Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə75/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   71   72   73   74   75   76   77   78   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1148



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İsa Hüseynov (Muğanna) “İsahəq, Musahəq” romanını ilk variantında “Doğma və yad adamlar” 

adlandırmışdı. Əsərin birinci hissəsi “Anadil sirri”, ikinci hissəsi isə “Peyğəmbərin danası” adlanır.  

Əsərdə  millilik  Rəşidlə  Qara  Canbalayev  arasındaki  konfiliktin  məzmununda  özünü  göstərir. 

Avtobioqrafiq  elementlərin  üstünlük  təşkil  etdiyi  “İsahəq,  Musahəq”  romanında  milli  özünəqayıdış 

problemi bədii müstəvidə işlənmişdir. Roman gənc yazıçı Rəşidin dilindən nəql olunur. Yazıçı əsərdə 

Seyid  Əlinin  qızı  Nailəni  (Nalə)  gətirib  Rəşidin  anasına  tapşırması,  daha  sonra  Rəşidin  anasının 

rəhmətə  getməsi,  bacılığı  Naləni  itirməsi  əhvalatlarıyla  milli-mənəvi  yaddaşın  itirilməsi  səbəblərini 

oxucuya çatdırmaq istəyir. 

Müəllif  əsər  boyu  milli  özünəqayıdışın  əsas  atributlarından  olan  milli  kök,  dil  məsələlərini 

xüsusilə qabartmışdır. Müəllif milli özünəqayıdış probleminin müxtəlif tərəflərinə məhz təsvir etdiyi 

qəhrəmanların fəaliyyətilə işıq sala bilmişdir.  

Milli  özünəqayıdış  probleminin  fərqli  aspektlərini  özündə  əks  etdirən  “Yovşan  qağayılar” 

əsərində müəllif milli yaddaş, bütöv Azərbaycan, qaçqınlıq, milli mənliyin pozulması kimi problemləri 

təhlil müstəvisinə gətirmişdir.  

Milli  mənlik  şüuruna  qayıdış  zaman-zaman  xarici  qüvvələri  narahat  etmişdir.  Bu  səbəbdən  də 

onlar türkləşmək ideologiyasını, dövlət və millət müəyyənliyini inkar etməyə çalışmışlar. İstər xarici 

qüvvələrin, istərsə də daxili qüvvələrin törətdiyi hadisələri unutmaq olmaz. Müəllif keçmişi olmayanın 

gələcəyi olmaz qənaətini əsərin əsas xətti kimi inkişaf etdirərək, tərəqqi etmək üçün keçmişi bilməyin, 

onu həmişə xatırlamağın vacibliyini “Yovşan qağayılar” simvolu ilə oxucuya çatdırır.  

Tarixi  inkişaf  prosesinin  məhsulu  olan  milli  qürur  hissi  sosial  sarsıntılar,  inqilabi  dəyişikliklər, 

milli  mübarizə  motivlərində  özünü  göstərir.  Millət  və  xalqın  milli  özününəqayıdışının  simasını  əks 

etdirən  milli  qürur  hissi  tarixi inkişafın  müxtəlif  mərhələlərini  özündə  əks  etdirib,  varislik  prinsipinə 

əsaslanır. Kökə, torpağa bağlılıq, ondan ayrı səadəti arzulamamaq kimi fikirlər də, milli özünəqayıdışı 

şərtləndirir.  Qağayıların  sadaqəti,  insanlardan  etibarlı  olmaları,  ac  olsalar  belə  uçub  başqa  yerə 

getməmələri,  öz  vətənlərinin  zibilliyində  eşələnməyi,  başqa  diyarda  gözəl  yaşamaqdan  üstün 

tutmaqları müəllif tərəfindən əsər boyu izlənilən məsələlərdəndir.  

Folklor  qaynaqlarından  istifadə  müstəqillik  dövrü  Azərbaycan  nəsrində  də  geniş  yayılmışdır. 

Xalqımızın  qəhrəmanlığını,  birlik  ruhunu  ifadə  etdirmək  üçün  mətnarası  şifahi  xalq  ədəbiyyatı 

örnəklərindən istifadə  edilir.  “İsahəq,  Musahəq”, “Yovşan  qağayılar” romanlarında  da  bu  priyomdan 

istifadə edilərək, epik növün əfsanə, nağıl janrlarına müraciət edilmişdir.  

Nağıl,  əfsanə,  rəvayət  janrlarının  hər  birinin  özünəməxsus  xüsusiyyətləri  olmasına  baxmayaraq 

bu  janrların  hər  birinin  kökündə  real  hadisələr  durur.  Və  hər  bir  janrda  bu  reallıq  özünü  müxtəlif 

ampluada  büruzə  verir.  Bu  janrlar  məzmunca  insanın  həmin  dövrki  arzularını,  istəklərini,  gələcəyə 

ümidlərini  əks  etdirsələr  belə  realist  kökünü  saxlamağı  bacarır.  Birinci  romanda  “Anadil  əfsanəsi, 

ikinci  romanda  isə  “Nəhlət  daşı”  və  “Üç  qardaş”  nağıllarından  istifadə  olunmuşdur.  Müəlliflərin  bu 

janrlara müraciəti, bizcə, yuxarıda sadaladığımız səbəbdəndir. 

Hər  iki  əsərdə  milli  özünüdərk  və  özünəqayıdış  problemi  ideya  və  qayə  olaraq  geniş  planda  öz 

inikas və təcəssümünü tapmışdır. Milli özünəqayıdışı şərtləndirən dil və din, mental və yaddaş, əxlaqi 

dəyərlər  danışdığımız  əsərlərin  əsas  qayəsini  təşkil  edir.  Bu,  nəsrdə  milli  özünüdərkin,  etnik  şüur 

intibahının bədii ifadəsidir. 

 

 

NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”NDƏ                    

MƏNƏVİYYAT MƏSƏLƏLƏRİ

 

 



Vüsalə ZEYNALOVA 

AMEA Şərqşunaslıq institutu 



vusalaazizova@mail.ru

 

AZƏRBAYCAN 

 

Nizami  Gəncəvi  Azərbaycan  xalqının  bəşəriyyətə  bəxş  etdiyi  dahi  şəxsiyyətlərdən  biridir.  O, 



humanist  mütəfəkkir,  şair kimi  şöhrət  qazanmışdır.  Səkkiz  yüz  ildən  artıqdır  ki,  əsərləri  dünya  bədii 

söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətinin cəlb edir.Nizami əsərlərində qaldırdığı bəşəri 

ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1149



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dahi şairimiz bütün bəşəriyyətə mənsub sənətkardır. Onun öz əsərlərində tərənnüm etdiyi, poetik 

zirvələrə  ucaltdığı  müqəddəs  arzu  və  amallar,  insanpərvərlik,  əsl  humanism  ideyaları  hər  bir  şüurlu 

bəşər oğluna xas olan nəcib hislərdir.Ona görə də dünya mədəniyyəti yaşadıqca Nizami də yaşayacaqdır.  

Dahi  sənətkarımızı  əbədiyyat  göylərində  pərvazlandıran,  ona  ölməzlik  gətirən,  onu  sənət 

dünyasında ilahiləşdirən şairin poemaları – “Xəmsə”sidir. 

Bu ad altında birləşən əsərlər Nizami yaradıcılığının təsir dairəsini daha da genişləndirir və onu 

ədəbi məktəb səviyyəsinə yüksəldir. 

Xəmsə toplusuna daxil olan ilk poema “Sirlər xəzinəsi”dir. Bu əsər adından da göründüyü kimi, 

zahirən  Nizamiyə  qədər  Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  geniş  yayılan  didaktik  əsərlər  silsiləsinə 

daxildir.  Dahi  Azərbycan  şairi  N.Gəncəvinin  öz  ilk  poemasını  Sənai  Qəznəvinin  “Hədiqətül-həqiqə” 

əsərinə  nəzirə  kimi  yazması  təsadüfi  deyildir.  Bu,  Nozaminin  özündən  əvvəlki  humanist  şeirin 

nailiyyətləri ilə hesablaşması, ona biganə qalmaması ilə izah edilməlidir. 

“Sirlər  xəzinəsi”ni,  sözün  həqiqi  mənasında,  Nizaminin  yaradıcılıq  manifesti  adlandırmaq  olar. 

Bu  poema  Nizami  ”Xəmsə”sinin  digər  poemalarından  öz  daxili  quruluşuna,  kompozisiyasına  görə 

xeyli fərqlidir. Onu şairin digər poemaları ilə həmahəng edən vahid ideya və bədii məntiqdir. Həmin 

ideya,  qayə  və  məqsəd  Nizaminin  bütün  yaradıcılığının  ana  xətti  olan  dərin  humanizm  nəzəriyyəsi-

insansevərlik təlimidir. 

Bununla  birlikdə  ”Xosrov  və  Şirin”,  ”Leyli  və  Məcnun”,  ”Yeddi  gözəl”,  ”İskəndərnamə” 

poemalarında şairin etik, estetik, ictimai ideyaları, bədii surətlər, əlvan həyat lövhələri tipikləşdirilmiş 

şərait vasitəsilə açılırsa, ”Sirlər xəzinəsi”ndə bu təlim və mətləb didaktik şəkildə, öyüd-nəsihət yolu ilə 

ifadə  olunur.  Şairin  əsas  məqsədi  oxucuları  əxlaqi  cəhətdən  tərbiyə  etmək,  onlara  həyat  kamilliyi, 

alicənablıq, həssaslıq, maddi nemətlər yaradanlara ehtiram, məhəbbət və ədalət hisləri aşılamaqdır. 

Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda. 

Ülviyyətə çatmağa göstər həvəs həyatda. 

 

 



 

(”Sirlər xəzinəsi”ndə on dördüncü söhbət) 

KOmpozisiya və tematik baxımdan müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalət və 

bu  məqalətləri  epic  lğvhələrlə  əks  etdirən  20  hekayətdən  ibarət  olan  poemanın  başlanğıcında  şair 

tövhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərlərdən söhbət açır, islam dini ehkamları 

çərçivəsində  onları  tərifləyir.  Zəmanəsindən  son  dərəcə  narazı  olan  şair  Allaha  və  peyğəmbərə  də 

böyük  ideyallar  naminə  müraciət  edir,  qədim  düzlük  və  doğruluq,  təmizlik  dövrünün,  islamın  ilk 

illərinin həyatını qaytarmağa çağırır: 

 

Kim ki sevir zülməti, nurdan sən et, 



Kim ki sevir cövhər, ərəzdən gen get... 

Zülm oduna tezcə su tök bir görək

Torpağın altında qoy itsin külək... 

(“Sirlər xəzinəsi” - Minacat) 

 

Öz  fikir  və  düşüncələrini,  ideyalar  aləmini  bədii  sözün  qüdrəti  ilə  geniş  təbliğ  etmək,  “mənəm-



mənəm”  deyən  qoluzorlu  hökmdarlara  ibrət  dərsi  vermək  istəyən  şair  ”Söhbətlər”  adlandırdığı 

ibrətamiz,  hikmətli  hekayətlərində  real  məişət  səhnələrini  təsvir  edir,  rəncbərlər,  peşəkarlar,  şahlar, 

sultanlar  surətləri  yaradır.  Şairin  ekayətlərində  təkcə  Azərbaycanın  deyil,  əksər  Yaxın  və  Orta  Şərq 

xalqlarının da təbiəti, həyat tərzi, adət-ənənələri parlaq şəkildə əks etdirilir. 

Şair ”Sirlər xəzinəsi”ndə göstərirdi ki, nəfsani hissiyyata – hərisliyə, acgözlüyə, şəhvətə, maddi 

nemətlərə pərəstişə, hakimiyyət və var-dövlət düşkünlüyünə ağıl gücü ilə qalib gələn, onların əvəzinə 

ürəkdə  alicənablıq,  yüksək  niyyətlər,  xeyirxahlıq  kimi  nəcib  sifətlər  bəsləməyə  qadir  olan  insan  öz 

mənəviyyatı  ilə  peyğəmbər  rütbəsinə  ucalar.İnsan  öz  canını  əziyyətə  qatlaşdırıb  öz  hissiyyatını 

tərbiyələndirsə, mələkləri ötüb keçər, mənəviyyat göylərinin yeddinci qatına yüksələr. 

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Nizami  oxuculara  aşılamaq  istədiyi  tövsiyələrə  özü 

müntəzəm  surətdə  əməl  edirmiş.  O,  daima  özünə  əziyyət  verir,  az  yeyib,  az  yatır,  bütün  vaxtını 

yaratdığı əməyə sərf edirmiş ki, onun iradəsi, ağlı cismani tələblərə tam hakim olsun.  

Nizaminin bu təlimi sonralar Avropa ədəbiyyatında da təbliğ olunmağa başladı. Bunu isbat etmək 

üçün Çerneşevskinin ”Nə etməli?” romanındakı əsas qəhrəmanlardan birini – Raxmetovu yada salmaq 

kifayətdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1150



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nizaminin əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq da mühüm cəhətlərdən biri 

kimi  nəzərə  çarpır.  Şair  dönə-dönə  qeyd  etmişdir  ki,  adam  adama  gərək  olur.  Dostu,  yoldaşı  olmaq 

insanı  fərəhləndirir,  dostsuz,  yoldaşsız  keçinmək,  bəşər  cəmiyyətindən  uzaq  düşmək  adamı  yazıq 

vəziyyətinə  salır.  Onun  fikrincə  ikiüzlü,  yalançı  dost  düşməndən  daha  qorxuludur.  Belələrindən  nə 

qədər uzaq olsan, o qədər faydalıdır. 

Şairin qənaətinə görə, doğruluq, düzlük, sədaqət və namusluluq yüksək əxlaqın, həqiqi insanlığın 

ilkin əlamətlərindəndir. Nizami lovğalığı, özünü öyməyi, boşboğazlığı tənqid edir, adamları səmimi və 

mərd olmağa, sədaqətli və təvazökarlığa, çox eşidib, az danışmağa, düşünərək danışmağa çağırırdı. O 

deyirdi  ki,  hər  sözü  düşünüb  danışsan,  heç  vaxt  xəcalət  çəkməzsən.  Elə  hərəkət  et  ki,  səhvlərinin 

üzrünü istəməyə məcbur olmayasan. 

Poemada  həmçinin,  təlim-tərbiyə  məsələləri  də  xüsusi  yer  tutur.  İnsan  ləyaqətinin  qızılla,  var-

dövlət  və  nəcabətlə  ölçüldüyü  orta  əsr  səltənətində  Nİzami  cəsarətli  addım  ataraq  şəxsiyyətin 

mahiyyəti  haqqında  kök  salmış  mürtəce  baxışlara  sarsıdıcı  zərbə  endirmiş,  ağlı,  biliyi,  elmi, 

düşüncəni, tərbiyə və təlimi yüksək qiymətləndirmişdir. 

Əməyə  və  əmək  admlarına  dərin  məhəbbət  Nizami  yaradıcılığını  səciyyələndirən  əsas 

keyfiyyətlərdəndir.  Şair  başqa  əsərlərində  olduğu  kimi  ”Sirlər  xəzinəsi”ndə  də  bu  mövzuya  xüsusi 

diqqət yetirir. “Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” hekayələrində Nizami öz fədakar 

zəhməti  ilə  ruzi  qazanan,  zəhmət  çəkməyi  özünə  borc  bilən  sadə  adamların  heyranedici  surətini 

yaradır. 

Zəhmət fəryad deyildir, bir şahlıqdır insana, 

Zəhmətinin axırı rahatlıqdır insana. 

Düşünmə ki, qəsdinə durub haçandır fələk, 

Qapılar bağlasa da, qapı açandır fələk. 

(“Sirlər xəzinəsi” – altıncı söhbət) 

Beləliklə,  Nizaminin  təliminə  görə,  ideal,  yetgin  cəmiyyət,  mənəviyyata  qulluq  edən  həyat 

quruluşu  yalnız  o  zaman  bərpa  oluna  bilər  ki,  cəmiyyətin  bütün  üzvləri  birinci  növbədə,  hakim 

dairələr, öz bioloji instinklərini tərbiyələndirib, bütün qüvvələrini faydalı əməllərə sərf etsinlər. 

 

 

SABIR AZƏRININ ƏDƏBI-ESTETIK ZÖVQÜNÜN FORMALAŞMASINDA 



İSA HÜSEYNOV VƏ İSMAYIL ŞIXLI FENOMENININ ROLU 

 

Gülşanə XUDIYEVA 

ADU 


email_me@mail.ru

 

AZƏRBAYCAN 



 

Sabir  Azərinin  ədəbi  zövqünün  formalaşmasında  İsa  Hüseynov  və  İsmayıl  Şıxlı  kimi  ustad 

sənətkarların yaradıcılığının xüsusi rolu olmuşdur. Müsahibələrinin birində yazıçı özü də ədəbiyyatda 

öz sözünü deməyə çalışdığı ilk dönəmlərdə İsa Hüseynovun yaradıcılığının və İsmayıl Şıxlının “Dəli 

Kür” romanının onun ədəbi zövqünün formalaşmağında böyük rolu olduğunu vurğulayır. 

Sabir  Azərinin  hər  iki  ustad  sənətkardan  əxz  etdirdiyi  sənətkarlıq  sirlərindən  birincisi  gərək  ki 

qələmin səmimiliyi olmalıdır. Reallıq, həyat həqiqətlərini təhrif etmədən qələmə almaq, milli mənəvi 

dəyərlərimizə, milli kimliyə bağlılıq, insana, onun qələbəsinə inam, təbiətə sevgi, dilin sadəliyi və s. 

xüsusiyyətlər də bu sırada sadalanmalıdır. 

Yazıçı  Sabir  Azərinin  həm  İsa  Hüseynov,  həm  də  İsmayıl  Şıxlı  fenomeni  haqda  maraqlı 

məqalələri də vardır. Bu məqalələrində o, ustad sənətkarların yaradıcılıq məziyyətlərindən geniş bəhs 

etmişdir.  “Qısa  yolun  intəhasızlığı”  adlı  məqaləsində  S.Azəri  İ.Şıxlının  iki  cildlik  seçilmiş 

əsərlərindənsöz açmışdır. Maraqlıdır ki, müəllifin İ.Şıxlı sənəti barədə bildirdiyi müsbət fikirlər onun 

öz əsərlərinə də şamil oluna bilər. Məsələn, “İnsana inam! İnsanın son nəticədə nəinki ətraf mühitdəki, 

hətta öz daxilindəki əks qüvvəyə qəlib gələcəyinə inam!” S.Azəri İ.Şıxlı yaradıcılığının ideya-estetik 

platformasını şərh edərkən bu sözləri yazmışdır. Bu fikirlər yazıçının öz yaradıcılığının da əsas ideya 

istiqamətini  əks  etdirir.  Onun  “Günəşə  sarı  gedəndə”,  “Bozdağın  nağılı”  povestləri,  “Sonsuzluq” 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1151



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

romanı və s. kimi əsərləri insana və onun daxilindəki müsbət başlanğıcın qələbəsinə inamın təntənəsi 

üzərində qurulub. 

“Uzaq  səfərlər  səyyahı”  məqaləsində  S.Azəri  İ.Hüseynovun  sənət  dünyası  haqqında  belə  qeyd 

edir:  “İsa  Hüseynov  bizim  ədəbiyyata  yeni  təhkiyə,  dəqiq  psixologizm,  detallarda  və  təsvirlərdə 

lakoniklik  gətirdi.  O,  insan  psixologiyasının,  yazıçı  qayəsinin  açılışına  xidmət  göstərməyən  hər  şeyi 

kənara atdı.” Müsahibələrinin birində isə S.Azəri həm özünün, həm də bütövlükdə altmışıncılar ədəbi 

nəslinin İsa Hüseynov nəsrinin təsiri altında olduğunu əminliklə bildirmişdi. 

İ.Hüseynov və S.Azəri yaradıcılığı üçün ən bariz ortaq cəhətlərdən biri məhz təbiətə bağlılıqdır. 

Təbiətə  sevgi  hər  iki  yazıçının  sənət  dünyasının,  ədəbi  zövqünün  təməlində  dayanır.  Bu  sənətkarlar 

ana  təbiətin  timsalında  öz  humanist  duyğularını,  ideala  inamlarını,  cəmiyyətdə  görmək  istədikləri 

müsbət  dəyərləri  əks  etdirmişlər.  Sabir  Azərinin  “Gecə  məşəl  yanır”  povestində  meşədəki  ağacların 

məhv edilməsinə qarşı çarəsiz qalan Alı kişi İsa Hüseynovun “Zəhər” hekayinin qəhrəmanı meşəbəyi 

Mirqasım obrazını xatırladır. Hər iki halda meşə məhz dövlət tərəfindən (neft quyusu qazmaq və ya su 

bəndi tikmək məqsədi ilə) məhv edilir. Meşəbəyi isə illərlə sərf etdiyi əməyə həm dövlət səviyyəsində, 

həm də cəmiyyətin özündə dəyər verilmədiyi həqiqəti ilə üz-üzə qalır. Mirqasımın kədəri göy ürgənin 

öldürülməsi ilə, Alı kişinin kədəri isə Səlimənin onları tərk etməsi ilə tamamlanır. 

 Ana  təbiətin  məhvinə  qarşı  üsyankar  yazıçı  mövqeyini  İsa  Hüseynovun  “Faciə”  povestində  də 

görmək mümkündür. Burada meşədəki ağacların kütləvi şəkildə qırılması acı bir fakt kimi qabardılır 

və  meşədəki  kötüklər  vasitəsilə  bir  sıra  mühüm  “sirlər”  yazıçı  mövqeyində  aydınlıq  tapır.  Povestdə 

meşə yüksək əxlaqi dəyərlərin, müsbət idealların simvolu kimi təcəssüm olunur. Ən əsası isə, hər iki 

yazıçı  təbiətə  münasibəti  milli  kimliyə  münasibətlə  eyniləşdirir  və  təbiətə  qənim  kəsilənləri  millət, 

mənəvi  yaddaş  düşmənləri  kimi  pisləyirlər.  “Faciə”  povestinin  qəhrəmanı  Zəlimxanın  bu  cür 

düşmənlərə qarşı mübarizəsi Sabir Azərinin “Bozdağın nağılı” povestindəki Lüt İsa, Kamandar kimi 

obrazları  xatırladır.  Öz  romantik  idealı  ilə  bu  qəhrəmanlar  təbiət  və  milli  mənəvi  yaddaş 

təəssübkeşləridir. Onların antipodu olan torba şinel Kərəm (“Faciə”), Qırp Musa (“Bozdağın nağılı”) 

və s. kimi obrazların təmsil etdiyi şər qüvvənin kökü isə uzaq keçmişlə əlaqələndirilir. Bu fikir hər iki 

yazıçının müxtəlif əsərlərində əks olunur. “...bu müəllim isə Nizaminin hekayəsinin adını çəkə-çəkə 

iddia  edirdi  ki,  “buynuzlu  İsgəndər”  ölməyib,  bu  gün  də  yaşayır,  qiyafəsini  dəyişdirib,  yenə  də  baş 

kəsməklə məşğuldur.” Bu fikirlər İ.Hüseynovun “Faciə” povestindəndir. Sabir Azərinin “Sonsuzluq” 

romanında  da  “İsgəndərin  ölməyib  qiyafə  dəyişdirməsi”  fikri  əks  olunur.  Bu  kimi  paralelliklərin 

siyahısını uzatmaq da mümkündür. 

Sabir Azərinin “Duman çəkilir” povesti ilə İsmayıl Şıxlının “Dəli Kür” romanının arasında ciddi 

ideya-məzmun  yaxınlığı  olduğunu  vurğulamaq  lazımdır.  Hər  iki  əsərdə  milli  kimlik  problemi, 

müstəmləkəyə  çevrilən  torpaqlarımızda  işğalçı  imperialistlərin  buraxdığı  dərin  yaralar  əks  olunur. 

“Dəli  Kür”  romanının  və  “Duman  çkilir”  povestinin  baş  qəhrəmanları  Cahandar  ağa  vəCəlil  bəy 

obrazları  milli  psixologiyanın  daşıyıcıları  olduğundan  onların  düşüncələri  və  həyat  hadisələrinə 

münasibətləri  də  bir-biri  ilə  səsləşir.  Hər  iki  qəhrəman  el-obanın  təəssübünü  çəkir,  torpaq  və  namus 

anlayışlarını bərabər tuturlar.  

Qəhrəmanların  ortaq  cəhətlərindən  biri  də  onların  bəy,  ağa  psixologiyasından  irəli  gələn 

xüsusiyyətləridir:  hər  iki  obraz  kəndlilərə  humanist  və  qayğıkeş  münasibət  bəsləsə  də  bəzən  onlara 

münasibətlərində  ayrıseçkilik,  sərtlik  də  hiss  olunur.  Cahandar  ağa  kasıb  gəmiçi  Qoca  dayı  ilə 

qohumluğu özünə yaraşdırmayıb qeyzlənir. Cəlil bəy isə qapısına gələn qonağın qızına baxdığına görə 

naxırçısının oğlu Səməndəri təhqir edir.  

Hər  iki  əsərdə  at  folklor  təfəkküründən  irəli  gələn  motiv  kimi  diqqət  çəkir  və  qəhrəmanların 

namus simvolu kimi dəyər verdikləri atı öz əlləri ilə öldürməsi təsirli səhnələrdəndir.  

Lakin Sabir Azəri özünün “Duman çəkilir” povestini qələmə alarkən “Dəli Kür” romanından nə 

qədər  təsirlənsə  də,  təkrarçılığa  yol  verməməyə  və  yaradıcılığının  özünəməxsusluğunu  qorumağa 

çalışmışdır.  Cəlil  bəy  və  Cahandar  ağa  obrazlarının  diqqət  çəkən  fərqlərindən  biri  birincinin 

müqayisədə  daha  mülayim,  humanist  olmasıdır.  Bu  həm  ailə  daxili  münasibətlərdə,  həm  də  kənd 

camaatı  ilə  ünsiyyətdə  hiss  olunur,  Cəlil  bəy  sovet  hökumətinə  qarşı  vuruşmur  və  hətta  kolxozun 

quruculuq işlərində də iştirak etməyə razı olur. “Duman çəkilir” povestində yazıçı problemi daha da 

aydın  şəkildə  qoymağa  çalışır  və  düz  hədəfə  nişan  alır.  Müsahibələrin  birində  S.  Azəri  bu  əsərlər 

haqqında belə bildirmişdir: “ “Dəli Kür” böyük sənət əsəridir. Amma Cahandar ağa obrazını yaratmaq 

Cəlil bəy obrazını yaratmaqdan asan idi. Ona görə ki, Cahandar ağa XIX  əsrdə yaşamışdı, Cəlil bəy 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1152



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

isə  bizim  müasirimiz  idi.  Rejimin  vurub-tutan  çağında  yaşayırdı.”  (43)  Sabir  Azəri  sovet  dövründə 

bəylərin  sosial-sinfi  mübarizə  prinsipindən  qaniçən  mülkədar  kimi  təqdim  və  təlqin  olunmasının 

qarşısını  almağa  çalışmışdır.  Bu  cəhət,  ümumiyyətlə,  milli-mənəvi  dəyərlərə  bağlılıq,  milli 

özünüdərkin inikası Sabir Azəri yaradıcılığını İsmayıl Şıxlı ədəbi irsi ilə yaxınlaşdırır. 

Yuxarıda  nümunə  gətirilən  fikirlər,  müqayisəli  təhlillər  Sabir  Azəri  qələminin  daha  çox  İsa 

Hüseynov və İsmayıl Şıxlı yaradıcılığından təsirləndiyini əks etdirir. 

 

 



SARA OĞUZ NƏZİROVANIN ƏSƏRLƏRİNDƏ  

QADIN PORTRETLƏRİ 

 

Şövkət İSMAYILOVA 

Qafqaz Universiteti 



soismayilova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Xəyal qırıqlığı, kədər, peşmançılıq, məhrumiyyət, təəssüflər... Sara Oğuz Nəzirovanın əsərlərinin 



oxucuda buraxdığı təəssüratlar bunlardan ibarətdir.  

Kitabda heç bir əsərin nikbin xarakterdə yazılmaması diqqət çəkir. Lakin yazıçının bütün povest 

və  hekayələrindəki  bu  əhval-ruhiyə  təbiidir,  səmimidir.  Bəlkə  də  elə  ona  görə  oxucu  sıxılmır,  onu 

axıracan oxumaq ehtiyacı duyur. Hadisələrin nə ilə nəticələnəcəyini görmək istəyir. Bu təbiilik həyat 

təcrübəsinin,  yazıçının  özünün  bu  əziyyətli  həyatın  içindən  keçib  gəldiyinin  açıq-aydın  isbatıdır. 

Hekayə  və  povestlərdə  birbaşa  müəllifi  görməsən  də,  eşitməsən  də  onu  duyursan.  O  öz  hiss  və 

düşüncələrini, ürək ağrılarını, puç olmuş xəyallarını obrazların həyatına köçürərək göstərir, onların dili 

ilə  səsləndirir.  Və  oxucu  elə  obrazların  vəsiləsilə  sanki  müəlliflə  diz-dizə,  göz-gözə  oturub  onu 

dinləyir. 

Yazıçıda  diqqət  çəkən  bir başqa  məqam  obrazlarına olan  münasibətidir.  O heç bir  qəhramanını 

pisləmir, mənfi xüsusiyyətlərini açıqca göstərmir. Dolayısı ilə mühakimə yürütmür. Sara Oğuz sadəcə 

təsvir  edir.  Obraz  daxili  aləmini  öz  davranışları  ilə,  danışığı  ilə  özü  açıb  ortaya  qoyur.  Bəzən  oxucu 

dillemma  arasında  qalır,  onu  necə  dəyərləndirəcəyini  bilmir.  Çünki  bir  qisim  davranışlar  və 

ətrafdakıların  münasibəti  obrazı  müsbət  olaraq  qələmə  verir.  Lakin  əsərin  sonuna  yaxınlaşdıqca  hər 

şey gün işığına çıxır. Beləliklə, müəllif oxucunu düşünməyə vadar edərək özünün nəticə çıxarmasını 

istəyir. Bunu edərkən isə özünü ustalıqla gizləyir. Yəni oxucu müəllifin varlığını tamamilə unudur. 

Sara  Oğuz  Nəzirova  cəmiyyətdəki  qüsurları  açmaq  və  onların  tərbiyəsinə  yol  göstərmək  üçün 

böyük-böyük  obrazları  seçib,  böyük-böyük  hadisələrdən  danışmır.  Onun  qəhrəmanları  “balaca”,  adi, 

sadə  adamlardır.  Əsərlər  bütünlükdə  bu  “balaca”  adamların  ətrafında  dövr  edən  hadisələrdən  ibarət 

olur.  Çox  vaxt  bu  hadisə  qısa  vaxt  ərzində  baş  verir.  Lakin  bu  kiçik  zaman  dilimi  özündə  keçmişin 

keşməkeşi  ilə  gələcəyin  arzu  və  ümidlərini  qovuşdurur.  Beləcə,  zaman  məfhumunu  öz  qələmi  ilə 

qeyri-adi şəkildə işləyən Sara Oğuz Nəzirovanın oxucusu hadisələrin qısalığının fərqində deyil. 

“Ümid ulduzu” povestini bu aspektdən dəyərləndirmək daha maraqlı olar. Əsərin əvvəlində tanış 

olduğumuz, saf bir piano xəyalının yaşadığı dövrün məhrumiyyətləri nəticəsində əlçatmaz olduğunu 

duyan  balaca  bir  kənd qızını  biz  bir  anda şəhərdə  bacılarına  qol-qanad  gərən,  həmin  xəyalı  qəlbində 

sızlayan yaraya çevrilmiş və elə yenə məhrumiyyətlərin nəticəsində xəyallarına can atsa da heç nə əldə 

etmədən istəmədiyi bir həyatı yaşamaq məcburiyyətinda qalan bir gənc müəllimə olaraq görürük. 

“Tale  damğası”nda  isə  gecə  yuxusunda  rəhmətə  getmiş  xalasını  görüb  xatirələrlə  uşaqlığına 

dönən  yenə  bir  gənc  qızı  görürük.  Lakin  burdakı  xəyal  qırıqlıqları,  ağrılar tamam  başqa  səbəblərdən 

doğur.  Iki  əsərin  ortaq  nöqtəsi  qəhərmanlarının  arzu  və  istəklərinin  xilafına  olan  bir  həyatı  məcburi 

yaşamalarıdır.  Sibirə  sürgün  olunmuş  atasının  həsrəti  ilə  böyüyən  Şamxatun  bu  başsızlığın  qurbanı 

olaraq sevmədiyi Şamxal tərəfindən qaçırılır. Ilk zamanlar israrla bu evliliyə qarşı dursa da sonradan 

körpəsinin  xatirinə  boyun  əymək  məcburiyyətində  qalır.  Və  ömrünün  sonuna  qədər  istəmədiyi  bir 

həyatı yaşamağa məhkum olur.Bu povestdən danışarkən onun dilini nəzərdən qaçırmaq doğru olmaz. 

Sara Oğuz həm köhnəlmiş, həm də dialekt sözlərindən istifadə edərək elə zəngin bir dil ortaya qoyur 

ki, oxucu heyran qalır. Eymənmək, uralanmaq, uruğur, alamançı, sədəmə, diringi çalmaq kimi söz və 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin