Conference committees conference chairs c


ƏDƏBİYYATDA ZAMAN DEGENERASİYASI



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə64/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   60   61   62   63   64   65   66   67   ...   189

ƏDƏBİYYATDA ZAMAN DEGENERASİYASI 

 

Ayşən MƏMMƏDRZAYEVA  

Bakı Avrasiya Universiteti 



zeyd.mammadov.11@mail.ru 

AZƏRBAYCAN 



 

 

Yazıçı qarşısında qanun yoxdur. Onlar əsərlərində həyatın qoyduqları qanunları poza bilərlər, 



yeni qanunlar yarada bilərlər. Keçmişi bu günə gətirib zamanı dəyişə bilərlər. Bunu da yalnız yazıçı 

təxəyyülündə  nəyi  oxucuya  necə  çatdırmaq  istədiklərini  oxumaqla,  təhlillə  anlamaq  olar.  Mifoloji 

zaman  -  elmi  dildə  desək,  həyatda  heç  bir  reallıqla  əlaqəsi  olmayan,  yalnız  insan  təxəyyülündə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1093



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

canlanan  dövr  deməkdir.  Yazıçı  bunu  istədiyi  kimi  dəyişir.  Özü  görmək  istədiyi  yaratmaq  istədiyi 

zamanı yaradır. Bir həqiqət də vardır ki, bu qədər çətinlik nəyə lazımdır? Bəlkə də həyatı olduğu kimi 

dərk  etməyən  şəxs  əsəri  oxuduqda  hadisələri  təxəyyülündə  canlandırır,  nəyin  həqiqət,  nəyin  yalan 

olduğunu anlaya bilir.  

 

Bu zaman müxtəlif formalarda ola bilər: mifik zaman, fantaziyalar, zaman dekonustruksiyası, 



zaman  degenerasiyası,  epik  zaman  və  s.  Bu  zaman  kəsiklərində  istənilən  dəyişikliklər  etmək 

mümükündür. Amma yazarkən yazıçı ilk öncə oxucunu nəzərdə saxlamalıdır. Hər bir oxucunun şəxsi 

düşüncəsinin olduğunu, verilən mövzunun hər kəs tərəfindən necə qavrayacağını unutmamalıdır. Ona 

görə  də  mövzu  elə  qurulmalıdır  ki,  yazıçının  çatdırmaq  istədiyi  ideyanı  hər  bir  kəs  anlasın.  Əsərlər 

oxucuya  əsasən  üç  zamanla  verilir:  1  -  əsər  yazarkən  hansı  zamana  müraciət  olunub?  2  -yazıçının 

yazdığı zaman 3- əsərin oxunma zamanı İlk zaman hadisənin özünəməxsus həqiqətləri ilə ortaya çıxır. 

Yəni yazıçı o dövrü real müşahidə etmədiyi üçün yalançı zaman adlanır. 2-ci zamana da biz həqiqətlə 

yanaşa  bilmirik,  çünki  yazıçı  yenə  də  görmədiyi  zamanı  əks  etdirir.  Üçüncü  zaman  kəsiyi  də 

birincilərdən  qaynaqlanır.  Amma  burada  gerçəklik  var.  Bu  gerçəklik  yazıçının  bu  gün  görmək 

istədikləridir.  Oxucusunun  oxuyaraq  nəticə  əldə  etdiyi,  ideyanı  həyata  keçirdiyi  zaman.  Bəs  bu  an 

yazıçı hansı zamana müraciət edə bilər? Zaman degenerasiyasına, zaman dekonstruksiyasına, mifoloji 

zamana  və  s.  Zaman  degenerasiyası  nədir?  Degenerasiya  -insanın  yenidən  doğulması  deməkdir.  Bu 

termin  tibbi  termin  olsa  da,  ədəbiyyatda  da  bir  termin  kimi  özünə  yer  tapmışdır.  Əsərlərdə 

degenerasiya  nə  ola  bilər?  bu  terminin  obrazlılıqla  nə  əlaqəsi?  degenerativ  zaman  nədir?  Bu  zaman 

əsərlərdə özünü necə biruzə verə bilər?  

 

Ümumiyyətlə,  degenerasiya  ədəbiyyatda  cəmiyyətin  ictimai  müvazinətinin  ruhi  cəhətdən 



pozulması,  bərpa  olunması  zaman  xaricində  mümükün  olan  deməkdir.  Bu  mövzuda  yazılan  əsərləri 

qarşı-qarşıya  qoyarkən  fərqli  ünsürlər  ortaya  çıxır.  Eyni  mövzu  müxtəlif  əsərlərdə  özünü  müxtəlif 

formalarda göstərir. Bu zaman anlayışının araşdırarkən , dekandeizm adlanan cərəyan insan beynində 

canlanır.  Dekandeizm  XIX  əsrin  əvvəllərində  Fransada  mövcud  olmuşdur  .  Bu  sözün  mənası  ruhun 

çöküşüdür,  insanların  həyata,dünyaya,  xoş  gələcəyə  inamının  ölməsi  deməkdir.  Zamanında  heç  də 

hamı  tərəfindən  qəbul  olunmayan  dekadentizm  imperializm  dövrünün  mürtəce  cərəyanı  kimi  inkar 

olunmuşdur.  Əziz  Mirəhmədov  “Ədəbiyyatşünaslıq  terminləri  lüğəti”  kitabında  dekadentizmi  belə 

xarakterizə  edir:  “Əksər  hallarda  ictimai  həyatdan  uzaq,  xalq  mənafeyinə  xidmət  etmək  istəməyən 

sənətin  təbliği,  mövhumat  və  xürafat,  dünyanı  təbiət  xaricindəki  qüvvələrin  idarə  etməsi  haqqında 

cəfəngiyyata inam, ifrat fərdiyyətçilik, sadə əmək adamlarına nifrət, “incə” hisslərlə əylənmək, ölümü, 

pozğunluğu  və əxlaqsızlığı tərənnüm etmək, zahiri gözəlliyə və bədii formaların ala-bəzək olmasına 

çalışmaq və s. cəhətlər dekadentlərin başlıca xüsusiyyətləridir.” Məsələn, Anarın "Göz muncuğu" və 

"Otel  otağı"  əsərlərinə  diqqət  etsək,  görəririk  ki,  eyni  mövzuya  əsərlərdə  fəqli  istiqamətlərdən 

yanaşılıb.  "Göz  muncuğu"  əsərində  bir  hadisənin  eyni  qəhrəman  tərəfindən  yaşandığı  halda  ,  "Otel 

otağı"  əsərində  müxtəlif  şəxslər  yaşayır.  Həyatdakı  bütün  hadisələr  zamandan  asılı  olmadığı  kimi 

əsərdəki  -  yalançı  dünyadakı  hadisələr  də  istənilən  formada  üç  zamanın  bir  əsərdə  və  ya  bu  günün 

keçmişə, keçmişin bu günə gətirilməsi zamandan asılı deyil. Bu zaman pozulması, yəni degenerasiya 

heç də əsərin zəif alınacağına səbəb olmur.  

 

Degenerasiya insanın öldükdən sonra doğulması, həyata qayıtmasıdır. Bu əsərlərdə də özünü 



göstərir.  Məsələn  "Dədə  Qorqud"  dastanında  Şöklü  Məlik  obrazı.  Bu  obraz  dastanda  beş  boyda 

göstərilir.  Hər  birində  oğuzların  daxili  düşməni,  onları  məvh  etmək  əzmi,  döyüşlərə  getmək  və 

döyüşmək Şöklü Məliyin qarşısına qoyduğu məqsəddir. Bəs burada yenidən doğulma nədir? 

 

Əlbəttə  ki,  yenidən  doğulma  var.  Hər  boyun  sonunda  döyüşə  gedən  Şöklü  Məlik  oğuzların 



birliyini məhv edə bilmir, nəticədə özü məhv olur - ölür. Və digər boyda yenidən canlanır. İ. Şıxlınn 

"Dəli  Kür"  romanında  degenerativ  zaman  kəsiyi  insanların  ya  həqiqətən  ya  da  dolayısı  yolla  eyni 

həyatı  yaşamaları  və  ya  yenidən  dünyaya  gəlmələri  ilə  yazıçı  təxəxüyyülündə  nəyi  canlandırmaq 

istədiklərini anlamaq üçün əsərin mövzusuna və ideyasına baxmaq kifayətdir. 

 

Əsərləri oxuyarkən hər birində üç zaman görürük. Birincisi obrazların öz zamanları, yəni hər 



şey onların yaşadıqları həqiqi zamanları - hansı ki, müsbət və mənfi qanunları ilə onlar üçün qoyulmuş 

həqiqi  zamandır.  ikincisi  degenerativ  zaman.  Bu  zaman  artıq  məhv  olmuş  və  arzuları  və  istəkləri 

parçalanmış bir yolla rastlaşır. O da Tanrının ona verəcəyi yeni bir zaman kəsiyidir. Və məhv olmuş, 

həyatı  sönmüş  obraz  canlanır,  ona  verilən  ikinci  zaman,  yəni  degenerativ  zaman  yaranır.  "Göz 

muncuğu"  əsərində  bu  zaman  obraz  yeni  bir  həyata  atılır.  Əsərdə  açıqlığı  ilə  verilməsə  də,  amma 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1094



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dolayısı yolla obrazın vaxtilə mənfi xasiyyətlərə malik biri olduğunu müəyyənləşdirir, amma sonradan 

dirildikdən  sonra  qəlbindəki  şər  qüvvələri  məhv  etməyə  çalışır.  Keçmişini  unudub  yeni  həyata 

qayıtmaq istəyir, lakin keçmiş  - şər qüvvə onu rahat buraxmır. Bu zaman üçüncü zaman yaranır: ya 

keçmişi  unudub  yeni  ideyalarla  yaşamaq,  ya  da  keçmişin  qanunlarının  təkrar  etmək.  Bəlkə  də  o 

qonşusunun qızı ilə xoşbəxt ola bilərdi, seçimi edə bilərdi, amma o hadisədən sonra da hər şey dəyişib 

dəyişmədiyini  yazıçı  oxucu  qarşısında  sual  kimi  qoyur.  "Otel  otağı  əsərində isə  bu  hadisəni  yaşayan 

eyni insan deyil, müxtəlif dövrlərdə yaşayan, lakin eyni taleli insanlardır. Əsəri oxuyanda keçmişlə bu 

gündə yaşayan ziyalıların eyni həyatı paylaşdıqlarını görürük, amma hələ gələcək zaman var. Artıq bu 

zaman ümid zamanıdır. Hansı ki, bir gün gələcək. Hər şey tamam fərqli olacaq.  

Anar tədqiq etdiyi bir əsərində yazır: ”Qətl günü” — çətin əsərdir. Roman ilk oxunuşdan bəlkə də 

dərk  olunmur.  Dəruni  müəllif  qayəsi  yüngül,  asan  oxunuşla  açılmır.”  Romanın  quruluşunu  düzgün 

dərk  etmədikdə  isə  onun  qaldırdığı  problemləri  düzgün  anlamaq  daha  çətin  olar.  Nə  üçün  son  dövr 

Azərbaycan ədəbiyyatında yazılan əsərlərdə bu cür mövzuların üstünlük təşkil etməsini anlamaq çətin 

deyil.  Çünki  bu  dövrün  qanunlarına  baxdıqda  həyatın  özünün  degenerasiyaya  uğradığının  şahidi 

oluruq.


Axır 

zamanda  insanların  böyük  əksəriyyəti  darvinist  diktatorluğun  bu  dəhşətli  təzyiqinin 

təsirilə böyük əxlaqi çöküntü yaşayır. Cinayətlərin, müharibələrin, zülmün, azğınlığın və əxlaqsızlığın 

baş  verdiyi  və  getdikcə  yayıldığı  bu  dövr  bütün  ideoloji  əsasını  darvinizmdən  alır.  İnsanlar 

“heyvandan” əmələ gəldiklərini düşündükləri üçün darvinizmin əsasını təşkil edən “güclü zəifi əzər” 

yalanına  kor-koranə  inandırıldıqlarına  görə  bunu  sosial  həyata  tətbiq  etməkdə  gecikməmişlər. 

Beləliklə, dövrümüzdə yaşanan insafsızlıq, vəfasızlıq, acgözlük, mənfəətçilik, etibarsızlıq, amansızlıq 

və düşmənçiliyin ən əsas mənbəyi, müharibələrin, əxlaqsızlığın, degenerasiyanın səbəbi darvinizmdir. 

 

 

ƏDƏBİYYATŞÜNAS GÜLBƏNİZ BABAXANLININ ELMİ-NƏZƏRİ 



İRSİ CAVİDŞÜNASLIĞIN QAYNAQLARINDAN BİRİ KİMİ 

 

Natiq RƏŞİD 

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi 



Magistrant_bdu@mail.ru 

AZƏRBAYCAN 

 

Görkəmli  ədəbiyyatşünas  alim,  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Hüseyn  Cavidin  Ev 



Muzeyinin  direktoru,  filologiya  üzrə  elmlər  doktoru  Gülbəniz  İbrahim  qızı  Babaxanlı  dahi  Cavidə 

böyük  sevgisini  təkcə  sözdə  deyil,  işində  də  əks  etdirən,  elmi  fəaliyyəti  ilə  cavidşünaslığa  misilsiz 

töhfələr vermiş ziyalılardan biridir.  

2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra G.Babaxanlı Cavid 

irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət 

göstərir. Onun son illərdə elmi tədqiqat fəaliyyəti cavidşünaslığın başlıca predmeti kimi ədibin zəngin 

ədəbi-fəlsəfi  və  bədii-estetik  irsinin  obyektiv  şəkildə,  elmi  əsaslarla  düzgün  qiymətləndirilməsinə 

yönəlmişdir. 

Bütün dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən ümumbəşəri fəlsəfi 

ideyalarla dünyanın böyük sənətkarlarının əsərləri ilə səsləşdiyindən onun yaradıcılığından yazmaq və 

əsərlərini  təhlil  etmək  hər  bir  tədqiqatçıdan  böyük  məsuliyyət  tələb  edir.  Bu  baxımdan  G. 

Babaxanlının  bir  cavidşünas-alim  kimi  elmi  tədqiqat  fəaliyyətində  aşağıdakı  mühüm  problemlərin 

həlli diqqət mərkəzində durur: 

1.

 



Hüseyn  Cavidin  və  ümumilikdə  cavidlər  ailəsinin  həyat  və  yaradıcılığının  geniş  oxucu 

kütləsinə çatdırılması; 

2.

 

Cavidin  müxtəlif  dövrlərdə  (sağlığında,  sovet  dönəmində  və  müstəqillik  illərində)  çap 



olunmuş  əsərlərinin  yenidən  nəşri,  elmi  təhlili,  romantik  bir  şair  kimi  ədibin  dramaturgiyasının 

təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması.  

Ədəbiyyatşünas  alimin  elmi  tədqiqat  fəaliyyəti  bir  daha  onu  təsdiqləyir  ki,  dahi  Cavidin  sənəti 

Azərbaycan xalqının milli-mənəvi və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın diqqət 

mərkəzindədir.  Onun  rəhbərliyi  ilə  AMEA  Hüseyn  Cavidin  Ev  Muzeyində  son  dövlərdə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1095



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

cavidşünaslığa  böyük  töhfə  olan  mühüm  nailiyyətlər  əldə  edilmişdir.  Belə  ki,  G.Babaxanlının  ideya 

müəllifliyi  ilə  muzeyin  elmi  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  kimi  “Cavidşünaslıq”  çoxcildli 

toplusu  hazırlanmışdır.  Toplunun  2012-ci  ildə  nəşr  edilən  10  cildində  böyük  şair  Hüseyn  Cavidin 

zəngin  irsi  haqqında  müxtəlif  illərdə  (1912-1983)  mətbuat  səhifələrində  dərc  olunmuş  məqalə  və 

resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Özündə 

əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar 

üçün dəyərli bir mənbədir.  

Cavidşünas  alimin  uzun  illər  apardığı  elmi  tədqiqat  işinin  nəticəsi  olaraq  təhlili-təsviri 

ədəbiyyatşünaslıq  üslubunda  yazdığı  “Azərbaycan  ədəbi  fikri  və  Hüseyn  Cavid”  monoqrafiyası  da 

mühüm elmi aktuallıq kəsb edir. 2010-cu ildə nəşr edilmiş kitabda müəllif qeyd edir ki, XX əsrin 20-

30-cu illərində Cavid yaradıcılığı ilə bağlı çoxlu sayda məqalələr, resensiyalar, elmi yazılar çap olunsa 

da,  cavidşünaslığın  bir  elm  kimi  formalaşması  60-cı  illərə  təsadüf  edir.  Çünki,  Cavidlə  bağlı  həmin 

yazıların əksər hissəsi onun yaradıcılığının elmi təhlilinə yox, əsərlərinin sosioloji planda açıqlamasına 

həsr olunmuşdur.  

Cavidşünaslığın keçən əsrin 60-90-cı illər mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, 

formalaşması  və  inkişafı  kimi  səciyyələndirir.  Əsası  akademik  Məmməd  Cəfərin  “Hüseyn  Cavid” 

monoqrafiyası ilə başlanan bu dövr cavidşünaslıqda ən məhsuldar mərhələ hesab olunur.  

Romantik  bir  sənətkar  kimi  Hüseyn  Cavidin  yaradıcılığı  ilə  bağlı  qələmə  alınan  elmi-nəzəri 

yazılar  G.Babaxanlı  tərəfindən  ayrıca  təhlil  hədəfinə  çevrilir.  Bu  dövrdə  “Cavid  teatrı”  anlayışı  da 

ədəbi dövriyəyə daxil olur ki, Azərbaycan teatr sənətini və mədəniyyətini dahi Cavidin dramaturgiyası 

olmadan  təsəvvür  etmək  qeyri  mümkündür.  Məhz  buna  görə  də,  G.Babaxanlı  bu  mövzuya 

monoqrafiyada xüsusi yer vermişdir. 

Müstəqillik  illərindən  başlayaraq  cavidşünaslıqda  yeni  bir  mərhələ  başlayır  ki,  burada  Cavid 

yaradıcığı ilə bağlı çox az işlənən mövzular aktuallıq kəsb edir: Cavid və sufizm, Cavid və türkçülük, 

sənətkarın estetik idealı, Cavid irsi və müasir ədəbiyyatımız, Cavid və gerçək dünya və s. Göstərilən 

mövzuların elmi təhlili kitabda mühüm yer tutur. 

2013-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin  90 illik  yubileyi  münasibətilə  fil.ü.e.d.  Gülbəniz 

Babaxanlının  “Heydər  Əliyev  və  Hüseyn  Cavid”  monoqrafiyası  çap  olunmuşdur.  Tədqiqat  əsərində 

Ulu  öndərin  mədəniyyət  siyasəti  kontekstində  iki  dahinin  münasibətləri  araşdırma  obyektinə 

çevrilmişdir. 

Kitab  özünəməxsus  üslubu  ilə  Azərbaycan  tarixində  əvəzsiz  rol  oynamış,  hətta  ölkə  tarixinin 

axarını  müəyyənləşdirmiş  iki  böyük  şəxsiyyətin  –  Heydər  Əliyevin  və  Hüseyn  Cavidin 

fəaliyyətlərindəki  qarşılıqlı  münasibətləri  geniş  oxucu  kütləsinə  çatdırır.  Belə  ki,  Azərbaycan  klassik 

ədəbiyyatının,  o  sıradan  Cavidin  mütərəqqi  humanist  ideyaları,  bəşəri  görüşləri,  insansevər  və 

vətənpərvər  ənənələri  ruhunda  böyümüş  Heydər  Əliyev  Azərbaycan  xalqının  əbədi  və  əvəzedilməz 

liderinə çevrildikdən sonra öz haqq işində daim bu ənənələri rəhbər tutmuşdur.  

Görkəmli cavidşünas-alimin elmi fəaliyyətinin əsas nailiyyətlərindən biri də Hüseyn Cavidin oğlu 

Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və 

Ərtoğrol Cavid” çoxcildli kitabının hazırlanması və nəşridir. Çoxcildli kitab G.Babaxanlının layihəsi 

və tərtibçiliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2011-ci il tarixli sərəncamı ilə 

10 cildi 2011-ci ildə, 3 cildi isə 2015-ci ildə çap edilmişdir. Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin 

əsas istiqamətlərindən biri kimi, onun AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan materiallar 

əsasında  folklorşünaslıq  irsini  özündə  əks  etdirən  13  cildlik  nəşrlə  oxucuların  istifadəsinə  verilən 

materialların bir qismi orijinaldır, bir qisminin variantları isə çap olunub.  

“Azərbaycan  qeyri-maddi  mədəniyyət  abidələri  və  Ərtoğrol  Cavid”  çoxcildliyinə  görə 

G.Babaxanlı 26 aprel 2012-ci ildə HUMAY-XXII Akademiyası tərəfindən “HUMAY” Milli Mukafatı 

ilə təltif edilmişdir. 

Bütün ömrünü valideyinlərinin və qardaşının xatirəsinin yaşamasına, Hüseyn Cavid və Ərtoğrol 

Cavid  irsinin  toplanıb  təbliğ  olunmasına,  Cavidlər  ailəsinin  nurunu  yaşadacaq  ev-muzeyinin 

yaradılmasına  həsr  etmiş  Turan  Cavidin  zəngin  irsi  də  fil.ü.e.d.  G.Babaxanlının  elmi  fəaliyyətinin 

digər  bir  tədqiqat  obyektidir.  Belə  ki,  2014-cü  ildə  Turan  Cavidin  yaradıcılıq  və  araşdırmaçılıq 

missiyası ilə keçən maraqlı və zəngin həyat yolu, onun şəxsiyyəti və ictimai fəaliyyətini özündə əks 

etdirən  materiallar  əsasında  Gülbəniz  Babaxanlının  layihəsi  və  tərtibçiliyi  ilə  “Turan  Cavid:  Ömür 

salnaməsi”  kitab-albomu  çap  olunmuşdur. Kitabda  100-ə  yaxın  müxtəlif  mətn, 300-dən  artıq  foto  və 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1096



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sənəd  yer  almaqla  Turan  Cavidin  bütün  həyat  və  yaradıcılığına  işıq  salmışdır.  İlk  dəfə  olaraq  bu 

kitabla  Turan  Cavid  haqqında  olan  materiallar  sistemli  və  kompleks  şəkildə  toplanaraq  nəşr  halına 

gətirilmişdir.  

Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsinin təbliği məqsədi ilə G.Babaxanlı respublikada 

və xaricdə - İtaliya, İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan, Özbəkistanda keçirilən konfrans və 

sərgilərdə iştirak etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur. 

Məhz buna görədir ki, cavidşünas bir alim kimi Gülbəniz Babaxanlının cavidşünaslıq sahəsində 

elmi və ictimai fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir.  

Azərbaycan  Respublikası Prezidenti  İlham  Əliyev  cənabları  03  noyabr  2015-ci ildə  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  70  illik  yubileyi  münasibətilə  imzaladığı  “Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  əməkdaşlarına  fəxri  adların  verilməsi  haqqında” sərəncamla  Azərbaycan  elminin 

inkişafında xidmətlərinə görə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər 

doktoru  Gülbəniz  İbrahim  qızı  Babaxanlını “Əməkdar  mədəniyyət  işçisi”  fəxri adına  layiq  görməklə 

Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqini yüksək qiymətləndirmişdir. 

 

 

ƏLİ BƏY HÜSEYNZADƏNİN ƏDƏBİ-NƏZƏRİ                     



GÖRÜŞLƏRİNDƏ MİLLİ KİMLİK MƏSƏLƏSİ 

 

Günel ŞIXALİYEVA 

Bakı Avrasiya Universiteti 



shixaliyevagunel84@mail.ru 

AZƏRBAYCAN 

 

Hər  bir  millətin  fəlsəfi  fikri,  düşüncəsi  onun  milli  xarakter  və  kimliyini  əks  etdirir.  Əli  bəy 



Hüseynzadənin də qeyd etdiyi kimi millət o vaxt bir millət kimi formalaşır, tərəqqi edir ki, öz dilini, 

dinini, soy-kökünü tarixini, adət-ənənəsini, keçmişini və s. tanıya, ona sahib çıxa və qoruya bilər. Bu 

amillər millətin kimliyini təşkil edən önəmli cəhətlərdir. Milli kimlik məsələsi Əli bəy Hüseynzadənin 

yaradıcılığında əsas yerlərdən birini tutmuşdur.  

 Müəllif sözügedən məsələni, demək olar ki, bir çox məqalələrində işıqlandırmışdır. Bəzilərində 

bu  problemin  qoyuluşu  daha  geniş,  bir  qismində  isə  ümumi  şəkildədir:  “Məktubi  məxsusi”, 

“Qəzetəmizin məsləki”, “Qəzetəmizin dili haqqında bir neçə söz”, “Türk dilinin öyrənməyin fəvaidi”, 

“Türk  dilinin  vəzifey-mədəniyyəsi”,  “Türklər  kimdir  və  kimlərdən  ibarətdir”  məqalələrində  milli 

kimlik məsələsi geniş şəkildə əks olunsa da; “Axund Əbu Turab həzrətləri”, “Ey qələm”, “Məcnun və 

Leylayi-islam”,  “İntiqad  ediyoruz,  intiqad  olunuyoruz”,  “Kasablanka  faciəsi  və  Osmanlı-İran 

komedyası”,  “Şamil  və  Həfidi”,  “Pərdə  eniyor  –  son  tamaşa”  və  digər  məqalələrində  isə  problemə 

ümumi  şəkildə  də  olsa  toxunulmuşdur.  Əli  bəy  Hüseynzadə  türklüklə  bağlı  öz  mərəmnaməsini 

“Nümunə  məktəbi”  məqaləsində  belə  bildirir:  “Bən  türkəm,  qafqaslı  bir  türkəm.  Türk  bir 

müsəlmanam, müsəlman bir insanam, demək ki, bən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə də 

yaşamaq məcburiyyətindəyəm”. ( “Həyat”, 1905, № 184, 187, 188, 190). 

 Əli  bəy  Hüseynzadə  türkçülüyə  dair  ilk  mətbu  əsəri  olan  “Məktubi  məxsusi”  məqaləsində 

türklərlə  bağlı  düşüncələrinin  bəzi  məqamlarına  aydınlıq  gətirmişdi.  Müəllif  “Ə.Turani”  imzasıyla 

Misirdə  1904-cü  ildə  “Türk  qəzetində”,  qəzetin  56-cı  sayında  nəşr  olunan  bu  məqaləsini  Yusif 

Akçuranın  həmin  qəzetin  23-24-cü  nömrələrində  dərc  olunan  “Üç  tərzi-siyasət”  adlı  məqaləsi  ilə 

“osmanlaşmaqmı, islamlaşmaqmı, türkləşməkmi” suallarına cavab olaraq yazmışdır. 

 Əli bəy Hüseynzadə məqalədə türklərin yanlış olaraq tatar adlandırılmasına qarşı etrazını bildirib 

tatar  adında  ayrıca  bir  qövmün  olmadığını  qeyd  edir.  Türklərin  sünnilik,  şiəlik  məzhəblərinə,  süni 

olaraq “Pantürkizm”, “Panislamizm” adları ilə məsləklərə ayrımağın düzgün olmadığını qeyd edərək, 

müəllif  bildirirdi  ki,  müsəlmanlar  və  xüsusilə  türklər,  harada  olurlar  olsun,  istər  Osmanlıda,  istər 

Türküstanda, istərsə də Baykal gölünün ətrafında, ya Qaraqum civarında olsun, bir-birlərini tanıyacaq, 

“Qurani-Kərimi”  anlatmağa  qeyrət  etməklə  sünnilik,  şiəlik  və  digər  məzhəbləri  azaldıb,  eyni  inanc, 

eyni  məzhəb  altında  bir-birini  sevəcəklər,  çünki  türklər  gərək  dincə,  əsasən,  gərək  qövmiyyətçə 

birdirlər.  Yalnız  bu  zaman  türklərin  birliyinə  heç  kəs  mane  ola  bilməyəcək.  Yusuf  Akçura  və  Ziya 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1097



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Göyalpın da qeyd etdiyi kimi, görkəmli sənətkarımız hakim olan sünnilik və şiəlik anlaşmazlıqlarını 

aradan qaldıraraq, bu məzhəb ayrılıqlarından yüksəkdə duran türk və islam birliyini görmək istəyirdi.  

 “Türk” qəzetinin yazı heyəti Əli bəy Hüseynzadənin “Məktubi-məxsusi” məqaləsindəki tənqidə 

qarşı olaraq 1904-cü il 8 dekabr sayında dərc olunan 59-cu nömrəsində “Ə.Turaniyə cavab” adlı yazısı 

ilə  “tatar”  deyə  bir  qövmün  olduğunu  bildirmişdilər.  Əli  bəy  Hüseynzadə  isə  bu  məsələyə  aydınlıq 

gətirmək  üçün  “Həyat”  qəzetində  (  1905-ci  il,  4,  9,  16,  22,  35,  52,  81,  82  nömrələrində)  “Türklər 

kimdir və kimlərdən ibarətdir” əsərini nəşr etdirmişdir. Müəllif türklüklə iftixar etdikləri halda türkün 

kim  və  kimlərdən  ibarət  olduğunu  bilməyən  nə  qədər  türk  mühərrirlərimizin  olduğunu  bildirir  və  bu 

silsilə məqalələrdə türklərin kim və kimlərdən ibarət olduqlarını, haralarda yaşadıqlarını, hansı şöbəyə 

ayrıldıqlarını  və  sairə  məsələləri  izahını  vermişdir.  Müəllif  həmçinin  belə  ciddi  əhəmiyyət  daşıyan 

məsələlərlə  tədqiqatçıların  hələ  öncədən  məşğul  olmadıqları  üçün  şikayyət  edir.  Əli  bəyi 

təəccübləndirən  cəhətlərdən  biri  də  bu  idi  ki,  problemlə  bağlı  Avropa  alimləri  kifayət  qədər 

araşdırmalar aparsalar da, birbaşa bizlə bağlı olan bu məsələ haqqında özümüzdə hələ kifayət qədər 

tədqiqat  yox  idi.  Qeyd  edək  ki,  belə  addımı  ilk  dəfə  XIX  əsrin  sonları  tatar  və  osmanlı  müəllifləri 

Əhməd Vəqfi Paşa, Süleyman Paşa, Mustafa Cəlaləddin Paşa, Şəhabəddin Mərcani, A.Qəyyum Nasi, 

Şəmsəddin  Sami  bəy,  Nəcib  Asim  atmışdı.  Əli  bəy  də  bunları  təsdiq  edib  bildirir  ki,  bu  şəxslər  bir 

cığır  açmaq,  yeni  bir  yol  göstərmək  təşəbbüsündə  bulundular.  Ancaq  bunlar  təşəbbüsdən  irəli 

getmədilər.  

 Bunu  da  qeyd  edək  ki,  hətta  Əli  bəyin  babası  Şeyx  Əhməd  Səlyani  də  bu  istiqamətdə  türk 

xalqlarının  ədəbiyyatından  bəhs  edən  on  yeddi  səhifəlik  “Tarixi-ədəbiyyatı-türk”əsərini  yazmışdı. 

Şeyx  Əhməd  Səlyani  ümumiyyətlə  nəvəsinin  dünyagörüşünün  formalaşmasına  böyük  təsir  etmiş  və 

dini elmlərlə yanaşı, dünyəvi elmləri də yüksək qiymətləndirmişdi. 

 Bu  əsər  haqqda  ilk  məlumatı  görkəmli  alimlərimiz  Əziz  Mirəhmədov  və  Xeyrulla  Məmmədov 

vermişdi.  Bəzi  tədqiqatçılar  yalnış  olaraq  qeyd  edirlət  ki,  Şeyx  Əhməd  Səlyaninin  həmin  əsəri 

Azərbaycan ədəbiyyatının tarixindən bəhs edir. Biz bunu bir iyun 1990-cı il “Azərbaycan” qəzetində 

dərc olunan “Şeyxülislam Axund Molla Əhməd” məqaləsində görə bilərik. Lakin əsər haqqında olan 

tədqiqatlar  və  əsərdə  olan  başlıqlar  da  göstərir  ki,  “Tarixi  ədəbiyyatı-türk”  əsəri  türk  xalqlarının 

ədəbiyyatından bəhs edir. Əsərə verilən başlıqlardan da bunu görə bilərik: “Türklər”, “Türk əqvamının 

başçıları”, “Taciklər”, “Əski türklərin yazısı”, “Tu-ku ye - türk”, “Uyğurlar”, “Qutadqu-bilik”, “Uyğur 

lisanı”, “Cığatayca yazılmış məşur əsərlər”, “Əlişir Nəvai” və sair.  

 Bir  çox  tədqiqatçılarımızın,  həmçinin  X.Məmmədovunda  qeyd  etdiyi  kimi,  Əli  bəy  bir  sıra 

publisistik  əsərlərində  babası  Şeyx  Əhməd  Hüseynzadəninin  qaldırdığı  məsələləri  tamamlamışdı. 

Babasının  naməlum  səbəbdən  yarımçıq  qalmış  “Tarixi-ədəbiyyatı-türk”  əsərindəki  türkoloji 

tədqiqatlarını Əli bəy “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində davam etdirmişdir. 

 Onu  da  qeyd  edək  ki,  XIX  əsrdə  milliyyət  məhfumu  adı  altıda  türklər  “tatar”,  “müsəlman” 

kəlmələri ilə  adlandırılırdı.  Lakin  hələ XIX  əsrdən bir  çox  ziyalılarımız  türkləri “tatar”, “müsəlman” 

adlandırılmasını  qəbul  etmirdilər.  1890-cı  ildə  “Kəşkül”  qəzetinin  15-ci  nömrəsində  bu  məsələ  ilə 

bağlı  məqalə  (“Avam  gəzmək  –  yuxu  yatmaqmı  dedin?”)  dərc  olunmuş  və  bu  kəlmələrin  milliyyət 

termini kimi işlənməyi tənqid olunmuşdur. 

 XX əsrin əvvəllərində isə bu məsələ ilə əsaslı şəkildə Əli bəy məşğul olmuşdur. Lakin maraqlı 

bir  məqamı  da  qeyd  edek  ki,  müəllif  “Həyat”  sonra  isə  “Füyuzat”da  nəşr  olunan  məqalələrində 

türkçülüyü,  türklərə  “tatar”  deyil  “türk”  deyilməsini  dönə-dönə  təbliğ  etməsinə  baxmayaraq  yanlış 

olaraq bildirilir ki, “türk” kəlməsi ilk dəfə 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu 

ilə  nəşr  olunan  “Açıq  söz”  qəzetində  işlənilmişdir.  Mirzə  Bala  Məmmədzadə  “Milli  Azərbaycan 

hərəkatı, Məhəmməd Əmin Rəsulzadə isə “Azərbaycan Cumhuriyyəti (Keyfiyyəti, təşəkkülü və indiki 

vəziyyəti)”,  “Qafqaz  türkləri”  əsərlərində  bildirmişdilər  ki,  “türk”  kəlməsi  ilk  dəfə  “Açıq  söz” 

qəzetində işlənmişdir.  Lakin  “türk”  kəlməsi  1915-ci  ilə  qədər  artıq təsdiq olunmuşdur  və  Əli  bəy  bu 

məsələni  silsilə  şəklində  yazdığı  “Türklər  kimdir  və  kimlərdən  ibarətdir”  əsərində  geniş  şəkildə 

əsaslandırmışdır. 

 Qeyd  edək  ki,  Azərbaycanda  milli  bir  idealogiya  səviyyəsində  türkçülüyü  ilk  dəfə  Əli  bəy 

Hüseynzadə  irəli  sürmüş  və  təbliğ  etmişdir.  Təsədüfi  deyil  ki,  məhz  müəllifin  “Türklər  kimdir  və 

kimlərdən ibarətdir” əsəri Azərbaycanda ilk türkoloji yazı hesab olunur. 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin