IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1118
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tanımayan varmı, görən?!
-misralarını yazmışdır. Həmin dövrdə, milli kimliyini, millət, vətən ehtirasını gizlətməyən bir
ədibimiz də Məmməd Arazdır. Şair istiqlal ideyasını hər zaman önə çəkmişdir. Dəfələrlə - “Oyan,
Azərbaycan” , - deyərək millətinə səslənmişdir. “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”, -
deyən şair, hər zaman bu fikrə sadiq qalmışdır.
“Türk oğlu türkəm mən!”, - deyərək bütün dünyaya haray salan Bəxtiyar Vahabzadənin
poeziyasında vətən, türkçülük, millət, ana dili mövzuları başlıca yer tuturdu. Bəxtiyar Vahabzadə milli
kimliyini bilməyən, onu danan insanlara həmişə əks mövqedə dayanmışdır. İnsanlara milli kimliyini
unutdurmağa çalışan, sanki onları “manqurtlaşdırmaq” istəyən imperiyaya səslənərək, nə qədər yalançı
olduqlarını, türk sözünün azəri sözüylə əvəz etdiklərini bu cür bildirirdi:
Əslimi – nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Bəxtiyar Vahabzadə ana dilində danışmağı, türk olduğunu deməyi özünə ar bilənləri yazıq hesab
edirdi. Şair qeyd etmişdir ki, öz kimliyindən uzaqlaşan, kimliyini danan insan nə zamansa buna mütləq
peşman olacaq:
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar.
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
Bəxtiyar Vahabzadə ana dilinin nə qədər şirin olduğunu, ulu əcdadlarımızdan bizə qalan ən gözəl
miraslardan olduğunu dəfələrlə poeziyasında qeyd edir. Dahi şair qeyd edir ki, bizə əcdadlarımızdan
yadigar qalan bu dili qoruyub saxlamalı, gələcək nəsillərə tam şəkildə çatdırmalıyıq. Bəxtiyar
Vahabzadə əcnəbi dillərin doğma türk dilinə qarışmasına haqqlı olaraq qarşı idi. Öz doğma vətənində
əcnəbi dilin doğma dilini üstələdiyini görmək istəmirdi:
Əvvəl rusca idi reklam, işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə!
Fikrət Qoca poeziyasının da əsas qayəsini vətənpərvərlik, yurdsevərlik təşkil edir. Onun
şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi
ilə xalqa, millətə, vətənə xidmət edir. Fikrət Qocanın vətənə həsr etdiyi şeirlərində də dünya
şeirlərində olduğu kimi səmimilik var. Vətənə sonsuz məhəbbət, xalqın, millətin taleyi şairin
poeziyasının özəyini təşkil edir. Fikrət Qoca hər şeyə nikbin baxmış, öz millətinin gələcəyini parlaq
təsvir etmişdir. Habelə, şair vətənini sevdiyi qədər onun təbiətinin də aşiqi idi.
Daha çox romantik şair kimi tanınan Nüsrət Kəsəmənli də milliyyətinə, vətənə şeirlər həsr
etmişdir. Vətən haqqında şeirlərini elə özünəməxsus romantik dillə ifadə etmiş, sanki vətəni öz
sevdiyinin yerinə qoymuşdur:
Vətən bir budaqdır,
Yaşıl bir budaq,
Ümiddən asılı yarpağam mən də,
Ayağım altında çırpınır torpaq,
Yeriyən,
Düşünən torpağam mən də!
Tam bir vətən aşiqi olan Nüsrət Kəsəmənli bu sevgisini, - “Qəriblik qəlbimi sıxsa hardasa, Yalnız
Vətən olar, Vətən dərmanım!” misralarıyla dərindən ifadə etmişdir.
Ümumiyyətlə, istər XX əsrin 60 – 90 – cı illərində, istər ondan əvvəlki dövrdə və ya indiki dövr-
də, bir sözlə, hər zaman türkçülük, millətçilik dahi ədiblərimizin poeziyasının başlıca mövzularından
olmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1119
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
XX ƏSRİN İKİNCİ YARISI: VƏTƏNDAŞLIQ LİRİKASINDA
ŞAİR KİMLİYİ VƏ SURROQAT PATRİOTİZM
Qardaşxan ƏZİZXANLI
Xəzər Universiteti
gardashkhan-azizkhanly@mail.ru
AZƏRBAYCAN
Söz öz sahibi haqqında yüzdəyüz harmonik təsəvvür yaradır. Şair hansı “meyvə ağacısa”, söz də
o “ağacın” barıdır. Dediyin , yazdığın kimlik göstəricindir. Ustad Füzulinin “Kim nə miqdar olsa...”
formulu tam keçərlidir (Söz sənəti şair kimliyini həyatdan betər “interpretasiya edər”). Şair qəlbinin,
ağlının tərcümanıdır. Onun hansı arzu və ideal daşıyıcısı olduğunu lirik “mən” nişan verir. Ancaq
müəllif poetik mətndə “baş rolda” da olsa, həyatda vətəndaş– şair olaraq heç “əsas rolda” olmur da,
olur da yalnız çox vaxt “epizodik rolda” oynayır.
Mən, ümumiyyətlə, şairlərimizi a) şeirinin önündə gedənlərə; b) şeirinin– sözünün yanında
olanlara; c) lirik “mən”indən geri qalanlara bölmək istərdim, –belə bir bölgü hansısa müstəvidə
“həzm” edilməsə də.
Birinci kəsimə aid az sayda yazarların Sözü “niyyətin hara, mənzilin ora”da bir vəsilədir.
Belələrinə “haqq aşiqi” olanaz saydaşairlər daxildir (Nəimi, Nəsimi, Hüseyn Cavid, hardasa, müasiri
olduğumuz Xəlil Rza Ulutürk...). Onların şeirindəki lirik “mən” həyatdakı müəllifin büsbütün özüdür
və şair şeirindən öndədir.
İkinci qismə Əfzələddin Xaqaninin “İstəmirəm adımı çağıralar Xəqani, Mən yoxsullar şairi
xəlqaniyəm, xəlqani” beytinin leytmotiv ola biləcəyi yaradıcılığa malik xas şairləri aid edirəm.
M.Ə.Sabir, Məhəmməd Hadi, Məmməd Araz, Baba Pünhan...– ömrü boyu busöz sərkərdələrinin
“sözləri harada, özləri orada” olub.
İstedadlı şairlərdən bir qismini də ora şamil edə biləcəyimiz daha bir kəsim var ki, onlar
yazdıqlarına rəğmən başqa cür “ad” qoyublar və bəzən sözləri arxasında özləri olmayıb,– “vətənə
qurban getmək” patetikası şeirlərində “at oynatsa” da, xalq yolunda fədakarlığı pafosla tərənnüm
etsələr də... “İctimai hadısələri mədh”(Maksim Qorki), “zamanın ruhunu təhrif” (Aleksandr Blok)
edən, “öz dövrünün oğlu olmayan” (V. Belinski), «həm siyasətçi, һəm filosof, һəm də tarixçi, bir sözlə,
tam һazırlıqlı xadim kimi yetkinləşməyən... özü də, belə bir xadim olduğunu şeirlərində əks
etdirməyən” (P. Antakolski) şairlərin şeirləri saxta patriotizmdən başqa bir şey deyildir.
Vətəndaşlıq lirikası dəyişdirici və birləşdirici gücə malikdir. Məmməd Araz kimi şairlərin
yaradıcılığında vətəndaşlıq lirikası insanların düşüncə tərzini dəyişdirmək gücünə qadirliyini,
sərhədləri keçərək insanları birləşdirmək qüdrətinə malik olduğunu göstərir.
Şair də hər bir insan kimi öz mühitinin məhsuludur;Məmməd Araz ömrünün əhəmiyyətli hissəsi
“Azərbaycan təbiəti” jurnalına bağlı olmuşdur. Məsul redaktoru olduğu jurnalda bir vətəndaş yazar
olaraq doğma yurdun təbiətini qorumaq üçün necə həyəcan təbili çaldığı yazılarının az qala hər
sətrində, hər misrasında əksini tapmışdır. Bu baxımdan şairin “Professor Gülə məktub” adlı iri həcmli
(və iri çaplı), orijinallığı ilə seçilən və eyni zamanda, maraqlı poetik quruluşa malik olan şeiri
üslubuna, pafosuna, poetik xüsusiyyətlərinə görə Azərbaycan poeziyasında vətəndaşlıq lirikasının
şedevrlərindən sayılmağa layiqdir. Böyük vətəndaş şair ürək ağrısı ilə “Xəzərdən sahilə qızıl dartıb,
gülab çəkdiyimizi, sahildən Xəzərə zəhər axıdıb, çirkab tökdüyümüzü” söyləyərək, “Xəzər Xəzər
olandan sağılır qızıl inək kimi, Sağıb, sorub, sonra yorub, qısır inək kimi Biz onu satmaq istəyirik, Ölü
dənizlər muzeyinə atmaq istəyirik” deyə öz poetik narahatlığını ən yüksək kürsülərə, mərtəbələrə
ünvanlayır.
Manifest xarakterli “Azərbaycan” deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər”, ”Azəri
torpağı son kəfənimdi, Doymaram bu qara bezimdən mənim”, “Yüz bülbül səsi də mənə versələr, Elsiz
bir nəğməmi deyə bilmərəm”, “Neylədim Vətəni sevmək naminə, Ucaltmaq naminə elədim ancaq”
kimi poetik “qəlpələr” göstərir ki, “Ürəyimsiz kəlmə yazan deyiləm” deyən Məmməd Arazın lirikası
bütövlükdə Vətən mövzusunu özündə birləşdirən Yurd fenomeninin təsiri altındadır. Vətəndaşlıq
lirikası gözümüzün önündəcə Məmməd Arazın nəinki yaradıcılığını, hətta bütövlükdə şəxsiyyətini
yeni məzmunda formalaşdırır. Şair “...bəsimdi... Qapımda küləyin əsibdi, Vətən” (“Vətən mükafatı”)
deyə Vətənin bu “mükafatını” özü üçün yetərli sayır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1120
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bütövlükdə, Məmməd Araz poeziyasında vətəndaşlıq lirikası, onun qələminin məhsulu olan
“Nişançı özümüz, hədəf özümüz”, “Tarixçi alimə”, “Vətən desin”, “Bu millətin dərdi-səri”, “Nobel
mükafatı”, “İlhamım” və başqa şeirləri Azərbaycandamilli təfəkkürün dirçəlişinə əhəmiyyətli təsir
göstərmişdir. Şairin “Duman ömrü” şeirində dediyi kimi:
Bəli, duman olum. Duman÷ bir çəngə,
Mənim öz yağışım, öz qarım olsun.
İstədiyim yerə yükümü çəkən
Hökmüm, ixtiyarım, qərarım olsun.
Vətəndaş şair öz yaradıcılığı və ictimai fəaliyyəti ilə, əslində, milli və ümumbəşəri maraqları
əhatə edən insanpərvər bir mütəfəkkirdir. “Əgər yazıçı nəyisə tənqid edirsə, deməli, ölkəsini sevmir”
tendensiyası təhlükəlidir. Şair tənqid edib, təndiqə meylli olub, amma eyni zamanda ölkəsini, xalqını
hamıdan çox sevə bilər, –eynən Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir kimi...
Tənqidçi Yaşar Qarayev yazırdı ki, həqiqi vətəndaşlıq və vətənpərvərlik poeziyası ilə yanaşı,
һəmin ad altında saxta, yalançı dəb xarakteri daşıyan çoxlu şeirlər də özünə yol tapır.
Hələ 80-ci illərdə “Ulduz” jurnalında “Zamanla səsləşən şeirlər sorağında” adlı məqalə dərc
etdirmiş tanınmış türkoloq, tənqidçi Aydın Məmmədov «yaşa», «alqış», «gözəlsən», «mərd atalar»,
«igid oğullar», «vüqar», «şan-şöһrət», «şərəf», «günəşli diyar» «vətən eşqi», «odlar diyarı», qurban
olum», «başına dönüm», «çanım-gözüm», «baş əyirəm», «sevirəm», «sənsiz neynərəm», «Günəşə,
Aya ucalmaq» və s. kimi “deklarativ, konkret məzmunu olmayan” və s. bu kimi söz və ifadələrdən,
“təmtəraqlı ibarələrdən” az-çox bəhrələnən Tofiq Bayram, Qasım Qasımzadə, Qabil, Famil Mehdi,
Tofiq Mütəllibov, Davud Ordubadlı, Rasim Kərimli, Atif Zeynallı, Abbasağa, Güləli Rəsul, Müzəffər
Nəsirli, Mövlud Qonaq, Rüfət Zəbioğlu, İbrahim Göyçaylı, Məmməd Kazım (əlbəttə, bu imzaların
içində istedadlısı da var–Q.Ə.) və başqa müəlliflərə qarşı bizi “gözlənilməz assosiasiyalarla, sözlərin
təkrarolunmaz ifadə paralellikləri ilə rastlaşdıran” Məmməd Araz, Hüseyn Arif, Cabir Novruz, Musa
Yaqub, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Odər kimi şairləri qoyurdu.
Bu poetik həqiqət doğrudur ki, “bütün һəyatı boyu şairin һər şeiri, һər kitabı özünün və
başqalarının yazdıqlarından һeç nəyi təkrarlamadan yeni bir şey başlamaq, yeni bir şeyin əsasını
qoymaq cəһdidir” (Yozef Rıbak).
XX-XXI ƏSRLƏRİN MƏRZİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA
MİFOLOJİ OBRAZLARIN İŞLƏNMƏSİ
Leyla İSMAYILOVA
Slavyan Universiteti
taci070787@gmail.com
AZƏRBAYCAN
Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə gələni isə mifoloji
düşüncədir. Bu sıraya mərasimlər,bayramlar,adətlər-mədəni irsin başqa arxaik atributları da
daxildir.Lakin dünyanı dərketmədə əldə olunan ilkin nəticələr köklə çox dərin qatlarla bağlandığından
əsas meyar rolunu miflər daşıyır.Başqa sözlə ,bəzi oxşarlıq,yaxınlıq və səsləşmələr nəzərə çarpsa
da,dünya xalqlarının hər birinin mifologiyadan keçən özünəməxsus mədəniyyət ,folklor ənənəsi
vardır.Orada duyulanlara və baş verənlərə hər millətin öz mifoloji baxışı mövcuddur. Və Azərbaycan
türklərinin mənəvi simasının formalaşmasında ən mühüm simasının formalaşmasında ən mühüm
vəzifə mifoloji düşüncənin kortəbii şəkildə yaranan məhsulların üzərinə düşmüşdür.İbtidai inancların
qalıqları mif və rituallar vasitəsi ilə folklorun epik,lirik janrlarına keçmiş ,eləcə də onlar oyun-
tamaşaların.mərasim nəğmələrinin özəyini təşkil etmişdir.Mədəniyyətin ən arxaik əlamətlərinin və
elementlərinin
kompleks şəkildə əksinə də mifologiyanın daşıyıcılarında (yaradıcılar-
tanrılar,dünyanın,təbiət hadisələrinin yaranması,canlı-cansız varlıqların bir-biri ilə qarşılıqlı
münasibətləri və əlaqələri haqqındakı təsəvvürlərdə,kultlarda,magikliklə yoğrulan,sakrallaşdırılan
cisimlərdə)rastlaşırıq.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1121
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mifin bitdiyi yerdən tarix başlayır.Lakin mifoloji görüşlərsiz heç bir xalqın qədim tarixi və
mədəniyyəti yoxdur.Ona görə ki,arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən
alır.
Bir neçə əsr bundan əvvəl bizə elə gəlirdi ki,miflər yalnız lap qədim dövürlərə,hələ insanların
dünyanı dərk etməyə qadir olmadıqları uzaq keçmişə aiddir.Keçmişdə insanlar sadəlövh uşaqlar kimi
özlərindən çoxlu şeylər uydurublar,təxəyyüllərinin məhsulu reallıq kimi qəbul ediblər.Zaman
keçdikcə,tarixin inkişafı yeni mərhələsində ətraf ailəmin yeni səviyyədə dərk etməyə başlayaraq mifi
həmişəlik olaraq keçmişin malına çevirirlər.
Belə deyə bilərik ki,dünyanı miflərin köməyi ilə izah edən ibtidai insanlar o qədərdə ibtidai
olmayıblar.Ona görə ki,onların özləridə mifin bir hissəsinə çevriliblər.İbtidai insnalar təkcə özləri mif
yaratmadılar,həmdə mifoloji həyat tərzini qoruyub gələcək nəsillərə ötürə bildilər.Mifin meydana
gəlməsi insanın yaradıcı təxəyyüllündə partlayış baş verməsinin əlamətidir.İnsan fantaziyası güclü bir
təkan alaraq zəncir kimi saysız-hesabsız,qeyri-adi,əcaib obrazlar doğurmağa başladı.Miflər bu
obrazları simvolik dilə çevirdi və bu dil təbii dillə yanaşı,insanın elmi,incəsənəti və s. oldu.
Elə o vaxtlardan miflərin insan idrakının və insan fəaliyyətinin olduğu hər yerdə daima mövcud
olması və gələcəkdədə mövcud olacağı dərk edildi.H.Q.Qadamer deyir:”Miflər insanlığın ilkin
fikirləridir.Biz onları dərk etməyə,onların əzəli mənasını və dərin anlamını tutmağa,öz cəhdlərimizdə
onları başa düşməyə nə qədər çalışsaqda,yenədə miflərin bilinməz gerçəkliyindən və onların cəzb
edici sirrindən agah ola bilmirik”.H.Q.Qadamerin dediyi kimi,biz uçaq keçmişə,insanın Allahlar
haqqında ilkin təsəvvürlərinin yenicə yarandığı ibtidai dövrə qayıtmalıyıq ki,mifin əzəli mənasını başa
düşək.
Mifologiya məzmun və formaca müxtəlif olduğuna görə müxtəlif məqsədlərə xidmət
etmişdir.Onun köməyi ilə insan kosmosu,ətraf ailəmi,bəşərləşdirməklə heyrət və həyəcanı dəf
edir,özünə təskinlik verir,pis-yaxşını ayırd edə bilir.Mifologiyada keçmiş,gələcək və indiki zaman
uzlaşdırılır.Mifologiya real,həyatı əsaslara malik anlayışdır.O,gerçək dünyanın hadisələrini,faktlarını
sadəlövhcəsinə təcəssüm etdirən,avamcasına şərh edən insan əqlinin erkən mərhələsində əmək
təcrübəsi prosesində,müəyyən sosial-iqtisadi şəraitdə meydana gələn yaradıcılıqdır.İnsanların əmək və
həyat təcrübəsi genişləndikcə mifoloji fantastikanında dairəsi genişlənir.Mifologiya elminin insan
həyatında keçmiş dövürlərdən əhəmiyyətli faktların bizə çatdırdığı üçün dərindən araşdırılmalıdır.
Mifin mənası əfsanə,rəvayətlə bağlı olub,əcdad mədəniyyətinin daha əski qatlarında yaranmış
bədii dəyərləri ifadə edir.Mif hərfi mənada (yunanca mifos sözündəndir) dünyanın və insanın
yaranması barədə əfsanələr erkən etnosların tanıdığı dünyanını idarə edən Allahlar,tanrılar haqqında
hekayətlər,dünyanın bugünü və sabahı,dağılıb yenidən yaranması barədəki ilkin bədii
yaradıcılığıdır.Mif erkən etnosun dünya,insan və insanın dünya hadisələri barədəki bədii
düşüncəsidir.Bu düşüncənin zaman hüdudu qeyri-müəyyəndir.
Mif dünyanın işarələrlə,sakral obrazlarla dərkidir.Miflər arxetipik,universal,fövqəl təbii obrazlar
silsiləsidir və qədim xalqlardan biri kimi Azərbaycan türklərinin ilkin dünya görüşünün
məhsuludur.Bəzən konkret obraz, xüsusi ad şəklində yaddaşlarda yaşasada hər biri müəyyən varlığın
yaranması,fəaliyyəti və məhlində bəhs açan primitiv əhvalatın daşıyıcısıdır.Daha çox əski çağlara aid
yazılı abidələrdən,nağıl,epos və şifahi epik ənənənin başqa formalarında,inam və etiqadlarda mifik
düşüncənin qalıqlarına rast gəlirik.
Azərbaycan mifologiyası ümumi türk mifologiyasının tərkib hissəsidir.Qədim türk mifologiyası
qaynaqlarından bəhrələnən mifologiyamız əski türk mifoloji modelini qoruyub saxlamaqla onun yeni
miflər,inanclar,kultlar,adət-ənənə və mərasimlərlə zənginləşdirən yaradıcılıq sahəsidir.Azərbaycan
türkərinin mənəvi simasının formalaşmasında ən mühim vəzifə mifoloji düşüncənin kortəbii şəkildə
yaranan məhsullarının üzərinə düşmüşdür.Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin
kompleks şəkildə əksinədə mifologiyanın daşıyıcılarında rastlaşırıq.
Mövzunun aktuallığı ondan ibarətdir ki,mifoloji elementlərdən bədii ədəbiyyatın bütün inkişafı
boyunca istifadə olunmuşdur.Mahiyyət etibarı ilə mifoloji ədəbiyyat antik dövür ədəbiyyatında
başlayaraq müasir dövrə qədər öz aktuallığını itirməyib.Bədii ədəbiyyatda mifoloji elementlərdən
geniş istifadə olunmuşdur və olunur.Ona görə ki,mif simvolikası insan şüurunun ən dərin qatlarına
nüfuz etmişdir.Bədii mətində mif özünü müxtəlif formada göstərir.Başqa sözlə desək,biz müasir
mədəniyyətdə remifologizasiya prosesini müşahidə edirik,yəni müasir ədəbiyyatda təhkiyyənin
tərkibində mifin yeni bir formada işlənməsini.Bu,bədii mətndə mifin bilavasitə açıq şəkildə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1122
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
(məsələn,Con Apdaykın”Kentavr” romanında və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində
və s.) və yaxud mətnaltı məzmunda (Kamal Abdullanın əsərləri,Elçin Hüseynbəylinin”Metro vadisi”
əsərində və s.) özünü göstərməsidir.
Mifin yaranma tarixi və onun bədii mətn kontekstində yeri,onun bədii mətnin obrazlar və ideyalar
sistemində psixoloji dərki ədəbiyyatşünasların və mədəniyyət nəzəriyyəçilərinin tədqiqat
predmentinəçevrilmişdir(A.N.Veselovski,V.Y.Prop,O.M.Freydenberq,A.F.Losev,D.Frezer,K.Levi-
Stros,K.Yunq,Y.M.Meletinski,M.Eliade,V.Qolosovker,İ.M.Dyakanov,A.M.Rutkeviç və s.).
Yeni dövr ədəbiyyatında yazıçıların əksəriyyəti öz əsərlərini poetikasında şüurlu surətdə mifdən
istifadə edirlər,buda problemin öyrənilməsində xüsusi aktuallıq əldə edir.İkinci bir tərəfdən,miflərə
qayıdışın səbəbi ondan ibarətdir ki, yazıçıların təsviri realizimdən uzaqlaşaraq,ifadəli realizmə
üstünlük verirlər.Ona görə ki,bədii mətndə miflər,mif elementləri və onların simvolikası yazıçıya
mətnaltı məzmunun və təhkiyyənin ikinci planını açıqlamağa imkan verir.
Azərbaycan
ədəbiyyatında
70-ci
illərdən
başlayaraq
mifə
qayıdış
müşahidə
olunur.Məsələn,M.Süleymanlının əsərləri,Anarın “Ağ qoç,qara qoç” utopik romanı,Elçinin “Ağ
dəvə”,”Mahmud və Məryəm”,Y.Səmədoğlunun “Qətil günü” əsərləri bunun bariz nümunəsidir.
Bundan başqa aşağıda qeyd olunan əsərlər –“Yarımçıq əlyazma”,”Sehrbazlar dərəsi”, hekayələr
(K.Abdulla,)”Günah duası”,”Erməni adındakı hərflər”,(M.Süleymanlı,)”Ölümlə zarafat” hekayələr
kitabı (Əjdər Ol) bizə 20-21-ci əsrlərdə Azərbaycan ədəbiyyatında mifoloji obrazların işlənməsini və
mahiyyətini araşdırılması üçün istiqamət verir.Maraqlısı ondadır ki,bu dövr Azərbaycan ədəbiyyatında
nəinki Türk mifologiyasından,eyni zamanda, Avropa (yunan və s.) və Misir mifologiyasından da
istifadə olunur.
XIX ƏSRİN II YARISI VƏ XX YÜZİLLIYIN ƏVVƏLƏRİNDƏ
UŞAQ ƏDƏBİYYATINA ÜMUMI BAXIŞ
Şahanə MƏHƏRRƏMOVA
ADPU
sehane.meherremov.@mail.ru
AZƏRBAYCAN
Azərbaycan ədəbi tənqidində uşaq ədəbiyyatına konkret münasibət və elmi-nəzəri baxışın,
analizin tarixi bu bədii xəzinənin özü kimi başlanğıcını XIX yüzilliyin ikinci rübündən götürür. Əsrin
son rübündə ədəbi və pedaqoji prosesin, məktəb və maarif hərəkatının canlanması ilə həmin münasibət
və baxışın tezliyi, intensivliyi də artır. Ədəbiyyatşünaslığımızda uşaq ədəbiyyatı ilə bağlı ədəbi
tənqidin formalaşma mərhələsi olan XIX əsrin II yarısı və XX yüzilliyin əvvələrində uşaq
ədəbiyyatına ümumi baxışla yanaşı bəzən konkret əsərlərin qismən təfərrüatlı təhlilini də görürük. Bu
mənada M.Ə.Rəsulzadənin 1906-cı ildə “İrşad” qəzetində nəşr olunan “Rüstəmin yuxusu” sərlovhəli
tənqidi məqaləsi xüsusi maraq doğurur. Həmin məqalə müəllim Abdulla bəy Əfəndiyevin eyni adlı
kitabı ilə əlaqəli rəydir. A.Əfəndiyev bir az əvvəl balacalar üçün “Rüstəmin yuxusu” adlı bir poema və
iki hekayə yazaraq kitabça şəklində nəşr etdirmişdi. M.Ə.Rəsulzadə adı çəkilən resenziyasında həmin
əsərləri yığcam şəkildə təhlil edir. O, əvvəlcə A.Əfəndiyevin “Dəbistan” jurnalındakı fəaliyyətini,
burada millət balalarının qiraəti üçün faydalı əsərlər yazıb çap etdirməsini alqışlayır. Sonra “Rüstəmin
yuxusu” kitabçasındakı əsərlərin məziyyətlərindən söhbət açır. Əsasən, əsərlərin ideya-məzmun
tərəflərinə toxunur.
“Rüstəmin yuxusu”nda o zamankı müsəlman mühitində milli ictimai gercəklikdə son dərəcə
qorxulu və mənfi tendensiya olan dəstəbazlıq, qoçubazlıq və bunun necə faciəli nəticələrə gətirib
çıxardığı sadə, real təsir bağışlayan bir əhvalatın fonunda oxuculara çatdırılırdı. Kiçik yaşlı oxucular
sadə və aydın süjetə malik həyat hadisəsinin fonunda dəstəbazlıq və qoçubazlıq kimi nalayiq əməllərin
cəmiyyətə, insanlara necə zərər vurduğunu anlaya bilirdilər. Burada süjet anlaşıqlı, hadisə təsirli idi.
Elə buna görə də M.Ə.Rəsulzadə kimi fəal bir cəmiyyətşünas əsəri təqdir etmiş və ona ədəbi-nəzəri
mövqedən münasibət bildirmişdi. Tənqidçi Abdulla bəyin kitabda yer alan iki hekayəsinin
|