AZƏRBAYCAN – YAPONİYA ƏDƏBİ ƏLAQƏLƏRİ
Gülnar YUNUSOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
gulnar1340@yahoo.com.tr
AZƏRBAYCAN
Ədəbiyyat xalqlar asarında mədəni əlaqələrin ən məşhur forması kimi daim özünü
doğrultmuşdur. Xalqlar arasında dostluq, həmrəylik, qarşılıqı anlaşmanın formalaşmasında mədəni
inteqrasiyanın ən qədim, ənənəvi və daha səmərəli vasitələrindən biri də ədəbi mübadilə, yaradıcılıq
əlaqələridir. Müasir dövrdə ədəbiyyat sahəsində beynəlxalq mədəni əlaqələrin dövlət siyasəti əsasında
planauyğun, ardıcıl şəkildə reallaşdırılmasının tarixi əhəmiyyəti danılmazdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1006
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsiylə Yaponiya ilə bütün əlaqələrin yenidən
qurulması prosesi də başlanmış və çoxcəhətli inkişaf mərhələsinə çatmışdır. Beynəlxalq aləmdə
iqtisadi cəhətdən qüdrətli dövlət kimi önəmli mövqe qazanmış Yaponiya yeni texnologiyanın vətəni
olmaqla yanaşı, həm də bənzərsiz mədəniyyət ölkəsidir. Azərbaycan və Yaponiya “Böyük İpək Yolu”
adlanan qədim karvan yolunun üstündə yerləşdiyindən bu iki ölkə arasındakı qarşılıqlı mədəni
əlaqələrin tarixi kökləri qədimlərə söykənir. Tarixi İpək Yolunun əhəmiyyəti olduqca böyükdür, o,
Şərq və Qərb arasında mədəni bir körpü rolunu oynamışdır. Məhz ədəbiyyat xalqlar arasında mədəni
əlaqələrin ən məşhur forması kimi daim özünü doğrultmuşdur. Sovet rejimi dövründə müttəfiq
respublikalarla, eyni zamanda xaricdə yaşayan adamlarla ədəbi mübadilənin aparılması kimi əlaqələrin
inkişaf dinamikasında müəyyən enmə-qalxma prosesləri özünü qabarıq şəkildə göstərirdi. Tədqiqatçı
M.Qasımov 40-50-ci illərdə aparılan işin məzmununu belə təhlil edir: «40-50-ci illərin ortalarınadək
ədəbi sahədə əlaqələr zəif idi və o da Azərbaycan ziyalılarının təqsiri deyildi. Dövrün siyasi ab-havası,
şəxsi idarə üsulu, beynəlxalq münasibətlərdə “soyuq müharibə”nin hökmranlıq etməsi əlaqələrdə
böyük maneə idi». Uzun müddət Yaponiya ilə gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin
oktyabrında bu ölkə ilə diplomatik münasibətlər yaratdı. Həmin münasibətlərin müxtəlif sahələr üzrə
bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycan-Yaponiya
əlaqələrinin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Elmi-ədəbi mübadilələrdə
irəliləyişlərə nail olunurdu.
Azərbaycan və Yaponiya ədəbiyyatı tarixinə dair mənbələrin araşdırılmasından görünür ki, bu iki
ölkənin qarşılıqlı ədəbi əlaqələri qədim dövrlərdən XX əsrə kimi, o qədər də intensiv olmamışdır. Hər
iki xalqın ədəbiyyatı özünəməxsus səciyyəvi cəhətləri, nailiyyətləri ilə dünya mədəniyyəti xəzinəsini
zənginləşdirmişdir. Lakin bu iki ədəbiyyatlar arasında birbaşa qarşılıqlı təmas, ünsiyyət özünü büruzə
verməmişdir.
Azərbaycan – Yaponiya ədəbi əlaqələri XX əsrin sonu XXI əsrin əvvəllərində xüsusilə
intensivləşmişdir.Ədəbi əlaqələrimizin ən bariz nümunələrindən biri 1985-ci ilin oktyabr ayında yeni
dünyəvi əlaqələrin formalaşmasına xidmət edən Asiya və Afrika yazıçılarının konfransının Bakı
şəhərində keçirilməsi idi. Dünyanın otuza yaxın ölkəsindən, eyni zamanda Yaponiyadan tanınmış
yazarların respublikamıza gəlişi milli ədəbi həyatda mühüm hadisə idi. Bu illər ərzində artıq
Azərbaycan ədəbi mühiti ilə Yaponiyanın yazıçı və şairləri arasında yaradıcılıq əlaqələrinin yeni
məhsuldar dövrü başlayırdı. 1988-ci ilin oktyabrında görkəmli Azərbaycan ədibi M.F.Axundzadənin
175 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə dünyanın bir çox ölkələrindən tanınmış
ədəbiyyatşünaslarla yanaşı, M.F.Axundzadənin nəticəsi, Tokio universitetinin müəllimi Pərarux xanım
Pezeşk, həmin universitetin professoru İrac Persinadad da iştirak edirdi ki, bu Azərbaycan-Yaponiya
ədəbi əlaqələrini daha genişləndirirdi.
Azərbaycanın müstəqil respublika kimi dünya dövlətləri, o cümlədən, Yaponiya tərəfindən
tanınması, hər iki ölkədə səfirliklərin açılması, ölkəmizin Yaponiya dövləti ilə təhsil, elm, mədəniyyət
və digər sahələrdə hərtərəfli və perspektivli birgə əməkdaşlığı ədəbi əlaqələrin də daha dərindən
öyrənilməsinə və tədqiqinə geniş şərait yaratmışdır. Yaponiya ilə ədəbi əməkdaşlığın keyfiyyətcə yeni
məzmunda inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ilin
fevralında Yaponiyaya ilk səfərinin çox böyük tarixi əhəmiyyəti olmuşdur. Həmin səfər ərəfəsində
Heydər Əliyevin Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə görüşü və söylədiyi fikirlər
Azərbaycan – Yaponiya ədəbi əlaqələrinin gələcəkdə inkişaf etdirilməsinin prioritetləri kimi də
səslənə bilər. Sözügedən görüşdə ulu öndər bildirmişdir: «Lazımdır ki, yapon dilini yaxşı bilən
mütəxəssislərimiz olsun. Təkcə dil öyrənmək yox, gərək siz Yaponiyanın – bu qədər inkişaf etmiş bir
ölkənin bütün imkanlarından bəhrələnəsiniz, öyrənəsiniz. Necə olub ki, yaponlar dünyada bu qədər
böyük bir nailiyyət əldə ediblər? Siz də bunları öyrənin, gətirib Azərbaycanda tətbiq edin, yayın».
Özünəməxsus estetik və sənət dəyərlərinə malik qədim Yaponiya mədəniyyətinin, onun böyük bir
hissəsini təşkil edən ədəbiyyatın tarixi minilliklərlə ölçülür. Yapon bədii – fəlsəfi fikir tarixini
araşdıran mütəxəssislərin də vurğuladığı kimi, buddizm və konfusizm dəyərləri təsiri ilə meydana
çıxan bu Uzaq Şərq ada ölkəsinin milli poeziyası dünya mədəniyyətinin incilərindən sayılır.
Azərbaycan oxucuları müxtəlif şairlərimiz və tərcüməçilərimiz tərəfindən, davamlı olmasa da,
vaxtaşırı rus dili vasitəsilə çevrilərək təqdim edilən klassik yapon poeziya nümunələri ilə yanaşı,
gündoğar ölkənin bədii nəsri ilə də yaxşı tanışdır. Eyni zamanda, Azərbaycan ədəbiyyatında XX əsr
boyu Yaponiya mövzusu əksər hallarda Hiroşima və Naqasaki faciələrinin yad edilməsi və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1007
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mənalandırılması ilə bağlı olmuşdur. Bu baxımdan Yaponiyada səfərdə olmuş xalq şairi Rəsul Rzanın
“Yaponiya motivləri” şeirlər silsiləsi xüsusi əhəmiyyət kəsb edir. Görkəmli sənətkarın “Yaponiya
motivləri” silsiləsi, hər şeydən qabaq, Yaponiya haqqında oxucularda dolğun, obyektiv və obrazlı fikir
formalaşdırmaq məqsədini daşıyır. Sovet ideologiyasının tələblərinə görə kapitalist idarə üsuluna
əsaslanan xarici ölkələr, o cümlədən də Yaponiya barəsində dərsliklərdə və mətbuatda birtərəfli
informasiyaların möhkəm yer tutduğu bir şəraitdə bu ölkə haqqında obyektiv söz demək böyük cəsarət
tələb edirdi. Belə bir vaxtda Rəsul Rza heç nədən çəkinmədən Yaponiyanı necə varsa olduğu kimi,
bütün əsas cizgiləri ilə təqdim etməyi bacarmışdır.
Görkəmli sənətkar Nəbi Xəzrinin yaradıcılığında Yaponiya mövzusunun özünəməxsus yeri
vardır. Yaponiya səfərindən sonra qələmə aldığı “Yaponiya dəftərindən” şeirlər silsiləsinə şairin on
şeiri daxildir ki, burada Yaponiya həyatının ayrı-ayrı məqamları, yaddaqalan anları böyük ilhamla
poetikləşdirilmişdir.
Eyni zamanda, xalq şairi Fikrət Qocanın “Xirosima”, Əli Kərimin “Xirosimada məktəbsiz uşaq”
şeirlərində də Yaponiya mövzusu öz əksini tapmışdır. Fikrət Qoca Hiroşima faciəsini “XX əsrin səbri
partlamışdır” şəklində təqdim etmişdir. Görkəmli şair Əli Kərimin “Xirosimada məktəbsiz uşaq”
şeirində həmin faciədən ağır xəsarət aldığı üçün məktəbə gedə bilməyən qızın nisgili ifadə
olunmuşdur.
1968-ci ildə Yasunari Kavabata, 1994-cu ildə isə Oe Kenzaburo ilə Beynəlxalq Nobel mükafatı
qazanan yapon ədəbiyyatına maraq bütün dünyada olduğu kimi ölkəmizdə də geniş vüsət almışdır.
Nobel mükafatı laureatlarının həyat və yaradıcılığı haqqında məqalələr, seçilmiş əsərlərindən edilmiş
tərcümələr artıq Azərbaycanda yapon ədəbiyyatının tədqiqi sayıla bilərdi.
Rza Talıbovun elmi araşdırmalarının nəticəsi kimi çap etdirdiyi “Azərbaycan-Yaponiya
əməkdaşlığı” kitabı Azərbaycanın gündoğar ölkə ilə əlaqələrinin tədqiqi baxımından olduqca
diqqətəlayiq əsərdir. Müəllif ilk dəfə olaraq Azərbaycan-Yaponiya ədəbi əlaqələrini tədqiqata cəlb
etmişdir.
Bu gün Yaponiya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulur. Bu
əlaqələrin ədəbiyyat sahəsində də inkişaf etdirilməsi, hər iki xalqın mədəniyyəti arasında körpülərin
qurulmasına geniş imkanlar aça bilər. Azərbaycan – Yaponiya ədəbi əlaqələrinin genişləndirilməsində
ölkəmizdə yapon dili və ədəbiyyatının tədrisi, Azərbaycan dilində yapon ədəbi nümunalərinə aid
ədəbiyyatın artırılması, elmi konfransların təşkili, festival və müsabiqələrin keçirilməsi, yapon
ədəbiyyatı üzrə tədqiqat işlərinin aparılması vacibdir.
ÖMƏR FAİQ NEMANZADƏNİN SATİRİK BƏDİİ NƏSRİNDƏ
MİLLİ MÜSTƏQİLLİK İDEYALARI
Pərvin HÜSEYNOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
huseynova_parvin@mail.ru
AZƏRBAYCAN
Görkəmli mollanəsrəddinçi, istedadlı publisist, ictimai xadim Ömər Faiq Nemanzadə böyük
Mirzə Cəlilin ən yaxın silahdaşı, məsləkdaşı idi. Onun bədii nəsrində – hekayələrində, məqalə və
felyetonlarında, məruzə və məktublarında özünü büruzə verən satirik çalar ədibin mənsub olduğu
ədəbi məktəbin əhval-ruhiyyəsini ifadə edir. Mühərririn satirik publisistik yazıları onun ən incə
mətləbləri belə satirik gülüşün pərdəsinə bürüyərək vaxtında ünvanına çatdırma məharətini nümayiş
etdirir.
Ömər Faiq Nemanzadə yarı ciddi-yarı zarafat dillə yazılan bu qəbil əsərlərində Azərbaycan
millətinin, türk xalqlarının, İslam ümmətinin pozulan haqlarını, tapdanan hüquqlarını təəssübkeşliklə
tələb edirdi. Onun 1903-1920-ci illər arası qələmə alınan məqalə və felyetonlarında Azərbaycan
xalqının ictimai-siyasi mübarizəsi öz əksini tapırdı.
“Hanı bizlərdə insanca övlad, millət və vətən məhəbbəti?” – deyən Ömər Faiq bir milli ideoloq
olaraq xalqın bu gününü, gələcəyini düşünür, keçmişini yadına salırdı: mətbuatda millət, dil kimi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1008
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
məsələləri qabardır, milli kadrların hazırlanması, təhsil problemini qoyur, bir sözlə, qədim və şanlı
tariximizə, çağdaş həyata müraciət edərək xalqı özünə tanıdırdı.
Yazıçının XX əsrin əvvəllərində qələmə alınan yazılarına nəzər salarkən dövrün mənzərəsi
çılpaqlığı ilə üzə çıxır. Ömər Faiqin məqsədi onun öz dili liə desək, “yaralarımızı basdırmaq deyil,
lazım gəlsə, ta dərinlərinə qədər açıb göstərmək” olmuşdur. O, məşhur “Dərdimiz və dərmanımız” adlı
məqaləsində oxucularına müraciətlə deyirdi: “Qardaşlar, acı, lakin doğru sözdən inciməyin. Dərdini
söyləməyən dərman bulmaz”.
Onun “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal” və “Yeni iqbal”, “Açıq söz”,
“Azərbaycan” qəzetlərdə, “Molla Nəsrəddin”, “Qardaş köməyi” məcmuələrində, “Qeyrət”
mətbəəsində nəşr olunan kiçik həcmli kitablarında işıq üzü görən, milli şüuru formalaşdırmaq
istiqamətində qələmə aldığı proqram xarakterli yazılarında bir neçə mətləb daha qabarıq şəkildə özünü
büruzə verir. Bu da, əsasən, aşadıdakılardan ibarətdir:
– cəhalətə qarşı mübarizə, xalqı maariflənmək, ana dilində təhsil potensialı, mənəvi tərəqqi;
– milli birlik və ümumən türk xalqlarının birliyi;
– din xadimlərini məzhəb davalarına, xalq nümayəndələrini firqə savaşlarına son qoymağa və
xalqın dilindən çıxış etməyə çağırmaq;
– yaranan siyasi böhrandan xalqın mənafeyinə uyğun istifadəyə səsləmək;
– ana dili və əlifba məsələsi və s.
1903-cü ildə dərc olunan “Dərdimiz və dərmanımız” adlı məqaləsində müəllif oxucularına
səslənərək onları başqa xalqlardan ibrət götürməyə çağırır: “Yanı başımızdakı dükan yoldaşımız,
həmşərimiz, tanıdığımız ermənilərin, gürcülərin halına, işlərinə, bir də bizim hamımıza, səfalətimizə
yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı,
rahat, asudə, biz isə əksəriyyətlə çoban – “Şükr allaha islamam”, – deyib, yuxulayan, həqir, fəqir,
cahil, qafil ... qalmışız”.
Müəllif başqa məqalələrində də Şərqdə, İslam aləmində, Türk dünyasında tərəqqiyə nail olmanın,
dünya xalqları və dövlətləri sırasında nüfuz qazanmanın, itirdiklərimizi geri qaytarmanın yeganə
yolunu maariflənmədə görür və müsəlman xalqlarını məğlubiyyətinin səbəblərini arayıb, nəticə
çıxarmağa, nöqsanlarını islah etməyə çağırırdı. O, “Nə üçün haqqımızı istəmiriz?” adlı məqaləsində bu
xüsusda yazırdı: “Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhətlə məğlub ola-ola gəlməkdəyiz
itirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlənmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz
olduğunu yazmaq belə artıqdır”.
Ömər Faiq Rusiyada hüquqları pozulan müsəlman xalqlarının, İranda zülmə məruz qalan
azərbaycanlıların, dünyada məskun olan türklərin hər bir uğuruna sevinir, zamanında haqlarını tələb
etmələrinə çağırışlar edirdi. “Ağacı qurd içindən yeyər” adlı felyetonunda 1905-ci il hadisələrinə, yeni
islahatlarla bağlı çıxışlara, qlasnı seçkilərinə işarə edərək: “Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir
xeyli qeyrət və hərəkətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək
istədilər. Hər tərəfdən hay-küy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. ...
dərdlərini, istəklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə
görüşdülər. Zərurətlərini, dərdlərini dil ilə bəyan etdilər. ... biz də qeyri-məzhəb rus təbəqəsinə verilən
hüquq və müsaidələri gözləyirik”, – yazırdı.
Müsəlman ruhanilərinin “Ömər ilə Əli” məsələsini qabardarkən erməni ruhanilərinin xalqı
silahlandırıb müharibəyə, torpaqlara sahiblənməyə, türkün soyunu kəsməyə səsləməsini görən Ömər
Faiq “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?” adlı məqaləsində yazırdı: “Qonşularımızın
fərasətini inkar etmək olmaz. Mövqeyə, politikaya görə çox gözəl iş görürlər. ... hər cür mili, siyasi
işlərini kilsə maskası, pərdəsi altında köçürürlər. ... “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək?”
sualı hara, bu hekayələr hara?”
Ömər Faiq Nemanzadənin milli oyanışa səsləyən, milli birliyə dəvət edən əsas yazılarından biri,
bəlkə də birincisi “Məzlum nə böyük zalımdır” adlı məqaləsidir. Bu felyetonda zahirən
maarif,müəllim, dil məsələsini qoyan müəllif əslində xalqı milli oyanışa, azadlıq mücadiləsinə
səsləyir. “... Bəli, vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və müsavat
yolunda tökülən qanların səmaya əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və
miskinlər kimi qafilanə yatmayaq...”
Müəllifin Arazın o tayında da baş verən məsələlərə münasibəti adekvatdır. Ömər Faiq İran
azərbaycanlılarının taleyi üçün də narahatdır. İran məşrutə hərəkatının uğurlarını izləyən mühərrir
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1009
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Alınan azadlığı nə cür saxlamalı” başlıqlı yazısında xəbərdarlıq edir, İranda ruhanilərin özlərinə
dəyən zərəri qarşılamaq üçün hadisələrin məcrasını yenidən geri döndərmək cəhdləri edəcəyini
söyləyir və bunun qarşısını vaxtında almağın zəruri olduğunu göstərir. O yazır: “Bunlar bir-bir bəhanə
edib “Ədlət” kimi qəzetləri, Təbrizin milli məclisi kimi ədalətxanələri yavaş-yavaş bağladıb köhnə
istibdadı qayət hiylə və politikalı vasitələr ilə bərqərar etməyə çalışacaqlardır”.
Bəzi yazılarına diqqət etdikdə Ömər Faiq Nemanzadəni bir milli ideoloq olmaqdan savayı,
hadisələri qabaqlayan, düzgün siyasi proqnozlar verməyi bacaran istedadlı politoloq kimi də
qiymətləndirə bilərik. Məsələn, o, 1906-cı ildə qələmə alınan “Millətpərəstlik zamanıdır” adlı
məqaləsində yazırdı: “Əgər Zəngəzur, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər
əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün
məmləkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdır. Halbuki bu bir aləm yetim
balaların həyatını qurtarmaq gələcəkdəki təhlükənin qabağını indidən saxlamaq o qədər çətin bir zad
deyil”.
Fikrimizcə, Ömər Faiq Nemanzadənin ən böyük ruh düşkünlüyü yaşadığı an məhz milli
hökumətin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra olmuşdur. Belə ki, mühərrirlik
fəaliyyəti boyu xalqını milli hökuməti formalaşdırmağa hazırlayan, istiqamətləndirən, ruhlandıran
ideoloq bu arzusuna nail olsa da, əldə olunan nailiyyətin itirilməsi ilə barışa bilmir. 1920-ci ilin
iyununda dərc etdirdiyi məqaləsində müəllif yenə də açıq fikirliliklə son ümidi qorumağı vacib sayır.
“Milliləşmək” adlı bu yazısında milli diriliyin mayasının ana dili olduğunu, onu qorumağın vacibdən
vacib olduğunu göstərir. Müəllif yazır: “Canlı işlər, tarixi dəyişiklikklər bizə göstərir ki, hər cəmiyyət,
hər fərd, hər dürlü ənənəsindən, mqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda, milli
dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçməz. Çünki bir millətin ədəbiyyata malik
dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan
uzaqlaşdığı gün qəbrinə yaxınlaşmış deməkdir”.
NİZAMİNİN İNSANLIQ FƏLSƏFƏSİNDƏ İLAHI EŞQ PROBLEMİ
(Leyli və Məcnun poeması əsasında)
Aysel İSLAMOVA, Məmməd QOCAYEV
Bakı Slavyan Universiteti
kerimliaysel95@inbox.ru
AZƏRBAYCAN
Nizaminin eşq fəlsəfəsi onun ruh fəlsəfəsidir. Eşqin təntənəsi ruhun təntənəsidir, eşqin faciəsi
ruhun faciəsidir. Nizami fəlsəfəsində eşq ilahi ruhun maddi varlıqdakı və o cümlədən, insan qəlbindəki
ifadəsidir. Eşq vasitəsi ilə insan itirilmiş hormoniyanı qaytarmaq istəyir. İnsan ruhən dünya ilə
yekdilliyə can atır. Bu prosesin son və ən yükək mərhələsi dindir – insanın insana tapınmasıdır.
Nizami gözəl dərk edirdi ki, eşq insan ruhunu sarsıdan və ucaldan ən güclü ehtiraslardan biri, bəlkə də
birincisidir. Eşq insanın özünü unutması, özündən əl üzüb başqa bir fərdlə ruhən birləşməsidir.
Nizaminin insanı real aləmdən ruhu aləmə əzablı və şərəfli bir yol keçir. Bu yolda Məcnun Xosrovdan
bir addım qabaqda oldu. O bütün təbii və ictimai dəyərlərdən, real aləmdən üz döndərmiş, ruhi və
mənəvi dəyərlərə, ideal eşqə üz tutmuş, lakin son məqsədə, ilahi aləmə çata bilməmişdir. Onun
faciəsinin elə səbəbi də bundandır. Leylinin ölüm qabağı Məcnuna çatdırmaq istədiyi vəsiyyətində o,
deyir:
Amandı, bundan gözünü
Allahın kərəmindən başqa bir kəsə dikmə!
Gördün mü ki, yanlış yola düşdün,
Özün kimi birisinə göz dikdin?
Beləliklə, Məcnunun ləyaqəti onun qəbahətinə çevrilir, eşqdəki fədəkarlığı onun faciəsini təyin
edir.
Leylini intəhasız bir məhəbbətlə sevməsi Məcnunun fədəkarlığıdır, onun ən böyük ləyaqətidir.
Məcnun Allahı axtarmadı, ona tapınmadı. O, daim Leylini axtardı və ona tapıındı. Məcnunluq insanın
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1010
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ruhi kamillik dərəcəsidir, adəm övladının cənnətə qayıtmaq cəhdidir. Əgər Xosrov və Şirin məhəbbəti
cənnətdən qovulmuşlar nəslinin yerdəki ziddiyyətli və qüsurlu məhəbbətidirsə, Leyli və Məcnun eşqi
insan xilqətinin qüsursuz və saf eşqidir ki, bu da ruhi kamillik baxımından cənnət əhlinə xas
xüsusiyyətdir. Məcnunun Leyliyə olan məhəbbəti insanın Allaha olan məhəbbətinin başlanğıcıdır.
Onun eşqinin mənası ondanır ki, bu eşq fərdi ruhi təklik vəziyyətindən çıxarıb, başqa bir fərdə
qovuşdurur. Bir növ iki fərdi ruhun birləşməsi hadisəsi baş verir. Məcnun məhəbbəti bütpərəst
məhəbbətdir. Sanki, insan ruhu öz mütləq dayağını axtarır. Eşq Məcnun qəlbinə sevinc əvəzinə iztirab
gətirdi? Bunun səbəbi nədir? Eşq insan ruhunun insan ehtirasları ilə mübarizəsidir. Eşq insanı ruhi
kamilliyə aparan qüvvədir. Aşiqlik insanın özünə qəsdidir. Məcnunun faciəsinin əsl səbəbkarı təkcə
mühit deyil, həm də aşiqin özüdür.
Ədəbiyyatda faciəvi – günah adlı kateqoriya vardır. Qəhrəmanın günahı olmasa faciə də olmaz.
Faciəvi günah öz mahiyyəti etibarı ilə qəhrəmanın hər hansı məziyyətinin nəticəsi və ifadəsidir.
Məcnunun günahı Leylinin sevməsi deyil, onu intəhasız qeyri-adi bir məhəbbətlə sevməsidir. Sevmək
günah deyil. Lakin qadını ilahi qədər sevmək günahdır. Məcnun Leylini İlahi qədər sevir. Bu
məziyyətdən doğan günahdır. Məcnun eşqi adi bir məhəbbət olsaydı, heç bir faciə baş verməzdi.
Məcnuna isə başqa cür sevmək adi, bayağı görünür. Bu eşq ilahi qatdan ailə səviyyəsinə enə bilməz.
Məcnunun faciəsi başqa faciələrdən fərqli olaraq kəskin, münaqişəsiz və mübarizəsiz baş verir. Daha
doğrusu münaqişə və mübarizə qəhrəmanların daxilində onların ruhunda cərəyan edir. Zahirən isə
onlar çox süst və possiv görünürlər. Məcnun onsuz da Leylisiz yaşayır və onun xəyalı ilə
kifayətlənirdi. O zaman belə bir sual yaranır: Nə üçün Leylinin ölümündən sonra Məcnun onu xəyalı
ilə yaşamadı? Çünki Məcnunun təfəkkürü sırf simvolik təfəkkür idi. Simvolik təfəkkürdə ilahi özü
ruhu varlıq kimi dərk olunsa da real əsasa söykənməlidir. Ona görə də Nizami təsəvvüründə həyatı
sevmək bütpərəstlik, ölümü sevmək isə Allahpərəstlikdir. Bundan sonra Məcnun ruhunun müstəqil ,
azad və əbədi həyatı başlanır ki, bu da axirətdə davam edir.
Məcnun öz eşqi ilə zaman və mühitə sığmır, günahkar olur – günahsız günakardır. Məcnun eşqi
daim aşiqlərin yoluna işıq saçaraq Məcnunluq bəşəriyyətin canatdığı, lakin çata bilmədiyi bir idealdır.
“Leyli və Məcnun” da eşq əsas, insani keyfiyyət, əsas estetik dəyər, təbii və ruhi gözəlliyin
harmoniyası kimi ön plana çəkilir. Poemada insani həvəslərlə yanaşı, ilahi eşqin sədası və ali bir
harmoniya həsrəti duyulur. Lakin bu harmoniya tez-tez pozulur və nəhayət, əsərin sonunda ruhi
gözəllik fiziki gözəlliyə qalib gəlir. “ Leyli və Məcnun ” da öz əksini tapan eşq problemi həm də
müəllif nöqteyi-nəzərindən fəlsəfi ricətlər şəklində açıqlanır. Füzuli fəlsəfəsində eşq ilahi ruhun maddi
varlıqları o cümlədən, insan qəlbindəki ifadəsidir. Eşq xilqətlə Xaliqin söhbətidir. Aşiqin məşuqəyə
olan sözüdür.
Əsərdəki eşq başqalarınkından fərqli olaraq, insanın insana yox, bəndənin Allaha olan eşqidir.
Füzuli əsərində qəhrəmanının göz yaşının dinməsini istəmir. Çünki bu göz yaşı əgər bitərsə,
qəhrəmanın da Allaha olan məhəbbət bitər. Bu həm də onu yada salır ki, Məcnun körpəlikdən qəm,
kədər çəkməyi öyrənmək istəyir. O, eşqi və zəmanəsini ittiham edir.
Əsərdəki
eşq
fərdin
iradəsindən asılı olan bir məhəbbət macərası deyil, aqibət işidir, alın yazısıdır, ilahi iradənin
hökmüdür. İslama qədərki bütpərəstlik məhz bu cür simvolik təfəkkür formasıdır. Burada bütsüz
İlahini duymaq mümkün deyil. Məcnunda büt kimi ilk əvvəl Leylini axtarır, ona tapınır, lakin əsərin
sonraki gedişində və sonra yaxınlaşdıqca aydın olur ki, Məcnun eşqi artıq İlahi qata yüksəlmişdir.
Məcnun ruhunun müstəqil , azad və əbədi həyatı başlanır ki, bu da axirətdə davam edir. Yerdəki
ruhi işgəncələr cənnətdəki ruhi nəşəyə əsas yaradır və yol açır. Budur, Füzulinin insan və onun həyatı
haqqındakı islami təsəvvürlərin yekunu.
Dostları ilə paylaş: |