir.  Qorxu  və  cəsarət  şairin  əsərlərinin  paralel  iştirakçılarıdır.  Şair  ən  çox  “İki 

qorxu”  poemasında  diqqəti  bu  yönə  çəkib.  Poema  mərhum  sənətkar  Qəmbər  Hüseynli  ilə  görüş  və 

söhbətlərdən  bəhs  edir.  Əsərdə  faciəli  tale  yaşayan  sənətkarların  ağır,  əzab  dolu  günlərini  açıqca 

görürük. Sovet quruluşunun sənətkarlar, ümumən, insanların qəlbinə qurd kimi saldığı bu qorxu həm 

söz azadlığını, həm də inam,  güvən, hətta hörmət hissini  əlimizdən almışdı. Belə bir vəziyyətə görə 

“ellər atasın” haqqında öz evində, övladlarının yanında belə bir söz demək olmazdı. Övlada, qardaşa, 

ataya  belə  güvən  qalmamışdı.  Söhbət  əsnasında  Stalinin  əleyhinə  dedikləri  2-3  cümlədən 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1080



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

düşüncələrinə, ürəylərinə qurd düşən sənətkarlar, bu işdən necə çıxacaqlarını düşünürlər. Gecə vaxtı 

qapının yanında dayanan maşın səsi Bəxtiyar Vahabzadəni vahiməyə salır. Bu cür qorxmaz sənətkar 

indi  birdən  bütün  çap  olmamış  əsərlərini  gözdən  keçirir,  özü  də  yad  gözü  ilə  oxuduqda  özünə,  öz 

yazısına heyran qalır, amma nə etməli? Töküb yandırır neçə vaxtdı yana-yana yazdığı şeirləri. 

 Alışıb yandığım illərdən bəri 

 Duyub düşündüyüm bu şeirləri 

 İndi öz əlimlə yandırımmı mən?... 

 -Əlacım nədir? 

 Axı həyatına kim biganədir? 

 Lakin şair bir maraqlı məqamı da qeyd edir: 

 İstərəm biləsən, ürəklərimiz  

 Susmadı... 

 Kölgədə yatan olmadıq. 

 O vaxtlar qəhrəman olmasaq da biz

 Hay küyə aldanan nadan olmadıq!  

 Bu  qorxu  onu  əqidəsindən  döndərmədi.O  da  qorxur,  lakin  bu  qorxunun  onu  ələ  almasına,  düz 

yoldan  ayırmasına  imkan  vermir.  Bu  qorxunu  “Gülüstan”  poemasını  yazarkən  də  duyurdu. 

Müsahibələrinin birində deyir: “Bilirdim, tutacaqlar məni, aparacaqlar, hətta əmin idim, bu cür poema 

yazan  tutulmalı  idi,  ancaq  yazdım.Yaş  keçdikcə  cəsarətin  yerini  ehtiyyat  alır”.  Qorxu,  hürkü  içində 

yaşamaq istiqlal şairi üçün daha da əzablı idi, o sıravi insan deyildi, bütün Vətən onu oğlu bilirdi. Bu 

adın məsuliyyətini də, şair yaxşı dərk edirdi. “Gülüstan”dan sonra “Leninlə söhbət” poemasını yazdı, 

özünü  “siğortaladı”  və  bu  poemadan  sonra  təzyiqlər  azaldı,  lakin  sadiq  oxucu  hər  şeyi  seçə,  ayıra 

bilirdi. O vaxt da hamı bunun nə üçün yazıldığını bilirdi. Beləliklə, o özünü, “Vətən şairini” qoruya 

bildi. 

 Burda ən böyük qorxu, əslində, zülmkar, qəddar siyasət əhlindədir. Çünki tutduqları işin haqsız, 



ədalətsiz,  qanunsuz  olduğunu  yaxşı  bilirlər.  Onlara  saf,  anlamaz,  cahil  insanlar  lazımdı,  rahatlıqla 

idarə  olunan,  haqqını  tələb  etməyən  sadiq  kölələri  sevir  hakimlər.  Düşünən  beyin  isə  ən  böyük 

qorxusu,  düşmənidir  bu  hakimlərin.  Çünki  bu insanlar  o  sadiq  kölələri  ayıltsa, onların  gözünü  açsa, 

onun qanla qurduğu səltənəti dağıdıb öz qanını bu torpağa axıdarlar. 

 Sözlərinə, fikirlərinə görə zülmlü,ehtiyaclar içində həyat sürmüş sənətkarlarımız çox olub, amma 

1937-ci  hadisələri,  faciələri  hamımızın  qəlbini  dağladı,  bu  hər  kəsə  göz  dağı  oldu.  Qurucu,  parlaq 

gələcəyə  ümid  vəd  edən  Sovet  quruluşuna  inam  yerlə-bir  oldu,  dərin  nifrət  bu  yeri  aldı.  Qorxunun 

müdhiş  əsarəti  də  bundan  sonra  canımıza  daha  çox  hopdu.  “Qorxu”  şeirində  sənətkar  təkcə  öz 

yaşantısındakı qorxunu yox, həm də bu hadisələrin qorxusunu nəzərdə tutur.  

 Mən oddan qorxmadım yanana qədər; 

 Mən qorxu bilmədim qanana qədər. 

 Elə ki, yandım, 

 Odla oynamaqdan qorxdum dayandım. 

 Bu qorxu yaddaşımıza necə hopubsa, bu gün də bu təsirdən çıxa bilmirik, o vaxt qorxudan “ellər 

atası”nı tərifləyirdiksə, o qorxu o dövrdən qalan bəzi yaşlıların canına, qanına hopub, səltənəti dağılsa 

da, qorxusu çəkilməyib. Bu dəhşətli günlər geridə qalsa da, onun psixoloji fəsadları təəssüf ki, hələ də 

qalır.  

 Şeirlərindəki,  çıxışlarındakı  pafosu  ona  irad  tuturlar.  Deyirlər,  şeiri  gərək  qışqıra-qışqıra  yox, 

sakit, pıçıldayaraq deyəsən. Lakin elə bir zaman idi ki, elə bir xaos yaranmışdı ki, eşidilməkçün gərək 

hamıdan bərk qışqıraydın. Bəxtiyar müəllim də bu yolu seçdi, qışqırıb öz səsini yaydı, onun dedikləri 

bütün Azərbaycanın demək istədiyi mətləblər idi. Bəzən bu fikri meyar götürüb poetik cəhətdən çox 

zəif olduğunu da deyirlər. Ədəbiyyat xalqa xidmət etməlidir. Xalqı bəzən qılıncdan, diktatordan daha 

çox  qələm  sahibləri  yönləndirir.  Bu  sadəcə  zamanın  tələbi  idi,  başqa  cür  səs  eşidilməzdi  və  belə  bir 

vaxtda güldən, böcəydən də yazmaq olmazdı. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1081



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

BƏXTİYAR VAHABZADƏNİN “GÜLÜSTAN” POEMASI

 

 



Səbinə İSKƏNDƏROVA  

Qafqaz Universiteti 



iskenderova_1993@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycanın birliyi, istiqlaliyyəti uğrunda vuruşan hər bir qəhrəman öz qanını bu yolda axıdıb 



uca  zirvəyə  yüksəlir.  Bu  yolda  öz  qələmini  qılınca  çevirən,mürəkkəbini,  gözünün  nurunu  qan  təki 

axıdan ədiblər isə qəhrəmana çevrilir. B.Vahabzadə də məhz belə ədiblərdəndir. O,öz qələmi, nitqi ilə 

bir inqilaba, bir orduya xidmət etmiş şairdir. 

 B.Vahabzadə  yaradıcılığında  əsas  xətt  azadlıqdır.  Onun  yaradıcılığının  böyük  bir  qismini  məhz 

bu  ideya  təşkil  edir.  Göytürklərdən  gəlmiş,  ulu  keçmişə  malik  olan  xalqın  illər  boyu  əsarətdə 

saxlanması, yaradıcı şəxslərin müəyyən qayda-qanun çərçivəsində, senzura daxilində yazmağa məcbur 

edilməsi,  bu  senzuraya  əməl  etməyib  azad  iradə  nümayiş  etdirənlərin  sonda  güllələnməyə,  sürgünə 

məruz  qalmaları  şairi  ciddi  şəkildə  narahat  etmiş,  onun  bu  mövzunu  həmişə  diqqətdə  saxlamasına 

səbəb olmuşdur. 

 Poema  Səttar  Xan,  Şeyx  Məhəmməd  Xiyabani  və  Pişəvəriyə  ithaf  olunmuşdur.  Şairin  necə 

alışdığını  misralardan  hiss  olunur.  Tərəflərin  sakitliyi  və  tutduqları  işdən  məmnunluğu,  minlərlə, 

milyonlarla ailənin taleyi bir qələmin, adi bir kağızın üstündə “sakitcə” həll edilməsi qətiyyən narahat 

etməməsi  şairin  qəlbində  köz  kimi  qalıb.  Niyə  də  etməli  idi?  Uzun  müddətdir  aralarındakı  müharibə 

bitirdi,  Azərbaycanı  axır  ki,  bölürdülər,  “sülh”  sazişini  imzalayırdılar,  bu  cür  xoşbəxt  gündə  niyə 

qəmgin dursunlar ki?

 

 Qoy qalxsın ayağa ruhu Tomrisin



 Babəkin qılıncı parlasın yenə,  

 Zənciri kim vurdu şir biləyinə? 

 Biləyinə zəncir vurulan aslan zaman keçdikcə özünü zəncirə bənd,zənciri isə özünün bir parçası 

sanar.  Azadlığı  unudar.  Şair  isə  azadlıq  simvoluna  çevrilmiş  iki  tarixi  şəxsin  adını  çəkərək 

zəncirlənmiş aslana öz kimliyini, keçmişini xatırladır. 

 Biləyinə  zəncir  vurulanın,  şübhəsiz  ki,danışmaq  hüququna  zəncir  vurulmuş  olur.  Haqqı  isə 

müdafiə etmək üçün qılıncdan çox qələm xidmət göstərir bəzən. Azad olmayan bir qələmdən yazılan 

hər bir kəlmə köləliyin himnidir. 

 Yaradıcı  insanın  azdlığına,  həqiqətləri  olduğu  kimi  çatdırmasına  daim  maneələr  olmuşdur. 

B.Vahabzadə  də  məhz  bu  maneələrə  özünün  poemalarında,  şeirlərində,  müsahibələrində  toxunmuş, 

onları  dilə  gətirməkdən  çəkinməmişdir.  Buna  görə  dəfələrlə  təqiblərə,  təhdidlərə  məruz  qalan  şair 

tutduğu yoldan dönməmişdir. “Axı dünya fırlanır” şeirində də dediyi kimi: 

 Qarşıma gah şər çıxa,gah xeyir dığırlana. 

Çərxi-fələk istəyir lap dolana tərsinə,  

 Əqidəmi heç nəyə dəyişmərəm mən yenə. 

 Əqidəsini  hər  şeydən  üstün  tutan  şair  öz  yurduna  daim  dərin  məhəbbətlə  sevmiş,  xalqına, 

keçmişinə, əmanətinə bağlı olmuşdur. Buna görə də bu cür təlatümlü, qarışıq, çətin sınaqlardan üzüağ 

çıxa bilmişdir. “Gülüstan” poemasına görə şair hədə-qorxu, təqib və təzyiqlərə məruz qalıb. Lakin bu 

cür  cəsarətli  fikirlərə  görə  həbsə  düşməyib.  Təbii  ki,  əsər  1950-ci  ilə  qədər  yazıla  bilməzdi,  yazılsa 

belə,  Bəxtiyar  Vahabzadə  ən  yaxşı  halda  sürgün  edilərdi.  Xruşşovun  “yumşalmış”  siyasətindən 

istifadə edən ilk şairlərdən biri də B.Vahabzadə oldu. Bu inkaredilməzdir. Onu Azərbaycan ədəbiyyatı 

tarixində  saxlayıb  yaşatmağa  elə  bircə  bu  poema  da  bəs  edərdi.  Təəssüf  və  ürək  ağrısı  ilə  digər 

ədiblərimiz  kimi  onu  da  yad  edəcəkdik.  Lakin  bir  müddət  sonra  azadlıq  mübarizəsinin  lokomotivi, 

bayraqdarı oldu. Hətta digər azadlıq qəhrəmanlarını da o yetişdirdi. Lakin onu həbsdən qoruyan təkcə 

bu deyil, həm də universitetdə və ümumən, Azərbaycan gəncinin qəlbində qazandığı sevgi idi. Onun 

bu  poemasının  mətbuatda  çapına  icazə  verilməsə  də,  əhali  onu  çap  etdirib  oxuyurdu,  poema  əl-əl 

gəzirdi.  Hətta  o  vaxtki  əsgərlərin  cibində  “Gülüstan”  olurdu.  Mətbuat  tədqiqatçısı  Şirməmməd 

Hüseynovun “ANS” televiziyasına verdiyi bir müsahibədə bu poema barədə maraqlı məlumatlar verir: 

-“Bu poemanı əlyazma şəklində hamı oxumağa, geniş yayılmağa başladı, maşınkada çap edirdilər, 

hər kəsin cibində bir “Gülüstan” vardı. Belə bir dövr yarandı. Hətta əsgərlikdən zabitlər yazırdılar ki, 

bu azərbaycanlı cavanların hərəsinin cibindən bir “Bəxtiyar Vahabzadə” çıxır. O kimdir?” 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1082



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

-“Onu  heç  kəs  universitetdən  çıxara  bilməzdi.  Universitetdə  o  qədər  kadr  yetişmişdi,  cavanlar, 

qoymazdılar  onu  işdən  çıxarmağa,  çünki  rüşvətxor  deyildi,  əliəyri  deyildi,  oğru  deyildi,  savadsız 

deyildi, nə adla çıxara bilərdilər?” 

 Hər  şeydən  əvvəl,  vicdanlı,  məğrur,  mübariz  müəllim  obrazı  görürük.  Hətta  o  dərəcədə  ki, 

bundan  ehtiyyatlanıb,  birbaşa  universitetdən  qovmurlar,  başqa  donlar  geyindirib,  onu  ayırmağa 

çalışırlar.  Daha  sonra  isə  onu  vəzifə,  müxtəlif  ad  və  titullarla  ələ  almağa,  Sovet  hökumətinin 

“qayğısı”nı  göstərməyə  çalışırlar.  Təbii  ki,  şair  bu  oyunların  fərqinə  çoxdan  varmışdı  və  bu 

sınaqlardan  üzüağ  çıxır.  Bu  dəfə  onlar  kimi  o  da  oyuna  başlayır.  Bütün  yad  yerlərdən  bəhs  edən 

poemaları  oxuyarkən  açıq-aydın  burdakı  vəziyyətin  ifadə  olunduğu  görünür.  Lakin  bunu  kim  sübut 

edə  bilər?  Millətin  oğlu  olur  bu  poema  sayəsində  Bəxtiyar  Vahabzadə.  Millət  onu  sinəsi  üstə 

gəzdirməyə  başlayır.  Bu  baxımdan  onun  həyatı  yaradıcılığı,  yaradıcılığındakı  azadlıq  meylləri  hər 

birimiz üçün örnəkdir. 

 

 



 

BİR GƏNCİN MANİFESTİ ROMANININ MÜASİR                                

DÖVRDƏ NƏŞRİNİN TƏHLİLİ 

 

Aytən HÜSEYNOVA 

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu 



aytan-aliyeva@rambler.ru 

AZƏRBAYCAN 



 

Ədəbiyyatımızın qızıl fonduna çoxdan daxil olmuş “Bir gəncin manifesti” romanı ölməz bir sənət 

nümunəsi kimi bu gün də maraqla oxunur və dərin ictimai-əxlaqi, bədii, estetik təsirə malikdir. Yazıçı 

ictimai hadisələrə aydın, sinfi mövqelərdən yanaşmış, xalq kütlələrini tarixin əsl yaradıcısı və aparıcı 

qüvvəsi  kimi  təsvir  etmiş,  onların  inqilabi  mübarizələrini,  azadlıq  meyllərini  ön  plana  çəkmişdir. 

Romanın  əsas  qəhrəmanları  öz  fərdi  cizgiləri,  mənəvi  aləmi  olan,  yaddaqalan,  bitkin  xarakterlər 

səviyyəsinə  yüksəldilmiş,  tarixi  şəraitə,  dünyagörüşünə,  əqidələrinə  və  imkanlarına  uyğun  şəkildə 

verilmişdir. Azərbaycançılıq ideologiyasını tərənnüm edən roman sovet hakimiyyəti illərində dəfələrlə 

nəşr olunduğu kimi, müasir dövrdə də dəfələrlə nəşr olunub və olunmaqdadır. 

2005-ci  ildə  Mir  Cəlalın  “Seçilmiş  əsərləri”  kitabı  Bakıda  “Çaşıoğlu”  nəşriyyatında  480  səhifə 

həcmində  nəşr  olunub.  Kitabın  tərtibi  Ədibə  Paşayevaya  məxsusdur.  Yaşıl  rəngli  qalın  karton  cildli 

kitabın  ölçüsü  17,5x36  sm.  Kitabın  rəssamı  Rəhimə  Həsənova  və  redaktoru  isə  Nəriman 

Həsənzadədir.  245  ədəd  sifarişli  kitabın  tirajı  5.000  nüsxədir.  Kitabın  üz  cildində  Azərbaycan 

ədəbiyyatı sözü yazılıb. “Mir Cəlal əbədiyaşardı, fəxri addı, tituldu” adlı ön sözün müəllifi Nəriman 

Həsənzadədir.  İlk  başlanğıcda  Nəriman  müəllim  Nizamidən  sitat  gətirmişdir:  “Hamının  əsli  gedib 

Adəmə  çatırsa,  demək  hamı  insandır,  o  isə  başdan  ayağa  insaniyyətdir”.Kitabda  “Bir  gəncin 

manifesti” , “Dirilən adam” romanları və 26 hekayə nəşr edilib. 

Manifesti oxuyarkən Baharın taleyinin yazıçının diqqət mərkəzində olduğunu oxucu hiss edir və 

duyur.  Bir  parça  çörək  pulu  qazanmaq  üçün  evdən  çıxan  Baharın  ən  böyük  arzusu  evlərinə  qayıdıb 

anası  və  qardaşı  ilə  birlikdə  yaşamaqdır.  Hadisələr  isə  tamamilə  əksinə  cərəyan  edir.  Romandan 

oxumuşuq ki, soyuqdan donan Baharın gözünə “isti evlər, qızarmış təndirlər, alovlu buxarılar görünür. 

Ancaq  onun  qulağına  deyirlər:  Onların  yiyəsi  var”.  “Sahibsiz  yalnız  bir  məxluq  idi.  Yalnız  boranlı 

küçələr  sahibsiz  və  müftə  idi”.  Ətrafda  insanların  etinasız  münasibətinin  qurbanı  Bahar  təbiət 

tərəfindən  də  təklənmişdi.”Güclü  və  zalım  qışqüvvəsini  ancaq  yoxsullara  bildirirdi.  Həyat  öz  soyuq 

şiddəti  və  ilıq  ləzzətilə  bu  cür  davam  edirdi.  Yalnız  o  balaca  və  adamsız  uşaq  yox  idi.  Yenicə 

çiçəklənən  Bahar daha  yox  idi.  Ondan acı  bir  xəyal  qalmışdı.  Baharın cırıq,  köhnə  papağı  yolda  qar 

üstündə qaralırdı. O da sahibi kimi kimsəyə lazım deyildi...” 

Ə.  Kirəçliyə  görə:  “Bir  gəncin  manifesti”  əsəri  ümumiyyətlə,  balaca  Baharın  bədbəxt  taleyinə 

həsr  edilmişdir.  Öz  uğursuz  macərası  ilə  bütün  oxucuların  qəlbini  dağlayan  sevimli  Baharın  obrazı, 

əsərdə xüsusi bir mövqeyə malikdir. Əhəd Hüseynova görə isə “Manifest”in “Göz yaşı romanı” fəsli 

sonsuz  ürək  çırpıntıları ilə yazılmışdır.  Sanki  müəllif Baharın  şəhərdə  kiməsizliyini,  günahsız  olaraq 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin