KAMAL ABDULLANIN “SEHRBAZLAR DƏRƏSI”
ROMANININPOETİKASI
Günay BUTAYEVA
Bakı Slavyan Universiteti
gunayim.buta@mail.ru
AZƏRBAYCAN
Müasir Azərbaycan ədəbiyyatını tariximizin ağuşundan alıb götürən, ədəbiyyatımızda fəlsəfi
və mifik köklərə dayanan, sistemli mətnlərin yaradıcısı,əsərləri bir-çox dillərə tərcümə olunmuş,
yaradıcılığıözünəməxsusluğu ilə seçilən Azərbaycan yazıçılarından biri də Kamal Abdulladır. O, öz
yaradıcılığındabütün janrlara üz tutmuş, əsərlərinin çoxmənalı və mürəkkəb poetikasıilə
ədəbiyyatımıza xüsusi gözəllikvə zənginlik gətirmişdir.Kamal Abdullanın əsərləri bu mənada böyük
maraq doğurur.Onun ən maraqlı roetik quruluşa malik əsərlərindən biri də "Sehrbazlar dərəsi" (2006)
romanıdır.
Kamal Abdulla bu romanı təkcənəlik vaxtına vardığı məqamlarda yazıb.Romanda "təkcənəlik
vaxtı" yalnız Sehrbazlar dərəsinin sakinlərinə məxsusdur. “Sehrbazlar deresi”ndə dünya ədəbiyyatının
ən qədim düşüncə nümunələrinin izi görünməkdədir. Burada dünya xalqlarının mifik aləminə bağlı
ədəbiyyat ideyası,buddizm, Zenn fəlsəfəsi,sufizm səsləşmələri əhəmiyyətli yer tutur, müxtəlif ideya ve
təriqətlərin izi aydın görünür.Min illərdir ki, özümüzə doğru yol gedirik, görünməyən tərəflərimizin
həqiqətlərini görmək üçün.
Bu fikir Kamal Abdullanın "Sehrbazlar Dərəsi" romanını oxuyandan
sonra bizi daha çox düşündürməyə başlayır.
Artıq neçə illərdir ki, K.Abdulla Azərbaycan öz imzası, adı və şəxsiyyəti ilə orijinal imic sahibi
kimi tanınır. Əvvəla ona görə ki, ənənəvi roman təfəkküründən də imtina edir, yəni zamanın yeni
romanını ortaya qoymaqla bizi,görünməyən tərəflərinhəqiqətlərin istiqamətləndirir.Məlum olur ki,
insanın aysberq kimi görünməyən tərəfi var və o görünənlərdən daha əhatəli, zəngin, rəngarəngdir.
Romandakı insanların taleyinə bağlı təsvir olunan hadisələr həmin fikri təsdiqləməkdədir. "Sehrbazlar
dərəsi" çoxzamanlı ve çoxməkanlı romandır. Nəsillərin taleyini izlədiyinəgörə (Qediequlu-onun oğlu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1128
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məmmədqulu-onun oğlu Allahverdi)əsərdə irs-varislik əlaqələrini bütün parlaqlığı ile üzə
çıxır,tomanın baş probleminə çevrilir. Çoxmənalılıq daha doğrusu dünəni, bugünü ve sabahı
birləşdirən bütöv zaman harmoniyası elə burdan doğur. Əsərdəki Görükməz təpə,Sehrbazlar dərəsi
kimi təsvir olunan real ve irteal məkanların gerçək ve xəyal mənzərəsi romanın çoxqatlı fikir
təqdiminə imkan yaradır.Yazıçı mifopoetik elementlərdən,arxaik yaddaş faktlarından, qədim Şərq
nağıllarının və dastanlarının təhkiyə tərzində xüsusilə sufi-təsəvvüf fəlsəfəsindən istifadə edir, bir
qədər tarixi gəncləşdirir.
"Sehrbazlar dərəsi"nin polifonizmi də elə onun yüksək bedii sənət prinsipləri ilə bağlıdır.Yazıçı
əsərdə insana bağlı gerçək duyğuları, psixoloji yaşantıların rəngarəngliyini təsir etməyi məqsəd
bildiyindən onu müxtəlif vəziyyətlərdən keçirir, obrazın gerçək əməli ilə düşüncələrini, arzu ve
istəklərini qarşılaşdırır. Yazıçı insanın özündən kənardakı məninə onun yuxu, xəyal, fantaziya
aləmindəki yaşantılarına gerçəklik həqiqətləri kimi baxır ve roman bizim eramızdan əvvəl ve sonrakı
həyatda kim olduğumuzu öyrənməyə kömək edir. Bu mənada "Sehrbazlar Dərəsi" həm də insanı
özünə tanıdan,özünüdərkə vasitə olan əsərdir.
Roman klassik ənənələrə dayanıqlı, ortaq türklük düşüncəsinə bağlı bir əsərdir. Azərbaycan
türkcəsinin tarixi potensialını ve təfəkkürünün qaynaqlarının açıq-aydın nişan verən "Sehrbazlar
dərəsi"həm də övham ve mövhümatdan kənar dünyəvilik, islami əxlaq təqdim edir. Bu əsərdə sadəcə
sufilərin həyatını deyil, məhz təsəvvüf qavramını ve dünya modelini eks etdiren əsərdir. Əsərdə təsvir
edilən hadisələr iki müstəvidə cərəyan edir: real dünyada və ruh aləmində.Birinci dünyada baş
verənlər realist planda, ikincidünyada isə mifoloji planda təsvir edilir. Reallıqla mif üzləşir və əsərin
sonunda sanki birləşir.
Əsərin finalında maraqlı faktlar özünü göstərir. Belə ki,Allahın yaratdığı dünyanın sonu çatandan
sonra həyat dəvam edirsə,deməli bu,artıq insanın yaratdığı ve yaşadığı dünyadır. Allahın yaratdığı
Görükmez təpə ve onun ətrafındakı məmləkət yox olur,insanların yaratdığı Sehrbazlar dərəsindəki
həyat isə dəvam edir. Belə çıxır ki,Allah insanı ona görə yaratmış ve ona ilahi mahiyyətsən ona görə
pay vermişdir ki,o,Allahın işini davam etdirsin.
Sehrbazlar dərəsindəki dünya insanların mənəvi-ruhi saflıq zirvəsində yaratdıqları dünyadır. Bu
son möcüzədir. Bu,dünyanın və insanların fəlakəti deyil.Bunu Seyid Sarı belə başq düşür. Bu
insanların ən böyük səadətidir. Bunu Ağ dərviş belə başa düşür. Ağ dərviş başda olmaqla sehrbazlar
dərəsinin əhli yer üzündə cənnət yaratmaq istəyən ve buna heç zaman nail ola bilməyən ateistlərdən
ferqli olaraq Allaha olan etiqadlarını heç vaxt itirməmiş, əksinə,Allaha daha çox yaxınlaşmış
insanlardır.
Seyid Sarı son sözün vaxtını uzatmaq istəyir. Ağ dərvişi hər dəfə öldürməklə o,möhnet qazanmaq
istəyir. Son söz nədir, əbədi ölüm,yoxsa ki, birdəfəlik ölüm? Əsərdə bu sual açıqlanmır,lakin buna
dolayısı ilə işare edilir. Səyyah sehrbaz Ağ dərvişi öldürmədi. Deməli,yeni dövr başlandı.Yol
ayrıcında olan dünya hansı yolla gedəcək:Seyid Sarının, yoxsa Ağ dərvişin yolu ilə. Bu fikir açıq
söylənməsə də xilas edilmiş uşaq Ağ dərvişə təhvil verilir. Bu Sehrbazlar dərəsindəki ilk ve yeganə
uşaqdır-yeni gələcəkdir, Görükməz təpənin yoxluğundan sonra davam edəcək gələcəkdir. Burada
cəllad Məmmədqulunun ve Karvanbaşının dünyası sona yetir, Ağ dərvişin və Səyyah sehrbazın
dünyası başlanır.
Burada reallıqla arzu,tarixlemif, vücudla ruhbirləşərək bir vəhdət yaradır. Məkan qurtarır,zaman
dayanır bu "dolğun an"ın içində.Roman özündə çox böyük hikmətlər ve mənalar ehtiva edir ve onların
heç biri müəllifin irad istəkləri çərçivəsinə sığmır.Odur ki, əsərin müəllifi heç nə demək istəmir, lakin
əsərin özü, onun zəngin, hələ bundan sonra dərindən öyrənilməsinə ehtiyac duyulan poetıkası
oxuculara çox şeyi deyir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1129
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
QARABAĞDA ƏDƏBİ MƏCLİSLƏRİN YARANMA ZƏRURƏTİ
Töhfə ƏMRAHLI
Nizami adına Ədəbiyyat İnstitutu
emrahli_1987@mail.ru
AZƏRBAYCAN
XIX əsr Qarabağda öz poetik istiqaməti ilə seçilən yaradıcı bir ədəbi mühit mövcud idi. Bu
dövrdə xalq şeiri tərzində yazmaq bir növ ənənə halını almışdı.Vaqif ədəbi məktəbinin təsirilə yazılan
şeirlərlə yanaşı klassik üslubda yaranan nümunələr mühitin yaradıcılıq imkanlarını aşkarlayırdı.
Bu dövr ədəbi yaradıcılığında nəzərə çarpan cəhətlərdən biri məktublaşma və deyişmə ənənəsinin
yaranmasıdır. Lakin XIX əsrdə, xüsusilə Qarabağ ədəbi mühitində bu ənənə bir qədər də geniş
məzmun kəsb edir, o dövrün ictimai-siyasi vəziyyətini səciyyələndirirdi. Şairlərin xalqın taleyi ilə
bağlı əsas məşvərət və məsləhət yeri ədəbi məclislər idi. Ölkənin müxtəlif yerlərində – Lənkəranda,
Şamaxıda, Naxçıvanda belə məclislər fəaliyyət göstərirdi. Bunlardan ikisi Qarabağda təşkil
olunmuşdu. Qarabağın bir çox kəndlərində istedadlı şairlər yazıb-yaradırdılar. Onlar tez-tez bir yerə
toplaşır, öz əsərlərini oxuyur, şeirləri müzakirə edir, müxtəlif fikirlər söyləyirdilər. Məhz şairlərin
poeziyaya, şeir sənətinə olan sevgisi və marağı son nəticədə şeir məclislərinin yaranmasına gətirib
çıxardı.
İlk dəfə belə bir məclis 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Hacı Abbas Agahın öz
istəyi ilə onun evində toplanmışdı. Sonralar Mirzə Fəna Natəvanın razılığı ilə məclisin onun sarayında
keçirilməsinə nail oldu. Bu səbəbdən də 1872-ci ildən məclis Natəvanın sarayında fəaliyyət
göstərməyə başladı. Məclisin fəal üzvlərindən Xurşidbanu Natəvan, Mirzə Ələsgər Növrəs, Mirzə
Həsən Yüzbaşov, Memo bəy Məmai, Hacı Abbas Agah, Məhəmmədəli bəy Məxfı, İsmayıl bəy
Daruğə, Məşədi Nəsir Lövhi, Mİrzə Sadıq Piran, İmamxan oğlu, Hüseyn ağa Cavanşir, Bəhram bəy
Fədai, Mirzə Haqverdi Səfa, Məhəmməd ağa Müştəri, Mahmud bəy Mahmud, Mirzə Cəfər, Səməd
bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov və b. göstərmək olar. Aralarında olan səmimi dostluq
münasibətlərinə uyğun olaraq ona “Məclisi-üns” və ya “Məhfili-üns” (ünsiyyət, dostluq məclisi) adı
verildi. Məclisin idarə olunması və təşkilati işləri Natəvanın ixtiyarına keçdikdən sonra onun
iştirakçılarının sayı artmağa başladı. “Müşavirələrdə şairlərlə yanaşı Şuşa xanəndələri də iştirak
edirdilər. Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım və başqa xanəndələr “Məclisi-fəramuşan”la yanaşı
onun da yığıncaqlarında iştirak etmişlər”.
Natəvan Bakı və Şamaxı məclisləri ilə də mütəmadi surətdə əlaqə saxlayır, “Məclisi-fəramuşan”
ilə məktublaşmalarda fəal iştirak edirdi.
Əya, Nəvvab, vəlayi-süxəndan,
Yetişdi naməniz, dilşad oldum.
Qəmü ənduhim fıravan idi, amma
Behəmdüllah kenun azad oldum.
Bəzən xəstəliyi ilə əlaqədar olaraq Natəvan tez-tez Bakıya və ya Tiflisə müalicəyə getməli
olurdu. Belə vaxtlarda məclis üzvləri öz yığıncaqlarını davam etdirir, bu münasibətlə ona şeirlər həsr
edir, dəstək olurdular.
“Məclisi-üns”ün şairlərinin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar Natəvanın rəsmlərinə
şeirlər yazdıqları kimi, aşiqanə qəzəllərinin bir hissəsini üstüörtülü olsa da bu gözəl qadına həsr
etmişlər. Natəvan müasiri olduğu Şuşa şairləri üçün bir ilham mənbəyi idi”.
Məclis 1897-ci ilədək fəaliyyət göstərmişdir.
Əsrin ikinci yarısında – 1872-ci ildə Qarabağda təşkil olunmuş “Məclisi- fəramuşan” məclisinə
Mir Möhsün Nəvvab başçılıq edirdi. Bu məclisdə “Məclisi- üns”dən kənarda qalmış şairlər iştirak
etdikləri üçün məclisin adı “Məclisi- fəramuşan” (“Unudulmuşlar məclisi”) adlanmışdı. Məclisin fəal
üzvlərindən Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, Həsənəli xan Qaradaği, Mirzə Əbdül Şahin,
Məşədi bəy Baki, Fatma xanım Kəminə, Abdulla bəy Abuş, Baxış bəy Səbur, Bəhram bəy Fədai,
Mirzə Muxtar, Məşədi Məhəmməd Bülbül, Molla Xəlil Saki, Mirzə Məhəmməd Katib, Həsən Qara
Hadi, Xarrat Qulu Yusifı, Mirzə Hüseyn Salar, Mirzə İsmayıl Məhzun Nazim, Mirzə Əli Aşiq,
Müznib, Sabit, İbrahim bəy Azər və b. öz bədii parçalarını burada oxuyur və bir-birinə dəyərli
məsləhətlər verirdilər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1130
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Məclisi-üns” və “Məclisi-fəramuşan” arasında əvvəllər soyuq münasibət olsa da, sonralar
onların arasında yaxın ünsiyyət yaranmışdı. “Onlar Nəvvaba göndərilən mənzum məktubların çoxunda
eşq, sədaqət, dostluq, riya, yalan, habelə fəlsəfə, hikmət, musiqivə sairədən bəhs açırdılar ki, bunlarda
dövrün ictimai məsələlərini öyrənmək üçün müəyyən əhəmiyyətə malikdir”.
“Məclisi-fəramuşan” üzvləri öz yaradıcılıqlarında həm Füzuli, həmdə Vaqif ənənələrini davam
etdirmişlər. Bəziləri klassik şairlərə nəzirə yazmış, bəziləri ilahi eşqi tərənnüm etmiş, digər qismi isə
həyati sevgini, insani kədəri tərənnüm etmişlər. Xüsusilə Hafız, Füzuli, Sədi kimi söz ustalarına xüsusi
rəğbət bəsləyərək onların şeirlərinə nəzirə və təxmis yazmışlar.
Məclis üzvləri bölgədə, eləcə də ölkədə olan sosial ədalətsizlik və cəhaləti müşavirələrdə
müzakirə edir, baş verən olaylara münasibət bildirirdilər.
Nəvvab dünyada baş verən prosesləri daha yaxından izləmək üçün “Ziya”, “Ziyayi-Qafqaziyyə”,
“Kəşkül” Hindistanda çap olunan “Bəhlüli-mətin” qəzetlərini izləyir və məclis üzvlərini də
məlumatlandırırdı.
“Məclisi-fəramuşan”ın əsas mövzusu ədəbiyyat, şeir və musiqi idi.
“Məclisi-fəramuşan”ın nəzdində Nəvvab və Hacə Hüsnünün rəhbərliyi altında “Xanəndələr
məclisi” adlı bir musiqi məclisidə fəaliyyət göstərirdi. Məşədi İsi, Kaştazlı Haşım, Hacı Hüsü, İslam
Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və qeyri xanəndələr həmin məclisin üzvü olmuşlar.
F.Şuşinski yazır: “O zaman Şuşada fitri istedada, gözəl səsə malik gənclər məşhur musiqişünas, şair
Mir Möhsün Nəvvabın və görkəmli xanəndə Hacı Hüsünün xanəndələr məclisində muğamları,
təsnifləri öyrənir, öz musiqi qabiliyyətlərini təkmilləşdirirdilər. Gənc İslam da ilk musiqi təhsilini
Nəvvabdan almışdı”.
Nəvvab ensiklopedik biliyə malik olmuş, ədəbiyyatşünaslıq, musiqi, pedaqogika, əxlaq,
astronomiya, kimyavə lüğətçilik sahəsinə aid iyirmidən artıq kitab yazmışdır. Eyni zamanda naşir və
rəssam kimi də tanınmışdır.
1892-ci ildə “Təzkireyi-Nəvvab” əsərini yazmışdır ki, burada XIX əsrdə yazıb- yaratmış şairlərin
həyat və yaradıcdığını öyrənmək üçün dəyərli vasitədir.
Qarabağda mədəni həyatın canlanmasında və görkəmli sənətkarların meydana gəlməsində bu
məclislərin böyük təsiri olmuşdur.
QORİ MÜƏLLİMLƏR SEMİNARİYASININ ŞƏKİLİ MƏZUNLARI
Mətanət MUSTAFAYEVA
ADPU-nun Şəki filialı
reshad_mustafa@mail.ru
AZƏRBAYCAN
Azərbaycan təhsil, mədəniyyət, hətta siyasi tarixində mühüm rol oynamış Qori Müəllimlər
seminariyasında Azərbaycan şöbəsi 1 sentyabr 1879-cu ildə açılmışdır. 13 may 1880-ci ildə şöbənin
açılışı rəsmən təsdiq olunmuş və qanuniləşdirilmişdir. Seminariyada Şəkidən də tələbələr təhsil
almışlar.
Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863-1942) 1863-cü ildə Nuxa (Şəki) şəhərində ruhani
ailəsində doğulmuşdur. Atası onu 7 yaşında olarkən mollaxanaya oxumağa qoymuşdur. Atası özü həm
də əlifba, lüğət, ərəb sərfi-nəhvi, məntiqdən, Hafizdən, Sədinin “Gülüstan”, “Büstan”, Füzulinin
“Leyli və Məcnun”undan dərs verərmiş. İsmayıl Əfəndi 1876-cı ildə Rəşid bəyi Şəki şəhər rus
məktəbinə qoyur. Rəşid bəy bundan sonra təhsilini davam etdirmək istəyir . O, xatirələrində yazır ki,
onun Qori seminariyasına daxil olmasının iki əsas səbəbi vardı. Birincisi, 1878-ci ildə Rəşid bəyin
Tiflisdəki həmyerlisi olan M.F.Axundovla görüşməsi və onun məsləhəti, ikincisi, seminariyaya yenicə
təyin olunan A.O.Çernyayevskinin 1879-ci ildə Nuxaya gəlməsi, Rəşid bəylə görüşməsi.
Çernyayevski Rəşid bəylə birgə altı nəfər şagird seçib Qoriyə göndərmişdir. R.Əfəndiyev
Zaqafqaziya Müəllimlər seminariyasının birinci əsas kursuna (dövlət hesabına) daxil olur. Oxuduğu
müddətdə o özünü çox fəal tələbə kimi göstərir. Əfəndiyev seminariyanın Azərbaycan şöbəsi
tələbələrindən dram dərnəyi təşkil edərək M.F.Axundovun komediyalarını seminariya səhnəsində
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1131
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tamaşaya qoyur, tamaşalara digər şöbələrdən müəllim və tələbələri dəvət edirdi. 1882-ci ildə
seminariyanı bitirən Əfəndiyev Qutqaşen ibtidai xalq məktəbinə müdir göndərilir. 1890-1892-ci
illərdə Nuxanın Xaçmaz kəndində yeni açdığı məktəbdə işlədikdən sonra, Tiflisdə Aleksandrovski
müəllimlər instituttunun IV sinfinə qəbul olunur. 1900-cü ildən Qori müəllimlər seminariyasının
şəriət, Azərbaycan dili müəllimi vəzifəsində çalışır.1917-ci ildə o, Tiflisdən aldığı əmrə əsasən
Naxçıvana gedir, üçaylıq müəllimlər kursu yaradır. 1918-ci ildən Bakıda iki əsas, iki hazırlıq
siniflərindən ibarət müəllimlər seminariyası təşkil etmiş, özü də müdir olmuşdur. Bundan sonra
Nuxada üç aylıq müəllimlər kursu açmaq üçün göndərilir, qadın və kişilər üçün iki seminariya açır.
1926-cı ildə seminariyaları birləşdirərək Nuxa pedaqoji texnimunu yaradır. Hazırda Şəkidə
R.Əfəndiyev adına küçə vardır. Haqqında filologiya elmləri namizədi Ə.Abdullayev, professorlardan
A.Abdullayev, A.Zamanov, Ə. Qarabağlı, özbək alimi H. Baişova maraqlı əsərlər yazmışlar.
Rəcəb bəy Əfəndiyev də (1893-1956) Nuxada xırda tacir ailəsində doğulmuşdur. Dövrünün
təhsilli adamlarından olan Həbibulla oğulluğa götürdüyü qardaşı oğlu R.Əfəndiyevin oxumasına
çalışmışdır. Əvvəlcə onu molla yanında, sonra Şəki şəhər məktəbində təhsil almağa göndərir. 1910-cu
ildə Rəşid bəy Əfəndiyevin məsləhəti ilə Qori müəllimlər seminariyasına gedir, dövlət hesabına
seminariyanın aşağı hazırlıq sinfinə qəbul olunur. 1914-cü ildə buranı bitirir, təyinatını Göyçay
qəzasına alır. 1915-ci ildə R.Əfəndiyev yüksək ixtisaslı kadr kimi Şəkidə ilk gimnaziyanın direktoru
təyin olunur. Sonradan buranı pedaqoji texnikuma çevirir, 1927-ci ilədək burada director vəzifəsində
çalışır.1929-cu ildə Tiflisə köçür və Tiflis pedaqoji texnikumunun direktoru olur. 1930-cu ildə Bakıda
Maarif Komissarlığında məsul vəzifə tutur. 1930-cu ildə ADU-ya daxil olur, 1933-cü ildə dosent adı
alır. 1931-ci ildən ömrünün sonunadək müəllimlər institutunda, ali pedaqoji institutda kafedra müdiri,
institute direktorunun müavini kimi çalışır. “İrşad” qəzetində, “Məktəb”, “Diriliş” jurnallarında çap
etdirdiyi “Gimnazist”, “Vahid”, “Kimdir o”, “Bədbəxt Ədhəm”, “Yaşamaq istəyirəm”, “İlin axır
çərşənbəsi”, “Namus” və s. hekayə, novella, pyeslərini, “Türk çələngi”, “Müəllimlərin ixtisasının
artırmaq işinin təşkili”, “Müəllimlərin üzərinə düşən vəzifələr”, “Uşaqlarda səhiyyə işlərinin tərbiyəsi”
və s. əsərlərini yazmışdır.
Abdulla bəy Əfəndizadə böyük qardaşı, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev kimi, Şəki realnı
məktəbini, Qori seminariyasını, sonralar Tbilisi Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş,
müəllimliklə məşğul olmuşdur. 1906-cı ildə Abdulla bəyin “Rüstəmin yuxusu, yaxud röyası” adlı ilk
əsəri çapdan çıxmışdır. 1919-cu ildə onun ikinci kitabı “Son türk əlifbası” adlı əsəri nəşr olunur.
Müəllif bu əsərində Azərbaycan xalqının savadlanması üçün çətinlik törədən ərəb əlifbasının latın
əlifbası ilə əvəz edilməsini zəruri məsələ kimi qaldırır. A.Əfəndizadə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda da dərs deyibdir. Bu illərdə o, üçüncü kitabını da yazmış, onu “Fənni-tərbiyə”
adlandırmışdı.
A.Əfəndizadə (Azaqbəyli) 1928-ci ildə Bakıda vəfat etmişdir.Pedaqoji fəaliyyətlə yanaşı şeir də
yazdığı məlumdur.
Görkəmli Azərbaycan şairi Hikmət Ziyanın atası Ziya Əfəndizadə dövrünün təsilli şəxslərindən
biri olmuşdur. R.Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndiyevin oğludur. Atası və əmisi kimi o da Qori
müəllimlər seminariyasında təhsil almışdır. Ziya Əfəndizadə təkcə Şəkidə yox, Ağdaş, Zaqatala,
Ağdamda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Şəki rayonunun Göynük kənd sakini Molla Əbdürrəhim Əfəndi də Qori Seminariyasının
məzunlarındandır. İ.V.Stalinlə birlikdə seminariyanın rus dili şöbəsini bitirmişdir. Kənddə dini elmləri
tədris etmiş, kəndin böyük məscidində fəaliyyət göstərmişdir. Məlumatları aldığımız kəndin müdrik
qocaman sakini İsaq kişi (hazırda vəfat etmişdir) dini təhsilini molla Əbdürrəhim Əfəndidən almışdır.
Molla Əbdürrəhim Əfəndi 1928-ci ildə dünyasını dəyişmişdir, məzarı kənddəki qəbristanlıqların
birindədir. Kəndin yaşlı sakinlərindən olan Adışirin kişidən aldığımız məlumata görə, Əfəndinin bəzi
dini məsələlərə dair əlyazmaları vardır.
Abdulməcid müəllim Şəki rayonunun Oxud kənd sakini olmuşdur. Qori müəllimlər
seminariyasının rus bölməsini bitirmişdir. Bir müddət Şəki uşaq evində, sonralar Şəki rayonu Aşağı
Şabalıd, Baltalı kəndində rus dili müəllimi işləmişdir.
Azərbaycan ədəbiyyatına, elminə, iqtisadiyyatına töhfələr vermiş Şəki ziyalılarının həyat yolu
dərin araşdırma tələb edən mövzulardandır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1132
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
LİRİKADA MÜƏLLİF BAŞLANĞICI
Fidan ABDURƏHMANOVA
Azərbaycan Dillər Universiteti
fidan_abdurahmanova@mail.ru
AZƏRBAYCAN
Bütün bədii janrlar kimi lirik növün ən zərif, ən füsunkar, ən yığcam janrı olan lirika da hər
şeydən öncə yazıçı müşahidəsindən doğulur. Şairin mənəvi aləmi, müəllif başlanğıcı lirik şeirin həm
psixoloji təməlini, həm də bədii formasını müəyyən edir. 60-cı illər lirikasından bəhs edərkən qeyd
etdik ki, həmin dövrdə hər şeydən öncə lirikada fərdi emosiyaların yeni qaydada təşəkkülü baş verir və
bu özünəməxsus üslub tələb edirdi. Çünki lirikada müəllif başlanğıcı ilk növbədə lirik təhkiyə,
müəllifin emosional mühakiməsinin bədii təzahürü ilə bağlıdır. «Bədii mətn – əsər müəyyən bir
sistem, müxtəlif poetika kateqoriyalarının ierarxik əlaqəsindən ibarət bütöv bir strukturdur. Bu sistemi,
strukturu əhatə edən ən mühüm kateqoriyalardan biri isə məhz təhkiyədir. Təhkiyə kiminsə, nə
haqdasa danışması, söyləməsidir. Deməli, təhkiyədə – bədii əsərdə söyləyənin varlığı əsas məsələdir.
Çünki bunsuz təhkiyəni təsəvvürə gətirmək qeyri mümkündür». «Çexovun poetikası» (1971)
monoqrafiyasında A.P.Çudakov belə qərara gəlir ki, «Mətnin təsvirçiyə» – təhkiyəçiyə və hekayəçiyə
görə təsviri məhz təhkiyədir» . Burada məşhur nəzəriyyəçi B.M.Baxtinin «Nitq zonaları» konsepsiyası
yada düşür. Məsələn, böyük türk yazıçısı Ç.Aytmatovun «Əlvida, Gülsarı» povestində üç nitq zonası
var: müəllifin nitqi, Gülsarının – atın nitqi və qoca Tanabayın nitqi. Bu üç nitq sahibinin söylədikləri
psixoloji vəhdətdə çulğaşaraq mətni – əsəri əmələ gətirir. Bizim fikrimizcə, nəsrdə təhkiyəni «görünən
təhkiyə» adlandırmaq olar. Süjetli lirikada, məsələn Ə.Cəmilin şeirlərində də təhkiyəni görmək, necə
deyərlər, tutmaq mümkündür. Amma lirik poeziyada – lirikada «gizli təhkiyə» əsas üslubi əlamətdir.
Bu təhkiyəni emosional mühakimə adlandırmaq olar. Emosional mühakimə meditativ şeirin – şeirdə
meditasiyanın əsasını təşkil edir.
Lirikada sözün həcmi az, fikrin üfüqləri genişdir. «Lirika öz nəğməsini oxuduqdan sonra o saat
uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir. Lirik şeir, mahnı insanın qəlbini dilə gətirməli, onun
qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə, kədərli və nəşəli
dəqiqələrdə insana yoldaş olmalı, onda nəcib hisslər oyatmalı və beləliklə də insanı yüksəltməli, onu
daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir»
XX əsrin ən böyük lirik şairinin lirika haqqında qənaətləri belədir. Bu sətirlərdə S.Vurğunun
təkcə elmi qənaətləri yox, həm də lirik şeirə qanad vermiş duyğuları danışır.
Məhz öz yaradıcı şəxsiyyətinə güvəndiyi üçün M.Arazın poeziyasında müəllif başlanğıcı həm
şeirin predmeti, həm də onun poetik fərdiyyəti kimi çıxış edir.
Şəninə minlərlə şeir yazılmış, mahnı bəstələnmiş vətən-Azərbaycan haqqında şeirinin məzmunu
da təzədi, poetik forması da. Burada şair «mən»i, onun ifadəsi olan müəllif başlanğıcı əsas lirik obraz
kimi ön plandadır.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım.
(«Vətən mənə oğul desə»)
Nəhayət, eyni ampulada lirik qəhrəmanın səciyyəsini tamamlayan «İnsan qayalar» şeiri:
Bir qayaya söykənmişəm,
deyirəm kaş:
Bax beləcə daşa dönəm
yavaş-yavaş
Taleyimi qayaların taleyinə
bağlayam mən
Bircə insan düşüncəmi saxlayam mən
…Onda Vətən sanar məni
Bir balaca Vətən daşı
|