Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə72/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   68   69   70   71   72   73   74   75   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1133



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Vətən daşı olmayandan 

Olmaz ölkə vətəndaşı 

Deməli məlum olur ki, onun lirik qəhrəmanının adı vətəndaşdır. Şübhəsiz ki, bu hər şeydən əvvəl 

şairin öz adında əbədiləşən estetik idealıdır. 

İ.V.Hotenin «Mənim obrazlarım məni yaradır» deyimini qəbul etsək deməliyik ki, M.Arazda lirik 

poeziyanı  yaradan,  lirik  həyəcanı  əmələ  gətirən  Vətəndir.  «Məlumdur  ki,  poeziya  lirik  həyəcanın 

yalnız son dərəcə həqiqiliyi və səmimiliyi ilə yarana bilir. Belə təsəvvür etmək olar ki, zahirən sənətin 

bütün  tələblərinə  cavab  verən  hər  hansı  bir  şeirin  həqiqi  poeziya  nümunəsi  olduğunu 

müəyyənləşdirmək üçün ahəng məhək daşı xidmətindədir. Sənətkarın canlı fikri, duyğusu və hissindən 

doğmuş lirik həyəcanın səsi, nidası konkret yaradıcılıq prosesindəki əhvali-ruhiyyənin əks sədası kimi 

şeirin  bütün  ifadə  komponentləri  vasitəsi  ilə  yaşayır,  həmişə  aydın  eşidilir».  Yenə  də  burada  şairin 

şəxsiyyəti, müşahidə və şair qəlbinin həyat faktına reaksiyası məsələsi ortaya çıxır.  

Poeziyada müəllif başlanğıcına şairin öz münasibətini ifadə baxımından fəlsəfi-intellektual şeirin 

nümayəndəsi  F.Qocanın  maraqlı  bir  mülahizəsi  var.  «Ömürdən  anlar»  kitabına  müxtəsər  müəllif 

sözündə  şair  belə  yazır:  «Mən  dərdimi  danışmağı  xoşlamıram.  Yerli-yersiz  dərdini  danışan  adamları 

da  xoşlamıram.  Amma  düşdüyüm  vəziyyətləri,  keçirdiyim  hissləri  yarızarafat-yarıgerçək  şeirlərə 

döndərirəm.  Onların  bir  qismi  bu  kitabda  toplanır.  Bu  kitabda  ömrümün  çox  illərindən,  bütün 

fəsillərindən  anlar  var.  Siz  də  bu  hisslərin  bəzisindən  keçmisiniz,  bəzisini  də  indi  keçirsiniz,  bəzi 

şeirlərdəki  duyğular  hələ  irəlidə  sizi  gözləyir».  Beləliklə,  şair  öz  poeziyasını  ömrünün  pillələrinə 

bənzədir, bir növ «şair həmişə özünü yazır» deyimini təsdiqləyir.  

Axşam bütün yollar  

bizim evə sarı gedir 

 

səhər bizim idarəyə. 



Düşmüşəm belə bir dairəyə  

yaşayıram. 

Ömrümü maşınlara yükləyib  

səhər idarəyə 

axşam evə daşıyıram 

Bir gün gələr  

göz yumub torpağa, yollara, insana  

burularam yana 

Sinəmin üstündə bir topa çiçək,  

yuxarıda mavi səma,  

arxamda yetim qalan 

xatirələr  

Xatırlayarlar, deyərlər… 

V.Səmədoğlunun lirikasında müəllif başlanğıcı bədii özünüifadənin əsasında dayanır. Burada lirik 

qəhrəmanla  şairin  şəxsiyyəti  arasında  heç  bir  «şərt»  yoxdur,  münasibətlər  kəpənək  güldən-gülə 

qonduğu  kimi,  ehmalca  sözdən-sözə  qonur.  Onun  müxtəlif  şeirlərindən  V.Səmədoğlunun  müəllif 

obrazını, iç dünyasının bədii surətini əks etdirən misra və beytlərə nəzər salaq: 

Tənhalıq şairin iş yeridir 

Şair öz iş yerini sevməlidir. 

Bu beyt klassik ənənənin yeni nəfəsdə dirilməsidir. M.Füzuli yazırdı:  

Kimsə yanmaz halıma atəşi-dildən özgə 

Kimsə açmaz qapımı badi-səbadan qeyri. 

Digər bir misal: 

Anam məni çağa ikən 

Kəfənə bələyibmiş 

…İllər tozuna bataram 

burda ortaq yer tuturam 

eşiyə qoyun məni 

Ölsəm, dostlar tabuta yox, 

Beşiyə qoyun məni. 

Bizcə  «Yuxuya  getmiş  lay-lay»,  «Çiçək  açan  yuxu»  V.Səmədoğlunun  iç  dünyasının  psixoloji 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1134



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ovqatını  əks etdirən  ən dolğun obrazdır. Müasir dövrün şairə nə verdiyini V.Səmədoğlu uzun-uzadı, 

süjetli  lirika  ilə  ifadə  etmir.  Onun  içində  müasir  dünyanın,  müvəqqəti  də  olsa  məğlub  olmuş 

Azərbaycanın obrazı psixoloji cəhətdən olduqca doğru tapılıb. 

Çoxaldıqca yollarda 

Əlil, şikəst izləri 

Cırıldayır içimdə 

Ümid protezləri . 

«Ümid»  və  «protez»  sözlərini  «diri»  və  «ölü»  kimi  yana-yana  işlətməklə  şair  özünün, 

zəmanəsinin  adamının  diri  ölü  –  canlı  meyit  olduğunu  deməklə  amansız  bir  psixoloji  assosiasiya 

yaradır.  «Vaqif  Səmədoğlu  qəribə  insan  olduğu  qədər  də  qəribə  şairdir.  Hərdən  mənə  elə  gəlir  ki, 

Vaqif  bəy  üçün  dünyada  ən  ağır  şey  şeir  yazmaqdır.  Şeir  yazmaq  ölümü  yaşamaqdır.  Yasaqları 

keçməkdir. Zamansızlığa sığmaqdır. Şeir yazmaq əzabdır. Xilas əzabı. Özünü hissə-hissə, qəlpə-qəlpə, 

əza-əza öldürüb ətrafdakıları yaşatmaq əzabı». Professor Kamil Vəli Nərimanoğlunun bu mülahizələri 

V.Səmədoğlunun  yaradıcılıq  psixologiyasını,  onun  şəxsiyyətinin  müəllif  kimi  lirik  qəhrəmanlarda 

poetik təzahürünü dəqiq əks etdirir. 

 

 

M.F.KÖPRÜLÜNÜN AŞIQ ƏDƏBİYYATINA BAXIŞI 



 

Famil MƏDƏTOV 

AMEA Folklor İnstitutu 



fmedetov@box.az 

AZƏRBAYCAN 

 

 

M.F.Köprülünün  elmi  araşdırmaları  içərisində  aşıq  yaradıcılığının  tədqiqi  mühüm  yer  tutur. 



Aşıq ədəbiyyatının geniş elmi mənzərəsini yaradan, onun lap ilkin qatlardan başlayaraq müasir dövrə 

qədər  gəlib  keçdiyi  tarixi  mərhələlərin  elmi-nəzəri  şərhini  verən  F.  Köprülü  bu  ədəbiyyatın  türk 

düşüncə  sistemində  müstəsna  əhəmiyyətini  sərrast  dəlillərlə  sübut  etmişdir.  Onun  bu  sahədəki 

tədqiqatları  ilkin  araşdırmalardan  biri  olmaqla  daha  sonrakı  tədqiqatçılar  bu  istiqamətdə  elmi  fikir 

söyləyərkən həmin mənbələrdən bu və ya digər dərəcədə bəhrələnmişdilər. 

Aşıq  ədəbiyyatının  klassik  ədəbiyyatla  xalq  ədəbiyyatı  arasındakı  üçüncü  bir  zümrəni  təşkil 

etdiyini  göstərən  F.  Köprülüyə  görə  bu  yaradıcılıq  sahəsinin  öyrənilməsi  üçün  ilkin  olaraq  onun 

mənşəyinə  enməyi,  ədəbiyyatla  və  ədəbi  həyatın  digər  sahələri  ilə  nə  kimi  əlaqələrdə  olmasını, 

yaranması  və  hansı  amillərin  təsiri  ilə  dəyişməsini  öyrənmək  lazımdır.Bu  prosesin  olduqca  çətin 

olduğunu  anlayan  tədqiqatçı  gələcəkdə  bu  sahədə  fəaliyyət  göstərəcək  alimlərin  qarşısına  böyük 

yükün düşdüyünü anlayırdı.Zəngin xalq ədəbiyyatı yaradan, çoxsaylı aşıq ədəbiyyat nümunələri ortaya 

qoyan türk etnosunun həmin nümunələrin zamanında yazıya almamasını təəssüflə göstərən F. Köprülü 

gec də olsa əldə olan nümununələrin toplanması, nəşri və tədqiqini vacib sayırdı.Təsadüfi deyildir ki, 

üç  cildlik  “Türk  saz  şairləri”  antologiyasını  tərtib  edən  F.  Köprülü  bu  irsin  unudulmasının  qarşısını 

kifayət qədər almışdır.Dövrün yeniləşməsi, iqtisadi və siyasi həyat şərtlərinin dəyişməsi, bədii hissin 

məzmununda  olan  modernləşmə  şaraitində  aşıq ədəbiyyatına  da  marağın  azalması  və  fərqli  məzmun 

daşıması  bu  irsin  özünü  yaşatma  funksiyasını  azaldırdı.Belə  bir  şəraitdə  F.  Köprülünün  topladığı 

nümunələrin  nə  dərəcədə  aktual  ve  elmi  dəyəri  olduğunu  aydın  təsəvvür  etmək  olar.  Köprülünü 

narahat  edən  səbəblərdən  biri  də  o  idi  ki,  milli  gələnəyə,  etnik  kökə,  xalqın  formalaşmış  ənənəvi 

mədəniyyətinə  əsaslanan  aşıq  ədəbiyyatı  radionun,  texniki  nailiyyətlərin  və  o  dövr  üçün  ilkin 

informasiya mənbələrinin təsiri ilə öz təsir gücünü azaldırdı. Bunun qarşısını almaq üçün bu irsin daha 

yeni  metodlarla,  yüksək  elmi  tələblərlə  və  milli  dəyərlərə  qayğı  ilə  öyrənilməsinin  vacibliyini 

vurğulayırdı. 

F.  Köprülünün  aşıq  ədəbiyyatıilə  bağlıtədqiqatları  çoxşaxəli  idi.  O,  yalnız  toplama  işi  ilə, 

antologiya  yaratmaqla  kifayətlənməmiş,  elmi  araşdırmalarını  da  bu  sahədə  davam  etdirmişdir.  Onun 

“Saz Şairləri” adlı monoqrafiyası elmi əhəmiyyətini bu gün də qorumaqdadır. 

Türk  mədəniyyətinin  dayanıqlı  xüsusiyyetini  onun  milli  dəyərlərinin  qədimliyində,  folklorunun 

zənginliyində, mifologiyası və oğuznamələrinin etnik yaddaşa bağlılığında görən F. Köprülü bu irsin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1135



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

daşıyıcısı kimi aşığın da müstəsna xidmətindən bəhs edirdi. Genetik kodlarda yaşayan dayanıqlı milli 

ruhun  sayəsində  lap  qədim  çağın  mədəniyyəti  ilə  müasir  düşüncəarasında  yaxından  səsləşmə  türk 

mədəni kimliyini mühafizə etmişdir. Beləolmasa idi uzun əsrlik tarixi proseslərin nəticəsi olaraq yad 

etnik-mədəni  ünsürlər,  müxtəlif  dini-ideoloji  təsirlər  nəticəsində  toplum  varlığını  itirmək  təhlükəsi 

qarşısında qalardı. Düzdür, hər bir mədəni xalqda olduğu kimi, türklərdə də digər toplumun təsiri ilə 

müəyyən  keyfiyyətlər  yaranmışdır.  Lakin  bu  prosesin  davamlı  bir  hal  almaması  üçün  aşığın  mühüm 

tarixi,  mədəni  rolu  olmuşdur.  Aşıq  fenomenini  araşdırarkən  F.  Köprülü  yalnız  ədəbi  faktlarla 

kifayətlənməmişdir.  Aşığın  universal  mahiyyətli  bir  sənət  sahəsi  olduğunu  aydın  təsəvvür  edən  F. 

Köprülü  bu  istiqamətdə  düzgün  elmi  qənaətəgəlməkdən  ötrü  tarixin,  etnoqrafiyanin,  psixologiyanin, 

fəlsəfənin  dəbu  vəya  digər  dərəcədə  tətbiq  olunmasını  vacib  saymışdır.  Çünki  kompleks  düşüncəni 

özündəehtiva  edən  aşıq  sənəti  həmin  sahələrilə  qırılmaz  bağlılıqda  olmuşdur.  O,  həm  də  kompleks 

yanaşmanı ona görə optimal variant sayırdı ki, bu ədəbiyyatın özü də sinkretik təbiətə malik olmaqla 

bir sıra sahələri öz içinə alırdı. 

F.Köprülü  aşığın  daha  düzgün  öyrənilməsi  üçün  onun  hansı  bünövrə  üzərində  dayandığını  da 

göstərməyi vacib sayırdı. Belə ki, aşığı ozanın varisi kimi göstərən tədqiqatçı onlar arasında olan ortaq 

bağları və aralarında müşayiət olunan fərqləri də göstərmişdir. Bir sənəti onun bağlı olduğu sahədən 

ayıraraq  təhlil  etmək  necə  mümkün  deyilsə,  aşığı  da  ozandan,  əlaqədar  olduğu  sənət  sahələrindən 

təcrid  etmək  mümkün  deyildir.  F.  Köprülünün  elmi  prinsipləri  bütövlükdə  ənənəyə,  ilkin  kökə 

bağlılığa əsaslanırdı.  

Aşıq  sənəti  ümumxalq  düşüncəsinə  əsaslandığına,  cəmiyyədəki  mövzu  və  ideyalara  laqeyd 

qalmadığına görə özündə bu sahələrdəki yeniləsmələri əks etdirmişdir. Bunları A) Aşıq ədəbiyyatında 

təkkə  ədəbiyyatı  ünsürləri  və  B)  Aşıq  ədəbiyyatında  klassık  ədəbiyyat  ünsürləri  deyə  başlıqlar 

əsasında  qruplaşdırmaqla  F.  Köprülü  sistemli  yanaşma  nümayiş  etdirmişdir.  Digər  tərəfdən,  şəhər 

mühitində  yetişən  aşıqlarla  kənd  və  ucqar  zonalarda  olan  aşıqların  ortaq  və  fərqli  cəhətlərini  elmi 

dəlillərlə əsaslandırmaqla o, bu sənətin spesifikasını, onun yaşayış, həyat şəraitindən asılı olaraq kəsb 

etdiyi  özünəməxsus  cəhətlərini  göstərmişdir.  Regional  fərqlərin  bu  sahədə  də  özünü  göstərməsinin 

təbiiliyini  qəbul  edən  tədqiqatçının  ümümi  qənaətini  belə  göstrmək  olar:  Müxtəlif  zonalarda 

yaşamasından,  fərqli  dəyərlərin  təsirinə  məruz  qalmasından,  yazılı  ədəbiyyatdan  müəyyən  ünsürlər 

almasından asılı olmayaraq aşıq sənəti heç bir zaman öz ana xəttindən, əsas funksiyalarından və xalqın 

duyğu  və  düşüncəsinin  ifadəsinə  xidmət  edən  vacib  keyfiyyətlərindən  ayrı  düşməmişdir.  F. 

Köprülünün  də  qeyd  etdiyi  kimi,  ictimai  yerlərdə,  toylarda,  el  şənliklərində  və  kütlənin  qaynar 

nöqtələrində  iştirak  edən  aşığın  xalqın  maariflənməsində,  bədii  hissinin  təmin  olunmasında,  mədəni 

cəhətdən  inkişaf  etməsində  olduqca  böyük  rolu  olmuşdur.  Eyni  zamanda,  dövlət  tərəfindən  diqqət 

görən  aşıqlar  ordularda,  hərb  meydanlarında  da  vətənpərvərlik  hissinin,  qələbəyə  inamın,  ruh 

yüksəkliyinin yaradılmasında da müstəsna əhəmiyyətə malik idi. 

Beləliklə, aşıq sənətinin sistemli və sağlam elmi əsaslar üzərində öyrənilməsində F. Köprülünün 

müstəsna xidmətləri danılmazdır. Onun aşıq sənətinə dair istənilən araşdırması bu gün də aktuallığını, 

elmi dəyərini qorumaqdadır. 

 

 



MAHİR HEKAYƏ USTASI – MİR CƏLAL 

 

Ayşən SADIQLI  

Bakı Dövlət Universiteti  

ayshan_bdu@mail.ru

 

AZƏRBAYCAN 



 

Görkəmli  yazıçımız  Mir  Cəlalın  hekayə  yaradıcılığı  dərin  ictimai-siyasi  məzmunu,  tərbiyəvi 

əhəmiyyəti, müasirliyi və bədii gülüşü ilə səciyyələnir. O, hər şeydən əvvəl, mahir hekayə ustasıdır və 

Sovet  dövrü  Azərbaycan  ədəbiyyatında  hekayə  janrının  inkişafında  böyük  xidmətlər  göstərmişdir. 

İnsanda  sağlam  duğular,  xoş  arzular  oyadan,  haqsızlığa,  nöqsanlara,  mənfiliyə  qarşı  mübarizə 

keyfiyyəti aşılayan bədii gülüş Mir Cəlal yaradıcılığının mühüm tərkib hissəsidir.  

 Mir Cəlalın onlarla dəyərli, ibrətamiz, bu gün də öz təsirini qoruyan hekayələri vardır. Məsələn, 

“Ləyaqət”, “Ərik ağacı”, “Yalan yeriməz”, “Xarici naxoşluq”, “Ömrün mənası”, “Kənd “uşaqları””, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1136



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Təzə toyun nəzakət qaydaları”, “Həkim Cinayətov” və s. Mən burada görkəmli yazıçımızın bir neçə 

hekayəsinə nəzər salmaq istəyirəm.  

 Mir  Cəlal  maraqlı  hekayələrindən  biri  olan  “Ərik  ağacı”nı  özü  də  qeyd  etdiyi  kimi,  ilk  nəvəsi 

Aytəkinə həsr etmişdir. Hekayənin əvvəlində Mir Cəlal oxucuya belə bir sualla müraciət edir: “Uzun 

müddət  ayrıldığınız  və  həmişəlik  unutduğunuz,  hətta  öldüyə  çıxdığınız  əziz  bir  dost  ilə  üz-üzə 

gəlsəniz, nə cür olarsınız?” Təbii ki, sualın cavabı dərhal tapılmır. Oxucu hekayəni sonadək həyəcanla 

oxuyub bu sualın cavabını tapmağa çalışır. 

Hekayədən  aydın  olur  ki,  haqqında  danışılan  şəxs  məktəb  direktorudur  (məncə,  Mir  Cəlal 

müəllimin  özüdür).  O,  əl-ayaqdan  kənar,  qismən  günəş  dəyən  bir  yerdə  tingin,  ərik  tinginin 

göyərdiyini  görür.  Direktor  bu  ərik  tinginin  ətrafına  çubuqlar  sancır,  dibinə  su  tökür,  sonralar  tinglə 

maraqlanmağa  imkanı  olmur,  ordu  sıralarına  getməli  olur.  O,  gedərkən  məktəbi,  uşaqları  və  ərik 

çəyirdəyindən göyərmiş tingi Nəbi dayıya tapşırır. Ayrılarkən çox təsirli bir söz deyir: “Biz ölsək də, 

məktəb yaşamalıdır, vətən balaları oxumaqdan qalmasın gərək...”. Mir Cəlal bir müəllim idi, uzun illər 

indiki Bakı Dövlət Universitetində dərs demişdi və bu sözlərdə onun həyat amalı ifadə olunmuşdur.  

 Direktor 20 ilə yaxın bir müddət keçdikdən sonra yenidən Gəncəyə, Köşgü kəndinə gəlir. Artıq 

məktəbin  yerində  sıx  ağaclıq  var  idi.  Kiçik  bir  ərik  çəyirdəyinin  tingindən  artıq  böyük  bir  bağ 

yaranmışdır. Hekayənin əvvəlində verilən sualın cavabı sonda tapılır. Kiminsə əhəmiyyət vermədiyi 

kiçik bir  ərik tingi başqa birinin diqqətini cəlb edir, kiçik bir tingdən böyük bir bağ  yaranır və hamı 

üçün faydalı olur. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan, dağ olar. Belə qənaətə gəlmək 

olar ki, hekayədə baş verən hadisələr həyatda Mir Cəlalın özünün başına gəlmişdir. 

Mir Cəlalın 1961-ci ildə yazdığı “Gülbəsləyən qız” hekayəsinin əvvəlində təsvir edilir ki, yazıçı 

bağ-bağat  içində,  güllərlə  əhatə  olunmuş  binanın  ikinci  mərtəbəsində  istirahət  edir.  Yazıçı  hər  gün 

gülləri  sulayan,  onlara  qulluq  edən  gülbəsləyən  bir  qızı  təsvir  edir.  Qız  hər  zaman  öz  vəzifəsini 

məsuliyyətlə, ləyaqətlə yerinə yetirir, lakin onunla maraqlanan olmur.  

Bir gün yazıçı özü məxməri gül, nərgiz, dağçiçəyi, nargülündən gözəl iri bir dəstə bağlayır. Mir 

Cəlal qıza belə deyir: “Mən istəyirəm ki, güllər əsil sahibinə təqdim olunsun” Gülbəsləyən qız bu gül 

dəstəsinə  layiq  olmadığı  deyir  və  utana-utana  gülü  qəbul  edir.  Hər  bir  kəs  gündəlik  olaraq  öz  işi  ilə 

məşğul  olur.  Nadir  hallarda  bu  iş  kiminsə  tərəfindən  qiymətləndirilir.  Təbii  ki,  dəyərləndirilmək 

gözəldir.  

Mir  Cəlalın  diqqəti  cəlb  edən  əsərlərindən  biri  də  1961-ci  ildə  yazılmış  “Ehtiram”  hekayəsidir. 

Hekayədə iki şəxsin söhbəti əsasında o dövrün elmi və texniki yeniliklərindən bəhs olunur. Oxuculara 

kitab oxumaq, öyrənmək, təhsil almaq kimi müsbət keyfiyyətlər aşılanır. Hekayənin əvvəlində təsvir 

edilir  ki,  institutun  müəllimləri  Ağsu  kəndinə  çatanda  susuzluqdan  maşını  dayandırırlar,  bir  qapını 

döyüb su istəyirlər. Hər bir qonaqpərvər azərbaycanlı ailəsi kimi bu ailə də qapısını qonaqların üzünə 

açır, içəri dəvət edirlər. Kəlağayılı qadın Bakıda Ehtiram adlı qız nəvəsinin oxuduğunu söyləyir.  

Səltənət xanım gələn qonaqların kim olduğunu bilmədən nəvəsi Ehtiram barədə danışır. Qonaqlar 

Ehtiramın kim olduğunu, necə oxuduğunu bilə-bilə nənəsindən onun haqqında soruşurlar. Ehtiramla 

bağlı  uzun  söhbətdən  sonra  nəhayət  ki,  qonaq  onun  öz  tələbəsi  olduğunu  söyləyir.  Müəllim 

Ehtiramdan xahiş edir ki, nənəsinin köhnə, mövhumi təsəvvürlərini dağıtsın, elmdən, məktəbdən elə 

danışsın ki, nənəsi inansın.  

Ədibin “Sevinc haqqında” hekayəsində Altun Dağlı, Şahid müəllim və digərləri, bir də ən əsası 

gözəl  Göygöl  təsvir  olunmuşdur.  Bu  hekayə  hər  bir  şəxsin  həyatında  müxtəlif  səbəblərdən  yaranan 

“sevinc”ə həsr olunmuşdur. Hərə bir səbəbdən sevindiyini deyir. Biri qarnı tox, əyni  qalın, cibi dolu 

olanda,  digəri  ali  məktəbi qurtaranda, təzə  mənzilə  köçəndə,  Parisə  gedəndə  və  s.  Hər  kəsdə sevinc 

hissi doğuran səbəb fərqlidir. Altun Dağlı isə belə deyir: “Mən o zaman ki bir şey yaradıram, məsələn, 

bir az  yazıram,  uzun  fikirlər,  hisslər, ehtiraslar,  iztirablar,  ağrılar,  sızıltılar  keçəndən  sonra,  nəhayət, 

başladığım  bir  əsərin  son  fəslini  başa  vururam,  tarixini  qoyuram,  onda  sinəmdə  bir  pələng  gücü 

duyuram. Məncə, bundan böyük sevinc yoxdur...” Düşünürəm ki, bu hekayədəki Altun Dağlı elə Mir 

Cəlalın özünün prototipidir. 

 Yazıçının “Düzəlmədi” hekayəsinin adı insanı istər-istəməz özünə cəlb edir və sonadək oxuyub 

nəyin, hansı işin düzəlmədiyini öyrənmək istəyirsən. Hekayənin əvvəlində utancaqlıq barədə danışılır. 

Utancaqlığın yaxşı xasiyyət olması, abır-həya, mərifət, qanacaq əlaməti olduğu, lakin bəzi hallarda o 

qədər də yaxşı xüsusiyyət olmadığı vurğulanır.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1137



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yazıçı bir aşpaz tanışı haqqında danışır. Mir Cəlal bir gün aşpaz tanışı ilə rastlaşır. Məlum olur 

ki, bu mahir aşpaz 400-500 səhifəlik bir povest yazıb və yazıçının əsəri oxumasını, rəy bildirməsini 

istəyir. Aşpaz yazdığı əsərlə bağlı dediyi fikirlərini də peşəsinə məxsus, mətbəxlə əlaqədar sözlərdən 

istifadə edərək deyirdi. Məsələn: “...Dadı-duzu yerində, ürəyinə yatacaq!” 

“-Əsər böyrü üstə yatıb qalıb, dəmlənib” 

Yazıçı aylar, illər keçsə də, utandığından müəyyən bir cavab deyə bilmir. 

Hekayənin sonunda yazıçının utancaqlıqla bağlı fikirlərini nə məqsədlə söylədiyi anlaşılır. Təbii 

ki, yazıçının sözündə həqiqət vardır. Burada eyni zamanda, belə nəticəyə gəlirik ki, hər kəs öz peşəsi 

ilə məşğul olmalıdır. Yazıçılıq ciddi, səbr, istedad, yaradıcılıq qabiliyyəti tələb edən bir peşədir və hər 

kəs yazıçı ola bilməz.  

Mir Cəlalın maraqlı, az həcmə malik və yerində yazılmış hekayələrindən biri də “Möhür” adlanır. 

Hekayənin əvvəlində ümumiyyətlə möhür anlayışı haqqında məlumat verilir. 

Bu hekayədə göstərilir ki, dəfələrlə savadsız, lakin cibində möhürlü, imzalı diplomu olan adamlar 

işlə bağlı müəyyən yerlərə müraciət edirlər. Sadə suallara çox savadsız, hətta gülməli cavablar verirlər. 

Bu cür hadisələrdən sonra artıq diplomlara etibar azalır.  

“Möhürlə metalı tanıyarlar. Adamı işlə, əməllə, etibarla tanıyar, sayarlar! 

 Bu  hekayə  1970-ci  ildə  yazılıb.  Yazıçı  cəmi  3  səhifəlik  hekayədə  dövrünün  qlobal 

problemlərindən  birini  oxucuların  diqqətinə  çatdırır.  Hekayə  konkret  bir  insanla  və  insanlarla  bağlı 

deyil.  Ümumilikdə  diplomlu,  eyni  zamanda,  savadsız  şəxslər  tənqid  olunur.  Hekayənin  sonu  çox 

ibrətamiz sözlərlə bitir: “Adamın gərək özündə sanbal olsun. 

Xəzəl yüngül olur, hər dəqiqə suyun üzünə çıxır. Qızıl ağır olur, dibə yatır”. 

 

 

MƏDƏNİ QƏHRƏMAN. OĞUZ XAQAN VƏ                                                  



ODİN OBRAZLARI ƏSASINDA 

 

Sədaqət MİRZƏYEVA, Fərəh CƏLİL 

Bakı Slavyan Universiteti 



mirzeyevasedaqet@gmail.com

 

AZƏRBAYCAN 



 

Mədəni qəhrəmanın heyvani zahiri görünüşü müxtəlif xalqların mifologiyası üçün xarakterikdir. 

Cəmiyyət münasibətlərinin inkişafı, mədəniyyətin yüksəlməsi ilə mədəni qəhrəmanın zahiri görünüşü 

də get-gedə insanlaşdırılmış olur. Baxmayaraq ki, o, uzun müddət hələ bəzi heyvani cizgiləri saxlayır, 

sonralar isə artıq yeni miflərlə və əfsanələrlə izah edilən heyvanlarla, yaxud quşlarla əlaqə müasirliyə 

uyğunlaşdırılmışdır. Biz bu proseslərə bir çox türk dastanının adənı qeyd edə bilərik xüsusəndə “Oğuz 

Xaqan” dastanını. Bu dastanda Oğuzun özü də mədəni qəhrəmandır. Onun dastandakı fəaliyyəti, ona 

məxsus bəzi xüsusiyyətlər onun da mədəni qəhrəman, cizgili olmasını gostərir. 

Türk  etnik  mədəni  ənənəsi  ilkin  əcdad,  mədəni  qəhrəman  cizgiləri  aydın  seçilən  mifoloji  varlıq 

olan Oğuzu mədəni - ənənə dövlətin, hərbi quruluşun yaradıcısı kimi təqdim edir. Bəzi tədqiqatçılara 

görə isə mifik, ənənəvi görüşlərdəki Oğuz Xan ilk insandır. Bu mifoloji obraz etnoqonik miflərdə və 

epik mətnlərdə ilk insan, mədəni qəhrəman, Tanrı oğlu, alp kimi təqdim olunur. Oğuz xaqanın doğuş 

anından  artıq  özündə  qəhrəmanlıq  xüsusiyyətlərini  əks  etdirdiyinin  şahidi  oluruq.  Yenicə  doğulmuş 

Oğuza diqqət yetirək. Oğuz adi uşaqdırmı? Yox. O xarici görünüşü ilə bir çox xalqların mifologiya 

tarixində  doğulmuş  yarıtotemlərə,  yarı  ilahələrə  bənzəyir.  Lakin  Oğuz  özünəməxsus  orjinallığı  ilə 

həmdə  qəhrəman  kimi  özünü  göstərir.  Onun  qeydi  –  adi  görünüşü  “üzü  göy”,  “ağzı  atəş”  kimi 

xüsusiyyətləri  türk  millətinin  kollektiv  təfəkküründə  ideal  insan  xüsusiyyətlərini  əks  etdirir.  Beləki 

mifoloji  qəhrəmana  məxsus  “göy”  və  “yer”ə  aid  ünsürləri  özündə  cəmləşdirən,  qüsursuz  xarici 

görünüşə sahib qəhrəman tipi gözümüzün önündə canlanır. Göy üzü və yerə aid mifoloji simvollara 

xas  olan  qəhrəman  bu  xüsusiyyətləri  ilə  yanaşı  qəhrəmana  məxsus  hərəkətləri  ilədə  diqqətimizi  cəlb 

edir çünki Oğuz adi insan deyil. Oğuz Xaqan qəhramanlıq mərhələsinin ilk pilləsində meşəyə girməklə 

özünü sübut etmə yolunda ilk sınağından keçir. Qəhrəman meşədə ya öləcək, ya da ağlı və gücündən 

istifadə edib sınağda qalib olacağdı. Oğuz xaqan meşədə üç təbii simvolla qarşılaşdırılır. Bunlar maral, 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin