Conference committees conference chairs c


KOMPÜTER LÜĞƏTÇİLİYİ LEKSİKOQRAFİYADA



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə40/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   36   37   38   39   40   41   42   43   ...   189

KOMPÜTER LÜĞƏTÇİLİYİ LEKSİKOQRAFİYADA                                 

YENİ MƏRHƏLƏ KİMİ 

 

Rəna MƏMMƏDOVA 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 



rena.memmedova.1991@inbox.ru 

AZƏRBAYCAN 

 

Dilçiliyin ən qədim və ən çox istifadə olunan, qeyri-dilçilərin də gündəlik tələbatına çevr-



ilmiş müxtəlif çeşidli lüğətlərin tərtibi məsələləri ilə məşğul olan sahəsi – lüğətçilik (leksikoq-

rafiya) yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin aparıcı xüsusiyyəti infor-

masiya  texnologiyalarının  yaradılması  və  inkişafı,  kompüterlərin  lüğətçilikdə  istifadəsi  ilə 

səciyyələnir. 

Lüğətçilik böyük səbir, zəhmət, səriştə, bilik tələb edən bir sahədir. Burada işin elmi cə-

həti  ilə  yanaşı  “texniki”  cəhətləri  də  var.  Belə  ki,  sözlər  və  söz  birləşmələri  kartoçkalara 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

971



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yazılıb sistemləşdirilməli, qruplaşdırılmalı və əlifbaya düzülməlidir. Əlifbaya düzülmə təkcə 

birinci  hərfə  görə  deyil,  sözün  bütün  hərflərinə  görə  aparılır.  Bu  isə  çox  ağır  və  yorucu  bir 

fəaliyyət  növüdür  və  həddindən  artıq  vaxt  ayırmaq  tələb  olunur.  Lüğət  çap  olunmamışdan 

köhnəlir, aktuallığını itirir və onun yenidən tərtibinə, yeniləşməsinə, tamamlanmasına ehtiyac 

yaranır.  

Kompüter  texnologiyası,  müasir  kompüterlər  bu  mərhələdə  lüğətçilərə  böyük  kömək 

göstərə bilər. Sözlüyün qruplaşdırılması, sistemləşdirilməsi və əlifba ardıcıllığı ilə düzülməsi 

işləri kompüterlərdə qısa zaman kəsiyində yerinə yetirilə bilər. 

Məsələnin başqa bir tərəfi həmin lüğətlərin internet məkanında yerləşdirilməsidir. Deməli, 

kömpüterlər  iki  məsələdə  lüğətçilərə  yardım  etmiş  olur:  lüğətin  tərtibinin  sürətləndirilməsi 

(avtomatlaşdırılması)  və  onların  qlobal  şəbəkələrdə  yerləşdirilməsi.  Ancaq  elektron  məkana 

qoyulan hər hansı lüğət elektron lüğət deyil. Lüğət çap olunduğu şəkildə,yəni kitab formatında 

internetdə yerləşdirilə bilər. Həmin kitaba müraciət adi lüğətin kitab kimi ekranda oxunmasıdır. 

Heç bir ilkin işlənmə, sorğuya görə markerlənmə və s. aparılmadığı üçün müxtəlif məqsədlərlə 

ona müraciətlər də  yox dərəcəsində olur.  Lüğətçiliyin inkişafının  yeni mərhələsi həm də  lüğət 

və onun tərtibi məsələlərinə yeni baxışın yaranması və formalaşması ilə səciyyələnir.  

Kompüter  lüğətçiliyi  kompüter  dilçiliyinin  bir  sahəsi  kimi  həmin  kontekstdə  öyrənilmə-

lidir.  Bu  termin  vaxtilə  dəbdə  olan  və  çox  işlənən  statistik  leksikoqrafiya  terminini  də  ehtiva 

edir. Kompüter lüğətləri adi lüğətlərdən aşağıdakı səciyyələrinə görə fərqlənir: 

-  Lüğətə  müraciət  və  ondan  müəyyən  sorğular  əsasında  məlumatların  alınması  proseduru 

daha sadə və sürətlidir; 

-  Eyni  zamanda  bir  neçə  lüğətə  müraciət  edib,  sözün  mənasının  qısa  zamanda  dəqiqləş-

dirilməsi və ümumi nəticənin çıxarılması mümkündür. Adi lüğətlərdə bu işin yerinə yetirilməsi 

üçün xeyli vaxt və zəhmət tələb olunardı; 

- Bu lüğətlərin hər birində hər hansı bir dili ön plana çəkmək və başqa lüğətlərdə müqayisə 

aparmaq imkanı var. Məsələn, 8 dilli tərcümə lüğətində hər hansı bir dil əsas götürülə bilər. Yə-

ni çoxdilli lüğətlərdə təmsil olunmuş bütün dillər eyni hüquqa və axtarış imkanlarına malikdir; 

-  Adi  lüğətlər  çap  olunduqdan  sonra  təkrar  nəşrə  qədər  dəyişməz  qalır,  sözlərin  sayı  və 

izahı dəyişdirilə bilməz. Kompüter lüğətləri açıq, hərəki sistemlərdir. Belə lüğətlərə yeni sözləri 

ani  olaraq  əlavə  etmək,  düzəliş  aparmaq  və  köhnəlmiş  sözləri  çıxarmaq  (və  ya  həmin  sözləri 

ayrıca qrupda yerləşdirmək) mümkündür.  

İngilis dilində ən çox yayılmış və geniş istifadə olunan komputer lüğətlərinə “Dictionary. 

com”, “Dictionaries” və “Onelook Dictionaries” elektron resurslarını nümunə göstərmək olar. 

Bu lüğətlərin hər biri 200-dən çox lüğətdən ibarətdir. Adları sadalanan lüğətlər müəyyən te-

matik qruplara ayrılmış birdilli və ikidilli lüğətləri əhatə edirlər.  

Azərbaycanda  kompüter  lüğətçiliyinin  tarixi  ötən  əsrin  70-ci  illərindən  başlanır.  Həmin 

illərdə ilk dəfə olaraq Azərbaycanda qəzet dilinin tezlik lüğəti “BESM – 2” elektron hesabla-

ma maşınlarının köməyi ilə tərtib olunmuşdu. 

Azərbaycanda  kompüter  lüğətçiliyi  məsələsinə  iki  yanaşma  mövcuddur.  Birinci  yanaş-

mada kompüter vasitəsi ilə tərtib olunan müxtəlif statistik lüğətlər nəzərdə tutulur. İkinci ya-

naşma internet məkanında təmsil olunan lüğətləri əhatə edir. Kompüterdə təmsil olunan lüğət-

ləri də iki qrupa ayırmaq olar: heç bir ilkin işlənmə olmadan, kağız (kitab) variantında olduğu 

kimi internetdə yerləşdirilmiş lüğətlər və xüsusi olaraq internet məkanında istifadə üçün işlən-

miş elektron lüğətlər.  

İnternetə yerləşdirilmiş elektron lüğətlər internetə qoyulmazdan əvvəl işlənmiş və istifa-

dəçilərin  sorğusuna  görə  məlumatvermə  imkanına  malikdirlər.  Belə  lüğətlər  həm  müstəqil, 

həm də tərcümə sistemlərində komponentlərdən biri kimi elektron məkana daxil olunmuşlar: 

1.  ”Dilmanc”  Azərbaycanda  ilk  maşın  tərcüməsi  sistemidir.  Azərbaycanca-  ingiliscə, 

ingiliscə-azərbaycanca və türkcə-azərbaycanca “Dilmanc” tərcümə sahəsində artıq tanınır. Bu 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

972



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sistemdə böyük mətnlər də tərcümə olunur.”Dilmanc” maşın tərcüməsi sistemində alınmış tər-

cümənin  və  ayrı-ayrı  sözlərin  düzgün  tələffüzü  səsləndirilə  bilər.  “Dilmanc”ın  yaranması  ilə 

Azərbaycan dilinin formal qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal mor-

foloji, sintaktik və semantik təhlil, tərcümə olunmuş dildə cümlənin sintezi alqoritmləri işlənib 

hazırlanmışdır.  Leksik  baza  250000-dən  artıq  ümumişlək  söz-forma  və  söz  birləşməsindən 

iba-rətdir.  

2.  Poliqlot  lüğətləri  sistemi  istifadəçilərin  dərin  rəğbətini  qazanmış  populyar  saytlardan 

hesab  olunur.  Proqram  Azərbaycan  Respublikasında  İnformasiya-Kommunukasiya  Texnolo-

giyalarının  inkişaf  etdirilməsi  layihəsi  çərçivəsində  hazırlanmışdır.  Layihədə  almanca-azər-

baycanca,  ingiliscə-azərbaycanca,  azərbaycanca-ingiliscə,  azərbaycanca-almanca,  fransızca-

azərbaycanca,  azərbaycanca-fransızca,  rusca-azərbaycanca,  azərbaycanca-rusca,  ingiliscə-

rusca lüğətlər təmsil olunmuşdur. Qeyd etmək lazımdır ki, “Kitab.az” saytının qızıl onluğunda 

“Poliqlot” elektron lüğətlər sistemi 5-ci yerdədir. 

3.  Azərbaycan  dilinin  orfoqrafiya  lüğətinin  elektron  variantı  “Azərbaycan  dilinin 

orfoqrafiya lüğəti” kitabı əsasında hazırlanmışdır.  

4. Adi lüğətlərdə əvvəli eyni hərflərdən ibarət olan sözlər bir yerdə yerləşirsə, əks lüğətdə 

sonu  eyni  hərflərdən  ibarət  sözlər  bir  sırada  düzülmüş  olur.  Belə  ki,  Azərbaycan  dilinin  əks 

lüğətində bütün fellər, daha doğrusu –maq və -mək şəkilçili fel qrupları iki yerə toplanmışdır. 

-lıq şəkilçili bütün isimlər bir qrupda, -lı şəkilçili bütün sifətlər isə bir sırada olacaqdır. Məhz 

bu xüsusiyyət əks lüğətlərin praktik istifadəsi üçün mühüm amillərdən biri sayılır. 

 

 

 

LEKSİKOQRAFİYADA ELEKTRON LÜĞƏT FENOMENİ 

 

Jalə MƏMMƏDOVA 

AMEA Dilçilik İnstitutu 

AZƏRBAYCAN 

 

Elektron  leksikoqrafiyanın  rolu  dil  öyrənmə  prosesində  böyükdür.  Beləki,  sözlərin 

lüğətlərdə  axtarışı  yeni  texnologiya  ilə  həyata  keçirilir.  Bu  müasir  leksikoqrafiyada  xüsusi 

lüğət formaları ilə yerinə yetirilir. İnformasiya texnologiyaları dillərin intesiv öyrənilməsində 

çox böyük əhəmiyyətə malikdir və müxtəlif dillərin öyrənilməsində müsbət təsir göstərir. Hal-

hazırda müxtəlif alətləri və funksiyaları olan elektron lüğətlər çoxdur. İstifadəçilər ən çox dil 

öyrənmədə  bu  növ  lüğətlərə  müraciət  edirlər.  Sözsüz  ki,  lüğətlər  filoloqun,  tərcüməçinin, 

müəllimin  və  tələbənin  əsas  baza  təşkil  edən  köməkçi  alətidir.  Lüğətlə  işləməmişdən  öncə 

istifadəçi əvvəlcə lüğətin imkanlarına diqqət yetirməlidir ki, bu lüğətdə o istediyini tapacaq ya 

yox.  Ona  görə  də  iri  tirajlı  kitab  lüğətlərdənsə,  elektron  lüğətlərin  istifadəsi  daha  rahat  yol 

olaraq yaranıb. Amma bəzi istifadəçilər kitab lüğətlərdən hələ ayrıla bilmir.  

Elektron  lüğət  fenomeni  nisbətən  yaxın  vaxtlarda  yaranıb.  Bu  sahə  ətrafında  bir  çox 

tədqiqat  işləri  aparılmışdır.  Hazırda  dildə  “elektronlüğət”  və  “lüğətlər  elektrondaşıyıcıda” 

kimi terminlər yayılmışdır. Kompakt diskdə olan lüğətlər diskdə böyük yer tuturlar və bundan 

istifadə eynilə ənənəvi lüğətlər kimidir. Elektron lüğətlərin kitab lüğətlərdən fərqi - təqdimat, 

texniki funksiyalar, texniki aspektlər, multimediyalı elementlər, şəkillər, səslər, animasiyalar 

və  qısa  videoroliklərin  olmasıdır.  Hazırda  mövcud  olan  elektron  lüğətləri  qiymətləndirmək 

lazımdır.  Dil  öyrənərkən  belə  vacib  elementlərin  olması  zəruridir,  leksikanın  estetik 

görnüşünü gözəlləşir və burada işləmə atmosferası yüngülləşir, hər bir istifadəçi burda özünü 

rahat  hiss  edir.  Müasir  elektron  lüğətlərdə  videoyaların,  animasiyaların,  hiper-linklərinvə 

müxtəlif  illustrasiyaların  olması  onların  üstünlükləridir.  Bu  cür  gostəricilər  kağız  lüğətlərdə 

yoxdur.  Elektron  lüğətlərdə  əlifba  sırası,  leksik  vahidlərlə  və  səsli  axtarışlar  mümkündür. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

973



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Burada xüsusi orfoqrafik korrektor var ki,  əgər istifadəçi  sözü səhf  yazırsa bu halda  yazının 

yanında ayrıca pəncərədə həmin sözə uyğun güman edilən sözlər siyahısı açılır. Təbii ki, bu 

həmin elektron lüğətin yaddaşında olan söz imkanı vasitəsilə meydana çıxır. Başqa bir simvol 

əvəzlənməsi  funksiyası  da  var  ki,  buna  joker  deyilir.  Elektron  lüğətlərin  bu  mərhələsi 

başlanğıc  mərhələ  sayılır,  bundan  sonrakı  mərhələ  daha  ciddi  problemlərin  həllini  tapır. 

Чумарина  Г.Р.,  “ЭЛЕКТРОННАЯ  ЛЕКСИКОГРАФИЯ  ПРИ  ОБУЧЕНИИ  ЯЗЫКАМ” 

г.Казань (internetresurs) 

HeninqBorqenholtzqeydetmişdirki,  əgərelektronlüğətlərpotensialolaraq  sürətli  axtarışa 

icazə  verirsə  aktualolaraqbuonuntərtibatındanasılıdır,  elektron  mətbuat  bizinarahatçılıqlardan 

xilasedənbirvasitədir.  Bununlayanaşı,  otəkməlumat  bazasından  ayrılan  dörd  monofunksional 

lüğət  dəstinitəsviredib.  O,  bulüğətlərindahagenış  istifadə  vaxtını  səbrsizliklə  gözləyir,  və 

onagörə  də  logfayllaristifadəçinindahageniş  tədqiqatınadəstək  üçünkifayyətqədərböyük 

məlumat  bazası  olacaq.  Elektronlüğətlərinternetlə  əlaqəlidiroradanə  yeniliklər  varsa  eyni 

zamandabusistemə  də  tətbiqimümkündür.  HeninqBorqenholtzhəmçininburadayaxındostları 

SueAtkinsvə  MichelRundelltərəfindənyazılmış  “Oksfordpraktikileksikoqrafiya”  kitabı  haqq-

ında  “Buadikitabdeyil,  buleksikoqrafiknəzəriyyədir,  ənyaxşı  nəticəninmövcudluğuna  inana 

bilmirik”  demişdir.  Ümumiyyətlə  bukitabdabirneçə  dilçi,  leksikoqraflarınadları  çəkilmişdir. 

Buradaxüsusielektronlüğətçiliyində istifadə olunanterminlərdə daxiledilmişdir. Məsələn:  

copycats  (paper  dictionaries  copied  onto  digital  media)  -  ənənvi  lüğətlərin  rəqəmsal 

mətbuata köçürülməsi 

faster horses (as copycats, but faster searching) – daha sürətli axtarış qabiliyyətli 

model  T  Fords  (first  attempts  at  using  what  digital  media  offer)  –  rəqəmsal  mətbuatın 

təklifində ilk cəhd. Pedro A. Fuertes-Olivera and Henning Bergenholtz “e-Lexicography: The 

Internet, Digital Initiatives and Lexicograph” p 26-27 

  Elektron  lüğət  fenomeni  texminən  on  ildir  ki  yaranıb,  onların  istifadəsini  öyrənmək 

üçün bir az zaman tələb olunur. Gələcək yeni nəsil elektron lüğətləri daha da təkmilləşdirmək 

üçün beş əsas üsul: 

1.  Gələcək  nəslin  lüğətləri  özündə  kağız  lüğətləri  daxil  edə  bilməyəcəyi  şeyləri  daxil 

edəcək:  morfemlərə  giriş,  maksimim  dərəcədə  çıxışlar,  mənalar,  nümunələr,  ifadələr  və  s. 

Yaddaş diskinin 650 Mb həcmində ola bilər. 

2.  Gələcək  nəslin  lüğətləri  dildə  və  metadildə  istifadəçilərin  xarakteristikalarında 

(azarkeşlər, tərcüməçilər, ekspertlər) elastiklik qabiliyətinə malik olmağı təklif edə bilərlər. 

3.  Lüğət  tərtibatçıları  elektron  lüğətlərdən  istifadə  səviyyəsini  artıra  bilər.  Bir  tərəfdən 

çoxlu girişlər etməklə onlar yalnız sözün üzərinə basmaqla mətnə uyğun yaxın mənanı birbaşa 

əldə  edə  bilərlər.  Digər  tərəfdən,  istifadəçilər  elə  bir  funksiya  seçməlidirlər  ki,  mənaları 

müqaisə etmək üçün eyni zamanda bir neçə variantlar ekranda görsənsin. 

4.  Elektron  lüğətlər  mətnin  təhlili  proqramına  inteqrasiya  edə  bilər.  Bir  tərəfdən  onlar 

istifadəçinin  əlavə  olaraq  lüğətə  müraciət  etməyə  ehtiyacı  olmur  və  bilavasitə  məqaləni 

üzləşdirmək  imkanı  verir.  Digər  tərəfdən  isə  tək  orfoqrafiya  səviyyəsində  deyil,  üslub, 

qrammatika səviyyəsində mətndə orfoqrafik korrektor daxil edə bilərdi. 

5.  Tərtibatçılar  elektron  lüğətlərin  interfeysini  qaydaya  sala  bilərlər.  Yaxşı  olardı  ki, 

funksiyanı elə tərtib edərdilər ki, iş metodunu dəyişməyə ehtiyac olmazdı.  

Mövcud  elektron  lüğətlərdə  texniki  çatışmazlıqların  olmasına  baxmayaraq,  istifadəçilər 

üçün  böyük  üstünlüklərə  malikdirlər.  Дисс.  Чумарина  Гузель  Раисовна  “Теория  и 

практика составления электронных словарей” стр 54-56 

Tərcüməçilərehtiyacduyduqları 

terminləriaxtarmaq 

üçünelektronlüğətlərtərəfindəntəklifedilənaxtarış 

imkanlarınıntam 

üstünlüyünü 

görməyərəkcəldbaşqaresurslara,  İnternetvə  korpuslar  (yazılı  mətnlərtoplusu)  kimivəsaitlərə 

uztuturlar.  Yuxarıdadeyilənlərə  ziddolaraq,  G.Korpastərəfindəntəklifolunantəlimproqramları 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

974



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

lüğətlərdənnecə  istifadə  etmənivə  tərcümə  üsulunutələbələrə  öyrətməkdə  yardımçıdır. 

 

G.Korpasagörə, 



tərcüməçilərözlərilüğətlərdənfaydalı 

istifadə 

edə 

bilmirlər. 



Lüğətlərinistifadəsiməktəbvə  universitetlərinkurrikulium  (tədrisplanı)  sisteminin  inteqral 

hissəsi  deyil.  Həttatərcümə  məktəblərində  lüğətlərinistifadəsiqaydaları  haqqında  xüsusi 

kurslar  keçirilir.  Aydındırki,  sözlərinmənalarınındüzgüntapılması  elektronlüğətlərinaxtarış 

panelindənməntiqi  şəkildə  istifadəsindənasılıdır.  Tərcüməçilər  özlüğətlərində  olanboşluğuvə 

limiti, həmçininonlardanfaydalı istifadə qaydalarını bilməlidirlər. 

Tərcüməçilərehtiyacduyduqları terminləriaxtarmaq üçün elektron lüğətlər tərəfindəntəklif 

edilənaxtarış  imkanlarınıntam  üstünlüyünü  görməyərəkcəldbaşqaresurslara,  İnternetvə 

korpuslar  (yazılı  mətnlərtoplusu)  kimivəsaitlərə  uztuturlar.  Yuxarıdadeyilənlərə  ziddolaraq, 

G.Korpastərəfindəntəklifolunantəlimproqramları  lüğətlərdənnecə  istifadə  etmənivə  tərcümə 

üsulunutələbələrə öyrətməkdə yardımçıdır.   G.Korpasagörə,  tərcüməçilər  özlərilüğətlərdən 

faydalı istifadə edə bilmirlər. Lüğətlərinistifadəsiməktəbvə universitetlərinkurrikulium (tədris 

planı)  sisteminininteqralhissəsideyil.  Həttatərcümə  məktəblərində  lüğətlərinistifadəsi  qayda-

ları  haqqındaxüsusikurslarkeçirilir.  Aydındırki,  sözlərinmənalarınındüzgüntapılması  elektron 

lüğətlərinaxtarış  panelindənməntiqi  şəkildə  istifadəsindənasılıdır.  Tərcüməçilər  öz  lüğət-

lərində olanboşluğuvə limiti, həmçininonlardanfaydalı istifadə qaydalarını bilməlidirlər. 

 

 



DİLÇİLİK TERMİNOLOGİYASINDA ABREVİATURALAR 

 

Elvin ATAKİŞİYEV 

Gəncə Dövlət Universiteti 



elvinatakishiyev@mail.ru 

AZƏRBAYCAN 



 

Dilçilik  terminologiyasında  müşahidə  olunan  üsullardan  biri  də  abreviaturalardır.  Abreviatura 

termini  italyan  dilindən  alınma  hesab  olunur.  Öz  növbəsində  italyan  dilindəki  abreviatura  sözü  də 

latın dilindən keçmədir, başqa sözlə desək, latın mənşəlidir. Belə ki, latın dilindəki brevis sözü “qısa” 

mənasındadır. Bəzi dilçilər bu sözü latın dilindəki abbrevio “ixtisar edirəm” sözü ilə əlaqələndirir. 

Dilçilikdə  abreviaturaların  müxtəlif  növlərini  fərqləndirirlər:  hərfi  abreviaturalar,  hərfi-səsli 

(qarışıq)  abreviaturalar  və  səsli  abreviaturalar.  Abreviaturaların  aşağıdakı  növləri  vardır:  1.Hərfi 

ixtisarlar;  2.Qarışıq  ixtisarlar;  3.Heca-termin  ixtisarları.  Abreviaturanın  göstərilən  növləri  bu  və  ya 

digər  dərəcədə  tədqiq  etdiyimiz  dillərdəki  dilçilik  terminlərində  də  özünü  göstərir.  Terminologiyada 

abreviatura  üsulu  termin  yaradıcılığında  başqa  üsullardan  fərqlənir.  Çünki  bu  üsulda bu  və  ya  digər 

anlayışın ifadəsi üçün yeni termin yaratmaq deyil, terminologiyada artıq mövcud olan terminləri eyni 

məzmunda,  lakin  qısaldılmış  şəkildə  əlverişli  şəklə  salmaq  nəzərdə  tutulur.  Onlar  yeni  anlayış  ifadə 

etmirlər və söz birləşməsi şəklində formalaşan terminlərin ixtisar formasıdır. Oxşar fikrə İ.Qasımovda 

da  rast  gəlirik.  Terminologiyada  abreviaturaların  əhəmiyyətini  qeyd  edən  müəllif  yazır:  “Bu  yolla 

terminlərin  çoxalması  dildə  söz  yaradıcılığının  digər  üsullarından  xeyli  fərqlənir.  Belə  ki,  digər 

üsullarla  termin  yaratma  zamanı  dilin  leksik  qatı  bu  və  ya  digər  yeni  vahidlərlə  zənginləşirsə, 

abreviatur  dildə  hazır  şəkildə  mövcud  olan  dil  vahidlərinin  eyni  məzmunda,  lakin  başqa  formada  – 

qısaldılmış  şəkilıdə  meydana  çıxmasıdır”.  Qeyd  eləmək  lazımdır  ki,  Azərbaycan  dilçiliyində 

abreviatura  üsulu  ilə  yaranan  ixtisarları  terminin  ixtisar  forması  kimi  deyil,  yeni  termin  kimi  qəbul 

edən dilçilər də var. Başqa sözlə desək, bu dilçilər abbreviaturaları dilin lüğət tərkibinin zənginləşməsi 

yollarından biri hesab edirlər. Məsələn, M.Qasımova görə, ayrı-ayrı dillərdə elmi-texniki terminlərin 

yaradılması üsullarından biri də sözlərin ixtisarı, yəni abreviaturadır. M.Qasımov xüsusi qeyd edir ki, 

abreviatura üsulu ayrı-ayrı terminoloji sistemlərdə sözə qənaət edilməsinə, çoxsözlü terminlərin kon-

kret  terminlərlə  əvəz  olunmasına  şərait  yaradır.  Azərbaycan  dilçilərindən  H.Həsənov  da  analoji  fikri 

müdafiə  edir.  Belə  ki,  o  da  abreviaturaları  terminyaratma  üsullarından  biri  hesab  edir.  Y.Məmmədli 

abreviaturları sintaktik  yolla  söz  yaradıcılığının  bir qolu  hesab  edərək  abbreviaturları sintaktik  yolla 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

975



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

terminyaratmanın bir üsulu kimi araşdırmaya cəlb edir. Bu fikrə “Müasir Azərbaycan dili” əsərində də 

rast gəlirik. Bu əsərdə abbreviaturalar “mürəkkəb ixtisarlar” adı altında verilir və onlar sintaktik üsulla 

yaradılan  yeni  sözlər  kimi  təqdim  edilir:  “Sintaktik  üsulla  yaradılan  yeni  sözlərin  bir  hissəsini  də 

mürəkkəb ixtisarlar təşkil edir”. Lakin müəllif elə buradaca abreviaturların dildə anlayışın yeni ifadəsi 

olmadığını qeyd edərək bu dil vahidlərinin digər sözyaratma üsullarından fərqini də nəzərə çarpdırır və 

bununla  da  abreviaturaların  dildə  xüsusi  kateqoriya  olduğunu  göstərir:  “Lakin  başqa  leksik 

vahidlərdən  fərqli  olaraq  mürəkkəb  ixtisarlar  anlayışın  yeganə  ifadəsi  deyildir.  Mürəkkəb  ixtisar 

sözlərlə  yanaşı,  dildə  onun  tam  izahını  təşkil  edən  söz  birləşmələri  də  mövcud  olur”.  Azərbaycan 

dilində abreviaturaları tədqiq edən M.M.Adilov leksik abreviaturaların dilin digər sözlərinə aid bütün 

xüsusiyyətlərə malik olduğunu və abbreviasya hadisəsinin məhsulu olan abbreviaturaların dilin lüğət 

tərkibinin zənginləşməsində xüsusi rol oynadığını qeyd edir. Azərbaycan dilində abreviatura əsasında 

meydana  çıxan  dilçilik  terminlərini  müxtılif  prinsiplər  əsasında  qruplara  ayırmaq  olar.  Bunlardan 

birincisi  abreviaturanın  hansı  dildəki  söz  birləşməsi  əsasında  meydana  çıxması  prinsipidir.  Bu 

prinsiplə  abbreviatura  üsulu  ilə  meydana  çıxmış  dilçilik  terminlərini  iki  qrupa  ayırmaq  olar:1.Hərfi 

ixtisarlar: 

Hərfi 

ixtisarlar  dilçilik  terminologiyasında  daha  çox  işlənir.Belə  ixtisarlar 



deyildikdə,terminlərin  baş  hərflərindən  düzəldilən  ixtisarlar  nəzərdə  tutulur.Bu  da  ondan  irəli  gəlir 

ki,çoxsözlü  terminlər  əvəzinə  onların  tərkibinə  daxil  olan  sözlərin  baş  hərflərindən  ibarət  terminlər 

işlədilir.  Məsələn,  Beynəlxalq  Fonetik  Transkripsiya-BFB,  Kazan  Dilçilik  Məktəbi-KDM, 

DESKRİPTİV DİLÇİLİK MƏKTƏBİ-DDM, Dillərin Tipoloji Təsnifi-DTT, Füsey Nəzəriyyəsi –FN, 

Funksional Dilçilik Məktəbi-FDM və s. 

2.  Heca-termin  ixtisarlar.  Bu  ixtisarlarda  terminlərdən  birinin  başlanğıc  hissəsi  alınıb  bütöv 

terminlə 

birləşdirilir. 

Məsələn, 

hidroleksem, 

hipersema, 

hiperurbanizm, 

subopdinativ, 

desemantikləşmə, etnolinqvistika, paleoqrafiya, siqnifikasiya, sinsemantika, transformasiya və s. Qeyd 

edək  ki,  abbreviaturalardan  istifadə  olunmasının  həm  üstün,  həm  də  kəsir  cəhətləri  vardır.  Dil 

sisteminin  lakonizm  tələblərinə  cavab  verdiyinə  görə  onların  işlədilməsi  əlverişlidir.  Lakin 

abbreviaturaların daxili mənası bir çox hallarda geniş auditoriyaya məlum olmur, onlar şifahi nitqdə az 

işlənirlər.  S.Sadıqova  yazır:  “Belə  abreviaturaların  daxili  mənası  yalnız  müvafiq  mütəxəssislərə 

məlum  olur  və  ixtisas  leksikasında  sirr  kimi  gizli  qalır.  Daxili  mənanın  geniş  ünsiyyət  zamanı 

motivləşməməsi bu cür vahidləri emosionallıq və ekspressivlik xüsusiyyətindən məhrum edir, “quru” 

saxlayır, onların sırf termin funksiyası daşımasında mühüm rol oynayır. Belə ki, belə terminlərin daxili 

məzmunu yalnız bu və ya digər elm sahəsində anlayışların qruplaşdırılması ilə, elmin özünün inkişafı 

ilə  əlaqədar  dəyişir.  Digər  tərəfdən  ixtisar  terminlərin  daxili  formasının  həmin  xüsusiyyəti  (“quru”), 

ümumiyyətlə,  elmi  dildə  ingilis,  rus  dili  və  ya  başqa  əcnəbi  dil  vahidlərinin  orijinalda  olduğu  kimi, 

hətta  transkripsiya  etmədən  saxlanılmasını  reallaşdırır”.  Bütün  bunlar  Azərbaycan  dilində  dilçilik 

terminlərində abbreviaturalardan geniş istifadə olunduğunu aydın şəkildə göstərir. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin