Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə57/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1057



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZADLIQ VƏ İSTİQLAL ŞAİRLƏRİ:                                                    

BƏXTİYAR VAHABZADƏ VƏ SÖNMƏZ

 

 



Sakibə ƏLƏSGƏROVA 

ADPU 


traqimli@gmail.com 

AZƏRBAYCAN 

 

 

Görkəmli  Azərbaycan  şairi  Bəxtiyar  Vahabzadə  bütün  yaradıcılığı  boyu  milli  istiqlal  və 



azadlıq ideyalarına  sadiq qaldı.  Azərbaycan  poeziyasındakı  fəlsəfi  dərinlik  ənənələrini  qoruyan  xalq 

şairimiz  poeziyamızı  vətəndaşlıq  ruhu  ilə  zənginləşdirdi.  Onun  sadə  bir  şeirinin  işığında  bütöv 

(şimallı, cənublu) Azərbaycana olan məhəbbət hissi və həyəcanı hiss edildi. Sovetlər dönəmində heç 

nədən çəkinmədən, həyatıını təhlükəyə ataraq Azərbaycan xalqının azadlığı-milli müstəqilliyi uğrunda 

həm fiziki, həm mənəvi baxımdan son məqama qədər mübarizə apardı. Xeyli dram əsərləri, poemalar, 

lirik  və  lirik-fəlsəfi  seirlər  müəllifi  olan  şair  haqlı  olaraq  xalq  tərəfindən  sevildi  və  bu  sevginin 

qürurunu  yaşadı.  “Keçmişə  güvənib  gələcəyə  addımlayan”  bir  ölkənin  vətəndaşı  olmaq  şərəfini 

daşımasını yüz dəfəklərlə isbat etdi. Vətəninə “Mən də sənin bir parçanam” deyən şair ona olan sonsuz 

məhəbbətini  ifadə  etmiş  oldu.  Azərbaycanın  tarixini,  müasir  həyatımızı  vətəndaşlıq  qüruru  ilə  təsvir 

edərkən  “Həyat-ölüm”ləri,  “Təzadlar”ı,  “Dar  ağacı”na  gedən  yolu  xalqına  göstərdi,  “Vicdan”ının 

səsinə  qulaq  asmağı  tövsiyə  etdi.  Sovet  imperiyası  onun  xalqına  öz  qəhrəmanlıq  keçmişini 

unutdurmağa çalışanda “Gülüstan” poemasını yazdı.. Onun yaradıcılığında Cənub mövzusu xüsusi yer 

tutur. “Mərziyyə”, “Nə ondansan, nə bundan”, “Yasəmən üçün”, “Cənublu bacıma” əsərlərində ikiyə 

bölünmüş  vətənimizin  taleyi  ilə  bağlı  fiikirlərini  dilə  gətirdi.  Şair  xalqımızın  başına  gələn  bu  tarixi 

ədalətsizliklə barışmadı. Sovetlərin sərhədlərə ciddi nəzarət etdiyi bir vaxtda belə Cənubi Azərbaycan 

xalqı  ilə  əlaqə  saxladı,  cənublu  şair  və  yazıçılarla  görüşdü.  Həmin  şəxslərdən  biri  də  Cənubi 

Azərbaycanın  görkəmli  şairi  Sönməz  idi.  Bəxtiyar  Vahabzadə  Sönməzi  böyük  sənətkar  olmasından 

ziyadə  səmimi  bir  insan  olduğu  üçün  sevirdi.  Bəxtiyar  yazır  ki,  Sönməz  Bakıya  gələndə  çox 

sevinirdim.  Ancaq  bu  sevinc  qəribə  idi-  toy  qarışıq  yasa  bənzəyirdi.  Bir-birimizi  qucaqlayırdıq  və  o 

zaman ayılırdıq ki, içimizdəki hönkürtü yaşa dönüb gözlərimizdən axır.  

 

Dəfələrlə Bulud Qaraçorlu Səhədlə görüşən, vətən dərdilə yanan şairin düşüncələrini dinləyən 



B. Vahabzadə Sönməzi Səhəndə bənzədir və onun sənəti ilə şəxsiyyətinin bir səviyyədə olduğu qənaətinə 

gəlir. Bəxtiyar müəllim qeyd edir ki, “Vahid Azərbaycan” Sönməz şeirinin baş mövzusudur və o, “Cə-

nubi və Şimali Azərbaycan” istilahını qəbul emir. Azərbaycanın Azərbaycandan ayrılması ona ağır gəlir. 

 

Sönməz  Pəhləvi  xanədanının  əziyyətlərinə  məruz  qalan  şairlərdən  olub.  Savak  xəfiyyəsinin 



qorxusu  xalqın  canına  “çökmüşdü”  və  o  vaxt  Sönməz  şeirlərinin  birində  yazırdı  ki,  “Elə  özümə 

Savakam özüm”. İnsanların həqiqəti, haqqı deməkdən çəkindiyi bir dövrdə hər şeydən xoflanan şair 

yenə  də  fikirlərini  misralara  tökürdü.  Cənubun  “Savak”ı  Şimalın  repressiyası  ilə  eyni  məzmunlu 

“işlər” görürdü. Xalq öz torpağında qəribsəyirdi. Şair “Öz diyarında vətənsizləmişəm” deyirdi. Xalq 

üçün,  vətəni  üçün  yanan  şair  həmvətənlərinə  birlikdə  hərəkət  etməyin  yolunu  göstərirdi.  Bəxtiyar 

Vahabzadə  Sönməzin  bu  mövqeyini  yüksək  qiymətləndirirdi.  Çünki  özü  1988-ci  ildə  Qarabağ 

torpaqları uğrunda xalq hərəkatı vüsət alanda, elan edilməmiş müharibə başlayanda bu hərəkatın həm 

mənəvi,  həm  də  rəsmi  liderlərindən  bir  oldu.  Tribunalardan  xalqı  birliyə,torpaqlarımızı  düşmənə 

verməməyə səslədi.  

Sönməzin  Bakıda  kitabı  ilk  dəfə  “Qaranquş  yazı  gözlər”  adı  altında  1989-cu  ildə  “Yazıçı” 

nəşriyyatı tərəfindən nəşr olundu. Kitabın nəşr olunmasına Bəxtiyar Vahabzadə özü nəzarət etdi və ön 

söz  yazdı.  Sönməzin  əsərlərində  əsrlər  boyu  öz  istiqlaliyyəti  uğrunda  mübarizə  aparan  Cənubi 

Azərbaycan  xalqının  qəhrəmanlıqlarla  dolu,  qanla  yoğrulmuş  tarixi  keçmişi  öz  əksini  tapır.  Şair 

həssasdır,  kövrəkdir.  Duyğularını,  hisslərini  o  taylı,  bu  taylı  qardaşları  ilə  könül  nəğmələri  şəklində 

paylaşır, həyəcanını, çəkdiyi əzabları, gördüyü dəhşətləri səmimi bir insan olaraq təsvir edir, yaratdığı 

insan  obrazlarına  da  şəxsi  xarakteri  sirayət  edir.  Xalqına  bağlı  sənətkar  onun  şad  gününə  sevinir, 

kədərli gününə qəmlənir.  

Baharda yay xəbəri- 

Hey gətir, yay xəbəri. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1058



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Xəbərçi! Cəbhələrdən 

Az gətir vay xəbəri. 

 

Şair  “xəbərçi”  xitabından  sonra  nida  işarəsi  qoyur,  qan  qardaşının  ölümünə  dözmür.  Dili 



yasaq, köməyi az, iradəsi və Allaha inamı güclü olan cənubluların qələbəsinə inanır: “o gün gələcək”. 

Onların  mənəvi  qələbəsi  danılmazdır.  Qışda  cana  doyanlar  yazın  həsrətini  çəkər.  İnsanların  ideoloji 

cəhətdən silahsız olması qələbəni ləngidir.  

Al badə, ver sağlığı, 

Arzum dünya sağlığı.  

Mən də Varam! deyərəm, 

Qoysa dil yasaqlığı. 

 

Şairin fikrincə, hər bir şəxs kömək istəmək əvəzinə özünün “bir kəs” olduğunu, şəxsi mənini 



ortaya qoymalı, adamsız, köməksiz olduğunu düşünüb düşməni gözündə böyütməməlidir. Azərbaycan 

xalqının soy-kökündə böyüklük, şəxsiyyətyönümlü qəhrəmanlıq həmişə olub. “Kitabi-Dədə Qorqud” 

dastanının  “Əgrəglə  Səgrəyin  boyu”nda  qardaşını  tapmağa  və  qurtarmağa  gələn  oğuz  igidini  görən 

300 nəfər Dış Oğuzlu düşmən “qaçaraq ağacın dalında gizlənir”. Sönməz bunu düşünərək yazır: 

Demə: yoxdur bir kəsim,  

De: Mən özüm bir kəsəm! 

 

Şairin yaratdığı bütün insan obrazları hərə öz “qəlibində” böyükdür, əlçatmazdır, milli kökünə 



söykənəndir.  Onun  Vətəni  də,  vətəndaşı  da  şövkətdən,  şandan  əskik  deyil.  Onlar  birlikdə  azadlıq 

yolunun  izini  açıblar,  çox  şey  görüblər,  odur  ki,  həyatları  sualla  doludur:  niyə  ingilisin,  fransızın, 

almanın,amerikalının,  rusun  nəzəri  başımızın  üstündədir?  Niyə  35  milyondan  çoxuq,  amma  dilimiz 

yasaqdır? Niyə Milli azadlıq Hərəkatı dövründə nail olduğumuz azadlığımızı əlimizdən aldılar? və s. 

Onun Vətəni elin ümidi, söykənəcəyi olan odlar ocağı, məzlumlar üçün ana qucağıdır. Ancaq bu zərif 

ana  düşmənə  qanlı,  qadalı  kimi  baxmaq  iqtidarındadır.  Bu  baxışdan  şimşək,  ildırım  çaxır.  Zahirdə 

susur, ürəyi kövrək, ciyəri yaralı, içində səsli, sədalıdır. Sönməzin yaratdığı obrazlar: karigər, əkinçi, 

tələbə,  ustad  və  s.  əlbir  olmaq  məcburiyyətindədir.  O  zaman  şairin  qəhrəmanları  qələbə  çalacaq  ki, 

Ana bir, Vətən bir, el bir olacaq. 

Yastıq bir, yataq bir, dayanacaq bir,  

Bozbaş bir, çölmək bir, od bir, ocaq bir, 

Koma bir, çardaq bir, örtənəcək bir, 

Ürək bir, dilək bir, dil bir olmalı. 

 

O  zaman  dəhşətli  tufandan  qurtuluş  yolu  olur  ki,  qayıq  da,  yelkən  də,  yel  də  bir  istiqamətdə 



hərəkət edir. Yalnız o vaxt zülmün rişəsi yanar.Hamını bir dərd, bir od yandırır. Hamının bir düşməni 

var: fars terroru. Vətəndə azad gəzmək istəyirsənsə, hamının sözü və əməli bir olmalıdır. Sönməz bu 

məzmunlu  şeirini  1980-cı  ildə  Təbrizdə  yazmışdı.  Gözü  önündən  Səttərxanın,  Xiyabaninin, 

Pişəvərinin  rəhbərliyi  altında  həyata  keçən  inqilablar  keçir.  Milli  Azadlıq  Hərəkatının  bir  illik 

qalibiyyəti  keçir.  Şair  bunun  səbəbini  çox  gözəl  başa  düşür,  hətta  güclü  siyasətçi  təbiri  ilə  qələbəyə 

çatmaq yollarını sadalayır: 

Vətəndə dərdlərə dərman gərəksə,  

Qorxusuz, vəhşətsiz dövran gərəksə,  

Bir azad, müstəqil İran gərəksə, 

Bilək bir, yumruq bir, əl bir olmalı. 

 

Onun poeziyasının şeriyyatı, poetik mündəricəsi yerli-yerindədir. Təsvir istər siyasi məqamda 



olsun,  istər  peysaj  məqamında,  istərsə  də  məhəbbət  məqamında-hamısı  qəlbindən,  ürəyindən  qopub 

gəlmiş könül nəğmələridir. 

 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1059



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN ƏDƏBİYYATINDA GEOSENTRİK VƏ 

HELİOSENTRİK NƏZƏRİYYƏNİN İZLƏRİ  

(FOLKLORDAN ORTA ƏSRLƏRƏ QƏDƏRKİ DÖVR) 

 

Gülnar AXUNDOVA  

Bakı Dövlət Universiteti 



axundova1988@bk.ru 

AZƏRBACAN 

 

 

Dünyanın yaranması, onun quruluşu, kainatın mövcudluğu, planetlərin düzülüşü və bu kimi 



məsələlərin araşdırma obyekti olması insanların təbiətə olan marağından irəli gəlmişdir. Lap qədimdən 

- insanların təbiətdən asılı olduğu bir dövrdən başlayaraq dünyanın öyrənilməsi çox önəmli olmuşdur. 

İstər şüuri, istərsə də qeyri-şüuri hər kəs kaintala bağlı sualları özünəməxsus şəkildə cavablandırmış-

dır. 


 

Həm folklor nümunələrində, həm də fəlsəfi poeziyada kainatla bağlı yetərincə məlumatlar yer 

alır. Amma bu məlumatlar simvollar şəklində öz əksini tapır. Simvollar sözlərlə, rəsmlərlə, naxışlarla 

ifadə  olunur.  Kainatın  və  onun  haqqında  irəli  sürülən  nəzəriyyələrin  ədəbiyyatımızda  simvollar 

şəklində  verilməsi,  onların  üzə  çıxarılması  maraqlı  məqamlardandır.  Geosentrik  və  Heliosentrik 

nəzəriyyənin ədəbiyyatımızda rəmzi dillə mövcudluğu araşdırmamızın əsas məsələlərindəndir. 

 

Eramızın II əsrində yaşamış yunan alimi Ptolomey 



Geosentrik sistemi nəzəriyyə olaraq təklif 

etmişdir. Bu sistemə görə Yer tərpənməzdir və dünyanın mərkəzindədir, Ay və Günəş bilavasitə Yerin 

ətrafına hər biri dairə olan orbit üzrə sabit sürətlə dolanır. Bu sistemin təsvirinə dastanlarımızda, eləcə 

də  folklorumuzun  digər  nümələrində  rast  gəlirik.  Bizim  qədim  abidəmiz  sayılan  "Kitabi-Dədə 

Qorqud" özündə həm adət-ənənələri, həm tarixi, həm də xalqın psixologiyasını özündə cəmləşdirir. Bu 

dastanın "

Qanlı Qoca oğlı Qanturalı boyu"nda Selcan xatunun sarı donda, ətrafında isə qırmızı geyimli 

qızların əyləşməsi geosentrik bir model rolunu oynaya bilər. Türk mifologiyasında sarı rəng dünyanın 

mərkəzi  hesab  olunur.  Bu  baxımdan  da  sarı  donlu  Selcan  xatunun  mərkəzdə  oturmasını  geosentrik 

quruluş kimi başa düşməyimizə əsas verir. Bundan başqa, sarı rəngi Günəşin rəmzi kimi götürsək, o 

zaman heliosentrik nəzəriyyənin ifadəsini də görə bilərik. Ümumiyyətlə, dairə çox qədim simvoldur. 

Dairə sonsuz mövcudluğun rəmzidir. Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərində Məcnun diarə 

çəkərək içində oturur. 

Ətrafını teyrü vəhş almış, 

Vəhşət onu bir həsarə salmış. 

Çün daireyi-sibaü hail, 

Qət' etdi, sipəh görüb səlasil. 

 

Qədim insanların kosmoloji təsəvvürlərinin əks olunmuş abidələrində də kainatla bağlı olan bu 



simvola- dairəyə tez-tez rast gəlinir. Lakin bəzən elə abidələr, əşyalar, naxışlar, eləcə də yemək növləri 

var  ki,  onların  semantikası,  kosmoloji  mahiyyəti  tam  açılmamışdır.  Məsələn,  Novruz  bayramının 

şirniyyatlarından olan qoğal dairə şəklində bişirilir. Dairənin tən ortasında isə nöqtə qoyulur. Okkult 

fəlsəfədə  nöqtə  İlahi  Substansiyanın  rəmzidir.  Kainat  məhz  bir  nöqtənin  partlayışı  nəticəsində 

yaranmışdır.  

 

Süfrənin  qurulması,  boşqabların  dairə  şəklində  olması  və  qıraqlara  düzülməsi,  ortaya 



xörəklərin qoyulması və s. bu kimi kulinariya mədəniyyətində də simvollar detallar şəklində verilir.  

 

Kainatın quruluşu, forması və digər bu kimi  məsələlər lətifələrimizdə, nağıllarımızda da  əks 



olunur. 

Məsələn,  Molla  Nəsrəddinin  elmini  yoxlamaq  istəyən  əcnəbi  alim  dairə  çəkir,  molla  dairəni 

qəbul edərək onu yarıya bölür.

 

 



Yallı rəqsinin dairə şəklində qurulması, eləcə də uşaq oyunlarında- "Yeddi şüşə", "Kasa-kasa" 

və  digərlərində  bu formanın  yer  alması  yəqin  ki,  səbəbsiz  deyil. "Yeddi  şüşə"  oyununda  yerdə  dairə 

şəklində çəkilən bir fiqurun yeddi yerə bölünməsi, mərkəzdə də balaca bir çevrəyə yeddi ədəd şüşənin 

yığılması kosmoloji fikrin təzahürüdür. Belə ki, Geosentrik nəzəriyyənin banisi 

Ptolemeyə  görə,  hər 

bir planet, mərkəzi Yerdə olan bu planetə məxsus böyük dairə üzərindəki həndəsi nöqtə ətrafında kiçik 

dairə üzrə sabit sürətlə dolanır. Kiçik dairə mərkəzi isə planetlə birlikdə Yerin ətrafında böyük dairə 

boyu  dolanır.  Mərkəzi  Yerdə  olan  böyük  dairə  deferent, kiçik  dairə episkl adlanır.  Bəhs  etdiyimiz 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1060



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

oyunda  da  məhz  iki  dairə  yer  alır.  Şüşənin  məhz  yeddi  ədəd  olması  isə  bu  oyunun  mistik 

mahiyyətindən xəbər verir. Kainatın əbədi harmoniyası olan yeddi rəqəmi bu oyunda planetlərin rəmzi 

kimi verilir. Geosentrik nəzəriyyədə də məhz planetlərin sayı yeddi ədəddir. 

Heliosentrik nəzəriyyəni özündə ifadə ehtiva edən oyunlardan biri isə “Motal-motal” oyunudur. 

Bu  oyunda  uşaqlar  dövrə  vurub  oturur,  ayaqlarını  bir  yerə  uzadır.  Onlardan  biri  isə  aşağıdakı  şeiri 

deyir: 

 Motal-motal tərsə motal, 



 Yay atar, qaymaq tutar. 

 Ağ quşum, ağarcığım, 

 Göy quşum göyərçinim. 

Əlin tikan əmirqulu, 

 Vur nağara, çıx qırağa. 

Mənasız söz yığını təəssüratı bağışlayan bu şeir Yer və başqa planetlərin öz ətrafında fırlanması 

və  həmçinin  Günəş  ətrafında  orbit  üzrə  hərəkət  etməsi  təliminin  obrazlar  şəklində  təzahürüdür.  "Ağ 

quş"  Süd  yolunu,  "Göy  göyərçin"  səmanı,  "Motal"  planetləri  xatırladır.  "Örkən  nə  qədər  uzun  olsa, 

yenə gəlib doğanaqdan keçər"-atalar sözünü də bu baxımdan müxtəlif fikirlərlə mənalandırmaq olar.  

 

Nizami  Gəncəvinin  yaradıcılığında  isə  heliosentrik  nəzəriyyənin  poetik  dillə  ifadəsi 



mövcuddur. "Sirlər xəzinəsi" əsərində böyük mütəfəkkir "Günəş qurşağı" söz birləşməsindən istifadə 

edir ki, bu da XVI  əsrdə Nikolay Kopernikin irəli sürdüyü Heliosentrik nəzəriyyə ilə üst-üstə düşür. 

Heliosentrik nəzəriyyəyə görə, Yer planetlərdən biridir, o öz oxu ətrafında sutkalıq periodla, Günəşin 

ətrafında  isə  illik  periodla  dolanır,  qalan  planetlər  də  Günəşin  ətrafında  dairə  boyunca  müxtəlif 

periodla sabit sürətlə fırlanırlar. 

 

Azərbaycan  ədəbiyyatında-  istər  folklorunda,  istərsə  də  orta  əsrlər  dövründə  yaradılmış 



əsərlərdə  Geosentrik  və  Heliosentrik  nəzəriyyənin  simvollarla  əks  olunması  Azərbaycan  fəlsəfi 

fikrinin  daha  qədim  köklərə  malik  olmasından  xəbər  verir.  Simvollarun  açıqlanması  Azərbaycan 

ədəbiyyatında mövcud olan digər fəlsəfi fikirlərin araşdırılmasına zəmin yaradır. Bu mövzuyla bağlı 

tədqiqat işlərinin yazılması kainatla bağlı bir çox qaranlıq fikirlərin üstünü açacaqdır. 

 

 

AZƏRBAYCAN ƏDƏBİYYATINDA MÜSTƏQİLLİK İLLƏRINDƏ 



YAZILMIŞ POEMALARIN XÜSUSİYYƏTLƏRİ 

 

Gülnar QASIMLI 

AMEA Ədəbiyyatİnstitutu 



gulnar0486@mail.ru

 

AZƏRBAYCAN 



 

Azərbaycan ədəbiyyatı öz zəngin inkişaf tarixinə qədim dövrlərdən başlamışdır. Bu inkişaf 1991-

ci  ilin  18  oktyarındaölkəmizmüstəqillikəldəetdikdənsonra  da  özünəməxsusyolladavamedir. 

Müstəqillikillərin  dəyarananədəbinümunələrhəmmövzuvəyanaşmametodubaxımından,  həmdə  forma 

vəjanrbaxımındanənənəviprinsipləridavametdirirdi.Lakinbu  o  deməkdeyilki,  novatorluq  nəzərə 

çarpmırdı.Hərüçədəbinövdəəsərləryaranırdı.Deməkolmazki,  hansısa  ədəbijanrartıqözdövrünübaşa 

vururdu.Həttaikiədəbinövün-  lirikvəepik-  xüsusiyyətləriniözündəbirləşdirənpoemajanrı  da  inkişafdan 

qalmadı. 

Məlumolduğukimi,  poemajanrına  Azərbaycan  ədəbiyyatındaqədimdövrdənmüraciətedilir.  Rafiq 

Yusifoğlunun  poemalardanbəhsedən  “Azərbaycanpoeması:  axtarışlarvəperspektivlər”  tədqiqatəsəri 

1998-ci  ildə,  “Azərbaycanpoemasınınsənətkarlıqxüsusiyyətləri”  monoqrafiyası  2010-cu  ildə 

nəşrolunub. 

Ondabeləqənaətəgəlməkolarki,  müstəqillikillərinəqədərpoemajanrının  fundamental 

araşdırılmasıiləməşğulolunmayıb.Müstəqillikillərindəyazılmışpoemalarınjanrvə  forma  xüsusiyyətlə-

rində  ənənəviliközünügöstərsədə,  birsıraeksperimentlərdənəzərəçarpır.  Janrözünəqədərdəyişikliyə 

uğrasa  da,  tamamiləaradançıxmayıb,  əksinəyeniformalarlazənginləşib.  Nisbətənfərqliformalaraisə 

poema-rekviyemi 

(N.Xəzri 

“Salatın”,  E.İsgəndərzadə  “MaviMərmərə”),  sürrealistpoemanı 

(A.Mirseyid “Payızhannibalizmi”), simfonikpoemanı (E.İsgəndərzadə “Bu qalabizimqala”, Nisəbəyim 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1061



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Ürəksimfoniyası”),  simfonikmuğam-poemanı  (E.İsgəndərzadə  “Eşq”),  poema-  yeddietüdü 

(E.İsgəndərzadə “AdilMirseyidinpalitrası”), fraqmentlərləpoemanı (E.İsgəndərzadə “Biganəlikiqlimi”) 

poema-dastanı 

(M.İlqar  “Qaratel”)  neo-poemanı  (ElşənƏzim  “Sonuncuküçəninsakinləri”) 

misalçəkəbilərik. Lakinbuəsərlərisistemlişəkildətədqiqedənelmiəsərləryazılmayıb. 

Janrın  bugünki  durumu  ilə  qane  olmayan  E.Akimova  problemə  belə  yanaşır:  “Bu  gün  poema 

janrına  müraciət  edən  şairlər  əsasən  orta  və  qocaman  yaş  senzinə  mənsub  olanlardır.  Yaşlı  nəslin 

yaradıcılığında bunu, bəlkə də, texnikanın yeniliklərindən bir qədər uzaq olmaları ilə əlaqələndirmək 

olar”.  


Müstəqillik  dövrü  Azərbaycan  poemalarının  bədii  xüsusiyyətləri  də  fundamental  tədqiqə  cəlb 

olunmayıb.  Bir  sıra  hesabat  məqalələrində  və  ya  ayrı-ayrı  sənətkarların  kitabları  haqqında  yazılan 

məqalələrdə  müəyyən  poemalar  barəsində  fikir  söylənilib.  Bu  dövrdə  yazılan  poemaların  bədii 

xüsusiyyətləri barədə onu demək olar ki, janrdaxili yenilənmələr kifayət qədərdir. Bir qisim poemalar 

sərbəst şeir formasında qələmə alınsa da, müəyyən özünəməxsusluqlar diqqəti çəkir. F.Qoca “Şəhidlər 

xiyabanı”  və  “Cənnətdən  qovulanlar”,  N.Həsənzadə  “Nuru  paşa”  “Qafqaz”,  “Xarıbülbül”,  “Cavid”, 

“Nizami”,  S.Rüstəmxanlı  “Atəş  böcəyi”  Y.Həsənbəy  “Sonu  görünməyən  karvan”,  “Cənnətin  bağlı 

yolları”,  A.Mirseyid  “Röyaların  rəsmləri”,  “Metropol  röyaları”  S.Şəkərli  “Azadlıq  şərqisi  və  yaxud 

lənətlənmiş  cənnət”,  E.İgəndərzadə  “Oğlum  Əliyə  dualar”  əsərlərini  tamamilə  sərbəst  şeir formasına 

uyğun olaraq qələmə almışlar. Bu poemaların vəzn xüsusiyyətlərindən danışarkən, onların hecada və 

ya  sərbəst  şeir  formasında  olmasından  asılı  olmayaraq,  yeniliklərlə  yanaşı  müəyyən  təkrarçılığın 

olması  da  nəzərə  çarpır.  Bir sıra poemaların  yazılmasında  həm  heca  vəznindən,  həm  də  sərbəst  şeir 

formasından istifadə olunmuşdur. Bu cür əsərlərə F.Qocanın “Dörd addım”, N.Həsənzadənin “Səfirə 

məktub”,  Z.Yaqubun  “Cavidin  qız  balası”,  Balasadığın  “Atəşgahda  möcüzə”,  E.Borçalının  “Xoş 

macal”, Ə.Salahzadənin “İşığın qışqırığı”, R.Nəsiboğlunun “Dörd yol”, S.Hüseynoğlunun “Məmməd 

Araz  dastanı,  B.Sadiqin  “Zindan  görüşləri”  poemalarını  nümunə  göstərə  bilərik.  Məzmun  və  forma 

xüsusiyyətlərində  olan  özünəməxsusluğu  nəzərə  alaraq  müstəqillik  dövrü  poemalarının  hərtərəfli 

tədqiq olunmasına ciddi ehtiyac var. 

Bəzi poemalarda isə nəzmlə nəsr üzvi sürətdə əlaqələndirilib. Z.Yaqubun “Yunus Əmrə dastanı”, 

E.Zalın “Anıt məzar dastanı” bu tip poemalardandır. Ə.Cahangirin “O adam” poemasında isə nəsrlə 

giriş  verilmişdir.  Bu  illərdə  orijinallığı  ilə  diqqət  çəkən  formalardan  biri  poemanın  roman 

adlandırılmasıdır. Bu cür formaya uyğun gələn əsərlər isə R.Məcidin “Roman” liro-epik poeması və 

V.Bəhmənlinin “Diaqnoz” poemasıdır. 

Poemalarda  əsas  diqqəti  çəkən  məsələ  onların  mövzularıdır.  Azərbaycan  tarixin  müəyyən 

dönəmlərində  müstəmləkə  əsarətinə  düşsə  də,  ümumtürk  varlığının  bir  hissəsidir.  Bu  baxımdan 

müstəqillik dövründə yazılmış əksər əsərlərdə oluğu kimi, poemalarda da milli-tarixi yaddaşın bərpası 

və söy-kökünə qayıdış mövzuları kontekstində ictimai-siyasi hadisələrin bədii dərkinə cəhd edilir. Bu 

mövzuya  müraciət  edən  yazarlara  N.Həsənzadəni,  F.Qocanı,  C.Novruzu  və.b  nümunə  gətirə  bilərik. 

Müstəqillik  mücadiləsindən  bəhs  edən  əsərlərə  misal  olaraq  B.Vahabzadənin  “Şəhidlər”,  M.Aslanın 

“Ağla, qərənfil, ağla”, E.Z.Qaraxanlının “Anıt məzar”, Z.Yaqubun “Qurtuluş dastanı”, S.Mustafanın 

“Qayıdış” və.s adlarını çəkə bilərik. Bu poemalarda 80-ci illərin sonu, 90-cı illərdə xalqımızın apardığı 

məqsədyönlü  mübarizələrin  bədii  əksini  görmək  olur.  Lakin  həmin  əsərlərin  tədqiqi  və  təbliği 

qənaətbəxş  hesab  edilə  bilməz.  Çünki  bu  əsərlərdə  milli  kimliyi  dərkə  yönələn  konsepsiyalar  irəli 

sürülmüşdür ki, onların da elmi izahına ehtiyac var. 

Poemalarda tarixi hadisələrin əks olunması daha çox Qarabağ müharibəsinə həsr edilmiş əsərlərdə 

özünü  göstərir.  Həmin  əsərlərə  Z.Yaqubun  “Ey  vətən  oğulları”,  “O  qızın  göz  yaşları”  və  “Sizi 

qınamıram”,  E.İsgəndərzadənin  “Bu  qala  bizim  qala”,  B.Sadiqin  “Bir  ovuc  torpaq  yaddaşı”, 

İ.Tapdığın “Şuşa gözləyir bizi”, E.Məmmədlinin “Mən savaşa çağırıram”, C.Novruzun “Şuşa yolu”, 

M.Ələkbərlinin  “Torpaq  yanğısı”,  N.Həsənzadənin  “Qarabağdan  gələn  var”  və  “Şəhid  atası  Şərif 

qağaya  məktub”,  Ə.Cabbarlının  “Kəlbəcər  tacıdır  Azərbaycanın”  poemalarını  göstərə  bilərik.  Bu 

əsərlərin  də  kitab  və  müxtəlif  dərgilərdə  çapı  ilə  kifayətlənmək  düzgün  deyil.  Göstərilən  əsərlərdən 

bəziləri  haqqında  müəyyən  məqalələrdə  söz  açılsa  da,  əsaslı  tədqiqatı  aparılmayıb.  Bu  baxımdan 

istinad  edildiyi  mövzunun  çəkisini  nəzərə  alaraq  həmin  əsərlərin  də  fundamental  araşdırılmasına 

böyük ehtiyac var. 

Ənənəvi formalardan hesab edilən lirik poemalar müstəqillik illərində də yazılırdı. B.C.İdrisinin 

“Körpə harayı”, Ağasəfanın “Ən yaxşı sərnişin”, İ.Tapdığın “Şuşa gözləyir bizi” əsərləri bu sıradandır. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin