IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1098
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
FORUĞ FƏRRUXZADIN “İNANAQ SOYUQ FƏSLİN
BAŞLANACAĞINA” TOPLUSU
Cavanşir MƏMMƏDZADƏ
Bakı Dövlət Universiteti
mhjavanshir@mail.ru
AZƏRBAYCAN
1950-ci illərindən böyük çətinliklərlə peşəkar ədəbi yaradıcılıqla məşğul olmağa başlamış Foruğ
Fərruxzadın poetik fəaliyyət dövrü 1953-1967-ci illəri, düz on dörd illik bir zamanı əhatə edir. Bu
müddət ərzində onun dörd şeir toplusu (“Əsir”, “Divar”, “Üsyan”, “Yeni təvəllüd”), bir sıra hekayə,
ədəbi-tənqidi məqalə və tərcümələri çap olunmuşdur. Şairənin bütün poetik irsini özündə birləşdirən
beş şeir məcmuəsindən yuxarıda adları çəkilənlər sağlığında, sayca beşinci, son toplusu “İnanaq soyuq
fəslin başlanacağına” isə vəfatından yeddi il sonra işıq üzü görmüşdür.
1960-cı illər Foruğ Fərruxzad yaradıcılığı üçün istər ideya-məzmun, istərsə də, poetik üslub və
yaradıcılıq axtarışları baxımından əlamətdar hesab olunur. Artıq o, dünyaya, həyata, ətraf gerçəkliyə
artıq əvvəlki kimi səthi nəzər salmır, “Əsir”, “Divar” və “Üsyan”dakı kimi “fərdi hisslərin bəyançısı”
sifətilə çıxış etmir, öz hiss və duyğularının, şəxsi təəssüratlarının zahirdəki tək birbaşa ifadəsinə
çalışmır. O, varlığa bəsit şəkildə deyil, şairanə, filosofcasına nəzər salır, predmet və hadisələrin
mahiyyətində fəlsəfi məna axtarır. Poetik dil və üslubun imkanları çərçivəsində ətraf gerçəkliyə, şəxsi
hiss və duyğuların daxilinə daha dərindən vararaq, onlara fəlsəfi çalar bəxş etməyə, ictimailəşdirməyə
cəhd edir. Bu cəhətdən Fərruxzadın bu dövr poeziyası dərin fəlsəfi anlama və geniş ictimai məzmuna
malik olması ilə diqqəti cəlb edir. Əslində “Yeni təvəllüd” məcmuəsi şairəni başqa bir simanın
sahibinə çevirir, xatirələrin, keçmişin ləkəli izlərinin davamlı əksi fonunda şeirlərdə naturalizm
elementləri, erotik məzmun itir, intim duyğular cilovlanır, şəxsi hiss və həyəcanın ifadəsi daha alt
qatlara ötürülərək pərdələnir.
Şairənin natamam hesab olunan, sayca beşinci “İnanaq soyuq fəslin başlanacağına”
("درس لصف زاغآ هب میروایب نامیا") adlı sonuncu toplusu vəfatından yeddi il sonra, 1974-cü ildə işıq üzü
gördü. Topluya daxil olan yeddi şeir 1964-1967-ci illərdə yazılmışdır. Fərruxzadın şair təxəyyülü və
təfəkkürünün məhsulu olan həmin şeirlərin hamısı ictimai-fəlsəfi məzmunludur. Şeirlərin lirik
qəhrəmanı ruhunu ümidsizlik və bədbinlik sarmış tənha bir qadındır. O, soyuq fəslin astanasında
dayanıb sükut içrə zamanın ötməsinə, küləyin əsməsinə diqqət edir. Fikir dünyasından səs dünyasına
keçid alaraq, tənhalıqdan əziyyət çəkən “xoşbəxt cənazələr”ə baxır və özünə təsəlli verir:
İnanaq
میروایب نامیا
İnanaq soyuq fəslin başlanacağına درس لصف زاغآ هب میروایب نامیا
İnanaq təxəyyül bağlarının xarabalıqlarına لیخت یاه غاب یاه هناریو هب میروایب نامیا
İşləməyən çevrilmiş oraqlara راکیب ۀدش نوگژاو یاه ساد هب
və zindan toxumlarına ینادنز یاه هناد و
Gör necə qar yağır....دراب یم یفرب هچ نک هاگن.
Artıq fəsillərin sirrinə bələd olan lirik qəhrəman tez bir zamanda soyuq mövsümün başlanacağına
şübhə etmir (“İnanaq soyuq fəslin başlanacağına”), böyük ümidlərlə, nigarancasına gəlinciklər
diyarından günəşlə əlaqə yaratmaq, görmək və eşitmək üçün pəncərəyə pənah aparır (“Pəncərə”),
oradan boylanaraq cahana nəzər salır, günəşin altında bağçanın qəlbinin vərəmlədiyinin, yaşıl
xatirələrdən bağçanın zehninin boşaldığının şahidi olur və baş verənlərə qarşı insanların etinasız
olmasına təəccüblənir (“Ürəyim bağçanın halına yanır”), köksünü ötürərək başını qaldırıb səmadakı
sayrışan ulduzlara baxır, uzaqdan kiminsə gəldiyini xəbər verir (“Heç kimə bənzəməyən şəxs”) və
artıq uçmağı unutmuş, günəşə təqdim, qonaqlığa dəvət edilməyəcək kimsəsiz quşun öləcəyinə işarə
edir (“Quş öləcəkdir”), geriyə yolun bağlandığını, keçmişdən hər hansı bir əsər-əlamətin qalmadığını,
küləyin hər bir şeyi sovurub apardığını gördükdə içdən təəssüflənir (“Səndən sonra”), digər tərəfdən
hər bir şeyin hərəkətdə olduğunu görüb yerində saymaq istəmir, suyun lətafətli sədasını eşitmək,
ulduzlara yaxın olmaq, günəşə qovuşmaq, nurun şüuru ilə qarışmaq üçün tələsir (“Qalan təkcə
səsdir”).
Şeirlərin əsas qəhrəmanı olan tənha qadın elə Foruğun öz prototipidir. Məcmuədə Fərruxzadın
hələ də unuda bilmədiyi, ağrılı keçmişi və xatirələri bədii boyalarla canlı həyati lövhələrdə təsvir
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1099
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olunmuşdur. Şeirlərin sujet xətti, əsasən, pərakəndə xatirələr əsasında qurulduğundan orada vəzn
əvəzlənməsi, intonasiya dəyişkənliyi nəzərə çarpır. Tragik pafosa malik şeirlərin dili sadə və rəvandır.
Foruğ Fərruxzad həmin əsərlərdə ümumi şəkildə həyata, xüsusi şəkildə isə şəxsi həyatına, keçmişinə
dair fikir və baxışlarını bəyan etmişdir. Bu cəhətdən məcmuə əvvəlki toplularla məzmun baxımından
yaxından səsləşir.
“İnanaq soyuq fəslin başlanacağına” toplusunun həcmcə ən iri şeiri 255 sətirdən ibarət eyniadlı
“İnanaq soyuq fəslin başlanacağına” mənzuməsi, ən kiçiyi isə “Quş öləcəkdir” şeiridir.
Ədəbiyyatşünas Məhəmməd Hoğuği sonuncu şeirin ikinci adını “Mən kədərliyəm” ( هتفرگ ملد"
"
) kimi
göstərir
.
FÜZULİ YARADICILIĞI MƏSUD ƏLİOĞLU TƏDQİQATINDA
Nurlanə MƏMMƏDOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
memmedovanurlane89@gmail.com
AZƏRBAYCAN
XX əsrdə zamanın, dövrün tələbi ilə ədəbi tənqid yeni istiqamət üzrə inkişaf etməyə
başlayırdı. MK-nin “Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında” 1925-ci il tarixli qərarı
ilə proletar ədəbiyyatın hegemonluğu təmin edilir, bu mədəniyyətin inkişafı nəticəsində Nizami
Gəncəvi, M.Füzuli, M.F.Axundzadə irsi inkar edilir,onların yaradıcılıq fəlsəfəsi unutdurulmağa
çalışılırdı. Əsrin əvvəllərindən başlayan ideoloji təsirlərə baxmayaraq, ədəbiyyatda elmi yaradıcılıq
axtarışları aparılırdı. 60-70-ci illərdə ədəbi prosesdə baş verən yumşalma, demokratik meyllərin
inkişafı ədəbi tənqidin və ədəbiyyatşünaslığın itirilmiş müstəqilliyini qismən geri qaytardı. Xüsusilə
Sov.İKP MK-nin “Ədəbi bədii tənqid haqqında” 1972-ci il tarixli qərarı ədəbiyyatşünaslar qarşısında
yeni yaradıcılıq vəzifələri qoyurdu. Bu illərdə klassik irsin tədqiqinə xüsusi diqqət yetirən Məsud
Əlioğlu “M.F.Axundov və Şərq”, “Nizaminin məhəbbəti”, “Füzuli kədəri”, “Füzuli və Üzeyir”,
“Füzuli və müasir ədəbiyyatşünaslığımız”, “Dahi Azərbaycan şairi” məqalələrini yazır. Bu
araşdırmalar içərisində Məhəmməd Füzuli yaradıcılığının mahiyyətinin aşkarlanmasına xidmət edən
məqalələr diqqəti daha çox cəlb edir. Məqalələrdə sadəlik, obyektivlik, aydınlıqla yanaşı, hər şeydən
əvvəl tənqidçinin elmi-nəzəri təhlil, bədiyyat və ümumiləşdirmə qabiliyyəti duyulmaqdadır.
“Füzuli kədəri” məqaləsini “Füzuli bizim mənəviyyatımızdır” cümləsi ilə başlayan tədqiqatçı
şairin lirikasının aparıcı mövzularına diqqəti cəlb edir. M.Əlioğlu ədəbiyyatşünaslığımızda uzun
müddət mübahisəli hesab edilən Füzuli yaradıcılığında eşqin mahiyyəti məsələsinə toxunur. Tənqidçi
“Nizaminin məhəbbəti” məqaləsində də “eşq” məfhumunun mahiyyətini açmağa çalışır. Iki ayrı-ayrı
məqalədə hər iki şairin yaradıcılığında əsas mövzu olan eşq anlayışını düzgün təhlil süzgəcindən
keçirməyi bacarır. “Nizaminin məhəbbəti” məqaləsində Nizami lirikasında eşq dünyəvi xarakter
daşıdığını qeyd edir və bu anlayışın əsas meyarının gözəllik olduğunu vurğulayır. “Füzuli kədəri”
məqaləsində isəeşqin real mənası ilə yanaşı, fəlsəfi məzmununu da açmağa çalışır. Füzuli
yaradıcılığının əsas mövzusu olan eşqi ağlın açarı sayır. Onun qənaətincə, Füzuli eşq dedikdə insanı
kamilliyə çatdıran həyat idealını nəzərdə tutur. Bununla da müəllif Füzulinin bədii-fəlsəfi
konsepsiyasını, yaradıcılığının sufi mahiyyətini düzgün qiymətləndirə bilmişdir.
M.Əlioğlu Füzuli yaradıcılığında eşq problemini qiymətləndirərkən, kədəri bu anlayışdan ayırmır.
Füzuli kədərinin həm dünyəvi, həm də fəlsəfi izahını verməyə çalışır. O göstərir ki, bu kədərin
mahiyyətində acizlik, bədbinlik əlaməti yoxdur. Şairin yaradıcılığının fəlsəfəsini izah edərkən “Leyli
və Məcnun” əsəri üzərində dayanır. Poemanın fəlsəfəsinin açılmasında kədər anlayışının vacibliyini
diqqət mərkəzinə çəkir. Onun fikrincə, poemada kədər o qədər qüvvətlidir ki, Məcnun və Leyli eşqi
real həyatın dibindən zəka nurunun sakin olduğu yüksəkliyə qaldıra bilirlər. Əsərin qəhrəmanları ona
görə idealın fövqünə ucalırlar ki, onlar eşqin fədakarlıq olduğunu dərk edirlər. Müəllif göstərir ki,
Füzuli kədəri insan idealı ilə ictimai varlıq, insan diləkləri ilə real həyat arasındakı uyğunsuzluqdan
doğan fəryadın nəticəsidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1100
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məqalədə
müəllifin
Füzulinin
milli
mənsubiyyəti
məsələsinə
toxunması
da
ədəbiyyatşünaslığımızda mühüm bir hadisədir. Əsrin əvvəllərində Sovet rejiminin tarixdən silməyə
çalışdığı “azərbaycanlı” sözünü M.Əlioğlu heç kimdən çəkinmədən qeyd edir və bununla da, qəlbi
şəxsiyyətin kamilliyi üçün döyünən Füzulinin azərbaycanlı olması ilə fəxr edir.
Məqalənin sonunda M.Əlioğlu Füzulini “insanlığın mənəvi kainatı” kimi xarakterizə edir, elmi
təfəkkürün Füzuli dühasını təhlil etməkdə aciz qaldığını söyləyir və onun irsinin kəşf edilməmiş bir
möcüzə olduğunu vurğulayır.
Tənqidçi “Füzuli və Üzeyir” məqaləsində isə Füzuli şeirinin fəlsəfi-idraki dəyərini dahi bəstəkar
Üzeyir Hacıbəyovun musiqi dili ilə necə ifadə etməsinə diqqəti cəlb edir. Müəllif göstərir ki, hər iki
sənətkarın yaradıcılıq fəlsəfəsi, fikir dərinliyi, Füzuli poeziyasındakı fikrin atəşi ilə Üzeyir
musiqisində gözəlliyin zinəti vəhdətdə olduğu üçün qüvvətli sənət əsərləri ortaya çıxmışdır.O,
Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leylinin, Məcnunun, Leylinin anasının, İbn Səlamın,
Məcnunun atasının, Nofəlin, “Arşın mal alan”da Əsgərin və Gülçöhrənin, “O olmasın, bu olsun”da
Gülnazla Sərvərin oxuduqları duetlərdə Füzuli qəzəllərinin psixolofi ifadə vasitəsinə çevrilməsini
yüksək qiymətləndirir.
Tədqiqatçının bu məqalədə uğuru ondan ibarətdir ki, o, musiqi nəzəriyyəsinin müddəalarını
Füzuli qəzəli ilə Üzeyir bəstəsinin vəhdəti əsasında elmi əsaslarla sübut etməyə çalışır. M.Əlioğlu
Füzuli qəzəllərinin mayasına hopmuş fəlsəfi kədərin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi
komedik əsərlərdə necə ifadə olunması məsələsinə aydınlıq gətirir. Belə bir fikir yürüdür ki, Üzeyir
qəhrəmanların daxili aləmini ifadə edən qəzəlləri uğurlu muğam parçaları seçməklə komik əsərə
uyğunlaşdırmışdır. “O olmasın, bu olsun” operettasında Sərvərlə Gülnazın dueti Füzulinin “Sor”rədifli
qəzəli ilə segah muğamında ifadə edilmişdir. Araşdırmaçı segah muğamının mahiyyətinə hopan
məhəbbət hissinin Füzuli şeirinin təsir gücünə necə də yaraşdığını göstərməyə çalışır.
Ədəbiyyatşünas“Füzuli və müasir ədəbiyyatşünaslığımız” məqaləsində Füzuli yaradıcılığının
öyrənilməsi prosesinə aydınlıq gətirir. O, Füzuli irsinin öyrənilməsini iki istiqamətə bölür. Birinci
istiqamətin nümayəndələri şairin yaradıcılığının elmi-tarixi tədqiqi ilə məşğul olanlar, ikinci istiqamət
isə yalnız sənətkarlıq xüsusiyyətlərini araşdıranlardır. M.Əlioğlu onun irsinin elmi istiqamətdə
öyrənilməsi işində Həmid Araslının və Mir Cəlalın əməyini yüksək qiymətləndirir. Tənqidçi
H.Araslının tədqiqat əsərlərini Füzuli haqqında məlumat verən ilk mənbə adlandırır.Müəllif
H.Araslının əsərlərinin əhəmiyyətini onda görür ki, o, şairin yaşayıb-yaratdığı dövrü, tarixi hadisələri
elmi dəlillər əsasında təhlil edir. M.Əlioğlu Füzuli irsinə münasibətdə H.Araslı ilə Mir Cəlal
tədqiqatları arasında olan fərqi müqayisə edir və belə nəticəyə gəlir ki, H.Araslı şairin yaradıcılığının
elmi-tarixi tədqiqatı ilə məşğul olmuş, Mir Cəlal isə Füzuliyə yaradıcı bir şəxsiyyət kimi baxmışdır.
Tədqiqatçı düzgün olaraq göstərir ki, Mir Cəlal öz əsərlərində Füzuli poeziyasının həyat eşqini,
fikirlərindəki dərinliyi, forma xüsusiyyətlərini obyektiv təhlil edə bilmişdir.
Füzuli yaradacılığının ikinci istiqaməti üzrə araşdırılmasında Əziz Mirəhmədovun, Məmməd
Cəfər Cəfərov və Mirzə İbrahimovun tədqiqatlarını yüksək dəyərləndirir. M.C.Cəfərovun “Füzuli
sevir” məqaləsində Füzulinin şəxsiyyətində, yaradıcılığında xalqın varlığını, vüqarını axtarmasını
tədqiqatçının uğuru hesab edir. Onun qənaətincə, Ə.Mirəhmədov öz məqalələrində şairin hissləri ilə
fikirləri, şairliyi ilə alimliyiarasındakı yaxınlığı elmi dəlillərlə sübut edə bilmişdir.
M.Əlioğlu Füzuli yaradıcılığını yanlış şəkildə izah edən tədqiqatlara da aydınlıq gətirir, Əkbər
Ağayevin “Böyük lirik” adlı məqaləsində irəli sürülən fikirlərlə razılaşmır. O, Ə.Ağayevin Füzulinin
eşq fəlsəfəsini idealist adlandırmasını, şairin lirik qəhrəmanlarının həyatın ziddiyyətlərini izah edə
bilmədiyi üçün bədbinləşdiyi fikrini düzgün hesab etmir, bu müddəaların Füzuli yaradıcılığına
uyuşmadığını irəli sürür.
Beləliklə, hər üç məqalədə Məsud Əlioğlu Füzuli irsinin vacib məsələlərinə toxunur,
ədəbiyyatşünaslığımız üçün aktual olan problemlərə aydınlıq gətirir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1101
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİ
YARADICILIĞINA ELMİ BAXIŞ
Səba NAMAZOVA
Gəncə Dövlət Universiteti
seba8080@mail.ru
AZƏRBAYCAN
FyodorMixayloviçDostoyevskinin yaradıcılığı dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik
fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Əsərlərinin əsas mövzusunu canlı ictimai
münasibətlərdən, cəmiyyətdəki müxtəlif mövqeli şəxslərin həyatından almış Dostoyevskinin roman,
povest və hekayələrinin məzmun xüsusiyyətlərini hərtərəfli araşdırarkən müəllifin realist qələm sahibi
kimi fikir zənginliyi özünü qabarıq şəkildə büruzə verir.
Dostoyevski hələ sağlığında ona “psixoloq yazıçı” deyənlərlə razılaşmır, realist qələm sahibi
kimi, insan ruhunun dərinliyini təsvir etdiyini məxsusi qeyd edirdi. Maraqlıdır ki, yazıçı əsərlərində
yalnız müxtəlif psixoloji halları təsvir etməklə kifayətlənmirdi, bu halları yaradan real şəraiti, mühiti,
ictimai münasibətləri fikrin, düşüncənin süzgəcindən keçirərək ətraflı şəkildə təsvir və təhlilə cəlb
edirdi.
XIX əsrin 60-cı illəri Dostoyevskinin yaradıcılıq taleyində mühüm dövr sayılır. Təsadüfi deyil ki,
məhz həmin illərdə yazıçının ədəbi fəaliyyətində əsaslı dönüş yaranmışdı. “Cinayət və cəza” (1866),
“İdiot” (1868), “Şeytanlar” (1871-1872), “Yeniyetmə” (1875), “Karamazov qardaşları” (1879-1880)
romanlarının hər biri Dostoyevski yaradıcılığının uğuru sayılmaqla yanaşı, həm də rus bədii nəsrinin
ən qiymətli nümunələridir. Bu əsərlər humanist sənətkar kimi, Dostoyevskinin fəlsəfi, ictimai və
əxlaqi problemlərə özünəməxsus yanaşma tərzinin aydın şəkildə ifadəsidir.
“İstedadı özünəməxsusluğu ilə parlayan” (V.Q.Belinski), yalnız rus ədəbiyyatının deyil,
bütövlükdə bəşər bədii fikrinin öyündüyü, fəxr etdiyi qüdrətli söz ustası FyodorMixayloviç Dosto-
yevski mürəkkəb və çox keşməkeşli yaradıcılıq yolu keçmiş, dünya ədəbiyyatında öz gözəl və
diqqətəlayiq sənəti ilə əbədi mövqe qazanmışdır. Onun ölməz tiplər, unudulmaz portretlərlə zəngin
olan, sarsıdıcı faciələrin əks olunduğu əsərləri dünya ədəbi-bədii fikrində xüsusi yerə malikdir.
Dostoyevskinin ümumən yaradıcılığına nəzər yetirərkən məndə belə bir qənaət də hasil olur ki,
onun əsərlərində hər bir tipin özünün fikri, əqidəsi var. Həmin cəhət yazıçıya öz düşüncələrini
bildirmək üçün geniş imkanlar yaradırdı. Zənnimizcə, Dostoyevski realizminin diqqətçəkən
xüsusiyyətlərindən biri də budur.
Dostoyevskinin əsərlərini yeni, cəsarətli həyat həqiqətləri və dərin bədii idrak bəzəyirdi. İnsan və
həyat haqqında böyük ürəklə söz açan sənətkar, məhz həyatı və insanları öyrənməyi əsas məqsəd kimi
qarşısına qoymuşdu.
Uşaqlıq və gənclik illərində, dözülməz şəraitdə yaşayan insanlara diqqətlə nəzər salan
Dostoyevski sonralar müşahidələri əsasında onların qüssəli həyatının bir çox məqamlarını əsərlərində
böyük kədər hissi ilə qələmə almışdır. Fikrimizcə, sənətkarın bütünlüklə yaradıcılığı bilavasitə şahidi
olduğu, cəmiyyəti ağuşuna almış ən mürəkkəb hadisələrin təhlilinə istiqamətlənmişdir.
Dostoyevskininəsərlərindən bəşəriyyətin sabahı naminə narahatlıq hissi keçirən sənətkarın qəlb
çırpıntılarının səsi duyulur. Təsadüfi deyil ki, fərdiyyətçiliyi rədd edən yazıçı, “Yeniyetmə” romanında
öz fikirlərini yetərincə əsaslandıraraq ancaq bir Rusiya üçün deyil, bəşəriyyət naminə çalışmaq lazım
olduğunu qeyd edir, yalnız Rusiyanı düşünməyin məhdud vətənpərvərlik olduğunu qətiyyətlə
bildirirdi. Mənə elə gəlir ki, məhz bu məqam onun yaradıcılığının bir sıra əlamətdar cəhətlərinin üzə
çıxarılması, elmi şərhi baxımından önəm kəsb edir.
Dostoyevskinin əsərlərində mənəvi-əxlaqi problemlərin orijinal həlli oxucunu valeh edir.
Yaşadığı cəmiyyətin problemlərinə yanaşma tərzi və özünəməxsus üslubu ilə də Dostoyevski digər
yazarlardan fərqlənirdi. Belə ki, yaradıcı üslubuna xas olaraq ədib, əsərlərində daha çox uzun
cümlələrdən istifadə etsə də, bu, təhkiyəyə heç bir xələl gətirmir, əksinə, fikrin daha aydın, hərtərəfli
şəkildə ifadəsinə imkan yaradırdı.
Dostoyevskinin ədəbi fəaliyyətinə məxsusi dəyər verən Saltıkov-Şedrin onu “böyük realist”
adlandırmışdı. Bununla belə, Şedrin yazıçıda özünü büruzə verən pessimizmə qarşı da tənqidi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1102
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
münasibətini bildirmişdir. O baxımdan deyə bilərik ki, Dostoyevskinin realizmi hər cür yalandan uzaq,
sərt bir realizm idi.
Dostoyevski yaradıcılığını yüksək qiymətləndirən Maksim Qorki onu istedadının gücü ilə bütün
dünyanı titrədən, Avropanın diqqətini Rusiyaya heyrətlə cəlb edən dahi sənətkar, təsvir qüvvəsinə görə
Şekspirə bərabər qələm sahibi kimi dəyərləndirmişdi.
F.M.Dostoyevski özünün misilsiz yaradıcılığı ilə dünya ədəbiyyatının, həmçinin fəlsəfi və estetik
fikrinin inkişafına müstəsna təsir göstərmiş qüdrətli qələm sahiblərindən idi. Ədəbiyyatın üfüqlərini
realist qələmlə fəth etmiş Dostoyevskinin bənzərsizliyi bütün dünya oxucularına yaxşı məlumdur. Rus
ədəbiyyatını əvəzsiz ədəbi nümunələrlə zənginləşdirmişDostoyevski, orijinal istedadı, yaradıcılıq
ideyalarının humanistliyi və əsərlərinin ictimai məzmunu ilə oxucuların rəğbətini qazanmışdır. “İnsan
qəlbinin mahir bilicisi” kimi tanınan Dostoyevskinin yaradıcılığı bütün dövrlərdə dünya ədəbi
ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.
FyodorMixayloviçDostoyevski yalnız ədəbi yaradıcılıqla kifayətlənməmiş, incəsənətin başqa
sahələrinə də maraq göstərmişdir. Qeyri-adi istedada malik olan qüdrətli qələm sahibi bədii qiraətlə
müntəzəm məşğul olmuş, həmçinin həvəskar aktyor kimi çıxışlar etmişdir. Onun böyük şövqlə ifa
etdiyi rollar, bədii əsərlərdən nümunələr dinləyicilər və tamaşaçılar tərəfindən heyranlıqla
qarşılanmışdır. Qoqolun “Müfəttiş” əsərində poçt müdiri Şpekinin rolunu ifa etmiş Dostoyevski bu cür
komik
bir
rolun
öhdəsindən
məharətlə
gəlmişdir.
Hətta, həmin tamaşanın rejissoru
P.İ.VeynberqDostoyevskinin oyununu xüsusi qeyd etməklə yanaşı, onun əsl Qoqol gülüşü yaratmağı
bacaran çox məharətli bir komik olduğu qənaətində idi.
Teatrı bu qədər çox sevməyinə baxmayaraq, Dostoyevski heç zaman səhnə üçün əsər
yazmamışdır. Ümumiyyətlə, o, nəsr əsərlərinin səhnəyə qoyulmasının tərəfdarı deyildi. Bununla belə,
Dostoyevskinin romanlarının bir çoxu səhnələşdirilmiş, hətta uğur belə qazanmışdır. Bir sözlə,
Dostoyevskinin əsərləri bütün zamanlarda teatr və kinematoqrafiyanın diqqət mərkəzində olmuşdur.
Azərbaycanlı oxucular Dostoyevskinin bədii yaradıcılığına daim hədsiz maraq göstərmiş və onun
əsərlərini böyük həvəslə oxumuşlar. Həmçinin, çağdaş dönəmdə də dahi ədib Dostoyevskinin
əsərlərini mütaliə etməyə diqqət göstərənlərin sayı çoxdur.
Bütün bunlar onu deməyə əsas verir ki, Dostoyevskinin əsərləri bəşəriyyətin zəngin söz
xəzinəsinin nadir inciləri kimi hər zaman oxucuların hədsiz rəğbətini qazanmışdır. Bu gün
Dostoyevskini bütün dünya oxuyur, sevir və yüksək qiymətləndirir!..
Dostları ilə paylaş: |