Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə63/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   59   60   61   62   63   64   65   66   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1088



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İkinci hissədə isə Rüfətin noutbukunda parola qoyulmuş bir material açdıqdan və oxunduqdan sonra 

qatilin Rüfətin özü olduğu meydana çıxması təsvir edilir. Səbəb isə çox maraqlıdır: gənc aktrisa qadın 

ikinci  dəfə  ailə  həyatı  qurmuş  həyat  yoldaşı  Vaqif  Fətəliyevin  təkidi  ilə  teatrdan  aralanır  və  evdə 

oturur. Qadın fəhmi ilə qonşuluqdakı şəxsin - Rüfətin ona göz qoyduğunu görən Lalənin içində rola 

girmək,  tamaşadakı  kimi  oynamaq  hissi  baş  qaldırır.  Qadın  rola  girərək  özünü  qəsdən  müxtəlif 

situasiyara salır və bununla da qonşunun daxilində bir-birinə zidd hisslər - maraq, sevgi, qisqanclıq - 

oyatmış olur. Lakin emosiyalarına qalib gəlməyən qonşu əvvəlcə Vaqifi qətlə yetirir, Lalənin etirafını 

eşitdikdən  və  bütün  baş  verənlərin  yalnız  onun  rola  girməyinin  nəticəsi  olduğunu  anlayan  Rüfət  bu 

dəfə isə məyusluğundan qadını öldürür. Sonra isə qatil olduğunu dərk edərək suisidə əl atır. Burada da 

yazıçı  bir  nüansa  da  toxunur  ki,  ailə  naminə  işindən,  sənətindən  ayrılmış  qadının  içində  qaynayan 

işləmək, yaratmaq arzusu yenidən baş qaldıranda, son nəticə faciə ilə bitir. 

Hər  iki  əsər  məhdud  çərçivəyə  və  sərt  qanunlara  malik  detektiv  janrında  yazılsa  da,  məzmunca 

böyük bir problemi  - patriarxat cəmiyyətdə, Azərbaycan ailəsində qadının vəziyyətini təsvir etməkdə 

tam təkmil əsərlərdir. İstər Çingiz Abdullayevin "Payız madriqalı", istərsə də İlqar Fəhminin "Aktrisa" 

əsəri təhqiqat baxımdan genişşaxəlidir. 

 

 

DRAM ƏSƏRLƏRİNDƏ PARATEKST  



 

Şəhanə ƏLİYEVA 

Nizami adına Ədəbiyyat İnstitutu 



shahane89@gmail.com 

AZƏRBAYCAN 

 

Semiotika  elminin  əsas  prinsiplərindən  biri  də  mətnin  məzmunundan  daha  çox  onun  formal-



struktur  yönlərini  öyrənməkdən  ibarətdir.  Strukturalizmin  bazası  üzərində formalaşan  istiqamət  üçün 

bu  da  təbii  bir  haldır.  Bu  səbəbdən  semiotik  təhlil  metodu  zamanı  çərçivə  mətnlə  birgə  mətnətrafı 

elementlər də xüsusi olaraq əhəmiyyət daşıyır. Çərçivə mətn dedikdə, başlanğıc və son arasında bədii 

cəhətdən bitmiş fikir ifadə olunan mətni hesab edirik. Mətnin çərçivəsindən kənarda qalan – müəllif və 

mətnin  adı,  epiqraf,  ithaf,  giriş,  son  söz,  izahlar,  müəllif  qeydləri  kimi  elementlər  isə  paratektsə  aid 

edilir.  Elmi  ədəbiyyatda  paratekst  (yunanca  para  –  ətraf,  tekst  –  mətn)  əsəri  müşayiət  edən 

komponentlərin məcmusu kimi xarakterizə olunur.  

Niyə mətndənxaric elementlər semiotika elmi üçün bu qədər əhəmiyyət daşıyır? Bu suala cavab 

vermək üçün fransız  ədəbiyyatşünası Jerar Jenetin fikirləri ilə tanış olmaq yerinə düşər. Çünki məhz 

J.Jenetin 1987-ci ildə çapdan çıxan “Paratekstlər: interpretasiyanın astanasında” əsəri elmi mühitdə bu 

problemə  ilk  ciddi  yanaşma  hesab  edilir.  Jenetin  fikrincə,  məhz  paratekstlər  mətni  kitaba  döndərir, 

geniş  oxucu  kütləsinə  təqdim  edir.  Bu  səbəbdən  oxucunun  ilkin  kodları  qəbul  etməsi  məhz 

paratekstdən  başlanır.  Semiotika  elminin  ümdə  vəzifələrindən  biri  də  məhz  mətndə  bədii 

informasiyanın ötürülməsi və qəbulu prosesi olduğundan bu problemə xüsusi diqqət ayırır. 

Paratekstlər  sanki  açar  sözlər  rolunu  oynayaraq  mətnə  çıxış  nöqtələrini  göstərirlər.  Dram 

əsərlərində də, demək olar ki, paratekstin tərkibi dəyişilməzdir. Sadəcə, digər ədəbi növlərdən fərqli 

olaraq  dramaturgiyada  paratekstlər  iştirak  edən  obrazların  siyahısı  sayəsində  artır.  Bu  siyahı  bir  növ 

göstərici rolunu oynayaraq mətndəki obrazları ayrılıqda təqdim edir və ya qruplaşdırır.  

Əsərin və ya müəllifin adı artıq oxucunu mətnlə tanışlığa hazırlayır, qarşısında duran materialın 

müəyyən  keyfiyyətlərini  tanımağa  yönləndirir.  Müəllifin  kimliyi  bəzən  birbaşa  mətnin  janrına, 

müəyyən  üsluba  işarə  edir.  Əgər  oxucu  müəlliflə  tanışdırsa  mətnin  poeziya,  nəsr,  dramaturgiyaya 

aidliyini  müəyyənləşdirə  bilər.  Təbii  ki,  qələmini  bir  neçə  növdə  sınamış  müəlliflər  bu  məqamda 

istisna təşkil edir.  

Mətnin  adı  oxucuya  ilkin  kodları  ötürür.  Oxucu  mətn  boyu  addan  aldığı  informasiyanın  əsasını 

axtarır və gözləntilərinin nə dərəcədə doğrulduğunu yoxlayır. Bir sıra tədqiqatçılar bu səbəbdən əsərin 

adını mətnin ən güclü tərəfi hesab edirlər.  

Azərbaycan dramaturgiyasında rast gəlinən maraqlı məqamlardan biri də dram əsərinin janrına və 

ya mövzu istiqamətinə dair izahlardır. Adətən dram əsərlərinin adından sonra  əsərin komediya və ya 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1089



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

faciə janrında yazıldığına, macəra, tarixi mövzuda olmasına dair izaha da rast gəlinir ki, bu da birbaşa 

mətnin  janrına,  müvafiq  istiqamətin  xüsusiyyətlərinə  işarə  edir.  Həmçinin,  mətnin  neçə  hissəyə 

bölünməsini  (pərdə,  məclis,  hissə,  şəkil)  bildirən  izahat  da  burda  yer  alır.  Bu  bölgü  mətndaxili  ritmi 

tənzimləyir,  bitmiş  hərəkətlər  toplusunu  qruplaşdıraraq  oxucuya  mütaliə  ritmini  diqtə  edir.  Kamal 

Abdullanın  “Bir,  iki  –  bizimki”  pyesi  “5  şəkildən  ibarət,  bir-birini  anlamaq  istəyən,  və  anlamayan, 

tapmaq  istəyən  və  tapmayan  iki  nəfərin  duyumlar  dramı”  izahı  ilə  müşayiət  olunur.  Bu  izahdan  biz 

eyni  zamanda  bölgünü,  iştirak  edən  şəxslərin  kəmiyyətini  və  mətnin  qeyri-real  müstəvidə  cərəyan 

edəcəyini müəyyənləşdirə bilərik.  

İzahın  daha  bir  maraqlı  nümunəsinə  Cəfər  Cabbarlının  “Ulduz”  pyesində  rast  gəlirik.  Müəllif 

ilkin  izahdaca  fabulanı  oxucuya  hazır  təqdim  edir:  “Trablisdə  türklərlə  italyanlar  arasında  olan 

müharibəni  təsvir  edir”  cümləsi  oxucuya  ən  mühüm  informasiyanı  –  mətnin  ilkin  məzmun  kodunu 

ötürür, oxucuya isə fabula əsasında qurulmuş zəngin süjeti izləmək qalır. 

Yaxud  Elçin  pyeslərinin  bir  neçəsini  –  “Mehmanxana  nömrəsində  görüş”,  “Hövsan  soğanı”, 

“Qisas”,  “Su”  pyeslərini  izahdaca  absurd  kimi  təqdim  edir.  Müəllif  tərəfindən  təqdim  edilən  bu 

təyindən  sonradan  yaradıcılığının  müəyyən  hissəsini  ümumiləşdirməkdən  ötrü  də  tez-tez  istifadə 

edilir.  

Mətndə  məqsədli  olaraq  xarici  dildə  işlənmiş  nitq  parçalarının  tərcüməsi  də  müəllif  tərəfindən 

verilir ki, bu da paratekstə aiddir. Məsələn, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin müəllimi” 

pyesində  maraqlı  bir  məqama  rast  gəlirik.  Qazının  dilindən  səslənən  ərəbcə  nitq  müəllif  tərəfindən 

izaha  ehtiyac  duymur.  Ərəb-fars  dilində  danışığın  sadə  camaat  tərəfindən  anlaşılmasa  belə  xüsusi 

tədqirlə  qarşılanmasının  təsviri  dramaturgiyamızda  nadir  hal  deyil.  Bu  fonda  naçalnikin  nitqinin 

tərcüməsinin  bütövlükə  verilməsi  diqqəti  cəlb  edir.  Müəllif  qazinin  sözlərinin  kor-koranə  qəbul 

olunmasına rəğmən, naçalnikin nitqinin xüsusi izaha ehtiyaca olduğu fikrini irəli sürür.  

Paratekstin  növlərindən biri  olan ithaf  adətən  əsərin  əvvəlində  gələrək  müəllifin müəyyən  şəxsə 

hörməti,  təşəkkür  izharetməsi  zəminində  ortaya  çıxır.  Elmi  ədəbiyyatda  ithaf  əsəri  kommunikasiya 

sisteminə  daxil  etmə  üsullarından  hesab  edilir.  Yəni,  ithaf  edilən  şəxs də  dolayı yolla  mətndə iştirak 

edir,  bu  zaman  ithafla  mətn  arasındakı  əlaqə  mədəni  koda  çevrilir.  Əbdürrəhim  bəy  Haqverdiyev 

“Xəyalat” pyesini M.F.Axundovun 100 illik yubileyi münasibətilə, “Səhnə qurbanı” pyesini Hüseyn 

Ərəblinskinin vəfatından yeddi il keçməsi münasibətilə qələmə almışdır. Bu məqamlarda müəllif ithaf 

etdiyi şəxsi həm də mətnə obraz kimi daxil edir və ithaf səbəbi açıq-aşkar göstərilir. İmplisit ithafda bu 

səbəb  yalnız  əsəri  bitirdikdən  sonra  ortaya  çıxır.  Belə  ki,  müəllif  ithaf  obyektini  (obyekt  real  və  ya 

qeyri-real şəxs, hər hansı hadisə də ola bilər) bəhrələnmə, ideyalarını davam etdirmə məqsədilə mətnə 

daxil  edir.  İlyas  Əfəndiyev  “Hökmdar  və  qızı”  pyesini  1990-cı  il  20  yanvar  şəhidlərinin  xatirəsinə 

ithaf etməklə bədii priyom qurur. Müəllif tarixi xronikaya müraciət etməklə müasir dövrdə baş verən 

faciələri  daha öncəki  hadisələrlə  əlaqələndirir. Valideynlərə,  yaxın  şəxslərə  edilən  ithaflar isə  sadəcə 

təşəkkürnamə təəssüratı bağışlayır.  

Epiqraf mətnin ideyasını bir və ya bir neçə cümlə çərçivəsində yığcam şəkildə kodlaşdırır. Elçin 

“Mənim  ərim  dəlidir”  pyesində  “Ağıllı  olub  dərd  çəkincə,  dəli  ol,  qoy  sənin  dərdini  çəksinlər” 

məsəlini  epiqraf  gətirərək  əsərin  ilkin  cizgisini  cızır.  Artıq  pyesdə  hadisələrin  ağıllılıq-dəlilik 

qarşıdurması üzərində gedəcəyini epiqrafdan öyrənmək olur.  

Belə nəticəyə gəlmək olur ki,  müəllif tərəfindən şüurlu və  ya şüursuz olaraq mətnə daxil edilən 

hər  bir  fakt  işarəvi  mahiyyət  daşıyır  və  mətnin  qavranılmasında  müstəsna  əhəmiyyətə  malikdir.  Bu 

baxımdan  paratekstlər  –  mətnətrafı  elementlər  mətni  tam  bir  struktur  kimi  təsvir  və  təhlil  etməyə 

kifayət qədər material verir. 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1090



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ƏDƏBİ PROSES VƏ YAZIÇI TƏNQİDİ

 

 



Sərvər SƏFƏROV  

Ağdam rayonu 2 saylı köçkün orta məktəb 



seferov.server@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan ədəbi tənqidinin tarixinə nəzər salsaq tənqidin həm zəruri, həm tarixi, həm də tənqidi 

məsələlərinin  ilk  növbədə  yazıçılar  tərəfindən  tədqiq  olunduğun  müşahidə  edərik.  Yazıçı  tənqidi  öz 

təşəkkülünü  Nizaminin,  Fizulinin,  Nəsiminin  və  b.  əsərlərində  tapmışdır.  Məhz  buna  görə  də  yazıçı 

tənqidinin  tarixi  Azərbaycan  ədəbi  tənqidinin  tarixinin  yaranması  hesab  edilir.  Düzdür,  qeyd  olunan 

görkəmli  şəxslərin  sırf  tənqidi  əsərləri  olmamışdır,  ancaq  onlar  öz  əsərlərində  yeri  gəldikcə  ədəbi-

nəzəri  fikirlərinə  yer  vermişdirlər.  Nizaminin  öz  əsərlərində  sözün  yığcamlığından,  Fizulinin  sözün 

elmiliyindən bəhs etməsi və s. faktları fikrimizi təsdiqləməyə əsas verir. XX-XXI əsrlərdə isə yazıçı 

tənqidi  daha  inkişaf  etmiş,  sistemli  şəkildə  tənqidlə  məşğul  olan  yazıçı  tənqidçilər  yetişmişdir. 

Yazıçıların  öz  müasirləri  və  klassiklərin  əsərləri  ilə  bağlı  görüşləri  müasir  ədəbi  prosesin 

atributlarından birinə çevrilib.  

Yazıçılar  öz  fikirlərini  müxtəlif  şəkildə;  şifahi,  müəllifə  ünvanlanmış  məktub,  gündəlik  kimi, 

qəzet,  jurnal  səhifələrində  məqalə,  yaradıcılıq  portreti  və  s.  istifadə  yolu  ilə  ifadə  edirlər.  Müasir 

dövrdə yazıçı tənqidinin nümayəndələri tək əsərlərə fikir bildirməklə kifayətlənmir, həm ədəbi prosesi 

əks etdirən icmallar və məqalələrlə ədəbi tənqidi zənginləşdirir, həm də ədəbi prosesdə gedən müxtəlif 

prosesləri  oxucuya  çatdırırlar.  Bundan  başqa  yazıçının  tənqidi  fikirləri  onun  ictimai-siyasi  və  ədəbi-

estetik  təsəvvürlərini  özündə  əks  etdirir.  Bu  isə  öz  növbəsində  oxucuya  həmin  yazıçının  bədii 

yaradıcılığını daha dolğun dərk etməsinə şərait yaradır. 

Yazıçı  tənqidinin  professional  tənqidin  inkişafında  da  böyük  rolu  var.  Yazıçı  tənqidi  həm 

sənətkarın  estetik  mövqeyini,  fərdi  xüsusiyyətlərini  göstərir,  həm  də  ədəbi  prosesin  müxtəlif 

sahələrinə,  bədii  metod  problemlərinə,  janr  problemlərinə  və  s.  mövzulara  toxunmaqla  professional 

tənqidi  daha  da  zənginləşdirir.  Yazıçı  tənqidinin  əsas  xüsusiyyətlərindən  biri  subyektivlikdir.  Bu 

onunla izah olunur ki, yazıçı tənqidin obyekti olan əsəri tənqid edərkən özü də bilmədən öz yaradıcılıq 

xüsusiyyətləri ilə müqayisə edir. 

Yazıçı  tənqidi  professional  tənqiddən  həm  emosional  və  lakonik  olması  ilə,  həm  də  janr 

baxımından  daha rəngarəng  olması  ilə  fərqlənir.  Professional tənqid  məqalə, resenziya,  ədəbi icmal, 

rəy,  esse  və  başqa  qəlibləşmiş  formalarla  kifayətlənir.  Ancaq  yazıçı  tənqidi  bunlarla  kifayətlənmir 

resenziya  münasibət,  resenziya  miniatür  və  s.  kimi  janrlara  da  müraciət  edə  bilir.  Bəzən  biz 

tənqidçinin  öz  əsəri təhlil etdiyini,  yaxud  əsərini təhlil edənlərlə polemikaya,  yaxud  başqa  cür  desək 

“soyuq  müharibəyə”  girdiyini  görürük.  Bu  ədəbiyyatşünaslıqda  ayrı-ayrı  iki  terminlə:  avtotənqid  və 

antitənqid  adlanır.  Avtotənqid  hər  hansı  yazıçının  öz  əsərini  təhlil  etməsinə  deyilir.  Antitənqid  isə 

yazıçının onun əsərini tənqid edən tənqidçi ilə polemikaya girməsidir. 

Cari  tənqid  prosesində  yazıçılar  da  yaxından  iştirak  etmişlər.  Ötən  əsrin  50-60-cı  illərindən 

başlayan  bu  missiya  yenə  də  Anar,  Elçin  başda  olmaqla  Fikrət  Qoca,  İntiqam  Qasımzadə,  Rəşad 

Məcid,  Elçin  Hüseynbəyli,  Səlim  Babullaoğlu,  gənc  nəsildən  Kənan  Hacı,  Günel  Mövlud,  Nərmin 

Kamal  kimi  yazıcı  və  şairlərin  timsalında  davam  etməkdədir.  Qeyd  olunan  tənqidçilər  professional 

tənqidin  nümayəndələri  ilə  bərabər  oxucu  ilə  yazıçı  arasında  körpü  rolunu  oynamış,  ədəbi  prosesin 

canlanmasında mühüm işlər görmüşdürlər. Əvvəlki dövrlərdə olduğu kimi müasir dövrdə də tənqidin 

əsas yükü mətbuatın üzərinə düşdüyü üçün qeyd olunan tənqidçilərdə mətbuatla sıx əməkdaşlıq edir 

və müntəzəm olaraq öz məqalələri ilə dövrü mətbuatda çıxış edirlər. 

Müasir  dövrdə  yazıçı  tənqidinin  ən  görkəmli  nümayəndəsi  Elçin  Əfəndiyevdir.  Onun  “Müasir 

dövrdə Azərbaycan  ədəbi tənqidinin yaradıcılıq problemləri”, “Bizim  ədəbi prosesdə bir lümpençilik 

yaranıb  dəhşət  budur”,  “Azərbaycan  ədəbi  prosesində  nə  baş  verir”,  “Ədəbiyyatımızın  Vaysman 

xəstəliyi”  adlı  məqalələri  ədəbi  mühitdə  ajiotaj  yaratmaqla  mətbuatda  və  kuluarlarda  uzunmüddətli 

müzakirələrə  səbəb  olmuşdur.  “Müasir  dövrdə  Azərbaycan  ədəbi  tənqidinin  yaradıcılıq  problemləri” 

(“525-ci qəzet”, 26 noyabr 2002-ci il) və “Bizim ədəbi prosesdə bir lümpençilik yaranıb dəhşət budur” 

(“525-ci qəzet”,6 mart 2003-cü il) adlı məqalələrində Elçin tənqidin çağdaş  ədəbi proseslə qarşılıqlı 

əlaqəsinə  diqqət  çəkir.  Tənqidçi  ədəbi  prosesdə  tənqidin  nə  dərəcədə  rol  oynadığını  dəqiq  faktlarla 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1091



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

göstərir. Tənqidçinin “Azərbaycan ədəbi prosesində nə baş verir?” (“525-ci qəzet”, 25 iyul 2009-cu il) 

məqaləsində də ədəbi proses və tənqidin əlaqəsinə diqqət yetirilir. Bu məqalədə Elçin müasir dövrün 

ədəbiyyatına  nəzər  salmaqla  bəzi  tənqidçilərin  də  yaradıcılığına  diqqət  çəkir.  Tənqidin  əvvəlki 

illərdəki  fəaliyyəti  ilə  müasir  vəziyyətini  müqayisə  edən  tənqidçi  müasir  tənqidin  mənfi  və  müsbət 

cəhətlərin açıb göstərir. 

Elçinin tənqidi məqalələri məntiqi əqli nəticələrinin olmasıyla, öz elmi üslubuyla, bədilikdən bir 

qədər  uzaq,  publisistik  xüsusiyyətlərə  malik  olması  ilə  seçilir.Onun  verdiyi  müsahibələr,  onun 

jurnalistlərlə söhbətləri yazıçının yaradıcılığını həm psixoloji, həm də ictimai tərəfdən tam ifadə edir. 

Bu  da  onun  tənqidinin  gücünün  göstəricisidir.  Elçinin  yaradıcılığında  professional  tənqidçilərə  xas 

ustalıq  var.  Bəlkə  də  buna  səbəb  onun  ömrünün  50 ilinə  yaxınının  ədəbi tənqidlə iç-içə  keçməsidir. 

Elçin həm sovet dövrü ədəbiyyatını, həm də müasir ədəbiyyatı daima diqqətində saxlayır. Bu isə onu 

digər  yazıçı  tənqidçilərdən  fərqləndirən  cəhətdir.  Düzdür,  tənqidin  yazıçı  qolunun  digər 

nümayəndələrində  də  bu  cəhət  var,  ancaq  Elçinlə  müqayisə  olunacaq  dərəcədə  deyil.  Elçin  müasir 

yazıçı tənqidinin ən görkəmli nümayəndəsidir. 

 

 



ƏDƏBİYYAT VƏ TƏSƏVVÜF 

 

SevincABDULLAZADƏ 

Bakı Slavyan Universiteti 



sevinc_abdullahzade@mail.ru 

AZƏRBAYCAN 



 

Təsəvvüf min illərdir insan qəlbinin dərinliklərindəki mikroaləmə nüfuz edib, sonsuzluqdakı bir 

olan  dəyərin,  heç  vaxt  solmayan,  heçliyə  dönməyən  sonsuz  dəyərin  cazibəsinə  doğru  getməkdir. 

Minillik  Azərbaycan  ədəbiyyatını,  xüsusilə  də  poeziyasını  dərindən  tədqiq  etdikdə  görürük  ki,  bu 

ədəbiyyatın  ruhu,  onun  ideya  fəlsəfi  əsası  təsəvvüfdür,  bir  olan  Allahın  axtarışıdır,  vəhdəti-vücuda, 

fənanın bəqaya, damcının ümmana axışının ifadəsidir.   

Azərbaycanda  hələ  şifahi  xalq  ədəbiyyatından,  yəni  qədim  dövrdən  başlayaraq  bugünümüzə 

qədər yazılan əsərlərdə təsəvvüf elementlərinə rast gəlinir. Təsadüfi deyil ki, şifahi xalq yaradıcılığının 

ən böyük yaradıcıları olan saz-söz ustadları “aşıq” adlanır. 

 

Azərbaycan  yazılı  ədəbiyyatının  ilk  nümunəsi  sayılan  Kitabi  Dədə  Qorqud  dastanında  da  Dədə 



Qorquddan başlayaraq təsəvvüf elementləri, əslində Azərbaycan ədəbiyyatının bütün canını, ruhunu, 

varlığını özündə daşıyır. 

 

Bundan  başqa,  ədəbi  və  fəlsəfi  fikir  tariximizin  görkəmli  nümayəndələri  -  Nizami  Gəncəvi, 



Şihabəddin  Sührəvərdi,  İmadəddin  Nəsimi,  Məhəmməd  Füzuli  və  başqaları  həm  də  ümumdünya 

təsəvvüf  və  fikir  tarixində  özünəməxsus  yer  tutan  mütəfəkkirlərdir  ki,  onların  əsərlərində  təsəvvüf 

elementlərinə rast gəlinir. 

Nizami  Gəncəvinin  Xəmsəsini  təşkil  edən  beş  əsəri  indiyə  qədər  haqqında  yazılan  bütün 

məziyyətləri  ilə  həm  də  çox  gözəl  bir  təsəvvüf  ədəbiyyatı  nümunələridir  və  demək  olar  ki,  sonra 

yaranan bütün Şərq təsəvvüf ədəbiyyatına çox böyük təsirləri vardır. 

Azərbaycan  orta  dövr  ədəbiyyatında  daha  çox  təsəvvüfün  görkəmli  nümayəndəsi  kimi  tanınmış 

Şeyx  Mahmud  Şəbüstərinin  nəsr  və  nəzmlə  yazdığı  bir  çox  əsərləri  arasında  Gülşəni-raz  poeması 

diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu  əsərdə dövrün mütərəqqi 

dünyagörüşlü  ziyalılarını  və  qabaqcıl  elm  xadimlərini  düşündürən  bir  çox  elmi-ictimai  problemlər 

qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir. 

Bu  dövrdə  ədəbiyyatda  və  ictimai-siyasi  fikirdə  formalaşmış  humanizm  prinsipləri,  xüsusən 

Seyid İmadəddin Nəsimi yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan 

deyil,  bütövlükdə  Yaxın  və  Orta  Şərq  xalqları  ədəbiyyatında  dünyəviliyə,  humanizmə  və 

demokratizmə  doğru  iri  bir  addım  kimi  nəzərə  çarpır.  İmadəddin  Nəsimi  -  böyük  sələfi  Nizami 

Gəncəvidən  sonra  ədəbiyyatımızda  humanizm,  insansevərlik  ideyalarının  alovlu  təbliğatçılarından, 

carçılarından biri kimi tanınmışdır. Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolu 

oynadığından, bugün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1092



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olan  hörmət  və  məhəbbət  hislərinin  zənginliyi  ilə  çağdaş  oxucunu  heyran  edir.  Öz  əsərlərini 

şifrələnmiş dildə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, 

Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda 

qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etiraz dalğasını gücləndirmək məqsədi güdürdü.   

Həmçinin bu dövrdə Suli Fəqih, Mustafa Zərir, Nəsirəddin Tusi, Marağalı Övhədi, Arif Ərdəbili, 

Əssar  Təbrizi,  Qazi  Bürhanəddin,  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli  və  başqa  şair  və 

mütəfəkkirlərin əsərlərində də təsəvvüf elementləri mövcuddur.  

Yeni  dövr  Azərbaycan  ədəbiyyatında  Molla  Vəli  Vidadi,  xüsusən  Molla  Pənah  Vaqif  kimi 

sənətkarlar  sadə,  canlı  dildə  yazdıqları  ədərlərlə  poeziyanı  xalqa  daha  da  yaxınlaşdırmışlar.  Bu 

yazıçıların əsərlərində də təsəvvüf elementlərinə rast gəlinir. Azərbaycan ədəbiyyatının ideya-psixoloji 

təmayülünün  tədqiq  edilməsi  üçün  ən  parlaq  məqamlardan  biri  də  18-ci  əsrdə  M.P.Vaqiflə 

M.V.Vidadinin  “Deyişmə”sidir.  Vaqiflə  Vidadinin  nəzmlə  “Deyişmə”sində  Vaqif  dünyəviliyin, 

praqmatizmin, rasionallığın ifadəçisi, Vidadi isə ruhaniliyin, dindarlığın ifadəçisi olmuşdur. Vidadiyə 

qarşı  durub  dünya  sevgisini  tərənnüm  edən  Vaqif  ömrünün  sonlarında  məşhur  tərkidünya  əhvali-

ruhiyyəli “Ey Vidadi gərdişi-dövranı-gəcrəftarə bax” misrası ilə başlayan “Bax” şeirini yazır. 

 

Azərbaycan ədəbiyyatının vicdanı deyə biləcəyimiz, fərdin mənəvi naqisliyini, ictimai qüsurları, 



o cümlədən də yalançı ruhaniliyi kəskin tənqid və ifşa edən böyük satirik şairimiz Sabir də təsəvvüf 

əxlaqına malik olmuşdur. Nə qədər dini formalizmdən uzaq olsa da, onun da əsas meyarı Quran əxlaqı 

olmuşdur.  Bundan  başqa,  M.F.Axundzadənin,  Ə.Haqverdiyevin,  S.Ə.Şirvaninin,  N.Vəzirovun, 

H.Zərdabinin və başqa yazıçıların da əsərlərində təsəvvüf elementləri mövcuddur.  

Ən yeni dövrdə yəni 20-ci əsrdə yaşayıb yaratmış mütəfəkkir-şair Hüseyn Cavidin “Peyğəmbər”, 

“Şeyx Sənan”, “Xəyyam”, “İblis” və s. əsərləri də islam və təsəvvüf haqqında onun düşüncələrini əks 

etdirir. Göründüyü kimi, təsəvvüf elementləri forma və məzmun etibarilə Azərbaycan şifahi və yazılı 

ədəbiyyatının əsas xüsusiyyətlərini təşkil etdiyi üçün bu ədəbiyyatı yaradan görkəmli nümayəndələrin 

sufi kimliyinin araşdırılması da mühüm elmi əhəmiyyət kəsb edir. Və əlbəttə ki, burada təsəvvüf bir 

islami dünyagörüşü olaraq çox geniş anlamda dərk edilir. 

Azərbaycan ədəbiyyatında təsəvvüflə əlaqəli bütün mövzular işlənilmişdir: kamil insan,ilahi eşq, 

qəlbin  dünyadan  təmizlənməsi,  vəhdəti-vücud  və  s.  Bu  mövzuların  ələ  alındığı  təsəvvüf  əsərləri  sırf 

təriqət ədəbiyyatı sayılan təkkə şeirlərindən tutmuş müxtəlif janrları əhatə edir: tövhid, ilahi, minacat, 

nət, mədhiyyə, mərsiyyə, qəsidə və s. kimi onlarla ədəbi janrda təsəvvüf düşüncə sisteminə aid fikirlər 

dilə gətirilmişdir. 

Təsəvvüf birləşdirir. Təsəvvüf bir olanın vəhədət can atır. Bu gün əsrləırin arxasında bu təfriqə və 

bölünmə  içində  olan  insanlığa  xitabən  ibn  Ərəbinin  səsi  ucalır:  “Allahın  yolu  hər  şeyin  üzərində 

yürüdüyü bir yoldur və bu yol onları Allaha götürür. Bütün İlahi vəhy edilmiş dinləri və ağlın hər türlü 

yapılandırılmasını  içinə  alır.  Bu  yol  Allaha  götürür.  Və  gərək  şakiliyi,  gərəksə  də  saidi  qucaqlar”. 

Bəşəriyyətin  bu  zamanlar  üçün  doğurduğu  nadir  dühalardan  olan  ibn  Ərəbi  ilə  bağlı  aparılan 

tədqiqatlar  XX  əsrin  ikinci  yarısında  yaşayıb  yaratmış  görkəmli  Azərbaycan  alimi  Aidə 

İmamquluyevanın yubiley günlərində keçirilməsi bir qanunauyğunluğun ifadəsidir. Zaman, forma və 

miqyasına görə dəyişsə də bəşəriyyətin problemləri və onların həlli yolları eynidir: Bölücülük, nifaq, 

ayrıseçkicilik, eqoizm və bunlara qarşı isə bir yol-vəhdət. 

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin