Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1037



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qohumlarına  ərə  getməsi  ilə  daha  da  dərinləşir.  Şifahi  xalq  ədəbiyyatının  ruhu  duyulan  bu  həcmcə 

yığcam hekayədə maraqlı məqamlardan biri də əvvəldə təsvir olunan xoş mənzərənin sonda tam əks 

şəkildə verilməsidir.  

Konflikt əsərdə müxtəlif cür və müxtəlif ünsürlər arasında ola bilər. Təbii ki, ən geniş yayılan iki 

insan arasında olan konflikdir ki, burada müəllif insanın insanla olan münaqişəsini təsvir edir. 

Digər  qrup  əsərlərdə  insan  –  baş  qəhrəman  bütövlükdə  cəmiyyətə  qarşı  qoyulur.  Artıq  bu  cür 

əsərlərdə konflikt nisbətən daha mürəkkəb olur. 

Bəzən  isə  bədii  əsərdə  qəhrəman  sadəcə  daxili  çırpıntılar  yaşayır.  Ətrafdakılara  qarşı  deyil,  öz 

hissləri,  öz  vicdanı  ilə  daxili  çarpışmalar  aparır.  Bu  cür  konflikti  Mir  Cəlalın  “Vicdan  əzabı” 

hekayəsində  görmək  mümkündür.  Diqqətsizlik  ucbatından  günahsız  bir  uşağın  ölümünə  səbəb  olan 

gənc həkim ömür boyu əzab cəkir və vicdanı qarşısında cavab verir. 

Bədii əsərdə müəllifin əsas ideyası süjet xətti əsər üçün seçilmiş konfliktin köməyi ilə açılır. Süjet 

xəttinin və ideyanın açılmasında əsas ünsürlərdən biri olan konflikt obrazların bir-birinə qarşı davranış 

və yanaşmalarından irəli gəlir. 

Onların  həyatında,  düşüncələrində  olan  əsas  ziddiyyətli  məqamdır.  İrihəcmli  əsərlərə  nisbətən 

hekayədə  konflikt  daha  aydın  və  konkret  olur.  Yəni hekayədə  gördüyümüz  konflikt  adətən  iki  obraz 

arasında baş verən münasibətdir. Əlbəttə, obrazıların ideya tərəfdarları da konfliktdən kənarda qalmır.  

Konflikt süjet xəttinin inkişafında kəskinləşə də bilər. Son mərhələdə, yəni bədii əsərin sonunda 

konflikt öz həllini tapır. Yuxarıda qeyd etdiyimiz kimi hekayə janrı həm həcmcə kiçik olduğu, həm də 

süjet xətti birxətli olduğu üçün burada daha dəqiq və sadə olur.Sonda konfliktin nəticələnməsi də qısa çəkir. 

 

XX  əsrin  əvvəllərində  daha  doğrusu  1920-1930-cu  illərdə  yazılan  hekayələrin  bir  çoxunda 



yekcins konflikt hakimdir. Belə ki, əsərin əvvəllərində yazıçıların bütün hekayələrində köhnə dünya və 

yeni dünya əsas konflikt kimi seçilir. 

 

Ümumiyyətlə, 1920-1930-cu illər hekayəni araşdırarkən belə nəticəyə gəlmək olar: 



1.  Real ailə-məişət konflikti 

2.   İnqilabi konflikt 

3.  Psixoloji konflikt 

4.  Daxili konflikt 

Sözü  gedən  dövrdə  əsrlər  boyu  bədii  ədəbiyyatda  hakim  olan  məhəbbət  konflikti  nisbətən  arxa 

plana keçmişdir. Artıq oxucunu “Leyli Məcnun” konflikti ilə deyil, “Çarxların hücumu ”, “ Gələcək 

həyat yollarında” kimi sosial konflikt düşündürür və cəlb edirdi.  

Bədii  konflikt  əsərdə  qəhrəmanların  bir  -  biri  iləqarşılıqlı  əlaqəsi,  ziddiyyətli  münasibətidir  və 

süjet xəttinin zavyazka hissəsində yaranan konflikt artıq əsər sona yaxınlaşdıqca nisbətən yumşalır.  

 

Bədii əsərdə təkkonfliktlilik  və çoxkonfliktlilik ola bilər. Ancaq onu da qeyd etmək lazımdır 



ki,  çoxkonfliktlilik  hekayə  janrı  üçün  xarakterik  deyildir.  Təbii  ki,  bəzi  istisna  halları  nəzərə  almaq 

lazımdır.  Məs:  Ə.Haqverdiyev  “Xortdanın  cəhənnəm  məktubları”,  S.Hüseyn  “Yatmış  kəndin  qış 

gecələri”  və  s.  Hekayədə  müəllif  bir  deyil  bir  neçə  konflikti  ortaya  gətirir  və  obrazlar  vasitəsi  ilə 

həllini araşdırır. 

 

 

İSA HÜSEYNOVUN “QURU BUDAQ” POVESTİNƏ  

ƏDƏBİ TƏNQİDİ MÜNASİBƏT 

 

Günel PƏNİYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

gunelpeniyeva@mail.ru 

AZƏRBAYCAN 

 

İsa  Hüseynovun  60-cı  illərdə  qələmə  aldığı  “Quru  budaq”  povestinin  mövzusu  müharibədən 



sonrakı  kənd  həyatından  götürülmüşdür.  Bu  əsər  sanki  “  Tütək  səsi”  povestinin  davamıdır  desək 

yanılmarıq. Çünki əsərdəki bir çox obrazlar “Tütək səsi” povestinin qəhrəmanlarıdır. Bu povest həmin 

obrazların  sonrakı  taleyini,  artıq  yetkinlik  illərini  özündə  əks  etdirir.  Belə  ki,  “Tütək  səsi”ndən 

tanıdığımız  uşaq  obrazları–  Nuru,  Tapdıq,  Şöşü,  Cümrü  və  başqaları  bu  povestdə  artıq  ali  təhsilli 

rəhbər işçilər və ya yeni kadrlardır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1038



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Quru budaq” povestində təsvir olunan bütün hadisələr əsərin əsas qəhrəmanı Şöşünün dilindən 

nəql  olunur.  Həm  Şöşünün  özünün,  həm  də  başqa  obrazların  xarakteri,  düşüncələri,  mənəvi 

keyfiyyətləri  bu  danışıq  əsasında  açılır.  Şöşünün  nəzərində  insanlar  iki  qütbə  –  nəcib,  qayğıkeş 

insanlara:  Nuru,  Bibi,  Tapdıq,  Səlim  müəllim;  və  xəbis  adamlara:  Molla  Gülən,  Ramazan  kimilərə 

bölünür. 

İsa  Hüseynovun  əsərlərinin  əksər  mövzuları  -  göründüyü  kimi,  müasirlik,  qəhrəmanları  isə real 

insan obrazlarıdır. 

İ.Hüseynovun bir əsərindən o birinə qapı açılır. Hər bir əsərin mövzu, üslub və forma bitkinliyi 

olduğu  üçün  bu  "poetik  məkana"  sığdırılan  hər  bir  detal  incəliklərinə  qədər  işlənildiyindən  həmin 

"poetik  məkana"  sığmayanlar  da  yeni  bir  əsərin  obraz  potensiyasına  çevrilir.  Dərinlik  genişlənmə, 

şaxələnmə,  saflaşma  mərhələlərindən  keçir.  Bir  əsərin  ötəri  cizgisi,  epizodik  obrazı  yeni  bir  əsərdə 

fokuslaşdırılır,  mayalanmış  bədii  hüceyrənin  orqanizmə  çevrilməsi,  doğuluşu,  həyat  qazanması  kimi 

təbii bir proses baş verir. Bu mənada İ.Hüseynovun bütün nəsr əsərləri bütöv, sürəkli bir romandır.  

60-cı  illərdə  bu  obraza  və  əsərə  ədəbi  tənqid  də  birmənalı  yanaşmamışdır.  Bəziləri  bu  əsəri 

natamam,  bəzilər  isə  əsas  obrazı  zəif  hesab  etmişlər.  Çünki  Şöşü  qarşılaşdığı  mənəvi  iztirablar,  tale 

oyunun zərbəsi nəticəsində mənəvi kamilliyə yüksəlmir, hadisələr davamlı inkişaf üzrə cərəyan etmir. 

Burada  sadəcə  tale  qurbanı  olmuş  gəncin  yaşadığı  iztirablardan  bəhs  olunur.  Əsas  obrazın 

çətinliklərdən  çıxış  yolu  və  yaxud  da  özünü  həyatda  bir  şəxsiyyət  kimi  təsdiq  etməyi  göstərilmir. 

Tənqidçı X.Əlimirzəyevin də fikrincə Şöşünün xarakterindəki nöqsanlar, qeyri təbii çəhətlər və başqa 

qüsurlar onu sağlam, aydın ədəbi mövqedən yazılan əsərlər sırasından kənarlaşdırır. 

«Saz»da,  «Tütək  səsi»ndə  nifrət  və  qəzəbin  hədəfi  ümumxalq  dərdi  olan  müharibə  və  onun 

doğurduğu  bəlalar  idisə,  “Quru  budaq”da  bu  daha  çox,  şəxsi  intiqam  və  ailə  ədavəti  çərçivəsinə 

enmişdir.  Belə  bir  vəziyyət  yazıçının  bütün  səylərinə  baxmayaraq,  istər-istəməz  povestin  ideyasına, 

ictimai mündəricəsinə müəyyən xələl gətirmişdir.  

Yəhya  Seyidov  “Həyatımız  və  nəsrimiz”  məqaləsində  “Aparıcı  qəhrəmanlar  olmayanda...” 

yarımbaşlığını  İsa  Hüseynovun  “Quru  budaq”  povestinın  tənqidinə  həsr  etmişdir.  Müəllifə  görə  İsa 

Hüseynov  dünya  ədəbiyyatında  çoxdan  məlum  və  yayılmış  priyomdan,  artıq  bir  dəfə  diqqətini  cəlb 

etmiş şəxsin həyatının mənalı epizodlarını canlandırmaqla, onların cəmiyyət və xalq qarşısında borca 

münasibətlərini  müxtəlif  vəziyyətlər  daxilində  izləməklə  xarakterləri  dərinləşdirmək  və  açmaqdan 

istifadə edir. Müəyyən hadisələrin müxtəlif tərəflərdən işıqlandırılması onların arasında mövcud olan 

daxili  bağlılığı  açmaqla  yanaşı,  dövrlə  əlaqədar  təsəvvürü  genişləndirir;  yazıçını  surətin  keçmişinə 

nəzər salmaq zərurətindən azad edərək, daha dinamik süjet qurmağa, diqqəti bilavasitə cərəyan edən 

hadisələr  üzərində  cəmləməyə,  yığcamlığa  imkan  yaradır;  köhnə  tanışlarla  yeni  görüş  əsərə  marağı 

artırır. 

Tənqidçi, əsərin bir nəfəsə oxunmasını, hər bir sözün yerində işlənməsini yüksək qiymətləndirsə 

də  povestin  yarımçıq  olduğu  qənaətindədir.  O,  bir  sənətkar  kimi  həmişə  dərinə  can  atan,  fəlsəfi 

ümumiləşdirmə  səbiyyəsinə  qalxmağa  cəhd  göstərən  İ.Hüseynovu  düşündürən  mənəvi-əxlaqi 

problemlərin  çox  aktual  olduğunu  vurğulayır.  Amma  bütün  bunlarla  yanaşı  onu  da  qeyd  edir  ki: 

“Atalarının xatirini əziz tutub, əməllərini davam etdirmək, mənəvi vəsiyyətlərə sadiqlik yeni cəmiyyət 

qurucularına  xas  sifətdir.  Lakin  bu  nəcib  niyyət,  “Quru  budaq”da  özünün  aydın  əksini  tapa 

bilməmişdir...Tahir  müəllimin  işinə,  xatirəsinə  hörmət,  onun  qədəmi  dəyən  yerləri  olduğu  kimi 

saxlamaqdan ibarət ola bilməz...” 

Bundan  əlavə  Y.Seyidov,  “Quru  budaq”da  müəllifin  müsbət  idealının  təmsilçisi  olan  güclü 

xarakterlərin  yoxluğunu  diqqət  mərkəzinə  çəkir.  Tənqidçinin  fikrinə  görə,  İsa  Hüseynov  povesti 

qələmə  alanda  Şöşü  kimi  istedadlı,  mənəvi  paklığı  ilə  seçilən  gənclərin  düzgün  tərbiyə  edilməsi, 

onların qüvvələrinin cəmiyyət üçün faydalı sahələrə yönəldilməsi kimi mühüm bir problem üzərində 

düşünmüş,  bir  istisna  olsa  da,  Şöşünün  belə  böyüməsində  «müqəssir  kimdir?»–sualına  cavab 

axtarmışdır. Müəllif, təqsirkarın ən böyüyü, hamıdan çox əzab çəkən Nurunun olduğu iddiasındadır. 

Ona görə ki, qənaət edərək, qardaşının gələcəyi üçün az-çox pul yığıb, onu sakitləşdirmək üçün ara-

sıra əlini mehribanlıqla başına çəkmiş olsa da hər şeylə maraqlanan, tez hissə qapılan cavanla ağıllı-

başlı  söhbət  etməmiş,  hərəkətlərin  izahını  lazım  bilməmişdir.  “Unutmuşdur  ki,  müasir  gənclik 

böyüklərin  hörmətini  kor-koranə  itaətin  tələbi  ilə  yox,  bilməklə,  onların  arzularını  dərk  edib,  şüurlu 

surətdə qəbul etməklə saxlayır. Bir sözlə, Nuru qardaşının məsləhətçisi, yol göstərəni, onun nəzərində 

təqlidə layiq şəxsiyyət ola bilməmişdir”.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1039



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bütün  deyilənlərin  yekunu  olaraq  Y.Seyidov,  yazıçını  Şöşüyə  istiqamət  verən,  onun  coşqun 

hisslərini,  etiraz  və  üsyan  ruhunu  düzgün  yönəldən  bir  surəti  əsərdə  yaratmamasına  görə  qınayırdı: 

“Axı,  həyat,  cəmiyyət  özü  Şöşülərin  tərbiyəsi  ilə  məşğul  olur,  nəsillərimiz  arasında  nifaq  salmaq 

istəyənlərin cəhdləri puça çıxır və müasirlərimizin ön cərgələrində gedən aparıcı qəhrəmanlar bir sıra 

mühüm  etik,  ictimai  və  sair  problemləri  müvəffəqiyyətlə  həll  edirlər.  Bu  heç  də  insan  xarakterlərini 

«bərabərləşdirməyə», yeknəsəqliyə çağırış deyil, ziddiyyətləri və münaqişələri hərtərəfli əks etdirməyə 

çağırışdır”. 

 

 

AZERBAYCAN MİLLİ İSTİKLAL ŞAİRİ HALİL RIZA ULUTÜRK



 

 

Sema ŞAHİN 

Kafkas Üniversitesi 

sema_sahin_555@hotmail.com 

TÜRKİYƏ 


 

Bağımsızlık mücadelesi veren ülkelerin tarihlerinde yazar ve şairlerin yeri büyüktür. Milli şairler 

milletlerinin  bağımsızlıkları  tehlikeye  düştüğü  zamanlarda  daha  güçlü  bir  şekilde  ortaya  çıkarlar. 

Şiirleri,  yazıları  ve  konuşmalarıyla  geniş  halk  kitlelerini  bilinçlendirmek  ve  harekete  geçirmek 

konusunda  önemli  rol  oynarlar.  Türk  dünyasında  zaman  zaman  özgürlükleri  uğrunda  mücadele eden 

ve  bu  uğurda  canları  pahasına  savaşan  çok  meşhur,  büyük  ve  muhteşem  sanatkârlarımız  vardır.  Bu 

sanatkârlarımızdan biri de Azerbaycanlı şair, eleştirmen, tercüman, filoloji bilimleri doktoru, emektar 

sanat adamı Halil Rıza ULUTÜRK’tür. O, 21 Ekim 1932 yılında Salyan bölgesinin Pirebbe köyünde 

dünyaya gelmiştir. Halil Rıza 1950 yılında eser vermeye başlamış 1980-90 yıllarında Azerbaycan’ın 

özgürlüğü  ve  istiklâli  uğruna  mücadelesini  yaratıcılık  ve  vatandaşlık  amacına  çevirmiş  görkemli  bir 

halk  şairidir.  1988  yılında  Azerbaycan  milli  özgürlük  harekâtı  başladığında  Halil  Rıza  da  kendi 

toplumsal ve siyasi etkinliğini genişletmiştir. 

Halil  Rıza  “Kanlı  Cellât  Mihail  Sergeyeviç  Gorbaçov’a”  şiiri  ile  Gorbaçov  ve  menfur 

imparatorluğun işlediği korkunç cinayetleri, onların mahiyetini halka göstermiştir. Bunun sonucunda 

26 Ocak 1990 da Sovyet ajanlarınca Moskova Lefortova zindanınahapsedilmiştir. Güya milli husumeti 

kızıştırdığı  iddiasıyla  Azerbaycan  SSR  Ceza  Kanunu  gereğince,  suçlu  bulunmuştur.  Halil  Rıza 

hapishaneye  girdiğinde  cesaretini  kaybetmemiş  aksine  kendisini  canlı  silah  olarak  ifade  etmiştir. 

Zindan  hayatı,  onu  sabrının  sınırına  getirse  de  sarsılmaz  iradesini  kıramamış  daha  da 

güçlendirmiştir.Tutuklu kaldığı dönemde vatanına bağlılığını, özlemini , haksızlıklara karşı şiirleriyle 

direnişini : Devam edir 37 . Gözün Aydın Azerbaycan ve ‘Azadlıq Hasreti’ şiirini kaleme almıştır. Bu 

şiirinde  ailesine,  vatanına,  özgürlüğe  ve  doğduğu  topraklardan  bir  sese  nasıl  hasret  kaldığını,  eğer 

ölürse  bedeninin  gurbet  elde  değil  vatanına  gömülmesini  istemiştir.  Vatanına,  bayrağına  olan 

sevgisini, hasretini bir kıta ile özetleyebiliriz:

 

Ruhum meydanlara sığmayan alay,  



Üç renkli bayrağım qalk ucal haray,  

Öpsün tellerini Xelil, güneş, ay, 

 Men senin üzüne hesret qalmışam.

 

Lefortova  zindanında  9  aya  yakın  bir  süreyle  tutuklu  kaldıktan  sonra  Moskova’dan  Bakü’ye 



getirilmiştir ve bir ay devam eden mahkemeden sonra serbest bırakılmıştır. Serbest bırakıldığı günden 

itibaren yine Azerbaycan’ın bağımsızlığı uğrunda mücadele meydanına atılmıştır. 

Halil  Rıza  Azerbaycan’ın  bağımsızlığı  için  kalemiyle,  şiiriyle  mücadele  eden  en  önemli 

şahsiyetlerden biridir. O, altmışlı yıllardan beri konuşmalarında ve şiirlerinde Azerbaycan’ın bağımsız 

olması gerektiğini vurgular. Bunun ile birlikte Moskova Lefortova Zindanında 1 Mart 1990 tarihinde 

yazmış  olduğu  şiirinde  Türkiye  ‘  ye  olan  sevgisini  şiirleriyle  dile  getiren  Halil  Rıza  Türkleri  şu 

mısralarla anlatır:  

“Her Türk  on  kişiye  denktir!”  –  dediler  .“Hayır”  –  dedi Mustafa Kemal  Atatürk  “Her  Türk  bir 

dünyaya  bedeldir.”Sen  58  yaşlı,  mense  45  yaşımda,  Söyle  hardandı  sende  bu  metanet,  bu  kudret? 

Yoksa  od  küresi  var  yüreğinin  başında  Kelemin  yıldırımdır,  özün  bambaşka  cüret.  Tükendi  defter-



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1040



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kalem, gece-gündüz  yazırsan,  Karalayıp  bozursan,  bozup  bir  de  yazırsan.  Derdi  büküp  koymuşsun 

dizlerinin  altına,  Aslan  gibi,  şir  gibi  her  dövüşe  hazırsan.Demir-beton  duvardan  tırnak  boyda 

koparttım,  Tas  içinde  göllenen  yağış  suyuna  attım.  Dedim:  Bu  sorgulara  cevap  almak  için,  inan 

Türk olmalı, anadan sen Türk doğulmalısan! 

Mustafa Kemal Atatürk’ün en büyük arzusu Türksoylu, Türk dilli halkları kavuşmuş görmek idi. 

Türk dünyasının ölmez şair Halil Rıza, Ulu önderin bu fikrini mısralara çevirmiştir: 

 

Birleşse Türkuygur, Türközbek, tatar,Elim Aya, Marsa Zöhre’ye çatar. Haray, ey gagauz, Türkgazah, 



balkar

Ey başkırt, ey Türkmen, susursam niye? Kovuşsun Türkistan, Atatürkiye. 

Şair Halil Rıza Azerbaycan dilinin saflığı, yabancı dilin tesirine maruz kalmaması için özgün yolu 

seçmiştir.  Nerede  olursa  olsun,  ana  dilinde  temiz  konuşmayan  müsahibinden  duyduğu  her  yabancı 

kelime  için  5  kuruş  cerime  talep  eder,  konuşmasından  memnun  kaldığı  soydaşlarını  bir  manat 

tutarında  mükâfatlandırırmış.  Böylece  o,  müasirlerinin  dikkatini  ana  dilinin  saflığını  korumaya 

çekmeye,  diğer  yandan  Ruslaştırma  siyasetine  karşı  mücadele  etmeye  çalışmıştır.  Halil  Rıza 

ULUTÜRK’ün yaratıcılığını öğrenmek, araştırmak için ilk önce onu bir şahsiyet olarak tanımak çok 

önemlidir.  Prof.  Dr.  Bekir  Nebiyev’in  “İstiklal  Şairi”  ,  A.Asgerli’nin  “Milli  ideal  mücahidi”  olarak 

adlandırdığı  Halil  Rıza  ULUTÜRK  vatanı  Azerbaycan’ı  canından  çok  seven,  vatanına  ve  halkına 

sevgisini  yalnız  sözü  ile  değil,  hareketleri  ile  de  kanıtlayan  vatansever  bir  insan,  herkese  örnek 

olabilecek güçlü bir halk şairidir. O hiçbir zaman özgürlüğün ve cesaretin kısıtlandığı dönemlerde bile 

kendi  düşüncesini  açık  bir  şekilde  dile  getirmekten  vazgeçmemiştir.Halil  Rıza  ULUTÜRK 

edebiyatçıların “Hepsiye” olarak adlandırdıkları şiirleri, şairin yaratıcılığında bambaşka bir aşama gibi 

değerlendirilebilir. “Hepsiye” şiirlerinin genel konusu özgürlük olsa da çok kapsamlıdır. Öyle ki, şair 

yüreğinden  ve  akıl  süzgecinden  geçirdiği  bütün  duygu  ve  düşünceleri  hapis  hayatının  demir 

parmaklıkları  arasından  bakışı  ile  birleştirerek  kâğıda  dökmüştür.  “Korku  Girmedi  Kalbe”,  “Sensiz 

Nasıl Dönüm Eve”, “Zindanda Gençleşirim”, “Zindanda Nevruz Bayramı”, “Yazık Demeyin Bana”, 

“Sizi  Gördüm”  vb.  şiirlerine  yansımış  eğilmezlik,  sarsılmazlık,  hak  ve  adaletin  zafer  kazanacağına 

hem  yürekten  inanmış  hem  de  bu  sayede  mücadeleye  seslenmiştir.  .Onun  eserlerini  okumayanlar, 

şairin eserlerine derinden vakıf olmayanlar bazen onun Millilik, Türkçülük, Azerbaycancılık hakkında 

şiirlerinde yanlış notlar almış, şairi şovenizmle günahlandırmışlardır. Onun eserlerine dikkatle bakacak 

olursak,  Azerbaycan’ıyürekten  seven  hem  beynelminelci  hem  de  halk  ziyalısı  olduğunu  görürüz. 

Sabır, inanç ve metanetini yitirmeden halkı mücadeleye, haksızlığa karşı isyan etmeye, direnmeye ilk 

ve son nefesine kadar mücadele etmiştir. Bunu AZADLIQ (ÖZGÜRLÜK) şiirinde belirtmiştir: 

“Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram. 

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi . İstəyirəm səma kimi, günəş kimi, cahan kimi! 

Çəkil, çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm! Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!” 

Halil Rıza’nın filoloji çalışmaları, dünya edebiyatçılarından çevirileri ve edebi eserleri ile birlikte 

siyaset sahnesinde de varlığını sonuna kadar göstermesi bakımından gerçek bir vatandaşlık örneğidir. 

Nasıl  bir  vatandaş  olunmalı?Sorusu  ancak  onun  şu  sözlerinde  gerçek  cevabı  bulmaktadır:  Ekmeğini 

yiyip,  suyunu  içtiğin,  temiz  havasını  göğüs  dolusu  soluduğun,  çimeninde  yürüyüp  gülünden, 

çiçeğinden kopardığın mağrur ve kudretli vatanın kadrini bilmelisin. Onun adi çöpünü bile göz bebeği 

gibi korumalısın. Daha doğrusu âlimden, şairden önce gayretli ve namuslu vatandaş olmalısın. Vatanın 

kaderi için ömrünü mum gibi eriten, ağır hastalıklara yakalanan, imparatorluk zindanlarının köşesinde 

acılara  katlanan,  göğsüne  çalın-çapraz  oğul  dağı  geçen  Halil  Rıza.  Lefortova  zindanında  tutuklu 

kaldığı  zamanlar  yakalandığı  şeker  hastalığı  sonucu  21  Haziran  1994  yılında  Azerbaycan’ın 

bağımsızlığına adadığı hayatını kaybetmiştir. Bakü’deki Fahri mezarlığa defin olunmuş, kabri üstünde 

heykeli dikilmiştir. Azerbaycan halkının milli mücadele hareketine verdiği özel hizmetleri nedeniyle 

ölümünden sonra Milli Lider Haydar Aliyev tarafındanAzerbaycan Cumhuriyeti'nin İstiklal Madalyası 

ile  onurlandırılmıştır.Halil  Rıza  ULUTÜRK’  ün  Türk  milletine,  Türk  gençliğine  tam  anlamıyla  bir 

örnek  olduğunu  bizden  önce  de  söylemişlerdir.  Gerçekten  de,Fatih  Sultan  Mehmet,  Mustafa  Kemal 

Atatürk, Alparslan Türkeş, Muhammet Emin Resulzade, Elçibey  nasıl ki Türk milletinin önünde bir 

ışıkise,  Halil  Rıza  ULUTÜRK  de  öyledir.Nasıl  ki  ,  Azerbaycan  ve  Büyük  Türk  Dünyası  var,  Halil 

Rıza’nın  varlığı  da  asla  ve  asla  unutulmayacak,  Azerbaycan  halkının  özgürlük  simgesi  olarak 

kalplerde yaşayacaktır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1041



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“AZƏRBAYCAN” JURNALININ PUBLİSİSTİKASINDA              

MÜHARİBƏ PSİXOLOGİZMİ 

 

Aynurə PAŞAYEVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



aynure8@mail.ru 

AZƏRBAYCAN 



 

Psixologizm  qəhrəmanın  daxili  aləminin  hiss  və  həyəcanlarının,  arzu  və  istəklərinin  bədii 

təsviridir.  “Azərbaycan”  jurnalı  publisistikasında  Qarabağ  mövzusunun  kompozisiyasının  əsas 

motivlərindən  biri  müharibə  və  onun  dəhşətli  faciələri  fonunda  hüznlü,  dərin  kədərli  müharibə 

psixologizmdir.  1988-ci  ildən  başlayaraq  “Azərbaycan” jurnalında çap  olunan  Vahid  Məhərrəmovun 

“Vəhşiliyin  sonu  varmı?”,  “Tapqaraqoyunlu  alınmaz  bir  qalaya  bənzəyirdi”,  “Əsirliyin  dəhşətli 

günləri”,  “Döyüşçü  qızın  cəbhə  gündəliyi”,  “Əsirliyin  dəhşətli  günləri”,  Nurəddin  Qənbərin  “Gözün 

aydın Bakı, Xocalı Bakıya gəlir”, Səbahəddin Eloğlunun “Şəhidlərin fəryadı” “Qarabağ müharibəsinin 

erməni vəhşilikləri”, Yalçın Abbasovun “Müharibənin hər üzü” və s. publisistik əsərlərində Qarabağ 

müharibəsinin  psixologizmi  müşahidə  olunmaqdadır.  Qarabağ  movzusunda  yazılmış  publisistik 

əsərlərdə müharibə psixologizmi ilk dəfə tədqiqata cəlb olunması tezisin elmi yeniliyidir.  

Qarabağ  müharibəsində  ağır  zərbələrə,  geniş  ərazi  itkilərinə,  kütləvi  insan  qırğınlarına,  işğala 

məruz  qalması,  bütün  bunların insan  ruhunda,  psixologiyasında  dərin  sarsıntılar  doğurması  əsərlərdə 

dərin psixologizm yaradır. Müharibə əsirlərinin, vuruşan döyüşçülərin dərin psixologizmində olum və 

ölüm,  fəryad  və  həsrət,  psixi  həyəcanlar  (psixoloji  refleks),  can  qorxusu  həmin  əsərlərdə  müharibə 

psixologizmində  öz  kanonik  rolunu  oynayır.  Qarabağ  mövzusunda  yazılmış  publisistik  məqalələr  öz 

reallığı  ilə  müharibədə  böyük  faciələr  yaşamış,  mənəvi  və  fiziki  təzyiqlərə  məruz  qalmış  insanların 

dərin hüznlü, fəryadlı bəzən ümidli psixoloji yaşantıları, daxili hiss və həyəcanla digər dərəcədə əsərin 

əsas  məzmun  yükünü  və  problematikasını  təşkil  etməsə  də,  psixoloji  analiz  aparmaq  baxımından 

diqqətçəkən  detallardır.  Bəzən  müəlliflərdə  subyektiv  idealizmində-subyektiv  duyğularında  etiraz, 

özbaşınalığa  qarşı  üsyankarlıq  güclənir.  Yeni  siyasi  vəziyyət,  düşüncələrdəki  fiasko,  mənəvi 

təbəddülatlar  psixologizmdə  milli  özünüdərki,  özünüifadəsi,  özünütəsdiqi  ön  plana  keçirdi. 

Retrospektiv  zamana  müraciət,  hadisələrin  törədilmə  səbəblərini  araşdırmaq  yaddaşı  qabartmaq 

istəyini  gücləndirdi.  Obrazların  daxili  aləmi  psixoloji  portret,  ruhi  vəziyyəti  ilə  təsvir  olunur.  Fərdi 

mən, fərdi şüur, fərdi təfəkkür psixoloji analizdə daha çox rol oynayır. İllərdən bəri dost, qardaş deyib 

tanıdığı  qonşu  erməni  vəhşi,  acımasız  davranışı  milliözünüdərkində  dərin  fiaskoya  uğradırdı.  Bu 

proseslər  istənilmədən  psixoloji  analiz  aparmağa,  həqiqət  tapmağa  meyl  edirdi.  Faciənin  törədilmə 

səbəblərini araşdıran insan yaddaşında düşmənə qarşı nifrət hissi ilə müharibə psixologiyada daha da 

dərinləşir. Xeyirxah dost azərbaycanlı və bədxah, mənfur niyyətli erməni psixologizmi özünü sübuta 

yetirən  arqumentlərlə  publisistik  əsərlərdə  bir-birilə  üzləşir.  Sovet  rejimi  psixologiyasına  qarşı  etiraz 

vətəndaş şəxsiyyəti kimi obrazı təsdiq edir. V.Məhərrəmovun “Əsirliyin dəhşətli günləri”, Səbahəddin 

Eloğlunun “Şəhidlərin fəryadı” əsərində əsir düşmüş insanların fəryadı, köçkünlərin həsrəti, müəllifi 

haqsızlıqlara  qarşı  üsyanı  psixoloji  paralelizm  yaradır.  “Əsirliyin  dəhşətli  günləri”  əsərində  16  gün 

erməni  daşnaklarının  əlində  əsir  qalan,  ermənilərə  qarşı  könüllü  vuruşan,  sürücü  Aydın  Abbasov 

daşnakların  işgəncələrini  belə  təsvir  edirdi:  “Belə  fikirləşirəm  ki,  onlar  insanlığa  xas  olan  bu  ali 

hisslərdən  uzaqdılar.  Çünki  onlar  daşnakdılar.  Və  o,  günlərdə  daşnaklardan  gözləmək  əbəs  idi.  Hələ 

qəsbkarlar biri döydükcə öz dillərində söyürdülər, təhqir edirdilər”. 

 Bütün əsərlərdə əsirlərin fəryadla dolu taleyi fonunda müharibənin mənəvi –psixoloji yaraları öz 

əksini tapıb. Bu publisistik Qarabağın taleyi-vətən taleyi anlamında şərh edilir, yurda-ocağa sədaqətlə 

etinasızlıq,  milli  ruh  və  etnoqrafik  yaddaşla  manqurtuq,  vətəndaş  cavabdehliyi  ilə  biganəlik  qarşı-

qarşıya  qoyulur,  xalqın  nicatı  naminə  milli  birlik,  əsil  azərbaycançılıq  ideyaları  önə  çəkilir.  Vahid 

Məhərrəmovun “Döyüşçü qızın cəbhə gündəliyi” əsərinin qəhrəmanı olan Tahirənin şüurundakı lirik 

psixologizm  gərgin  döyüşlərdə  şəxsi  rifah  duyğusunu  düşünmür:  “Əzab-əziyyət  çəksəm  də, 

çətinliklərlə  üzləşsəm  də,  bütün  bunlar  ürəyimcədir,  mənə  xoş  gəlir.  Çünki  bu  yolu  mən  özüm 

seçmişəm. Mənasız ömür sürmək istəmirəm”. 

Vahid  Məhərrəmovun  “Azərbaycan”  jurnalının  1997-ci  il  7-8-ci  saylarında  çap  etdirdiyi 

“Tapqaraqoyunlu alınmaz bir qalaya bənzəyirdi” adlı oçerkində müharibə psixologizmi məkanda baş 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin