Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə59/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   55   56   57   58   59   60   61   62   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1067



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Ona görə də, xalq inamında 9 xoşbəxtlik, uğur, xeyrxahlıq rəmzi sayılır. Azərbaycan xalq nağıllarında 

9 rəqəminə müxtəlif məqamlarda təsadüf edilir: “ 9 günlük yol qət etdi” , “ 9 mənzilli evə rast gəldi” 

və s. 9 rəqəmi ulu əcdadın körpənin doğulması ilə bağlı inamında da sakrallığını qoruyub saxlayır. El 

əqidəsinə görə, ana bətninə düşən uşaq 9 ay, 9 gün, 9 saat, 9 dəqiqə tamamında dünya üzünə çıxır. 

<<40>>  rəqəmi.  Azərbaycan  nağillarında  rast  gəldiyimiz  40  rəqəmi  ilk  baxışda  adama  elə  təsir 

bağışlayır ki, guya dəqiq say bildirir. Məsələn: “ 40 düyməli paltar” , “40 otaq” deyəndə sakrallıq hiss 

olunmur.  Ulu  əcdadlarımız  saymağı  yenicə  öyrənədə  çoc  olan  əşyaların  dəqiq  sayını  hələ 

müəyyənləşdirməyə  qadir  deyildirlər.  “Çillə”  ilə  bağlı  mərasimlərdən  aydın  olur  ki  ,  “  Çillə”  40 

deçəkdir.  “  Koroğlu”  dastanında  isə  Qıratın  dərya  atı  kimi  formalaşması  qaranlıq  axurda  40  gün 

qalması ilə şərtlənir. Maraqlıdır ki, 40-a çatmamaq həmişə uğursuzluğa səbə olur. 

Ümumiyyətlə, rəqəmlərin sakrallığı geniş mövzu olub hələ də öyrənilməkdədir. 

 

 



AZƏRBAYCAN FOLKLOR KİTABINDABAYATILARINƏKSİ ŞİFAHİ 

XALQ YARADICILIĞININ TƏBLİĞİNDƏ MÜHÜM MƏNBƏ KİMİ

 

 



Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 



biblio_az@yahoo.com 

AZƏRBAYCAN 

 

Azərbaycanda məqsədyönlü və ardıcıl elmi-təşkilati fəaliyyət nəticəsində folklorun çeşidli janrları 



üzrə  çap  materiallarının  toplanması  təcrübəsinin  gündən-günə  artmaqda  olan  məhsuldarlığı  ayrı-ayrı 

kitabların,  eləcə  də  çoxcildliklərin  nəşrinə  meydan  açdığından  əllinci  illərdən  sonrakı  hər  növbəti 

onillikdə  Azərbaycan  folklor  kitabı  öz  miqyasını  və  əhatə  dairəsini  nəzərə  çarpacaq  dərəcədə 

genişləndirir.  

Prosesin  tarixi  mənzərəsindən  göründüyü  kimi,  nağıl  və  dastan  janrları  həm  ayrı-ayrı  toplular, 

həm  də  çoxcildliklər  şəklində  Azərbaycan  folklor  kitabı  statusunun  əsas  daşıyıcısı  olmuşdur.  Digər 

folklor janrlarının – bayatıların, lətifələrin, atalar sözlərinin də müəyyən aktivlik göstərdiyi müşahidə 

olunur.  Aşıq  poeziyasını  təmsil  edən  kitabların  (ayrı-ayrı  ustad  aşıqların  fərdi  kitabları  və  ya 

seçmələrdən ibarət antoloji məcmuələr) hazırlanmasına həssas münasibət bəslənildiyi də mövcud nəşr 

təcrübəsindən görünməkdədir. 

Konkret  bir  janrın  folklor  kitabı  şəklində  təqdimatı  baxımından  bayatıların  nəşri  təcrübəsi  öz 

zənginliyi  ilə  diqqəti  çəkir.  1926-cı  ildə  Azərbaycan  Ədəbiyyat  Cəmiyyətinin  təqdim  etdiyi 

“Azərbaycan ədəbiyyatından bayatılar” toplusundan başlayan nəşr işi 1938-ci ildə Hümmət Əlizadənin 

hazırladığı  “Azərbaycan  bayatıları”  kitabı  ilə  xeyli  dərəcədə  təkmilləşir.  Həmin  kitab  1943-cü  ildə 

M.H.Təhmasibin tərtibi ilə yenidən nəşr olunur. Folklor kitabı kimi bu nəşr işlərinin səciyyəsi barədə 

əvvəldən  təfərrüatlı  şəkildə  söz  açdığımızdan  onlardan  sonrakı  bayatı  kitablarının  tərtib-nəşr 

prinsiplərini xronikal ardıcıllıqla izləməyi məqsədyönlü sayırıq. Yuxarıda xatırlanan nəşrlərdən sonra 

həm  sözü  gedən  nəşrlərdəki  nümunələri,  həm  də  həmin  nəşrlərdən  sonrakı  dönəmdə  toplanılmış 

çoxsaylı  bayatıları  çevrələyən  növbəti  nəşr  işi  1956-cı  ildə  “Azərnəşr”  tərəfindən  buraxılmış 

“Bayatılar”  kitabıdır.  Folklorçu  Həsən  Qasımovun  hazırladığı  bu  nəşr  işinə  3334  nümunə  daxildir. 

Müqayisə  üçün  xatırladaq  ki,  bu  göstərici  Hümmət  Əlizadənin  1938-ci  il  nəşrindəki  nümunələrdən 

təqribən 3 dəfə çoxdur.  

Bayatıların 1956-cı il nəşri 1938 və 1943-cü il nəşrlərindən təkcə həcm əhatəsinin böyüklüyünə 

görə  fərqlənmirdi.  Əvvəlki  nəşrlər  əsasən  əlifba  prinsipi  və  başlama  qəlibi  (“Aşiqəm”,  “Mən  aşiq”, 

“Əzizinəm”,  “Eləmi”  və  s.)  əsasında  tərtib  edildiyi  halda,  1956-cı  il  nəşrində  daha  çox  məzmun-

mündəricə əhatəsi nəzərə alınmaqla mövzular üzrə qruplaşdırma işi aparılmışdır.  

1956  və  1960-cı  il  nəşrlərində  bayaılarla  yanaşı  formaca  bayatı  qəlibində  olan  layla,  oxşama, 

holavar və sayaçı sözlərinə də uyğun bölmələrdə yer ayrılmışdır. Bu barədə müqəddimədə aşağıdakı 

izahat  verilmişdir: “Bu  kitaba  bayatılarla  yanaşı  onun  forma  və  geniş  əhatəli məzmunu  ilə  sıx  bağlı 

olan  vəsf-hallar,  ağılar,  laylalar  və  bayatı  formasında  deyilmiş  xalq  mahnılarının  mətnləri, 

nəğmələrdən - “holavar” və “sayaçı sözləri”nin nümunələri də daxil edilmişdir”. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1068



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Folklorçu  Həsən  Qasımovun  toplayıb  tərtib  etdiyi  “Bayatılar”ın  istər  1956, istərsə  də  1960-cı  il 

nəşrləri təsnifat prinsipinin ideoloji əsasa dayanmasına baxmayaraq, zəngin bayatı sərvətimizin böyük 

əksəriyyətini  özündə  cəmləşdirən  dəyərli  folklor  kitablarıdır.  Hər  iki  nəşr  qalın  cilddə  və  yüksək 

poliqrafik keyfiyyətdə buraxılmışdır. 

Bayatıların  akademik  nəşri  isə  1984-cü  ildə  “Elm”  nəşriyyatında  gerçəkləşdirilmişdir.  Nizami 

adına  Ədəbiyyat  institutunun  folklor  şöbəsində  hazırlanmış  “Azərbaycan  bayatıları”  adlı  bu  nəşr  işi 

(tərtib edənləri B. Abdullayev, E. Məmmədov, Q.Babazadə, redaktorları T.Fərzəliyev və İ. Abbasov) o 

vaxta  qədərki  mövcud  bayatı  kitabı  nəşri  təcrübəsini  elmi  əsaslar  üzrə  yekunlaşdıraraq  sözü  gedən 

janrın ən mükəmməl folklor təqdimatını ortaya qoymuşdur. Nəşrə hazırlığın gedişatı, istifadə olunmuş 

şifahi və yazılı qaynaqlardan ətraflı söz açan müqəddimədə professor İsrafil Abbasov mövcud tarixi 

təcrübə üzərində  obyektiv dəyərləndirmə  apararaq  qeyd  edir  ki, “bu toplunun tərtibçi  və  redaktorları 

mövcud  çapları  əsas  tutaraq  institutun  elmi  arxivində  saxlanılan,  həmçinin  ayrı-ayrı  illərdə  folklor 

ekspedisiyası zamanı toplanılan və şöbəyə göndərilən nümunələri də nəzərdən qaçırmamış, nəhayət, 

bütün bu qaynaqlardan da faydalanaraq Azərbaycan bayatılarının ən seçmə incilərini sistemləşdirib bu 

kitaba  daxil  etmişlər”.  Təqribən  beş  minə  yaxın  bayatını  əhatə  edən  topludakı  materialların  qədim 

cüng  və  yazılı  qaynaqlardan  tutmuş  1926,  1938,  1943,  1956  və  1960-cı  il  nəşrlərinə  qədər  geniş  bir 

dairəni, habelə ön sözdə deyildiyi kimi, çoxsaylı ekspedisiyalar zamanı əldə olunmuş toplama işlərini 

çevrələdiyi kitabın ümumi mənzərəsindən aydın şəkildə görünməkdədir. 

“Azərbaycan  bayatıları”  (1984)  kitabına  daxil  edilmiş  bayatı  nümunələrinin  sistemləşdirilməsi 

üçün  tətbiq  edilmiş  tərtib  prinsipləri  əvvəlki  nəşrlərdəki  çatışmazlıqları  və  yol  verilmiş  yanlışlıqları 

aradan  qaldırmaq  məqsədi  daşıyır:  “Nümunələr  başlıca  olaraq  ictimai  məzmunlu,  məhəbbət,  əxlaq-

tərbiyə,  mərasim  –  inam  –  etiqad,  əmək-zəhmət  kimi  mövzular  ətrafında  qruplaşdırılmışdır... 

Bayatıların düzülüşündə klassik şeir ənənəsi və onun nəşri prinsipləri əsas götürülmüşdür. Özgə sözlə, 

əlifba  sisteminə  qafiyələnmənin  son  hərfindən  (sağdan  sola  doğru)  başlanaraq  riayət  edilmişdir.  Bu 

cəhət  eyni  məzmunlu,  eyni  qafiyəli  bayatıları  meydana  çıxarmış,  bununla  da  təkrar  nümunələrin 

topluya yol tapmasının qarşısı alınmışdır”. 

1956  və  1960-cı  il  nəşrlərindəki  ideoloji  təmayüllü  təsnifat  1984-cü  il  nəşrində  qismən  aradan 

qaldırılmışdır.  Burada  “Köhnə  həyat”  bayatıları  anlayışından  imtina  edilsə  də,  “Yeni  dövran. 

Xoşbəxtlik.  Bolluq-bərəkət”  adı  altında  “yeni  həyat”  bayatılarına  (Lenin,  kolxoz,  partiya,  sosializm 

yarışı  və  s.)  yenə  də  ayrıca  bölmədə  yer  verilmişdir.  Düzüm  ardıcıllığında  divan  şeiri  prinsipinin 

tətbiqi  nəşrin  elmi-akademik  siqlətini  artırmışdır.  Qəribədir  ki,  Azərbaycan  Elmlər  Akademiyasının 

sözü  gedən  mükəmməl  nəşrindən  cəmi  bir  il  sonra  “Yazıçı”  nəşriyyatı  tərəfindən  buraxılmış 

“Bayatılar” (toplayıb tərtib edənləri Vaqif Vəliyev və Sədnik Paşayev) kitabının tərtibində bayatıların 

başlama qəlibinə (Aşiqəm, Əzizinəm, Eləmi və s.) istinad edən ardıcıllıq gözlənilmişdir. İki min beş 

yüzə  yaxın  bayatının  cəm  olunduğu  topluda  “Əzizinəm”  ifadəsi  ilə  yeddi  yüzdən  çox  bayatı 

nümunəsinin  yer  aldığını  nəzərə  alsaq,  hansısa  bir  bayatını  kitabdan  tapmaq  üçün  uzun  bir  axtarışa 

çıxmaq  lazım  gəldiyi  aydın  məsələdir.  Halbuki,  bayatının  sonuncu  hərfinə  istinad  edən  əlifba 

ardıcıllığı  ilə  düzümləmə-  divan  şeiri  prinsipi  ilə  tərtib  etmə  bu  problemin  asan  və  elmi  həlli  ola 

bilərdi.  Buna  baxmayaraq,  həmin  kitabın  da  bayatı  janrı  ilə  bağlı  folklor  nəşri  kimi  müəyyən  elmi 

dəyəri  vardır.  Buradakı  mətnlərin  də  bir  hissəsi  tam  yeni  və  ya  mövcud  nəşrlərdəki  nümunələrin 

variantlarıdır. Professor Vaqif Vəliyevin kitaba yazdığı müqəddimədən aydın olar ki, təqdim olunan 

materialların böyük əksəriyyəti universitetdə təhsil alan tələbələrin illər boyu folklor təcrübəsi zamanı 

Azərbaycanın müxtəlif bölgələrindən topladıqları bayatılardır.  

Bayatıların  folklor  kitabı  kimi  nəşri  sahəsindəki  diqqətçəkici  işlərdən  biri  də  Asya 

Məmmədovanın  müxtəlif  cüng  və  əlyazmalardan  toplayıb  çap  etdirdiyi  “Bayatılar”  (“Elm”,  1977) 

kitabıdır. XVI-XIX əsrlərə aid müxtəlif əlyazmalardan toplanılmış iki min beş yüzdən artıq bayatını 

əhatə  edən  bu  topludakı  örnəklər  bu  gün  söyləyici  repertuarında  yaşayan  qarşılıqları  ilə  tarixi 

müqayisə imkanı baxımından böyük elmi əhəmiyyət kəsb edir. 

Azərbaycan  bayatılarının  toplanılması  və  nəşri  istiqamətində  yuxarıda  haqqında  bəhs  edilən 

kitablardan  sonra  da  bir  sıra  dəyərli  işlər  görülmüşdür.  Bunlar  əsasən  antoloji  səciyyəyə  malik 

nəşrlərin bayatılara ayrılmış bölmələridir.

 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1069



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN NAĞILLARINDA KONTAMİNASİYA HADİSƏSİ

 

 



Dürnisə SƏFƏROVA 

AMEA, Folklor İnstitutu 



dseferova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Azərbaycan  folklorunun  epik  janrları  içərisində  nağıllar  mühüm  yer  tutur.



Azərbaycan  nağılları 

Azərbaycan  xalqının  dünya  görüşünü,  həyata  münasibətini,  zülmə  qarşı  mübarizəsini,  gələcək  üçün 

arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir.

 

İlk  nümunələri  uzaq  keçmişlərdə  yaranan  nağıllar  nəsillərdən-nəsillərə  keçərək  zənginləşmiş  və 



zəmanəmizə  qədər  gəlib  çatmışdır.  Bu  zəngin  xalq  yaradıcılığı  örnəkləri  ilkin  təsəvvürləri,  inamları, 

adət-ənənələri  öyrənmək  üçün  zəngin  material  verir.  Nağılı  digər  epik  janrlardan  fərqləndirmək 

istəyən  tədqiqatçılar  janrın  əsas  xüsusiyyətini  müəyyən  etməyə  çalışmışlar.  Nağıl  tədqiqatçılarından 

biri  olan  E.V.Pomerantseva  belə  hesab  edir  ki,  foklorun  başqa  janrlarından  fərqli  olaraq  nağıl 

quraşdırılmış uydurmadır və ona uydurma kimi baxmaq lazımdır.  

Azərbaycan  nağıllarının  sistemləşdirilməsi  zamanı  qarşılaşdığımız  əsas  problemlərdən  biri  də 

kontaminasiyaların  fərqləndirilməsidir.  Aarne-Tompson  sistemi  və  onun  əsasında  tərtib  olunmuş 

göstəricilərdə  kontaminasiyaları  müəyyənləşdirmək  üçün  heç  bir  prinsip  verilməyib.Kontaminasiya 

hadisəsi dilin ən maraqlı aspektlərindən biridir. Kontaminasiya dedikdə folklorşünaslıqda iki və daha 

artıq  süjetin  eyni  nağıl  daxilində  birləşməsi  nəzərdə  tutulur.  Kontaminasiya  hadisəsi  uzun  müddət 

öyrənilməmiş problemlərdən biri olmuşdur. Yalnız keçən əsrin 60-70-ci illərindəN.M.Vedernikovanın, 

daha sonralar isə T.Q. İvanovanın bu probləmə həsr olunmuş əsərləri işıq üzü görür. N.M.Vedernikova 

kontaminasiyanı  söyləyicinin  nağıllar  üzərində  gerçəkləşdirdiyi  yaradıcılıq  hadisəsi  hesab  edir. 

Söyləyici hər dəfə eyni auditoriya qarşısında çıxış etdiyindən onun repertuarı dinləyicilərə tanış olur. 

Bu da onları improvizasiyaya sövq edir. Onlar süjetə yeni elementlər və motivlər daxil etməklə tanış 

nağılı  bir  qədər  dəyişilmiş  şəkildə  təqdim  etməyə,  bu  yolla  da  dinləyicilərdə  maraq  oyatmağa 

çalışırlar.  

 

Son  illərdə  qeydə  alınmış  nağıllarda  kontaminasiya  hadisəsinə  çox  az  təsadüf  olunur.  2000-



2003-cü illərdə Ağdaş rayonundan qeydə alınmış 150 nağıldan yalnız bir neçəsində süjet birləşməsinə 

təsadüf  olunur.  Kontaminasiya  hadisəsinin  bu  qədər  zəifləməsinin  əsas  səbəbi  nağıl  məclislərinin 

tədricən məişətdən çıxması, radio, televiziya və s. bu kimi əyləncə vasitələrinin məişətə daxil olması 

nəticəsində  söyləyicilik,  ifaçılıq  prosesinin  zəifləməsidir.  Artıq  keçmişdəki  kimi  uzun  nağıl  gecələri 

olmadığından söyləyici süjetləri birləşdirməklə nağılın həcmini genişləndirməyə ehtiyac hiss etmir.  

 

N.M.  Vedernikova  nağıllarda  iki  cür  –  mexaniki  və  yaradıcı  kontaminasiyaların  olduğunu 



qeyd  edir.  Mexaniki  kontaminasiyalar  zamanı  süjetlərin  birləşməsi  mexaniki  xarakter  daşıyır  və  bir 

süjetdən  digər  süjetə  keçid  əsaslandırılmır.  Yaradıcı  kontaminasiyalar  zamanı  söyləyici  nəinki  bu 

keçidləri əsaslandırır, hətta ona müəyyən  məna verir. Yaradıcı kontaminasiyalar çox vaxt tərəflərdən 

birinin zərərə məruz qalması hesabına baş verir.  

 

Azərbaycan  nağıllarında  kontaminasiyanın  müxtəlif  forma  və  üsullarına  təsadüf  olunur. 



Bunlara aşağıdakıları misal göstərmək olar:  

1.

 



Əsassüjetdə atavə ananın, növbətisüjetdə isə uşaqlarınbaşınagələnhadisələrdənbəhsolunması;  

2.

 



Padşahı  hansısabirhərəkətdən  çəkindirməkməqsədiilə  ibrətamizməzmunluhekayələrin  danı-

şılması; 

3.

 

Qəhrəmanınhansısabirsirrivə yakiminsə əhvalatını öyrənməyə göndərilməsi; 



4.

 

Birneçə adamınbirarayatoplaşıbbaşlarınagələnhadisəninağıletməsi;  



Kontaminasiyalar  çox  vaxt  eyni  qrup  daxilindəki  süjetlər  arasında  baş  verir.  Məsələn,  “Ağ  atlı 

oğlan”  nağılı  (327A+538*+532)  sehrli  nağıl,  “Tülkü  və  hacıleylək”  (60+225+37+181)  nağılı 

heyvanlar  haqqında  nağıl  süjetlərinin  birləşməsindən  təşkil  olunub.  Eyni  qrup  daxilindəki  süjetlərin 

həm  forma,  həm  də  məzmun  baxımından  bir-birinə  yaxın  olmaları  onların  eyni  nağıl  daxilində 

birləşmə  imkanlarını  xeyli  artırır.  Bununla  belə,  müxtəlif  qruplar  arasında  da  kontaminasiyalara 

təsadüf olunur. Məsələn, “Ağ quş” nağılı (2530*+551+525*) bahadırlıq və sehrli nağıl süjetlərindən, 

“Qızıl  qoç”  (516+525*+893*A+893**)  nağılı  isə  sehrli  və  novellavari  nağıl  süjetlərindən  təşkil 

olunur.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1070



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Kontaminasiyalar  fərdi  yaradıcılıq  hadisəsi  olduğu  üçün  çox  vaxt  bu  və  ya  digər  xalqın  şifahi 

yaradıcılığı  ilə  bağlı  olur.  Bununla  belə,  Azərbaycan  nağıllarında  beynəlxalq  kontaminasiyalara  da 

təsadüf  etmək  mümkündür.  “Oğurlanmış  üç  şahzadə  qız”  (301)  və  “Suyun  qabağını  kəsmiş  əjdaha” 

(300)  kimi  süjet  birləşmələrinə  dünyanın  müxtəlif  xalqlarında  təsadüf  olunur.  Bəzi  kontaminasiyalar 

bizdə daha geniş yayıldığı halda, başqa xalqlarda onlara az-az təsadüf olunur. Azərbaycan nağıllarında 

“Min bir gecə” mənşəli kontaminasiyalara da rast gəlirik. Buna misal olaraq “Qızıl dağ” (936) və “Ər 

itmiş  arvadını  axtarır”  (400)  və  s.  süjet  birləşmələri  bizə  həmin  abidədən  alınmış  nağıllar  vasitəsilə 

keçib.  

Arrne-Tompson  sistemi  və  onun  əsasında  tərtib  olunmuş  kataloqlarda  kontaminasiyaları 

müəyyənləşdirmək üçün heç bir prinsip verilmədiyinə görə kontaminasiya əsasında təşkil olunmuş bir 

çox nağıllar müstəqil süjet kimi göstərilib. Süjet göstəricilərinin tərtibində dəqiqliyə nail olmaq üçün 

müxtəlif tədqiqatçılar tərəfindən zaman-zaman müəyyən prinsiplər irəli sürülür. Belə tədqiqatçılardan 

biri  də  V.Y.Proppdur.  O,  kontaminasiyaları  süjeti  təşkil  edən  gedişlərə  görə  fərqləndirməyə 

çalışmışdır.  Lakin  V.Y.Propp  yalnız  sehrli  nağıllardan  çıxış  etdiyindən  onun  təklif  etdiyi  prinsiplər 

nağıllarda qarşıya çıxan bütün kontaminasiyaları müəyyənləşdirməyə imkan verir.  

N.M.Vedernikovaya görə, süjetlər müxtəlif səviyyəli motivlərin kombinasiyasından təşkil olunur. 

Süjet  daxilində  oynadığı  roldan  asılı  olaraq  onlar  mərkəzi  və  yardımçı  motivlərə  ayrılır.  Mərkəzi 

motivlər  ziddiyyətli  və  mürəkkəb  mövzulu  olur,  süjetdəki  ən  dramatik  və  gərgin  anları  təsvir  edir. 

Yardımçı  motivlər  isə,  mərkəzi  motiv  üçün  zəmin  hazırlayır,  onda  təsvir  olunan  hadisəni 

aydınlaşdırmağa  xidmət  edir.  Mərkəzi  motivlər  bir  süjetə  məxsus  olduğu  halda,  yardımçı  motivlər 

başqa  süjetlərdə  iştirak  edə  və  ekvivalentləri  ilə  əvəzlənə  bilir.  N.M.Vedernikova  kontaminasiyaları 

mərkəzi motivə görə fərqləndirməyi təklif edir. O, nağılda iki və daha artıq mərkəzi motivin olmasını 

kontaminasiyanın  əlaməti  sayır.  Kontaminasiyaları  müəyyənləşdirərkən  bu  prinsipdən  yararlanmaq 

lazımdır. 

 

 



 

AZƏRBAYCAN-ÇİN ƏDƏBİ ƏLAQƏLƏRİ SOVET DÖVRÜNDƏ 

 

Nərgiz KƏRİMOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



nergizkerimova622@gmail.com 

AZƏRBAYCAN 



 

 

28  aprel  1920-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  işğalı  və  nəticədə  Azərbaycanın 



SSRİ-nin tərkibinə qatılması ilə sosialist sistemi ölkəmizdə qurulmağa başladı. Dünyanın  ən nəhəng 

imperiyasına  çevrilən  SSRİ  vətəndaşları  üçün  elmi-mədəni  əlaqələr  bu  sərhədlərin  xaricində  əsasən 

eyni  ideoloji  quruluşa  malik  ölkələrlə  yarana  bilərdi.  Bu  baxımdan  Çin  Xalq  Respublikası  ilə 

Azərbaycan arasında əlaqələr inkişaf etmişdir.  

Azərbaycan-Çin  arasında  ədəbi  əlaqələr  sovet  dövründə  xüsusi  olaraq  inkişaf  etmişdir. 

Azərbaycanın  bir  çox  görkəmli  yazıçılarının,  şairlərinin  əsərləri  Çində  çin  dilində,  eyni  zamanda 

Azərbaycanda  Çin  ədəbiyyatı  görkəmli  nümayəndələrinin  əsərləri  Azərbaycan  dilində  nəşr 

olunmuşdur. Qarşılıqlı müxtəlif səfərlər, ezamiyyətlər ədəbi əlaqlərin inkişafına töhfə vermişdir.  

 

Azərbaycan-Çin  mədəni  əlaqələrinin  tarixinə  nəzər  saldıqda  məlum  olur  ki,  sovet 



dövründə bu əlaqələr xüsusi bir ardıcıllıqla həyata keçirilmişdir. Bu, ilk olaraq onunla əlaqədar idi ki, 

əvvəlki tarixi dövrlərdən fərqli olaraq, Çinlə mədəni əlaqələrin genişlənməsi sovet dövlətinin xüsusi 

siyasəti  idi.  Bu  əlaqələr  ikitərəfli  əməkdaşlıq  kontekstində  reallaşdırılırdı.  Azərbaycan  da  SSRİ-nin 

tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə əməkdaşlıq edirdi.  

Bakıda  1920-ci  ilin  sentyabrında  Şərq  xalqlarının  I  qurultayı  keçirilmiş  və  Çindən  də 

nümayəndələr iştirak etmişlər. Qurultay eyni tarixi şəraitdə olan iki ölkə sovet Azərbaycanı və Çinlə 

mədəni  əlaqələrin  qurulması  işində  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Qərbə  qarşı  mübarizə  aparan 

Çinin  marağı  ilə  üst-üstə  düşdüyünə  görə  SSRİ  tərkibindəki  respublikaların  ədəbiyyat  və  incəsənət 

xadimlərinin Çin ədəbiyyatıının öyrənilməsi və təbliğinə xüsusi diqqətlə yanaşırdı. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1071



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycanın  görkəmli  şairləri  -  Rəsul  Rzanın,  Süleyman  Rüstəmin,  Hüseyn  Hüseynzadənin 

yaradıcılığında Çinə həsr olunmuş bir sıra şeir nümunələrinə rast gəlmək olar.  

 

Ötən əsrin 50-60-cı illərində Çin mövzusu Azərbaycanın digər şairləri Osman Sarıvəlli, 



Nəbi  Xəzri,  Mirvarid  Dilbazi,  Əhməd  Cəmil,  Zeynal  Xəlil,  Zəlimxan  Yaqub  və  başqalarının  da 

yaradıcılığında mühüm yer tutmuşdur. Şair Zəlimxan Yaqub "Çin qızı, Çin gözəli" şeirini 1994-cü ildə 

Şanxayda olarkən yazmış və Çin qızına ithaf etmişdir.  

Mən indi başa düşdüm, 

Niyə Nizami babam 

Çin yazıb, Çin deyirmiş. 

Mən indi başa düşdüm, 

Niyə Füzuli babam 

Sevgiyə din deyirmiş! 

Mən indi başa düşdüm, 

Nə üçün Molla Pənah 

Çinü-Maçin deyirmiş! 

Qar zirvənin şöhrəti 

Dağların çən gözəli! 

Dünən babalar olub, 

Bu gün heyranın mənəm, 

Çin qızı, Çin gözəli!!! 

Xalq  şairi  Rəsul  Rza  Böyük  Çin  xalqının  azadlıq  mübarizəsinə  bir  sıra  şeirlərini  həsr  etmişdir. 

Şairin  "Çapey"  (1932),  "Si-Au"  (1935),  "Haray,  dostlar"  (1937)  şeirlərində  məhz  bu  movzuya  həsr 

olunmuşdur. Bu şeirlərdə bir sıra mühüm siyasi hadisələrə toxunulmuşdur. "Çapey" şeirində şair Çinin 

keçmişindən  və  hazırki  vəziyyətindən  həm  qürur  hissi,  həm  də  yanıqlı  bir  ürəklə  danışır,  xarici 

ağaların və yerli istismarçıların talan etdiyi ölkənin münbit və məhsuldar torpaqlarını, əməkçi xalqın 

çətin güzəranını, bir sözlə, Çinin iqtisadiyyatında əmələ gələn ağır vəziyyəti təsvir edərək yazır: 

Yoxsul çinli qonaqdır, 

Bu Çindistanda. 

Çini çox dinlədik biz 

çox dastanda. 

Biri yazdı Çini 

"Sehrli diyar" 

Biri nəql etdi Çindən  

xumar-xumar... 

Yetər! 


Aclıqla dostlaşana 

danışdılar 

Biçin dastanını. 

Qoy yazsın bu qələmim 

Çinin çin dastanını. 

Rəsul  Rzanın  Çinə  həsr  etdiyi  "Haray,  dostlar"  şeiri  öz  orijinallığı,  aydın  və  təsirli  ifadəsi  ilə 

seçilir. Şeirdə şairin tərənnüm etdiyi ictimai fikirlər oxucunu təsirləndirir: 

Haray, dostlar, haray, dostlar! 

Çin vuruldu sinəsindən. 

Evlər uçdu binəsindən, 

Gecələr fəryad səsindən 

Nə yaralı Şanxay yatar, 

Nə bir ulduz, nə ay yatar. 

XX əsrin ortalarında Çin mövzusuna maraciət edən şairlərdən biri də Süleyman Rüstəmdir. Onun 

Çinə  həsr  etdiyi  "Çinli  qardaş"  (1949),  "Tayvan  Çinindir!"  (1955)  şeirlərində  Çin  xalqına  bəslədiyi 

dərin hörmət və rəğbət hissi aşkar duyulur: 

Eşq olsun, çinli qardaş, böyük zəfərlərinə, 

Al bayraqla bəzənmiş azad şəhərlərinə! 

Eşq olsun qüdrətinə, əzminə, cürətinə, 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin