AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti azərbaycanşÜnasliq



Yüklə 57.11 Kb.
PDF просмотр
tarix06.09.2017
ölçüsü57.11 Kb.

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

BAKI  SLAVYAN  UNİVERSİTETİ 

 

AZƏRBAYCANŞÜNASLIQ  

TƏDRİS - MƏDƏNİYYƏT MƏRKƏZİ  

 

 

 

 

SADİR MƏMMƏDOV 

 

 

 

 

XOCALI  SOYQIRIMI 

 

 

 

 

BSU Beynəlxalq münasibətlər və 

regionşünaslıq fakültəsi Elmi Şurasının 

02 aprel 2010-cu il tarixli qərarı ilə çapa 

tövsiyə olunmuşdur (protokol №36 ) 

 

 



 

 

 

 

 

BAKI – 2010 

 

2

 



 

Tərtib edən: 

hüquq elmləri namizədi, böyük elmi işçi         



Sadir Surxay oğlu Məmmədov 

 

Redaktor:     

filologiya elmləri namizədi, dosent 

Elşən Əlisa oğlu Şükürlü 

 

Rəyçilər: 

 tarix elmləri namizədi, dosent 



Şirinbəy Hacıəli oğlu Əliyev 

 

fəlsəfə elmləri namizədi, dosent 



Qalib Nəcmi oğlu Barxalov 

 

 

 

 



S.Məmmədov. Xocalı  soyqırımı. Bakı, “Kitab aləmi”, 2010. – 16 s. 

 

“Xocalı soyqırımı” adlı bu kitabça gənclərimizin və xarici qonaqların bu 

barədə məlumatlandırılması məqsədilə tərtib olunmuşdur. Bu məlumat kitabçası 

Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşmuş, ermənilərin 

azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görmüş polkovnik Sadir 

Məmmədov tərəfindən yazılmışdır. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu 

nəşrdə 26 fevral 1992-ci ildə  ərazisi 930 km

2

, 7000-dən artıq  əhalisi olan 

Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin 

vəhşicəsinə  qətlə yetirilməsindən, istintaq komissiyasının tibbi ekspertizasının 

rəylərindən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə  qətlə yetirilmiş 

insanların fotoşəkilləri də verilmişdir. 

 

 

 

4702060000 



 

АБ 003035 



 

023-10 


 

© Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè "Êèòàá àëÿìè" Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè — 2010 



 

3

 



XOCALI SOYQIRIMINI UNUTMA ! 

 

Hörmətli oxucu!  

Milliyyətindən, dilindən, dini mənsubiyyətindən və  əqidəsin-

dən asılı olmayaraq Sizə müraciət edirəm ! 

Dünyada dəhşətli bir erməni xaosu dolaşmaqdadır. Dünyanın 

müxtəlif ölkələrində  səpələnmiş halda yaşayan erməni kütləsi 

istənilən vaxt hər hansı millətə  və xalqa qarşı terror və başqa 

vasitələrlə soyqırımlar törədə bilirlər. Dünyaya ağalıq etmək 

iddiasında olan ermənilər 200 ildən artıq bir zaman kəsiyində bu 

xülya ilə yaşayaraq ayrı-ayrı dövrlər  ərzində saysız-hesabsız ter-

rorlar və soyqırımlar törədərək məqsədlərinə nail olmağa çalış-

mışlar. Heç vaxt Cənubi Qafqazda dövləti və dövlətçiliyi olmayan, 

qaraçı  həyat tərzi keçirən ermənilər himayədarlar taparaq onların 

sayəsində  əvvəlcə Azərbaycan  ərazisində  məskunlaşmış, sonra isə 

Rusiya imperiyasının köməyi ilə xalqımızı soyqırıma məruz qoya-

raq bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika 

yaratmışlar. Lakin bütün bunlara baxmayaraq onlar yenə də öz mən-

fur niyyətlərindən əl çəkməyib ardıcıl şəkildə Azərbaycana təcavüz 

edib soyqırımlar törədərək torpaqlarımızı  zəbt etmişlər. 

Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror və soyqırım-

ların biri də Azərbaycanın Xocalı şəhərində həyata keçirilmişdir. 

İlk dəfə bu dəhşətli faciəyə düzgün siyasi-hüquqi qiymət 

verən görkəmli dövlət xadimi, ümummilli lider Heydər  Əliyev 

olmuşdur. Bu amil özünü onun xalqa müraciətində daha aydın 

göstərir. Müraciətdə deyilir: 

«Əziz həmvətənlər! 

Hörmətli soydaşlar!  

Bu gün mən xalqımızın tarixində kədərli və faciəli bir səhifə 

olan Xocalı soyqırımı münasibətilə sizə müraciət edirəm. Bu qəddar 

və amansız soyqırımı aktı insanlığın tarixinə  ən dəhşətli kütləvi 

terror hadisələrindən biri kimi daxil olmuşdur». 


 

4

Həqiqətən də, tarixə nəzər salsaq görərik ki, Xocalı faciəsi iki 



yüz ilə yaxın bir müddətdə erməni  şovinist-millətçiləri tərəfindən 

azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik 

təmizləmə və soyqırımı siyasətinin  davamı və ən qanlı səhifəsidir. 

Bir sıra dövlətlərin hakim dairələri tərəfindən  himayə olunan bu 

mənfur siyasət Çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl 

davam etdirilmiş, SSRİ-nin süqutundan  sonra xalqımızın doğma 

torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi 

qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin 

və  sərsəm «Böyük Ermənistan» ideoloqlarının etnik təmizləmə  və  

soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan artıq 

azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.  

Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçı-

larının Dağlıq Qarabağda başladıqları  təcavüzkar  siyasət yüzlərlə  

kənd və  qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın 

qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən 

didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların 

ən dəhşətlisi olmuşdur. 

Müqayisəli təhlillər və real faktlar onu deməyə  əsas verir ki,  

öz miqyasına və dəhşətlərinə görə dünya tarixində  analoqu az olan 

Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları çox 

iyrənc məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı  və digər 

Azərbaycan torpaqlarını  ələ keçirmək, xalqımızın  müstəqillik və 

ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur 

düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azər-

baycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, 

mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soy-

qırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet 

hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruş-

muş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə 

şərəfli səhifələr yazmışlar.  

Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı 

soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri 

vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün  miqyası  və 


 

5

dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiy-



yətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına 

nail olmaq vəzifəsi durur.  

Bu prosesdə 2009-cu ilin fevralında  İslam Konfransı  təşkila-

tının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş 

əlaqələndiricisi Leyla xanım  Əliyevanın təşəbbüsü ilə  fəaliyyətə 

başlamış “Xocalıya  ədalət” kompaniyası ötən bir il ərzində  uğurla 

davam etmiş, bu aksiyaya dünyanın  əksər ölkələrində könüllülər 

qoşulmuşdur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətən-

daşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin  əsl bey-

nəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilat-

çılarının və icraçılarının layiqincə  cəzalandırılması bütövlükdə 

insanlığa qarşı yönəlmiş belə  qəddar aktların gələcəkdə  təkrarlan-

maması üçün mühüm şərtdir. 

Xocalı soyqırımının bəzi elementlərini məhkəmə araşdırmaları 

komissiyasının protokollarına əsasən nəzərinizə çatdırmağa çalışaq.  

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX 

yüzilliyin II yarısında Azərbaycan türklərinin tarixində  ən böyük 

faciələrdən biri – Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00-

da ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda 

Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan 

silahlı qruplar, muzdlu əsgərlər, özünü Artsax Xalq Ordusu 

adlandıran Dağlıq Qarabağın erməni birləşmələri və 366-cı rus 

hərbi alayı  iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfindən öndə 

olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı 

dəstələri,  Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar 

daha çox fəallıq göstərirdilər.  Əvvəlcə 366-cı alayın tanklarının 

köməyilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi 

ilə  şəhərdə olan əsgər qərargahları  və atəş mövqelərini məhv 

etmişdilər.  Şəhərin müdafiəçiləri səhərə  qədər düşmənə qarşı 

rəşadətlə döyüşmüşdülər. Onların bir neçəsi kamikadze şücaəti 

göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən 

texnikasına çırpmışdılar. Sonuncu müqavimət məntəqəsi səhər saat 

7-də susdurulmuşdur. Atışma zamanı Xocalıda yüzlərlə adam 


 

6

döyüşə-döyüşə  həlak olmuşdu. Ağdama tərəf müxtəlif istiqamət-



lərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri 

tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə 

məruz qalmışdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında 

gizlənmiş erməni  əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər. 

Ermənistan hərbi birləşmələri qətlə yetirdikləri insanların üzərində 

xüsusi  əməliyyat apararaq onların başlarının dərisini soymuş, 

müxtəlif  əzalarını  kəsmiş, körpə  uşaqların gözlərini çıxarmış, 

hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa 

basdırmış  və ya yandırmışlar.  Ermənilərin bu vəhşiliklərini  əks 

etdirən çoxsaylı sənədlərdən bir neçəsini verməklə kifayətlənirik. 

Tibbi ekspertizanın rəyçisi F.Əfəndiyevin təqdim etdiyi 

materiallar və faktlar istər-istəməz insanı  dəhşətə  gətirir. Eksper-

tizanın rəyində qeyd olunur ki, 1992-ci il fevral ayının 25-dən 26-na 

keçən gecə Xocalı  şəhərində erməni quldurları  tərəfindən tarixdə 

analoqu olmayan işgəncəli qətllər törədilmişdir. Daha sonra  qətlə 

yetirilən  şəxslərin xəsarətinin təhlili adlı bölmədə bildirilir:  Xocalı 

hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi 

müayinədən 181 meyid keçirilmişdir. Həmin meyidlərdən 130 

nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyidlərdən 13 

nəfəri azyaşlı  uşaq olmuşdur. Xəsarətlərin  əmələgəlmə mexaniz-

minə görə bölünməsi aşağıdakı qaydada olmuşdur: a) qəlpə təsirin-

dən – 20 nəfər; b) güllə təsirindən – 151 nəfər; c) küt alət təsirindən 

– 10 nəfər.  

Xəsarətlər yerləşdiyi nahiyəyə görə aşağıdakı kimi olmuşdur: 

a) baş nahiyəsi – 40; b) döş qəfəsi – 74; c) qarın nahiyəsi – 17; d) 

ətrafları – 11. 

Bununla yanaşı müayinə olunmuş meyidlərdən 3 nəfərində 

ətrafların donması, 33 nəfərində  işgəncə  əlamətləri, yəni başın 

dərisinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq 

qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu 

silahdan atəş açılması  əlamətləri aşkar edilmişdir. Eyni zamanda 

göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət 

üzvlərinin kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 


 

7

meyiddə isə konbinə olunmuş, yəni bədənin müxtəlif nahiyələrinin 



güllə yarası  və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş  xəsarətlər 

olmuşdur. Müayinə olunmuş meyidlərdən 13 nəfərində  bədənin 

bütün səthini  əhatə edən yanıq kömürləşmə  aşkar edilmişdir. Eyni 

zamanda müayinə edilən meyidlərdən 10 nəfərində güllə yarası ilə 

birlikdə onların üzərindən hərbi texnikanın keçməsi  əlaməti 

olmuşdur. 

Bəşəri duyğulara malik olan insanlar! Sizə yaxşı  bəllidir ki, 

dünyaya gələn hər bir kəsin yaşamağa haqqı vardır. Lakin erməni 

terrorçuları Allahın verdiyi bu haqqı onlardan almağa cəhd 

göstərərək azərbaycanlılara qarşı terroru davam etdirir və Xocalı 

şəhərinin minlərlə  əhalisini vəhşicəsinə  qətlə yetirdikləri kimi bu 

gün də  həmin bəşəriyyət  əleyhinə cinayət  əməllərini davam 

etdirirlər. Həmin cinayətkar  əməl sahibləri olan erməni kütləsi öz 

yalanlarını elə təbliğ edirlər ki, xarici ölkə vətəndaşları real vəziy-

yətdən xəbərdar olmadıqlarından çox zaman erməni iftiralarına 

inanmaq məcburiyyətində qalırlar. Bütün bunları  nəzərə alaraq  

hazırda Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə yaşayan soydaş-

larımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya 

çatdırılması, onun əsl soyqırımı aktı kimi  tanıdılması istiqamətində 

mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. 

Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu 

faciə müzakirəyə  çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu 

məsələyə cəlb edilir və XX əsrin ən dəhşətli faciələrindən biri rəsmi 

sənədlərlə, real faktlarla  dünya ictimaiyyətinə təqdim edilir.  

Bu kədərli gündə, yəni 26 fevral 1992-ci il tarixində 7000-dən 

artıq əhalisi olan Xocalı şəhərinin xəritədən silinməsinə nail olan bu 

quldur dəstəsinin anti-bəşəri  əməllərinə  gəlin göz yummayaq. 

Əksinə, bütün dünya ictimaiyyəti ilə birlikdə bu cür soyqırım 

əməllərinə görə erməni vandallarının beynəlxalq hüquqa əsasən 

məhkəmə qarşısında cavab vermələrinə nail olmaqdan ötrü 

səylərimizi birləşdirək.  Əgər belə olmazsa, təbii olaraq genlərində 

terror və soyqırım irsi xəstəliklərinin sinptomlarını daşıyan erməni 

kütləsi həmin bəd əməllərini yenə də davam etdirəcəklər. Hörmətli 


 

8

dünya ictimaiyyətinə üzümüzü tutub deyirik ki, belə bir həmrəylik 



yaranmasa, bir gün erməni terrorunun növbəti hədəfi sizin 

xalqlarınız ola bilər. 

Bu gün 26 fevral 2010-cu il tarixdə soyqırım faciəsinin 18-ci 

ildönümündə  Xocalı  şəhidlərinin (ölənlərin 613-nün,yəni tanınmaz 

hala salınan  meyitləri aşkar olunmuş, 1000-nəfərdən artıq adam 

itkin və girov düşmüşdür ki, onlar da ölmüş hesab olunur) əziz 

xatirəsini bir daha dərin hüznlə yad edir, onlara Allahdan rəhmət 

diləyir, həlak olanların yaxınlarını, doğmalarını,  bütün Azərbaycan 

xalqını bir daha əmin edirik ki, haqq-ədalət yerini tapacaq, Xocalı 

şəhidlərinin və qəhrəmanlarının  uğrunda  mübarizə apardığı ideya-

lar azad və müstəqil Azərbaycan Respublikasıda daim yaşayacaqdır. 

 

 



 

 

9

 



 

 

Xocalıda baş verən erməni terrorunun qurbanları 

 

 


 

10

 



 

 

 



 

 

 



 

Xocalıda kimyəvi silahların tətbiqinə  məruz qalmış azərbaycanlılar 

 

11

 



 

 

 



 

 

 



 

12

 



 

 

 



 

 

 



 

13

 



 

 


 

14

 



 

 

 



 

15

 



 

 

 



 

 

 



 

 

“ASALA” erməni terror təşkilatının törətdiyi cinayət 



 

16

 



 

 

 

 

SADİR MƏMMƏDOV 

 

 

XOCALI  SOYQIRIMI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



×àïà èìçàëàíûá: 16.06.10 

Ôîðìàò: 60õ84 1/16, Ñèôàðèø 023. Òèðàæ 100. 

 

 

Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè 



Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè 

«Êèòàá àëÿìè» Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè 



Öíâàí: Áàêû, Ñ.Ðöñòÿì 25. 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə