Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə70/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   66   67   68   69   70   71   72   73   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1123



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“mütaliəsini”  də  məsləhət  bilmiş,  onların  “üslubi-inşası”nı,  məzmun  və  ideyasını  “mübtədilərdən” 

(ibtidai sinif şagirdləri) ötrü “mənfəətli” hesab etmişdi. 

M.Ə.Rəsulzadə  valideyinlərə  məsləhət  görürdü  ki,  qiyməti  çox  baha  olmayan  bu  kitabçanı  alıb 

övladlarına versinlər ki, onlar oxuyub bu əsərlərin məzmunundan “mənfəət” kəsb etsinlər. 

O zaman uşaq ədəbiyyatı ilə bağlı işgüzar mübahisə və müzakirələrin faydalı bir qanadını da ana 

dilindəki  bəzi  dərsliklər,  bu  dərsliklərdəki  materialların  istər  pedaqoji,  istərsə  də  ədəbi-tənqidi 

yönümdən  dəyərləndirilməsi  təşkil  edirdi.  Bu  mənada  “Vətən  dili”,  “Yeni  məktəb”,  “İkinci  il”  və  s. 

dərsliklər barədə yazılmış mətbu rəylər müəyyən maraq doğurur. 

A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi barədə F.Köçərli “Zakavkazye” (“Закавказье”) qəze-

tinin  2  aprel  1910-cu  il  tarixli  nömrəsində  maraqlı  bir  rəy  çap  etdirmişdi.  İlk  nəşri  1881-ci  ildə  baş 

vermiş həmin ibtidai məktəb dərsliyi sonralar dəfələrlə nəşr edilmiş və ondan ibtidai məktəblərdə ana 

dili dərsliyi kimi istifadə olunmuşdur.  

Müəllifləri  M.Mahmudbəyov  və  A.Səhhət  olan  “Yeni  məktəb”  (1909)  dərsliyi  barədə  F.Köçərli 

(“Tərəqqi”qəz, 1909, 1 sentyabr) və Ü.Hacıbəyov (“Tərəqqi”qəz, 1909, 11 sentyabr) dolğun,  əhətəli 

rəylər yazmış, dərsliyin və oradakı materialların, müxtəlif səpkili nümunələrin səciyyəsini vermişdilər. 

Ü.Hacıbəyov “Həqiqət” qəzetində (1910, 5 mart) “Vətən dili” dərsliyi haqqında da rəy çap etdirmişdi. 

Bu rəylərdə ayrı-ayrı materialların analizində uşaq əsərləri ilə bağlı, həqiqətən, səmərəli nəzəri-tənqidi 

mülahizələrlə rastlaşırıq. Əsərlərin həcmi, seçimi, ideyası, əxlaqi-tərbiyəvi əhəmiyyəti, müasir həyatla 

səsləşməsi,  uşaq  fantaziyasına  uyğunluğu,  onların  yaş  səviyyəsi  ilə  uzlaşıb  uzlaşmaması  barədə 

qənaətlər uşaq ədəbiyyatı ilə əlaqəli nəzəri-estetik fikrə boy verir. 

Çoxmüəllifli (M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə və s.) “İkinci il” (1908) dərsliyi və oradakı 

nümunələr o zaman geniş müzakirələrin predmetinə çevrildi. Əlifba təlimindən sonrakı ikinci il üçün 

dərslik  kimi  nəzərdə  tutulmuş  kitab  haqqında  Ü.Hacıbəyov  (“Tərəqqi”  qəz,  1908,  19  avqust), 

Ə.Hüseynzadə (“Tərəqqi” qəz, 1909, 9, 10 fevral), Ö.F.Nemanzadə (“Tərəqqi” qəz, 1909, 20, 22, 26 

fevral;  3,  12,  15,  16  mart),  M.Mahmudbəyov  (“Tərəqqi”  qəz,  1909,  24,  30  mart,  6  aprel)  və  b.  öz 

mülahizələrini  ortalığa  qoymuş,  geniş,  hərtərəfli  təhlil  fonunda  buradakı  əsərlərin  elmi-pedaqoji  və 

nəzəri-tənqidi  səciyyəsini  vermişdilər.  Doğrudur,  həmin  nəzəri-tənqidi  baxış  konkret  nümunənin 

təhlilinə  əsaslanan  təfərrüatlı  təhlil  deyildi.  Məsələnin  qoyuluşu  ilə  bağlı  müəlliflər  daha  çox 

ümumiləşdirmələr yolu ilə öz qənaətlərini söyləmişdilər. Ancaq dərslikdəki əsərlərin mövzu, məzmun, 

ideya,  dil,  şivə,  üslub,  orfoqrafiya  və  s.  məsələlərinə  toxunmuş,  bu  barədə  öz  mülahizələrini  izhar 

etmişdilər. XIX əsrin II yarısı və XX əsrin əvvələrində Azərbaycan uşaq ədəbiyyatının inkişaf axarı üç 

məcra  ilə  rəvac  tapırdı.  Bunlardan  birincisi  ana  dilində  ərsəyə  gələn  məktəb  dərslikləridir.  Bu 

dərsliklərin tarixi M.Ş.Vazeh və  İ.İ.Qriqoryevin 1852-ci ildə yazdıqları və 1855-ci ildə Təbrizdə çap 

olunan  “Kitabi-türki”  adlı  müntəxabatından  başlayır.  Sonra  S.Ə.Şirvaninin  (“Rəbiül-ətfal”  –  1878; 

“Tacül-kütüb” – 1883), A.O.Çernyayevskinin (“Vətən dili” – 1881, I hissə), A.O.Çernyayevskinin və 

S.Vəlibəyovun  (“Vətən  dili”  –  1888,  II  hissə),  S.Hacıbəyovun  (“Hədiyyeyi-sibyan”  –  1901), 

R.Əfəndizadənin (“Uşaq bağçası” – 1898;); Bəsirətül-ətfal – 1901), M.Mahmudbəyovun (“Birinci il” 

– 1907; “İkinci il” – 1908 – Bu dərsliklər bir neçə müəllif tərəfindən yazılmışdır), M.Mahmudbəyov 

və A.Səhhətin (“Yeni məktəb” – 1909), M.A.Mollazadənin (“Türk dili, yaxud türkcə qiraət” - 1907), 

F.Ağazadənin (“Ədəbiyyat məcmuəsi” – 1912), A.Şaiqin (“Uşaq gözlüyü” – 1910; “Gülzar” – 1912; 

“Milli qiraət kitabı” – 1919), R.Əfəndizadənin (“Türk qiraəti” – 1918) və s. dərsliklər işıq üzü görür. 

Bu dərsliklərdə onlarla dəyərli uşaq ədəbiyyatı nümunəsi vardır. 

Uşaq ədəbiyyatının inkişafında ikinci kanal oxu kitabları idi. Bu dövrdə şagirdlərin dərsdənkənar 

vaxtlarda  mütaliəyə  olan  ehtiyaclarını  ödəmək  məqsədilə  ədiblərimiz,  şair  və  ziyalılarımız  xeyli  oxu 

kitabları  nəşr  etmişdilər.  Bu  kitabların  bəziləri  müəlliflərin  özləri  tərəfindən  qələmə  alınmış  orijinal 

əsərlər, bəziləri isə müxtəlif xalqların ədəbiyyatından edilmiş tərcümə nümunələridir.  

Haqqında  bəhs  etdiyimiz  zaman  kəsimində  uşaq  ədəbiyyatımızın  intişarına  rəvac  verən  üçüncü 

qol  uşaq  mətbuatı  idi.  Bunlar  konkret  şəkildə  “Dəbistan”,  “Rəhbər”  və  “Məktəb”  jurnallarıdır. 

“Dəbistan” 1906-cı ilin aprelindən 1908-ci ilin martına qədər fəaliyyət göstərmişdir. Əvvəlcə jurnalın 

naşirliyini  və  redaktorluğunu  Əli  İskəndər  Cəfərzadə  və  Məmmədhəsən  Əfəndizadə  birlikdə  həyata 

keçirirdilər. 15-ci nömrədən etibarən Ə.İ.Cəfərzadə bu işi təkbaşına yerinə yetirməli oldu. 1908-ci ildə 

maddi imkansızlıq ucbatından məcmuə bağlandı. “Rəhbər” jurnalı da belə bir aqibət yaşadı. Məcmuə 

1906-cı  ilin  sentyabrında  nəşrə  başladı.  Onun  naşiri  və  redaktoru  görkəmli  müəllim,  pedaqoq 

Mahmudbəy  Mahmudbəyov  idi.  Jurnalın  cəmi  5  nömrəsi  çixdıqdan  sonra  1907-ci  ilin  yanvarında 

maddi çətinlik səbəbindən məcmuə fəaliyyətini dayandırmalı oldu. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1124



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

O zamankı uşaq mətbuatımızdan ən uzun ömürlüsü “Məktəb”dir. Jurnal 1911-ci ilin noyabrından 

1920-ci  ilin  aprelinə  –  bolşevik  işğalına  qədər  nəşr  edilmiş,  onun  100-ə  yaxın  nömrəsi  işıq  üzü 

görmüşdür. 1916-cı ilə qədər Qafur Rəşad Mirzəzadə və Əbdülrəhman Tofiq Əfəndizadə onu birlikdə 

nəşr  edirdilər.  1916-cı  ildə  Ə.T.Əfəndizadə  vəfat  etdiyi  üçün  Q.R.Mirzəzadə  bütün  işləri  öz  üzərinə 

götürməli oldu.  

Hər  üç  məcmuədə  uşaq  ədəbiyyatımızın  yüzlərlə  nümunəsi  çap  edilmiş  və  kiçik  oxuculara 

çatdırılmışdır. F.Köçərli bu məcmuələrlə yaxından əməkdaşlıq edən qələm sahiblərimizdən biridir. 

 

 

 



İSMAYIL BƏY NAKAMIN “GƏNC-İ ƏDƏB”                             

MƏSNƏVİSİNDƏ NİZAMİ TƏSİRİ 

 

İlahə HACIYEVA 

Azərbaycan Dillər Universiteti 

ilahe_h@rambler.ru 

AZƏRBAYCAN 

 

Nizami Gəncəvinin “Xəmsə”sinin ilk poeması olan “Sirlər xəzinəsi” əsərinə həm fars, həm türk 



ədəbiyyatında  bir  çox  cavablar  yazılmış,  nəzirələr  ithaf  olunmuşdur.  Gəncəli  ustadın  “Məxzənül-

əsrar”ına yazılan cavablardan biri də XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairlərindən 

olan İsmayıl bəy Nakamın “Gənc-i ədəb” məsnəvisidir. İ. Nakam vaxtı ilə Şamaxıda yaşayıb sonradan 

Şəkiyə köçən məşhur mülkədar nəsli olan Sədrəddinbəyovlardandır. Nakamın atası da şair olmuş, Fani 

təxəllüsü  ilə  şeirlər  yazmışdır.  Əli  Abbas  Müznib  isə  Nakamın  “Seçmə  parçalar”  adlı  şeirlər 

məcmuəsindəki müqəddiməsində Dərviş Məhəmməd ağa haqqında deyilmiş həmin fikri Nakamın adı 

ilə  bağlayır.  O,  yazır:  “Nakamın  əvvəldə  təxəllüsü  “Fani”  imiş,  lakin  Şərqin  bir  çox  yerlərini  gəzib, 

bəzi  təriqət  sahibləri  ilə  görüşdükdən  sonra  Şəkiyə  qayıtmış,  səfərindən  aldığı  təəssürat  sayəsində 

“Fani” təxəllüsünü dəyişdirmiş, əvəzində “Nakam” təxəllüsünü qəbul eyləmişdir.” (Əliabbas Müznib, 

“Nakam, seçmə parçalar”). Bu fikrin təkrarına Əbdürrəhman Abdullayevin “Nakam” adlı məqaləsində 

də rastlayırıq.  

 Şairin  yaradıcılığı  “Divan”  şeirlər  toplusundan,  “Gənc-i  ədəb”,  “Dastan-i  Fərhad  və  Şirin”, 

“Dastan-i  Məcnun  və  Leyli”  məsnəvilərindən  ,  müxtəlif  hekayələrdən  ibarətdir.  Bu  yazıda  isə  biz 

Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin  həm  mətndaxili,  həm  də  Nizaminin  “Sirlər  xəzinəsi”  ilə 

müqayisəli şəkildə hərtərəfli təhlilinin üzərində dayanacağıq.  

 İlk  öncə  onu  da  qeyd  edək  ki,  Nakamın  Nizaminin  “Sirlər  xəzinəsi”nə  nəzirə  olaraq  yazdığı 

“Gənc-i ədəb” poeması onun yaradıcılığında ən önəmli yer tutur. “Gənc-i ədəb” məsnəvisi məzmun, 

quruluş  və  mündəricə  baxımından  Nizaminin  əsərindən  seçilir.  Əsər  həcm  etibarı  ilə  Nizaminin 

poemasından böyükdür. Belə ki, Nizamin “Sirlər xəzinəsi” 2240 beytdən ibarətdirsə, Nakamın “Gənc-

i  ədəb”i  4960  beytdir.  Bu  da  Nizaminin  əsərinin  həcminin  iki  mislinə  bərabərdir.  Digər  fərqli  cəhət 

əsərlərin  yazıldıqları  bəhrlərin  müxtəlifliyidir.  Nizami  öz  məsnəvisini  əruzun  səri,  Nakam  isə  xəfif 

bəhrində qələmə almışdır. Nakamın “Gənc-i ədəb”i 20 hekayət və 20 məqalətdən deyil, 31 məqalət və 

35 hekayətdən ibarətdir.  

Əsər  klassik  məsnəvilərdə  tez-tez  rast  gəlinən  “Bismillahirrəhmanirrəhim,  tövhid  və  minacat” 

adlı ənənəvi başlıqla başlanır. Bu hissədə Nakam Allahı, onun yerdəki rəsulu Məhəmməd peyğəmbəri 

tərif  edir.  Daha  sonra  isə  “Sərvər-i  kainat  və  mövcudat-i  Əliyə  əfzəl-i  ilticat  həzrətlərinin  nət  feyzi 

bəyanındadır”  adlı  hissə  gəlir.  Elə  bu  hissədə  hər  iki  şairin  dini  mövzulara  toxunmasında  zamanın 

tələbindən  irəli  gələn  fərqlər  olduğunu  görürük.  Ənənəvi  çərçivədə  Nakam  da  tövhid  və  minacat 

mövzularına müraciət edir, peyğəmbərin nətini verir. Ancaq Nizamidən fərqli olaraq dastan boyu əsərə 

Həzrəti  Əli  və  digər  şiə  müqəddəsləri  ilə  bağlı  xitab  və  hekayətlərin  daxil  edildiyini  görürük. 

Nizaminin  yaşadığı  dövrdə  Şərqdə  hegemon  olan  Səlcuqilər  sülaləsinin  rəsmi  ideologiyası  sünni 

məzhəbi  idi.  Səlcuqilərdən  olan  Atabəylərin  dövründə  yaşayan  və  əsərini  Ərzincan  hakimi  Bəhram 

şaha həsr edən şairin əsərində şiə motivləri yox dərəcəsindədir. “Məhzənü’l-əsrâr’da islamın bəlirli bir 

təriqətinin düsturlarına rastlamazken” İ.Nakamın “Gənc-i ədəb”ində biz şiəliyin açıq-aydın təbliği ilə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1125



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qarşılaşırıq. Buna səbəb isə Nizaminin yaşadığı XII əsrdən fərqli olaraq XIX əsr Azərbaycanında artıq 

şiəlik bir ideologiya kimi möhkəmlənmişdi.  

 Nizamidə  əsərin  yazılmasını  sifariş  edən  hökmdar  mədh  olunursa,  burada  “Gənc-i  ədəb”in 

nəşrini  öhdəsinə  götürən  Hacı  Zeynalabdin  Tağıyev,  onun  xeyriyyəçi  fəaliyyəti  təriflənir.  Hacı 

Zeynalabdin  Tağıyevin  elmi  himayə  altına  alması  məsələsini  Nakam  bu  hissədə  xüsusilə 

vurğulamışdır.  “Hacı  Zeynalabdin  ağa  Tağızadə  cənabının  həsənatı,  şanı  və  anın  naməsinə  kitabın 

binası bəyanındadır” başlığında şair əsəri yazma səbəbini də dilə gətirir: 

 Nizami  ilk  böyük  əsəri  olan  “Sirlər  xəzinəsi”  dastanını  qissələr  toplusu  şəklində  yazmışdır. 

Nakam  da  bu  təkiyə  üsulunu  dəyişdirməmiş,  strukturu  olduğu  kimi  saxlamışdır.  Elə  Nizaminin 

“Məxzən-ül  əsrar”ındakı  kimi  əvvəl  məqalət,  ondan  sonra  hekayətləri  vermişdir.  Sadəcə  olaraq 

Nizamidə hər məqalətdən sonra bir hekayə verilirsə, Nakam hər məqalətdən sonra bəzən iki hekayə, 

bir neçə xitab və qissələr verərək onların sayını artırmışdır.  

 “Həqiqi eşq və məcazi eşqin bəyanındadır” adlı ilk məqalətdə şair təmiz, saf eşqi tərənnüm edir, 

yalançı, saxta məhəbbəti isə tənqid edir. 

 Ey del edub tərk səvazəndə ol, 

 Eşq olub zində payində ol. 

 Olmasa, aləmdə məhəbbət əgər

 Cümlə mücərrəddən olmaz əsər. (“Gənc-i ədəb”, ƏYİ, Б-672) 

 Beləliklə,  elə ilk  məqalət və  hekayətin  məzmunu  bizlərə  Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin 

Nizaminin  əsərindən  fərqləndiyini  söyləməyə  əsas  verir.  “Nizaminin  “Sirlər  xəzinəsi”  əsəri  dövrü 

tənqid  edən  hökmdarları  ədalətə,  insana  hörmətə,  zəhmət  adamlarını  mənəvi  saflığa,  xeyirxahlığa 

çağıran  dəyərli  fəlsəfi-əxlaqi  əsər  olduğu  halda  Nakamın  “Gənc-i  ədəb”  poemasının  ayrı-ayrı 

hekayətlərində  saf  məhəbbət,  məcazi  və  həqiqi  eşq  və  s.  tərənnüm  edilmişdir.  (2,  səh  85)  Düzdür 

Nizaminin bu əsərində Aşiq, Məşuq obrazları yoxdur. Ancaq onu da qeyd edək ki, buradakı məqalətlər 

sanki  bizə  Aşiqin  peyda  olacağına  eyham  vurur  və  o,  “Xosrov  və  Şirin”də  peyda  olur,  “Leyli  və 

Məcnun”da isə əsl haqq aşiqinə çevrilir. Bu baxımdan Nizaminin “Sirlər Xəzinəsi”ni Aşiqi ilahi eşqə 

aparan  ilkin  mərhələ  -  şəriət  mərhələsi  də  adlandırmaq  olar.  Nakamın  poemasında  bu  mövzuya 

rastladığımız  digər  hekayə  “Hekayət-i  Ənuşirəvan-i  adil”dir.  Nakamın  “Gənc-i  ədəb”ində  isə  biz 

Ənuşirəvanın tamamilə fərqli obrazı ilə qarşılaşırıq. Buradakı Ənuşirəvan daha çox Nizaminin “Yeddi 

gözəl”indəki  Bəhram  Gura  bənzəyir.  Ənuşirəvan  da  Bəhram  kimi  cavan  yaşlarında,  yenicə  taxtda 

əyləşdiyi vaxtlarda ədalət və səxavətinə görə ad qazanır. Sonradan Bəhram şahın başı yeddi ölkədən 

gətirilmiş gözəllərlə eyş-i işrətə qarışır. Bəhram kimi Ənuşirəvan da bir gözəlin eşqinə dalır, başı sevgi 

macəralarına  qarışır.  Ancaq  Ənuşirəvanın  sevgisi  Bəhramdan  fərqli  olaraq  onu  xalqından,  haqq, 

ədalətdən uzaq salmır. O, məşuqəsi ilə əqd bağlayıb nikah kəsdirsə də eşqini pünhan saxlamağa, onu 

faş etməməyə çalışır. Ənuşirəvan bu cəhətdən daha yüksək məqamda dayanır. Nakam da Ənuşirəvanın 

timsalında  dövrünün  rəhbərlərini  eyş-işrətə  uymamağa  çağırır.  Nizamidə  Bəhram  Guru  dünyanın 

faniliyindən agah edən, onun bəzlinə aldanmamağa çağıran, bəsirət gözünü açan çoban və Fitnə olur. 

Nakamda isə Ənuşirəvan özü öz hərəkətlərini nizamlayan, nəfsə meyl etməyən güclü iradə sahibi kimi 

göstərilir.  “Adil  Ənuşirəvan”  adlı  bu  hekayədə  Nakam  sanki  yeddi  ölkənin  gözəllərinin  dilindən 

söylənən nağılların hərəsindən çıxan nəticələri bir mətn daxilində birləşdirmişdir.  

 “Sirlər xəzinəsi”ndə də Nizaminin əxiliklə bağlı görüşlərinin əksinə rast gəlmək olar. Nizaminin 

“Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” və s. hekayələrində bu fikirlərin tərənnümünə 

təsadüf edirik. Təbliğ etdiyi ideyalara və məzmununa görə Nakamın “Hekayət-i Hatəm Tai və xarkəş”, 

“Hekayət-i  Mahmud  Qəznəvi  və  xarkəş”,  “Hekayət-i  şah-i  Qəzvin  ba  xakpiz”,  “Hekayət-i  Əli  ibn 

Salman  ba  fəqir”  və  s.  hekayələrini  Nizaminin  yuxarıda  adlarını  çəkdiyimiz  hekayələrinin  davamı 

kimi qiymətləndirə bilərik.  

 Beləliklə,  Nizami  Gəncəvinin  “Sirlər  xəzinə”si  ilə  Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin 

qarşılıqlı  müqayisəsi  onu göstərdi  ki,  şair etalon nümunəni  əsas olaraq seçsə də  həm  məzmun,  həm 

bəhrdə dəyişiklik etməklə ondan xeyli dərəcədə fərqlənmişdir. Nakamın əlavə etdiyi orijinal epizodlar, 

öz dövrü və zamanı ilə səsləşən əxlaqi-mənəvi problemlər onun Nizami təqlidçisi olmadığını bir daha 

sübut edir. 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1126



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İŞĞALDAN SONRA FOLKLOR MƏTNLƏRİ                                                    

VƏ SÖYLƏYİCİ PROBLEMİ 

 

Aytac ABBASOVA 

AMEA Folklor İnstitutu 



folklorgirl@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  xalqının  tarixən  çox  qədim  olan  zəngin  folklor  irsi  vardır.  Bəllidir  ki,  Azərbaycan 

folklor  materiallarının  toplanması,  nəşri,  tədqiqi  və  sistemləşdirilməsi  həmişə  Azərbaycan 

folklorşünaslığı üçün aktual məsələlərdən olmuşdur. Ayrı-ayrı bölgələr üzrə AMEA Folklor İnstitutu 

tərəfindən  folklor  antologiyalarının  tərtib  edilərək  nəşr  olunması,  xüsusilə  son  illər  Qarabağ  layihəsi 

ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Xalqın mənəvi və mədəni varlığını mükəmməl şəkildə özündə 

cəmləşdirən  folklorun  öyrənilməsi,  bu  dəyərləri  daşıyan  mətn  materiallarının  toplanıb  nəşr 

edilməsindən  başlayır.  Folklor  mətnlərinin  regionlar  üzrə  toplanması,  nəşri  və  araşdırılması 

Azərbaycan  folkloru  haqda  daha  dolğun  və  geniş  bilgi  əldə  etməyə  imkan  yaradır.  Eyni  zamanda, 

Azərbaycan  folklorunun  bölgələr  üzrə  araşdırılması  ümumi  folklorumuzun  və  onda  baş  verən 

dəyişikliklərin  öyrənilməsi  ilə  yanaşı  folklor  mətnləri  arasındakı  oxşar  və  fərqli  cəhətləri  də  aşkara 

çıxarır.  Bu  da  öz  növbəsində  Azərbaycan  folklorunun  özünəməxsus  nümunələrinin,  eləcə  də  folklor 

obrazlarının arxaik semantikasının öyrənilməsində mühüm rol oynayır. Amma elə bölgələr də vardır 

ki,  həmin  bölgənin  folklor  nümunələri  kifayət  qədər  toplanıb  öyrənilməmişdir.  Bu  baxımdan  illərdir 

düşmən  tərəfindən  işğal  olunmuş  bölgələrin  –Kəlbəcər,  Laçın,  Qubadlı,  Zəngilan,  Cəbrayıl,  Füzuli, 

Şuşa, Ağdam, Ağdərə, Xocalı, Xocavənd sakinlərindən folklor nümunələrinin həm toplanması, həm də 

araşdırılması  aktual  məsələlərdəndir.  Şübhəsiz,  ayrı-ayrı  bölgələrin  özünəməxsus  şəraiti,  həyat  tərzi 

olduğu  üçün  orada  yaşayan  əhalinin  də  poetik  düşüncəsi  fərqli  şəkildə  təzahür  edir.  Digər  tərəfdən 

çoxvariantlılığın  folklorun  əsas  prinsiplərindən  biri  olmasını  nəzərə  alsaq,  həmin  bölgədən  əldə 

ediləcək  materiallar  Azərbaycan  folkloru  ilə  bağlı  çoxvariantlılığın  sistem  halında  tədqiqinə  şərait 

yarada  bilir.  A.Alıyev  haqlı  olaraq  qeyd  edir  ki,  “Əgər  folklorumuzun  Azərbaycanın  mövcud 

bölgələrindən  toplanılması,  sistemləşdirilməsi,  katoloqlaşdırılması,  nəşri  və  tədqiqi  yuxarıda 

göstərdiyimiz səbəblərdən xüsusi əhəmiyyətə malikdirsə, eyni prosesin tarixən Azərbaycan torpaqları 

olmuş, hal-hazırda düşmən tapdağı altında olan ərazilərdə aparılması ikiqat olaraq həm elmi-mədəni, 

həm də siyasi-milli əhəmiyyətə malikdir. Folklor etnosun mənəvi yaddaşıdır”. 

Doğrudan  da,  erməni  şovinizminin  fiziki  və  mənəvi  terroruna  məruz  qalmış  Azərbaycan  xalqı 

tarixi torpaqlarının bir hissəsindən məhrum edilmişdir. Torpaq itkiləri etnosu yalnız mövcudolmanın 

maddi  əsasından  deyil,  həmçinin  mənəvi  yaddaşdan  da  məhrum  edir.  Ona  görə  də  düşmən  tapdağı 

altında  olan  torpaqlarımızın  folklorunun  toplanması,  nəşri,  tədqiqi  itirilməkdə  olan  etnik  yaddaşın 

qorunması  istiqamətində  də  xüsusi  əhəmiyyətə  malikdir.  H.İsmayılovun  dediyi  kimi  “Azərbaycan 

folklorunun  regional  mühitlər  kontekstində  öyrənilməsi  birbaşa  milli-mənəvi  dəyərlərimizin  bərpası 

deməkdir... Milli folklorun regional mühitlər kontekstində tədqiqi dövlət və dövlətçiliyin milli-mənəvi 

əsaslarının möhkəmləndirilməsinə xidmət edir”.  

Araşdırma  məsələsinə  gəldikdə  isə  həmin  regionların  tarixi,  coğrafi  şəraiti,  toponimləri, 

onomastik vahidləri və s. məsələlər ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılsa da, bölgələrin folkloru 

indiyədək  ayrı-ayrılıqda  sistemli  olaraq  araşdırılmamışdır.  XX  əsrin  sonlarında  regionların  işğal 

edilməsi nəticəsində ayrı-ayrı rayonlarda məskunlaşan sakinlərdən, əsasən də, həmin ərazidə yaşamış 

yaşlı sakinlərdən-informatorlardan folklor mətnlərinin toplayıb yazıya alınması günümüzün ən aktual 

məsələsidir.  Çünki  həmin  informatorlar  yavaş-yavaş  dünyasını  dəyişir  və  onlarla  birlikdə  bu  folklor 

mətnləri  də  itib-batır.  Xalqın  hər  bir  nümayəndəsi  az  və  ya  çox  dərəcədə  folklor  dayıyıcısı  ola  bilir. 

Ancaq  daha  dolğun,  ətraflı  folklor  mətnlərinin  dayıyıcısı  isə  cinsindən  asılı  olmayaraq  yaşlı  nəslin 

nümayəndəsidir. Bildiyimiz kimi, klassik folklora məxsus söyləyicilər- naqqallar, dərvişlər və s. vardır 

ki,  həmin  söyləyicilər,  demək  olar  ki,  yoxdur.  Professional  söyləyicilərin  sıradan  çıxmasının  əsas 

səbəbi  klassik  folklor  ənənələrinin  zəifləməsi  və  yavaş-yavaş  unudulmasıdır.  Qeyd  etdiyimiz 

regionlarda işğala qədər folklor məclisləri təşkil edilmişdir. “Folklor iməcilikləri” adı altında keçirilən 

bu  məclislər  daha  çox  toylarda,  bayramlarda  və  gündəlik  həyatda  qadınların,  əsasən  payız-qış 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1127



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

aylarında hana toxuyarkən, yun darayarkən, sapa tütün düzərkən və s. fəaliyyət göstərərdi. Məclislərdə 

əsasən nağıl söylənər, tapmaca deyilər və müxtəlif oyunlar oynanılardı. Nağıl deyib, oyun oynamaq 

həm insanlarda ruh yüksəkliyi yaradar, həm də işlərinin yüngül keçməsinə kömək edərdi. Təşkil edilən 

nağıl  axşamlarında  xüsusi  seçilmiş  şəxslər  nağıl  söyləyər,  hamı  bir  nəfər  kimi  qulaq  asardı.  Bu 

məclislər  folklor  baxımından  çox  zəngin  olub,  folklor  nümunələrinin  variantlaşmasına,  dildən-dilə 

keçib yayılmasına və eyni zamanda, unudulmuş nümunələrin yenidən xatırlanmasına şərait yaradıbdır. 

Ərazinin  işğalı  nəticəsində  əhalinin  ayrı-ayrı  rayonlara  dağılması,  köçkünlük  həyatı  yaşaması  bu 

məclislərin  unudulmasına  gətirib  çıxarmışdır.  İnformatorların  sıradan  çıxması  və  həmçinin  illərdir 

özünəməxsus adət-ənənələrini yaşadıqları doğma ellərindən ayrı düşmələri və yeni gəldikləri mühitdə 

isə  az  da  olsa fərqli  bir  adət-ənənə  içərisində  yaşamağa  məcbur  olmaları,  məxsus  olduqları bölgənin 

folklorunun regional xüsusiyyətlərinin də unudulmasına gətirib çıxarır.  Xalqımıza məxsus olan adət-

ənənələr zaman keçdikcə unudularaq yaddaşlardan silinir. Bu adət-ənənələri qorumaq, gələcək nəslə 

ötürmək olduqca vacib məsələlərdən biridir. 

Hal-hazırda  öz  yurd-yuvasından  didərgin  düşmüş,  Azərbaycanın  müxtəlif  regionlarında 

məskunlaşmış  sakinlərin  yaddaşındakı  şifahi  yaradıcılıq  nümunələrinin˗əfsanələrin,nağılların, 

bayatıların, lətifələrin, xalq oyunlarının toplanılması həmin bölgənin etnoqrafiyası, tarixi, coğrafiyası, 

adət-ənənəsi  və  mifoloji  düşüncəsi  barədə  bitkin  təsəvvür  yaratmaq  deməkdir.  Folklor  mətnləri 

bölgənin  tarixi-coğrafi,  etnoqrafik  xüsusiyyətlərini  üzə  çıxarmağa,  bu  əraziyə  məxsus  folklor 

örnəklərini  respublikanın  digər  bölgələrinə  məxsus  variantlarla  müqayisə  etməyə,  oxşar  və  fərqli 

cəhətləri  göstərməyə,  regionda  icra  olunan  mərasimlərin  spesifik  xüsusiyyətlərini  aşkarlamağa, 

mərasimlərin  icrası  zamanı  ifa  olunan  folklor  mətnlərinin  regional  xüsusiyyətlərini  müəyyən  etməyə 

imkan yaradır. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin