IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1138
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ayı və kərgədandır. Bu heyvanları tutmaqla Oğuz xaqan qəhrəmanlıq sınağından qalibiyyətlə çıxır.
Bildiyimiz kimi, mədəni qəhrəmanlar insanlara təhlükə yaradan qorxunc varlıqlara, nəhənglərə qarşı
vuruşub onları məhv edirlər. Qəhrəmanın alplığın, məğlubedilməzliyin simvolu kimi dünyaya gəlməsi
mifoloji baxımdan təqdim edilir. Bu cür təqdimata biz Manasın, Çingizin doğulmasında da rast gəlirik.
Onlarında doğuşu Oğuz Xaqan kimi mifoloji anlam kəsb edir. Oğuz xaqanın təsviri bütünlüklə
mifoloji sistem çərçivəsində verilmişdir. Bu dastanın daha qədim çağlarda, dastan kimi
formalaşmamışdan öncə mifoloji əhvalat kimi ifadə olunmasının sübutudur. Zamanla qəhrəmanlıq
dastanlarında ilk qəhrəmanlıq olaraq dəyərləndirilən baş kəsmək, qan tökmək kimi halların Dədə
Qorqud dastanında ad almaqla mükafatlanırılmasına rast gəlirik.
Oğuz Xaqan dastanında Oğuzun xaotik gücü simvolizə edən mifoloji varlıqları öldürməsi və
xalqını bu bəladan xilas etməsi özünü mədəni qəhrəman olaraq təsdiq etməsi kimi başa düşülür.
Oğuzun bu qəhrəmanlıqdan sonra böyük dövlət qurmaq iddiasına düşür, istər uyğur, istərsə də, islami
variantlarda Oğuzun bütün idialları onun daha çox mifoloji xarakter olmasınının göstəricisidir.
Semantik planda Oğuz, arxaik qəhrəman tipindən zamanla tarixi qəhrəman tipinə keçmişdir. Oğuzun
Mete xan. Çingiz xanla eyniləşdirilməsi türk etnik mədəni sistemində bu qəhrəmanın mifoloji və tarixi
vəziyyəti ilə ələqadardır.
“Oğuz Xaqan” dastanında biz Oğuzun qarşısına ardıcıl olaraq “işıq, qadın göl və ağac” ünsürləri
çıxdığını görürük. Oğuz xaqan, qadınla bütünləşərək anarxik quruluşla patriarxal quruluş arasında
uyğunluq yaratmışdır. Daha doğrusu bu quruluşa keçid mərhələsində qadını rədd etmək əvəzinə
onunla uyğunluq yaradır və və qadının varlığını qəbul etməklə keçid mərhələsini tamamlayır. Çünki
nəslin davam etdirilməsi üçün qadının vacibliyini dərk edir. Türklərin həyat tərzindəki anarxiya və
patriarxal bərabərliyini göstərməsi baxımından “Oğuz Xaqan” dastanı cox dəyərli mətndir.
Oğuzun evlənmə aktı onu başqa dastan qəhrəmanlarından fərqləndirir. Bu evlənmə aktı daha çox
şaman miflərini xatırladır. “Oğuz xaqan” dastanında evlənmə fərqli semantik yükə malikdir. Arxaik
dastanların çoxunda qəhrəman göydən enmiş şaman qızla evlənirsə də bu evlənmə aktı dastan
arealından kənara çıxmır. Oğuz xaqanın evlənməsində isə etnoqnik səciyyəli makrokosmik elementlər
yaranır.
Skandinav əsatirlərində Odin – dünyanın başçısı, qədim qəbilə - tayfa başçısının bütün xüsusiy-
yətlərini özündə birləşdirən, ölkə kralların nümunəsi kimi çıxış edirdi. Təsadüfi deyildir ki, bir sıra
tədqiqatçıların fikrincə Odin – tarixi şəxsiyyət – Skandinaviya tayfalarının birinin başçısı sonradan
ilahiləşdirilmiş sürətidir. Odin eyni zamanda hərbi biliklər allahıdır. Odin insanlar arasında baş verən
mübarizə və müharibənin taleyini həll edir, ən yaxşı döyüşçüləri öləndən sonra da onları özü ilə aparır.
Odin hər tərəfli güclü obrazdır. Onun gücü müdrikliyindədir. O öz gözünün birini müdrikliyi uğrunda
qurban vermişdir.
Skandinav mifologiyasında tanrılar iki qrupa ayrılır: As və Vanir tanrıları. Odin bütün tanrıların
atası kimi göstərilsə də o, As tanrısı hesab olunur. Vanir tanrılarının həm sevgisini həm də nifrtini
qazanmışdır. Bir sıra dünya mifoloji mətnlərində adı dəyişik verilsə də biz onu tək gözü və
mizrağından tanıyırıq. Odin, german mifologiyasında və “Nibelunglar haqqında dastan”da Wotan
olaraq qarşımıza çıxır
Skandinav və türk dastalarının müqayisəli şəkildə öyrənilməsi bu xalqların arasında tarixən
mövcud olan ictimai - mədəni əlaqələrin nəticəsi sayıla bilər. Odinin çiynində oturan iki qarğa, Qunin
və Munin “düşünən” və “yadda qalan” hər gün uçub yerin başına dolanırdılar və qayıdıb nələrin
olduğunu, nələr baş verdiyini Odinə danışırdılar. Odinin ayağının yanındakı Qeri və Freki “acgöz” və
“qarınqulu” adlı canavarlar hər gecə yer üzünü başdan – başa gəzib, gördükləri və eşitdiklərini öz
ağalarına danışırdılar. Odin tez – tez simasını dəyişə bilir, istənilən quş, heyvan və s. cildinə girə
bilirdi. Odin başqa allahlarla birlikdə səma iqamətgahı olan Valaqallada, gümüşlə örtülən məskənində
olur. Özünün Xlidskyalv adlanan taxtında oturur. Asların baş Allahı Odin təkcə bal və braqa içməklə
qidalanırdı. Asqardda Odinin tabeliyində döyüşkən valkirilər də yaşayırdılar. Onlar döyüşün taleyini
həll edirdilər. Odin müharibə və döyüş drujinası allahıdır. O qəhrəmanlara qələbə və məğlubiyyət
verəndir., igidlərin hamisidir. Odin özünü qurban verir.
Oğuz xaqan kimi Odin obrazında da Qurd – Odin parallelinə rast gəlirik. Ümumiyyətlə, mədəni
qəhrəmanlar dünya xalqlarının əksəriyyətinin mifoloji mətnlərinin əsas personajlarından biri
olmuşdur. Hər bir xalqın mifologiyasında ayrı-ayrı adlarla movcud olan bu personajların mədəni
fəaliyyəti isə demək olar ki, eynidir. Mədəni qəhrəman, onun mifoloji mətnlərdə, əfsanələrdəki
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1139
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
personajları və bu personajların iştirak etdiyi miflər barəsindəki məlumatlardan aydın görünür ki,
başqa xalqların mifologiyasında olduğu kimi, türk xalqları mifologiyasında da bu haqda ətraflı
danışmaq üçün yetərincə mənbə mövcuddur.
MƏMMƏD İSMAYIL POEZİYASININ MÖVZU DAİRƏSİ
Heyran AMANOVA
Azərbaycan Dillər Universiteti
miss_pozitive86@mail.ru
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatında ədəbi-bədii fəaliyyətini zəngin ənənə üzərinə kökləyən görkəmli
şairimiz Məmməd İsmayılın poeziya yaradıcılığını izlədikdə onun nə qədər geniş və əhatəli bir mövzu
dairəsinin olduğunu görürük.
Yaradıcılığının ilk illərindən başlayaraq o dövrün diktə və tələb olunan ideologiyasını deyil,
bütün dövrlər üçün müasir və aktual olan, oxucu kütlələrinin zövqünü oxşaya bilən əsl ümumbəşəri
humanist mövzuları və ideyaları tərənnüm etmişdir. Bu baxımdan şairin poeziyasını mövzu cəhətdən
üç qrupda birləşdirməyimiz daha məqsədəuyğundur :
1.
Vətənpərvərlik
2.
Təbiət və məhəbbət
3.
Sosial-fəlsəfi
M.İsmayılın yaradıcılığının müəyyən hissəsi 60-cı illərdə təşəkkül tapsa da onun üçün
vətənpərvərlik anlayışı heç vaxt azərbaycançılıq ideologiyasından kənarda ifadəsini tapmamışdır.
Bildiyimiz kimi, Sovet dövründə mücərrəd vətənpərvərlik ideyalarının təbliği ön planda olduğundan
birbaşa vahid Azərbaycan idealından, bütövlüyündən söz açmaq olduqca çətin idi. Lakin bu qadağa
M.İsmayılın vətənə, torpağa olan alovlu məhəbbəti qarşısında aciz idi. Hətta şair cəsarət nümayiş
etdirərək 1961-ci ildə qələmə aldığı “Halına mən yandım...” şeirində Azərbaycanın iki yerə parçalanan
qanlı tarixi keçmişinə də diqqət çəkir.
Arzum da,
Araz da bölündü iki,
Yenə biz-biz oldu başımın tükü.
Nifrət o günə ki,
O zamanə ki,
Bir qəlbin iki cür aləmi oldu.
Və ya 1983-cü ildə yazdığı “Savalanda yatan igid” şeirində də şimallı-cənublu vahid Azərbaycan
idealı canlandırılır.
Sabaha səsləyir zamanı yollar,
Yollar gah ayrılıb, gah calanıbdı.
Girib nağıllarda yatıb oğullar,
Bir Vətən ikiyə parçalanıbdır.
90-cı illərdə Azərbaycan xalqının başına gələn müsibətlər vətəndaş-şair M.İsmayılın qələmindən
də yan keçmədi. “Bu qan yerdə qalan deyil”, “Laçınım”, “Xan əsgər”, “Torpaq”, “Vətən”, “Ürəksiz
ölkə” və s. şeirlərində Qarabağ, 20 Yanvar hadisələrinə biganə qalmayan şair tarixə, zamana, dünyaya
qarşı etiraz səsini ucaldır. M.İsmayılın vətənpərvərlik mövzusunda yazdığı şerilərinin bir qismi də
türkçülük ideyalarını əks etdirir. Məşhur türk yazıçısı Mutlu Dəvəçi haqlı olaraq yazırdı ki, Məmməd
İsmayılın şeirlərində yurd sevgisi Azərbaycanla məhdudlaşmayıb, bütün türk dünyasını qucaqlayan bir
sevgi seli halına gəlmişdir.
Şairin təbiət və məhəbbət mövzusunda yazdığı şeirlər istər 60-cı illərdə, istərsə də çağdaş
dövrümüzdə oxucular və sənət adamları tərəfindən yüksək qiymətləndirilmişdir. Çox zaman təbiəti
insan xarakterinə bənzədib “insanın təbiəti” ifadəsini işlədirik. Təbiətdə baş verən bütün hadisələr
insanın daxili aləmində də təkrarlanır. M.İsmayıl təbiətin füsünkar gözəlliklərini, fəsillərin rəngarəng
lövhələrini işində mahir olan bir rəssam incəliyi ilə təsvir etmişdir. Onun təbiətlə bağlı “Ellərin
ömründə canlanır bahar”, “Bu yaz idi”, “Payız lövhələri”, “Qar təmizliyi”, “Gör nələr gətirdi özüylə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1140
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
bu yaz”, “Yollar gedir Qutqaşına”, “Qayalar”, “Şəlalələr”, “Yaz yağışları” və s. şeirləri insanda həzin
hisslər oyadan səmimi duyğuların təzahürüdür. M.İsmayıla şair ilhamını, istedadını Tanrı vermişsə, bu
istedadı cilalandırıb, kamilləşdirən, pöhrələndirib qollu-budaqlı ağaca çevirən Tovuz-Əsrik elinin
misilsiz təbiətidir.
Dağlar arasında bir ulu kənd var,
Uca zirvələri xaldı Tovuzda.
Mənə döşlərindən ilham içirən
Əsriyin suları baldı Tovuzda.
Məhz bu gözəllik şairin məhəbbət lirikasına təkan verib bu lirikanın onun poeziyasında bütünlük
təşkil etməsinə səbəb olmuşdur. Məhəbbət mövzusu M.İsmayıl yaradıcılığının şah damarıdır desək
yanılmarıq. Bu mövzu özünü iki aspektdə daha qabarıq göstərir: sevgilisinə duyduğu nakam məhəbbət
və anaya məhəbbət. Gənclik illərində sevib seçdiyi yarın əhdinə sadiq qalmaması, könül verdiyi
gözəlin mənəvi dünyasının M.İsmayılın yoxsul həyatı ilə uyuşmaması şairin poeziyasında nakam
məhəbbət mövzusuna yol açır. “Bir ildir”, “Harda qaldı bu məhəbbət, məhəbbət...”, “Ürəksiz qalana”,
“Qorxuram” və s. şeirlərində şair məhəbbət yolunda onu yarıyolda buraxan sevgilinin vəfasızlığından
şikayətlənir.
Bəşər aləmində bir sevgi var ki, o saf, təmənnasız duyğularla qidalanaraq insanların qəlbində ən
uca zirvəni fəth etmişdir. Bu sevgi anaya olan sevgidir. Elə şair tapılmaz ki, onun yaradıcılığında
anaya həsr olunmuş şeir olmasın. Lakin M.İsmayıl poeziyada mücərrəd, ümumiləşdirilmiş bir ana
obrazını deyil, təpədən-dırnağa kimi məhrumiyyətlərə, əzablara, yoxsulluğa sinə gərmiş fədakar bir
ana-Gülzar ana obrazını yaratdı. Müharibənin iztirablarından öz nəsibini almış M.İsmayıl hələ körpə
ikən atasını itirir. “Ata kəlməsi”, “Ata”, “Atam ölməyib”, “Ata şəkli” və s. şeirlərində şair üzünü
görmədiyi atasının yoxluğunu daim hiss etdiyini dilə gətirir. Təəssüflər olsun ki, analı günlərin də
ömrü uzun olmur. “Xatın bibi”, “Müqəddəs kədər” kimi poemalarında, “Varıb gedək o yerlərə”,
“Qızlarım şəhərdən kəndə dönəndə”, “Adını andıqca”, “Əbədiyyət yolçusu”, “Nigaran anam”, “Ay
ana”, “Yaman darıxmışam səninçün, ana”, “Ana vətəni” və s. şeirlərində ana həsrətilə qovrulan bir
övlad ah-naləsinin pıçıltısını duyuruq.
Dünyadan ağırdı, ana, bu həsrət
Düzüymüş hər ilin axırı qışdı.
O boyda obaya, elə məhəbbət,
Bu boyda məzara necə sığışdı ?!
Həyatının ən çətin, qayğılı günlərini övladı ilə bölüşən, ona sonsuz sevgi miras qoyan ana –
Gülzar M.İsmayıl üçün hələ də tamamlanmamış bir mövzudur.
Şairin yaradıcılığını izlədikdə görürük ki, M.İsmayıl ömrün müdriklik zirvəsinə irəlilədikcə öz
daxili dünyası ilə haqq-hesabı, Allaha olan bağlılığı daha da böyüyüb poeziyası ilə bütünlük təşkil
edir. Onun “Yoxun varlığı”, “Yetmişdən sonra” kitablarına daxil etdiyi şeirlərinin əksəriyyəti öz
fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edir. “Bu dünya bizim yox, sənindir Allah”, “Tanrı bilər”,”Allah”,
“Allah unutmur”, “Dua” və s. kimi şeirlərində şair insan oğlunun Allaha hər zaman möhtac olduğunu
dilə gətirir, haqqı nahaqa satanların dünyasında Allahdan yardım istəyir.
Dağlara çən düşüb günün yerinə,
Qanunlar yazılır dinin yerinə.
Bəndələr göz dikib sənin yerinə,
Allahlıq eləyir hərə bax, Allah.
Son dövrlərdə M.İsmayıl poeziyasını incələdikdə aydın görürük ki, şairin ötən illərdəki
poeziyasına hakim kəsilən nikbin ruh artıq yavaş-yavaş bədbin notlarla əvəzlənir. Bu hal çox güman
ki, şairin bu illər ərzində vətəndən uzaqda, Türkiyənin Çanaqqala şəhərində yaşaması ilə əlaqədardır.
Qürbət eldə şairin ən çox müraciət etdiyi fəlsəfi mövzulardan biri də ölüm mövzusudur. Bu mövzu
bütün dövrlərdə şairlərin, ədiblərin müraciət etdiyi, lakin fərqli yollarla öz oxucu kütlələrinə çatdırdığı
mövzular sırasındadır. M.İsmayıl həyatı, yaşamağı sevdirdiyi kimi ölümü də bizlərə sevdirir. Məlum
məsələdir ki, dünyaya göz açan hər bir canlının varlığı bir gün dünyadan köçərək yoxluqla
əvəzlənəcək. Sadəcə insan bu reallığı qəbul etmədiyi üçün ölüm adı gələndə bir narahatlığa, təlaşa
düşür. Şairin fəlsəfi şeirləri ilə tanışlıq bu təlaşı aradan qaldırmağa, ölümü var olan bir reallıq kimi
qəbul etməyimizə yardımçı olur.
Sonda onu qeyd edə bilərik ki, M.İsmayıl poeziyasının təkcə mövzu dairəsini izləmək kifayətdir
ki, onun öz yurduna, el-obasına, öz xalqının şərəfli tarixinə nə qədər bağlı olduğunu hiss edəsən.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1141
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏRİMİZ “GÜMÜŞGÖL ƏFSANƏSİ”NDƏ
Sədrəddin HÜSEYN
Qafqaz Universiteti
shuseyn@qu.edu.az
AZƏRBAYCAN
Hər millətin kimliyinin əsas göstəricilərindən biri də onun sahib olduğu milli mənəvi-əlaqi
dəyərlər sistemidir. Bu system formalaşıb fəaliyyətdə olanda millətin yaşantısı kosmoqonuk hal alır,
nizam pozulanda xaotik.
Milli mentalitet öz-özünə müydana gəlmir. Onun yaranması üç əsas qaynağa söykənir: Yaradanın
hər millətin ruhuna, geninə lütf etdiiyi xüsusiyyətlər, kənardan gələnlər, bir də millətin içində yetişən
bilginlərin söylədiyi hikmətli sözlərin, xalqın təcrübədə qazanaraq gəldiyi qənaətlərinin
qanuniləşməsi. Nəticədə ortaya bəzi özəlliklər çıxır. Biz başqaları kimi qadına zülm etmir, uşaq
oldürmür, onlara etdiyimiz zülmdən zövq almırıq. Bizim ədəb-ərkanımız, ərdəmimiz dilimizin
saflığında, söyüşlərin dilə gəlməməyindədir. Ədəbiyyatda belə sözə ehtiyac olanda onu başqa dildə
işlətmişik. Əlbəttə, bunları kimlərsə oturub “biz belə olaq, belə olsaq özümüz olarıq” deməklə
olmayıb. Bu Yaradanın bizə bəxş etdiyi özəlliyimizdir.
İnsan yaranandan onun içində nəfslə vicdan baş-başadır. Allah hər şeyi cüt yaratdığı kimi bunları
da cüt yaradıb. Və bunların mübarizəsində vicdan yeniləndə xaos yaranıb, nəfs yeniləndə kosmos
hökm sürüb. Bu fərddə də belədi, cəmiyyətdə də, dünyada da.
Formalaşan illi dəyərlər o vaxt yasaya dönüb sabit qalır ki, yazıya alınsın. Çünki şifahi olanda
hökm sahibləri, güclülər onu istədikləri vaxt öz xeyirlərinə formalaşdırıblar. Yazıya qədər isə onun
qoruyucusu ədəbiyyat olub. İşləməyən dişləməyib, dost dosta tən gəlib, qızını döyməyən dizini döyüb,
oğul atadan görməyəndə süfrə yaymayıb, özgəsinə quyu qazan özü düşüb, su axıb çuxurunu tapıb...
Azərbaycanın sahib olduğu dəyərlər onun qalxanı, qılıncı, qoruyucusudur. Dili kimi o da əsas
atributlarından, varlıq səbələrindən biridir. Ona görə düşmənlər birinci növbədə bunu yox etməyə,
unutdurmağa, əlimizdən alıb yerinə bildiklərini sırımağa çalışıblar. Bağqa cür tabe etmək olmurdu.
Yüz illərdir aralı düşdüyümüz dəyərlərimizin axtarışında ədəbiyyat köməyə gəlir. XX əsrin əvvəlindən
bolşevik işğalına qədər ədəbiyyatımızın qəhrəmanları tirboyunlardan, şişqarınlardan, dəyənək gücünə
idarə edənlərdən, fanatik, üzü tüpürcəkli, başı qapazlı zavallılardan, tifağını qumar və kef
dağıdanlardan, falçılardan, fala-pirə uyanlardan, ölü dirildənlərdən ibarət idi. Yetmiş illik sovet
dövründə isə məzlum fəhlə-kəndlidən, sinfi düşməndən və ədalətli raykom katiblərindən, əxlaqımız da
bunların əxlaqından ibarət idi.
Cahandar ağalar, Kərbəlayılar, Abasqulu bəylər ədəbiyyatımızda ancaq altmışıncı illərdə zühur
etməyə, əyrisi-düzü ilə özü kimi görünməyə başladı. Bu yolda maraqlı obrazlar və epizodlar ortaya
qoyanlardan biri də İsi Məlikzadə idi. Bütün əsərlərində özünü yaradan, ömrünün aylarını, illərini
obrazlarına paylayan İsi Məlikzadənin “Quyu”su çoxlarının quyusunu qazdı və bizi özümüzə
qaytarmaqda mühüm bədii akta çevrildi.
Onun əsərlərində ciddi bir qorxu hakimdi. İçimizi didib dağıdan, yuxumuzu qaçıran içimizdən
infarkti, xərçəngi, təzyiqi, şəkəri cücərdən bir qorxu. Bu həm milli yaddaşsızlığın, manqurdlaşmanın
davam edəcəyi qorxusudur, həm də əldə olanların fərqinə varılmadan əlimizdən gedəcəyi qorxusu.
“Gümüşgöl əfsanəsi” bu baxımdan başqa əsərlərində qoyduğu məsələlərin davamı və inkişafıdır.
Əsərin qəhrəmanı Orxan kimliyini bilməyən, “avropalaşan, müasirləşən”, qəzavü-qədərə gülən,
yuxuya, əfsanəyə inananları avam sayan, namus anlayışını ancaq gəzdirdiyi Səfanı “medlenni” üçün
rəqsə verdiyi dostnun öpdüyünü görəndə dərk edən avara bir “professor”dur. “Medlenni”nin bu dönüş
nöqtəsindən sonra onun da daxili dünyasının təbəddülatı, xaosu başlayır. Ancaq Orxanı Səfanın onunla
evlənmək istəyi də, Ağazəkinin atmacaları da, anası Fatma doxturun göz yaşları da ayılda bilmir. Onu
yalnız Çapıqqayanın təmiz havası, Gümüşgölün gümüşü rəngi, günahları ölçən tərəzisi, Bənövşənin
saf məhəbbəti, bir də Dəmirin dəmir yumruqları və dostu ağ geyimli Alen Delon aşiqi Yavərin
xəyanəti ilə, Səfanın ər sevdası ayıldacaqdı.
Kəndə fikrini dağıtmaq və “elmi axtarışlar” üçün gələn Orxanı Çapıqqayada elə axtardığı
Ağbəyimin özü qarşılayır. Ancaq əlləri qızıl olan bu oxumamış xalça ustası-millətin nadir genefondu
ozündən və taleyindən küsüb. Ona görə ki, onun xalçaların sərgisində Xürrəm müəllimlə şəkil
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1142
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
çəkdirməyi ərinin “qeyrətinə” toxunmuş və bunu bəhanə edib iki uşağı da üstünə ataraq vaxtı ilə
gəzdiyi (“indi kimin uşağı gəzmir ki!”-demək gəzmək hünər imiş, müasirlik imiş, gəzməmək avamlıq,
əfəllik.) başqa biri ilə evlənmişdi.
Ağbəyimi ərinin haqsızlığı, böhtanı, bu üzdən sənətindən üz döndərməsi, Rza ilə Bənövşənin
yükünün onun çiyninə düşməsi əzir, sındırır. Bunlar azmış, Orxanın da qəfildən çıxıb dərdini
təzələməsi, Bənövşənin ona bənd olması da bir yandan dərd üstünə dərd gətirir. Üstəlik Dəmirin
müdaxiləsi və qonağını o şəkildə döyməsi. Bu qədər yük bir qadının qaldıracağı yük deyildi. Bunların
hamısına qarşı içində kürəyən kin-küdurət, haqsızlığa qarşı mübrizə hissi Orxan döyüləndən sonra
Rzanın sifətində bomba kimi partlayır: “Qərib adamı bu kökə salmazlar”. İkinci şillə isə Rzaya
hədəflənir: “Allah qonağına əl qaldıranın əli quruyar.” Onu atan ərinə, evində ağalıq edən Dəmirə,
Ağbəyimi bu günə salan “fələyə” dəyəcək şillə Rzaya dəyir. Necə ki ikinci dəfə görüşəndə Dəmir
Orxanı deyil, inəyi atmışdı çomağın altına, heyfini inəkdən alırdı, Ağbəyim hamının heyfini oğlu
Rzadan alan kimi. Qonaq da qonaq olsaydı. Şəhərdə Səfa üçün darıxan burada sərhəddi keçmək
istəyəndə avam bildiyi Bənövşədən “Kəbindən sonra” sözlərini eşidəndə yanıb tökülür. Çapıqqayadan
başqa bir yer görməyən qızı “başa salmaq” istəyir ki, insan Aya çıxıb, göydə peyklər fırlanır. İndi
1982-ci ildi. Ürəyindən isə keçir ki,”sən hansı əsrdə yaşayırsan, ay binəva?...Dilindən Allah,
peyğəmbər düşmür sənin? ...Sənin şəhərdəki yaşıdların ...suya susuz aparıb susuz gətirərlər,
barmaqlarına dolayarlar səni...Yəni Gümüşgöl əfsanəsindən başqa bir şey eşitməmisən?” Sonra da
düşünür ki, şəhərə gedər, avamçılığın daşını atar, ...şəhər onu öz qəlibinə salıb düzəldər, hər şeyə
başqa gözlə baxar. Orxan bilmirdi ki, o bunları düşünəndə avamçılığın daşını çoxdan atmış Səfa artıq
şeytanı belə suya susuz aparan Yavərin qoynundadı və bu “ayıq” dostlarının ayıqlığına gülə-gülə öz
keflərindədirlər.
Pozulmuş şəhərin avara sakini özü ilə gətirdiyi xaosu Ağbıyimin üzdə sakit dünyasına da
yoluxdurur və kəndin yeganə saflığının simvolu Bənövşə əldən gedir. Bütün dəyərləri Ağbəyimin
əlindən sürüşüb gedən kimi. İ.Məlikzadəyə görə bu elə bir mühit, elə bir quruluşdur ki, yaxşı nə var,
hamısı əldən çıxır. Kənddə belə, şəhərdə də son istinadgah Mirzə Muxtarın mülkünün ölümündən
sonra Tambovlu bir fəhlə tərəfindən işğalı və babasından yadigar qalan qoca tut ağacının devrilməsi.
Modern dünyanın təmsilçisi Orxana Çapıqqayaya gedərkən ilk eşitdiyi “Allaha da qurban olum,
onun qonağına da” sözləri Mirzə Muxtarın evi və tut ağacı kimi milli dəyərlərin son duracağı, son
nəfəsini verməkdə olan sonuncu saman çöpləri idi. Bir də hər kəsin günahlarını ölçən Gümüşgöl.
Orxanın hərdən ürəyinə gəlir ki, kaş bu göl həqiqət olaydı və bütün günahları üzə çıxara biləydi. Tez
də sözündən dönür ki, yox belə olsaydı, bu adamlar ona da bir yol tapar, onu da yoldan çıxarar, yenə
də günahkarların yerinə günahsızlar cəzalanardı.
Orxanın kənddə ilk eşitdiyi böhtan atılan, ancaq gölün üstü ilə dimdik yeriyən Hüsnübəyim
əfsanəsi, son gördüyü də yenə gölün üzü ilə dimdik gedən Atlıxanın dediyinə görə “ləkələnmiş”
Bənövşə -Keçmişdən bu günə saflığını, bakirəliyini qoruyan dəyərimiz olur.
Dostları ilə paylaş: |