IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1721
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ARDNŞ, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi,
neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın
daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə
məşğul olur. Qanunvericilikdə nəzərdə tutulmuş enerji fəaliyyətləri üzərində idarəçiliyə dair dövlətin
müstəsna hüquqlarını ARDNŞ həyata keçirir. Eyni zamanda xarici dövlətlərə qaz satışına dair
müqavilələrdə Azərbaycan Hökuməti adından iştirak edir.
B.
Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsi
Ümumilikdə Türkiyənin enerji bazarı Azərbaycan enerji bazarından fərqli olaraq idxal edən
bazardır, yəni Türkiyənin neft, təbii qaz ehtiyatları yoxdur və başqa ölkələrin ehtiyatları hesabına
enerji ehtiyaclarını ödəyən ölkədir. Hazırda təbii qaz ehtiyacının mühüm bir hissəsini Azərbaycandan
aldığı təbii qazla ödəyir və yaxın gəlcəkdə TANAP layihəsi hesabına tranzit ölkə olaraq da öz
nüfuzunu artırmağı planlaşdırmaqdadır.
Türkiyədə də təbii qaz bazarının hüquqi çərçivəsini görmək üçün bununla bağlı qəbul olunmuş
qanunvericilik aktlarına və yaradılmış qurumların bazardakı roluna baxmaq lazımdır.
1. Türkiyə təbii qaz bazarını tənzimləyən qanunvericilik
Türkiyədə təbii qaz bazarı ilə bağlı hüquqi tənzimləmələr əsasən 4646 nömrəli “Təbii qaz bazarı
haqqında” Qanunla (4646 saylı Kanun) həyata keçirilməkdədir.
18 aprel 2001-ci il tarixli, 4646 nömrəli Qanunun qəbul olunma məqsədi, Türkiyə təbii qaz
bazarının sərbəstləşməsini təmin edərək, təbii qazın davamlı, ucuz, keyfiyyətli və ətraf mühitə zərər
verməyəcək bir şəkildə istehlakçılara çatdırılması, rəqabətə davamlı, şəffaf və maliyyə baxımdan sabit
bir təbii qaz bazarının yaradılması, müstəqil tənzimləmə və nəzarət sisteminin təmin edilməsidir.
Bu Qanunla BOTAŞ-ın səlahiyyətləri azaldılmış və təbii qaz bazarının tənzimlənməsi və nəzarəti
funksiyaları yeni qurum olan Enerji Bazarı Tənzimləmə Qurumuna (EPDK) verilmişdir. Qanunda
Təbii qazın paylanması, saxlanılması xidmətlərinin tender yolu ilə özəl şirkətlərə verilməsi və
BOTAŞ–ın tərkibində olan mövcud paylama şirkətlərinin tender yolu ilə özəlləşdirilməsi, BOTAŞ-ın
daxili bazardakı fəaliyyət payının 20% -ə düşənə qədər tərəf olduğu alqı-satqı müqavilələrini başqa
özəl şirkətlərə verməsi kimi bır sıra mühüm tənzimləmələr nəzərdə tutulmuşdur.
2. Türkiyə təbii qaz bazarında BOTAŞ və EPDK-nın rolu
BOTAŞ - 1973-cü ildə TPAO-un (Türkiyə Petrolları Anonim Ortaklığı) tərkibində yaradılmışdır.
1987 - ci ildən etibarən təbii qazın nəql olunması və ticarəti fəaliyyəti ilə məşğul olmaqdadır. Hazırda
dövlətin tərkibində fəaliyyət göstərən Kamu İktisadi Teşekküllü (KİT) hüquqi şəxsdir.
Kamu İktisadi Teşekküllü dedikdə - yəni sərmayəsi bütövlükdə dövlətə məxsus olan, lakin
inzibati idarəetmə və maliyyə cəhətdən daxili muxtariyyətə sahib, dövlətin inhisarçı səlahiyyətində
olan təbii ehtiyatların axtarışı və kəşfiyyatı, emalı, hasilatı, satışı, alışı və digər fəaliyyətlərləri dövlətin
adından həyata keçirmək üçün yaradılan hüquqi şəxs nəzərdə tutulur.
EPDK - “4628 nömrəli Elektrik bazarı haqqında Qanun”la əvvəlcə “Elektrik Bazarı Tənzimləmə
Qurumu” adı altında yaradılmışdır. 2001 - ci ildən “4646 nömrəli” Qanunla BOTAŞ-ın inhisarçılığına
son qoymaq məqsədilə BOTAŞ-dan alınaraq ona verilən, təbii qaz bazarına nəzarət, tariflərin
müəyyən olunması, lisenziyaların verilməsi fəaliyyətlərini də həyata keçirməyə başlamışdır və Enerji
Bazarı Tənzimləmə Qurumu adı altında fəaliyyətini davam etdirməkdədir. EPDK, dövlətin tərkibində
olan, ancaq inzibati idarəetmə və maliyyə cəhətdən daxili muxtariyyətə sahib hüquqi şəxsdir.
Müqayisəli təhlil və nəticə
Azərbaycan və Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsini təhlil edərkən, hər iki bazardada
dövlətin müstəsna səlahiyyətlərini görə bilərik və hər iki ölkədə də qüvvədə olan qanunvericilik
dövlətin bazara ciddi nəzarətini əks etdirən tərzdə hazırlanmışdır. Hazırda hər iki dövlət də daxili
enerji bazarını sərbəstləşdirmək və özəl sektorun inkişafını sürətləndirmək istiqamətində dəqiq
addımlar atmaqdadır.
Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsindən də göründüyü kimi bazarı birbaşa tənzimləyən,
bazardakı qurumların səlahiyyətlərinin birbaşa göstərən qanun qəbul etmişdir və həmin qanuna
dəyişikliklər edilməklə rəqabətə davamlı, özəl sektorun inkişaf edəcəyi bazar yaratmağa
çalışılmaqdadır.
Eyni şəkildə Azərbaycan da təbii qaz bazarını sərbəstləşdirmək üçün əlaqəli qanunvericilik
aktlarına Avropa Birliyi təbii qaz direktivlərinə uyğun olaraq bir sıra əlavə və dəyişikliklər edərək təbii
qaz bazarının rəqabətə davamlı və şafaf olması üçün mühüm addımlar atmaqdadır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1722
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan və Türkiyə enerji bazarları olduqca fərqlidir,
onları eyniləşdirmək olmaz. Hər şeydən əvvəl Azərbaycan enerjini ixrac edən, Türkiyə isə idxal edən
ölkədir. Ona görə də Azərbaycan təbii qaz bazarı ixrac prinsipləri əsasında formalaşdırılmışdır və
tənzimləmələr aparılarkən də ixrac amili əsas götürülməkdədir.
Nəticədə isə, Avropa bazarına inteqrasiya edərkən həm Türkiyə, həm də Azərbaycan hökumətləri
tərəfindən aparılan düzgün strategiyadır ki, rəqabətə davamlı təbii qaz bazarı yaratmaq üçün, bu
sahədki qanunvericilik aktları bazar iqtisadiyyatına uyğun olaraq effektli və çevik şəkildə yenilənir,
bazar fəaliyyətləri müxtəlif qurumlar arasında bölüşdürülür və özəl sektorun inkişafına şərait yaradılır.
AZƏRBAYCAN BANK SİSTEMİNDƏ ƏLAVƏ KREDİT KARTININ
TƏTBİQİNDƏN QAYNAQLANAN BƏZİ PROBLEMLƏR
Sevinc NOVRUZOVA
Səlcuk Universiteti Ticaret Hüququ Doktorantı
AZƏRBAYCAN
Hazırkı araşdırmanın əsas məqsədi əlavə kredit kartı istifadəçisinin bankın müştərisi olaraq qəbul
edilməsi, ona istehlakçılara tanınmış hüquqi təminatların şamil olunması, habelə əlavə kredit kartı
istifadəçisinin eyniləşdirilməsi prosedurunda bankın risklərini ən aza endirəcək tədbirlərin görülməsi
ilə bağlı milli və xarici bank qanunvericiliyi və təcrübəsinin tədqiqi və mövcud problemlərin həlli
yollarını təklif etməkdir.
Ümumi məlumat
Məlum olduğu kimi, banklar tərəfindən müştərilərə təqdim olunan məhsul və xidmətlər arasında
kredit kartları xüsusi çəkiyə malikdir. Kredit kartları verilərkən müştəri ilə bank arasında tərəflərin
qarşılıqlı hüquq və vəzifələrini (öhdəliklərini) müəyyənləşdirən yazılı kredit kartı müqaviləsi bağlanır..
Eyni zamanda, kredit kartı sahibinə öz arzusu ilə ona ayrılmış kredit kartı limiti həcmində üçüncü
şəxslərin (əsasən ailə üzvləri, qohumları, yaxın tanışları və s.) adına əlavə kart sifarişi etmək imkanı
verilir. Adına əlavə kredit kartı sifarişi olunmuş şəxs əlavə kredit kart istifadəçisi adlanır. Bu
baxımdan əlavə kredit kartının mövcudluğu və etibarlılığı birmənalı kredit kartının mövcudluğu və
etibarlılığı ilə əlaqədardır. Kredit kartı sahibi, əlavə kart istifadəçisinin limitini həm nağd, həm də
nağdsız əməliyyatlar baxımından sərbəst müəyyən edir. Burada önəmli olan (1) əlavə kredit kart
istifadəçisinin kredit kartı hesabı üzrə hər hansı bir sərəncamvermə səlahiyyətinin olmaması; (2)
sadəcə onun adına verilmiş əlavə kartdan nağd və ya nağdsız bank əməliyyatlarının edilməsi üçün
istifadə etməsi imkanına malik olması; (3) kredit kartı sahibinin həm öz kredit kartı, həm də əlavə
kredit kartı üzrə edilən bank əməliyyatları üçün bank qarşısında öhdəlik daşımasıdır. Bir sözlə, hər iki
kart üzrə edilən bank əməliyyatları üzrə yaranmış və ya yaranacaq müvafiq borcun ödənilməsi kredit
kartı sahibi tərəfindən təmin olunmalıdır. Bank əlavə kredit kartı istifadəçisindən borcun ödənməsini
tələb edə bilməz. Çünki adına əlavə kredit kartı verilməsinə baxmayaraq əlavə kredit kartı istifadəçisi
və bank arasında kredit kartı və bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri
mövcud deyildir.
Bank qanunvericiliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – “Mərkəzi
Bank”) normativ xarakterli sənədləri arasında əlavə kredit kartı istifadəçisinin anlayışına yer verilmir.
Sadəcə “Mərkəzi Bank”ın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda qeyd edilir ki, kart
sahibi - emitentlə müqavilə bağlayan, kart hesabı üzrə sərəncam vermək hüququ olan fiziki və ya
hüquqi şəxs (2.1.7-ci bənd); kart istifadəçisi isə - kart sahibi və ya kartdan istifadə etmək hüququ olan
şəxsdir (2.1.8-ci bənd). Sadalanan normalardan belə nəticə hasil olur ki, kredit kartı sahibi öz kartının
limitindən üçüncü şəxsə istifadə etmək hüququ verə bilər və bu halda üçüncü şəxsin adına da bank
kredit kartı sahibinin tələbi ilə əlavə kredit kartı emissiya edəcəkdir.
Bundan başqa, əlavə kredit kartı ilə bağlı əsas məqamlardan biri də, qeyd olunan Qaydaların
3.5.7-ci bəndinin (“Kart sahibi ilə emitent arasında bağlanmış müqavilədə bir kart hesabı üzrə əlavə
kartların təqdim edildiyi kart istifadəçiləri barədə məlumat (müqavilədə kart sahibinə bir neçə kartın
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1723
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
təqdim olunması nəzərdə tutulduqda) müəyyən edilir”) tələbi ilə bağlıdır. Dolayısıyla, banklar
tərəfindən kredit kartı sahibinə əlavə kart vermək imkanı müqavilə ilə nəzərdə tutularsa, o zaman
adına əlavə kredit kartı emissiya olunacaq şəxs və ya şəxslər barədə məlumat da mütləq əks
olunmalıdır. Burada kart istifadəçiləri haqqında məlumatın nədən ibarət olması tənzimlənməsə də,
mahiyyət etibariylə şəxsin eyniləşdirmə məlumatlarının (məsələn, şəxsiyyəti təsdiq edən sənəddəki
məlumatlar) əks olunmasından söhbət gedir. Bəzi banklar kredit kartı sahibinin istəyi üzərinə əlavə
kredit kart istifadəçisi haqqında dar çərçivədə məlumat əsasında ona əlavə kredit kartı emissiya edirlər.
Bu halda, əlavə kredit kartı istifadəçisinin şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadığı üçün
istənilən şəxsin adına bu kart bank tərəfindən emissiya oluna bilir. Bu kimi müraciət prosedurunda
banka kredit kartı sahibi tərəfindən uydurma adda əlavə kredit kartı sifarişi verilə bilər. Bu məsələ
şəxsiyyəti təsdiq edən sənədin surətinin tələb edilməsi ilə bitmir. Belə ki, adına əlavə kredit kartı
emissiya edilən şəxsin sifariş formasında Banka gələrək şəxsən imza atması həqiqətən də həmin şəxsin
kartın istifadəsinə yazılı olaraq iradəsini bildirməsini ifadə edəcəkdir. Bəzi banklarda isə mümkün
riskləri ən aza endirmək üçün əlavə kart istifadəçisinin həm şəxsiyyətini təsdiq edən sənədin surəti,
həm də kartın istifadəsinə razılığını bildirən yazılı müraciəti tələb olunur.
Əlavə kart istifadəçisi bankın müştərisidirmi?
Əlavə kredit kartı istifadəçisinin kredit kartından istifadə zamanı yaranacaq problemlərlə
(məsələn, ATM-dən pul vəsaiti çəkilişi zamanı pulun sıxışması və ya ATM-dən pulun texniki
nasazlıqlardan dolayı müştəriyə verilməməsi, alış-veriş zamanı POS-larda aparılan əməliyyatlar
haqqında məlumat dəqiqləşdirməsi, ATM-də kartın PİN-kodunun düzgün daxil edilməməsi zamanı
bloklanlanması və s.) bağlı banka etdiyi müraciəti müsbət cavablandırılmır və ona izah edilir ki, banka
kredit kart sahibi tərəfindən müraciət edilməlidir. Halbuki, əlavə kart istifadəçisi nəticə etibarilə
bankın emissiya etdiyi kredit kartının, başqa sözlə, bankın məhsulunun istifadəçisidir. Bu hal qüvvədə
olan qanunvericiliklə dəqiq tənzimlənmədiyindən bankların bu kart istifadəçilərinə müştəri olaraq
qəbul etməməsi göz qabağındadır. Ancaq unutmaq olmaz ki, bank qanunvericiliyində bu hal xüsusi
tənzimlənməsə də, əlavə kart istifadəçisi bankın təqdim etdiyi məhsul – yəni, kredit kartının
istifadəçisi və nəticə etibariylə bankın maliyyə xidmətlərindən istifadə etmiş və ya edən bir
istehlakçıdır. Bu halda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin
pozulması müzakirə predmetinə çevrilə bilər. Halbuki xarici ölkələrin arasında Türkiyə
Respublikasının bu məsələ ilə bağlı təcrübəsinə diqqət yetirsək xüsusi olaraq “Bank və kredit kartları
haqqında” qanunun qüvvədə olmasını görərik. Həmin qanunla əlavə kart istifadəçisinin kartın
istifadəsi ilə bağlı hər cür şikayəti və tələbi, dolayısıyla müraciətləri bank tərəfindən birmənalı
dəyərləndirilir və daxil olduğu gündən etibarən 20 gün ərzində baxılır. “Mərkəzi Bank”ın “Banklarda
və bank olmayan kredit təşkilatlarında maliyyə xidmətlərinin istehlakçılarının müraciətlərinə
baxılmasına dair” Metodoloji Rəhbərliyində əlavə kredit kart istifadəçisi ilə bağlı konkret
tənzimlənməyə yer verilməsə də, istehlakçı qismində bütün müştərilərin müraciətlərinin
(şikayətlərinin) bank tərəfindən qəbul olunması və araşdırılması tələb olunur.
MİKROOBYEKTLƏRİN KRİMİNALİSTİK TƏSNİFATI.
MİKROOBYEKTLƏR İNFORMASİYA MƏNBƏYİ KİMİ.
Aysel ƏLİYEVA
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi
aliyeva_aysel@mail.ru
Müasir cinayət mühakimə icraatında sübutetmə prosesi ittihamın qanuni, əsaslı və ədalətli
olmasının təsdiqi baxımından əhəmiyyətə malik halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə
edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Beləliklə, aydın olur ki, cinayət
mühakimə icraatında cinayət işləri üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olan faktiki
məlumatların toplanması, yoxlanılması və qiymətləndirilməsi cinayət prosesini həyata keçirən
orqanların prosesin digər subyektlərinin iştirakı ilə prosessual formada həyata keçirdikləri fəaliyyət
sübutetmə prosesinin başlıca təyinatını təşkil edir. Sübutetmə cinayət-prosessual fəaliyyətin, demək
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1724
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olar ki, özəyini təşkil edir. Hər bir konkret cinayət işi üzrə obyektiv həqiqəti müəyyən etmək yalnız
sübutetmə yolu ilə təmin olunur.
Adi izlərin aşkar edilmədiyi hallarda obyektiv faktiki məlumatlar tam
məhv edilməsi qeyri-mümkün olduğu üçün mikroizlərin və mikrohissəciklərin köməyi ilə müəyyən
edilə bilər. Ekspertizada yeni bir istiqamətin - məhkəmə mikrologiyasının inkişafı sayəsində digər
maddi informasiya (məlumat) daşıyıcıları içərisində mikroobyektlərin əhəmiyyəti artmağa başlayır. Bu
istiqamət çərçivəsində işlənib hazırlanmış müddəalar dərsliklərə və metodiki vəsaitlərə daxil
edilmişdir. Cinayət işləri üzrə sübutetmədə mikroizlərdən və mikrohissəciklərdən praktiki istifadə
üçün bu obyektlərlə işin bütün mərhələlərinin lazımi qaydada prosessual rəsmiləşdirilməsi, müvafiq
metodik tövsiyələrin mənimsənilməsi xüsusilə vacibdir.
Kriminalistikada mikroskopik tədqiqatlara məruz qalan maddi sübutlar arasında toz və torpaq
birləşmələri şəklində müxtəlif materiyallı kiçik orqanizmlər (obyektlər), insan, heyvan və bitki
mənşəli müxtəlif liflər (saç), boya hissəcikləri, taxta kəpəyi, ləkə, müxtəlif növ çirklənmələr, tozcuq və
bitki hissəcikləri, həmçinin bir qayda olaraq, cinayət hadisəsi ilə bağlı müxtəlif növ maddələr hər
zaman xüsusi yer tutmuşdur. Bu gün ədəbiyyatda mikroobyektlərlə bağlı bir çox müxtəlif terminlərə
rast gəlmək olar. Bunlara maddə izləri, maddə və materialların üst-üstə düşən izləri, mikroizlər,
mikrohissəciklər, mikromaddələr, mikro qalıqlar və digərləri aiddir. Cinayət hadisəsi ilə əlaqəsi olan
və cinayətə hazırlıq, həyata keçirilmə və ya nəticələrin ört-basdır edilməsi nəticəsində yaranan
mikroobyektlər, bununla da dar mənada kriminalistikada xüsusi hallarda izlər rolunu oynayır.
Mikro-obyektlər dedikdə, adətən, xırda, kiçik ölçüləri və kütləsi səbəbindən cinayət hadisəsi ilə
bağlı olan, aşkar edilməsi, götürülməsi və tədqiqi xüsusi vasitə və avadanlıqlar olmadan çətin və qeyri-
mümkün olan maddi obyektlər başa düşülür.
Bu tərif mikroobyektlərin sistemləşdirilməsi və təsnifatı üçün bir başlanğıc olaraq qəbul edilə
bilər, çünki burada mikroobyektlərlə makroobyektlərin delimitasiyası üzrə üç əsas istiqamət
cəmlənmişdir: kəmiyyət meyarı; keyfiyyət meyarı; kəmiyyət və keyfiyyətin qarışıq delimitasiyasına
əsaslanan meyar.
Mikroobyektlər, müəyyən olunmuş ölçü xüsusiyyətlərinə malik (bərk cisimlər üçün- sabit forma,
mayelərdə - ölçülə bilən həcm), geniş məkanda ölçüləri dəyişə bilən morfoloji xüsusiyyətlərinin
(əlamət) aşkar edilməsi üçün xüsusi üsul, metod və vasitələrdən istifadə zərurəti ilə seçilən
obyektlərdir. Mikroobyektlərin makro miqdarda eyni obyektlərlə delimitasiyası tam dəqiq işlənə
bilməz - hər bir əlamət obyektin xassələri, müşahidə şəraiti və tədqiqatçının subyektiv
qiymətləndirilməsi ilə müəyyən olunur.
Çox nadir hallarda mikro-hissəciklər obyekt-daşıyıcı ilə əlaqəsi xaricində hadisə yerində iştirak
edir. Mikro-obyekt mütləq hökmən hər hansısa səthin üzərində, materialın həcmində yerləşir. Müvafiq
olaraq, mikro-obyektləri obyekt-daşıyıcı ilə birlikdə ayrı-ayrı hallarda nəzərdən keçirmək kompleks
məqsədəuyğundur. Mikro-obyektin obyekt-daşıyıcı ilə əlaqəsi üzrə onları əlaqə növünə görə bölürlər:
örtük mikro-obyektlər; implant mikro-obyektlər; inklüziya mikro-obyektləri.Ekspert təcrübəsində hər
şeydən çox qoyulma (örtük), yəni obyekt-daşıyıcının səthi ilə təmasda yerləşən mikro-obyektlərə rast
gəlinir. Bu əlaqənin özü müxtəlif cür ola bilər: o, mikro-hissəciklərin xassələrindən və izgötürən
səthdən asılıdır. Əlaqənin möhkəmliyi mikro-obyektlə obyekt-daşıyıcı arasında yapışma enerjisini
müəyyən edir. Məsələn, mikro-lif hissəcikləri bıçaq tiyəsinin hamar səthində pis saxlanılır, ancaq
həmin hissəciklər həmin bıçağın tiyəsi və ya sapının çökək hissəsində kifayət qədər möhkəm qalacaq.
Ekspert təcrübəsində çox zaman müxtəlif növ obyektlərin tədqiqi zamanı onların cismində mikro-
obyektləri aşkar etmək olar. Onlar inklüziya (implant) mikro-obyektləri adlanır. Xüsusiyyətləri bundan
ibarətdir ki, onların adətən cinayət hadisəsinə aidiyyəti olmur: onların yaranması ya obyekt-daşıyıcının
istehsalı və hazırlanması ilə əlaqəli olur, ya da onun istismarı prosesində baş verir, ona görə də nəticə
etibarilə, formal əsaslarla onlar mikro-obyektologiyaya daxil edilə bilməz. Lakin onlar ekspert tədqiqi
zamanı mühüm əhəmiyyətə malikdir, belə ki onlar böyük identifikasiyon əhəmiyyətə malikdir ki, bu
da fikrimizcə, onları tədqiq edilən problemlər kontekstində nəzərdən keçirməyə imkan verir.
Mikro-hissəciklərin tərkibinə görə bölünməsi, onların ekspert tədqiqatları metodikasının düzgün
qurulması, başlıca analitik metodların (emissiya spektral analiz, infra-qırmızı spektroskopiya,
xromatoqrafiya, masspektroskopiya və s.) seçilməsində əhəmiyyətlidir.
Spektral analiz tədqiq olunan maddələrin spektirinin öyrənilməsinə əsaslanır.Bunun mahiyyəti
ondan ibarətdir ki, tədqiq olunan maddə az miqdarda xüsusi cihaza-spektroqrafaya yerləşdirilir və
orada elektrik dövrəsinin alovunda və ya qığılcımlarında buxarlandırılır, bunun nəticəsində ayrılmış
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1725
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ayrı-ayrı atomlar qıcıqlandırılır və onlar işıq buraxmağa başlayır. İşıq linzalar sistemindən keçərək
prizmaya düşür və spektrlərə bölünür.Spektral analiz vasitəsi ilə naməlum maddəni və onun kimyəvi
tərkibini müəyyən edirlər.Bu metod lifli materialların, lak-boya örtüklərinin, yanacaq-sürtgü
materiallarının və s. maddələrin tədqiqi zamanı geniş tətbiq olunur.
Lüminnessensiya analizi bəzi maddələrin onlara infraqırmızı və ultrabənövşəyi şüalar vasitəsilə
təsir edən zaman işıq şüaları buraxmasına əsaslanır. Lifli mikroohissəciklərin diaqnostik və
eyniləşdirici tədqiqatında İnfraqırmızı spektroskopiya (FT-İR) üsulu ilə obyekt olduğu kimi tədqiq
olunur.
Xromotoqrafiya metodu maddələrin tərkib hissələrinə parçalanmasına əsaslanır.Bu metod bəzi
neft məhsullarının, bir çox sintetik maddələrin, spirt məmulatlarının, tezalışan materialların tədqiqi
zamanı tətbiq edilir.
Mikro-obyektlərin morfoloji və struktur xüsusiyyətlərinin öyrənilməsi, həllini tapan məsələlərin
dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir ki, bu da onların cinayətlərin araşdırılması və
üstünün açılması proseslərinə daha tez-tez daxil edilməsinə səbəb olmuşdur. Sovet dövründə mikro-
obyekt izlərinin tədqiqatını ilk olaraq məhkəmə-tibbi ekspertləri – P.A.Minakov və N.M.Nemınov
(1918-ci il), M.P.Edmen və T.S.Borodaşeva (1932-ci il) həyata keçirirdi. Mikro-obyektlər üzrə yerli
kriminalistik bilgilərinin işlənməsinə ən böyük töhfəni R.S.Belkin, V.S.Mitriçev, N.S.Polev,
M.Y.Rozental, A.R.Şlyaxov, M.A.Şmatov, A.A.Eysman və digər alimlər vermişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1726
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION V
HISTORY AND LAW
History - 2
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1727
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
HEYDƏR ƏLİYEVİN ENERJİ STRATEGİYASININ UĞURLARI
Sevinc QURBANOVA
GəncəDövlətUniversitetinin
Ümumi Tarix kafedrasının doktorantı
sevincakifqizi@mail.ru
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli iqtisadi siyasəti
nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək
ölkəmizin siyası müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə
yönəlmişdir. Müstəqil Azərbaycanın neft səlnaməsinə əbədi həkk olunan Əsrin müqaviləsinin
imzalanmasında 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə əsasən, ABŞ, Rusiya, Türkiyə,
Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan neft şirkətləri yataqlardan
30 il müddətinə 511 mln ton neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard
ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyardını Qərb şirkətləri qoymalı idilər. Sonradan
müqaviləyə Yaponiyanın “İtoçu ” və ABŞ-ın “Eksson” şirkətləridə qoşuldular. Bu layihədə ən mühüm
pay ABŞ şirkətlərinə ayrilmışdır. ABŞ-ın sabiq prezidenti Bill Klintonun 1994-cü ilin sentyabr 20-də
göndərdiyi teleqramda deyilirdi: “Birləşmiş Ştatlar tarixdə bu tipli sazişlər arasında ən böyüyü olan bu
müqaviləni alqışlayır. O , bütün tərəflər üçün mənfəətli olacaq, ölkələrimiz arasında artmaqda olan
iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir”.Azərbaycan Prezidenti Heydər
Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları- Vaşinqton, Moskva,
London , Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi
imzalanmışdır.Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti
iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə texminən 60 milyard ABŞ dolları
həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur.Bu məbləğdən 4,5 milyardıartıq ölkəmizə
investisiya şəklində qoyulmuşdur. Ümumiyyətlə Prezident Heydər Əliyev Azərbaycanın zəngin
karbohidrogen ehtiyatlarının kəşfi, emalı, nəqli məsələləri ilə bağlı 350-dən çox görüş keçirmişdir. Bu
dövrdə Heydər Əliyev müxtəlif ölkələrin neft məsələləri ilə məşğul olan rəsmi dövlət xadimləri ilə 60-
dan çox, xarici neft şirkətlərinin rəhbərləri ilə 200-dən çox görüşü olmuşdur.Onu da qeyd etmək
lazimdir ki, Heydər Əliyev bütün tədbir ve mərasimlərdə Azərbaycanın neft strategiyasını bəyan edir,
Xəzər neftinin hasilati və nəqli sahəsində ölkəmizdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs
edir. Bu görüşlərdən ən mühümlərini qeyd etmək yerinə düşərdi.1995-ci il aprelin 19-da Bakının
Gülüstan sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq neft
konsorsiumundakı payının 5 faizinin ABŞ-ın “Eksson” şirkətinə verilməsi haqqında sazişin
imzalanması mərasimi oldu. Sənədlərin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər
Əliyev, ABŞ energetika nazirinin birinci müavini Uilyam Uayt, Amerika Konqresinin üzvü Qreq
Laflin və onları müşaiət edən digər rəsmi şəxslər iştirak edirdilər. Əsrin müqaviləsinə görə müəyyən
edilmiş Azərbaycanın 20 faizlik payından 5 %-inin Eksson şirkətinə verilməsi barədə müqavilə
imzalanmışdır. Mərasimdə ABŞ energetika nazirinin birinci müavini Uilyam Uaytın çıxışı diqqət
çəkirdi:“Biz öz ölkəmizdə şirkətlərə geniş sərmayə qoymaqla neft hasilatını artırmaq siyasətini
aparırıq.Azərbaycan rəhbərliyinin də belə bir məqsədi vardır. Azərbaycan rəhbərliyi bu danışıqlar
zamanı onun nəticələrinin Azərbaycan üçün maksimum səmərəli olması və ölkədə neft hasilatının tez
bir zamanda artırılması yolunu tutmuşdur”.1995-ci il iyulun 11-də Bakının Gülüstan sarayında
Azərbaycanın payının 5% -nin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkətinə verilməsi haqqında
sazişin imzalanması mərasimi oldu. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev və
Türkiyə Respublikasının Baş naziri Tansu Çillər mərasimdə iştirak edirdilər. Heydər Əliyevin neft
strategiyasının vacib məqamlarından biridə xarici şirkətlərin Azərbaycanın gələcəyinə investisiya
qoyulmasına nail olmağ idi. Bu mərasimdə də qeyd edildiyi kimi neft hasilatına Türkiyənin
investisiya qoymasının vacibliyi vurğulanırdı.Ümummilli liderin səyləri nəticəsində 1995-2001- ci
illərdə Xəzərin Azərbaycan sektorundakı “Qarabağ” , “Şahdəniz” , “Dan ulduzu”, “ Əşrəfi”,
“Lənkəran-dəniz”, “Talış-dəniz”, “ Yalama” , “Samur” , “Abşeron”, “ Naxçıvan”,“Oğuz”, “Araz”,
“Alov”, “Şərq”, “İnam”, “Zəfər”, “Məşəl”, “Savalan” ,“Lerik-dəniz , “Cənub”, “Mişovdağ”,“Kəmaləd-
din” neft-qaz yataqları və strukturların birgə işlənməsi haqqında 30dən çox müqavilələr imzalanmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1728
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Heydər Əliyevin banisi olduğu bu mühüm strategiyanın uğurları sırasında Azərbaycan neft və
qazının dünya bazarlarına maneəsiz nəqlini qeyd edə bilərik.1996-ci il yanvarın 18-də Rusiya
Federasiyasının hökümət evində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və Rusiya
Federasiyasının baş naziri Viktor Çernomırdin Azərbaycanın “Azəri”, “Çiraq” və “Günəşli” dəniz
yataqlarından çıxarılacaq ilkin neftin Rusiya ərazisi vasitəsilə nəql edilməsi haqqında saziş
imzaladılar. Bu sazişə əsasən, Azərbaycan nefti Bakıdan başlayaraq Çeçenistanın Qroznı şəhərindən
keçib Rusiya ərazisi ilə Qara dəniz tərəfə uzanaraq Bakı-Mahaçqala-Qroznı xətti və Tengiz-
Novorossiysk marşrutu ilə birləşib Rusiyanın Novorossiysk limanına gedib çıxmalı idi. Lakin bu hələ
nəzərdə tutulan əsas işin başlanğıcı idi, əsas kəmər məsələsi isə hələ də açıq qalırdı. Təbii ki, Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində bu məsələlərdə öz həllini tapmağ üzrə idi. 1997-ci il noyabrın
12-də“Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlanması
münasibətilə təntənəli mərasim keçirildi. Həmin gün Xəzər dənizinin təkindən dünya bazarlarına ilk
Azərbaycan nefti axıdılmağa başlandı. Bu Heydər Əliyevin neft strategiyasının mühüm qələbəsi
idi.Xəzər neftinin Qərb istiqamətində nəql olunması üçün tikilmiş ikinci kəmər Baki-Supsa oldu.
Kəmərin təməli 1996-ci il martin 8-də Tbilisi şəhərində imzalanan hökümətlərarası sazişlə
qoyulmuşdur. Bu xəttin uzunluğu 830 km, layihə gücü ildə 5,1 milyon ton, dəyəri 565 milyon ABŞ
dollarıdır.1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün
Bakı-Supsa ixrac boru kəmərinin, Supsa yer üstü terminalının Varna-Poti-batumi-İliçovsk bərə
keçidinin rəsmi açılışına həsr edilmiş təntənəli mərasimlər keçirilmişdir.Xəzər dənizi regionunda
karbohidrogen istehsal edən ölkələrin mənafelərini və maraqlarını hərtərəfli qane edən Şərq-Qərb
dəhlizinin hər iki tərəfə tranzit yükdaşıma baxımından Transxəzər və Transqafqaz boru kəmərləri
sistemində müstəsna rolu olan Bakı-Supsa Qərb boru kəmərinin istismara verilməsi, eyni zamanda
1998ci il oktyabrın 29 da Azərbaycan,Gürcüstan,Qazaxıstan,Türkiyə və Özbəkistan prezidentlərinin
imza etdiyi Ankara bəyannaməsinin gerçəkləşməsi istiqamətində atılan yeni bir addım idi.
Azərbaycanın neft strategiyasının rallaşması və onun ehtiyatlarının dünya bazarlarına sərbəst və
maneəsiz çıxarılması üçün əlbətdə, bu iki kəmərin imkanları yetərli deyildir. Rusiyanın və İranın
təzyiqlərinə baxmayaraq , Heydər Əliyevin misilsiz xidmətləri sayəsində uzunluğu 1760 km, gücü ildə
50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə nail olundu.Bu həm də Azərbaycanın
qardaş ölkəyə böyük etimadı və dəstəyi idi.1999-cu il noyabrın 18-də İstanbulun “Çırağan sarayı”nda
Xam neftin Azərbaycan Respublikası,Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tblisi-
Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalandı.Bu layihəni
dəstəkləmək, Qazaxıstan neft həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ prezidenti Bill Klintonun
şahidliyi ilə Azərbaycan,Gürcüstan, Qazaxıstan və Türkiyə arasında “İstanbul bəyannaməsi”
imzalanmışdır. Bəyannamədə vurğulanırdı ki, bu kəmər Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və
Türkiyəni daha sıx birləşdirəcək, onların əməkdaşlığını daimi edəcək, dünya enerji bazarlarına sərbəst
çıxışı təmin edəcəklər.
Dünya enerji siyasətində və beynəlxalq münasibətlər sistemində Azərbaycanla bağlı yeni
prioritetlər, dövlətlərarası və beynəlxalq əlaqələrdə yeni istiqamətlər yaradılmışdır. Prezident Corc Buş
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə ünvanladığı 14 iyun 2001-ci il tarixi
məktubunda yazırdı: “Həyata keçirilən neft-qazlayihələrinin Azərbaycanı tezliklə güclü,sabit və
dinamik inkişaf edən iqtisadiyyata malik dövlət edəcəyinə qəti əminəm”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1729
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN NEFTİNIN İNKİŞAF TARİXİ (IX-XX əsrlərdə)
Şəms Rəcəb qızı ŞİRİNOVA
Sumqayıt Dövlət Universiteti
“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir...”
Heydər Əliyev
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir.
Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu
sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır.Bu imkanı reallığa çevirən isə Heydər
Əliyev dühasıdır.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri,
coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi
həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər) Bakının
neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. XIII-XIV əsrdə
yaşamış İtalyan səyyəhı Marko Polo Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman
diplomatı və səyyahı Adam Oleari Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi neft
mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi
illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş
daş üzərindəki yazı quyunun hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən
qazılıb istifadəyə verildiyi göstərilir.
İranlı mütəfəkkür Əmin Əhməd Razinin məlumatına görə XVI əsrin əvvəllərində Bakı
ətrafında 500-ə qədər neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də
"ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç
səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı
yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza
aparılmasını təsvir etmişdir. 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyuları hasil
edilmiş və 1920-ci ilə kimi davam etmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir.
1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma
prosesində soyuduculardan istifadə etdi.
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə
hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında
qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə
çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə
dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Təhkimçilik sisteminin
ləğv edilməsi ilə 1872-ci ildə manufaktura sənayesi fabrik zavod istehsalı mərhələsinə keçdi.
XIX əsrin 70-90-cı illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi sahibkarlıq erası
başlandı. Məhz həmin illərdə neft istehsalında sənaye çevrilişi baş verdi, adi üsulla qazılan
quyular, neftin sənaye üsulu ilə çıxarıldığı quyularla əvəz edildi.
1873-1880-ci illərdə Bakı neft sənayesi nə qədər tərəqqi etsə də, o bütün sahələrdə 1881-
1890-cı illər arasındakı inkişaf ilə müqayisə edilə bilməz. Xam və emal olunan neft hasilatı,
onun daxili bazara daşınması və xarici ticarət hətta 1883-cü ildə ağlagəlməz dərəcədə
artmışdı. Yerli sahibkarların və rusların narazılıqlarına baxmayaraq, xarici şirkətlər özlərini
göstərməkdə idi.
1888-ci ilə qədər neft mədənlərində, neft emalı müəssisələrində istehsalın, boru kəmərləri
sisteminin inkişafı, məhsul ixracatı haqqında məlumatlar sadəcə olaraq proqnoz və ayrı-ayrı
şəxslərin verdiyi hesablamalardan ibarət idi. 1889-cu ildə Neft İstehsalçıları Assosiasiyasının
statistika bürosu yaradıldı. Həmin ildən də neft sənayesinin durmadan inkişaf etməsini
statistik rəqəmlərdən izləyə bilərik. Eyni zamanda borunun göstəricilərinə nəzər salanda
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1730
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
neftçıxarma mərkəzinin tədricən Balaxanı və Sabunçunun qərb hissəsindən Ramanaya doğru
hərəkət etdiyini, Nobel qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana
mədənlərinin yüksək sürətlə irəlilədiyinin şahidi olarıq.
1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin
ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-
Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa
ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1920-ci ildə Azərbaycanda neft
sənayesinin milliləşdirilir və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrü
başlayır. 1947-ci dənizin 5-6 metr dərinliyində ilk estakadalar quruldu. Beləliklə, Xəzərin
genişmiqyaslı tədqiqinin, onun neft ehtiyatlarının istismarının bünövrəsi qoyuldu.
1949-cu il noyabrın 7-si Azərbaycanın neft tarixinə həmişəlik yazıldı. Bu dünya neft
tarixində də fövqəlada bir hadisə idi. Həmin gün dərinliyi 1000 metr olan 1 saylı quyu güclü
fontan vurdu. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki
“Qara daşlar” adı “Neft daşları” ilə əvəzləndi. Dünyada ilk dəfə olaraq polad dayaqlar
üzərində dəniz yolları- estakadalar quruldu, ümumi uzunluğu 300 kilometrə çatdırıldı.
Estakadalar “Neft daşları”nı qəsəbəyə cevirdi. “Neft daşları” na xas həyat tərzi, sosial-məişət
münasibətləri yarandı. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük
nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri
olmuşdur. Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin
mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər
nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastukturu yaranmışdır.
Azərbaycanda dəniz yataqlarının işlənməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini
təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri
zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-
kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 1994-cü il
sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi
müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi”
adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi
müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər
Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq
təzahürüdür. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması,
genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə
əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər
həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1731
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1941-1945-CI ILLƏR MÜHARIBƏSI ZAMANI MÜHACIR AZƏRBAYCAN
KOMITƏSININ YARANMASI VƏ AZƏRBAYCAN LEGIONLARININ
FƏALIYYƏTI AZƏRBAYCAN SOVET TARIXŞÜNASLIĞINDA
Şəfa MÜSLÜMOV
1941-1945-ci illər müharibəsi zamanı Berlində yaradılan və fəaliyyət göstərən Mühacir Azərbay-
can Komitəsi və azərbaycanlı legionların müharibədə iştirakı Azərbaycan sovet tarixşünaslığında
tədqiq edilməyən mövzulardandır. Sovet dövrünün sərt inzibati amirlik sistemi və kommunist
Partiyasının siyasi ideoloji konsepsiyasından kənara çıxa bilməyən tədqiqatçılar Azərbaycan sovet
tarixşünaslığında bu mövzuya toxuna bilməmişlər.Hitler ordusu tərəfindən SSRİ-yə qarşı vuruşmuş
azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti də həmçinin tədqiqat
sahəsindən kənarda qalmışdır. Hitlerin SSRİ-ni işğal edəcəyi halda Azərbaycana verəcəyi müstəqillik
vədinə inanan Mühacir Azərbaycan Komitəsinin və azərbaycanlı legionerlərin fəaliyyəti müstəqillik-
dən sonra daha geniş araşdırılmağa başlanılıb. Qeyd edək ki. Azərbaycan sovet tarixşünaslığında
mühacir həyatı yaşayan, İkinci Dünya Müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda mübarizə
üçün çalışan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M. Ə. Rəsulzadənin siyasi
fəaliyyəti birtərəfli qaydada araşdırılmış, bəzən də ayrı-ayrı müəlliflər onu hitlerçilərlə əməkdaşlıqda
ittiham edir, sosializmin düşməni kimi göstərirlər. M. Ə. Rəsulzadənin müharibə zamanı Hitler ilə
görüşərək azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanması, onların yəhudilərlə birlikdə soyqırıma
məruz qalmasından xilas edilməsi, müharibədən sonra azərbaycanlı legion üzvlərinin taleyinə biganə
qalmayaraq onlara dəstək olması və Azərbaycan həqiqətlərini dünyaya çatdırması kimi faktlara müasir
tarixşünaslığımızda daha çox rast gəlinir. Sovet Ordusunun zabiti olmuş Əbdürrəhman bəy
Fətəlibəylinin (Düdənginski) hitlerçilərlə əməkdaşlıq etməsi və Mühacir Azərbaycan Komitəsi
yaradaraq Azərbaycanın istiqlaliyyəti üçün mübarizəsi də müasir tarixşünaslığımızda ayrı - ayrı
müəlliflər tərəfindən yazılmış əsərlərdə və məqalələrdə rast gəlinir. Müasir tarixşünaslığımızda qeyd
olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə. Fətəlibəyli azərbaycanlı hərbi əsirlərdən ibarət
dəstələrin yaradılması üçün 1941-ci ilin avqustunda Hitlerə müraciət edib. Həmin ilin payızında
M.Ə.Rəsulzadə Almaniyanın Şərq Nazirliyi tərəfindən Berlinə dəvət olunur. Bununla bağlı aparılan
danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunmuşdur.
1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş "Siyasi tarix"
əsərində vurğulanılır ki, Hitlerin əmri ilə müsəlmanlardan təşkil olunmuş hərbi hissə Azərbaycan və
Şimali Qafqaz regionlarına bölünmüşdü. Burada xüsusi olaraq yazılır ki, M.Ə.Rəsulzadə müharibə
illərində hərbi əsirlər arasında azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların konslagerdən xilası
və azərbaycanlıların milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi (1., səh.72).
Mühacir Azərbaycan höküməti və milli legionlarımızın fəaliyyətinə tarix elmləri doktoru Tahir
Qafarovun 1993-cü ildə çap olunmuş məqaləsində daha geniş toxunulub. Müəllif yuxarıdakı əsərdən
fərqli olaraq göstərir ki, hərbi əsirlərin içərisindən yəhudilər kimi azərbaycanlılar da öldürülürdü.
Müsəlman əsirlərlə işi səmərəli qurmaq üçün Qüds müftisi Hacı Əmin Əl-Hüseyni Almaniyaya dəvət
olmuş, hətta I tank ordusunun komandanı general fon Makizen məsciddə namaz da qılmışdı. Sonra
məqalədə göstərilir ki, Geniqsberqin "Telzit" hərbi düşərgəsindən Azərbaycan türklərini və müsəlman
azərbaycanlıları seçib "Şelzi" hərbi düşərgəsinə apardılar. (2.,səh.3).
2014-cü ildə "Şərq" qəzetində nəşrə getmiş Mühacir Azərbaycan Komitəsinin fəaliyyəti və Ə.
Fətəlibəyli-Düdənginskinin sovet casusu tərəfindən qətli barədə son araşdırmalara toxunulub.
Məqalənin girişində qeyd olunur ki, Fətəli bəy Almaniyada Milli Birlik Məclisinin rəhbəri olmaqla
SSRİ üzərində qələbə qazanılacağı təqdirdə Azərbaycanın müstəqilliyinə nail olacağı göstərilmişdi.
Onun həyat yoluna qısa nəzər salınır, II Dünya Müharibəsində Azərbaycan legionuna başçılıq etməsi,
"Azadlıq" radiosunun Azərbaycan reaksiyasına və "Azərbaycan" jurnalına Ceyhun Hacıbəyli ilə
birlikdə baş redaktorluq etməsi göstərilib (3.,səh.11).
Mühacir Azərbaycan Komitəsinin və legionların fəaliyyətindən bəhs edərkən son dövrün
araşdırmalarına da toxunmaq yerinə düşər. Professor Cəmil Həsənlinin 2015-ci ildə işıq üzü görmüş
"II Dünya Müharibəsi illərində Azərbaycanın hərbi,siyasi və diplomatik münasibətlərdə (1939-1945)"
adlı əsərində daha çox rast gəlinir. Qeyd olunan əsər Azərbaycanın müharibədə iştirakını.,beynəlxalq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1732
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
vəziyyətini, Cənubi Azərbaycan məsələsini və Bakı neftinin əhəmiyyətinə aid fundamental
araşdırmadır. Əsərin VI fəsli müharibə illərində Azərbaycan mühacirətinin Almaniya ilə əlaqələrinə
aiddir."Üçüncü Reyxin Qafqaz mühacirlərini təşkilatlandırmaq cəhdləri" adlanan bölmədə müəllif
Almaniya hökümətinin Qafqaz və Azərbaycanla bağlı planlarından yazır, M.Ə.Rəsulzadənin Alman
hakim dairələri ilə Türkiyə vasitəsilə əlaqələrindən toxunur.burada vurğulanılır ki, 1941-ci ilin
payızında Türkiyədə yaşayan Azərbaycan mühacirləri sovet - alman müharibəsinin başlanması və
Almaniyanın qazandığı hərbi uğurların təsiri altında xeyli fəallaşmışdılar (4.,səh 273).
Tarixçi Nəsiman Yaqublu digər əsərlərində də Mühacir Hökümət və milli legionların fəaliyyətinə
toxunmuşdur.Onun 1998-ci ildə çap olunmuş “M.Ə.Rəsulzadə.Azərbaycan davası” əsərində Milli
Azərbaycan Komitəsinin və Azərbaycan legionunun yaranmasında F. Düdənginskinin fəaliyyəti
haqqında ümumi məlumat verilmişdir. Əsərdə M. Ə. Rəsulzadənin Ə. Fətəlibəyli-Düdənginskinin qətli
ilə bağlı etdiyi çıxış verilmiş, onun və legionların fəaliyyəti haqqında ümumi məlumat yer almışdır
(5.,səh.60).
N.Yaqublunun 2008-ci ildə nəşr olunmuş ”Əbdürrəhman Fətəlibəyli-Düdənginski” əsərinin ikinci
fəsli Azərbaycan legionunun təşkilində Ə. Fətəlibəylinin fəaliyyətinə və legionlara həsr olunub
(6.,səh.45). 2011-ci ildə Moskvada nəşr olunmuş “İkinci Dünya Müharibəsi 1939-1945.Vermaxtın
kazak hissələri və Şərq legionları” adlı hərbi-tarixi əsərdə Hitler ordusundakı legionlardan ümumi
məlumat verilmişdir.Burada Azərbaycan legionları haqqında yazan müəlliflər onların 806, 807, 817 və
818-ci taborlarda döyüşdüklərini bildirir və hərbi nişanlarını göstərir (7.,səh.7)
Document Outline - 08_1_Azərb dili
- 08_2_Azər ədəbiyyatı
- 08_3_Ingilis dili ve edebiyati
- 08_4_Turk dili ve edebiyati
- 09_1_pedaqogika_design
- 09_2_Psixologiya
- 10_ Tərcümə
- 11_Tarix_Huquq
- GTK4_Matriallar_Qapaq_2016.pdf
- 1: 1-ci Kitab
- 2: 2-ci Kitab
Dostları ilə paylaş: |