Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə69/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   65   66   67   68   69   70   71   72   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1118



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tanımayan varmı, görən?! 

-misralarını  yazmışdır.  Həmin  dövrdə,  milli  kimliyini,  millət,  vətən  ehtirasını  gizlətməyən  bir 

ədibimiz  də  Məmməd  Arazdır.  Şair  istiqlal  ideyasını  hər  zaman  önə  çəkmişdir.  Dəfələrlə  -  “Oyan, 

Azərbaycan”  ,  -  deyərək  millətinə  səslənmişdir.  “Vətən  daşı  olmayandan,  olmaz  ölkə  vətəndaşı”,  - 

deyən şair, hər zaman bu fikrə sadiq qalmışdır. 

“Türk  oğlu  türkəm  mən!”,  -  deyərək  bütün  dünyaya  haray  salan  Bəxtiyar  Vahabzadənin 

poeziyasında vətən, türkçülük, millət, ana dili mövzuları başlıca yer tuturdu. Bəxtiyar Vahabzadə milli 

kimliyini  bilməyən,  onu  danan  insanlara  həmişə  əks mövqedə  dayanmışdır.  İnsanlara  milli  kimliyini 

unutdurmağa çalışan, sanki onları “manqurtlaşdırmaq” istəyən imperiyaya səslənərək, nə qədər yalançı 

olduqlarını, türk sözünün azəri sözüylə əvəz etdiklərini bu cür bildirirdi: 

Əslimi – nəslimi tanıyıram mən, 

Qarışıq deyiləm, özümdən hürkəm. 

Sən kimsən, sən nəsən özün bilərsən,  

Mən ilk qaynağımdan türk oğlu türkəm! 

Bəxtiyar Vahabzadə ana dilində danışmağı, türk olduğunu deməyi özünə ar bilənləri yazıq hesab 

edirdi. Şair qeyd etmişdir ki, öz kimliyindən uzaqlaşan, kimliyini danan insan nə zamansa buna mütləq 

peşman olacaq: 

Ey öz doğma dilində danışmağı ar bilən, 

Bunu iftixar bilən 

Modalı ədəbazlar. 

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 

Qoy bunlar mənim olsun. 

Ancaq Vətən çörəyi 

Bir də ana ürəyi 

Sizlərə qənim olsun. 

Bəxtiyar Vahabzadə ana dilinin nə qədər şirin olduğunu, ulu əcdadlarımızdan bizə qalan ən gözəl 

miraslardan olduğunu dəfələrlə poeziyasında qeyd edir. Dahi şair qeyd edir ki, bizə əcdadlarımızdan 

yadigar  qalan  bu  dili  qoruyub  saxlamalı,  gələcək  nəsillərə  tam  şəkildə  çatdırmalıyıq.  Bəxtiyar 

Vahabzadə əcnəbi dillərin doğma türk dilinə qarışmasına haqqlı olaraq qarşı idi. Öz doğma vətənində 

əcnəbi dilin doğma dilini üstələdiyini görmək istəmirdi: 

Əvvəl rusca idi reklam, işıqlar, 

İndi ingiliscə dürtülür gözə. 

İtin də dilinə hörmətimiz var, 

Təkcə öz dilimiz yaramır bizə! 

Fikrət  Qoca  poeziyasının  da  əsas  qayəsini  vətənpərvərlik,  yurdsevərlik  təşkil  edir.  Onun 

şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi 

ilə  xalqa,  millətə,  vətənə  xidmət  edir.  Fikrət  Qocanın  vətənə  həsr  etdiyi  şeirlərində  də  dünya 

şeirlərində  olduğu  kimi  səmimilik  var.  Vətənə  sonsuz  məhəbbət,  xalqın,  millətin  taleyi  şairin 

poeziyasının özəyini təşkil edir. Fikrət Qoca hər şeyə nikbin baxmış, öz millətinin gələcəyini parlaq 

təsvir etmişdir. Habelə, şair vətənini sevdiyi qədər onun təbiətinin də aşiqi idi. 

Daha  çox  romantik  şair  kimi  tanınan  Nüsrət  Kəsəmənli  də  milliyyətinə,  vətənə  şeirlər  həsr 

etmişdir.  Vətən  haqqında  şeirlərini  elə  özünəməxsus  romantik  dillə  ifadə  etmiş,  sanki  vətəni  öz 

sevdiyinin yerinə qoymuşdur: 

Vətən bir budaqdır, 

Yaşıl bir budaq, 

Ümiddən asılı yarpağam mən də, 

Ayağım altında çırpınır torpaq, 

Yeriyən, 

Düşünən torpağam mən də! 

Tam bir vətən aşiqi olan Nüsrət Kəsəmənli bu sevgisini, - “Qəriblik qəlbimi sıxsa hardasa, Yalnız 

Vətən olar, Vətən dərmanım!” misralarıyla dərindən ifadə etmişdir. 

Ümumiyyətlə, istər XX əsrin 60 – 90 – cı illərində, istər ondan əvvəlki dövrdə və ya indiki dövr-

də, bir sözlə, hər zaman türkçülük, millətçilik dahi ədiblərimizin poeziyasının başlıca mövzularından 

olmuşdur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1119



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XX ƏSRİN İKİNCİ YARISI: VƏTƏNDAŞLIQ LİRİKASINDA                       

ŞAİR KİMLİYİ VƏ SURROQAT PATRİOTİZM 

 

Qardaşxan ƏZİZXANLI 

Xəzər Universiteti 

gardashkhan-azizkhanly@mail.ru 

AZƏRBAYCAN 

 

Söz öz sahibi haqqında yüzdəyüz harmonik təsəvvür yaradır. Şair hansı “meyvə ağacısa”, söz də 



o  “ağacın”  barıdır.  Dediyin,  yazdığın  kimlik  göstəricindir.  Ustad  Füzulinin  “Kim  nə  miqdar  olsa...” 

formulu tam keçərlidir (Söz sənəti şair kimliyini həyatdan betər “interpretasiya edər”). Şair qəlbinin, 

ağlının  tərcümanıdır.  Onun  hansı  arzu  və  ideal  daşıyıcısı  olduğunu  lirik  “mən”  nişan  verir.  Ancaq 

müəllif poetik mətndə “baş rolda” da olsa, həyatda vətəndaş şair olaraq heç “əsas rolda” olmur da, 

olur da yalnız çox vaxt “epizodik rolda” oynayır. 

Mən,  ümumiyyətlə,  şairlərimizi  a)  şeirinin  önündə  gedənlərə;  b)  şeirinin–  sözünün  yanında 

olanlara;  c)  lirik  “mən”indən  geri  qalanlara  bölmək  istərdim,  –belə  bir  bölgü  hansısa  müstəvidə 

“həzm” edilməsə də. 

Birinci  kəsimə  aid  az  sayda  yazarların  Sözü  “niyyətin  hara,  mənzilin  ora”da  bir  vəsilədir. 

Belələrinə “haqq aşiqi” olanaz saydaşairlər daxildir (Nəimi, Nəsimi, Hüseyn Cavid, hardasa, müasiri 

olduğumuz Xəlil Rza Ulutürk...). Onların şeirindəki lirik “mən” həyatdakı müəllifin büsbütün özüdür 

və şair şeirindən öndədir.  

İkinci  qismə  Əfzələddin  Xaqaninin  “İstəmirəm  adımı  çağıralar  Xəqani,  Mən  yoxsullar  şairi 

xəlqaniyəm,  xəlqani”  beytinin  leytmotiv  ola  biləcəyi  yaradıcılığa  malik  xas  şairləri  aid  edirəm. 

M.Ə.Sabir,  Məhəmməd  Hadi,  Məmməd  Araz,  Baba  Pünhan...  ömrü  boyu  busöz  sərkərdələrinin 

“sözləri harada, özləri orada” olub. 

İstedadlı şairlərdən bir qismini də ora şamil edə biləcəyimiz daha bir kəsim var ki, onlar 

yazdıqlarına rəğmən başqa cür “ad” qoyublar və bəzən sözləri arxasında özləri olmayıb,– “vətənə 

qurban getmək” patetikası şeirlərində “at oynatsa” da, xalq yolunda fədakarlığı pafosla tərənnüm 

etsələr də... “İctimai hadısələri mədh”(Maksim Qorki), “zamanın ruhunu təhrif” (Aleksandr Blok) 

edən, “öz dövrünün oğlu olmayan” (V. Belinski), «həm siyasətçi, һəm filosof, һəm də tarixçi, bir sözlə, 

tam һazırlıqlı xadim kimi yetkinləşməyən... özü də, belə bir xadim olduğunu şeirlərində əks 

etdirməyən” (P. Antakolski) şairlərin şeirləri saxta patriotizmdən başqa bir şey deyildir.  

Vətəndaşlıq  lirikası  dəyişdirici  və  birləşdirici  gücə  malikdir.  Məmməd  Araz  kimi  şairlərin 

yaradıcılığında  vətəndaşlıq  lirikası  insanların  düşüncə  tərzini  dəyişdirmək  gücünə  qadirliyini, 

sərhədləri keçərək insanları birləşdirmək qüdrətinə malik olduğunu göstərir.  

Şair də hər bir insan kimi öz mühitinin məhsuludur;Məmməd Araz ömrünün əhəmiyyətli hissəsi 

“Azərbaycan  təbiəti”  jurnalına  bağlı  olmuşdur.  Məsul  redaktoru  olduğu  jurnalda  bir  vətəndaş  yazar 

olaraq  doğma  yurdun  təbiətini  qorumaq  üçün  necə  həyəcan  təbili  çaldığı  yazılarının  az  qala  hər 

sətrində, hər misrasında əksini tapmışdır. Bu baxımdan şairin “Professor Gülə məktub” adlı iri həcmli 

(və  iri  çaplı),  orijinallığı  ilə  seçilən  və  eyni  zamanda,  maraqlı  poetik  quruluşa  malik  olan  şeiri 

üslubuna,  pafosuna,  poetik  xüsusiyyətlərinə  görə  Azərbaycan  poeziyasında  vətəndaşlıq  lirikasının 

şedevrlərindən sayılmağa layiqdir.  Böyük vətəndaş şair ürək ağrısı ilə  “Xəzərdən sahilə qızıl dartıb, 

gülab  çəkdiyimizi,  sahildən  Xəzərə  zəhər  axıdıb,  çirkab  tökdüyümüzü”  söyləyərək,  “Xəzər  Xəzər 

olandan sağılır qızıl inək kimi, Sağıb, sorub, sonra yorub, qısır inək kimi Biz onu satmaq istəyirik, Ölü 

dənizlər  muzeyinə  atmaq  istəyirik”  deyə  öz  poetik  narahatlığını  ən  yüksək  kürsülərə,  mərtəbələrə 

ünvanlayır.  

Manifest xarakterli “Azərbaycan” deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər”, ”Azəri 

torpağı son kəfənimdi, Doymaram bu qara bezimdən mənim”, “Yüz bülbül səsi də mənə versələr, Elsiz 

bir  nəğməmi  deyə  bilmərəm”,  “Neylədim  Vətəni  sevmək  naminə,  Ucaltmaq  naminə  elədim  ancaq” 

kimi poetik “qəlpələr” göstərir ki, “Ürəyimsiz kəlmə yazan deyiləm” deyən Məmməd Arazın lirikası 

bütövlükdə  Vətən  mövzusunu  özündə  birləşdirən  Yurd  fenomeninin  təsiri  altındadır.  Vətəndaşlıq 

lirikası  gözümüzün  önündəcə  Məmməd  Arazın  nəinki  yaradıcılığını,  hətta  bütövlükdə  şəxsiyyətini 

yeni məzmunda formalaşdırır. Şair “...bəsimdi... Qapımda küləyin əsibdi, Vətən” (“Vətən mükafatı”) 

deyə Vətənin bu “mükafatını” özü üçün yetərli sayır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1120



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bütövlükdə,  Məmməd  Araz  poeziyasında  vətəndaşlıq  lirikası,  onun  qələminin  məhsulu  olan 

“Nişançı  özümüz,  hədəf  özümüz”,  “Tarixçi  alimə”,  “Vətən  desin”,  “Bu  millətin  dərdi-səri”,  “Nobel 

mükafatı”,  “İlhamım”  və  başqa  şeirləri  Azərbaycandamilli  təfəkkürün  dirçəlişinə  əhəmiyyətli  təsir 

göstərmişdir. Şairin “Duman ömrü” şeirində dediyi kimi: 

Bəli, duman olum. Duman÷ bir çəngə, 

Mənim öz yağışım, öz qarım olsun. 

İstədiyim yerə yükümü çəkən 

Hökmüm, ixtiyarım, qərarım olsun. 

Vətəndaş şair öz yaradıcılığı və ictimai fəaliyyəti ilə, əslində, milli və ümumbəşəri maraqları 

əhatə edən insanpərvər bir mütəfəkkirdir. “Əgər yazıçı nəyisə tənqid edirsə, deməli, ölkəsini sevmir” 

tendensiyası təhlükəlidir. Şair tənqid edib, təndiqə meylli olub, amma eyni zamanda ölkəsini, xalqını 

hamıdan çox sevə bilər, –eynən Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir kimi...  

Tənqidçi Yaşar Qarayev yazırdı ki, həqiqi vətəndaşlıq və vətənpərvərlik poeziyası ilə yanaşı, 

һəmin ad altında saxta, yalançı dəb xarakteri daşıyan çoxlu şeirlər də özünə yol tapır.  

Hələ  80-ci  illərdə  “Ulduz”  jurnalında  “Zamanla  səsləşən  şeirlər  sorağında”  adlı  məqalə  dərc 

etdirmiş  tanınmış  türkoloq,  tənqidçi  Aydın  Məmmədov  «yaşa»,  «alqış»,  «gözəlsən»,  «mərd  atalar», 

«igid  oğullar»,  «vüqar»,  «şan-şöһrət»,  «şərəf»,  «günəşli  diyar»  «vətən  eşqi»,  «odlar  diyarı»,  qurban 

olum»,  «başına  dönüm»,  «çanım-gözüm»,  «baş  əyirəm»,  «sevirəm»,  «sənsiz  neynərəm»,  «Günəşə, 

Aya ucalmaq» və s. kimi “deklarativ, konkret məzmunu olmayan” və s. bu kimi söz və ifadələrdən, 

“təmtəraqlı  ibarələrdən”  az-çox  bəhrələnən  Tofiq  Bayram,  Qasım  Qasımzadə,  Qabil,  Famil  Mehdi, 

Tofiq Mütəllibov, Davud Ordubadlı, Rasim Kərimli, Atif Zeynallı, Abbasağa, Güləli Rəsul, Müzəffər 

Nəsirli,  Mövlud  Qonaq,  Rüfət  Zəbioğlu,  İbrahim  Göyçaylı,  Məmməd  Kazım  (əlbəttə,  bu  imzaların 

içində istedadlısı da varQ.Ə.) və başqa müəlliflərə qarşı bizi “gözlənilməz assosiasiyalarla, sözlərin 

təkrarolunmaz ifadə paralellikləri ilə rastlaşdıran” Məmməd Araz, Hüseyn Arif, Cabir Novruz, Musa 

Yaqub, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Odər kimi şairləri qoyurdu. 

Bu  poetik  həqiqət  doğrudur  ki,  “bütün  һəyatı  boyu  şairin  һər  şeiri,  һər  kitabı  özünün  və 

başqalarının  yazdıqlarından  һeç  nəyi  təkrarlamadan  yeni  bir  şey  başlamaq,  yeni  bir  şeyin  əsasını 

qoymaq cəһdidir” (Yozef Rıbak). 

 

 

 



XX-XXI ƏSRLƏRİN MƏRZİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA 

MİFOLOJİ OBRAZLARIN İŞLƏNMƏSİ 

 

Leyla İSMAYILOVA 

Slavyan Universiteti 



taci070787@gmail.com 

AZƏRBAYCAN 

 

Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə gələni isə mifoloji 



düşüncədir.  Bu  sıraya  mərasimlər,bayramlar,adətlər-mədəni  irsin  başqa  arxaik  atributları  da 

daxildir.Lakin dünyanı dərketmədə əldə olunan ilkin nəticələr köklə çox dərin qatlarla bağlandığından 

əsas  meyar  rolunu  miflər  daşıyır.Başqa  sözlə  ,bəzi  oxşarlıq,yaxınlıq  və  səsləşmələr  nəzərə  çarpsa 

da,dünya  xalqlarının  hər  birinin  mifologiyadan  keçən  özünəməxsus  mədəniyyət  ,folklor  ənənəsi 

vardır.Orada duyulanlara və baş verənlərə hər millətin öz mifoloji baxışı mövcuddur. Və Azərbaycan 

türklərinin  mənəvi  simasının  formalaşmasında  ən  mühüm  simasının  formalaşmasında  ən  mühüm 

vəzifə mifoloji düşüncənin kortəbii şəkildə yaranan məhsulların üzərinə düşmüşdür.İbtidai inancların 

qalıqları  mif  və  rituallar  vasitəsi  ilə  folklorun  epik,lirik  janrlarına  keçmiş  ,eləcə  də  onlar  oyun-

tamaşaların.mərasim  nəğmələrinin  özəyini  təşkil  etmişdir.Mədəniyyətin  ən  arxaik  əlamətlərinin  və 

elementlərinin 

kompleks  şəkildə  əksinə  də  mifologiyanın  daşıyıcılarında  (yaradıcılar-

tanrılar,dünyanın,təbiət  hadisələrinin  yaranması,canlı-cansız  varlıqların  bir-biri  ilə  qarşılıqlı 

münasibətləri  və  əlaqələri  haqqındakı  təsəvvürlərdə,kultlarda,magikliklə  yoğrulan,sakrallaşdırılan 

cisimlərdə)rastlaşırıq. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1121



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mifin  bitdiyi  yerdən  tarix  başlayır.Lakin  mifoloji  görüşlərsiz  heç  bir  xalqın  qədim  tarixi  və 

mədəniyyəti  yoxdur.Ona  görə  ki,arxaik  mədəniyyətlərin  hamısı  mənbəyini  mifoloji  təsəvvürlərdən 

alır. 


Bir  neçə  əsr  bundan  əvvəl  bizə  elə  gəlirdi  ki,miflər  yalnız  lap  qədim  dövürlərə,hələ  insanların 

dünyanı dərk etməyə qadir olmadıqları uzaq keçmişə aiddir.Keçmişdə insanlar sadəlövh uşaqlar kimi 

özlərindən  çoxlu  şeylər  uydurublar,təxəyyüllərinin  məhsulu  reallıq  kimi  qəbul  ediblər.Zaman 

keçdikcə,tarixin inkişafı yeni mərhələsində ətraf ailəmin yeni səviyyədə dərk etməyə başlayaraq mifi 

həmişəlik olaraq keçmişin malına çevirirlər. 

Belə  deyə  bilərik  ki,dünyanı  miflərin  köməyi  ilə  izah  edən  ibtidai  insanlar  o  qədərdə  ibtidai 

olmayıblar.Ona görə ki,onların özləridə mifin bir hissəsinə çevriliblər.İbtidai insnalar təkcə özləri mif 

yaratmadılar,həmdə  mifoloji  həyat  tərzini  qoruyub  gələcək  nəsillərə  ötürə  bildilər.Mifin  meydana 

gəlməsi insanın yaradıcı təxəyyüllündə partlayış baş verməsinin əlamətidir.İnsan fantaziyası güclü bir 

təkan  alaraq  zəncir  kimi  saysız-hesabsız,qeyri-adi,əcaib  obrazlar  doğurmağa  başladı.Miflər  bu 

obrazları simvolik dilə çevirdi və bu dil təbii dillə yanaşı,insanın elmi,incəsənəti və s. oldu. 

Elə o vaxtlardan miflərin insan idrakının və insan fəaliyyətinin olduğu hər yerdə daima mövcud 

olması  və  gələcəkdədə  mövcud  olacağı  dərk  edildi.H.Q.Qadamer  deyir:”Miflər  insanlığın  ilkin 

fikirləridir.Biz onları dərk etməyə,onların əzəli mənasını və dərin anlamını tutmağa,öz cəhdlərimizdə 

onları  başa  düşməyə  nə  qədər  çalışsaqda,yenədə  miflərin  bilinməz  gerçəkliyindən  və  onların  cəzb 

edici  sirrindən  agah  ola  bilmirik”.H.Q.Qadamerin  dediyi  kimi,biz  uçaq  keçmişə,insanın  Allahlar 

haqqında ilkin təsəvvürlərinin yenicə yarandığı ibtidai dövrə qayıtmalıyıq ki,mifin əzəli mənasını başa 

düşək.  


Mifologiya  məzmun  və  formaca  müxtəlif  olduğuna  görə  müxtəlif  məqsədlərə  xidmət 

etmişdir.Onun  köməyi  ilə  insan  kosmosu,ətraf  ailəmi,bəşərləşdirməklə  heyrət  və  həyəcanı  dəf 

edir,özünə  təskinlik  verir,pis-yaxşını  ayırd  edə  bilir.Mifologiyada  keçmiş,gələcək  və  indiki  zaman 

uzlaşdırılır.Mifologiya  real,həyatı  əsaslara  malik  anlayışdır.O,gerçək  dünyanın  hadisələrini,faktlarını 

sadəlövhcəsinə  təcəssüm  etdirən,avamcasına  şərh  edən  insan  əqlinin  erkən  mərhələsində  əmək 

təcrübəsi prosesində,müəyyən sosial-iqtisadi şəraitdə meydana gələn yaradıcılıqdır.İnsanların əmək və 

həyat  təcrübəsi  genişləndikcə  mifoloji  fantastikanında  dairəsi  genişlənir.Mifologiya  elminin  insan 

həyatında keçmiş dövürlərdən əhəmiyyətli faktların bizə çatdırdığı üçün dərindən araşdırılmalıdır. 

Mifin  mənası  əfsanə,rəvayətlə  bağlı  olub,əcdad  mədəniyyətinin  daha  əski  qatlarında  yaranmış 

bədii  dəyərləri  ifadə  edir.Mif  hərfi  mənada  (yunanca  mifos  sözündəndir)  dünyanın  və  insanın 

yaranması  barədə  əfsanələr  erkən etnosların tanıdığı dünyanını  idarə  edən  Allahlar,tanrılar  haqqında 

hekayətlər,dünyanın  bugünü  və  sabahı,dağılıb  yenidən  yaranması  barədəki  ilkin  bədii 

yaradıcılığıdır.Mif  erkən  etnosun  dünya,insan  və  insanın  dünya  hadisələri  barədəki  bədii 

düşüncəsidir.Bu düşüncənin zaman hüdudu qeyri-müəyyəndir. 

Mif dünyanın işarələrlə,sakral obrazlarla dərkidir.Miflər arxetipik,universal,fövqəl təbii obrazlar 

silsiləsidir  və  qədim  xalqlardan  biri  kimi  Azərbaycan  türklərinin  ilkin  dünya  görüşünün 

məhsuludur.Bəzən konkret obraz, xüsusi ad şəklində yaddaşlarda yaşasada hər biri müəyyən varlığın 

yaranması,fəaliyyəti və məhlində bəhs açan primitiv əhvalatın daşıyıcısıdır.Daha çox əski çağlara aid 

yazılı  abidələrdən,nağıl,epos  və  şifahi  epik  ənənənin  başqa  formalarında,inam  və  etiqadlarda  mifik 

düşüncənin qalıqlarına rast gəlirik. 

Azərbaycan  mifologiyası  ümumi  türk  mifologiyasının  tərkib  hissəsidir.Qədim  türk  mifologiyası 

qaynaqlarından bəhrələnən mifologiyamız əski türk mifoloji modelini qoruyub saxlamaqla onun yeni 

miflər,inanclar,kultlar,adət-ənənə  və  mərasimlərlə  zənginləşdirən  yaradıcılıq  sahəsidir.Azərbaycan 

türkərinin  mənəvi  simasının  formalaşmasında  ən  mühim  vəzifə  mifoloji  düşüncənin  kortəbii  şəkildə 

yaranan  məhsullarının  üzərinə  düşmüşdür.Mədəniyyətin  ən  arxaik  əlamətlərinin  və  elementlərinin 

kompleks şəkildə əksinədə mifologiyanın daşıyıcılarında rastlaşırıq. 

Mövzunun  aktuallığı  ondan  ibarətdir  ki,mifoloji  elementlərdən  bədii  ədəbiyyatın  bütün  inkişafı 

boyunca  istifadə  olunmuşdur.Mahiyyət  etibarı  ilə  mifoloji  ədəbiyyat  antik  dövür  ədəbiyyatında 

başlayaraq  müasir  dövrə  qədər  öz  aktuallığını  itirməyib.Bədii  ədəbiyyatda  mifoloji  elementlərdən 

geniş  istifadə  olunmuşdur  və  olunur.Ona  görə  ki,mif  simvolikası  insan  şüurunun  ən  dərin  qatlarına 

nüfuz  etmişdir.Bədii  mətində  mif  özünü  müxtəlif  formada  göstərir.Başqa  sözlə  desək,biz  müasir 

mədəniyyətdə  remifologizasiya  prosesini  müşahidə  edirik,yəni  müasir  ədəbiyyatda  təhkiyyənin 

tərkibində  mifin  yeni  bir  formada  işlənməsini.Bu,bədii  mətndə  mifin  bilavasitə  açıq  şəkildə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1122



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

(məsələn,Con Apdaykın”Kentavr” romanında və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində 

və s.) və  yaxud mətnaltı məzmunda (Kamal Abdullanın  əsərləri,Elçin Hüseynbəylinin”Metro vadisi” 

əsərində və s.) özünü göstərməsidir. 

Mifin yaranma tarixi və onun bədii mətn kontekstində yeri,onun bədii mətnin obrazlar və ideyalar 

sistemində  psixoloji  dərki  ədəbiyyatşünasların  və  mədəniyyət  nəzəriyyəçilərinin  tədqiqat 

predmentinəçevrilmişdir(A.N.Veselovski,V.Y.Prop,O.M.Freydenberq,A.F.Losev,D.Frezer,K.Levi-

Stros,K.Yunq,Y.M.Meletinski,M.Eliade,V.Qolosovker,İ.M.Dyakanov,A.M.Rutkeviç və s.). 

Yeni dövr  ədəbiyyatında yazıçıların əksəriyyəti öz əsərlərini poetikasında şüurlu surətdə mifdən 

istifadə  edirlər,buda  problemin  öyrənilməsində  xüsusi  aktuallıq  əldə  edir.İkinci  bir  tərəfdən,miflərə 

qayıdışın  səbəbi  ondan  ibarətdir  ki,  yazıçıların  təsviri  realizimdən  uzaqlaşaraq,ifadəli  realizmə 

üstünlük  verirlər.Ona  görə  ki,bədii  mətndə  miflər,mif  elementləri  və  onların  simvolikası  yazıçıya 

mətnaltı məzmunun və təhkiyyənin ikinci planını açıqlamağa imkan verir. 

Azərbaycan 

ədəbiyyatında 

70-ci 


illərdən 

başlayaraq 

mifə 

qayıdış 


müşahidə 

olunur.Məsələn,M.Süleymanlının  əsərləri,Anarın  “Ağ  qoç,qara  qoç”  utopik  romanı,Elçinin  “Ağ 

dəvə”,”Mahmud və Məryəm”,Y.Səmədoğlunun “Qətil günü” əsərləri bunun bariz nümunəsidir. 

Bundan başqa aşağıda qeyd olunan əsərlər –“Yarımçıq əlyazma”,”Sehrbazlar dərəsi”, hekayələr 

(K.Abdulla,)”Günah  duası”,”Erməni  adındakı  hərflər”,(M.Süleymanlı,)”Ölümlə  zarafat”  hekayələr 

kitabı (Əjdər Ol) bizə 20-21-ci əsrlərdə Azərbaycan ədəbiyyatında mifoloji obrazların işlənməsini və 

mahiyyətini araşdırılması üçün istiqamət verir.Maraqlısı ondadır ki,bu dövr Azərbaycan ədəbiyyatında 

nəinki  Türk  mifologiyasından,eyni  zamanda,  Avropa  (yunan  və  s.)  və  Misir  mifologiyasından  da 

istifadə olunur. 

 

 



 

XIX ƏSRİN II YARISI VƏ XX YÜZİLLIYIN ƏVVƏLƏRİNDƏ                   

UŞAQ ƏDƏBİYYATINA ÜMUMI BAXIŞ 

 

Şahanə MƏHƏRRƏMOVA 

ADPU 

sehane.meherremov.@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan  ədəbi  tənqidində  uşaq  ədəbiyyatına  konkret  münasibət  və  elmi-nəzəri  baxışın, 



analizin tarixi bu bədii xəzinənin özü kimi başlanğıcını XIX yüzilliyin ikinci rübündən götürür. Əsrin 

son rübündə ədəbi və pedaqoji prosesin, məktəb və maarif hərəkatının canlanması ilə həmin münasibət 

və  baxışın  tezliyi,  intensivliyi  də  artır.  Ədəbiyyatşünaslığımızda  uşaq  ədəbiyyatı  ilə  bağlı  ədəbi 

tənqidin  formalaşma  mərhələsi  olan  XIX  əsrin  II  yarısı  və  XX  yüzilliyin  əvvələrində  uşaq 

ədəbiyyatına ümumi baxışla yanaşı bəzən konkret əsərlərin qismən təfərrüatlı təhlilini də görürük. Bu 

mənada M.Ə.Rəsulzadənin 1906-cı ildə “İrşad” qəzetində nəşr olunan “Rüstəmin yuxusu” sərlovhəli 

tənqidi  məqaləsi  xüsusi  maraq  doğurur.  Həmin  məqalə  müəllim  Abdulla  bəy  Əfəndiyevin  eyni  adlı 

kitabı ilə əlaqəli rəydir. A.Əfəndiyev bir az əvvəl balacalar üçün “Rüstəmin yuxusu” adlı bir poema və 

iki hekayə yazaraq kitabça şəklində nəşr etdirmişdi. M.Ə.Rəsulzadə adı çəkilən resenziyasında həmin 

əsərləri  yığcam  şəkildə  təhlil  edir.  O,  əvvəlcə  A.Əfəndiyevin  “Dəbistan”  jurnalındakı  fəaliyyətini, 

burada millət balalarının qiraəti üçün faydalı əsərlər yazıb çap etdirməsini alqışlayır. Sonra “Rüstəmin 

yuxusu”  kitabçasındakı  əsərlərin  məziyyətlərindən  söhbət  açır.  Əsasən,  əsərlərin  ideya-məzmun 

tərəflərinə toxunur.  

“Rüstəmin  yuxusu”nda  o  zamankı  müsəlman  mühitində  milli  ictimai  gercəklikdə  son  dərəcə 

qorxulu  və  mənfi  tendensiya  olan  dəstəbazlıq,  qoçubazlıq  və  bunun  necə  faciəli  nəticələrə  gətirib 

çıxardığı sadə, real təsir bağışlayan bir əhvalatın fonunda oxuculara çatdırılırdı. Kiçik yaşlı oxucular 

sadə və aydın süjetə malik həyat hadisəsinin fonunda dəstəbazlıq və qoçubazlıq kimi nalayiq əməllərin 

cəmiyyətə,  insanlara  necə zərər  vurduğunu  anlaya  bilirdilər.  Burada süjet anlaşıqlı,  hadisə təsirli idi. 

Elə  buna  görə  də  M.Ə.Rəsulzadə  kimi  fəal  bir  cəmiyyətşünas  əsəri  təqdir  etmiş  və  ona  ədəbi-nəzəri 

mövqedən  münasibət  bildirmişdi.  Tənqidçi  Abdulla  bəyin  kitabda  yer  alan  iki  hekayəsinin 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin