Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə37/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

956



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yanaşmanı  nəzərə  alıb  "Elin  dərdi  çox  olur,  bunlara  ağlamaq  lazım  gələrsə,  göz  kor  olar”  kimi  bir 

məna çıxara da bilərik. Yaxud, tam tərsi, "elin dərdini çəkmə” kimi də anlamaq olar. Amma bu məna 

da  ümidsizlikdən  qaynaqlanan  nəticə  kimi  görünür.  Sözsüz  ki,  atalar  sözü  hansısa  tarixi  dövrdə, 

ictimai-siyasi,  yaxud  məişət  zəminində  yaranır,  buna  görə  də  hər  iki  ideya  istiqamətini  düşünmək 

olar”. Dilçilərin sinonim kimi qəbul etdiyi bir çox sözlər var ki, fəlsəfi kontekstdə onlar fərqli məzmun 

daşıyırlar.  “El”,  “əhali”,  “kütlə”,  “camaat”,  “xalq”  və,  nəhayət,  “millət”,  “cəmiyyət”,  “bəşəriyyət” 

sözləri heç də sinonim olmayıb, özünəməxsus məna çalarına malikdirlər. Kütlə və camaat adətən hansı 

isə  bir  ideya  ətrafında  toplanmayan  adamların  kortəbii  birliyidir.  Onu  müəyyən  məcraya  yönəltmək, 

yönləndirmək, idarə etmək ona görə mümkün deyil ki, “hər ağızdan bir avaz gəlir”. “Əhali” sözü isə 

müəyyən  bir  ölkənin,  ərazinin  sakinlərini  əhatə  edir  ki,  burada  da  yeganə  ümumi  cəhət  məhz 

sərhəddin,  məkanın  müəyyənliyidir.  El  sözü  daha  çox  əhali  sözünə  yaxındır,  daha  doğrusu,  əhali  ilə 

xalq  arasında  qoyula  bilər.  Beləliklə,  “kütlə  üçün  ağlamaq”,  “el  üçün  ağlamaq”,  “millət  üçün 

ağlamaq”, – əslində fərqli şeylərdir.Amma “ağlamaq” sözünü məhz “yanmaq” mənasında işlətsək, iş, 

əməl, söz də yanmağın təzahürləri olacaqdır. 

Göründüyü  kimi,  belə  birləşmələri  təşkil  edən  somatizmlərin  mənaları  onların  ayrılıqda  ifadə 

etdiyi  mənalardan  qismən  də  olsa  uzaqlaşmış  və  yalnız  birləşmə  daxilində  lazım  olan  müəyyən  bir 

fikir  ifadə  edirlər.  Bu  fikri  somatik  atalar  sözləri  tədqiq  etmiş  H.Bayramov,  Q.Mahmudov, 

L.İ.Kozirev,  O.S.Abdinakaymova,  R.M.Veyntranb,  V.M.Quluxov,  N.V.Canamadze,  S.Raye, 

V.M.Skiner, Y.A.Dolqopolov, A.İsayev, Q.M.Qurbanlı və başqaları da təsdiq edirlər. 

Somatik  tərkibli  atalar  sözləri  güclü  potik  keyfiyyətlərinə  görə  poeziyaya  da  yol  tapa  bilirlər. 

Bildiyimiz kimi, nəzm quruluşuna görə ciddi qanunlara tabe olan bir formadır, burada bir  səsin belə 

böyük  rolu  var.  Buna  baxmayaraq  bu  atalar  sözləri  çox  asanlıqla  həmin  qanunlara  uyğunlaşa  bilir. 

Məsələn,  Bəxtiyar  Vahabzadənin  lirikasında  biz  bunu  əyani  şəkildə  görə  bilirik:  Gəlmişəm,  oğul,\ 

Göydə  Allah,  yerdə  sən,\  Balama  sən  kömək  ol.\  Ətəyindən  tutmuşam,\  Qadan  alım,  tək  sənin,\  Əl 

mənim, ətək sənin! 

Yazıçının fərdi dili ilə xalq danışıq dilinin nisbəti məsələsi bir çox dilçi mütəxəssislərin diqqət 

mərkəzində olmuşdur. Məsələn dilçi alim S.Ə. Abdullayev göstərir ki, “Yazıçı nə qədər istedadlı olur - 

olsun,  onun  yonduğu,  cilaladığı  və,  beləliklə  də,  meydana  çıxardığı  poetik  incilər  yenə  də  xalq  dili, 

xalq təfəkkürü sayəsində mümkün olur”. Elə buna görə də “Sənətkarın məharəti, ustalığı da məhz belə 

bir mənbədən necə istifadə etməsi, öz əsərlərinin dilində ümumxalq dili ifadələrini bədii əsərin dilində 

işlədəbilmə bacarığı ilə ölçülür. Çünki ümumxalq dili elə tükənməz imkanlara malikdir ki, onu heç bir 

fərdi yaradıcılıq məhsulu əvəz edə bilməz”. 

 

 

“XIX-XX ƏSR AZƏRBAYCAN AŞIQ VƏ EL ŞAİRLƏRİNİN 

YARADICILIĞINDA FONETİK VASİTƏLƏRİN ÜSLUBİ 

ÇALARLARI” (DƏRƏLƏYƏZ MAHALI ÜZRƏ) 

 

Mahirə HÜSEYNOVA 

ADPU 


AZƏRBAYCAN 

 

Soykökümüzdə  əhəmiyyətli  yer  tutan  Qərbi  Azərbaycanın  (İndiki  Ermənistanın)  Dərələyəz 

mahalının aşıq və el ədəbiyyatı janr baxımından çoxcəhətliliyi, yaddaşlara hopma dərinliyi maraqlıdır. 

Bu bölgənin aşıq və el ədəbiyyatı nümunələri ümumtürk dil sistemində elə köklü problemləri özündə 

ehtiva  etdirir  ki,  bunların  açılışı  bir  sıra  mühüm  məchulluqlara  işıq  salır.  Ona  görə  də  vaxtı  ilə 

Dərələyəz  mahalında  yazıb-yaradan  aşıq  və  el  şairlərinin  əsərlərinin  dil  və  üslub  xüsusiyyətlərinin 

bütövlükdə  tədqiqi  olduqca  aktualdır.  Bu  söz  sənətkarlarının  əsərlərinin  dilindən,  onların  ifadəlilik 

vasitələrindən  fonetik  vasitələr  –  səslər,  ahəng  və  müxtəlif  mənalı  səslənmələr  haqqında  bunların 

sözlərdə,  morfemlərdə,  ifadələrdə  və  cümlələrdə  hansı  şəkildə  təzahür  etməsini,  nə  kimi  üslubi 

xüsusiyyətlərə  malik  olmalarını  da  nəzərdən  qaçırmaq  olmaz.  Bu  dövrün  söz  sənətkarları  fonetik-

üslubi  vasitələrdən  -  ədəbi  dilin  transkripsiyasından,  assonansdan,  alliterasiyadan,  fonoqrafikadan, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

957



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

anafora və epiforadan istifadə etməklə parlaq, bədii dil toxumaları yaratmışlar. Elə buna görə də poetik 

örnəklərin  dilində  təzahür  edən  bu  fonoportik  vasitələrin  ayrı-ayrılıqda  mətn  mühitində  yaratdıqları 

üslubi çalarları tezislər şəklində aşağıdakı kimi verə bilərik: 

“Danışıq səsləri, sait və samit fonemlər, fonetik transkripsiya və s. məsələlər fonetikanın tədqiqat 

obyekti  olmaqla  fonopoetikanın  elementləri  kimi  diqqəti  cəlb  edir”.  Fonetik  vasitələrin,  səs  və 

intonasiya  ənənələrinin  üslubi  təsirləri,  ümumxalq  dilinin  ruhi  qüvvəsi  bədii  mətnlərdə  daha  qabarıq 

şəkildə üzə çıxır və buna görə də sənətkarların əsərləri göstərilən problemin nəzəri şərhi üçün güclü 

mənbə rolunu oynayır. 

Araşdrmalar  göstərir  ki,  sabitləşmiş,  təkmil  şəklə  düşmüş  orfoqrafik  normadan  kənara  çıxma 

meyilləri çox vaxt poetexnik zərurət üzündən baş verir. Orfoepik normalara uyğunlaşdırılaraq yazılmış 

sözlər  aşıq  və  el  şairlərinin  dilinə  və  üslubuna  əlavə  çalarlıq  gətirir,  onların  daha  ahəngdar,  ritmik 

səslənməsini  təmin  edir.  Bu  üslubi  məziyyət  kimi,  canlı  ünsiyyət  dilinin  koloritini  bədii  mətnə 

hopdurur və poetik informasiyaya təkid xarakteri verir, xüsusi ekspressivlik vasitəsinə çevrilir. Bədii 

materiallarda  ədəbi  tələffüzün  transkripsiyası  müşahidə  olunan  sözlərin  əksəriyyəti  canlı  danışıq 

dilinin  deyim  tərzinə  söykənir  və  bunlar  həm  müxtəlif  janrlardakı  şeirlərin,  həm  də  ki,  dastan 

parçalarının  dilindəki  üslubi-semantik  nizamı,  əksinə  daha  rəvan,  daha  təbii  görünür.  Buna  görə  də 

üslubi-semantik  və  praqmatik  aspektlərdə  aşıq  və  el  şairlərinin  poetik  örnəklərində  ədəbi  tələffüzün 

transkripsiyası müşahidə olunan sözləri araşdırmaya cəlb etmişik. 

XIX-XX  əsrlərin  söz  sənətkarları  əsərlərində  fərdiləşdirmə  və  tipikləşdirmə  vasitəsi  kimi  ədəbi 

tələffüzün  transkripsiyasından  məharətlə  istifadə  etmiş,  poetik  örnəklərin  dilinin  saflığını,  təbiiliyini 

daha da zənginləşdirmiş, oxucuda bədii mətləbin maksimum səviyyədə qavranması vərdişi aşılamışlar. 

Bizə elə gəlir ki, danışıq dili formalarını aşıq və el şairlərinin əsərlərində əksi bir tərəfdən orfoqrafik 

normanın kobud şəkildə pozulması ilə, digr tərəfdən isə xalq içərisindən çıxmış həmin sənətkarların 

düzgün yazı qaydalarından xəbərsiz olması ilə bilavasitə bağlıdır. 

Ritm – nitq zamanı sürətlənmə və yavaşıma, gərginlik və zəiflik, uzunluq və qısalıb, oxşarlıq və 

fərqlərin bir-birini müntəzəm şəkildə izləməsi, əvəz etməsidir. İntensivliyi, gərginliyi, assonansın ritm 

yaratması onun funksiya və ahəngdarlığı ilə bağlıdır. Bu, təkrarlanan fonemlərin yaratdığı əsas bədii 

məziyyətdir. Assonans sabit birləşmələri təşkil edən və ardıcıl sıralanan sözlərin tərkibində eyni və ya 

yaxın saitlərin bir-birini izləməsi və təkrarıdır. Bu dil hadisəsi aşıq və el şairlərinin əsərlərində çoxlu 

sayda nümunələrdə müşahidə olunmaqdadır. Eynicinsli saitlərin təkrarından ibarət olan assonans dilin 

potensial  gücünü  aşkarlayır.  “Azərbaycan  dilində  obyektiv  olaraq  mövcud  olan  assonas”  (2,  s.146) 

XIX-XX  əsrlər  Azərbaycan  aşıq  və  el  şairlərinin  də  poetik  örnəklərinə  hopmuş,  bu  əsərlərin 

əksəriyyətinin dilinə yeni nəfəs, yeni ruh verərək hərəkətə gətirmişdir. Deməli, şeir dilində intensivliyi 

ilə diqqəti cəlb edən assonans səslərin sadəcə müəyyən məsafələrdə təkrarı deyil, o, daha çox milli şeir 

ənənələrinə doğma münasibətin ifadəsidir.. 

XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərində samitlərin, demək olar ki, hər birinin 

alliterasiyasına az və ya çox dərəcədə rast gəlinir. Həmin alliterasiyalar daha çox söz sənətkarlarının 

özləri  tərəfindən  yaradılmış  epitet,  təşbeh,  metafora  kimi  poetik  kateqoriyalar  daxilində  özünü 

göstərməkdədir. “Əsərlərdəki alliterasion ritm vasitəsilə yaradılan sözlərin, səslərin musiqisi oxucunu 

məftun  edir.  Bu  məftunluğu  yaradan  odur  ki,  həmin  əsrlərin  söz  sənətkarlarının  əksəriyyəti  heç  bir 

sözə, səsə biganə olmamış, şeirlərində, bəzən də yaratdıqları dastanların nəsr parçalarında eyni və ya 

həmahəng  səs  birləşmələrini,  hecaları  baş-başa  düzmüş,  bir  neçə  vahidi,  səsin,  səs  toplusunun 

ahəngdarlığını  bir  misrada,  şeirin  bütöv  mətnində  cəmləşdirmiş  və  onları  məntiqi  baxımdan 

sığışdırmağı bacarmışdır”. 

Bir  üslubi  fiqur  kimi  alliterasiya  şeir  dilinin  səciyyəvi  əlamətlərini  təşkil  edir.  Seçilmiş  sözlər, 

ifadələr  tərkibindəki  xarici,  daxili,  qovuşuq  fonoloji  təkrarlar  və  qüvvətli  alliterasiya  poetik 

örnəklərdəki  lirik  obrazlılığı,  səslərin  nizamlı  təkrarının  doğurduğu  qeyri-adi  assosasiyalar  poetik 

formanın fonetik spektrlərindəki bütün çalarların keyfiyyətini daha da artırır. 

6. Aşıqların yaradıcılığında obrazlılığın qrafik ifadə vasitələrinə görə “əlif”, “bey”, “tey”, “cim”, 

“mim”,  “num”  kimi  səslərin  adları  incəliklə  metaforikləşdirilir,  poetik  obrazlılığın  mühüm  ifadə 

vasitəsinə çevrilir. Qrafik vasitələrdən bu dövrlərin söz sənətkarları 2 məqsəd üçün yararlanmışlar: 1) 

Poetik  tərtibatlılıq  yaratmaq  məqsədilə;  2)  Müqayisə  yaratmaq  məqsədilə.  El  şairləri  və  aşıqların 

poetik  nitqində işlədilən fonetik-qrafik  vasitələr  üzərindəki  müşahidələrdən  belə  qənaət  hasil  olur  ki, 

həmin  vasitələrin  aktuallaşma  imkanları  poetik  nitqdə  obrazlılığı  mükəmməl  şəkildə  formalaşdırmış, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

958



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

oxucu  tərəfindən  qavramanı  asanlaşdırmışdır.  Söz  dünyasının  dil  mənzərəsinin  fonetik-qrafik  təsviri 

sözün həqiqi mənasında linqvistik önəm daşıyır, ona görə ki, bu yolla ifadə vasitələri sisteminin necə 

əks olunduğunu və necə işləndiyini açıb göstərmək mümkündür. 

7.  XIX-XX  əsrlər  Azərbaycan  aşıq  və  el  şairlərinin  əsərlərində  ahəngdarlıq  yaradan,  poetik 

mənanı gücləndirən anafora (təkrar olunan söz və ifadələrin, misraların, cümlələrin əvvəlində gəlməsi) 

və  epifora  (təkrar  olunan  söz  və  ifadələrin,  misraların,  cümlələrin  sonunda  gəlməsi)  konkret 

mövzuların vacib cəhətlərinin ritmik-melodik təsvirində çox mühüm rol oynayır. Ritmik paralelizmi 

yaratmaq  vəzifəsini  öz  üzərinə  götürən  anaforik  və  epiforik  təkrarlar  mətnə  hiss  olunacaq 

“hərəkətlərini və səslərini bəxş edir”, simmetrik struktur gözəlliyinin təminatçısı kimi çıxış edir.

 

 

 



FEDAİ’NİN “BAHTİYARNAME” POEMASININ DİLİDEKİ                  

FİİLLER ÜZERİNE BIR İNCELEME 

 

Hava ÇİÇEKEL 

Kafkas Üniversitesi 

TÜRKİYE 

 

Fedai  Klasik  Azerbaycan  edebiyatının  önemli  temsilcilerinden  biridir.  O,  16.yy  şairi  olmasına 

rağmen  şiirlerinin  17.yy  edebiyatına  daha  çok  benzemesinden  dolayıdır  ki  şair  bu  dönemin  şairleri 

içerisinde gösterilir. Orta asır kaynaklarında şair hakkında yegane bilgiye Şah İsmailin oğlu, Fedai’nin 

çağdaşı  olan  Sam  Mirze’nin  “Töhfeyi-Sam”  tezkiresinden  ulaşılıyor.  Sam  Mirze  Fedai’ninTebrizin 

nüfuslu simalarından olduğunu, 1550 yılların da bile güzel şiirlerin şairi olarak tanındığını yazmıştır. 

Şair Tebriz’de doğmuştur. Doğum ve ölüm tarihi belli değildir. Elde olan edebi kaynaklar onun 

gençlik  yıllarından  beri  şiir  yazdığını,  Farsça  ve  Türkçe  sanballı  eserleri  ile  döneminin  liyakatlı 

ediplerinden biri olduğunu yazar.O, bağımsız bir şair olmuş, feodal sarayların dışında yaşamış, hiçbir 

makamın siparişiyle kalem oynatmamıştır. 

Şairin hayatı ve yaratıcılığı ilk defa Hamit Araslı tarafından öğrenilmiştir. H. Araslı 1956 yılında 

neşr  edilen  “XVII-XVIII  esr  Azerbaycan  tarihi”  eserinde  şaire,  özellikle  onun  “Bahtiyarname”  adlı 

poemasına geniş yer ayırmıştır.  

Fedai’nin yaratıcılığı klasik Azerbaycan şiirinin önemli şairleri olan Hakani, Nizami, Nesimim ve 

Fuzuli gibi temsilcilerinin gelenekleri üzerine doğmuş ve yetkinleşmiştir.Fedai’nin şiir irsinde halkının 

söz  hazinesi  ve  folklorun güçlü  tesiri  vardır.  Şairin  edebi  hayatı  lirik  şiirle  başlamış  ve  bütün  hayatı 

boyunca bu sahada şiir yazmıştır. Muhabbet mevzulu şiirleri çok içten ve samimidir. 

Fedai  de  selefleri  olan,  özellikle  Nizami,  Fuzuli  gibi  lirik  kahramanın  psikolojik  durumunu  ve 

onun yüreğini harekete geçiren ruhi süreci çok net, inandırıcı bir biçimde şiirlerinde işler. Duygulu ve 

hisli söyleyiş biçimi Fedai’nin lirikasında da karakteristik niteliktedir. 

Tebriz’de doğup, büyüyen Fedai, tahminen 1580 de  “Bahtiyarname” adlı eserini tamamlamıştı. 

Bahtiryarname  “Leyli  ve  Mecnun”  yahut  “Hüsrev  ve  Şirin”  gibi  klasik  Azerbaycan  Edebiyatının 

geleneksel konulandandır. Fedai’den önce Penahi ve Şemseddin Mehemmed gibi Azerbaycan şairleri 

de aynı isimde eserler yazmışlardı. Fedai’nin özelliği bu konuyu Azerbaycan Türkçesi ile işlemesinde 

idi.  “Bahtiyarname”  bir  macera  hikayesi  idi  ve  Arap  şarkında  yaygın  “Sindbadname”leri 

hatırlatıyordu.  Ama  Fedai,  bu  geleneksel  konudan  yararlanarak,  bu  döneme  kadar  daha  çok  aşığın 

ıstıraplarından  ve  maşuğun  zulümlerinden  söz  açan  edebiyata,  sıradan  adamları,  tacirleri,  esnafları, 

denizcileri  getirmiş,  onların  maceralarına  dayanarak  bir  sıra  mühim  manevîahlakî  problemler 

açgözlülük,  tamahkârlık,  zenginlik  ihtirası,  yalancılık,  dolandırıcılık  gibi  menfî  sıfatlar  hakkında 

muhakeme  ve  mülâhazalar  yürütmüştür.  Aşkın  muhtelif  renklerini,  sevinç  ve  keder  anlarını  Fedai 

zarif, ince nüanslarla yorumlamaya çalışmış sanatkarlardandır.  

Şair  poema  da  edebi  sanatlardan  yaralanmış  istiare,  teşbih,  mecaz  gibi  söz  sanatlarına 

başvurmuştur.  Şair  ahlaki,  ictimai  sosyal  hayata  dair  inandığı  fikirlerini  anlatmak  için  sık  sık  halk 

hikmetlerinden ve ata sözlerinden faydalanmıştır. Mesela: “Olur qora vəli sıbr ilə halvası” “özüm öz 

ayağıma təşə vurdum”, “Komaçi quyruğu tapşırdı itə” gibi.. Böylelikle Fedai’nin Bahtiyarname’si 16. 

Ve 17.yy Azerbaycan epik şiirinin mükemmel bir örneği olarak gösteriliyor. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

959



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yapmış olduğumuz bu incelemeği hem Türkiye Türkçesi grameri, hem de Azerbaycan Türkçesi 

gramerini  gözönüne  alarak  morfolojik  açıdan  incelemeğe  çalıştık.  Çalışmayı  fiillerle  sınırlı  tuttuk. 

Poema, her ne kadar Türkçe yazılmış olsa da 17. yüzyılın edebi dil özelliklerini yansıtmaktadır. Eserde 

özellikle Farsça kelimeler çokça yer almaktadır. Bu da bizim “fiil” sözcük türünü incelememizde etkili 

oldu. 


Araştırmamızda  ilk  olarak  fiilin  kuruluşça  türlerini  -  basit,  türemiş  ve  birleşik  yapılarını 

inceledik. Daha sonra fiillerde basit zaman, birleşik zamanı ve ek fiilin isimlerde kullanımı ve fiilleri 

fiilimsileri inceleyerek bitirdik. 

-ıbzarf-fiilasıl eylem (eylə, apar, gör,get, qıl) şeklinde yapılan birleşik eylemler. (Baxıb gördü, 



açıb  eylərdi,  gətirib  qıldılar,)  dut-,  gel-,  düş-,  vėr-,  sal-  gibi  eylemler  ise  yardımcı  eylem  görevini 

üstlenirler.(Vücudə gəldi, özün saldı, Cida düşdük,Üzün tutdu)AzT gibi ögz. için -mIş ve -(y)Ub eki 

kullanılır, AzT. (Azerbaycan Türkçesi) bu gerundiumun kullanımı ikinci ve üçüncü şahıslarda görülür. 

(Olubdur, Görübsüz) Geniş zaman için -(y)(A)r eki kullanılır. Azerbaycan gramerinde ise bu zaman, 

gelecek zaman içinde değerlendirilir ve gayri gelecek zaman olarak ifade edilir. -Ar biçimi kullanılır. –

Ir şekli yoktur. (Tökar, Keçər) Geniş zamanın olumsuz biçimi tarihi dönemlerde de olduğu gibi, sıfat-

fiil kökenli  -mA,  -mAz biçimleri kullanılmıştır.  -mAz biçimini genel Türk dillindeki r~z denkliğinin 

bir  örneği  olarak  açıklayabiliriz.  (Qalmaz,  Görünməz  qorxmaram  )  Gelecek  zaman  için  -caġ  eki 

kullanılır:  (olcaq,  görcək)  Azerbaycan  Türkçesinde  TT’den  farklı  olarak,  bu  zamanın  -(y)Ur  biçimi 

kullanılmıştır. (QorxuramOluram, Qılıram

Gereklilik  kipi  -mAlU  kullanımı  metinde  yoktur.  Ancak  EAT‟ nde  olduğu  gibi  Azerbaycan 

Türkçesinde  de  gerek(dür)(ki)  gibi  sözcüklere  istek-emir  (nadiren  de  geniş  zaman)  kipi  veya  mastar 

getirilerek de gereklilik anlamı verilir. (Gərək saxla, Gərəkola, Gərək sən eyləyəydin

Emir  kipi  -Im,-sIn,  -AlIm,  -In,  -sInlAr.  Metinde  TT.’den  farklı  olarak  birinci  tekil  –Im,  ikinci 

tekil  şahıs  için  –gil  ekinin  -en  ile  genişlemiş  biçimi  olan  -ginen  (<  gilen)  pekiştirme  eki  ile  çekim 

yapılmıştır.  Birinci  çoğulda  ise  AzT’den  farklı  olarak  TT’de  olduğu  gibi  -AlIm  eki  kullanılmış. 

(verim, olgilən, olmasın, Qılalım, sındırın, işləsinlər) -(y)UbAn  zarf- fiili TT’den farklı olarak AzT 

kullanılmaktadır. Metinde de mevcuttur. (Aluban, Gəliban, Veribən). 



 

 

 



CƏNUBİ QAFQAZIN BƏZİ HİDRONİMLƏRİ 

 

Ruhiyyə TAĞIYEVA 

Sumqayıt Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

XIX  əsrin  axırlarında  Tiflisdə  Qafqaz  canişinliyinin  baş  idarəsində  çap  olunmuş  bir  sıra  hərbi-

topoqrafik xəritələrdə və Qafqaza aid məlumat kitablarında aydın olur ki, Cənubi Qafqazın toponim, 

oronim və hidronimiyasının türk qatı olmuşdur. Xüsusilə, 1903-cü ildə Tiflisdə çap olunmuş Cənubi 

Qafqaz hərbi topoqrafik xəritəsi və D.Paqirev tərəfindən hazırlanmış “Qafqazın 5 verstlik xəritəsi”ndə 

(1913) bu daha aydın nəzərə çarpır. 

Hər iki xəritəyə nəzər saldıqda Qərbi Azərbaycanda hidronimlərin – çay və göl adlarının aşağıda 

qeyd olunan növlərinə rast gəlinir.Bunları belə qruplaşdırmaq olar: 



1. Şəxs adlarindan törənən antropohidronimlər 

Babacan  çayı.  Basarkeçər  rayonununda,  uzunluğu  10  km  olan  çayın  adıdıdr.  Göyçə  gölünə 

tökülür. Çayın adı Babacan şəxs adından törənən antropohidronimdir. 



Qazangöl.  Qafan  rayonunda  sahəsi  18  km

2

  olan  gölün  adıdır.  Kigi  çayı  da  mənbəyinin  həmin 



göldən  alır.  “Qafqazın  5  verstlik  xəritəsi”ndə  də  qeydə  alınmışdır.  Həmin  bölgədə  Oğuzlarla  bağlı 

toponimlərin olması Qarangöl antropohidroniminin də Qazan xanla əlaqəli olması qənaətindəyik. 



Basat çay. Qafan və Zəngilan rayonları  ərazisindən axaraq Oxçuçaya tökülür. Xəritələrdə təhrif 

olunaraq  Bəsitçay  formasında  yazılır.  Antropohidronimin  “Kitabi-Dədə  Qorqud”un  onomastikası  ilə 

bağlıdır.  Çünki  həmin  ərazilərdə  oğuzlarla  bağlı  Bayandur,  Oxçu,  Qazançı,  Aruzca  toponimləri  də 

vardır. 


2. Əlamət, keyfiyyət və relyef adlarını əks etdirən hidronimlər 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

960



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dəliçay.  Mənbəyini  Ağbabanın  şimalında  Dəlidağdakı  bulaqlardan  alan  bu  çay  axma  sürətinə 

görə  “dəli”  epiteti  ilə  formalaşmışdır.  Erməni  xəritələrində  Qexarotqet  (qexarot-dəli+get-çay) 

formasında  tərcümə  etmişlər.  Bu  çay  1878-ci  ilədək  Türkiyə-Rusiya  (Aleksandropol  qəzası)  sərhədi 

(Dəliçay-Arpaçay-Araz) olmuşdur. 



Ağgöl.  Qafan rayonunda  gölün  adı  olmuşdur.  Suyun keyfiyyətinə  görə  Ağgöl  demişlər.  Birinci 

növ  ismi  birləşmə  modelində  olan  (ağ+göl)  bu  gölün  adını  da  ermənilər  tərcümə  və  təhrif  edərək 

Beranadzov (“beran”-ağız, “dzov”-göl) kimi qeyd edirlər. Gölün yaxınlığında Ağgöl kəndi də olmuş, 

lakin 1918-ci ildə ermənilər bu kəndi yandırmışlar. 



Dərəçay.  Mənbəyini  Qaraarxac  və  Ağlağan  dağlarındakı  bulaqlardan  alan  bu  çayın  uzunluğu 

erməni mənbələrində 38 km göstərilir. Çay dərin, daşlı kanyondan axaraq Calaloğlu yaxınlığında Tona 

(Debet) çaya qarışır, nəhayət, Kürə qovuşur. Birinci növ ismi birləşmə modelində olan bu çay adını 

(dərə+çay) hidronimi ermənilər xəritələrdə Dzoraqet (“dzor”-dərə+ “qed”-çay) kimi tərcümə etmişlər. 



Qolqat.  Artik  rayonunda,  uzunluğu  33  km  olan  çayın  adıdır.  Arpaçaya  tökülür,  “Qafqazın  5 

verstlik xəritəsi”ndə də qeyd olunmuşdu. Çayın adı relyefi əks etdirir, lakin təhrif olunmuşdur. Əslində 

qat  bataqlıq  deməkdir.  Bataqlı  göl  Orohidronimin  tərəfləri  inversiya  olunaraq  “Qolqat”  kimi  rus 

mənbələrində də qeyd olunmuşdur. 



Qotursu. Gorus və Vedi rayonlarında mineral bulaq adları olmuşdur. Sulardan dəri xəstəliklərinin 

müalicəsində istifadə olunduğu üçün Qotursu demişlər. 



Ayğırgöl.  Üçkilsə  (Eçmiadzin)  rayonunda  göldür.  “Kitabi-Dədə  Qorqud”da  da  xatırlanır. 

Ermənilər bu  hidronimi  dəyişdirərək  xəritələrdə “Metsamor”  formasında  qeyd  edirlər.  Atom  elektrik 

stansiyası yaxın olduğu üçün həmin stansiyaya da “Metsamor” deyirlər. 

Göründüyü  kimi,  hidronimlərin  birinci  tərəfindəki  sözlər  əlamət,  keyfiyyət  və  relyef  adlarını 

bildirirlər. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin