Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1027



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nakam  əsərini  kiçik  bir  xatimə  ilə  yekunlaşdırırvə  bu  hissəni  yazmasının  səbəblərini  göstərir. 

Burada  şair  kitabın  tamama  yetməsində  əvəzsiz  xidmətləri  olan  Hacı  Zeynalabdin  Tağıyevə 

təşəkkürünü bildirir və onu tərif edir. 

Sahibidir bu əsər-i hünərimin, 

Möhtərəm-i faiğidi aləmin. 

Nam-i əzizi Hacı Zeyn-əl İbad, 

Sahib-i şan, şərəf, xoşnəhad. (Nakam, “Gənc-i ədəb”, ƏYİ, Б-672) 

Beləliklə,  Nizami  Gəncəvinin  “Sirlər  xəzinə”si  ilə  Nakamın  “Gənc-i  ədəb”  məsnəvisinin 

qarşılıqlı  müqayisəsi  onu göstərdi  ki,  şair etalon nümunəni  əsas olaraq seçsə də  həm  məzmun,  həm 

bəhrdə dəyişiklik etməklə ondan xeyli dərəcədə fərqlənmişdir. Nakamın əlavə etdiyi orijinal epizodlar, 

öz dövrü və zamanı ilə səsləşən əxlaqi-mənəvi problemlər onun Nizami təqlidçisi olmadığını bir daha 

sübut edir. 

 

 



MƏMMƏDƏLİ MANAFZADƏ SABİTİN                                     

“TOPSAQQALLI KİŞİ” HEKAYƏSİ  

 

Vəfa BABAYEVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



vefababasoy@gmail.com 

AZƏRBAYCAN 



 

Bədii  yaradıcılığa  inqilabi-demokratik  ideyaların  geniş  yayıldığı  bir  zamanda  başlayan 

Məmmədəli  Manafzadə  Sabit  (1888-1940)  ədəbi  mühitdə  şair,  nasir  və  dramaturq  kimi  tanınmış, 

hekayə  janrının  gözəl  nümunələrini  yaratmışdır.  Bu  hekayələrdən  ikisi  ədibin  “İki  fantan”  (1924) 

kitabında dərc olunmuşdur.  

Birinci  hekayə  neft  milyonçularının  qəddarlığını,  onların  sərvət  əldə  etmək  üçün  fəda  etdikləri 

günahsızların  acı  aqibətini  göz  önünə  sərir.  Növbəti  hekayə  isə  “Topsaqqallı  kişi”hekayəsidir. 

Hekayənin  ideya  və  məzmunu  zamanın  tələblərinə  cavab  verdiyindəndir  ki,  1929-cu  ildə  hissə-hissə 

“Dağıstan füqərası” qəzetində yenidən yayımlanmışdır.  

Hekayə  bolşevik  inqilabı  illərində  zalımlar  və  məzlumlar  dünyası  arasında  kəskinləşən 

münasibətləri  göz  önünə  sərir.  Əsərin  qəhrəmanı  on  il  əvvəl  haqsızlıqla  barışmadığı  üçün  Sibirə 

sürgün edilmiş Məşədi adlı şəxsdir. O, Rusiyadakı inqilabdan sonra vətənə dönür və ədalətsizliyə qarşı 

mübarizəyə  yenidən  qoşulur.  Hakim  dairələrin,  ixtiyar  sahiblərinin  hər  vəchlə  xalqı  əzdiyini  görən 

“Topsaqqallı  kişi”  günahkarları  öz  üsulları  ilə  cəzalandırmağa  başlayır.  Əvvəlcə  günahsız  bir insanı 

küçənin  ortasında  vəhşicəsinə  döyən  pristav  və  iki  qaradovoyun  cəzasını  verir,  sonra  şəhər  əhalisi 

onun ətrafında birləşir və çox keçmədən meşədə gizli cəmiyyətin yarandığı haqda məlumatlar yayılır.  

Sabit  ədalətsizliyə  qarşı  mübarizədə  Məşədi  obrazını  fərqli  bir  situasiyada  yenidən  gündəmə 

gətirir. 

Aylar  sonra  zavodda  gənc  fəhlə  Əskərin  xozeynə  şillə  vurması  onun  ölümü  ilə  nəticələnir.  Bu 

hadisə  baş  verən  gecə  Tərlanbəyin  evinə  üç  kölgə  yaxınlaşır.  Bu  kölgələrdən  biri  Məşədidir.  Həmin 

gecə Tərlanbəy evində öldürülür.  

Yazıçı bir məqamı da vurğulamağı lazım bilir. O, qatilin kimliyinin araşdırılması haqda yazanda 

qeyd  edir  ki,  Əskərin  heç  kimi  yox  idi.  Bir  qardaşı  var  idi,  o  da  illər  əvvəl  Sibirə  sürgün  olunub. 

Şübhəsiz, bu, Məşədinin kimliyinin ifadə edilməsi üçün ən münasib yoldur.  

Məşədini  bu  ailəyə  bağlayan  daha  bir  məqam  qardaşının  dul  və  gənc  arvadı  Ayişə  ilə  bağlı 

vəziyyətdə  ortaya  çıxır.  Tərlanbəyin  öldürülməsindən  sonra  yerinə  keçən  qardaşı  Adil  Mirzə 

ədalətsizlikdə  və  xəbislikdə  heç  də  qardaşından  geri  qalmır.  O,  Ayişənin  namusuna  toxunur  və  az 

sonra onu özünün dördüncü arvadı kimi qəbul edir. Ancaq Ayişənin övladı dünyaya gələndən sonra 

uşağı çaya atmaq istəyir. Məşədi uşağı və pərişan halda olan Ayişəni xilas edərək meşədəki cəmiyyətə 

– öz ailəsinin yanına aparır. Adil Mirzənin parçalanmış cəsədi bir gün sonra tapılır.  

Əsərdə  bədiilik  və  obrazlılıq  surətlərin  mənəvi  aləmini  açmaqla  yanaşı,  onların  sosial  statusu 

haqda  da  məlumat  verir.  Ədib  təbiət  təsvirləri  ilə  varlı  və  kasıb  təbəqənin  yaşayış  tərzi  arasında 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1028



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

həmahənglik  yaradır.  Əskərin  ölümünü  təsvir  edərkən  “Axşam  qaranlığı  yağırdı”  cümləsi  ilə 

kifayətlənir.  

M.M.Sabit ölümün bir kabus kimi gəlişini, zülmün ərşə dirəndiyini, insanın bu zülmə hələ də tab 

gətirdiyi halda təbiətin dözümünün qalmadığını bu parça ilə dilə gətirir: “Əskərin kiçik daxmasından 

çıxan tabut meşələrdən bir qaranlıq  əks etmişdi. Evinin qabağındakı böyük ağacda toplanmış quşlar 

artıq üzlərini ölülər məmləkətinə qarşı çevirmişlər və tabutun ehtiramını saxlarmış kimi səssizlərdi”.  

Sənətkar məzlumları bir həşərat kimi əzən tərlanbəylərin evini təsvir edərkən yazır: “Tərlanbəyin 

otağını gecələr ay, gündüzlər gün döyürdü”. Bununla, yazıçı dövranın onların tərəfində olduğunu ifadə 

edir.  Tərlanbəy  haqqı  tapdandığı  üçün  etiraz  edən  fəhləni  tərəddüd  etmədən  öldürdür.  Halbuki 

“gündüzlər gün, gecələr ay” düşən evi insan yerinə qoymadığı fəhlələrin sayəsində qazanmışdı. Yazıçı 

bu ədalətsizliklə barışmır, onu bir vaxtlar əzilən başqa bir fəhlənin – Topsaqqallı kişinin əli ilə öldürür. 

Tərlanbəyin  ölümü  oxucuyahaqqın  zəfəri  təsiri  bağışlasa  da,  tezliklə  məlum  olur  ki,  zülmün  kökü 

kəsilməyib.  

Tərlanbəyin  ölümündən  sonra  zavodun  mirzəsi  Mirzə  Səməd  fəhlələrin  həftəliklərini  götürərək 

aradan çıxır. Bu, bir tərəfdən Mirzə Səmədin pul hərisliyini və əliəyriliyini göstərirsə, digər tərəfdən 

hakim  təbəqənin  öz  içindən  parçalanmasını  da  göstərmiş  olur.  Çünki  onlar  üçün  pul  hər  şeydir. 

Sədaqət, hörmət kimi insani hisslər mirzə səmədlərə yaddır. O təbəqəni bir-birinə bağlayan yalnız və 

yalnız puldur.  

Tərlanbəyin  qətlindən  sonra  zavoda  müdirlik  etmyə  başlayan  qardaşı  Adil  Mirzə  ondan  daha 

ədalətsiz,  daha  qəddardır.  O,  canını  aldıqlarının  namusuna  da  toxunmaqdan  çəkinmir.  Ayişədən 

dünyaya gələn övladını öldürməyə cəhd etməsi onun təbiətindəki alçaqlığın həddini göstərir.  

Məşədi uşağı son anda xilas edir. Uşağın əvəzinə isə onun özünü dərəyə yuvarlayır.  

Bu hadisədən sonra yazıçı sanki öz hisslərinin tərcümanı kimi yenidən təbiət təsvirlərinə müraciət 

edir:  “Gecənin  sabahına  qarşı  bərk  yağmur  başladı.  Dəhşətli  sellər  şəhəri  mühasirə  etdi.  Şəhərin 

müxtəlif yerlərində qum yığıntıları təpələr hasil eləmişdi. Sabah ertə xalqı bir parça buludu olmayan 

səmadə  fırlanaraq  ərzə  baxan  qırmızı  günəş  qarşıladı.  Gecəki  ağlayışdan  sonra  yer  gülürdü”.  Adil 

Mirzənin ölümü ilə təbiətdəki özünütəmizləmə arasında bağlantı yaradan ədib gözəl, günəşli günlərin 

hələ qabaqda olduğuna ümidini ifadə edir.  

Hekayənin sonunda məlum olur ki, artıq inqilab olub. Məşədi bu inqilabın öndərlərindən biridir. 

Xalq onun ətrafında sıx birləşib. Yeni quruluş qadınlara bir çox azadlıqlar verib. Ayişə bu düzəndən 

çox məmnundur və artıq qadın azadlıqları uğrunda mübarizə aparmaq əzmindədir.  

Ayişə  obrazı  heç  bir  hüququ  olmayan  bir  qadından  öz  haqlarını  bilən  bir  obraz  səviyyəsinə 

yüksəlir. Bu baxımdan, onun sevillərin, almazların sələfi hesab edə bilərik. 

 

 

NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA FOLKLOR ƏNƏNƏLƏRİ 



 

Əfranə Həsənli 

Bakı Slavyan Universiteti 



efrane.hesenova96@gmail.com 

AZƏRBAYCAN 



 

 

 

  

Bəşər  mədəniyyəti  tarixində  özünəməxsus  mövqeyi  olan  Nizami  Gəncəvinin  əsərləri  dünya 



şeir  xəzinəsinin  nadir  incilərindəndir.  O,  həm  də  Şərq  ictimai-bədii  fikir  tarixində  “Xəmsə”çiliyin 

əsasını qoyan ustad sənətkardır. Əsərlərində tükənməz xalq ədəbiyyatının incilərindən yerli - yerində 

bəhrələnən  yazıçı  yaradıcılığında  folklor  xəzinəmizə  də  yeni-yeni  nümunələr  bəxş  etmişdir.  Nizami 

yaradıcılığı  Azərbaycan  folkoru  ilə,  öz  növbəsində  Azərbaycan  folkloru  da  Nizami  yaradıcılığı  ilə 

qaynayıb qarışmışdır.   Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının əksər nümunələrindən: 

atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta 

ən  sadə  tapmacalardan  yaradıcı  şəkildə  əsərlərində  yararlanmışdır.  “Xosrov  və  Şirin”  əsərinə  nəzər 

salsaq tapmaca ifadələrinin istifadə olunmasının şahidi oluruq. Məs: aşağıdakı nümunədə deyilir: 

    

 

Bahar tapdım, bir bar tapmadı əlim, 



 

 

 



 

 

 



 

Fərat gördüm, suya dəymədi dilim. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1029



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Yuxu  ilə  əlaqədar  olan  Nizaminin  bu  misraları  aşağıdakı  tapmaca  ilə  nə  qədər  də  həmahəng 

səsləşir: 

    


 

 Şıldırım, şıldırım su keçdim 

 

 

 



 

 

 



 

 

 Şıldırım suya batmadım. 



 

 

 



 

 

 



 

 

 Daraydan don geyindim



 

 

 



 

 

 



 

 

 Qitmığın da tapmadım. 



   Göründüyü  kimi  birinci  tapmacada  yuxusunda  baharı,  Fərat  çayını  görən  şəxs  yuxusundan 

oyanarkən  əli  bahar  barına,  dili  Fərat  çayının  suyuna  həsrət  qalmışdır.  İkinci  tapmacada  şəlaləli 

sulardan  keçən,  daraydan  don  geyinən  şəxs  yuxudan  oyanan  zaman  şəlaləli  suya  batmaq  həsrəti 

çəkmiş,  darayı  donunun  nəinki  özünü,  hətta,  kiçik  bir  nişaməsini  belə  tapa  bilməmişdir.  Hər  iki 

tapmacanın  məzmunu  təxminən  eynidir,  bunları  bir-birindən  fərqləndirən  birincinin  şair  qələmi  ilə 

formasını dəyişməsi, ikincisi öz şəkli xüsusiyyətlərini qoruyub saxlamasıdır. 

 

 

 



Folklorun  bütün  nümunələrindən  müxtəlif  şəkildə  faydalanan  Nizami  öz  əsərlərində  xalq 

əfsanələrindən  daha  geniş  istifadə  etmişdir.  Nizami  həmin  əfsanələrdə  bir  çoxundan  geniş  əməkçi 

kütlələrin  daimi  arzusu  olan  ədalətli  hökmdar  ideyasını  bəyənmiş,  müasir  şahlara  sanki  ibrət  dərsi 

vermək  üçün  istifadə  etmişdir.  Nizami  “Sirlər  Xəzinə”si  epik  poemasında  əfsanə  və  rəvayətlərdən 

istifadə  etmişdir.  “Nuşirəvan  və  bayquşların  söhbəti”,  “Süleyman  və  əkinçi”,  “Kərpickəsən  kişinin 

dastanı” və başqa xalq əfsanələri ilə bağlılığı danılmazdır. 

 “Bir  şahzadənin  dastanı”  adlı  hekayətin  qısa  məzmunu  belədir:  Mərvə  təzə  şahzadə  seçilmiş 

gənc, həyəcana düşür, üsyandan qorxaraq yarpaqtək əsir. Çünki o görür ki, ölkənin varlıları, əvvəldən 

saraya yaxın olan adamlar açıqca ona qarşı kin bəsləyirlər. Gənc gecə yatır və yuxuda bir qoca dilə 

gəlib deyir: 

 “Ey təzə ay, bu köhnə bürcü sökdür, dağıtdır,Ey yeni kül, bu köhnə budağı dibindən qır,Beləliklə 

tutarsan məmləkətdə qərarÖmrün bu xislətindən özünə şadlıq tapar. 

 Həmin rəvayətin qarşılığı Azərbaycan folklorunda bu gün də yaşamaqda olan “Bostan əhvalatı” 

rəvayəti adlanır. 

 

 

 



 

 

 



 

 

 



 

Nizami  “Xosrov  və  Şirin”  əsərində  Azərbaycan  folklorundan  daha  geniş  bir  şəkildə  faydalanmışdır. 

Daşyonan  Fərhadla  əlaqədar  əfsanələr  bu  baxımdan  böyük  əhəmiyyətə  malikdir.  Fərhad  və  Şirinlə 

əlaqədar  çoxsaylı  əfsanələrdən  əlavə  Azərbaycanda  “Fərhad  arxı”  adlı  qədim  arxlar  da  mövcuddur. 

“Xosrov  və  Şirin”  poemasında  diqqəti  çəkən  başqa  bir  nüans  “nurdan  göz  qamaşdıran”  Şirinin  adi 

insandan  çox  su  ilahəsi  Nahidi  xatırlatmasıdır.  Qədimdə  su  və  od  ilahələrinin  məbədləri  bir-birinə 

yaxın olmuş, bu məbədlər su kənarında çox yerdə hərəsi çayın sahilində tikilmiş, aralarında bir çay-su 

olmuşdur.İnanca görə, Hörmüzün və Armaitin qızı Nahid su ilahəsi, oğlu Atar isə od ilahəsidir. 

Nizaminin “Leyli və Məcnun” əsəri ilə bilavasitə bağlı əfsanələrə rast gəlinmir. Lakin “Leyli və 

Məcnun”  macərasını  xatırladan,  yada  salan  qədim  bayatılara  Azərbaycan  folklorunda  tez-tez  rast 

gəlirik. Məs: 

Əzizim dağda nə var? 

El köçdü, dağda nə var? 

Məcnun xəyallı könlüm, 

Leylisiz dağda nə var? 

Aşıq poeziyasında Nizami obrazlarından Şirinin, Fərhadın, Leylinin və Məcnunun adları tez-tez 

təkrar  olunur.  Nizaminin  folklorumuza,  xüsusilə,  qədim  əfsanələrimizə  daha  çox  bağlı  olan  əsəri 

“Yeddi gözəl” poemasıdır. 

 

 

 



 

 

 



 

Midiya 


əfsanərindən,  Dədə  Qorqud  dastanlarından  tutmuş  üzü  bəri  mürəkkəb  quruluşlu  bu  əsərin  süjet  və 

motivləri  bir  çox  əfsanələrimizlə  səsləşməkdədir.  Dədə  Qorqud  dastanları  ilə  “Yeddi  gözəl” 

poemasının  əlaqəsi  çox  maraqlıdır.  Betels  Nizaminin  “Yeddi  gözəl”  əsərindən  bəhs  edərək  yazırdı: 

“Bəhramın  çox  sevdiyi  əyləncə-gur  ovlamaqdır.  Bəhram  ancaq  4  yaşından  yuxarı  olan  gurları 

öldürürdü”. Eyni motivə “Kitabi-Dədə Qorqud”dakı “Bəkil oğlu İmranın boyu”nda rast gəlinir. 

 

“Astiyaq”  əfsanəsində  maraqlı  bir  yer  vardır.  Oğlunun  intiqamını  Astiyaqdan  almaq  istəyən 



harpaq  məktubu  Kirə  dovşanın  qarnında  göndərir  Eynən  Nizaminin  “Yeddi  gözəl”ində  satqın  Rast-

Rövşən də Çin xaqanına dovşanın qarnında göndərir. 

Nizminin  son  böyük  əsəri  olan  “İsgəndərnamə”  şifahi  xalq  yaradıcılığına,  xüsusilə,  əsatir  və 

əfsanələrə bağlı zəngin bir xəzinədir. “İsgəndərin ruslarla vuruşması” hissəsində belə bir şeir parçası 

var, niqablı bir pəhləvan döyüşür və birdən dəbilqə başından düşür. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1030



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

    


 

Yəhərdən qaldırdı o qızmış aslan 

 

 

 



 

 

 



 

 Dəbilqə torpağa düşdü başından, 

    

 

 



Niqabın altından doğdu bir bahar

 

 



 

 

 



 

 

Lalə yarpağından incə, gül ruxsar. 



Belə  bir  “niqablı  qız”,  “Soltanbud”  əfsanəsində  vardır.”  İsgəndərin  peyğəmbərlik  səfərinə 

çıxması” hissəsində qəribə bir dağ təsvir olunur. Bu dağa çıxanlar bir daha geriyə dönmür.Çətinliyə 

düşən  İsgəndər  alimləri  köməyə  çağırır.  Ona  məsləhət  görürlər  ki,  adamları  həmin  dağa  tək 

göndərmək lazım deyil, həm də yaxşı olar ki, bu dağa yazı bilən ata ilə oğul göndərilsin. Şeirdə Baba 

dağının təsviri ilə yanaşı həmin dağın əfsanəsindən də yaradıcı şəkildə istifadə olunmuşdur. 

 

 



Nizami bitib-tükənməz folklorumuzdan, əsatir və əfsanələrimizdən faydalandığı kimi, 

onun  əsərləri  də  şifahi  və  yazılı  ədəbiyyatımız  üçün  bir  örnək  olmuş,  yenidən  xalqa  qayıtmışdır. 

Beləliklə, Azərbaycan folklorunda Nizami süjetlərinin çoxsaylı el variantları yaranmışdır. 

 

 



ABDULLA ŞAİQİNUŞAQ PYESLƏRİNDƏ MİFOLOJİ MOTİVLƏR 

 

Gülnar MƏMMƏDOVA 

AMEA-nınFolklorinstitutu 



gülnarm89@mail.ru 

AZƏRBAYCAN 



 

Abdulla  Şaiqin  dram  əsərlərindəkonfliktlərinhəlliüçünfolklo  relementlərindən  bir  vasitəkimi 

istifadə olunmuşdur.Pyeslərdəxeylisaydamifolojiobrazvəsüjetlərinizlərinigörməkmümkündür. 

A.Şaiqin 

“GözəlBahar”pyesindəfolklordagenişyayılmışqışlayazınmübarizəsimövzusundanistifadəedilmişdir.Qış

laYazmübarizəaparırvətərəflərinhərbirinin 

əsgərivardır.QışınəsgərləriAyaz,  Boran,  Külək, 



Yazınəsgərləriisə  Su,  TorpaqvəGünəşdir.Bu  üçlükfəslinaylarınınifadəsidirki,  “Şəngülüm,  Şüngülüm 

Məngülüm”  nağlındada  həmin  element  əksolunmuşdur  (Keçinin  3  balası).Məsələyədigərtərəfdən 

yanaşsaqpyesdədördünsürünvəhdətinidəgörmüşolarıq.YazınəsgərlərindənolanGünəş,Boranıöldürsədə

BuludvəKüləyiməhvetmir.Yazınəsgərləri  (Günəş,  Torpaq,Su)Buludvə  Küləyi  dəaralarınaalaraq 

oradanuzaqlaşırlar.HavanıtəmsiledənBuludvəKüləyinaparılmasıilədördünsürünvəhdətidətamamlanır.B

ununla  datəbiət,  həyat,  yaşamyenidən  dirilmişolur.  Bundansonrasəhnədənmusiqisəslərigəlirvəquşlar, 

kəpənəklər, çiçəklərgöyotlarınüzərindəqol-qanadaçaraqrəqsedirlər. 

“GözəlBahar”  pyesindəişlədilənsarı  saçlıgünəşmetaforasımərasim  folklorundan  qaynaqlanan  bir 

ifadədirvəmifiksemantikasıvardır.Sarı  saçlıgünəşmeta  forasının  mənbəyini  elə  A.Şaiqin  həmin 

pyesədaxiletdiyimərasimfolklorunaaid olanmisralardaaxtarmaqlazımdır: 



Keçəlqızıqoyevdə, 

Saçlıqızıgötürqaç… 

M.Təhmasibbuludlugünləringünəşininsaçlıqıza, 

buludsuzgünləringünəşininkeçəlqızabənzəməsiehtimalınıirəlisürmüşdür.Miflərdəvəmərasimlərdətəbiis

tixiyalarinsanbiçimindədüşünülmüş,  insana  aid  olanbirsıraxüsusiyyətlərcanlıvəcansız  olanbütün 

varlıqlara  aidolunmuşdur.Bu  düşüncəsəviyyəsimifologiyadaantropomorfizmadlandırılır.Günəşin  sarı 

saçlıtəsviriiləyanaşıpyesdəQışpersonajı  da  qocaşəklindətəsvirolunmuşdur.Həriki  element  atro-

pomorfizmingöstəricisidir.  Beləki,  yaradıcı  –  ana-törəyənolanqadınla,  bütüncanlı  aləminyaşamasının 

təminatçısı,  törənişmənbəyiolangünəşinbənzədilməsinintörənişləbağlıolmasıehtimalını  da  yürütmək 

mümkündür.Qışın da qocaşəklindətəsviriməhsuldarlığındayanmasınınifadəsidir. 

“İntiqamçıxoruz”pyesindəmülkədarSəfərbəytərəfindəngünahsızyerəcəzalandırılanmehtərAslanınt

əsadüfəntanışolduğuHəsənyoldaşınıxilasetməyəçalışır. 

Həsəninmalikolduğu 

realfizikivə 

sosial 


imkanlarbumübarizəüçünyetərlideyildir.Həsənmədəndənqovulmuşadibirişçidir.QarşısınaçıxanQarı,Hə

sənəbirxoruzverirvəbuxoruzmülkədarlamübarizədəəsashəlledicivasitəolur.Həminxoruzadideyildirvəki

midişləyirsəhəminadamlarbir-

birinəyapışır.Eynənnağılmətnlərindəkişərləmübarizəaparanxalqnümayəndəsininkənardanmüəyyənyard

ımçısehrlivasitəiləsilahlandırılmasınıxatırladır.Sehrlinağılmətnlərindəqəhrəmanınözündənqat-


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1031



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qatgüclüolandüşmənləmübarizəsindəhərhansısabirsehrlivasitəyləsilahlandırılmasıvacibşərtlərdənbiridir

.Bu 

sehrlivasitəningücündənyararlanmaqimkanısahəminqəhrəmanahərhansısəxavətin, 



yaxşılığın, 

mərdliyin, 

əhdəsadiqolmanınəvəzindəverilir.NağılqəhrəmanlarıkimiHəsəndəçantasındaolançörəkvəpendirigünlərl

ə  ac  dolananQarıyaverir.Qarı  da  Həsəninyaxşılığınınəvəzindəonayardımçı  vasitəolanxoruzuverir. 

Mifolojitəsəvvürlərəgörəqəhrəmanısehrlivasitəylətəchizedənpersonajın,himayəçitərəfin  (Qarı)  sakral 

mənşəyəmalikolmasıda 

əsasdır.Qarınınsakralmənşəyəmalikolmasıonunmeşədəngəlməsiyləbağlıdır.QarıxoruzuHəsənəverdikdə

nsonrameşəyədaxilolur.Nəzərəalsaqki, 

meşəmifikanlamdaşıyanbirməkankimisəciyyələnirvəmifoloji 

mətnlərdəsakralqüvvələrinməskunolduğumifikməkanolaraqgöstərilir. 

Bəhsetdiyimizpyesdədahabirmifoloji  element  bağbanqızınınillərdirdüçar  olduğuqəlbtutqunluğu 

xəstəliyidir. 

Zalımlarıncəzalandırılmasındansonraqızqəhqəhəçəkərəkgülməyəbaşlayır.Bu 

element 


nağılmətnlərindətez-

tezrastgəlinəntilsiminqırılmasıiləşahzadələrinsağalması,təbiətinoyanması,canlanmasıelementindənustal

ıqlaistifadəningöstəricisidir.Gülüşünhəyatvericiqüvvəsinəinamqədimtürklərindünyagörüşündəmühümy

ertutmuşdur.Gülüşünsimvolikmənalarınahəyatvericilikləyanaşıölüb-dirilmə, 

məhsuldarlıq, 

bolluq 


kimiməfhumlarda 

daxildir.Qızınqəhqəhəçəkərəkgülməyibirtərəfdənonunsağalmasınınifadəsidirsə, 

digərtərəfdənhaqqın, ədalətinqələbəçalmasınıntəntənəsidir. 

“ÜrəktikməkvəyaQurbanbayramı” 

pyesindəRüstəmkasıbqardaşınınailəsinibayramgünündəsevindirərəkqurbanlıqheyvanvəuşaqlarahədiyy

ələrgətirərəkonlarınhimayəçisikimiçıxışedir.HimayəçilikxüsusiyyətiRüstəmimədəniqəhrəmanıntransfo

rmasiyaolunmuşşəklinəyaxınlaşdırır.Rüstəminbusəxavətinəgörə,kasıbailədualaryağdıraraqonundiləyin

əyetməsiniarzulayır.  RüstəminənböyükdiləyiHəccziyarətinəgetmək,  müqəddəs  torpaqları  ziyarət 

etməkdir.Rüstəminbuyaxşılığını,  birdən-birəqapınınönündənkeçənDərvişqiymətləndirərək,  insanların 

ürəyinitikməyinHəccziyarətindənüstünolduğunusöyləyir.Qeydedəkki, 

pyesdəDərvişobrazıyalnızbirdəfəiştirakedir.Funksiyasınıyerinəyetirərəkbirdahada 

xatırlanmır.Folklorobrazıolaraqəsərədaxiledilmişdirvəəsasideyanınifadəçisikimiçıxışedir.Dərvişinnağıl

vədastanlarlabağlımifolojiəsaslıbirobrazolduğubəllidir.Folklorunçoxfunksiyalıobrazlarısırasınadaxildir

.Övladsızlaraövladverir,  dardaolanlarınköməyinəyetişirvə  s.  Kimifunksiyaları  iləyanaşışəritəmsil 

etdiyidəbəllidir. 

A.Şaiqinmifolojielementlərdənistifadəetməsiəsərlərinbədiidəyərininəzərəçarpacaqdərəcədəqüvvət

ləndirmişdir.Konfliktlərihəlletmək, 

ideyanınaçılmasınıtəminetməküçünfolklorelementlərindənyararlanmanı, 

uşaqlarınmaraqdairəsiniartırmaqüçünistifadəedilənyaradıcılıqmanyerasıkimidədəyərləndirməkolar. 

 

 



SABİR ƏHMƏDLİNİN “ÖMÜR URASI” ƏSƏRİ ÇAĞDAŞ                    

NƏSRDƏ QARABAĞ MÜHARİBƏSİNİN İNİKASI KİMİ 

 

Gülnar Qəmbərova 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



ms.gulnar_babayeva@mail.ru

 

AZƏRBAYCAN 



 

Sabir Əhmədlinin son romanı olan “Ömür urası” əsəri Qarabağ müharibəsi mövzusunda yazılmış 

dəyərli sənət nümunələrindəndir. Romanın əsas obrazı Kişidir. O, ermənilərin işğal etdikləri torpaqdan 

çəkildikdən  sonra  öz  yurduna  –  Cəbrayıla,  Qarabağ  müharibəsi  öncəsi  tikdirdiyi  evinin  ziyarətinə 

gedir.  Ziyarət  zamanı  qədəm  basdığı  torpaq  ona  doğma,  əziz  vətən  torpağıdır.  O,  sanki  yurdu  ilə 

soraqlaşır... Kişi doğma rayonuna qayıdarkən kəndi büsbütün dağıdılmış vəziyyətdə görür. Ermənilər 

kənddə qalan bütün evləri yandırıb viran etmişdilər. Kişinin ən çox görmək istədiyi təzə tikdirdiyi və 

içində heç bircə gün də yaşamadığı ev isə bir növ məhv olmuş insan arzularının simvoludur. 

 Əsərin  qəhrəmanı-Kişini  çox  şey  düşündürür.  Qaçqınlar  şəhərinə  çevrilmişBakının  görünüşü 

büsbütün  dəyişmişdi.  Varlıların  imarətləri,  şirkətlər,  firmalar,  əcnəbi  ofislər  məhlə  içi,  köhnə 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin