IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
937
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNDƏ FEİLİN SİNTETİK VƏ ANALİTİK ÜSULLA
YARANAN VACİB FORMASININ İNGİLİS DİLİNDƏ QARŞILIĞI
Leyla YUSİFOVA
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
leylayusifova87@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dilində feilin vacib şəkli hərəkətin icrasının zəruriliyini bildirir. Əksər dilçilik
ədəbiyyatlarında feilin vacib şəklinin ancaq bir forması, -malı
2
qeyd edilmişdir. Bu, sintetik
qurulmadır. Lakin Azərbaycan dilində feilin vacib şəkli həm də analitik üsulla qurulur. Bu forma isə –
malı
2
+ol (maq) köməkçi feili ilə, yəni perifrastik üsulla qurulur. Bu iki forma məzmun cəhətdən də
fərqlənir. Azərbaycan dilində feilin vacib şəklinin qeyd olunan iki formasının semantik məzmunu
haqqında danışmazdan əvvəl, ümumiyyətlə, vacib şəklinin özünün semantikası haqqında məlumat
vermək daha məqsədəuyğun olar. Feilin vacib şəkli nə ifadə edir?
Ümumiyyətlə, feil şəkillərinin modallığın ifadə vasitələrindən olduğu məlumdur. Xüsusilə,
deontik modallıq feilin şəkillərində öz ifadəsini daha yaxşı tapır. Modallığın bu növünün feilin vacib
şəklində ifadəsi daha güclüdür. Məlumdur ki, deontik modallıq gerçək aləmin hər hansı bir hadisəsinə
dair işin icrasına icazə, zərurət, vaciblik və ya məcburilik münasibətini ifadə edir. Ümumi desək, feilin
vacib şəklində məcburiyyət, yəni məcburi münasibət ifadə olunur. Onu da qeyd etmək lazımdır ki,
məcburiyyət bu münasibəti ifadə edənin özündən və kənardan qaynaqlana bilər.
Bu baxımdan vacib şəklinin qeyd edilən bu iki üsulla, yəni sintetik və analitik üsulla yaranan
formaları məzmunca bir-birindən müəyyən qədər fərqlənir. Məlumdur ki, hər iki forma hər hansı bir
işin icrasına dair duyulan məcburiyyəti ifadə edir. Qeyd etdiyimiz kimi, məcburi münasibət danışanın
özündən və kənardan qaynaqlana bilər. Yəni şəxs özü hər hansı bir işin icrasına dair özünün qərara
gəldiyi məcburiyyət və həm də digər bir səbəblə bağlı, yəni kənardan gələn məcburiyyəti ifadə edə
bilər. Bu baxımdan M.M.Musayev və Q.H.Cəfərov felin geniş və dar mənalı vacib şəklindən bəhs
edərkən qeyd edirlər ki, “birinci şəkil daha çox hər hansı bir işi görənin öz aldığı qərara əsasən
yetirdiyi iş və ya dar bir fəaliyyət sahəsi ilə bağlı olaraq işlənilir. İkinci şəkil isə Azərbaycan dilində
xaricdən gələn hər hansı bir təzyiq və diqtə edilən konkret bir məcburiyyətlə gerçəkləşmiş olmaq və ya
ola bilmək anları ilə bağlı olaraq ortaya çıxır”. Yəni mən getməliyəm və mən getməli oluram(oldum,
olacağam və s.) eyni məzmuna malik deyil. Belə ki, “mən getməliyəm” bunu ifadə edənin özünü
getməyə borclu hiss etməsini bildirirsə, “mən getməli oluram (oldum, olacağam və s.)” isə kənardan
gələn hər hansı təzyiqin sayəsində baş verən məcburiyyəti ifadə edir. Birincidə əgər məcburiyyət
danışandan qaynaqlanırsa, ikincidə bu, hər hansı qanun, qayda, əmr və s. nəticəsində baş verir.
Birincidə ifadə olunan məcburiyyət ümumidirsə, ikincidə məcburiyyət daha güclü və daha konkret
səciyyə daşıyır. M.Rəhimov qeyd edir ki, “getməli oldum” tərkibində iş və hərəkətin qəti şəkildə, həm
də məcburiyyət qarşısında icra olunması bildirilir; müqayisə et: getməli oldum-getmək
məcburiyyətində qaldım // getməyə məcbur oldum”. E.V.Sevortyan və M.Ş.Şirəliyev də qeyd edirlər
ki, “vacib şəkli olmaq feili ilə perifrastik formada da işlənə bilir”. Müəlliflər “oxumalı oldum” və
“getməli oldum” cümlələrini ябылвынужденчитать və ябылвынужденидти, yəni oxumağa məcbur
oldum və ya oxumaq məcburiyyətində qaldım və getməyə məcbur oldum və ya getmək
məcburiyyətində qaldım kimi verir. F.Zeynalova görə, “vacib şəkli ol köməkçi feili ilə işlənərək
perifrastik feil formaları əmələ gətirir. Bu vaxt vaciblik məzmunu əvvəlkinə nisbətən zəifləyir”.
Deməli, məzmun fərqliliyi formada da özünü göstərir. Eyni hal müasir ingilis dilində də müşahidə
edilir. Belə ki, ingilis dilində bu məna must və have to formaları ilə ifadə olunur. Must Azərbaycan
dilindəki sintetik formaya, have to isə analitik formaya uyğun gəlir. İngilis dilində bu məzmun must,
have to, should, ought to, need formaları ilə ifadə olıunur. R.Palmer deontik modallığın ifadə vasitələri
kimi must, have (got) to, should, ought to shall və s. modallarını qeyd edir. Must və have to formaları
should, ought to, need formalarından daha güclü məcburiyyət ifadə edir. Azərbaycan dilindəki vacib
formaya ingilis dilində daha çox müvafiq olaraq must və have to uyğun gəlir.
İngilis dilindəki must və have to formaları bir-birindən məzmun cəhətdən də fərqlənir. Belə ki,
must işlənəndə məcburiyyət danışanın özündən qaynaqlanır. M.Suon, I.P.Krılova və E.M.Qordona
görə, “must modal feili danışanın nöqteyi-nəzərindən məcburiyyət bildirir”. Məsələn,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
938
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
I really must stop smoking (Mən həqiqətən siqareti tərgitməliyəm).
You must be here by 8 o’clock at the latest (Ən geci saat 8-də burda olmalısan).
Lakin əgər kənardan qaynaqlanan məcburiyyətdən söhbət gedirsə, bu zaman ingilis dilində have
to formasından istifadə olunur. N.İ.Şpekina, I.P.Krılova və E.M.Qordona görə, “ to have to şəraitin
tələb etdiyi və ya hansısa hakimiyyət orqanı tərəfindən qoyulmuş məcburiyyət, zərurət ifadə etməyə
xidmət edir”. Yəni must danışanın səlahiyyətini əhatə edirsə, have to danışandan başqa səlahiyyətləri
ehtiva edir. Bu qanun, digər rəsmi qaydalar və s. ola bilər. Məsələn,
Catholichs have to go to church on Sundays (Katoliklər bazar günləri kilsəyə getməlidirlər).
I’ve got to see the dentist tomorrow (Mən sabah diş həkiminə getməliyəm).
Birinci nümunədə katoliklərin bazar günləri kilsəyə getməyini onlara din deyir. İkinci nümunədə
də danışan həkimlə görüş təyin edib, ona görə də getməyə məcburdur.
Məsələn, daha iki nümunəni müqayisə edək.
I must to phone my parents (Mən valideynlərimə zəng etməliyəm).
I have to sign your name here (Adınızı burda imzalamalısınız).
Birinci nümunədə danışan öz mənəvi borcundan bunu etməyə məcburdur. Yəni bu, onun
daxilindən qaynaqlanır. İkinci nümunədə isə məcburiyyət danışandan deyil, kənardan qaynaqlanır.
Yəni sənədi imzalamaq qanunun tələbidir. Əks halda sənəd etibarsız sayılacaq.
Nəticə olaraq demək olar ki, həm Azərbaycan, həm də ingilis dilində birbaşa, yəni danışandan
qaynaqlanan məcburiyyət və dolayısı ilə, yəni kənardan gələn məcburiyyət ifadə formalarında özünü
göstərir. Belə ki, birinci -malı
2
və must formaları ilə ifadə olunursa, ikinci daha analitik üsulla yəni -
malı
2
+olmaq və have to birləşmələri vasitəsilə olur. Deməli, Azərbaycan dilindəki –malı
2
formasına
ingilis dilində must forması, Azərbaycan dilindəki malı
2
+olmaq formasına ingilis dilindəki have to
forması uyğun gəlir.
TOPONİM YARADICILIĞINDA MORFOLOJİ ÜSUL
Ceyhunə HÜSEYNOVA, Ayişə HACIYEVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dilinin toponim yaradıcılığında morfoloji üsulla söz yaradıcılığı geniş yayılmışdır.
Bu xüsusiyyət Azərbaycan dilinin morfoloji quruluşu ilə bağlıdır. Dilimizin iltisaqi quruluşa malik
olması onda geniş sözyaratma imkanlarının əsas etibarı ilə morfoloji yolla söz yaratmaya meyilli
olmasını şərtləndirir. Ümumiyyətlə isə, toponimik materiallar üzərində aparılan araşdırmalar hər bir
dildə toponimlərin 50% nin morfoloji yolla əmələ gəlməsi fikrini irəli sürməyə əsas verir.
Bəzi dilçilər isə, artıq qeyd etdiyimiz kimi, Azərbaycan və ümumiyyətlə, türk toponimiyasında
morfoloji və leksik üsullarla yaranan toponimlərə rast gəlinmədiyini deyirlər. Onların fikrincə,
toponimlər yalnız ad və coğrafi nomen modelli I və II növ söz birləşmələri əsasında əmələ gəlir. Bu
dilçilər makrotoponimlərin elliptik coğrafi nomensiz və coğrafi nomenli mikrotoponimlərin isə ilkin
formalarda işləndiklərini söyləyirlər.
Morfoloji yolla toponim yaradıcılığından danışarkən A.Hacıyev yazır: “Məlumdur ki, dilimizdəki
sözdüzəldici şəkilçilər növlərinə görə olduqca çoxdur, lakin toponimlərin yaranmasında bunların
yalnız bəziləri iştirak edir. Bu ondan irəli gəlir ki, toponim ilə morfoloji yolla yaranmış hər hansı bir
sözü eyniləşdirmək olmaz, bunların arasında bərabərlik işarəsi qoymaq elmi cəhətdən düzgün deyildir,
başqa sözlə desək, toponimlərin morfoloji yolla yaranmasının öz xüsusiyyətləri vardır”. Toponimlər
üzərində apardığımız müşahidələrdən belə nəticəyə gəlirik ki, toponim yaradıcılığında morfoloji
üsulun əhəmiyyətli rolunu danmaq doğru deyildir. Çünki şəkilçilərin toponimlərin tərkibində işləndiyi
aydın görünür. Məsələn, bir sıra toponimlərin -lı, -li şəkilçisiz mənşəyini müəyyənləşdirmək olmur.
Toponimik vahidlərdə morfoloji paralelliyi əks etdirməkdə, gerçəkləşdirməkdə bu şəkilçilər böyük rol
oynayır:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
939
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
-lı
4
şəkilçisinin toponimlərin tərkibində funksional cəhətdən etnik anlayış yaratmaq üçün geniş
imkanları vardır. Məsələn: -lı şəkilçisi ilkin yaşayış məskənləri adlarına qoşularaq eyni mənbədən
müxtəlif areallara yayılma anlayışı bildirir. Həmin anlayış -lı şəkilçisinin funksional paralelliyinin
göstəricisidir. Azərbaycan bölgələrində Ucarlı (Kürdəmir), Təbrizli (Lerik), Gəncəli (Salyan), Gəncəli
(Xaçmaz), Muğan Gəncəli (Sabirabad), Ələtli (Sabirabad).
Şəxs adları tərkibində -lı şəkilçisi paralel toponimlərdə funksional cəhətdən nəsil anlayışını
bildirir. Məsələn, Həsənli (Bərdə), Həsənli (Sabirabad), Həsənli (Masallı), Həsənli (Salyan), Hasanlı
(Cəbrayıl), Həsənli (Tovuz), Kərimbəyli (Bərdə), Kərimbəyli (Şərur), Kərimbəyli (Salyan), Kərimbəyli
(Füzuli) və s.
-lı sözdüzəldici şəkilçi qəbilə, tayfa, tirə adlarının tərkibində işlənərək həmin anlayışları bildirən
toponimlərdə funksional paralellik əmələ gətirir. Məsələn: Tatlı (Göygöl), Tatlı (Qazax), Tatlı
(Başqırdıstan), Baharlı(Ağdam), Baharlı (Zəngilan), Qaymaqlı (Qazax), Qapanlı (Tərtər), Bozlu
(Laçın), Bozlu (Kəlbəcər), Cəyirli (Bərdə), Cəyirli (Göyçay), Cəyirli (Şəki) və s.
Toponimik material və toponimikaya aid elmi mənbələrlə yaxından tanış olduqdan sonra belə
elmi qənaətə gəlmək olur ki, toponimlər öncə dil vahidləri sayıldığı üçün dilin qanunauyğunluqlarına
tabedir. Sadə sözlərdən mürəkkəb sözlərin yaranması, sonra mürəkkəb sözün öz komponentlərindən
birinin mənasını itirərək şəkilçiyə çevrilməsi, daha doğrusu şəkilçiləşməsi, daha sonra şəkilçinin də
mənasını itirməsi, yenidən sadə sözün əmələ gəlməsi prosesi toponimik adlarda çox aydın özünü
göstərir. Məsələn: Çilov, Murğuz, Xaldan, Kürkan, Saray, Corat, Zirə, Bakı, Şəki və s. adların indi
dilimizdə sadə xüsusi isimlər hesab edilməsi söylədiklərimizə nümunə ola bilir. Bütün bunlarla yanaşı
toponimlərin tərkibində üst-üstə düşdükləri, və ya müəyyən variantlarla çıxış etdikləri üzə çıxarılan
topoformantlar diqqəti çəkir. Onu deyək ki, toponimlərlə bağlı araşdırmalarda topoformant
mövqeyində duran sözdüzəldici şəkilçilərin az bir hissəsi haqqında məlumatların verilməsinə diqqət
yetirilir. Toponim yaradıcılığında öz zəngin məna çalarlığı və qədimliyi ilə seçilən topoformantların
isə ya tamamilə unudulduğu, ya da onların ayrı-ayrı toponimlərin etimoloji təhlili zamanı ötəri
nəzərdən keçirildiyini görürük. Bu topoformantların sistemli şəkildə toplanmasının, tədqiqinin
Azərbaycan toponimlərinin düzgün etimoloji təhlilini vermək üçün açar funksiyasını yerinə
yetirəcəyinə şübhə ola bilməz. Azərbaycan toponimiyasında müxtəlif relyefli coğrafi məkan anlamlı
bir neçə sözdüzəldici şəkilçi – topoformant vardır. Belə sözdüzəldici şəkilçilərdən –
topoformantlardan biri də -lı
4
köməkçi morfemidir. -lıq
4
köməkçi sözdüzəldici morfemdən törəyən bu
şəkilçi ən çox etnonim və toponimlərin yaranmasına xidmət göstərir. Həmin şəkilçinin köməyi ilə
əmələ gələn toponimlərə aid verdiyimiz nümunələrdən göründüyü kimi, -lı
4
çoxfunksiyalı şəkilçidir.
Bu topoformantın köməyilə həm də mövcudluq ( Çaylı, Vələsli, Almalı, Zağalı, Adnalı), mənsubiyyət,
məxsusluq (Tatlı, Şıxlı, Xıllı, Xocalı və s.), eləcə də müəyyən peşə, sənətlə bağlı etnoqrafik toponimlər
(Cuvarlı, Sarvanlı, Bağbanlı, Dəlləkli, Baqqallı və s) düzəlir. Alıncalı, Şəkili, Muğanlı, Şirvanlı və s.
toponimlər həmin bölgədə yaşayanların Əlincədən, Şəkidən, Muğandan, Şirvandan gələnlər
olduqlarını göstərir.
-lı, -lu, -li, -lü şəkilçisi mənsubluq bildirir. Ədəbi dildə çox məhsuldar olan bu şəkilçi toponim
yaradıcılığında da fəal iştirak edir. Əsasən, şəxs, tayfa, peşə və s. bildirən sözlərə birləşərək müxtəlif
məna ifadə edən toponimlər əmələ gətirir:
a) sadə şəxs adlarına qoşularaq həmin şəxsin adını daşıyan antropotoponimlər əmələ gətirir.
Məsələn, Abaslı, Sərdarlı, Bayramlı, Sadıqlı, Əhmədli.
b) Müəyyən bitki adlarının sonuna qoşularaq toponimləri yaradır. Məs: Armudlu, Əzgilli,
Yemlikli.
c) Müəyyən tayfa adlarına qoşularaq toponimləri yaradır. Məs: Muğanlı, Şıxlı.
-lı
4
şəkilçisi mənsubluğu yaradan morfoloji göstərici olaraq toponimlərdə qanunauyğun bir hal
kimi özünü göstərir.
Məlum olduğu kimi, -çı,-çi,-çu,-çü şəkilçisi Azərbaycan dilində əsasən, isimlərə qoşularaq
müxtəlif mənalı sözlər yaradır. A.Hacıyev yazır: “Toponim yaradılmasında bu şəkilçinin daşıdığı
funksiya eyni deyildir. Belə ki, bəzilərində bu şəkilçi sənət, peşə bildirirsə, digərlərində məhz
mənsubiyyət mənası ifadə edir”
Ədəbi dilimizdə bu şəkilçi məhsuldardır. Əsasən, peşə, sənət məzmunlu isimlər yaradır. Bundan
başqa toponimik vahidlər də əmələ gətirir. Toponimik mənbələri diqqətlə nəzərdən keçirdikdə -çı
4
şəkilçisinin etnik anlayışı ifadə edən bir neçə toponimdə işləndiyi aşkar olur: Arabaçı (Gədəbəy),
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
940
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Quşçu (Daşkəsən), Quşçu (Yevlax), Quşçu (Kəlbəcər), Quşçu (Laçın), Danaçı (Zaqatala), Balıqçı
(Şirvan) və s.
Müasir Azərbaycan dilində -lar, -lər şəkilçisi isimlərə qoşularaq qeyri-müəyyən çoxluq
məzmunu yaradır, abstrakt məfhumu konkretləşdirilə bilir. A.Hacıyev bu haqda haqlı olaraq yazır:
“Lakin toponimiyada bu şəkilçinin başqa məna xüsusiyyətləri də özünü göstərir. Belə ki, bu şəkilçi
etnonimlərə və şəxs adlarına qoşulduqda cəmlik yox, mənsubiyyət mənası bildirir. Orta Asiyanın
toponimikası materialları əsasında S.S.Qubayeva da -lar, -lər şəkilçilərinin nəsil, qohum qrupu
bildirdiyini qeyd etmişdir”. Lakin -lar, -lər şəkilçisi ilə kəmiyyət anlamlı toponimlər də vardır.
Məsələn: Alagöllər, Göylər, Binələr, Kürdlər və s. Həmin şəkilçi müxtəlif etnonimlərə artırılaraq
obyektin hər hansı tayfaya, xalqa, nəslə aid olduğunu, və ya onlar tərəfindən tutulduğunu bildirən
toponimlər də əmələ gətirir (Seyidlər, Qovlar, Tatlar, Şıxlar, Qurdlar, Ağbaşlar və s.).
Düzəltmə quruluşlu, müxtəlif leksik şəkilçilər artırmaqla yaranan bu toponimlərin bir qismində
şəkilçilər yalnız sözün apelyativliyini aktivləşdirir, II komponent olan coğrafi nomenin düşümünü
sürətləndirir və düzəltmə sözlə ifadə olunmuş əsas komponentin müstəqil şəkildə toponim kimi
sabitləşməsini təmin edir.
AĞDAMIN BƏZİ YER-YURD ADLARININ
LEKSİK XÜSUSİYYƏTLƏRİ
Aynurə ƏLİYEVA
ADPU
aeliyeva5@ mail.ru
AZƏRBAYCAN
Xalqımızın dili, tarixi, coğrafiyası, mədəniyyəti və etnoqrafiyasının tədqiqi istiqamətində mühüm
elmi əhəmiyyətə malik onomastik vahidlərin daha çox müraciət olunan toponim qatının tədqiqi
məsələsi xalqımızın 20% torpağının erməni qəsbkarları tərəfindən zəbt olunduğu bir zamanda ən
aktual məsələlərdəndir. Bu baxımdan torpaqlarının çox hissəsi işğal altında olan Ağdam
toponimlərinin araşdırılması məqsədəuyğundur.
Qarabağın, həmçinin bu bölgəyə daxil olan Ağdam rayonunun ərazisi ta qədim dövrlərdən
başlayaraq Azərbaycan xalqının təşəkkül prosesində iştirak etmiş türk tayfalarının yaşayış yeri
olmuşdur. Ona görə də bu ərazidəki toponimlərin əsas fondunu doğma dilimizə aid toponimlər təşkil
edir. Ağdam bölgəsi qədim olduğu üçün burada zəngin toponimik sistem əmələ gəlib formalaşmışdır.
Bu toponimlərin leksik-semantik baxımdan təhlili onların çox qədim tarixə malik olduğunu bir daha
təsdiqləyir.
Qəhrəmanbəyli. Ağdam rayonunda, Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşi.
Yaşayış məntəqəsinin digər adı Binələr olub. Kənd XIX əsrin əvvəllərində 50 çadırdan ibarət bir elin
burada məskunlaşması nəticəsində yaranmışdır. Qəhrəmanbəyli mənşəcə Şahsevənlərə qoşulmuş el
idi. Oykonim “şahsevənlərin binələr nəslindən çıxmış Qəhrəman bəy adlı şəxsə mənsub ailələr
saldığına görə belə adlanmışdır”. Qəhrəmanbəyli Qəhrəman şəxs adı, bəy titulu və -li mənsubluq
bildirən şəkilçidən ibarət olub, “Qəhrəman bəyə məxsus, qəhrəmanbəylilər” anlamındadır. Qəhrəman
fars mənşəli söz olub, igid, mərd, bahadır mənalarının bildirir.
Maqsudlu. Ağdam rayonunda, Maqsudlu inzibati-ərazi vahidində, Xaçın çayının sahilində,
Qarabağ düzündə, Ağdam-Kəlbəcər şose yolu yaxınlığında yerləşir. Elmi ədəbiyyatda bu oykonim
haqqında yazılır: “Yaşayış məntəqəsi maqsudlu nəsli tərəfindən salındığı üçün belə adlandırılmışdır”.
Maqsudlu XVI əsrdə insanebağda yaşayan Otuzikilər tayfasının bir oymağının adıdır. 1593-cü ilə aid
məlumata görə, bu oymaq “Maqsudlu camaatı” adlanırdı. Onlar Xaçın sancağının Celaberd qışlağında
Xak kəndinin ərazisində əkin əkirdi. Osmanlı qaynağında (1593-cü ilə aid) Otuziki elinin iyirmi yeddi
oymağının adı sadalanır və həmin oymaqların yaşadıqları yurd yerləri göstərilir. Adı keçən oymaqlar
içərisində Maqsudlu (Xaçın sancağı, Celaberd aranı), Maqsudlu-Bəzirganlı (Ərk adlı yerdə) və
Maqsudlu-Həmidli (Qarağac qəzası) oymaqlarının da adı çəkilir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
941
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ağdam rayonundakı Maqsudlu kəndində Maqsudlu məhəlləsi adlı mikrotoponim də qeydə
alınmışdır. Kənddə XVIII əsrə aid türbə var. Qeyd edək ki, kənd qəbiristanlığında müxtəlif dövrlərə
aid daş heykəllər aşkar edilmişdir. Çox güman ki, Maqsudlu nəslinin adı Maqsud şəxs adı və -lu
mənsubiyyət şəkilçisindən ibarət olub, “Maqsudun nəslindən olanlar” mənasındadır. Maqsud
antroponimi haqqında “Azərbaycan şəxs adları” (1987) kitabında yazılır: “Maqsud ərəbcə niyyət,
qəsd, məram, arzu deməkdir”.
Xaçmaz rayonunda Maqsudkənd, Laçın rayonu ərazisində Maqsudlu oronimi və hidronimi var.
Paşabəyli. Kənd Ağdam rayonunda, Xındırıstan inzibati-ərazi vahidində, dağətəyi düzənlikdə
yerləşir. “Yaşayış məntəqəsi Paşabəy adlı bir şəxsə məxsus ailələrin məsklunlaşması nəticəsində
yaranmışdır”. Oykonim Paşa (şəxs adı), bəy (titul) və -li mənsubluq bildirən şəkilçidən ibarət olub,
“Paşa bəyə məxsus kənd” anlamındadır.
Elmi ədəbiyyatda Paşa antroponimi haqqında maraqlı fikirlər mövcuddur. B.Abdullayeb “Paşa”
adının bəzi türk dillərində “ağa, cənab” mənasında həm mülki, həm də hərbi vəzifə sahiblərinə verilən
ad olduğunu göstərir. Lakin o, sözün hansı mənşəyə malik olduğunu göstərmir. Osman Mirzə isə
özünün “Adlarımız” (1993) adlı kitabında Paşa antroponimindən bəhs edərkən rus dilində nəşr edilmiş
“Şir və Şərv” kitabının müəllifi A.Qafurovun fikrini təqdim edir: Paşa “...farsların “padşah” sözüdür.
Türkiyədə Osmanlı imperiyası dövründə ixtisara düşüb, hərbi titula çevrilmiş, daha sonra şəxs adı kimi
yayılmışdır”. N.Məmmədov da Paşa adının padşah sözünün ixtisar forması olduğunu qeyd edir.
Y.Məmmədov “paşa”nın “baş ağa” konstruksiyasının transformasiyası əsasında yarandığını bildirir.
“Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti” (1999) kitabında verilən izah da maraqlıdır: “Paşa keçmiş
sultan Türki-yəsində, Misir və bəzi başqa müsəlman ölkələrində ali hərbi vəzifə tutan şəxs və mülki
məmurlara verilən fəxri ünvan, titul və s.”. “Kitabi-Dədə Qorqud” dastanından nümunədə göstərilir:
“Çün iyanət Tənridən oldı, bəgün, paşanın himməti Qanturalıya oldı”.
Ə.Tanrıverdi Paşa şəxs adının “Kitabi-Dədə Qorqud”da müqəddimədə işlədilən adlardan sayır.
Müəllif yazır ki, qədim və müasir Azərbaycan antroponimləri sistemində, əsasən, kişi adı kimi
səciyyəvi olan “Paşa” adı “Kitabi-Dədə Qorqud”un müqəddiməsində Yetər, Zəlixə, Zübeydə, Ürüydə,
Ayna Mələk və s. kimi qadın adları ilə bir sistemdə verilməsi onun qadın adı kimi də işlədildiyini
göstərir. Bu sözlə bağlı Paşaqol (Lerik r.) və Paşalar (Şuşa) oykonimləri də vardır.
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı
ilə yerinə yetirilmişdir – Qrant № EİF/MQM-3-Shusha-2014-7(22)-05/03/5.
Dostları ilə paylaş: |