IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1032
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dalanların arasından yerləşir, səkkiz, iyirmi qat binalar ucalır, Yasamalda, Xutorda, Alatavada,
Badamdarda isə taxta, kardon sığınacaqlar, it damına bənzər daxmalar, dəmir evciklər quraşdırılırdı.
Qaçqınlar artıq bu yerlərə öyrəşir, doğma ev-eşiyə qayıtmaq istəyi soyuyurdu.
Sabir Əhmədli bu romanda elə problemlərə toxunur ki, bunlar həqiqətən hər bir oxucunu
düşündürür. Qaçqınların gedib prezident aparatında işləyən məmurun, nazirin, rəisin haram pullarla
ucaltmış olduğu malikanələrini, imarətlərini yox, evsizlikdən əziyyət çəkən “tavansız yoxsulun göz
dikdiyi mənzili” zəbt etməsi, ermənilər hücuma keçərkən bizim dövlətin yerli könüllü özünü müdafiə
dəstələrini, bölükləri tərksilah edib buraxması kimi məsələlər oxucunu düşündürür, tarixə nəzər
salmağa çağırır. Atəşkəs dövründə də ermənilər dinc oturmur, bütün dünya onlara yardım edir,
ermənilər bizim millətdən oğurladıqları milli mənəvi sərvətləri özünküləşdirərək tarix yaratmağa çaba
göstərdiyi halda, bizimkilər iqtidar-müxalifət cəbhəsinə bölünüb, bir-biriylə çəkişir, hakimiyyət davası
edir, Qarabağın azadlığından ötrü iş görə bilmirdilər...
Sabir Əhmədli Kişi obrazı vasitəsilə, onun düşüncələrini təsvir etməklə Dağlıq Qarabağın
işğal olunmuş ərazilərinin vəhşicəsinə talan olunmasını, əliyalın camaatın süngülərə keçirilərək qətlə
yetirilməsini, qız-gəlinlərin əli-ayağı bağlı, kişilərin gözü qabağında zorlanmasını ürək ağrısı ilə
qələmə alır. Bütün bu təsvir olunan hadisələr həqiqətən tariximizin qaranlıq bir səhifəsi kimi
yaddaşlarda iz qoymuşdur.
Qaçqınların yaşadığı ağır şərait, onları dözülməz, acınacaqlı vəziyyəti bu əsərdə də müəllifin
diqqət mərkəzindən yayınmır. Onların yaşadığı çadırlar tərəkəmə ellərinin qədim yaylaqlarda qurulan
alaçıqları ilə müqayisə edilir. dəyələri andırırdı. Dinc yaşayışın timsalı olan alaçıqlar ilə üzündən aclıq,
yoxsulluq yağan cındır çadırlar arasında paradoks vardır. “Bin-bərəkət yuvası, qaymaq dadan
alaçıqların yavanlığı, ağartısıyla ellər dolanırdı”sa, . “cındırından cin ürkən çadırlarda bir qarın çörəyə
möhtac yazıqlar inləyirdi”.
Sabir Əhmədli romanda mühüm bir problemə toxunmuşdur. Belə ki, uzun müddət yurd-
yuvalarından uzaq düşmüş insanlar sanki öz vətənlərini unutmuş, vətən sevgisini yadırğamışdılar.
Evlərindən uzaq düşən insanların əksəriyyətibu illər ərzində ev almış, yurd salmışdılar. Onlar sanki
qoyub qaçdıqları doğma yurdları, ana torpağı unutmuşdular. Bakının əsl sakinlərinin onlara həsəd
aparacağı tərzdə bəzənib-düzənən qaçqınlar, yazıçının təsvirinə görə, yalnız toylardaŞuşanı, İsa
bulağını, Laçın-Kəlbəcər dağlarını şeirlə, qoşma ilə anır, “Qarabağ şikəstəsi” üstə yeni zəngulələr
vurur, tərk etdikləri yurdun, şəhərin - kəndin erməniyə verilmə tarixini çalıb, oynamaqla yad edirdilər.
Məlumdur ki, ermənilər zəbt etdiyi ərazilərdə tarixi abidələrimizi də məhv edirdilər. Abidələrin
məhvi əslində milli kimliyin, milli tarixin məhvi deməkdir. Onlar Şuşada Üzeyir bəyin, Nətəvanın,
Bülbülün abidələrini gülləyə tutmuş, dəlmə-deşik etmişdilər. Lakin sonradan bizimkilər həmin
heykəlləri alıb Bakıya gətirmişdilər. Axı, işğal olunmuş torpaqlarda ayrı abidələrimiz də var idi. Bəs
onlar? O abidələrdə tariximizin izi var idi. Kişi eyni zamanda düşünür ki, ola bilsin ermənilər
maralyanlı Aşıq Pərinin heykəlinə toxunmazlar. Çünki o, “Qafqazı işğal etmiş rus-çar qoşunlarının
başçılarından biri erməni general Mədətovun qardaşı Mirzəcana şeirlər qoşmuş, onu mədh etmiş,
öləndə də Mirzəcanın adına ağı deyibmiş. Ermənilər Arazqıraqlı şairəyə xor baxmaz, onun abidəsini
qoruyardılar”. Roman ədəbi tənqiddə müəyyən rezonans, müsbət qənaətlər doğurmuşdur. Tehran
Əlişanoğlu yazır: ““Ömür urası” Avropa standartlı bir romandır. “Ömür urası”nda yazıçı lokal
yozumları, yalançı pozaları qıraraq etnoqrafik, məişət, mənəviyyat, vətəndaşlıq, millət və ümumən
insanlıq sırasından hadisələri və ziddiyyətləri ustalıqla bəşəri məzmuna yığa bilmişdir. Romanın uğuru
məhz ondadır ki, burda vətən hissi, vətənə, Vətən torpağına bağlılıq fərdi məzmununda qavranılır.
Kişinin yurdla təması o qədər ibtidai və eyni zamanda düşüncəli, sivilizasiondur ki, istəsə də üçüncü
bir kəsin bura girməyə yeri yoxdur”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1033
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
NIZAMININ “SIRLƏR XƏZINƏSI” VƏ ABBASQULU AĞA
BAKIXANOVUN “MIŞKƏTÜL-ƏNVAR” POEMALARININ
MÜQAYISƏLI XÜSUSIYYƏTLƏRI
Arzu ƏLİYEVA
Qafqaz Universiteti
Arzu92aliyeva@mail.ru
AZƏRBAYCAN
XIX əsri Azərbaycan xalqının iqtisadi və mədəni inkişafı tarixində ziddiyyətli bir dövr hesab
etmək olar.XII əsr və XIX əsr arasında böyük zaman kəsiyi,yeddi əsr fərq var.Buna baxmayaraq hər
iki dövrdə dövlətçilik və sosial-iqtisadi vəziyyətdən oxşarlıqlar mövcuddur.XII əsrdə vahid
Azərbaycan dövləti yox,Atabəylər və Şirvanşahlar dövlətləri var idi,Səlqcuqlar yenicə süqut
etmişdi.XIX əsrdə isə Səfəvilər dövləti süqut etmiş Azərbaycan Rusiya və Osmanlı imperiyasi
arasında parçalanmışdı.Bütün bu oxşarlıqlar dövrün mədəni inkişafında da nəzərə çarpırdı. XII əsrdə
Nizami,Xəqani,Qətran Təbrizi,Məhsəti Gəncəvi kimi sənətkarlar öz sözlərini deyə bilmiş,öz
ideyalarını yaya bilmişdilərsə,XIX əsrdə də bu işi Mirzə Şəfi Vazeh,Qutqaşınlı,Nətavan,Abbasqulu
ağa Bakıxanov görə bilmişdir.
XII əsrdə yaşamış və ədəbiyyatımızda özündən sonra böyük ədəbi irs qoymuş Nizami Gəncəvi
qüdrətli hümanist bir şair olub,yaradıcılığında ümumbəşəri dəyərlər olduqca əhəmiyyətli yer
tutur.Abbasqulu ağa Bakıxanov isə Azərbaycan maarifçiliyinin banisi,ensiklopedik zəkaya sahib olan
filosof,alim,yazıçı,şair, hərbçi, ilahiyyatçı və tərcüməçidir. Abbasqulu ağa Bakıxanovun
dünyagörüşünün formalaşmasından danışarkən,burda Nizami Gəncəvi dühasının rolunu danmaq
olmaz.Buraya Əfzələddin Xaqani,Nəsirəddin Tusi,Şah Qasım Ənvarı da aid etmək olar,ancaq
Bakıxanovun əsərlərində Nizami Gəncəvinin ideyalarının gücü daha qabarıq hiss olunur.Elə buna görə
də,”Sirlər xəzinəsi” və “Mişkətül-ənvar” poemalarındakı ideya,məzmun,forma oxşarlığı da buradan
qaynaqlanır.Hökmdarı müdrik,ağıllı,ədalətli görmək arzusu,zorakılığın kökünün kəsilməsi,maarifin
tərənnümü,zəhmətkeşliyin təbliği məsələləri “Mişkətül-ənvar”a “Sirlər xəzinəsi” əsərindən
hopmuşdurBugünki tərbiyə işlərimizi,elm və təhsilimizi,əxlaqi davranışlarımızı,cəmiyyətdə olan
insani münasibətlərimizi bizdən doqquz əsr öncə yaşamış Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və
bizdən üç əsr öncə yaşamış Abbasqulu ağa Bakıxanovun “Mişkətül-ənvar” poemalarında çəkilən
həyati misallarda,verilən nəsihətamiz fikirlərdə görməmək imkansızdır.
Yaşadığımız cəmiyyətdə əxlaqi münasibətlər və dünyagörüşünün kifayət qədər geniş şəkildə
tədqiqata ehtiyacı olduğu şəraitdə “Sirlər xəzinəsi” və”Mişkətül-ənvar” əsərlərinə müraciət
etmək,onları təhlil etmək məqsədəuyğundur.Əsas cəhət ondan ibarətdir ki,əsərlərdə qoyulan
məsələlər,sonda ifadə olunan ideyalar həm klassik,həm də müasir dövrdə ideoloji və əxlaqi baxımdan
öz aktuallığını saxlamaqdadır,çünki əxlaqi münasibətlər istənilən dövrdə cəmiyyətin varlığında
mühüm sosial,eləcə də mənəvi dəyər daşımaqdadır.Hər bir cəmiyyətdə zamanından asılı olmayaraq
daim aktual olan əxlaqi münasibətlər həmin cəmiyyətin təməlinə çevrilir,çünki sağlam cəmiyyət
mənəvi dəyərlər zəminində formalaşmalı və inkişaf etməlidir.Əxlaqi münasibətlər cəmiyyətin ictimai
dəyərlər sistemini müəyyən edir.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Abbasqulu ağa Bakıxanovun “Mişkətül-ənvar” əsərləri
Azərbaycan
ədəbiyyatında didaktik poema janrının ən dəyərli nümunələrindən hesab
olunur.Poemalarda qoyulan ayrı-ayrı məsələlər,söylənilən fikirlər təmsil və hekayələrdə
canlandırılır,hər fikir kiçik hadisələrdə ifadə edilir,təmsil və hekayələrin müəyyən fikir və ideyalarda
əlaqələndirilməsi əsərlərdə ümumi bir bütövlük yaradır.Əsərlər fərqli təmsil və hekayələrdən təşkil
olunsa da,bunların arasında olan ideya və məzmun vəhdəti onları birləşdirir və poemalarda bir vəhdət
mövcud olur.Hər iki poemada nəfs,ruh,ağıl,eşq və sair məsələlərdən danışılır və bəzən sənətkarların
ideyaları həyatla əlaqəli şəkildə,həyatdan misallar gətirilərək verilir.
“Sirlər xəzinəsi” və “Mişkətül-ənvar” poemalarının məzmun və formalarındakı oxşarlıqlara
nəzər yetirdikdə,aşağıdakı nəticələrə gəlmək olar;
-Hər iki əsər farsca qələmə alınmış,sujetsiz poema janrındadır,bədii dilləri zəngin və
çoxşaxəlidir;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1034
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Əsərlərdə həm lirik,həmdə epik parçalardan məharətlə istifadə olunmuşdur;
-Əsərlərin hər biri xüsüsi başlıqlarla adlandırılmış hissələrdən ibarət olub,mövzu və ideya
cəhətdən vahid bir məqsədə xidmət edir;
-Əsərlərdəki mənzum hekayə və təmsillərin bir qismi nəsihətamiz fikirlərdən ibarət olub,digərləri
ictimai eyibləri,insanların zülmkarlıqlarını əks etdirə bilir;
-Şairlər hər iki əsərin bəzi hekayələrində obrazları öz dilləri ilə təhlil edirlər və bununla insanlara
doöru yol göstərməyə çalışırlar;
Ey dünyanın düşgünü;qafil mən,bixəbər mən!
Başıma döyməliyəm hələ,gör,nə qədər!
(“Sirlər xəzinəsi”,”Adil Nurşirəvan ilə vəzirin hekayəti”)
***
Dedi:aman,gör nə bəla gətirdim öz başıma,
Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?
(“Mişkətül-ənvar”,”Birinci hekayət”)
-Əxlaqi nəsihətlərin ifadəsini verən bu parçalarda müəlliflər insanı maddi dünyəvi ehtiraslardan
uzaqlaşmağa,zəhməti
sevməyə,xeyirxahlığa,yaxşılığa,insanların
qəlbinə
dəyən
sözlərdən
çəkinməyə,hər bir işdə ağlı rəhbər tutmağa çağırırlar;
-Mənalı və nəsihətamiz fikirlər əsərlərin əsas ruhunu təşkil edir;
-Şairlər poemadakı təmsil və mənzum hekayələrdə müxtəlif atalar sözlərindən,digər sənətkarların
əsərlərindən və bəzən də öz aforizmlərindən istifadə edərək şeirlərin mənalarını dərinləşdirirlər;
-Əsərlərdə zülm və ədalətsizliyə qarşı çıxan şairlər dinə arxalanmağı,din adından çıxış etməyi
vacib və məqsədəuyğun hesab edirlər;
Həzrət Məhəmməd onu başqa ölçüylə gördü:
Ürək,idrak gözüylə,zəka gücüylə gördü. (“Sirlər xəzinəsi”)
***
Xeyir işlər təlqin edən o Məhəmməd peyğəmbər,
Demişdir ki,haqqın üzü xoş kəlamda görünər.(“Mişkətül-ənvar”)
-Hər iki sənətkar hekayələrdə və mənzum parçalarda həyatdan konkret misallar gətirirlər və s.
“Sirlər xəzinəsi” və “Mişkətül-ənvar”ı arasında olan oxşarlıqlar o qədərdir ki,biz “Mişkətül-
ənvar”ı “Sirlər xəzinəsi”nin ardı kimi başa düşə bilərik.Ancaq buna baxmayaraq poemalar arasında
ciddi,nəzərəçarpan fərqliliklər də az deyil;
- “Sirlər xəzinəsi” əsərində Nizami rəsmi dini hissəni və bədii müqəddiməni poemanın əsas
hissəsindən ayırmış,tövhid,minacat,nət,əsərin ithaf edildiyi Bəhram şaha xitab,söz,şer və onun
cəmiyyətdə rolu,ilham aləminin təsvirinə həsr edilmiş “xəlvətlər” kimi başlıqları mütənasib və ardıcıl
surətdə əsərin əvvəlində vermişdir;
-“Mişkətül-ənvar” girişsiz olub birdən-birə əsas hissə ilə başlayıb,Allaha,peyğəmbərə olan
müraciətlər dağınıq şəkildə ifadəsini tapmış,vahid bir qaydaya riayət edilməmişdir;
- “Sirlər xəzinəsi” əsərinin əsas hissəsini təşkil edən məqalət və hekayətlər ardıcıl şəkildə olub
biri o birini tamamlayır,yəni məqalət hekayələrin ibrətamiz nəsihətlər hissəsi,hekayələr isə
məqalətlərin həyatdan misallar gətirilən tamamı kimi səslənir;
- “Mişkətül-ənvar” da isə nəsihətamiz hissələrlə hekayələr bir qədər sistemsiz olub,onlar arasında
təmsil və müxtəlif başlıqlı söhbətlər,lətifə adlandırılan hissələr verilir;
- “Sirlər xəzinəsi” “Mişkətül-ənvar” poemasından həcm etibarilə də fərqlənir,yəni Nizaminin
poeması Bakıxanovun əsərindən dəfələrlə böyükdür;
- Nizami əsərində hansı sahədən bəhs edirsə,o sahədə şöhrət tapmış şəxsiyyətləri
götürürərək,onları öz hekayələrinin qəhrəmanı edir.Bura Süleyman peyğəmbər,İsa peyğəmbər,Sultan
Səncər,Harun ər Rəşidi,Nurşirəvan və s.misal göstərmək olar;
- “Mişkətül-ənvar ” əsərində isə belə obrazlar yox,ümumi ad altında olan şah,vəzir obrazları vardır;
- “Sirlər xəzinəsi” əsərində Nizami qadın obrazı yaradır,bu qadın Sultan Səncərə səhvlərini
deyən,zorakılığa qarşı etiraz edən bir obrazdır;
- “Mişkətül-ənvar” poemasında isə belə bir qadın obrazı yoxdur;
-Hər iki poemada nəfs,ruh,ağıl,eşq və sair məsələlərdən danışılır və bəzən sənətkarların ideyaları
həyatla əlaqəli şəkildə,həyatdan misallar gətirilərək verilir.”Sirlər xəzinəsi”ndən fərqli olaraq
“Mişkətül-ənvar” poemasında əsas yeri eşq və məhəbbət məsələsi tutur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1035
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN TÜRK NAĞILLARI
Validə HƏSƏNOVA
Azərbaycan milli kitabxanasi
valide_a@yahoo.com
AZƏRBAYCAN
Azərbaycan folklorşünaslığının toplama və nəşr işinin elmi təşkili Azərbaycanda sovet hakimiy-
yətindən sonra başlanır. Sovet hakimiyyəti qurulduqdan sonra S.Mümtaz, H.Zeynallı, H.Əlizadə və
başqaları o dövrün ən çox folklor nümunələrini toplayıb meydana çıxaran, Azərbaycan folkloruna
müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdirlər. Əgər 30-cu illərdə toplama işini xarakterizə etmək
istəsək düzgün qiymət verilməyə bilər. Çünki o dövr “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin
(ATTC) folklor toplayıcılarının fəaliyyəti tamamilə öyrənilməmişdir. 1920-30-cu illərdə repressiya
edilmiş bir çox folklorşünasların, folklor toplayıcılarının fəaliyyəti öyrənilməmişdir. Buna görə də
əldə edilmiş məlumatların dolğun olduğunu demək qeyri-mümkündür.
Xalq nağıllarımızın toplanıb nəşr etdirilməsi Sovet hakimiyyəti qurulduqdan sonra daha fərqli
formada davam etdirilmişdir. Bu dövrü folklorşünaslar “toplama və nəşr işinin elmi təşkili”nin ilkin
mərhələsi kimi qiymətləndirirlər. Belə ki, 1923-cü ildə təsis edilmiş ATTC-nin Tarix-etnoqrafiya şö-
bəsinin nəzdində müxtəlif komissiyalarla yanaşı, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin
toplanması və tədqiqi şöbəsi də təşkil edilmişdi. Təkcə Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri-
nin toplanması və tədqiqi şöbəsinin əməkdaşları prof. A.Baqriy, H.Zeynallı, V.Xuluflu, A.Sübhan-
verdixanov, Y.V.Çəmənzəminli, R.Əfəndiyev, Ə.Abid, S.Mümtaz, H.Əlizadə və b. xalq ədəbiyyatı,
həmçinin nağılların toplanıb nəşr edilməsində, elmi-nəzəri tədqiqində böyük rol oynamışdırlar.
Məsələn, H.Zeynallının başçılıq etdiyi folklor komissiyası ATTC-nin xətti ilə xeyli miqdarda
Azərbaycan nağıllarını toplamağa müvəffəq olmuşdur. O, ermənilərin bizdən öncə nəşr etdirdikləri
xalq nağıllarımızın rus dilində nəşrinin ilk təşəbbüskarı idi. 1935-ci ildə prof. A.V.Baqri ilə birlikdə
ərsəyə gətirərək Moskva şəhərində “Academia” nəşriyyatında nəşr etdirdikləri 73 nağıl və bir dastanı
(“Aşıq Qurban”) özündə ehtiva edən “Azərbaycan türk nağılları” («Азербайджанские тюркские
сказки») kitabı xalq nağıllarımızın illüstrasiyalı nəşri idi. Kitabın titul vərəqində “tərcümə, məqalə və
şərhlər A.V.Baqri və H.Zeynallıya, ümumi redaktə işinin Y.M.Sokolova aid olduğu göstərilmişdir.
Professor A.V.Baqri “Toplunun tərtibçilərindən”, H.Zeynallı “Azərbaycan türk nağılları” adlı ön söz
yazmışdır.
A.V.Baqri kitaba yazdığı giriş məqaləsində göstərir: “Qeyd olunmalıdır ki, bugünə qədər türk
dilində Azərbaycan nağıllarının zənginliyini əks etdirən hələ ki, əhəmiyyətli heç bir şey nəşr
olunmayıb. Bir neçə xüsusi nəşr xaricində. Biz sadəcə Hümmət Əli Zadənin topladığı, Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyət tərəfindən nəşr edilən ikicildlik nağıl toplusunu və epik hissəni eyni
cəmiyyət tərəfindən dərc edilmiş məşhur qəhrəman - Koroğlunun adı ilə bağlı nəşrləri göstərə bilərik”.
A.V.Baqri nağılların əldə edilməsi haqqında yazırdı ki, topluya daxil edilmiş nağıllar SSSR EA-
nın Azərbaycan filialının Folklor bölməsində saxlanılan əlyazmalardan tərcümə edilmişdir. Buradakı
nağıl mətnləri giriş və sondan müxtəlif illüstrasiyalarla bəzədilmişdir. Şəkil və nağıl mətnləri arasında
isə bir qədər uyğunsuzluq var. H.Araslının təbirincə desək Azərbaycan nağıllarının mübariz
qəhrəmanlarını, təsvir edilən təbiət mənzərələri və Azərbaycan xalqının milli yaşayış xüsusiyyətlərini
əks etdirmək əvəzinə, bolluca eşşək və padşah şəkli yerləşdirilmişdir. Ancaq bu şəkillərdəki padşah bir
qədər də rus keşişlərinə oxşayır və ən qəribəsi isə bir neçə şəklin kitab boyu dəfələrlə təkrar-təkrar
verilməsidir. İllüstrasiyaların müəllifi N.A.Uşakovdur.
Kitabda nağıl mətnlərinin davamınca “Qeydlər” bölməsi verilmişdir. Bu bölmədə kitaba daxil
edilmiş nağılların pasport qeydi göstərilmişdir və digər nağıl kitablarındakı qeydlərdən informasiya
təminatının genişliyi və dəqiqliyi xususiyyətinə görə fərqlənir. “Qeydlər”də nağıllar haqqında əlavə
olaraq kollektor, yazılma yeri göstərilməklə yanaşı, hər bir nağılın əlyazmasının saxlanıldığı, yaxud
nağılın ilk nəşr yeri də göstərilmişdir və nağılların süjet xətlərinin digər xalqlarla müqayisəsi haqda
qısa göstərici verilmişdir. Bu məxəz nağılların əlyazmalarının saxlanıldığı yeri göstərən ilk nümunə
idi. Nağılların söyləyicilərinin bəziləri haqda H.Zeynallı kitaba yazdığı “Azərbaycan türk nağılları”
adlı giriş sözündə məlumat vermişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1036
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Biblioqrafik informasiya əks etdirən, yaxud köməkçi aparat rolunu oynayan bölmələrdən biri də
51 adda ədəbiyyatın daxil edildiyi “Biblioqrafiya” bölməsidir. Ədəbiyyatın onu (10) Azərbaycan
dilində, digərləri isə rus dilindədir. Bölmədə “Züleyxa-Yusuf Sənei” (1854) “Hacı Yusuf, İnsanlara
inanmaq olmaz (tatar nağılı)” («Кавказ», 1852, №65”), 1830-cu ildə “Tiflis əxbarı”nda dərc edilmiş
“Adam və ilan” nağılını (№91), 1846-cı ildə “Voloqod Quberniyasının əxbarı”nda («Мурад-Куши в
Карабахском уезде» поверье в Закавказье, касающееся саранчи) №27.) və s. mətbu orqanlarında
dərc edilmiş xalq nağılları və digər folklor nümunələrinin biblioqrafik təsvirini görmək mümkündür.
R.Əfəndiyevin “Uşaq bağçası” və “Bəsirətül ətfal” kitabları da bu biblioqrafik siyahıya daxil edilmiş-
dir. Bu haqqda H.Araslı “Ədəbiyyat qəzetəsi”ndə “Azərbaycan türk nağılları” haqqında” sərlövhəli
məqaləsində yazır: “Biblioqrafiyanın türkcə hissəsi çox yarımçıqdır. 10 məxəzdən 5-i nağıl ilə əlaqə-
dar olmayan (“Bəsirətülətfal” və s. kimi) mənbələrdir”.
Qeyd edək ki, bu kitabiçi biblioqrafiyaya aid nümunənin bir nüsxəsi, (A.V.Baqri ilə həmmüəlif)
H.Zeynallının şəxsi arxivində var olmaqdadır. Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat
və incəsənət arxivində H.Zeynallıya aid (fond №160, siyahı №1) qovluqlarda yer almış materiallar
1935-ci ildə nəşr edilmiş “Azərbaycan türk nağılları” adlı kitabı ilə eynilik təşkil edir. Ehtimal ki, bu
materialların 1936-cı ildə Bakıda Azərbaycan dilində nəşr olunması nəzərdə tutulmuşdur.
“Azərbaycan türk nağılları”nda növbəti informativ bölmə adlar və başlıqlar haqqında lüğətdir. Bu
bölmədə nağıl mətnlərindəki anlaşılmaz bir qism sözlərin dəqiq mənası oxuculara çatdırılması üçün
yaradılmışdır. Şərhlərin bəziləri o dövrdə tədqiqatçıların narazı iddiaları ilə nəticələnmişdir.
2009-cu ildə “Azərbaycan türk nağılları” kitabı yenidən Azərbaycan dilinə tərcümə edilərək nəşrə
təqdim edilmişdir. Lakin təəssüf ki, yeni nəşdə: “Bunların içində sonrakı dövrlərdə nəşr olunmayan
nağıllara üstünlük verilmişdir. Belə ki, 1935-ci ildə nəşr olunmuş “Azərbaycan türk nağılları”
kitabında nağıl kimi təqdim edilən mətnlərdən 20-si seçilmiş və Azərbaycan dilinə tərcümə edilərək
bu kitaba daxil edilmişdir”.
HEKAYƏ JANRINDA BƏDII KONFLİKT
(1900–1930–CU İLLƏRDƏ YAZILMIŞ HEKAYƏLƏR ƏSASINDA)
Aytən QURBANOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Filoloq86@mail.ru
AZƏRBAYCAN
Bədii əsərdə konflikt dedikdə süjet xəttinin inkişafında obrazlar arasındakı mübarizənin əsasını
təşkil edən mübahisə nəzərdə tutulur. Konflikt real həyatda baş verən münaqişələrin bədii əsərdə
təzahürüdür. Baş verən hadisələrin səbəbi, ideyanın açılmasında əsas ünsürlərdən biridir.
XX əsrin əvvəllərinə aid araşdırdığımız bir çox hekayələrə əsaslanaraq deyəbilərik ki, konflikt
özü də müxtəlif cür təzahür edə bilər. Məsələn, Azərbaycan ədəbiyyatında hekayə janrı üçün ən
xarakterik növlərindən biri olan satirik konflikt. Xüsusən, C. Məmmədquluzadə, Ə. Haqverdiyev kimi
nasirlərimizin yaradıcılığında gördüyümüz satirik konflikt bədii təsir qüvvəsi, sadə forması və dili,
yüngül yumoru və kifayət qədər acı tənqidi ilə seçilirdi.
Yumoristik konflikt və satirik konflikt nisbətən oxşar növlərdir. Təbii ki , fərq ən az yumorla
satira arasında olduğu qədərdir. Yumoristik konflikt əsasında qurulan hekayələrdə tənqid daha
yumşaq, sonluq isə nikbin olur. Məsələn, “Qayınananın kələyi” hekayəsində öz acgöz, fırıldaqçı
kürəkəninə ibrətamiz dərs verən qayınana sonda ölmüş ərinin var – dövlətinə göz dikənin düşdüyü
vəziyyətə gülür.
Bəzən hekayədə qoyulan konflikt faciəvi fabulanı təşkil edir. Hadisələr qəhrəmanın ağır, acılı
günlərinin təsviri ilə başlanır. Sonda adətən qəhrəmanlardan birinin, yaxud hər ikisinin ölümü ilə bitən
bu cür hekayələr əsrin əvvəllərində sentimentalist duyğuların ifadəçisi idi. C. Cabbarlının, T. Ş.
Simurğun bəzi hekayələrində bunu görmək mümkündür.
C. Cabbarlının “Altun heykəl” hekayəsində faciəvi konflikt hakimdir. Burada konflikt faciəvi
sonluqla bitən hadisələr fonunda açılır.Hekayədə Müzəffər və Ceyran arasındakı konflikt ceyranın öz
|