Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə58/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   54   55   56   57   58   59   60   61   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1062



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  poemaların  qəhrəmanları  müxtəlif  tarixi  zamanlarda  yaşayan  insanlardır.  “Körpə  harayı”  demək 

olar ki, avtobioqrafik xarakter daşıyır. “Ən yaxşı sərnişin” dedikdə isə Cəfər Cabbarlı nəzərdə tutulur. 

Müstəqillik dövründə yazılmış poemalarda sənətkarlıq axtarışları yalnız yeni janrların istifadə edilməsi 

ilə  məhdudlaşmır.  Yazarlar  öz  əsərlərində  ədəbiyyatın  bədii  məziyyətlərindən  yetərincə 

kifayətlənmişlər. Bu poemalarda maraqlı və özünəməxsus bədii təsvir və ifadə vasitələrindən istifadə 

edilmişdir. Hətta poemaların dil-üslub xüsusiyyətlərində də orijinallıq özünü göstərir. 

Poemalarda  mənəvi-əxlaqi  mövzulara  müraciət  olunması  konkret  əsərlərdə  az  hallarda  nəzərə 

çarpır. Əsasən başqa mövzulu pemalarda yeri gəldikcə mənəvi-əxlaqi problemlərə toxunulur. Bir neçə 

poema var ki, onlarda həmin mövzu daha çox qabardılıb. E.İsgəndərzadənin “Eşq”, “Adil Mirseyidin 

palitrası”, “Biganəlik iqlimi”, Adil Mirseyidin poemalarını E.Z.Qaraxanlının “Torqovı peyzajı” əsərini 

buna misal gətirə bilərik. 

Bildiyimiz  kimi  poema  özünəməxsus  cəhətləri  ilə  seçilən  janrdır.  Belə  ki,  bu  janrda  həm  epik 

təsvirlər,  həm  də  lirik  tərənnümlər  birləşir.  Bu  baxımdan  janrın  müstəqillik  illərində  keçdiyi  inkişaf 

yolunu əsaslı şəkildə araşdırmaq lazımdır. 

 

 

AZƏRBAYCAN ƏDƏBİYYATININ OPERADA ƏKSİ 

 

SəadətBƏŞİROVA 

ADU 


Bashirovaseadet@gmail.com 

AZƏRBAYCAN 

 

İnsan  psixologiyasına  ən  doğma  hiss  gözəllikdir.  Teatr  insan  həyatının  güzgüsü,  musiqi  isə 



insanın  daxili  aləmini  təlatümə  gətirən  ən  incə  sənətdir.  İnsan  hələ  uşaqlıqdan  laylalarla  böyüyür. 

İnsan ruhunun mənəvi qidası olan musiqi teatrla birləşərək onun daxili aləminə nüfuz edir. “Opera” 

əsər  deməkdir.  Bu  ecazkar  əsər  həyat  hadisələrinin  səhnə  və  musiqi  ilə  vəhdətində  yaranır.  Özünün 

tarixi  və  bədii  dəyərini  indiyə  qədər  qoruyub  saxlayan  ilk  operanın  müəllifi  isə  İtaliyanın  dahi 

bəstəkarı  Klaudio  Monteverdidir,  vətəni  isə  İtaliyadır.  Onun  “musiqili  nağıl”  adlandırdığı  “Orfey” 

operası  1606-cı  ildə  səhnəyə  qoyulmuşdur.  Fransada  qəhrəmanlıq  operalarına  “musiqili  faciə” 

deyirdilər.  Sonralar  hər  yerdə  “opera”  adlandırılan  bu  əsərlər  janr  və  üslub  xüsusiyyətlərinə  görə 

“komik  opera”,  “ciddi-opera”,  “opera-buffa”,  “lirik-opera”  növlərinə  ayrılmışdır.  Opera  aristokrat 

əyləncəsi olaraq yaranmış, sonralar geniş tamaşaçı kütləsinin əyləncə obyektinə çevrilmişdir. İlk opera 

teatrı 1673-cü ildə, yəni bu janrın meydana gəldiyi vaxtdan təqribən 40 il sonra İtaliyanın Venesiya 

şəhərində  açılmışdır.  Sonralar  bütün  Avropaya  sürətlə  yayılmışdır.  XIX  əsrdə  və  XX  əsrin 

əvvəllərində opera öz inkişafının yüksək zirvəsinə qalxmışdır. 1597-ci ildə “Dafniya” adlı ilk operanın 

bəstəkarı və müğənnisi İtaliyalı Cokapa Periyə elə gəlirdi ki, onun yaşadığı dövrün incəsənət əsərləri 

yunan  və  Roma  mədəniyyətinin  klassik  əsərlərindən  geri  qalır.  Nəticədə  meydana  gəlmiş  “Dafniya” 

yunanların  yaradıcılığı  nümunəsinə  az  oxşar  bir  əsəri  xatırladırdı.  “Dafniya”  hazırda  opera  adlanan 

formada ilk əsər sayılır. Buna baxmayaraq, yeni bədii formanın ilk yaradıcısı italyan bəstəkarı Klaudio 

Covanni  Monteverdi  hesab  olunur.  Tədqiqatçıların  fikrincə,  Venesiyada  kütləvi  tamaşalar  qoyulan 

dövrdən sonrakı 65 il ərzində 7 teatr meydana gəlmiş və həmin teatrlar üçün 40-a qədər bəstəkar 357 

opera  yazmışdır.  Almaniyada  ilk  opera  1627-ci  ildə,  Fransada  1647-ci  ildə,  İngiltərədə  isə  1689-cu 

ildə təşəkkül tapmışdır. Azərbaycan mədəniyyət tarixində isə ilk opera 1908-ci ildə ərsəyə gəlmişdir. 

Bu,  dahi  bəstəkarımız  Ü.Hacıbəylinin  Şərq  aləmində  ilk  operası  sayılan  dahi  şairimiz  Məhəmməd 

Füzulinin eyni adlı “Leyli və Məcnun” əsərinin motivləri əsasında özünün yaratmış olduğu “Leyli və 

Məcnun”  operasıdır.  Bununla  da  müsəlman  Şərqində  opera  janrının  əsası  qoyulmuşdur.  “Leyli  və 

Məcnun” operası muğam janrı ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni opera janrının – 

muğam  operasının  ilk  nümunəsidir.  İlk  Azərbaycan  operasının  əsas  xarakter  və  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  bu  əsərdə  Ü.Hacıbəylinin  özünün  bəstələdiyi  musiqi  ilə  xalq  musiqisini  bir-birindən 

ayıran səddi tapmaq  mümkün deyildi. “Leyli və Məcnun” operası Qafqaz bölgəsində, eləcə də Orta 

Asiya  və  İranda  dəfələrlə  nümayiş  etdirilmiş,  bu  xalqların  professional  musiqi  mədəniyyətinin 

təşəkkülündə əhəmiyyətli rol oynamış və indi də oynamaqdadır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1063



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

O  dövrdə  ədəbiyyat  və  mədəniyyət  məsələlərinə  dair  ciddi  diskussiyalar  gedirdi.  Operaya 

münasibət  birmənalı  deyildi.  Opera  həm  milli,  həm  də  Avropa  üsulunu  birləşdirən,  xalqın  mədəni 

səviyyəsinin göstəricisi olmaqla öz sözünü demiş bir əsərdir. 

Teatrın yaranma tarixinə nəzər saldıqda 

deyə  bilərik  ki,  1910–cu  ilin  sonlarında  Bakıya  Rusiyadan  məşhur  opera  müğənnisinin  qastrola 

gəlməsi səbəbi şərəfi ilə ölkəmizdə bir çox ziyafətlər təşkil edilmişdir. Bu ziyafətlərdən birində Bakı 

milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa “heç vaxt!” 

deyə  cavab  verir.  Milyonçu  bu  cavabın  səbəbi  ilə  maraqlandıqda  müğənni  qadın  belə  deyir:  “Belə 

böyük  şəhərdə  oxumağa  opera  binası  yoxdursa,  gəlməyimin  nə  mənası  var?”  Bu  sözlər  bakılı 

milyonçuya  bərk  təsir  edir  və  elə  oradaca  qadına  söz  verir  ki,  cəmi  bir  il  ərzində  opera  teatrı  üçün 

gözəl bina tikdirəcək. Beləliklə, Azərbaycanda Opera və Balet teatrının əsası qoyuldu. 

Azərabaycan  xalq  mahnılarının  sevilən  ifasında  Fikrət  Əmirovun  “Sevil”  operasında  Balaş, 

Üzeyir  bəy  Hacıbəylinin  “Arşın  mal  alan”  komik  operasında  tacik  Əsgər  və  “Məşədi  İbad” 

operettasında Məşədi İbad bənzərsizliyi ilə seçilir. Bəstəkarların xalq musiqi dilinin bütün qanunlarını 

düzgün  öyrənmələrinin,  aydın  bir  dildə  yaza  bilmələri  vacib  idi.  Üzeyir  bəy  “Koroğlu”  operası 

haqqında”  məqaləsində  yazmışdır:  “Koroğlu”  operasını  yazmamışdan  20  il  əvvəl  xalq  musiqisinin 

əsaslarını  və  köklərini  öyrənmək  işinə  başlamışdım.  Opera  yazmaq  sənətinin  hər  bir  cəhətini 

öyrənirdim”.  Dahi  Üzeyir  Hacıbəyli  Azərbaycan  bəstəkarlarının  öz  doğma  xalqının  musiqi  dilində 

əsərlər  yazmasını,  xalqla  öz  doğma  musiqi  dilində  danışmasını  tələb  edirdi.  O,  xalq  musiqisinin 

əsaslarına  dərindən  bələd  olduğuna  görə  bütün  operalarında  melodiyalara  üstünlük  verə  bilmişdir. 

Azərbaycan opera yaradıcılığının haqlı olaraq zirvəsi sayılan “Koroğlu”nu dinləyən hər kəs bütünlüklə 

melodiyalar  aləminə  baş  vurmuş  olur.  “Koroğlu”  operasının  musiqi  dilinin  xalqın  musiqi  dili  ilə 

doğmalığı onun ölməzliyini təmin etmişdir. 5 pərdəlik bu opera Üzeyir bəy Hacıbəyov yaradıcılığının 

zirvəsini təşkil edir. İlk dəfə 1937-ci ildə aprel ayının 30-da Azərbaycan Dövlət Akademik Opera və 

Balet  Teatrında  tamaşaya  qoyulmuşdur.  Azərbaycanda,  ümumiyyətlə,  Zaqafqaziyada,  Orta  Asiya, 

Türkiyə  və  İranda  geniş  yayılmış  “Koroğlu”  xalq  dastanı  operanın  süjet  əsasını  təşkil  edir.  Onun 

musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütünlüklə dünyagörüşü əksini 

tapmışdır. “Koroğlu” tipik xalq qəhrəmanlıq dastanıdır. “Koroğlu”da opera sənətinə xas olan əlamətlər 

bəstəkarın  milli  musiqi təfəkkürü  süzgəcindən  keçərək  kamillik  səviyyəsində  yaradılmışdır.  Operada 

xalq  yaradıcılığı  özünü  qabarıq  şəkildə  göstərmişdir.  Qəhrəmanı  öz  dilində  yaradaraq  bəstəkar 

Koroğlunu  bir  aşıq  kimi  şifahi  xalq  yaradıcılığının  bariz  nümunəsi  olaraq  göstərmişdir.  Bu  belə 

olmalıdır ki, səhnədə iştirak edənlərdən başqa, tamaşaçı da onun aşıq olduğunu hiss etsin. Azərbaycan 

xalq musiqisi üzərində qurulmuş “Koroğlu” üverturası əzəmətli səslənməsi ilə Azərbaycanın himninə 

çevrilmişdir.  “Koroğlu”  operasının  yazılmasında,  yaranmasında  Heydər  İsmayılın  böyük  rolu 

olmuşdur. “Koroğlu” operasının yazılmasını Üzeyir Hacıbəyova məhz Heydər İsmayıl təklif etmişdir. 

Operaya,  onun  mətninə  şeir  parçalarını  isə  dövrün  yazıçısı  Məmməd  Səid  Ordubadi  öhdəsinə 

götürmüşdür. “Koroğlu” operası ilə Üzeyir Hacıbəyov milli musiqi təfəkkürünü bütövlüklə bəstəkarlıq 

yaradıcılığının  yüksək  tələblərinə  cavab  verən  yeni  inkişaf  mərhələsinə  qaldırmışdır.  Ü.Hacıbəyov 

şifahi 


ənənəli 

Azərbaycan 

musiqindəki 

formayaratma 

prosesinin 

ümumi 


cəhətlərini 

qanunauyğunluqlarını bu əsasda inkişaf etdirmişdir. 

 

“Firuzə”  operası  –  librettosu  Ü.Hacıbəyov  tərəfindən  xalq  rəvayətləri  əsasında  yazılmış, 



yarımçıq  qalmış  operadır.  1945-ci  ildə  yazılan  bu  operanın  ilkin  adı  “Şəhrəbanu”  idi.  Bəstələnmiş 

musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, axıcılığı 

ilə fərqlənir.  

“Əsli  və  Kərəm”  operası  –  ilk  tamaşasından  böyük  müvəffəqiyyət  qazanaraq  uzun  və  maraqlı 

səhnə  ömrü  olan  əsərlər  sırasına  daxil  olmuşdur.  Onun  ilk  tamaşası  1912-ci  il  mayın  18-də  indiki 

Azərbaycan  Opera  və  Balet  Teatrının  binasında  olmuşdur.  Qafqazda  geniş  yayılmış  bu  əsər 

Azərbaycan xalq dastanının motivləri üzrə yaradılmışdır. Ü.Hacıbəyov muğam operalarından ilk dəfə 

“Əsli  və  Kərəm”-ə  leytxarakteristika  gətirmişdir.  Bu,  Kərəmin  obrazını  daha  dolğun  yaratmaq  üçün 

dahi bəstəkarın istifadə etdiyi “Kərəmi” aşıq melodiyasıdı. Hətta bu gün bəzi mütəxəssislər “Əsli və 

Kərəm” 


operasını 

muğam 


dastan 


opera 

adlandırırlar.  

Beləliklə,  opera  –  Azərbaycan  ədəbiyyatının  xalq  motivləri  ilə  səsləşən,  folklor  motivlərindən 

qaynaqlanaraq  musiqinin  əsasında  yaranmış  əvəzolunmaz  əsərdir.  Opera  ədəbiyyat  və  musiqinin 

klassikasını uzun əsrlər özündə yaşadacaq sənət nümunəsidir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1064



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏFSANƏLƏRİNDƏ YER ADLARI 

 

Rüstəm DADAŞZADƏ 

Bakı Slavyan Universiteti 



rdadaszade@mail.ru 

AZƏRBAYCAN 



 

 

Öz zərifliyi və zərif hisslər qaynağı olması, memarlığı ilə hər bir normal insanı duyğularından, 



düşündürən, mənəviyyatımızın ayrılmaz, tərkib hisslərindən olan Azərbaycan xalq əfsanələri eləcə də 

şifahi xalq ədəbiyyatımız müstəqil dövlətimizin müstəqil şəxsiyyəti, müstəqil vətəndaşı tək yetişəcək 

körpələrimizin,  məktəbli  uşaqlarımızın  tərbiyəsində,  etik,  estetik  düşüncəsində,  saf  duyğulara  sahib 

olmasından doğma yurda, el-obaya, vətənə məhəbbət bəsləməsində, vətənpərvər olaraq böyüməsində 

milli-əxlaqi  dəyərlərimizi,  adət-ənənələrimizi  mənimsəyib  dərk  etməsində  və  yaşatmasında, 

xalqımızın keçdiyi tarixi tale yolunu öyrənməsində Azərbaycan torpağının təbiətinin zənginlikləri ilə 

tanış olmasında bir fərd olaraq özünü tanıma meyillərində xarekter cizgilərinin üzə çıxarılmasında da 

müstəsna mahiyyət daşıyır. 

 

 

 



 

 

 



 

 

 



Şifahi xalq ədəbiyyatının əfsanələrini eşidən, dinləyən, oxuyan uşaqlar, yeniyetmələr özlərini 

bu örnəklərdə təsvir edir, Azərbaycan xalqının yaşadığı  ərazilərin adlarını daha yaxşı mənimsəyir və 

haradan qaynaqlandığını öyrənirlər.  

 

 



 

 

 



Azərbaycan  əfsanələrini  oxuduqca  elə  bil  ki  doğma  torpağımızın,  bu  torpaqda  bitən  gülün, 

çiçəyin ətrini duyursan.  

 

Hələ  qədim  zamanlardan  bəzi  yer  adları  əfsanələr  əsasında  meydana  çıxmışdır.  Bu  günkü 



dövrümüzdə  də  əfsanələr  əsasında  yaranmış  yer  adlarına  təsadüf  etmək  mümkündür.Əlbəttə  tarixi 

əfsanədə  doğruluğun  ölçüsünü  mübaliğə  etmək  lazım  deyil,  lakin  şübhəsiz  ki,  onlarda  tarixiliyin 

müəyyən elementləri mövcud olmuş və elmdə yardımçı mənbə kimi istifadə oluna bilər. Bir halda ki, 

bu müəyyən tarixi şəxsiyyət haqqında məlumat digər halda-tarixi hadisəyə işarə, üçüncü halda  – baş 

verən hadisənin yeri və s. ola bilər.  

Ümumiyyətlə  Azərbaycan əfsanələri toponimlərlə  zəngindir.  Bu  əfsanələrə  misal  olaraq:  “Laçın 

qayası”, “Kürsəngi dağı”, “Göy göl”, “Göyçə gölü” və s. əfsanələri göstərmək olar. 

Bu  əfsanələrin  bəziləri  vardır  ki,  indiki  yer  adları  həmin  əfsanələrdəki  baş  qəhrəmanın  adından 

götürülmüşdür. Məsələn: “Laçın qayası” əfsanəsinə diqqət yetirək. Burada bu məkanın “Laçın qayası” 

adlanması eyni əfsanədi laçın ovçunun adı ilə bağlıdır. Laçın qaya özü Kəlbəcər rayonunun ərazisində 

yerləşir və oronimlərdən hesab olunur. 

Qeyd edim ki, yer adları toponimik əfsanələr də iki yerə bölünür: 

1)

 

Oronimlərlə bağlı əfsanələr 



2)

 

Oykonimlərlə bağlı əfsanələr 



Oyronimlər dedikdə isə yaşayış məntəqələrinin, yəni kəntlərin, qəsəbələrin və s. adları ilə bağlı. 

Oronim tipli əfsanələrə misal olaraq “Kürsəngi dağı” əfsanəsini göstərmək olar. Bu əfsanədə Kür 

adlı bir oğlan və onun səhəngində söhbət gedir və Kürün vəfat etdiyi yer sonradan dağa çevrilir və adı 

da  “Kürsəngi”  adlandırılır.  Kürsəngi  dağı  indiki  Salyan  rayonu  ərazisində  yerləşir  və  oronimlərdən 

hesab olunur.  

 

Müasir  dövrümüzdə  əfsanələrlə  bağlı  yer  adlarına  çoxlu  misal  göstərməklə  bu  cərgəni 



artırmaq mümkündür. Bu cür əfsanələrdən biri də “Ağrı dağı” əfsanəsidir: 

Müasir dövrümüzdə də eyni adlı dağ əfsanəsinin adını daşıyır. Əfsanədə isə Ağrı Qarnıyarıq adlı 

dağın böyük qardaşı kimi göstərilir.  

 

Hazırki dövrdə Ağrı dağı Türkiyənin ərazisində yerləşir.  



 

Yer adları ilə bağlı əfsanələrdən “Şah dağı” əfsanəsidir. Şah dağ indiki Quba-Qusar ərazisində 

yerləşir. Bu dağın adı eyni adlı əfsanədəki Şahın həyatından götürülmüşdür.  

 

Toponomik  əfsanələr  digər  əfsanə  növlərinə  nisbətən  daha  sonrakı  dövrlərdə  meydana 



çıxmışdır. Bu əfsanələr müəyyən tarixi faktlara əsaslanır. Onlarda xalqın adət-ənənələrini qorumağa, 

onların pozulmazlığı əks olunur. Məsələn: “ Camış dağı” əfsanəsi, “Bələk dağı” əfsanəsi və s.    

Bəzi milli əfsanələrimizdə olan tayfa, qəbilə adları və ya hansısa nəsl adlar dövrümüzdə yer adları 

kimi işlədilir. Bu cür əfsanələrə misal olaraq “Bayat”, Avşar”, “Selcanboyat” və s. göstərmək olar. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1065



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bəzən  isə  eyni  yer  haqqında  Əfsanə  bir  çox  bir  neçə  əfsanədən  ibarət  ola  bilər.  Məsələn, 

“Beşbarmaq  dağı”,  “Xızır  dağı”  adlı  əfsanələrə  diqqət  yetirsək  hər  ikisinin  eyni  yer  adları  ilə  bağlı 

olduğunu görə bilərik.Ancaq  əfsanələrdən ən çax “beşbarmaq dağı”  kimi adlanan  əfsanə işlədilir və 

yer adı kimi də “Beşbarmaq” adlanır.  Əfsanələr epik növün janrı hesab olunurlar. Epik növdə olan 

bəzi  janrlar  nəzmlə  də  yazıla  bildiyi  halda,  əfsanələr  yalnız  və  yalnız  nəsrlə  yazılır.  Ümumilikdə 

əfsanələr  olmuş  yaxud  olması  mümkün  olan  bədii  həqiqətlər,  astral  təsəvvürlər,  həyat  və  cəmiyyət 

hadisələri ilə bağlı həyat faktına  əsaslanır. Bu nümunədə müasir dövr və həyat üçün nümunəvi olan, 

insan  estetik  zövq  verən,  onu  düşündürən  dövrün  əksikləri  və  ziddiyyətləri  ilə  insan  üz-üzə  qoyan 

materialına  əsaslanır.  Azərbaycan  əfsanələrinin  qədim  nümunələri  hesab  edilən  Midiya  əfsanələri 

Heredotun  “Tarix”  əsəri  vasitəsilə  günümüzə  gəlib  çıxmışdır.  Azərbaycan  ağız  ədəbiyyatı  tarixən 

əıfsanələrlə zəngin olmuşdur. Naöılların tərkibində, bəzən nağıl, əfsanə kimi öyrənilən bu nümunələrin 

bizə gəlib çatanları 1822-ci ildə çap edilmiş “Şirvan” və “Şabran” toponomik əsərləridir. 

Bu  cür  eyni  mövzularla  baglı  müxtelif  əfsanələrə  edebiyyatimızda  çox  rast  gəlinir.  Bu  cür 

efsanələrdən biri də Sumqayıt şəhəri ilə bağlıdır. Sumqayıt şəhərinin adı ilə bağlı 3 əfsaneye diqqqet 

yetirek... 

1)

 

Bunlardan biri sumqayıt şəhərinin, Beşbarmaq dağının ve eləcə də Ceyranbatan çayının adının 



yaranması ilə bağlı olan əfsanədir... 

Bu əfsanəni qısaca şərh eləsək 

A)  sum  adlı  gəncin  ölümü  ve  sevgilisinin  sum  qayıt!  Sum  qayıt!  Deməsi  ilə  –sumqayıtın 

yaranması 

B) Sumun sevgilisi olan ceyranın suda batması ilə həmin yerin ceyranbatan adlandırılması 

 C)  ceyran  özünü  Sumun  göndərdiyi  sudan  yaranmış  gölə  atır...  Ceyran  batır  ve  o  batarkən  oz 

elinin birini torpagin uzerinde saxlayir belelikle besbarmaq adlanan erazi yaranir... 

Azərbaycan 

ədəbiyyatında əfsanələr haqqında bir çox müəlliflər bir çox fikirlər bildirmiş və kitablar yazmışdır.Bu 

yazıçılardan  biri  də  professor  Sədnik  Paşa  Pirsultanlıdır.O,əfsanənin  ümumi  məzmununu  aşağıdakı 

kimi müəyyənləşdirmişdir 

1)Əfsanənin həyati məzmunu 

2) Əfsanənin ideya mahiyyəti 

3) Əfsanələrin xəlqliyi 

4) Əfsanədə ənənəvilik  

5) Əfsanənin bədii sistemi 

6) Əfsanə və əsatirin qarşılıqlı mənsubiyyəti 

7) Əfsanənin tarixən dəyişməsi 

8)həqiqət və əfsanə 

Sonda  isə  demək  olar  ki,Azərbaycan  əfsanələri  tarixən  çox  dəyişkən  olduğu  kimi  həm  də  çox 

zəngindir... 

 

 



 

AZƏRBAYCAN FOLKLOR ƏDƏBİYYATINDA                            

RƏQƏMLƏRİN SAKRALLIĞI

 

 

Gözəl QULİYEVA 

Bakı Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

Riyaziyyat  elminin  əsas  simvolu  olan  rəqəmlər  müqəddəslik  xüsusiyyəti  daşıyaraq  geniş 

araşdırılan  mövzu  olaraq  ədəbiyyatımızda  mühüm  yer  tutur.  Ümumiyyətlə,  rəqəmlər  meydana  gəlib 

müstəqil  say  sistemi  kimi  tam  mənada  kəmiyyəti,  miqdarı  anlatanadək  bir  neçə  mərhələ  keçmişdir. 

Saylar lap başlanğıcda dünya modelinin mühüm elementini bildirirdi. Bu zaman ulu əcdadın şüurunda 

hər hansı bir rəqəm kəmiyyəti, miqdarı deyil, varlığın özünü, keyfiyyəti, mahiyyəti, təbiəti göstərirdi. 

Əvvəl gözlə gördüklərini, sonra isə fikirlərində düşündüklərini cütləşdirməsini bəşər övladının ilk ən 

böyük elmi kəşfi hesab etmək olar. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1066



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sakral  rəqəmlər  ulu  əcdadın  təbiətdə  baş  verən  hadisələrin  sirrini  öyrənmək  marağından  doğan 

mifoloji  təsəvvürlərdir.  Onların  inamına  görə  dünyani  idarə  edən  <<1>>-dir.  Büt,  totem,  tanrı  tək 

olduğundan ilk  olaraq  <<1>>  rəqəmi  müqəddəsləşdirilmişdi.  Soyuq,  qar  və  şaxtalardan  sonra  istilər 

düşür. Gecənin zülməti işıqla əvəzlənir. Təbiətdəki ikilik onların təsəvvüründə xeyir və şər qüvvələr 

kimi  formalaşır,  bu  mənada  <<2>>  rəqəmi  sakrallaşıb  cütlüyü,  əkizliyi  meydana  gətirmiş  və  qədim 

insanın məişətində  mühüm rol oynamışdır. Vahid- Allahı,<<2>>- əkslikləri: yer-göy,  yeraltı-yerüstü 

dünyalar, gecə-gündüz, eləcə də ovu, alönan məhsulları, doğuşu və s. bildirir.  

Ümumiyyətlə,  sakral  rəqəmlərə  bəzən  müqəddəs  rəqəmlər  deyirlər.  Bu  termin  bütün  sakral 

rəqəmlərə  aid  edilə  bilmir.  Çünki  sakrallıq,  möcüzəlilik  mahiyyəti  daşıyan  rəqəmlərin  hamısı 

müqəddəslik  funksiyasını yerinə  yetirən  tanrıları  işarə  etmir.  Göstərdik  ki,  nəhs  və  şər  qüvvələri  əks 

etdirənlər  də  mövcuddur.  Ona  görə  də  “  müqəddəs”  sözü  yalnız  sakral  rəqəmlərin  bir  qoluna  aid 

edilməlidir.  Belə  ki,  elə  rəqəmlər  var  ki,  bütün  hallarda  bir  funksiya-  xeyri  əks  etdirmək  funksiyası 

daşımışdır: 1, 3, 4, 7 və s. 

İkinci qol məhz şərri təmsil edən sehrli, yaxud möcüzəli rəqəm adlanmalıdır. 

Astral mifologiyada rəqəmlər planetlərlə, göy cismləri ilə əlaqələndirilir: 



<<1>> Günəşin rəmzidir- yaradıcıdır, kişidir, işığı, odun təmsilçisidir; 

<<2 >>Ayı- qaranlığı, soyuqluğu mənalandırır, dağıdıcıdır, qadındır; 

<<3>> Yupiterdir- ucalıq, böyüklük deməkdir; 

<<4>> Urandır- ağılın, müdrikliyin yayıcısıdır; 

<<5>> Merkuridir- dövləti simvoludur, sərvət gətirəndir; 

<<6>> Verenadır- məhəbbətin və gözəlliyin qoruyucusudur; 

<<7 >>və 8>> ayrılıqda hər hansı bir planetlə bağlanmır; 

<<9>> Marsdır- müharibələrin hamisidir.  

Sakrallığı çox hallarda magiklə əlaqələndirir, falların, duaların, astral görüşlərin əsas atributuna 

çevrilirlər.  Lakin  müqəddəs  rəqəmlər  əfsununun  bir  növü  deyil,  sadəcə  olaraq  mifologiyanın  tərkib 

həssəsindən qoparılmış elə bir komponentdir ki, magikliyə  güc, qüvvə  verir. Tarixi-tipoloji cəhətdən 

araşdırılması sayların üç əsas xüsusiyyəti üzə çıxarır. 

1.

 



Məlum  olur  ki,  insanın  mühüm  kəşlərdən  biri  kimi  saylar  sadə,  primitiv  rəqəmlərdən 

mürəkkəb əməliyyatları yerinə yetirənədək uzun bir yol keçilmişdir. 

2.

 

 Ulu  əcdadın  kəmiyyət  kateqoriyasını  mənimsəməyə  doğru  kövrək  addımlar  atdığı  başlanğıc 



mərhələdə sakral rəqəmlər meydana gəlmişdir. 

3.

 



Gerçək say sistemi yaranmaqla elmin bünövrəsi qoyulmuşdur. 

Azərbaycan folklorunun epik və lirik ənəsində ən çox işlənən sakral rəqəmlər: 1, 2, 4, 5, 7, 9 və 

40-dır. 

<<4>>  rəqəmi.  Mifologiyada  durğun  bütövlüyü  rəmzləşdirən  3-dən  fərqli  olaraq  4  statistik, 

dinamik  tamlığın  obrazıdır.  Dörd  daha  çox  dünyanın  yaranmasında  iştirak  edən  dörd  ünsürlə 

əlaqədardır. Başlanğıcda gələn üç ünsürdə- su, od, torpaqla hər şey yaransa da, bütün varlıqlar cansız, 

hərəkətsiz  idi.  Yalnız  4-cü  ünsürün-  havanın  qatılması  ilə  dünyada  həyatın,  canlılığın  bünövrəsi 

qoyulur, zaman irəli gedir. Azərbaycan folklorunun epik ənənəsində də sakral 4 rəqəmi ilə yer üzünün 

dörd tərəfi, küll-ərzin ən uzaq nöqtələri və s. göstərilir. 



<<5>> rəqəmi.  Xalq  arasında  tez-tez  işlənən  “ beş  günlük  dünya”,  “  beş illik  dövran”  və  başqa 

cümlələrdə  zamanın,  vaxtın  azlığına  işarə  olunur.  Mifik  anlamda  5  var-dövlət,  sərvət,  bolluq 

mənasında işlənir.  

Dünya  mifik  sistemlərində,  xüsusilə xristianlıqda  üç dəfə  <<6>> rəqəminin  təkrarı  (666) iblisin 

gəlişini, üç dəfə <<8>>-in yanaşı işlənməsi isə (888) İsus Xristosun yenidən diriləcəyini bildirir. Eləcə 

də iyirmilik say sisteminə daxil olan <<13>> nəhs rəqəm hesab edilir. Lakin Ay təqvimində bir neçə 

rəqəm-  10,  13,  16,  25  bədbəxtlik,  29  isə  uğursuzluq  gətirən  gün  sayılır,  qalan  hallarda  13  rəqəmi 

nəhslik deyil, iki müqəddəsliyi-1 Tanrı və 3 dünyaları özündə birləşdirən şöhrət rəmzidir. 

Folklorun epik  ənəsində <<7>> rəqəminə tez-tez  müraciət olunur. “7 qardaş,1 bacı”, “ 7 gün, 7 

gecə yol getdilər”, “7 dağ aşdı” , “7 pəri” və s. Dahi türk dilçisi Mahmud Kaşkarlının “ Divani-lüğəti-

türk” əsərində Yataqan ( böyük ayı bürcü) sözü “ göyün 7-ci qatı” kimi izah olunur. 7 rəqəminin mifik 

təsəvvüründəki mənası da elə “göyün 7 qatı” , yaxud “7 planet” lə bağlanır.  



<<9>> rəqəmi. Bəzi nağıllarda “9 dağ aşdı” , “ 9 zirvəli dağa rast gəldi” ifadələrinə rast gəlirik. 

Bu  uzaqlıq,  əlçatmazlıq  mənasında  işlənir. Toy  mərasimləri  çox  hallarda  9  gün,  9  gecə davam  edir. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin