Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   181   182   183   184   185   186   187   188   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1696

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

However,  the  transition  to  a  sedentary  occupation  and  domestication  of  wild  plants  necessitated 

vessels of longer staying and durable for cooking. Though it is difficult to say exactly when and where 

the  formation  of  the  pottery  making  started,  there  are  some  evidence  of  proving    the  production  of 

pottery  locally  characterized  at  the  archaological  sites  along  the  Kura  River.  It  is  known  that  the 

Neolithic  people  discovered  the  use  clay  and  the clay  has  become  an  important factor in  their  lives. 

This clearly showed itself in building houses, storage bins and clay figurines. Simply, they adopted the 

idea  of  solid  and sustainable  clay  after  cooking  in  any  gained  accidental  experience  and the  tried  to 

solve what  more is required in their daily needs. This experience manifests itself in making pottery 

made of clay.  

Namely,  the  fact  that  the  Shomutepe  type  early  pottery  production  consists  of  coarse  ceramics 

with a large,  mineral content and without decorations supports our views. Afterwards, the addition of 

straw  and  other  tempers  that  might  have  improved  the  firing  process  was  based  on  the  experience 

gained by the local potters in the process of pottery making and using.  

While  comparing  Goytepe  ceramic  wares  with  the  pottery  of  Neolithic  archaeological  sites 

specified  as  Shomutepe  culture  along  the  Kura  Basin  and  the  sites  of  Karabakh,  Mil-Mughan    and 

Nakhchivan  new  information  and  interesting  facts  have  emerged.  Therefore,  the  study  of  Goytepe 

ceramic  wares  has  a  special  significance  in  terms  of    investigating    the  establishment  of  bilateral 

relations  on  the  basis  of  an  interchange  between  neighboring  regions,  and  as  a  result  of  this 

relationship preparation of ceramic production techniques and technologies, the formation of vessels 

form and decoration.  

 

 

QƏDİM TÜRK TAYFASI – KƏNGƏRLİLƏR 



 

İlqar HACIYEV 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 



ilgarhajiyev@yahoo.com 

AZƏRBACAN 

 

Azərbaycan  xalqının  formalaşmasında  iştirak  edən  tayfalardan  biri  Kəngərlilər  tayfasıdır. 



Kəngərlilər  türk  tayfası  olub  qədim  tarixə  malikdirlər.  Aral  və  Balxaş  gölləri  arasında  Çin 

mənbələrində  “Kənquşu”,  Avestada  “Xənqxoy”  adlandırılan  Kənq  adlı  dövlət  olmuş,  bu  dövlət  III 

əsrdə  hunlar  tərəfindən  işğal  edilmişdir.  Kəngərli  sözü  də  bu  zaman  yaranmışdır.  Güman  edilir  ki, 

Kəngərlilərin  bir  hissəsi  hunların  tərkibində    IV-V  əsrlərdə  Azərbaycan  ərazisinə  gəlmişlər.  Lakin 

tarixçi  alim  Mahmud  İsmayılov  Kəngərlilərin  miladdan  öncə  Azərbaycan  ərazisində  yaşadığını, 

Strabonun və Böyük Plininin əsərlərində bu fakta rast gəlindiyini bildirir, Dədə Qorqud dastanında da 

Kəngərli adına Kanqalı formasında rast gəlindiyini göstərir. 

Qədim Çin salnaməsində Kəngərli tayfası belə təsvir olunur: “Onlar o qədər igiddirlər ki, ölümə 

sevinclə gedirlər, onların hücumlarına heç bir düşmən tab gətirmir” 

Tarixçi-şair  Aqil  Kəngərli  Kəngərlilərin  6000  illik  tarixə  malik  olmasını,  adlarının  ilk  dəfə 

Şumerlərlə  bağlı  çəkilməsini,  bugün  fars  körfəsi  adlanan  körfəsin  uzun  əsrlər  Kəngər  körfəsi 

adlandırıldığını bildirir.  

Kəngərlilərin  Azərbaycan  ərazisində  geniş  miqyasda  yerləşməsini  IX-X  əsrlərdə,  Səlcuqların 

hakimiyyəti  zamanında  təsadüf  edənlərdən  də  var.  Onların  oğuzlarla    birlikdə  Qafqaza  böyük  köçü 

olduğu göstərilir. 

XI əsr Bizanslı müəllif Feofilakt Bolqarski kəngərlilər haqqında bəhs edərkən yazırdı: “Onların 

(kəngər  –  peçeneqlərin)  hücumu  ildırım  çaxması,  geri  çəkilmələri  eyni  zamanda  həm  ağır,  həm  də 

yüngül  idi…  Onlar  öz  çoxluqları  ilə  yaz  arılarını  ötüb  keçiblər,  indiyəcən  heç  kəs  bilməmişdir  ki, 

onların sayı minlərlədir, yoxsa on minlərlə, onların miqdarı saysız-hesabsızdır”. 

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Kəngərlilərin bu dövlətin ictimai, siyasi, mədəni 

həyatında fəal iştirak etməyə başladılar. Nadir şah Əfşarın ölümündən sonra Kəngərli tayfasından olan 

Heydərqulu  xan  1747-ci  ildə  özünü  xan  elan  etdi  və  Naxçıvan  xanlığının  əsasını  qoydu.  Xanlığın 

ərazisi  Zəngəzur  dağlarından  Araz  çayının  vadisinə  qədər  olan  torpaqları  əhatə  edirdi  və  İrəvan, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1697

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Qarabağ  və  Maku  xanlıqları  ilə  həmsərhəd  idi.  1763-cü  ildə  Heydərqulu  xanın  ölümündən  sonra 

hakimiyyətə Hacı xan Kəngərli gəldi. Onun hakimiyyət illərində Naxçıvan xanlığı xeyli zəiflədi.  

Xanlıqlar dövründə Kəngərlilərin bir hissəsi Naxçıvan ərazisindən Qarabağ ərazisinə köçürüldü. 

Ağdam, Tərtər rayonları ərazisində rast gəlinən Kəngərli toponimləri məhz Kəngərli tayfasının adı ilə 

bağlıdır. 

1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticəsində imzalanmış Türkmənçay  müqaviləsinə 

əsasən Naxçıvan xanlığı Rusiyanın tabeliyinə keçdi. Beləliklə, Kəngərlilər də Rusiyanın hakimiyyəti 

altına  düşdülər.  Lakin  onlar  1840-ci  ilə  qədər  “Naib”  titulunda  öz  vəzifələrində  qalmışlar.  Çar 

imperiyası zamanı onların bir hissəsinə Naxçıvanski soyadı verilmişdi. Bəzi kəngərlilər də məcburən 

baba adlarını soyad kimi qəbul etmişdilər. 

Çar  Rusiyası  zamanı  yerli  administrasiyanı  kəngərlilər  qədər  məşğul  edən  başqa  bir  tayfa 

olmamışdır. XIX  əsrin rəsmi  sənədlərində  “kenqerli”nin  digər  yazılış  formasına  –  “Kyanqerlı”ya  da 

rast  gəlinir  ki,  bu  da  Rusiya  Ordusunun  Əlahiddə  Qafqaz  Korpusu  sıralarında  1829-1856-cı  illərdə 

fəaliyyət göstərmiş və dəfələrlə döyüş meydanlarında şöhrət qazanmış “Kəngərli süvarisi” (“Konniça 

Kenqerli”)  adlanan  hərbi  birləşmə  ilə  əlaqədardır.  Bu  hərbi  birləşmə  eyni  adlı  tayfanın 

nümayəndələrindən  komplektləşdirilmişdir.  Tarixçi  alim  Kuznetsov  O.  Kəngərliləri  belə  təsvir  edir: 

”Kəngərlilər  XIX  əsrin  ikinci  rübü  ərzində  hərbi-idarə  və  tarixi-hüquqi  cəhətdən  elə  parlaq  və 

özünəməxsus  nadir  sosial  hadisədir  ki, onların  statusunun  müəyyənləşdirilməsi  və  sonrakı 

nizamlanması  məsələlərinə  imperator  I  Nikolay  da  daxil  olmaqla  o  zamankı  Rusiya  hakimiyyətinin 

aşağıdan yuxarıya bütün pillələri dəfələrlə müdaxilə etməli olmuşlar”. 

Qafqaz  Arxeoqrafiya  Komissiyasının  topladığı  Aktlarda  Kəngərlilər  ilk  dəfə  piyada  qoşunları 

generalı  İ.F.Paskeviçin  imperator  I  Nikolayın  adına  göndərdiyi  İxlaskar  raportunda  “Kəngərlilərin 

Naxçıvan  süvarisi”  (“Naxiçevanskaya  konniça  Kenqerli”)  kimi  xatırlanır.  Bu  raportda  Rusiya 

Ordusunun Əlahiddə Qafqaz Korpusunun türk qoşunlarına qarşı Saqanlıq dağ silsiləsində 15-17 iyun 

tarixlərindəki 3 günlük döyüşləri əksini tapıb. 

1829-cu  ildə  ümumkazak  alayı  tərkibində  Osmanlılara  qarşı  hərbi  əməliyyatlarda  Kəngərlilərin 

Qara  dəniz  kazakları  ilə  çiyin-çiyinə  iştirakı  sübut  edir  ki,  bu  tayfa  öz  sosial  mükəlləfiyyətinə  və 

vəziyyətinə  görə    Azərbaycanın  digər  əhalisi  arasında  xüsusi  yer  tutmuş,  həyat  tərzinə  və  hüquqi 

statusuna  görə  onlardan  fərqlənmişdi. Kəngərlilər  Azərbaycan  torpaqlarının Rusiya  imperiyasına 

birləşdirilməsindən  sonra  öz  hərbi  birləşmələri  ilə  Əlahiddə  Qafqaz  Korpusu  qoşunları  tərkibində 

daimi  əsaslarla  hərbi  qulluq  keçən  yeganə  icma  idilər. Tez-tez  Rusiya  əsgərlərinin  və  yaxud  Qafqaz 

kazaklarının  öhdəsindən  gələ  bilmədikləri  məsuliyyətli  və  xüsusi  tapşırıqları  məhz  onlar  yerinə 

yetirirdilər. 

Viktor  Qriqoryev  Naxçıvan  əyalətinin  statistik  təsviri”  kitabında  Kəngərliləri  belə  təsvir  edir: 

“Kəngərlilər  döyüşkən,  işgüzar,  uzun  müddət  aclığa  dözən  adamlardılar,  hərbçidirlər.  Qonaqpərvər, 

dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar. Çox 

məğrur və qürurludurlar”.  

1913-cü ildə “Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı”nda Kəngərli süvariləri belə xarakterizə 

olunur  : “Kəngərli  süvariləri  bütün  Şərqdə  cəsurluğu ilə şöhrət  qazanmışdılar.  Onlar  döyüşə  girərək 

ölümə  nifrət  əlaməti  olaraq  atlarının  boynuna  qırmızı  kaporlar  taxardılar  ki,  düşmən  tərəfindən  tez 

gözə çarpsınlar”.  

Kəngərli  nəsli  generalları  ilə  tanınır.  General  mayor  Ehsan  xan  Kəngərli  Kəngərli  tayfasının 

nümayəndələrindəndir. O, Naxçıvan xanı Kəlbalı xan Kəngərlinin oğludur. Ehsan xan Kəngərli 1826–

1828-ci  illər  Rusiya–İran  müharibəsi  zamanı  Abbasabad  qalası  qarnizonunun  hərbi  rəislərindən  biri 

olmuşdur.  Sonra  o,  rusların  tərəfinə  keçmiş  və  qalanın  alınmasında  onlara  kömək  etmişdir.  Tarixi 

mənbələrə əsasən,, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq 

etmişdir. O, Krım müharibəsində (1853–1956)  şücaətlə vuruşmuş, "Müqəddəs Georgi" ordeni ilə təltif 

edilmişdir.  Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.  Ehsan 

xan  Kəngərlinin  oğlu  Kəlbali  xan  Kəngərli  də  ordudakı  nümunəvi  xidmətinə  və  əla  komandirlik 

fəaliyyətinə  görə  1874-cü  ildə  general-mayor  kimi  yüksək  rütbəyə  layiq  görülmüşdür.  1877-78-ci 

illərdə  rus-türk  müharibəsinın  döyüşlərində  azərbaycanlılardan  ibarət  İrəvan  süvari  briqadasının 

komandiri  Kəlbalı  xan  böyük  şücaət  göstərmişdir.  Bu  müharibədə  qəhrəmanlığına  görə  brilyantla 

bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur.      


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1698

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

   Kəngərli  tayfasından  olan  generallardan  biri  də    İsmayıl  xan  Naxçıvanskidir.  O,1839-cu  ildə 

Tiflis  hərbi  gimnaziyasını  bitirmiş,  bir  il  sonra  poruçik  rütbəsi  almışdır.  Uzun  müddət  Qafqaz 

Əlahiddə Ordusunda xidmət etmişdir. O, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi 

sərkərdəlik  fəaliyyətinə  görə    süvari  qoşunu  general-mayoru  rütbəsinə  layiq  görülmüşdür.    Ordudan 

General-leytenant rütbəsində tərxis olunmuş İsmayıl xan Naxçıvanski Naxçıvana qayıtmış, vətənində 

abadlıq işləri ilə məşğul olmuş, 1908-ci ildə orada da vəfat etmişdir. 

İsmayıl xanın qardaşı oğlu Hüseyn xan Naxçıvanski Peterburqda Paj korpus məktəbini bitirmiş, 

Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olmuş, nümunəvi zabit kimi ali orden və 

medallara  layiq  görülmüşdür.  O,  Rus-yapon  müharibəsi  başlayana  qədər    İranın  “Şire-Xorşid” 

ordeninin  ikinci  və  dördüncü  dərəcəsi  ilə  (bahalı  almazla  bəzədilmiş),  zabitlərə  məxsus  “Rumın 

ulduzu”  ilə,  Avstriyanın  “Dəmir  xaç”,  ikinci  dərəcəli  “Stanislav”,  dördüncü  dərəcəli  “Muqəddəs 

Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş xidmətlərinə görə” ordenləri ilə təltif olunmuş, 

1903-cü ildə polkovnik rütbəsi almışdır.   Yaponlara qarşı döyüşlərdəki məharətinə görə, İsmayıl xan 

Naxçıvanski  qızıl  silah,  dördüncü  dərəcəli  “Müqəddəs  Georgi”,  bantlı  “Müqəddəs  Vladimir”  və 

“İgidliyə görə” ordenləri ilə təltif olunmuş, ona 1907-ci ildə general-mayor rütbəsi  verilmişdir. 

 Birinci dünya müharibəsi cəbhələrindəki fəaliyyətinə görə Hüseyn xan Naxçıvanskiyə 1916-cı il 

yanvarın iyirmi üçündə tam süvari qoşun generalı rütbəsi verilmişdi.      

Kəngərli  soyundan  olan  sonuncu  general  Cəmşid  xan  Naxçıvanskidir.    O,  1914-cü  ildə 

Ukraynadakı Yelizavetqrad qvardiya məktəbini bitirmiş, I dünya müharibəsi başlananda imperiyanın 

müsəlman  əhalisindən  təşkil  olunmuş  tatar  süvari  eskadronunun  komandiri  təyin  olunmuşdur.  O, 

“Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə 

təltif olunmuşdu.  Rumıniya və Avstriya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igidliyinə görə 

gümüş silahla, ikinci, üçüncü, dördüncü dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə 

mükafatlandırılmışdır. 

Cəmşid xan Naxçıvanski 1938-ci ildə, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın 

ikinci kurs rəisi  vəzifəsində işləyərkən həbs olunmuş və güllələnmişdır.   

1956-cı ildə Cəmşid xan Naxçıvanski tam bəraət aldı. Hal-hazırda Bakıda hərbi lisey və paytaxt 

küçələrindən  biri  Cəmşid  Naxçıvanskinin  adını  daşıyır,  onun  vətəni  Naxçıvanda  xatirə  muzeyi 

fəaliyyət göstərir.   

Filologiya elmlər doktoru, professor Əliyeva-Kəngərli G. bildirir ki, böyük şair Səməd Vurğunun 

mənsub olduğu Vəkilovlar nəsli də Qazaxda məskunlaşmış kəngərlilərdəndir. 

Azərbaycan  Respublikasının  Prezidentinin  qərarı  ilə  19  mart  2004-cü  il  tarixdə  «Naxçıvan 

Muxtar  Respublikasında  Kəngərli  rayonunun  yaradılması  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edildi.  Qədim  tarixə  malik  Kəngərli  tayfasının  adı  ilə  adlandırılan  Kəngərli  rayonu 

cənub və cənub-qərbdə İran, şimal-şərqdə Ermənistanla həmsərhəddir. Sahəsi 704,89 km

2

 əh. 29,9 min 



nəfərdir (01.01.2013). Mərkəzi Qıvraq qəsəbədir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Rayona Qıvraq 

qəsəbəsi  və  Qarabağlar,  Qabıllı,  Yurdçu,  Şahtaxtı,  Çalxanqala,  Xok,  Yeni  Kərki,  Böyükdüz, 

Təzəkənd, Xincab kəndləri daxildir. 

Beləliklə,  sonda  belə  nəticəyə  gəlinir  ki,    Kəngərlilər  qədim  türk  tayfası  olub,  Azərbaycan 

xalqının formalaşmasında, onun hərbi, siyasi, ictimai, mədəni həyatında mühüm rol oynamışlar. 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1699

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



ÜMUMMİLLİ  LİDER  HEYDƏR  ƏLİYEVİN                         

MÜSTƏQİLLİYİN  QORUNUB SAXLANILMASI                                                

VƏ  MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ  ROLU 

 

Nigar QAYBALIYEVA 

Bakı  Dövlət Universitetinin 



qaybalıyeva.nigar@mail.ru 

AZƏRBAYCAN 



 

“Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və 

bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq”                                                                                                                                 

                                                                                                                  Heydər Əliyev 

 

1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli 

proseslər, eyni zamanda ölkədəki faktiki hakimiyyətsizlik, hərcmərclik, cinayətkarlığın sürətlə artaraq 

dövlət  təsisatlarının  fəaliyyətinin  ciddi  şəkildə  aşınmasına  şərait  yaratması,  hüquq  sistemində  qeyri-

sağlam  mühitin  yaradılması,  ölkənin  müstəqilliyi  üçün  real  təhdidlərin  meydana  çıxması,  vətəndaş 

qarşıdurması  meyillərinin  güclənməsi  göstərdi  ki,  ölkəni  yaranmış  acınacaqlı  vəziyyətdən  yalnız 

Heydər  Əliyev  kimi  müdrik  və  uzaqgörən  şəxsiyyət  xilas  edə  bilər.  Ümummilli  lider  1993-cü  ildə 

xalqın  təkidli  çağırışına  cavab  verərək  hakimiyyət  sükanına  keçmiş,  ölkədə  ictimai-siyasi  sabitliyi, 

qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi 

islahatların,  əhalinin  mənafeyinə  xidmət  edən  qanunların  və  iqtisadi-siyasi  vəziyyəti  gücləndirən 

islahatların müəllifi olmuşdur. 

1993–cü  ildə  prezident  seçilmiş  Heydər  Əliyevin  and  içmə  mərasimində  söylədiyi  nitq  onun 

prezidentlik  dövrü  üçün  əsas  proqram  sənədi  oldu.  “And  içirəm  ki,  Azərbaycan  Respublikası 

Konstitusiyası  və  qanunlarının  həyata  keçirilməsinin  təminatçısı  olacaq,  milli  mənsubiyyətdən  asılı 

olmayaraq  Azərbaycan  vətəndaşlarının  hüquqlarının  və  azadlıqlarının  qorunmasının,  müdafiə 

edilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, 

Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacam. 

Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm”.  

H.Əliyevin uğurlu diplomatiyasi və milli ordunun yaradılması kimi tədbirlərindən xəbərdar olan 

ermənilər  və  onların  havadarları  Dağlıq  Qarabağ  münaqişəsinin  zorakı  vasitələrlə  həll  etmək 

cəhdlərinin perspektivsizliyini dərk etdilər və 1994–cü il mayın 12–də  Atəşkəsə nail olundu. Heydər 

Əliyevin  münaqişəni həll edərkən tutduğu mövqe ilk növbədə sülhə nail olmaq idi. Bu özünü bütün 

ölkələrin  dövlət  başçıları  ilə  görüşlərində  mühüm  mövzulardan  birincisi  kimi  göstərirdi.  Təsadüfi 

deyildir ki, Heydər Əliyev 1993-2000-ci illərdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ məsələsinin 

sülh yolu ilə həll edilməsi məsələsini ABŞ rəhbərliyi ilə 18, Rusiya ilə 28, Türkiyə ilə 78 dəfə əsaslı 

müzakirə etmiş, problemin həll edilməsi üçün mümkün variantlar araşdırmışdır. (4) 

Heydər  Əliyevin  respublikada  ictimai-siyasi  sabitliyin  qorunması  yolunda  atdığı  addımları 

nəticəsində  və  xarici  ölkələrlə  yaratdığı  isti  münasibət  beynəlxalq  aləmin  ölkəmizlə  geniş  strateji 

əlaqələr qurması ilə nəticələndi. İlk növbədə müstəqilliyini yenicə əldə etmiş, ciddi iqtisadi, siyasi və 

sosial böhran keçirən, neft-qaz yataqlarının istismarı, ümumiyyətlə iqtisadi inkişaf üçün heç bir daxili 

resursu  olmayan  Azərbaycan  üçün  hansı  sahəyə  yönəlməsindən  asılı  olmayaraq,  xarici  investisiya 

qoyuluşu  və  qabaqcıl  texnologiyaların  tətbiqi  hava  və  su  kimi  lazim  idi.  Hüquqi,  dünyəvi  dövlət 

yaratmaq  ilə  yanaşı  iqtisadi  islahatlar  aparmaq  və  bazar  iqtisadiyyatının  prinsiplərini  tətbiq  etmək  

dövlətimizi  xeyli  gücləndirdi.  20  sentyabr  1994-cü  ildə  Bakıda  “Gülüstan”  sarayında  Azərbaycan 

Dövlət  Neft  Şirkəti  ilə  xarici  neft  şirkətlərinin  konsorsiumu  arasında  müqavilə  imzalandı  (1,  12 

oktyabr 1999-cu il). 

ABŞ-ın  sabiq  prezidenti  Bill  Klintonun  1994-cü  il  sentyabrın  20-də  göndərdiyi  teleqramda 

deyilirdi: “Birləşmiş Ştatlar tarixdə bu tip sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. 

O,  bütün  tərəflər  üçün  mənfəətli  olacaq,  ölkələrimiz  arasında  artmaqda  olan  iqtisadi-ticarət 

əlaqələrinin  möhkəmlənməsinə  xidmət  edəcəkdir.”  Ümummilli  lider  Heydər  Əliyev  yaxşı  başa 

düşürdü ki, o dövrdə respublikanın real müstəqilliyi, eləcə  də onun bir çox dövlətçilik problemlərinin 

həlli,  o  cümlədən  Ermənistan-Azərbaycan,  Dağlıq    Qarabağ  münaqişəsinin  tənzimlənməsi  əsasən 

aparıcı Qərb dövlətlərinin, xüsusəndə ABŞ-ın səyi ilə reallaşa bilər. (3) 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1700

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Müstəqil  Azərbaycan  respublikasının  Konstitusiyasının  hazırlanması,  qəbul  edilməsi, 

konstitusion  quruluşun  yaradılması  böyük  uğur  idi.  12  noyabr  1995-ci  il  Konstitusiyası    müasir 

Azərbaycan dövlətinin, hüquqi dövlət quruculuğunun əsası oldu. 

 

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində 1998-ci il dekabrın 29-da yaradılmış hüquqi 



islahat  komissiyası  da  böyük  iş  görmüşdü.  Heydər  Əliyev  yalnız  qanunlar  qəbul  edilməsinə  deyil, 

onların  həyata  keçirilməsinə  də  xüsusi  qayğı  göstərirdi.  1998-ci  ildə  respublikada  ilk  dəfə  olaraq 

Konstitusiya  Məhkəməsi  yaradıldı.  Eyni  zamanda  “İnsan  hüquqlarının  müdafiəsinə  dair  Dövlət 

proqramı”  təsdiq  edilmiş  və  reallaşdırılmağa  başlamışdır.  1998-ci  ildə  “Məhkəmələr  və  hakimlər 

haqqında”  qanunun  qəbulu  ilə  başlanan  məhkəmə  sisteminin  yeni  əsaslarla  təşəkkülü  prosesinin 

birinci mərhələsi 2001-ci ilədək davam etmişdir. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq 

sistemində  köklü  dəyişikliklərə  səbəb  olmuş  mütərəqqi  qanunlar,  yeni  Mülki  və  Mülki  Prosessual, 

Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir

 

Hüquqi Dövlət yaratmaqla yanaşı insan hüquqlarının qorunması sahəsində islahatların aparılması 



Heydər  Əliyevin  diqqət  mərkəzində  olmuşdur.  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  22  fevral 

1998-ci il tarixli fərmanı əsasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət proqramı” hazırlanıb, 

1998-ci  il  iyunun  18-də  Prezidentin  sərəncamı  ilə  təsdiq  edildi.  Bu  proqram  təsdiq  edildikdən  sonra 

uğurla həyata keçirilməkdədir (2, 99-105). İnsan hüquqlarının qorunmasına dair atılmış ən əhəmiyyətli 

addım isə ölüm cəzasının ləğv edilməsi oldu. Azərbaycan MDB məkanında bu tarixi qərarı qəbul edən 

ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar. 

Hüquqi  islahatlarla  və  Beynəlxlaq  arenada  öz  sözünü  demiş  bir  dövlət  olaraq  1997  –ci  il 

Respublika  miqyasında  Respublikanın  inkişafı  üçün  iqtisadi  islahatlarda  aparıldı.  Xüsusilə 

Özəlləşdirmə  və  aqrar  islahatlara  başlanıldı.  1996-cı  il  iyulun  16-da  «Torpaq  islahatı  haqqında» 

mühüm  siyasi,  iqtisadi  və  sosial  əhəmiyyət  kəsb  edən  qanun  qəbul  edildi.(6,  85)    Kəndli  torpağın 

sahibinə çevrildi, sənayə müəssisələri fəaliyyətin bərpa etdirdi və yeni sənayə müəssisələri işə başladı, 

işsizlik azaldıldı. Beləliklə Respublikamızın dünya iqtisadi sisteminə inteqrasiyası başlandı.  

Heydər Əliyevin 1993-1998-ci il prezidentliyi dövründə atdığı uğurlu addımlar, sosial-iqtisadi və 

siyasi sferada Respublikanı intibaha aparan addımlar öz uğurlu səmərəsini verdi. Nəticədə 1998-ci il 

oktyabrın 11-də keçirilmiş prezident seçkilərində xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə 

Heydər Əliyev səslərin 76,1 faizini yenidən prezident seçildi. 

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin