Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə68/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   64   65   66   67   68   69   70   71   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1112



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yaşadığı  olayların  ve  tanıştığı  yeni  fikirlerin  rolü  büyük  olmuştur.  Cavit  bu  ortamın  neticesi  olarak, 

İstanbul’da bulunduğu dönemde bazı Türk Dünyası aydınlarının İstanbul’a gelmeleri ile, kanaatimizce 

daha  da  heyecanlanmış  ve  duyduklarının  etkisi  ile  millî  meselelere  daha  da  yoğunlaşarak,  bu  fikri 

cephesini başta Rıza Tevfik olmak üzere İstanbul’da şekillendirmeyi başarmıştır. Zaten kendisinde var 

olan kabiliyeti de bu öğrendikleri ile birleştirince de ortaya Hüseyin Cavit çıkmıştır. 

Sonuçda  Azerbaycan  âlimi  Ali  Nazım’ın  ifadesi ile Azerî  Türkçülüğünden  başka,  Osmanlıcılık, 

Turancılık, Türkiyecilik ve Türkçülükten tedricen geçmiş ve bunları eserlerinde aksettirmiştir. 

 

 

HÜSEYN CAVİDİN “ŞEYX SƏNAN” FACİƏSİNDƏ EŞQ 



 

Günel ƏHMƏDLİ 

Bakı Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının və dramaturgiyasının ən parlaq simalarındandır. 



Onun  yaratdığı  əsərlər  həm  milli,  həm  də  dünya  ədəbiyyatının  nadir  nümunələrindəndir.  Hüseyn 

Cavidin  dramaturgiyasında  mühüm  yer  tutan  əsərlərdən  biri  “Şeyx  Sənan”  faciəsidir.  Zahid  Əkbər 

özünün  “Hüseyn  Cavidin  “Şeyx  Sənan”  faciəsi”  kitabında  haqlı  olaraq  qeyd  edir  ki,  “Şeyx  Sənan” 

faciəsi  hələ  yarandığı  dövrdə  ədəbiyyat  maraqlılarının  diqqətini  özünə  cəlb  etmişdir.  Hüseyn  Cavid 

“Şeyx Sənan” mənzum faciəsini yazmağa başlamazdan əvvəl “Şeyx Sənan” faciəsi və dastanı ilə bağlı 

məlumatlar  toplayır.  “Şeyx  Sənan  türbəsi”  ni  ziyarət  edir  və  orda  kiçik  bir  qəzəl  yazır.  O,  qəzəldə 

Sənanın eşqindən söhbət açır. Hüseyn Cavid topladığı geniş məlumatlardan sonra əsəri yazmağı qərara 

alır.  “Şeyx  Sənan”  əsəri  oxucular  tərəfindən  maraqla  qarşılanır.  Əsərin  sevilməsinin  səbəbi  onun 

nikbin  ruhda  yazılması,qəmdən  uzaq  olması  idi.  Əsərin  əsas  sujet  xəttini  islam  və  xristian  dinləri 

arasında  olan  ziddiyyətlər  və  ixtilaflar  təşkil  edir.  Faciə  əsərin  qəhrəmanı  olan  Sənanin  ətrafinda 

qurulmuşdur. “Şeyx Sənan” əsəri dörd pərdə və bir “əlavə” dən ibarət faciədir. Əsərin əvvəlində din 

xadimləri  görünür.  Dramatik  gərginlik  isə  Zəhranın  sevgi  iztirabları  ilə  başlayır.  Lakin  Sənan  üçün 

dini vəzifələr daha çox önəm kəsb edir. Əlbətdə ki, bu onun Xumarla rastlaşması ilə öz əhəmiyyətini 

itirir. Faciənin əsas surəti Sənandır. O, aşağı təbəqədən çıxan və ali ruhani təhsili alaraq islam dinini 

təblig edən bir mürşiddir. Lakin məhəbbət Sənan kimi dindar bir şeyxi belə dəyişərək onu alovlu bir 

aşiqə  çevirir.  Sənan  sonda  “dinsiz  olmaq  da  bir  təriqətdir”  nəticəsinə  gəlir.  Sənan  eyni  zamanda 

azadlıqsevər  bir  insan  olmaqla  yanaşı  nəcib  keyfiyyətlərə  də  malikdir.  Bu  onun  Zəhraya  olan 

münasibətində özünü açıq göstərir. O,dərin fikirlərə sahib olan bir mütəfəkkirdir. Sənan insanları bir – 

birinə sevdirə biləcək bir etiqad axtarır. Ancaq bu ideya da onu həqiqətə çatdıra bilmir. Əsərin müsbət 

qəhrəmanlarından  biri  də  Xumardır.  O  da  Sənan  kimi  çiynində  din  yükünü  daşıyır.  Xumarın  da 

faciəsinin birinci səbəbi dini təəssübkeşlikdir. 

 Əsərin qəhrəmanları mənəvi cəhətdən bir  –birinə çox yaxındırlar. Xumar Sənanla rastlaşdıqdan 

sonra onun küskün əhvalı dəyişir və artıq xristian dini onun üçün müqəddəsliyini itirir. Xumarın dini 

Şeyx Sənana olan məhəbbəti olur. 

 Əsərdə  ikinci  əsas  qadın  surəti  Zəhradır.  O  da  Sənanı  sevir.  Zəhra  sevdiyi  insan  üçün  hər  bir 

fədakarlığı  etməyə  hazırdır.  Lakin  Sənan  tərəfindən  rədd  edilməsi  onu  faciəyə  aparır  və  o,  qəmdən 

xəstələnir.  İndi  o,  Sənanı  sadəcə  görmək  xəyalı  ilə  yaşayır.  Nəzakət  Əzizova  “Hüseyn  Cavid 

dramaturgiyasında İnsan, İblis, Tanrı” adlı kitabında qeyd etdiyi “Sevgi iztirabla əkiz yaranmışdır. Bu 

iztirablar, bu əzablar Xumarla Sənanın həyatlarının mənasıdır, xoşbəxtliyidir. Cəfakeş, cəfaya can atan 

Sənan  Xumarı  öz  səviyyəsinə  qaldıranda  qəhrəmandır.”  fikri  ilə  tam  razıyam.  Çünki  Sənan  öz 

məhəbbəti yolunda nə qədər əyilirsə bir o qədər ucalır, yüksəlir. Əsərdə Sənanla Dərviş arasında olan 

dialoqda dini ayrı – seçkiliyə qarşı mübarizə əsas ideyalardandır. Dərviş haqlı olaraq hesab edir ki, yer 

üzündə  əgər  bir  din  olsaydı  bütün  bəşəriyyət  daha  firavan  yaşardı.  Hüseyn  Cavid  bu  əsər  vasitəsilə 

həm islam, həm də xristian dinindəki təəssübkeşliyi ifşa edir. O, yüksək eşq ilə dini təriqətlər arasında 

olan mübarizədə Sənan və Xumarı qalib edir və onların faciəsinə dərin həyati məna bəxş edir. 

 Faciədə müsbət obraz kimi diqqəti çəkən Şeyx Kəbir dövrünün qabaqcıl fikirli din xadimidir. O, 

insanın şübhə etmək hüququna haqq qazandıran və dini mövhumatı rədd edən bir obrazdır. Buna görə 

də o, oxucunun rəğbətini qazanır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1113



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Cavid  əsərdə  məhəbbəti  insanın  daxili  gözəlliklərindən  biri  kimi  göstərir.  Məhəbbətin  gücünün 

din və mövhumata qalib gələcək qədər böyük olduğunu əsas ideya kimi qoyur. 

 “Şeyx Sənan” əsəri həm bədii, həm də fəlsəfi bir əsərdir.Əsərə sadəcə nakam sevgini əks etdirən 

bir  əsər  kimi  baxmaq  olmaz.  Hüseyn  Cavid  məhəbbət  fonunda  bir  sıra  fəlsəfi  məsələlərə  də 

toxunmuşdur. Məhz buna görə də bu əsər Cavidi bir filosof sənətkar kimi tanıtmışdır. Onun əsərindəki 

fəlsəfi  motivlər  təsadüfi  deyildir.  Sənanın  dinlə  əlaqədar  hər  şeyə  şübhə  ilə  yanaşması, 

narahatlığları,axtarışları bunu açıq göstərir. “Şeyx Sənan”da ən çox yadda qalan obraz olan Xumarın 

Sənana olan məhəbbəti gizlidir,dərindir. Zahirən sakit görünsə də onun sakitliyində bir romantizm var. 

Xumar sevginin əsas rəmzidir. O, Sənanı hələ yuxuda ikənözünə əsir edir. Onu yüksəlməyə çağırır. 

 Durma, yüksəl, ənisi - ruhum, gəl! 

 Mütərəddid görünmə! Gəl,yüksəl! 

 Oqunur gözlərində nuri – dəha! 

 Yüksəl,ey Şeyx! Gəl düşünmə daha! 

 Əsərin  finalı  yüksək  səviyyədədir.  Əsərdə  iştirak  edən  şəxslərin  böyük  əksəriyyəti  bir  yerə 

toplaşır.  Papasın  və  şeyxlərin  mənfi  simalarını  Cavid  açıq  şəkildə  göstərir.  Oxucu  əsərin 

qəhrəmanlarının  mənəvi  qələbəsinin  şahidi  olur.  Eyni  zamanda  oxucuda  dini  təəssübkeşliyə,  din 

xadimlərinə,şeyxlərə,papaslara nifrət və qəzəb hissi yaranır. 

 Əsərin sonunda Sənan Xumarı itirir. Bundan sarsılan Sənan Şeyx Kəbirin “səni ehtiras yıxacaq” 

sözlərini xatırlayır və taleyindən qaçmağın mümkün olmadığını dərk edir. O, Xumar üçün ağı deyir. 

 Uyu, ey yari – məhcəbinim, uyu! 

 Uyu, ey tifli – nazəninim, uyu!... 

 Hüseyn  Cavid  əsərin  finalında  Sənan  və  Xumarın  ölməsi  ilə  bütün  dinlər,  əfsanədir,  ancaq 

insanları bir – birindən ayırmağa xidmət edir – ideyasını ortaya qoyur. Əsil həqiqətin bütün dinlərdən 

yüksək olması qənaətinə gəlir. 

 “Şeyx Sənan” faciəsi məhəbbətə həsr olunmuş ən dəyərli əsərdir. Əsərdə azad məhəbbət uğrunda 

mübarizə dini ayrı – seçkilik əleyhinə mübarizə ilə vəhdət təşkil edir və Hüseyn Cavid yaradıcılığının 

zirvəsində özünəməxsus yer tutur. 

 

 

XƏLİL RZA ULUTÜRK POEZİYASINDA  



TÜRKÇÜLÜK İDEYALARI 

 

Türkan İsmayılbəyli 

Bakı Dövlət Universiteti 



turkan.ismayilbeyli@gmail.com 

AZƏRBAYCAN 

 

Xəlil Rza Ulutürk 20-ci əsr Azərbaycan poeziyasının görkəmli, seçkin simalarından biridir. Milli 



azadlıq və müstəqillik uğrunda sarsılmaz mücahid, qara və qırmızı imperiya əsarətinə qarşı üsyankar 

şəxsiyyət,  bəşər tərəqqisi  və  səadəti  uğrunda  böyük  mübariz  Xəlil  Rza  Ulutürk  "durğunluq"  deyilən 

illərdə  orden,  medal,  vəzifə  dalınca  düşmədi,  ilk  andını  unutmadı.  Həmişəmilləti,  vətəni  üçün 

döyüşdü. O, sovet dövründə yaşasa da, həmin quruluşu tərənnüm etməyib. "Türk" sözünün qadağan 

olunduğu  bir  dövrdə  əksər  şeirlərində  "türk"  sözündən  istifadə  edir,  türkçülük  ideyaları  uğrunda 

mübarizə  aparırdı.  Təbii  ki,  şairə  təzyiqlər  olunur.  Lakin  mübariz  şair  düşüncələrindən  vaz  keçmir, 

şeirlərində onları tənqid edirdi. Şair türk sözünü işlədəndə ona təzyiqlər olunurdu. Həmin quruluşda 

"türk" sözü çoxlarını narahat edirdi. Mübariz şair 1986-cı ildə aşağıdakı şeiri yazmışdır. 

Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən, 

Oddan, sudan, dənizdən, ilandan qorxan da var. 

Həyuladan, teyfdən, xortdandan da qorxan da var. 

Ancaq sözdən qorxanı dünyada görən hanı? 

Yox, bu, adi söz deyil, Türk sözüdür, ay canım. 

Mübariz  şair  80-ci  illərdə  "Ürəyimdə  qalan  tikan"  poemasında  türkçülük  ideyalarına  görə  hər 

zaman tənqid olunduğunu açıq-aydın göstərir. Belə ki, o illərdə "Natavan" klubunda təşkil olunmuş bir 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1114



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tədbirdə  şair  və  yazıçılar  bir-bir  çıxış  edirdilər.  Nəhayət,  söz  X.R.Ulutürkə  verilir.  Xəlil  Rza  çıxışı 

zamanı  "Yazıçılar  Birliyi"  ifadəsini  işlədir.  Bu  zaman  sədr  zəngi  basır,  X.Rzanın  çıxışını  yarıda 

saxlayır: 

- X.Rza, cibində qızıl bir kitabça var. 

Rəngi lalə, ərğəvan. 

"Birlik" yox, "ittifaq"dır orada aşkar yazılan.. 

Xəlil Rza, bunu bil

İstanbul başdan-başa al-qırmızı geysə də, 

Ankaranı, İzmirin kommunist bayraqları 

Ulduzlara dəysə də, 

Yenə türk deyilik biz 

Bu şəksiz həqiqəti 

Dərk et, şəksiz, şübhəsiz. 

Xəlil Rza cavab verir: 

- Söz mənimdir, söylədim 

Kəsmə reqlamentimi. 

Gözəl tanıyıram mən soyumu, millətimi. 

Soyumuzun  türk  olduğunu  sübut  etmək  üçün  Xəlil  Rza  hətta  12-ci  əsrdə  yaşamış  Xaqani 

Şirvaninin şeirini öz poemasında epiqraf kimi işlədir: 

"Nə zindandan çəkinirik, nə qanlı dar ağacından, 

Çünki türkük, ər köksümüz al qırmızı dan yeridir". 

Şairin  şeirlərindəki  hər  misranı  oxuyarkən  hiss  olunur  ki,  şairin  ən  böyük  qürur  yeri  onun  türk 

olmasıdır. Bu, şairin 1988-ci ildə yazdığı "Nə yaxşı ki.." şeirinin aşağıdakı misralarında da bəlli olur. 

Dayağımdır, bayrağımdır, varlığımdır TÜRKLÜYÜMÜZ, 

Cəsur, ağüz TÜRKLÜYÜMÜZ. 

Əməli düz, ürəyi düz TÜRKLÜYÜMÜZ. 

Və ya şairin aşağıdakı misralarına diqqət edək. 

Biz Türküstan elləriyiz, 

Qeyrət, qüdrət selləriyiz. 

... Ləngərlənən meydana birdən yeni can gəlir

Azərbaycan, Türküstan, ardınca Turan gəlir. 

Həqiqətən də, böyük şairə güc, qüvvət verən qəlbindəki türkçülük sevgisi olmuşdur. Elə bir sevgi 

ki,  heç  bir  işgəncə,  zindan,  təzyiq  bu  sevgini  qəlbindən  qoparıb  ata  bilməmişdi.  Və  bu  yol  onu 

Lefortovo zindanına aparıb çıxardı.İzolyatora salındığı ilk gündən – 26 yanvar 1990-cı ildən şeirlərini 

Xəlil  Rza  Ulutürk  adı  ilə  imzaladı.  Şairi  Bakının  Azadlıq  meydanında  insanları  mitinqə  səsələyən 

çıxışları,  səsləndirdiyi  şeirləri  üstündə  həbs  edib  Lefortovo  zindanına  salıblar.Hətta  böyük  şair 

zindanda da öz əqidəsindən dönmədi. 

Xəlil  Rza  Ulutürk  sovet  dövründə  yaşasa  da,  qəlbi  hər  zaman  Türkiyə  ilə  döyünürdü.  Onun 

arzusu Türkiyəyə getmək, oranı görmək olmuşdur. Nəhayət, 1989-cu il, 12 noyabr tarixində İstanbul-

Bakı hava limanı açılır. Və, təbii ki, türkçü şair öz sevincini bu dəfə də şeirlərində bildirir. 

Ərşdən endilər, təyyarədən yox, 

Sevincim sığmadı yer ilə göyə. 

Üç rəng bayrağımın ucu qılınc, ox, 

Hayqırdı - Xoş gəlib qardaş Türkiyə! 

Mübariz şair türklərin qədim millət olduğunu, bir zamanlar bütün dünyaya hökm etdiyini, bir çox 

millətin soy-kökünün türklərə dayandığını aşağıdakı misralarda bildirir. 

Türkəm, neçə millətə öz qanımı vermişəm, 

Dənizlər bətnimdədir, ümmanımı vermişəm. 

Get, dolan Kamçatkanı, Alyaskaya kəmənd at. 

Orada rişəm var mənim, 

Dillərini araşdır, öz doğmaca balamdır qədim hindular mənim. 

Xəlil  Rza  Ulutürk  soyuna,  kökünə  bağlı  şair  olmuşdur.  Təsadüfi  deyil  ki,  Azərbaycan  Dövlət 

Pedoqoji Universitetində Xəlil Rzanın tələbəsi ədəbiyyat müəllimi işləyərkən şair haqqında xatirələrini 

danışır  və  bu  fikirləri  təsdiqləyərək  demişdir:  "Biz  tələbəlik  illərində  şəkil  çəkdirmişdik.  Və  hər 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1115



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

şəkildə  olduğu  kimi,  bu  şəkildə  də  bizi  təqdim  etmək  üçün  adımızı,  soyadımızı  yazmışdılar.  Lakin 

sonradan  Xəlil  Rza  soyadların  üzərində  dəyişiklik  aparır.  Belə  ki,  -ov,  -yev,  -zadə  şəkilçilərini  -

lı,li,lu,lü şəklində düzəldir. Və bizə bildirir ki, biz nə rus, nə də farsıq. Biz türkük. Və bunu ilk öncə 

soyadımızla bildirməliyik. Və 1965-ci ildə "Adımız, soyadımız" poemasında da şair böyük bir ağrı ilə 

soyad məsələsinə toxunur: 

Adlarım gözümdən, qoy, işıq içsin. 

Çıxıb yad biçimdən, qoy, türkcələşsin. 

..Mənim öz şəkilçim, mənim öz adım, 

Öz ruhum, öz soyum, öz istedadım. 

Xəlil Rza da Şəhriyarın yolu ilə davam edərək türk dilinin ən incə, ən zərif dil olduğunu bildirir: 

Dillər vahid bir ağac.. gövdəsi sən, kökü sən, 

Nə qədər budaqlara öz şəhdini vermisən. 

Dağlarımın zirvəsi, bağlarımın qönçəsi, 

Döyüşdə şaqqıldayan Misri qılıncın səsi. 

Səslərin ən incəsi - Azərbaycan türkcəsi! 

...  Rahat  yat,  bəy!  Bir  zamanlar  "türk"  sözü  yasaq  idi,  indi  isə  hər  bir  Azərbaycan  türkü  qürur 

hissi ilə, hayqıraraq "türkəm" deyə bilir. Arzuların çin oldu! 

 

 

“XƏYYAM” PYESİ - İŞIQLA QARANLIQ ÜZ-ÜZƏ 



 

Səadət AĞAKİŞİYEVA 

Mingəçevir Dövlət Universiteti 



agakishiyeva@box.az

 

AZƏRBAYCAN 

 

Azərbaycan  ədəbiyyatını  inkişafı  etdirən  və  zənginləşdirən  ölməz  sənətkar  Hüseyn  Cavid 



yaradıcılığı,  əsrarəngiz  poeziyası,  bənzərsiz  dramaturgiyası  ilə  Azərbaycan  xalqının  milli  şüurunun, 

düşüncəsinin oyanmasına xidmət göstərmişdir. 

H.  Cavidin  istər  lirik,  istər  epik,  istərsə  də,  dramatik  əsərləri  özünün  dərin  fəlsəfi  məzmununa, 

milli xüsusiyyətlərinə görə ölməz sənət inciləri kimi öz dəyərini və əhəmiyyətini hər zaman qoruyub 

saxlamış və saxlayacaqdır. Cavid türk və şərq xalqlarının tarixinin müəyyən dövrləri, müxtəlif tarixi 

şəxsiyyətlər haqqında dram əsərləriyazmışdır. Cavid dram əsərlərini yazarkən bir çox tarixi mənbələri 

diqqətlə  tədqiq  etmiş,  tarixi  hadisələri  dərinliyi  ilə  öyrənmişdir.  Cavid  yaşadığı  dövrün  ədəbiyyata, 

sənətə, sənətkara qoyduğu çərçivələrə sığmamış, yalnız öz ideologiyasına sadiq qalmışdır. 

“Xəyyam”  dramının  bədii  baxımdan  tədqiqi  nəinki  tarixi  şəxsiyyətlərin  həyatlarının 

öyənilməsinə, eyni zamanda onların yaşadıqları dövrü xarakterizə etmək baxımından çox önəmlidir. 

Şərqin  və  ümumilikdə  bütün  dünyanın  ən  böyük  filosof,  alim,  riyaziyyatçı  və  şairlərindən  biri 

Ömər Xəyyam Azərbaycan ədəbiyyatında ilk dəfə Cavidin qələmi ilə tanındı. Ömər Xəyyam Cavidin 

sayəsində əbədi qəhrəmana çevrildi. 

“Xəyyam” pyesi üzərində uzun illər böyük cəhdlə, həvəslə işləyən Hüseyn Cavid bu möhtəşəm 

əsərini 1935-ci ildə tamamlamışdır. “Xəyyam” əsərinə görə Hüseyn Cavidə mükafat da verilir. Əsər 

yazılıb  qurtardıqdan  sonra  müsabiqəyə  təqdim  olunur  və  əsər  üçüncü  yerə  layiq  görülür.  Əslində  o 

müsabiqədə birinci yerə heç bir əsər layiq görülmür.  

“Xəyyam” pyesinin əlyazması Cavid sürgün olunduqdan sonra itmişdir. Uzun illər sonra Hüseyn 

Cavidin  qızı  Turan  Cavid  tərəfindən  1957-ci  ildə  Yerevanda,  Ermənistanın  əməkdar  artisti  Əli 

Şahsabahlıdan iki min manat verilməklə alınmışdır. 

“Xəyyam”  pyesi  altı  pərdədən  ibarət  faciədir.  Faciədə  Ömər  Xəyyamın  dünyagörüşü,  əqidəsi, 

amalı hərtərəfli verilmişdir. Ömər Xəyyam oxucuya görkəmli alim, filosof, şair və təmiz qəlblə sevən 

aşiq kimi təqdim olunmuşdur. 

M. Cəfər Hüseyn Cavidin “Xəyyam” dramını təhlil edərkən qeyd edirdi: “Xəyyam” , hər şeydən 

əvvəl həyat sevgisini, səadət eşqini tərənnüm edən bir əsərdir. Bu dramda həyata bağlı olan möhtəşəm 

bir şair ruhu çırpınır. Bütün bəşəriyyəti bəxtiyar, xoşbəxt görmək istəyən bir şair ruhu!..”  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1116



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

Əsər həm tarixi faktlar, həm də xalq arasında yayılan rəvayətlər əsasında yazılmışdır. Hüseyn 



Cavid  əsəri  yazarkən  tarixi  faktlara  bir  o  qədər  əsaslanmamış,  əsasən  xalq  arasında  yayılan 

rəvayətlərə, məlumatlara istinad etmişdir. Məsələn Xəyyamla , Nizamülmülk və Həsən Sabbahın eyni 

mədrəsədə  təhsil  almaları  heç  bir  tarixi  fakta  əsaslanmır.  Cavid  əsasən  xalq  arasında  yayılmış 

rəvayətlərə əsasən yazmışdır. 

Əsərdə Xəyyam,  Nizamülmülk,  Həsən  Sabbah,  Alp Arslan,  Məlikşah  kimi  tarixi  şəxsiyyətlərin 

obrazlarını  görürük  və  bu  tarixi  şəxsiyyətləri  ilk  dəfə  Azərbaycan  ədəbiyyatına  Cavid  gətirmişdir. 

Onların  hər  biri  əsərin  əsas  qayəsinin,  məqsədinin  açılmasına  yardımçı  olurlar.Əsərdə  Cavid 

Xəyyamın  vasitəsilə  “ürfan”,  Nizamülmülkün  vasitəsilə  “dövlətçilik”,  Həsən  Sabbahın  vasitəsilə 

“xəyanət, batinlik” ideyalarını irəli sürüb. 

Biz  “Xəyyam”  əsərində  həm  elm,  ürfan  və  mədrəsəyə,  həm  də  cahalət  və  xurafata  aydın 

münasibət  görürük.  Bütün  bunlar  bir-birinə  tamamilə  zidd  təzadlı  anlayışlardır.  İşıqlı  dünya  ilə, 

qaranlıq dünya kimi. 

İşıqla  qaranlığın  ziddiyyətini,  mübarizəsini  “Xəyyam”  əsərində  olduğu  kimi  “Peyğəmbər” 

əsərində də görürük. Belə ki, cahil ərəblər Məhəmmədin dinini, təlimini qəbul etmədikləri kimi, cahil 

insanlar da Xəyyamın açıq fikirlərini qəbul edə bilmirlər. Xəyyamı avara, əyyaş kimi tanıyır və onu öz 

cəmiyyətlərinə qəbul  etmək  istəmirlər.  Əslində  isə Xəyyam  özü  cəhalətin,  ətalətin  hökm  sürdüyü  bu 

kor  cəmiyyəti  qəbul  etmir,  riyakarlığı,  ikiüzlülüyü  kəskin  şəkildə  tənqid  edirdi.Xəyyam  onu 

anlamayan  insanların  onu  incitmədiyini,  lakin  onu  anlayıb  da,  özlərini  bilməməzliyə  vuranlar,  onun 

elmini anlayıb, özlərini dövrünün adamlarına xoş göstərmək istəyənlərin incitdiyini söyləyir.  

Bu fikirlər Cavidin düşüncəsinə yad deyildir. Çünki, Cavidi də onu anlamayanların tənqid etməsi 

heç  incitmirdi.  Lakin  Cavid  fəlsəfəsini  anlayıb,  onunla  eyni  düşüncələri  paylaşanların,  Sovet 

hakimiyyətinə xoş gəlsin deyə öz ideyalarından əl çəkib, qondarma Sovet idealogiyasını üstün tutanlar 

incidirdi. 

Əsərdə  Xərabati,  Rəmzi,  Sevda,  Vəfa,  Səfa  kimi  rəmzi-irfani  obrazlar  da  var.  Bu  obrazlarda 

Cavid özünün irfani və təsəvvüf düşüncələrini insanlara çatdırır. Onlar Xəyyamın qaranlığa, cəhalətə 

qarşı  mübarizəsində  yeganə  tərəfdarlarıdır.  Xəyyamın  xarakterini  açmak,  onun  xərabat  əhlindən 

mərifət  əhlinə  yüksəlişini  göstərmək  üçün  badə,  gül,  səba,  saqi,  meyxana  kimi  ürfani  rəmzlərdən 

istifadə etmişdir. 

Xəyyam və onun həmpiyalələri qəlblərinin Allah sevgisi ilə dolmasını istəyir. Müftilərin yalançı 

vazehlərinə  inanmır,  onların  vəd  etdikləri  cənnəti  qəbul  etmir.  Xəyyam  qəlbinin  Allah  nuru  ilə 

dolduqca  hər  bir  duyğudan  -  nəfs,  maddi  dünyanın  hər  cür  həvəs  və  meyllərindən  uzaq  olduğunu 

söyləyir.Xəyyamın Allahı sevməsi üçün ona heç bir güc lazım deyil. Xəyyam Allahı nə cənnət arzusu, 

nə  də  cəhənnəm  qorxusu  üçün  sevmir.  Onun  qəlbi  təmənnasız  və  qorxusuz  bir  şəkildə,  saf  hislərlə 

Allaha bağlıdır. 

Xəyyama nə lazımdı ki, zəncir 

Onsuz da köləndir. 

Biz  Xəyyamın  şeirlərindən  onun  dinə,  Allaha  qarşı  olduğunu  düşünə  bilərik,  lakin  dərinliyə 

vardıqda görə bilərik ki, Xəyyam Allaha qarşı deyil, əksinə o Allaha səmimi qəlblə bağlıdır. Xəyyam 

sufidir. Biz onun şəriət əhlindən mərifət əhlinə yüksəlməsini, kamil insan kimi Allahı dərk edib, ona 

qovuşmasını görürük. 

Xacə  Nizam,  Həsən  Sabbah  maddi  dünyanın  insanlarıdırsa, Xərabati,  Rəmzi,  Vəfa,  Sevda,  Səfa 

mənəvi  dünyanın  insanlarıdır.  Cavid  əsərdə  təsəvvüf  rəmzlərindən,  irfani  düşüncələrdən  istifadə 

etməklə,  Xəyyamın  kamil  insana  doğru  yüksəlişini  göstərmişdir.Pyes  Cavidin  ürfani  düşüncələrini 

özündə əks etdirən mükkəməl bir sənət əsəri kimi daim öz sehrini qoruyub saxlayacaqdır. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1117



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XX ƏSRİN 60–90–CI İLLƏRİNDƏ AZƏRBAYCAN  

POEZİYASINDA TÜRKÇÜLÜK 

 

Aysel ƏLƏKBƏRZADƏ 

Bakı Dövlət Universiteti 



ozdilindedanis@gmail.com 

AZƏRBAYCAN 

 

“Hər türk əsgər doğular”. 



Hal-hazırda  bir  çox  türk  dövlətlərində  bu  fikri  eşitmək  mümkündür.  Əsrlərdir  türklər  dünyaya 

örnək xalq kimi təqdim edilmiş, vətənpərvər, cəngavər, öz millətini, dilini sevən, eyni amal uğrunda 

vuruşan,  öz  qadınına  böyük  hörmət  göstərən,  torpağını  heç  bir  vəchlə,  heç  kimə  güzəştə  getməyən 

millət kimi tanınıb. 

Türkçülük  ideologiyası  türklərin  məskunlaşdığı  ərazilərdə  hər  zaman  var  olmuşdur  və  indi  də 

vardır. “Tarix Şumerdən başlayır”. Bu fikri Kramer adlı amerikan alim bildirmişdir. Bir sıra alimlərin 

şumerlərin  türk  olduğuna  şübhələri  olsa  belə,  şumerlərin  dilində  yüzlərlə  qədim  türk  sözləri 

işlədilmişdir.  Şumerlər  dünyaya  böyük  ədəbi  irs,  sənət  nümunələri  bəxş  etmişlər.  Şumerlərin  bəzi 

ixtiralarından hazırda da istifadə olunur.  

Türklərin müxtəlif boyları, tayfaları fərqli əsrlərdə böyük imperiyalar yaratmışdır. Bu imperiyalar 

uzun müddət mövcud olmuş, müxtəlif millətləri vahid xalq, vahid dil altında birləşdirmişlər. Azərbay-

can da uzun illər bu imperiyaların tərkibində olmuş, müxtəlif mədəniyyətlər qurşağında zənginləşmiş-

dir.  Bu  imperiyalardan  ən  böyüyü  olan  Səfəvi  imperiyası  dövrün  digər  əzəmətli  türk  imperiyası  Os-

manlı ilə eyni dövrdə mövcud olmuşdur. Lakin ölkəmizi hər zaman öz türk sülalələrimiz idarə etmə-

mişlər.  Ölkəmizin  təbii  sərvətləri  hər  zaman  qeyri-türk  imperiyalarının  maraq  dairəsində  olmuşdur. 

Təsadüfi  deyil  ki,  bu  imperiyalardan  biri  olan  SSRİ  “parçala  və  hökm  sür”  taktikasından  istifadə 

edərək xalqımızın milli kimliyini unutdurmağa çalışmış, digər  millətlərin içində bir növ yoxa çıxart-

maq  istəmişdir.  Təbii  olaraq,  ziyalılarımız,  ədiblərimiz  bu  siyasətə  göz  yuma  bilmədilər.  Beləliklə, 

SSRİ-nin  mövcud  olduğu  illərdə  ədəbiyyatımızda  yeni  bir  cərəyan  formalaşdı.  Bu  cərəyanın  əsas 

məqsədi, xalqımıza milli kimliyini tanıtmaq, SSRİ – nin anti–humanist yanaşmasını üzə çıxarmaq idi. 

Hələ  1880-ci  illərdən  Türkçülük,  Türkizm  Rusiya  imperiyasının  türkdilli  ziyalıları  arasında 

yaranmış  və  türkdilli  xalqların  mədəni  və  siyasi  birliyini  öz  məqsədi  kimi  təqdim  etmişdir.  Bu 

ideologiya böyük şairlərin poeziyasında XX əsrin 60–90-cı illərində daha da təkmilləşmişdir. O dövr 

Azərbaycan türklərinin keşməkeşli taleyiylə səciyyələnsə də, dahi şəxsiyyətlərimiz bunların hamısını 

gözə alaraq haqq sözü deməkdən çəkinməmişlər. Hər zaman ya bilavasitə, ya da dolayı yolla öz milli 

kimliyini  biruzə  vermiş,  dilinə,  qədim  türk  adət  -  ənənələrinə  sahib  çıxmışlar.  Azərbaycan  SSRİ-nin 

tərkibində olduğu vaxtlarda, xüsusilə XX əsrin 60-cı illərindən başlayaraq yaranmış yeni bir cərəyan, 

dalğa  ziyalılar  arasında  günü-gündən  artmaqda  idi.  Ziyalılarımız,  şairlər,  yazıçılar  –  hər  kəs 

Azərbaycanın  istiqlaliyyəti  üçün  bir  yumruq  altında  birləşmişdilər.  XX  əsrin  80-ci  illərində  bu 

mübarizə  özünü  daha  açıq  formada  biruzə  verdi.  Artıq  şairlərin  şeirlərini  “azadlıq”,  “istiqlaliyyət”, 

“mübarizə”,  “Cənubi  Azərbaycan”  və  s.  kimi  kəlmələr  bəzəməyə  başladı.  Bu  mübarizə  meydanının 

mərkəzində Xalq dayanırdı. Hər kəs müstəqillik arzusunda idi.  

Yaradıcılığı  həmin  dövrə  təsadüf edən  Xəlil  Rza  Ulutürk  öz  poeziyasında  türkçülük  ideyalarını 

geniş  tərənnüm  etmişdir.  Xalq  şairi  Xəlil  Rza  Ulutürkün  poeziyasına  yaxından  bələd  olmaq  üçün, 

əvvəlcə, onu bir şəxsiyyət kimi tanımaq lazımdır. “İstiqlal şairi”, “Milli ideal mücahidi” adlandırılan 

Ulutürk  öz  millətini,  dilini  hər  şeydən  üstün  tutan,  bütün  yaradıcılıq  dövründə  -  “Mən  türkəm!”  – 

deyən,  bununla  fəxr  edən  dahi  şairlərimizdəndir.  Ədəbi  azadlığın  və  cəsarətin  meydanı  dar  olan 

durğunluq  illərində  bəzən  açıq  –  açığına,  bəzənsə  sətiraltı  mənalarla  fikrini  oxucusuna  çatdırmışdır. 

Şair çoxlarından fərqli olaraq, poeziyasında şəxsiyyətini, şəxsiyyətində isə poeziyasını əks etdirmişdir. 

Qədim türkçülük simvolularından olan bozqurda öz poeziyasında yer vermiş, bozqurdun türk simvolu 

olduğunu, poeziyasında sırf türkçülüyə işarə etdiyini göstərmişdir: 

-

 



Hə, bu bozqurddur! 

Ayağının altındakı doğma yurddur! 

Ulu Türkün xilaskarı bu bozqurdu, 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin