Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə44/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   40   41   42   43   44   45   46   47   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

991



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ildə Bakıda “Elm” nəşriyyatında dərc olundu. Qəribə bir paradoksdur, Azərbaycan ədəbiyyat tarixində 

ilk “Aydın”dan sonra son “Aydın”ın taleyi belə faciəli olması ədalətdirmi? Cəmiyyəti, xalqı aydınlığa 

–parlaq gələcəyə aparmaq istəyən Aydınların qismətinə hələ də mi faciə düşür?!  

Y.Qarayev yazırdı: “...əbədiyyətə qovuşan Aydına son anda ən böyük sədaqəti iki şəxs göstərdi: 

müştərək  ölümü  onunla  qoşa  qarşılayan  axirət  bacısı  –Dilarə  xanım  və  bu  poemanı  ilk  dəfə  qəbrə, 

məzara oxuyan, onu göz yaşı ilə baş daşına yazan axirət qardaşı- Vaqif Aslan!..” 

Əsər  A.Məmmədovun  dəfnində  onun  həyat  yolunun  bir  kino  lenti  kimi  şairin  göz  önündən 

keçməsi  şəklində  qələmə  alınmışdır.  Şairin  xəyalı,  ruhu  poema  boyunca  haldan  –hala  düşür,  gah 

qəzəblənir, gah qürurlanır, gah kədərə qərq olur, gah da bütün məhrumiyyətə baxmayaraq, türk oğlunu 

sabaha, mübarizəyə səsləyir: 

Başın sağ olsun, Vətən! Sil gözünün yaşını. 

Ulu türk, haydı atlan! Uca saxla başını. 

Müəllif qəhrəmanının sağlığını xatırlayır, keçmişinə boylanır, Həştərxan məhbəsindən bəhs edib, 

onun türk xalqlarını birləşdirmə mübarizəsini, düşüncəsini qələmə alır: 

 

 



“Türklüyü boğazında kəndir olan türk –mənəm! 

 

 

Dərdi yüz boy özündən hündür olan türk –mənəm! 

 

 

Türk oğlu, nə qədər ki, birlik ruhu səndə yox, 

 

 

Bəndə içində məndən aşağı bir bəndə yox, 

 

 

 Tatar dəstəmaz alır, qaqauz xaç gəzdirir. 

 

 

Nə dəxli var? Qardaşıq... 

 

 

Dilbir, din-ayrı qardaş. 

A.  Məmmədov  türkoloq  idi,  bu  barədə  onun  dəyərli  tədqiqatları  –məqalələri  vardır.  “Türk  –

Şumer  paralelləri”  adlı  məqaləsi  türk  –şumer  mədəniyyətləri  arasındakı  əlaqənin  dərin  köklərini 

araşdırmağa  həsr  olunmuşdur.  Şair  bu  məsələdən  bəhs  edərkən  O.Süleymenovun  “Az  i  ya”  adlı 

əsərinə işarə edərək yazır: 

 

 



 

Olas Süleymenov adlı bir qazax; 

 

 

 

Şumer- türk sözüdür deyib durur, ax. 

 

 

 

...Deyirlər: -Tumanyan “tuman” sözündən, 

 

 

 

Buludyan, Dumanyan “duman” sözündən. 

 

 

 

Zori Balayan da “zor”, “bala”dır, var, 

 

 

 

Şahnazaryan isə “şah”dır, “nəzər”dir. 

 

 

 

..yoxdur ermənidə milli şəxs adı, 

 

 

 

Ağsaqqal sözünə baxan olmadı. 

Ali  Sovetin  Milli  məsələləri  üzrə  komissiya  sədri  A.Məmmədov  idi.  Odur  ki,  əhaliylə  daima 

görüşər, real vəziyyətdən agah edərdi. Qarabağ müharibəsinin qızğın çağlarında helikopterlə Xocalıya 

uçan  Məmmədov  vəziyyətlə  tanış  olur,  Qarabağ  xüsusi  komitəsinin  başçısı  Viktor  Polyaniçko  ilə 

görüşüb vəziyyəti dəyərləndirir. Onların görüş səhnəsini qələmə alan şair, çox böyük qəzəblə qələmə 

alır: 


 

 

 



Billik, hansı şüşədə gizlənib divin canı, 

 

 

 

“Dənizlərdən dənizə böyük Ermənistanı” 

 

 

 

Yaratmaq həvəsiylə ağlı qaçıb hüt olub, 

 

 

 

Amma unutmasınlar, bir vaxt Andronikin  

 

 

 

Qulaqları cüt olub. 

 

Məqalədə qəhrəman, onun dinamikası, obrazlar, poemanın dili və s. geniş tədqiq olunmuşdur. 



 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

992



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

MİRCƏLAL YARADICILIĞININSƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ 

 

RamizQASIMOV 

AMEANaxçıvanBölməsi 



ramizasef@yahoo.com.tr 

AZƏRBAYCAN 

 

Azərbaycanədəbiyyatınınideya-məzmun  və  bədii-estetik  dəyərlərinə  görə  inkişaf  edib  zəngin 



ləşməsindəMirCəlal(1908-1978)  yaradıcılığının  istisnasız  və  özünəməxsus  yerivar.  XXəsrin30-

cuillərindənsonraAzərbaycannəsrininbədiiistiqamətinitəyinetməkdəMirCəlalsənətkarlığıçoxmühümrol

oynamışdır. Onun “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Açıq kitab” və s. 

kimi  irihəcmli  ,  “Ədəb  söhbəti”,  “İnsanlıq  fəlsəfəsi”  ,  “İclas  qurusu”  və  b.  hekayələri  həmişəyaşar 

sənət nümunələridir. 

Mir Cəlal sənətkarlığı problemləri ciddi təsvir etmək qədər də komik təsvir ustalığına, ciddi gülüş 

yaratmaq  qüdrətinə  sahibdir.  Mir  Cəlalın  özünəməxsus  yaradıcılıq  dili,  bədii  manevrası  da  vardır. 

Azərbaycan  dilini  mükəmməl  bilməsi  və  xalq  dilinə  arxalanması  sənətkarın  yaradıcılıq  dilinin  də 

olduqca sadə, yığcam, dolğun və məzmunlu olmasına imkan vermişdir. Yaratdığı bədii ifadə vasitələri 

və  məcazlar  təsvir  etdiyi  bədii  varlığa  daha  da  canlılıq  və  təsirlilik  gətirmişdir.  Mir  Cəlal  yaratdığı 

obrazları mükəmməl, həm də tez və məzmunlu başa düşüləcək səviyyədə yaradıb. O, hər şeydən əvvəl 

yaratdığı  və  başlıca  tədqiqat  obyekti olan  insanın  bütün  varlığı,  bitkin  və  dolğun  xarakteri  və  malik 

olduğu  psixoloji-mənəvi  aləmi  ilə  təqdim  etməyə  diqqət  yetirib.  Böyük  yazıçı  bütün  yaradıcılığında 

insan problemi üzərində dərin düşüncə və mülahizələrini ifadə etmiş, insan və onun fəaliyyəti ilə bağlı 

vacib  məsələlərə  diqqət  çəkərək  həm  də  həmin  dövrün  ideologiyası  altında  əksini  tapan  insan 

probleminə  özünəməxsus  tənqidi  baxışla  yanaşmışdır.  Böyük  Mirzə  Cəlil  məktəbinin  uğurlu 

davamçısı  olan  və  insan  psixologiyasını  mükəmməl  bilən  nəhəng  yazıçı  Mir  Cəlal  ən  tipik  və 

yaddaqalan  insan  xarakterləri  yaratmışdır.  Onun  böyük  sənətkarlıqla  yaratdığı  xarakterlər  ictimai 

mühitin  bütün  xüsusiyyətlərini  əks  etdirməyə  müvəffəq  olan  sənət  “rentgenoqramıdır”.  Görkəmli 

yazıçı bütün varlığı ilə millətinə bağlı olan və ideologiyanın tələb etdiyi insan surətlərini yaradarkən 

milli  keyfiyyətlərə  həssas  münasibət  göstərmiş  və  dövrün  çox  dolğun  xarakterlər  panoramasını  əks 

etdirmişdir.  Əgər  diqqətlə  fikir  verilsə,  ədibin  konkret  ictimai-tarixi  şəraitdə  psixoloji-mənəvi 

eybəcərlik  kimi  təhlil  və  təqdim  etdiyi  bürokratçılıq,  inzibatçılıq,  hökmçülük  və  sair  kimi  xarakter 

xüsusiyyətləri, hazıra nazir fəlsəfəsi ilə yaşayan “harınxorlar”ı (“Özündən naxoş”), o cümlədən bütün 

həyati məsələləri, ailə-məişət işlərini inzibatçılıqla həll və idarə etməkdən ləzzət alan “iclas quruları”nı 

(“İclas  qurusu”),  ideoloji robotluğu  “sovetizmin”  tipikliyi  kimi  nəzərə  çarpdırmışdır.  Yazıçının “Bir 

gəncin  manifesti”ndəki  (1938)  böyük  ustalıqla  yaradılmış  Bahar  surəti  öz  taleyi və  faciəsi  ilə  nəinki 

Azərbaycan ədəbiyyatı tarixində, həm də dünya ədəbiyyatında uşaq obrazları arasında öz estetik təsiri 

ilə  qəlbləri  fəth  edən  əbədiyaşar  bir  surətdir.  Beləliklə,  böyük  yazıçı  Mir  Cəlal  kamil  insan  tipləri, 

mükəmməl  xarakterlər  yaratmağa  qadir  bir  sənətkarlıq  nümayiş  etdirir.  Bu  baxımdan  “Mir  Cəlal 

həmin  əsərində  həyata  və  həqiqətə  sadiq  yazıçı,  insan  psixologiyasını  dərindən  bilən,  onu  təsvir  və 

təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən sənətkar kimi çıxış etmişdir” (Q.Xəlilov). 

Haqq  ilə  deyilmişdir  ki,  “Mir  Cəlal  milli  ruhlu  Azərbaycan  yazıçısı  idi.  Ədibin  əsərlərində  xalq 

həyatının və milli mənəviyyatın ən incə, ülvi məqamları, azərbaycanlı xarakteri özünün dolğun bədii 

əksini  tapmışdır”  (akad.  İ.Həbibbəyli).  Mir  Cəlalın  böyük  sənətkarlıqla  yaratdığı  Sona  ana  (“Bir 

gəncin  manifesti”),  Qədir  (“Dirilən  adam”),  Vahid  (“Açıq  kitab”),  Qocaman  müəllim  (“Xoşbəxtlik 

barəsində”) və xarakterləri yaddaqalan bədii nümunələrdir. Kərim Gəldiyev, Verdiyev və Qədir Qurd 

oğlu  kimi  tənqidi  nöqteyi-nəzərdən  yaradılan  obrazlar  konkret  dövrü  və  onun  sosial-psixoloji 

vəziyyətini  qiymətləndirmək  baxımından  çox  diqqətəlayiqdir.  Fikrimizcə,  böyük  yazıçı  əsərlərində 

böyük ustalıqla yaratdığı bu kimi tipik sovet insanı tipləri ilə həm də “37-ci il patalogiyasını” təqdim 

etməyə nail olmuşdur. Akad. İ.Həbibbəlinin də yazdığı kimi, bu da böyük sənətkarlıq və bədii ustalıq 

idi ki: “Mir Cəlal… kimi yazıçılar sovet rejiminə dəyib toxunmadan təbii olaraq gerçək həyatı və sadə, 

sıravi,  adi  insanların  mənəvi  aləminin  incəliklərini  ifadə  etməyə  üstünlük  verirdilər.  Bu  isə  onların 

yaradıcılığında həyatın, millilik amilinin… qüvvətlənməsinə şərait yaradırdı”.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

993



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Onun özünəməxsus süjet qurma bacarığı və fikri ifadə və təsbit etmə üsulu var idi. “Maraqlı süjet 

qurmaq,  hadisələri  və  obrazları  təbii  məcrada  qələmə  almaq,  mətləbi  yığcam,  konkret  və  lakonik 

formada ifadə etmək bacarığı bu əsərlərin hər birində özünü göstərir. Müşahidə dəqiqliyi və dərinliyi, 

həyat hadisələrinə yaxından bələdliyi, insan psixologiyasını yaxşı duyması və bilməsi ədibin sənətini 

səciyyələndirən  xüsusiyyətlərdəndir”.  O,  yaradıcılığı  boyu  müxtəlif  mövzulara  müraciət  etmiş, 

tarixiliklə  müasirliyi  birləşdirmiş  və  heç  vaxt  mövzu  çatışmazlığı  hiss  etməmişdir.  Bu  da  doğru 

deyilmişdir  ki,  “Mir  Cəlalda  insan  əxlaqının,  davranışının  müxtəlif  aspektləri  real  həyat  materialına 

əsaslanır” (A.Eminov). Bir sözlə, hansı tərəfdən baxılsa, Mir Cəlal səmimi sevgi ilə sevilən, oxunan və 

həmişə təsiri duyulan bir sənətkardır. Onun sənətkarlığı bədii təhlilə sığmayacaq dərəcədə zəngin və 

peşəkar, inadla təsdiqini tapacaq qədər dəqiq və danılmazdır. 

 

 



 

FOLKLOR QLOBALLAŞMA DÖVRÜNDƏ 

 

Təranə HACIYEVA

 

Qafqaz Universiteti 

AZƏRBAYCAN 

 

Folklor  elə  bir  milli-mənəvi  sərtvətdir  ki,  tarixi  proseslərin  nəticəsi  olan  dəyişmələr  burada 



özünün  sistemli,  qanunauyğun  əksini  tapır.  Beləözünəməxsusluq  müasir  elmi  axtarışlar  üçün 

folkloru zəngin və etibarlı mənbə kimi aktual tədqiqat obyektinəçevirir. Müasir araşdırmalarda 

folklorun xalqın özünü ifadəetmə arzusunun əks olunduğu potensiya kimi götürülməsi bu milli-

mənəvi irsin etibarlı, validliyiə malik istinad mənbəyi olmasından xəbər verir. Folklorda keçmiş, 

bu gün və gələcək qovuşmuşşəkildə yaşayır. İnkar etmək olmaz ki, heç bir humanitar elm sahəsi 

nəticəyönümlülük üçün folklor materialına istinad etmədən keçinə bilməz.  

Müasir  dövrdə  folkloru  tədqiqat  obyekti  kimi  aktuallaşdıran,  sosial  funksiyalarını  gündəmə 

gətirən  onun  hansı  xüsusiyyətləridir?  Bu  xüsusiyyətlərdən  birincisi  folklorun  sosial  elmlərin  tərkib 

hissəsi olmasıdırsa, ikincisi dünyada gedən içtimai-siyasi proseslər və elmi-texniki tərəqqidir. Folklor 

sahəsinə  aid  elmi  fikrimizdə  dünya  təçrübəsindən  bəhrələnən  yeni  nəzəriyyələrin  yaranması  da  bu 

məsələdə  az  əhəmiyyət  kəsb  etmir.  Yeni  yaranan  nəzəriyyələr  folkloru  yalnız  bədii  mətn  nümunəsi 

kimi tədqiq edilməkdən qurtarır, ona sosial elmlərin tərkib hissəsi kimi yeni status verir. Elmi-texniki 

tərəqqi, bəşəri dəyərlərin, həyat və yaşayış standartlarının yenilənməsi xalq ədəbiyyatında da forma və 

məzmun  yeniliyinə  rəvac  verir.  Dildə,  yazılı  ədəbiyyatda  yeni  funksional  üslublar  yarandığı  kimi, 

yaxud  əksinə,  zəiflədiyi,  yox  olduğu  kimi  folklorda  da  yeni  xalq  yaradıcılığı  janr  və  nümunələrinin 

yaranması  istisna  edilmir.  Bazar,  ticarət,  peşə,  məşğuliyyət,  turist,  ailə-məişət,  internet  və  sairə  ilə 

bağlı xalq arasında yaranan ifadələr, deyimlər belə nümunələrdən sayıla bilər. Bəzən bizə elə gəlir ki, 

müasir dünyada gedən proseslər, qloballaşma fonunda folklor yaranmır, ağız ədəbiyyatı nümunələrinə 

ehtiyac  duyulmur.  Əslində  isə  müasir  dünyanın  folklor  yaradıcılarının  sosial,  siyasi,  etnik,  poetik 

təfəkkürü  ortaya  fərqli  xalq  yaradıcılığı  nümunələri  qoyur.  Folklora  belə  etibarlı  mənbə  olmaq 

imkanını  qazandıran  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  özündə  ictimai  şüurun  bir  forması  kimi 

xalqın,  millətin  tarixini,  milli  dəyərlərini  yaddaşlaşdırmasıdır.  Belə  ki,  folklor  ümumdüşüncənin 

spesifik  təfəkkür  tipidir  və  təbii,  eyni  zamanda  da  sosial  komponentlərdən  yaranmış,  insanın,  daha 

doğrusu,  toplumın  dünya,  həyat,  ətraf  mühit,  hadisələr  haqqında  təsəvvürlərini  ehtiva  edən  düşüncə 

tərzidir, mentaliteti ifadə edən tarixi mənbədir. 

Dünya  folklorşünaslığındakı  tədqiqatlar  göstərir  ki,  folklor  yalnız  bədii  məhsul  olmaqla 

qalmır,  xalqın  ənənəvi  yaşayışıöyrənən  adət-ənənələr  ensiklopediyası,  ictimai-siyasi  elmlərin 

ibtidai  və  poetik  kursu,  antropologiyanın  tərkib  hissəsi  funksiyaları  da  daşıyır.Bu  baxımdan 

folklorunmillətin genetik kod göstəricisi,tarixi mənbə,keçmişlə gələcək arasında vasitə, milli yaddaş, 

milli kimlik, etnik psixologiya,kulturoloji ensklopediya, ümumilikdə milli  – mənəvi dəyərlər toplusu 

olmaq  kimi  sosial  funksiyaları  onu  mənsub  olduğu  xalqın  ictimai-siyasi,  o  cümlədən  etnopsixoloji, 

psixolinqvistik,  kulturoloji  ,  linqvopolitoloji  dünyagörüşü  barədə  proqnoz  və  ehtimalların 

müəyyənləşdirilməsi üşün də etibarlı mənbə edir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

994



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Xalqın söz sənətinə, folklora marağı hər zaman güclü olub, son illərdə isə bu maraq daha da 

artıb.  Bu,  dövrün  spesifikliyindən  irəli  gələn,  gözlənilən  qanunauyğunluqdur.  Belə  ki,  milli 

mənəvi  dəyərlərin  son  yüz  ildə  sürətlə  dəyişdiyi,  zənginləşdiyi  bir  vaxtda  folklorun  anlayış,  milli 

dəyər  kimi  yeni  münasibətlər  baxımından  tədqiqi  vacib  məsələlərdəndir.  Sürətlə  qloballaşan  müasir 

dünyadakollektiv  təfəkkürün  məhsulu  olan  söz  mədəniyyətinə  dünya  konteksti  çərçivəsində  milli 

bucaq  altında  baxmaq  müasir  bədii  ideologiyanın  zəruri  tələbinəçevrilir.  Eyni  zamanda,  müasir 

dünyada  folklorun  beynəlmiləlliyi,  ümumbəşəri  mahiyyət  kəsb  etməsi  onun  sosial  funksiyalarına  da 

yeni düzəm verir. Müasiri olduğumuz dövrdə yaranan və yaranacaq milli dəyərlər, folklor gələcəkdə 

XXI  əsr  milli  dəyər  daşıyıcılarının  ictimai,  bədii,  müəəyyən  qədər  də  siyasi  təfəkkürünün  inikası, 

məhsulu  kimi  qiymətləndiriləcək,  qəbul  ediləcək.  Bu  baxımdan  müasir  folklorun  məzmun  və  sosial 

funksiyalarının əhəmiyyətinin böyüklüyünü inkar etmək olmaz. 

Müasir  dünyada  folklorun  millətin  genetik  kod  göstəricisi,  tarixi  mənbə,  keçmişlə  gələcək 

arasında  vasitə,  milli  yaddaş,  milli  kimlik,  etnik  psixologiya,  kulturoloji  ensklopediya,  ümumilikdə 

milli  –  mənəvi  dəyərlər  toplusu  olmaq  kimi  vacib  sosial  funksiyalarını  yerinə  yetirə  bilməsi  üçün 

aşağıdakı vəzifələrin reallaşması istiqamətində zəruri işlərin görülməsi məqsədəuyğundur:  

1. milli mənəvi sərvətlər ideoloji konsepsiyasının yaradılması; 

2. dünyanın populyar dillərində Azərbaycan folkloru saytının yaradılması; 

3.dünyanın populyar dillərində Azərbaycan folkloru antologiyasının yaradılması ; 

4

. milli-mənəvi irsimizin areal çalarlar əhatə olunmaqla folklorun müxtəlif sahələr (söz, musiqi, 



sənət, ritual və s.) üzrə növ və janrlarının bir araya gətirməsi və “Azərbaycan folklor atlası”nın ya-

radılması; 

5.  folklorun  bütün  janrlarıüzrə  coğrafi  göstəricilərin  də  daxil  olduğu  milli  kataloqların 

hazırlanması; 

6. milli-mənəvi miraslar və resurslar muzeylərinin, mərkəzlərinin yaradılması; 

7. milli mədəni, mənəvi dəyərlərin ümimdünya mədəniyyəti fonunda əriməməsi üçün dərindən və 

məqsədyönlü təhlil edilməsi;  

8.  milli  folklor  nümunələrimizin  Avropa  qaynaqlarında  öyrənilməsinin  elmi-tədqiqat  mövzusu 

kimi aktuallaşdırılması; 

9. folklorun sosial elmlər arasındakı funksiyalarını öyrənən tədqiqatların aktuallaşdırılması; 

10. yeni yaranan ənənəvi folklor nümunələrinin toplanmasında inmensivliyin artırılması;  

11.  müasir  xalq  ədəbiyyatı  nümunələrinin  (  ticarət,  peşə,  internet,  turist,ailə-məişət  və  sairə) 

toplanması, təhlil edilməsi;  

12. milli folklor nümunələrimizin dünya dillərinə tərcüməsində intensivliyə nail olunması; 

13. müasir yazılı ədəbiyyatda ricət kimi milli folklor nümunələrindən geniş istifadə edilməsi; 

14. hipermətn hədəfi kimi folklor nümunələrinə daha çox müraciət edilməsi

15.  dünyanın  müxtəlifölkələrindəki  mühacir  tədqiqatçıların  araşdırmalarının,  topladığı 

örnəklərin nəşr etdirilməsi. 

Nəticə olaraq qeyd etmək lazımdır ki, folklor, o cümlədən onun bir sıra janrları bəşəri səciyyəli 

olsa  da,  bunların  hər  biri  bədii  düşüncə  ifadəçisi  kimi  ayrı-ayrılıqda  həm  də  millidir  və  bu  sahədə 

görülən,  görüləcək  hər  bir  işin  qayəsində  milli  dəyərləri  qorumaq,  gələcək  nəsillərə  ötürmək 

dayanmalıdır.  

 

ƏLİAĞA VAHİD VƏ TƏHSİL, MAARİF MƏSƏLƏLƏRİ 

 

Mətanət MUSTAFAYEVA 

ADPU-nun Şəki filialı 



reshad_mustafa@mail.ru

 

AZƏRBAYCAN 

 

 

Qəzəlxan,  məhəbbət  şairi,  satirik  söz  ustadı,  hazırcavab  bir  insan,  baməzə  üslubla,  xalqın 



içindən çıxıb onun özü kimi danışmağı bacaran, bəzən qəliz izafətlərlə dolu sevgi izhar edən bir şair, 

xalqın  həyatını  xalqla  yaşayan,  sözünü  aydın  ifadə  etməkdə  cəsur  bir  vətəndaş,  xatirələrdə  sevimli 

şəxs olaraq qalan -Əliağa Vahid.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

995



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

Onun haqqında çox deyilib, çox yazılıb. Bəziləri müasiri kimi, bəziləri ustad kimi tərif edib 



onu.  Sadə  bir  vətəndaş,  ancaq  cəsarətli  bir  insan  kimi  tanımışıq  onu.  Əsərləri,  şeirləri  məst  edib  hər 

birimizi.  Onu  oxuyanda  hər  bir  sözün  hətta  misqalına  qədər  düşdüyü  yerə  uyğun  olduğunu 

düşünürsən, belə qərara gəlirsən ki, məhz bu fikir belə ifadə olunmalıdır, nə artıq, nə əskik.  

 

Satirik  dili  də,  məhəbbət  dili  də  çox  dərin  mənalıdır.  Vahidin  yaradıcılıq  mövzuları 



rəngarəngdir,  fərqlidir.  Odur  ki,  Vahid  yaradıcılığına  başqa  bir  prizmadan  da  baxmaq  lazımdır.  O 

yalnız  cəmiyyətdəki  eybəcərliyi  sarkazmla  tənqid  etmir,  həm  də  insanları  cəhalətdən  qurtulmağa 

səsləyir.  

 

Bugün Vahidin yalnız bir meyxanaçı kimi təqdim olunduğunu nəzərə alsaq, onun şeirlərinin 



mövzularına daha dərindən varmaq, onları yenidən təhlilə cəlb etmək lazımdır. Düşünsək ki, hələ də 

cəhalət, geri qalmış düşüncələr cəmiyyətimizdə mövcuddur, qızların bəzi bölgələrdə elm və təhsildən 

uzaq  tutulmaları,  əvəzində  vaxtından  erkən  nikaha  daxil  edilmə  halları  mövcuddur,  deməli,  Vahid 

mövzuları bizim üçün aktualdır, çağdaşdır. 

 

Bəzən  satirik  dillə,  bəzən  yumorla,  bəzən  ciddi  həyati  bir  gerçək  kimi  Vahid  öz  şeirlərində 



təhsil, elm məsələlərinə toxunur, öz mövqeyini əslində, bir ziyalı kimi ortaya qoyur.  

 

“Məktəb  nə  deməkdir?”  şeirində  şair  məktəbin  insanlar  üçün,  xalqın  gələcəyi  üçün 



əhəmiyyətindən danışır, yalnız onunla məqsədə nail olmağın mümkünlüyündən bəhs edir, bəşəriyyətin 

xilası, cəhalətdən qurtulmağın çarəsi yalnız məktəbdir: 

 

 

 



Cahilləri məktəbdir edən mərdi-xirədmənd, 

 

 

 

Vəhşiləri məktəbdir edən vaqifi-hikmət. 

 

Günümüzün  problemli  məsələlərindən  olan  dində  ifratçılıq,  baş  yarmaq,  qan  çıxarmaq  kimi 



İslama yaraşmayan əməllərdən bəhs edərkən şair yazır: 

 

 



 

Sənətlə, məktəblə dünya mədəniləşdi

 

 

 

Amma ki, müsəlmanlar baş yarmağı öyrəşdi. 

 

 

 

Sil gözlərini yaşdan, gör bir nə keşakeşdi, 

 

 

 

Səhradə müsəlmanlar, dəryadə müsəlmanlar, 

 

 

 

Cəhlə, yetər, aldanmaq iftadə, müsəlmanlar! 

 

“Ana və oğul” deyişməsində ananın öz cahilliyindən, oğlunu qan aparmasından, gözü önündə 

balasının həyatla vidalaşmasından doğan peşmançılıq, düşdüyü vəziyyətə üsyan təsvir olunur. Övladı 

yetişdirən, həyatı, həqiqiətləri başa salmalı olan valideyn –anadır. Lakin paradoks bundadır ki, ana –

yəni ümumi olaraq öndəki öndər, müdrik olmalı böyük özü cəhalət pəncələrindən qurtula bilməyib. Bu 

zülmət zəngirvari reaksiya kimi nəsildən –nəsilə ötürülərək çoxalır, dərinləşir: 

 

 

 



 

Verirəm indi də nahaq yerə mən can, ay ana! 

 

 

 

 

Barı qoyma məni gözdən, aparır qan, ay ana! 

 

Vahid  poeziyasında  qadın  prioritet  mövzulardandır.  Şair  bu  mövzuya  ehmallıca  yanaşır, 

kimsələri  rəncidə  etmədən,  fikirlərini  bildirir.  Qadının  böyük  qüvvə  olduğunu  düşünən  Ə.Vahid  ona 

azadlığın verilməsinin, elm-təhsil görməsinin tərəfdarıdır, bundan sonra qadın gözəl gələcək yetişdirə 

biləcəkdir: 

 

 



 

 

Qadınla yüksələcək şəni Azəristanın, 



 

 

 

 

Olursa tərbiyə uğurunda səyi insanın. 

 

 

 

 

...Şərəflə ömrünü sərf et maarif uğurunda, 

 

 

 

 

Gözətlə izzəti-nəfsin, unutma vicdanın. 

 

Vahidin  “Cahilə  qız  demişkən”,  “Çadra”  satiraları  zavallı,  elmdən,  təhsildən,  cəmiyyətdən 



uzaq tutulan qızların adından qələmə alınmışdır. “Cahilə qız demişkən” şeirində bədbinlik, küskünlük, 

məyusluqla  yanaşı  cahil  bir  qızın  acizanə  həqiqət  axtarışları  əksini  tapmışdır.  Qız  düşdüyü 

vəziyyətdən razı deyil, tay-tuşlarının məktəb oxumasının, özünün isə çadraya məhkum edilərək ömür 

sürməsinin ədalətli olmadığının fərqindədir, ancaq etirazının daha böyük maneəyə rast gəldiyini görür, 

ana–atasının “elm düşməni” olduğunu düşünür: 

 

 



 

Elm aldı, atdı çadrasını yarü yoldaşım, 

 

 

 

Mən çadra içrə qaldım, ağardı saçım-başım. 

 

 

 

...Hər külfət içrə alimə qızlardı gül-çiçək, 

 

 

 

Qız, oğlunu maarifə sövq eyləsin gərək. 

 

“Çadra” satirasında isə şair çadralı bir qızın öz çadrasına “bağlılığından”, cahilliyini “üstün” 

saymasından bəhs edir ki, bunun ifadə tərzini hətta sarkazm adlandırmaq olar. Çadralı qız cəmiyyətdə 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin