IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
923
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
daxilində iki samitin yanaşı işlənməsi səciyyəvi deyildir. Yalnız alınma sözlərdə eyni morfem
daxilində samit birləşmələrinə rast gəlmək olar. Fonem birləşmələrində kəskin məhdudiyyət morfem
başlanğıcı üçün daha səciyyəvidir. Məsələn, Azərbaycan dilində /nt/ (sonant+samit) kombinasiyasına
morfem başlanğıcında rast gəlinmir. Lakin morfem sonunda belə birləşmələr mümkündür.
Dilin fonoloji sistemi fonem və qarşılaşmaların sadəcə yığını deyil, fonoloji vahidlər arasında
müəyyən münasibətlər strukturudur və hər bir qarşılaşmanın təyin edilməsində onun üzvləri arasında
münasibətlərin tipini müəyyən etmək zərurəti yaranır. Dilin fonoloji sisteminin təsvirində, fonem
inventarının müəyyənləşdirilməsində tək fonem və fonem birləşmələrinin öyrənilməsi də vacibdir.
Monofonematik kimi yalnız o səs birləşmələri dəyərləndirilə bilər ki, müəyyən dildə onların tərkib
hissələri iki hecaya ayrıla bilmir və onlar vahid artikulyasiya hərəkətilə yaranır.
Dilin fonem inventarının təyin edilməsində əsas məsələ səslərin mono- və ya bifonemliyi
məsələsidir. Səs birləşməsinin tərkib hissələri iki hecaya bölünmədikdə ayrılıqda götürülmüş bir
fonemin reallaşması kimi qiymətləndirilə bilər, məsələn, ispan dilində 14 fonetik diftonqun [ay], [aw],
[ey], [ew], [oy], [ow], [ya], [ye], [yo], [yu], [wa], [we], [wi], [wo] olduğu qeyd edilir: “aire, causa,
seis, reuma, sois, hacia, tierra, viuda, cuerda, cuita, menguó”. İspan dilində 14 diftonqdan 11 – i (bütün
qalxan diftonqlar və [aw], [ew], [ow]) bu müddəanın tələblərinə cavab verir, yəni onlar ayrı-ayrı
hecalara üzvlənmir. Digər enən diftonqlar: [ay], [ey], [oy] ayrı-ayrı hecalara bölünür, “rey – re-yes”,
“hoy – hoy es – tarde - [oyes-tar-de]”və s. Lakin hecalanma əksər fonemli dillərdə olduğu kimi, ispan
dilində də avtonom, ritmyaradıcı funksiyanı yerinə yetirən fonetik xarakter daşıdığından bu və ya
digər səsin birləşməsinin fonoloji dəyrələndirilməsinin kriteriyası ola bilməz. Madam ki, fonologiya
ümumi fonetikanın funksional aspektidir, yəni həmin vahidlərin funksiyalarını öyrənir, fonemin əsas
funksiyası isə morfemin, onun eksponentinin “tikinti materialı” kimi çıxış etməkdən ibarətdir, onda bu
və ya digər səsin fonoloji statusu həmin vahidin yerinə yetirdiyi əsas funksiyası – morfemləri
formalaşdırmaq funksiyasına əsaslanmalıdır. Bu və ya digər səs birləşməsinin yeganə meyarı onların
arasından morfoloji sərhədin keçib-keçməməsidir. Başqa sözlə, fonoloji seqmentasiya morfoloji
seqmentasiyadan (üzvlənmədən) asılıdır. [ay], [ey], [oy] diftonqlarının daxilindən heca sərhədi
keçdiyinə görə deyil, morfoloji cəhətdən üzvləndiklərinə görə bifonem birləşmələr kimi
dəyərləndirirlər. Məsələn, “baile – Ana y Pablo”, “veinte – come – y vete, hoy – cielo – y tierra”.
Analoji şəkildə digər enən diftonqların [aw], [ew], [ow] bifonemliyini sübut etmək olar, məsələn:
“causa – toma un t ”, “deuda - toma un t ”və s.
Qalxan diftonqların fonoloji statusunu morfoloji meyarla nəzərdən keçirməzdən əvvəl, həmin
birləşmələrdən birinin – yarımsait və ya yarımsamitin – [j], [i
], [w], [ṷ] fonoloji statusunu
müəyyənləşdirmək lazımdır. Akustik (və ya artikulyator) baxımdan yaxın səs eyni bir mövqedə
işlənmirsə, onda onlar eyni bir fonemin kombinator variantlarıdır. İspan dilində [i], [i
] və [j], [y]
səsləri eyni bir fonetik mövqedə işlənmirlər. İspan dilində diftonqların “zəif” komponenti - [ŷ], [w]
samit təbiətinə istinadən onları bifonem birləşmələr hesab edirik. Məsələn: [ya] piano – ¿Y Ana
viene?, [ye] «viejo – el lápis y el papel»; [yo] «canción– gris y oscuro»; [yu] «ciudad – y usted
también»; [wa] «cuaderno – tu abanico»; [we] «fuente – tu edificio»; [wi] «cuidado – tu Inés»; [wo]
«antiguo – su orario» və s. Deməli, ispan dilindəki diftonqların daxilindən morfem sərhədi
keçdiyindən onları bifonem birləşmələr adlandırmaq daha məqsədəuyğundur.
ZAQATALA DİALEKTİNDƏ FEİLLƏRİN MÜXTƏLİF
ZAMAN FORMALARINDA AHƏNG QANUNU
Sərxan HACIYEV
Qafqaz Universiteti
shaciyev@std.qu.edu.az
AZƏRBAYCAN
Ahəng qanunu qədim tarixə malik olan qanundur. Bu qanun hələ qədim yazılı abidələrimizdə
mövcud olmaqla, bu gün də özünü qoruyub saxlamışdır. Türk dillərində olduğu kimi, Azərbaycan
dilində də morfoloji quruluş iltisaqi olduğundan ahəng qanununun vacibliyi xüsusi əhəmiyyət kəsb
edir. Həm söz köklərində, həm də söz köklərinə şəkilçilər qoşulduqda köklə şəkilçi münasibətində
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
924
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ahəng qanunu mühüm rol oynayır. Ahəng qanunu dilimizdə ən möhkəm qanundur. Azərbaycan dilinin
müxtəlif şivələrində bu və ya digər şəkildə ahəng qanunun pozulmasına baxmayaraq, ədəbi dildə bu
qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır. Dialekt və şivələrimizdə ahəng qanunu
ədəbi dilə nisbətən bir o qədər möhkəm deyildir. Bir çox hallarda dialekt və şivələrimizdə ahəng
qanunu pozulur. Bunlardan maraq doğuranlardan biri də Zaqatala dialektidir. Bu hal özünü feilin
müxtəlif zaman formalarında və məsdər şəkilçilərində göstərir. Ədəbi dildə elə sözlər var ki, onlarda
ahəng qanunu pozulmur ,amma, həmin sözlərin Zaqatala dialektindəki tələffüzündə bu halın əksi baş
verir. Feilin məsdər şəkilçiləri Azərbaycan dilində -mək və -maq-dır. İncə saitli feillərin kökünə - mək
şəkilçisini artıranda bu şəkilçi Zaqatala dialektində -max kimi təzahür edir. Məsələn, sürmək (sürmax),
gəlmək (gəlmax), gülmək (gülmax) Göründüyü kimi, feilin müxtəlif formalarında baş verən
pozulmaların çoxu I şəxs cəm şəkilçisində özünü göstərir . Verilən materiallara diqqət yetirsək görərik
ki, bunların hamısında (k → x), (q → x) ya da (y → ğ) dəyişmələri baş veribdir. Bilirik ki, x, ğ
samitləri ağız boşluğunun arxasında törənir, elə buna görə də bunlardan əvvəldə gələn sait bu
xüsusiyyətini (arxa xüsusiyyəti) təsiri altında incə saitdən qalın saitə dəyişiir. Misal üçün: veririk (
verirıx), gedəcək (gedəcax) yemək ( yimax ) gülmək ( gülmax)Buradan belə qənaətə gəlmək olar ki,
bu hal özünü daha çox feillərdə göstərir.Bu barədə Məmməd ağa Şirəliyev yazır: “Bu qrupa daxil olan
dialekt və şivələrin əksəriyyətində ön sıra saiti olan sözlərə arxa sıra saiti olan şəkilçilər qoşulur.
Bununla da ədəbi dildən fərqli olaraq dialektdə ahəng qanunu pozulur.” Feilin müxtəlif zamanlarından
asılı olmayaraq bu sözlərdə ahəng qanunu pozulur. Buna feilin bütün zaman formalarında az və ya çox
dərəcədə təsadüf olunur:
İndiki zaman
Gələcək zaman
Keçmiş zaman
İndiki zamanı ifadə etmək üçün dialekt və şivələrimizdə bir çox şəkilçilər işlənir ki, bunlara
ədəbi dildə təsadüf edilmir. Bildiyimiz kimi, Azərbaycan dilində indiki zamanın şəkilçiləri –ir, -ır, -ur,
və -ür - dür. Misal üçün: dərirəm, gedirəm. Bu şəkilçilərdən ancaq birinci şəkilçini feilin kökünə (incə
saitli köklərə) artıranda I şəxs cəm formasında Zaqatala dialektində ahəng qanunu pozulur: (dərirıx)
(gedirıx). Məmməd ağa Şirəliyev yazır: “Zaqatala-Qax şivəsində indiki zaman – iy şəkilçisi ilə də
ifadə edilir.Həmçinin,Zaqatala- Qax şivəsində bu şəkilçəyə ahəng qanunu tabe olaraq dörd variantda (
-iy, -ıy, -uy,- üy) rast gəlmək mümkündür.” Misal üçün: geliy, geliyk, geliysiniz.
Belə ki, Azərbaycan dilində qəti-gələcək zamanın şəkilçiləri -əcək və -acaq-dır. Bu zamanın
şəkilçilərindən sonra sait ilə başlanan şəkilçi gəlsə, k samiti y-ya, q samiti isə ğ- ya, ya da y- ya
dəyişər. Misal üçün: gələcəyəm, alacağam/ alacayam. Bu şəkilçilərdən birinci şəkilçini (-əcək) incə
saitli feillərin kökünə artıranda I, III şəxs tək və I şəxs cəm formalarında Zaqatala dialektində ahəng
qanunu pozulur. Bu zaman şəkilçilərində və şəxs sonluqlarında da özünü göstərir. (k samiti x-ya
dəyişir):
I şəxs tək: diyəcağam, biləcağam
I şəxs cəm: gedəcəyıx, gedəciyıx
III şəxs tək: gedəcax, verəcax, öpəcax, süpürəcax.
Buradan belə qənaətə gəlmək olar ki, bu hal özünü daha çox feillərdə göstərir. Feilin müxtəlif
zamanlarından asılı olmayaraq sözlərdə ahəng qanunu pozulur.
Nəqli keçmiş zaman şəkilçiləri dialekt və şivələrimizdə ədəbi dilə nisbətən zəngindir. Ədəbi
dildə nəqli keçmişi ifadə etmək üçün –mış,-miş, -muş,-müş və -ıb
4
şəkilçiləri işlənirsə, nəqli keçmiş
şəxslər üzrə ahəng qanunundan asılı olaraq dialekt və şivələrimizdə dörd və ya ikivariantlı şəkilçilərlə
ifadə edilir. Belə ki, bu zamanda incə saitli feillərin I şəxs cəm formasında ahəng qanunu pozulur:
görmüşux, vermişıx, yemişıx. Zaqatala dialektində nəqli keçmiş I şəxs cəm, II şəxs ( tək və cəm ), III
şəxs ( tək və cəm ) -ıf,-if,-uf,-üf şəkilçiləri ilə ifadə olunur. Misal üçün:
I şəxs cəm: işdəmişıx, gəlmişıx – (şəxs şəkilçisinin pozulması): ik-ıx.
II şəxs tək: işdiyifsən, görüfsən
II şəxs cəm: işdiyifsiniz,görüfsünüz
III şəxs tək: işdiyif, görüf
III şəxs cəm: işdiyiflər,görüflər
Şühudi keçmiş zamanın şəkilçiləri Azərbaycan dilində -di,-dı,-du və -dü dür. Misal üçün: qaçdım,
yazdım, baxdım. Bu şəkilçilərdən üçüncü yəni –dı,-du, və - dü şəkilçilərini feilin kökünə artıranda III
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
925
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəxs tək və cəm formasında ahəng qanunu pozulur. Bu növ pozulmaya Zaqatala dialektində də rast
gəlmək mümkündür. Məsələn:
III şəxs tək : qaldi, durdi
III şəxs cəm: durdix, qaldix
Nümunələrdən göründüyü kimi Zaqatala dialektində ahəng qanunu şühudi keçmiş zamanda yalnız III
şəxs cəm və III şəxs tək formalarında pozulur.
Bu araşdırmalara əsasən deyə bilərik ki, Zaqatala dialektində ahəng qanununun pozulması daha
çox özünü feillərdə göstərir. Aparılan tədqiqatlara əsasən bunu deyə bilərik ki, bu hallara daha çox I
şəxs cəm, III şəxs tək və cəm formalarında rast gəlmək olar. Bunu da qeyd etmək lazımdır ki, bu
dialektdə işlənən feillərin sonunda daha çox k samiti x samiti ilə əvəz olunur. Bu tədqiqatlardan bizə
məlum olur ki, dialektlərin öyrənilməsi üçün zəngin məlumatlara malik lüğətlərə və araşdırmalara
ehtiyac var.
ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ
İNTERAKTİV TEXNOLOGİYALARIN ROLU
Lalə MUSAYEVA
ADPU
lalmus_440@mail.ru
AZƏRBAYCAN
Ədəbi dilin keyfiyyəti onun müəyyən standartlara sahib olması ilə qiymətləndirilir. Müasir
Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri olaraq mükəmməl, sabit qaydalara
malikdir. Bu qaydalar müəyyən bir tarixi təkamülün məhsuludur. Dilin daxili quruluşunu onun səs
məzmunu (fonetik), leksikası (lüğət məzmunu) və qrammatikası nizamlayır. Ədəbi dilin qaydaları da
bunlara uyğundur:
1) Fonetik normalar;
2) Leksik normalar;
3) Qrammatik normalar.
Təsiredici və gözəl bir nitqdə mövzunun məzmunu qədər tələffüz tərzi də əhəmiyyətlidir. Necə
söyləyəcəyini bilməyən bir adamın gözəl danışması çox çətindir. Duyğu və düşüncələrin ifadəsində,
seçilən sözlərin və tələffüz tərzinin insanlar üzərində fərqli təsir yaradacağı şübhəsizdir.
Düzgün danışıqda vurğu və intonasiyaya əməl edilməsi qədər sözlərin doğru tələffüzü də
əhəmiyyətlidir. Yanlış deyilən bir söz, mənası bilinmədən istifadə edilən söz natiqi çətin vəziyyətdə
buraxa bilər.
Təhsil almış bir insanın danışdığı ana dilində tələffüzünün yaxşı olması gözlənilir.
Halbuki ətrafımıza baxdıqda universitet məzunu insanların belə tələffüzlərındə bəzi problemlər
olduğunu fərq edə bilərik. Bunun əsasında iki səbəb vardır. Səbəblərdən biri insanın ətraf-mühitindən
qaynaqlanır. İnsanın yetişdiyi və yaşadığı ətraf tələffüz xüsusiyyətinin təyinedicisi olur. Həm də
insanın fizioloji bir qüsuru varsa, bu da o insanın tələffüzdə problemlər yaşamasına səbəb ola bilər.
Tələffüz problemiylə əlaqədar ikinci səbəb isə insanın aldığı təhsilə dayanır. Əgər tələffüz qüsurları
olan bir insan, təhsil həyatı boyunca tələffüzlə bağlı kifayət qədər təhsil alarsa bəzi problemlər
yaşaması təbiidir. Xüsusilə ölkəmizdə orta məktəb təhsilindən başlayaraq tələffüz məsələlərinə kifayət
qədər əhəmiyyət verilmədiyini görürük. Ancaq bu məktəblərdə oxudulan Azərbaycan dili və ədəbiyyat
dərslərinin var olma səbəblərindən biri də şagirdlərə dillərini ən gözəl şəkildə və bütün istiqamətləriylə
öyrətməkdir. Bu səbəbdən bu barədə orta məktəb müəllimlərinin üzərinə böyük iş düşür.
Sahib olduqları xüsusiyyətlərə bağlı olaraq müəllimlərin şagirdlər üzərində müsbət və ya mənfi
təsiri olur. Hər müəllim şagirdlər üçün bir modeldir. Müəllimin geyimi, oturması, qalxması, oxuması,
yazması və danışması şagirdlərə mütləq təsir edəcək. Buna görə, müəllimlərin hər mövzuda olduğu
kimi tələffüz mövzusunda da diqqətli olmaları lazımdır. Bir müəllim dərs prosesində və ya
dərsdənkənar Azərbaycan dilini düzgün istifadə etməyə diqqət göstərməlidir. Müəllimlər şagirdlərinin
danışarkən etdikləri səhvləri uyğun bir dillə düzəltməlidir. Çünki məktəb insanların yetişdikləri ətraf-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
926
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mühitin dilini, o bölgənin ləhcəsini deyil, standart dili, mədəniyyət dilini əsas götürür. Ölkəmizdə
standart dil Azərbaycan dili olduğuna görə məktəblərimizdə veriləcək təhsildə də buna uyğun
davranılması lazımdır.
Ədəbi tələffüz məsələlərinə ilk növbədə orta məktəbdən diqqət edilməsi dərs prosesində tələffüz
vərdişlərinə yiyələnmək üçün hansı metod və priyomlardan, vasitələrdən, üsullardan istifadə olunması
məsələləsini ön plana çəkir. Müasir dərs prosesi interaktiv təlim texnologiyalarının istifadəsini labüd
edir. Azərbaycan dili dərslərində ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsində də interaktiv təlim
texnologiyalarından istifadə edilir. Belə ki, interaktiv təlim müəllim və şagirdin qarşılıqlı əlaqəsini
əsas tutduğu üçün məhz həmin prosesdə tələffüzün inkişafı mümkündür. Müəllim şagirdlərlə birbaşa
ünsiyyətdə olduğu üçün onların nitqində yaranan problemləri aradan qaldıra bilər. Burada yalnız
müəllim deyil, şagirdin digər yoldaşları da ona köməklik edə bilər.
Həyatımıza bir neçə il bundan qabaq daxil olan informasiya texnologiyaları kortəbii inkişaf
edirdi. Məhz bu interaktiv şifahi nitqin formalaşmasına, eyni zamanda tələffüz vərdişlərinin inkişafına
xidmət edən kompüter texnologiyalarının meydana gəlməsinə və sürətli inkişafına təkan verdi.
Ümumiyyətlə, tələffüz prosesi nümayiş, dərketmə və anlama, təqlid, yoxlama və düzəltmə,
fonetik məşğələlərin həyata keçirilməsindən ibarətdir. Birinci mərhələdə. nümayiş mərhələsində
öyrənənlərə aydın tələffüz nümunələri nümayiş etdirilməlidir. Müəllim özü yaxşı tələffüzə malik
olmalıdır. Əgər müəllim yaxşı tələffüzə malik deyilsə, o audio materiallardan istifadə edə bilər. İlk
növbədə saitləri, sonar samitləri öyrətmək lazımdır. Saitlər sərbəst səslənə bilir, lakin samitlər yox.
İkinci, yəni dərketmə mərhələsində şagirdlər birinci mərhələdə qeyd edilən sözlərdə sait və samitləri
ayırd etməyə çalışırlar. Üçüncü, yəni təqlid mərhələsində şagirdlər ilk mərhələlərdə eşitdikləri və dərk
etdikləri səsləri təqlid edirlər. Bu mərhələdə şagirdlər sait və samit səsləri bir-birindən fərqləndirməyi
bacarmalıdırlar. Dördüncü, yoxlama və düzəltmə mərhələsində nöqsanlar ayırd edilməli və
düzəldilməlidir. Sonuncu mərhələdə şagirdlər sait və samitlərdən kompleks halda istifadə etməyi
öyrənirlər. Bu mərhələdə öyrənənlərin tələffüzünü daha yüksək səviyyəyə çatdırmaq üçün kompleks
məşğələlərin (audio materiallarla iş, məktub, mətnlə iş və danışma və s.) aparılması vacibdir.
Ədəbi tələffüz vədişlərinin inkişafında təqdimat, beyin həmləsi, akvarium, karusel və s. kimi
texnologiya və üsullardan istifadə edilir.
Təqdimat şagirdlərə şərait yaradır ki, onlar gəldiyi nəticələri sözlərlə ifadə edə bilsin. Bu zaman
düzgün sözü seçmək və onu düzgün ifadə etmək xüsusi rol oynayır. Belə ki, məhaz bu prosesdə
şagirdin nitqindəki qüsurları görmək olur. Müəllim bu zaman həmin qüsurları qeyd etməli, növbəti
təqdimat edəcək şagirdin nitqində bu qüsurları buraxmaması üçün ondan həmin sözlərin düzgün
tələffüzünü soruşa bilər. Bu zaman müəllim bir deyil, bir neçə şagirdin nitqindəki qüsurları
düzəltməyə nail olacaqdır.
Beyin həmləsi vasitəsilə müəllim şagirdin fərqində olmadığı bir zamanda tələffüz vərdişlərini
inkişaf etdirə bilər. Belə ki, müəllim şagirddən ardıcıl olaraq bir neçə sözün düzgün tələffüz qaydasını
soruşa bilər. Bu həm də şagirdin cəld və anlaşıqlı danışmasına kömək edə bilər.
Akvarium metodu ilə müəllim şagirdləri daxili və xarici dairələrə ayırır. Bu zaman müəllim hər
iki dairəyə tələffüzü müxtəlif olan sözlər verir. Burada əsas məqsəd dairə iştirakçısı olan şagirdlərin
müzakirə edərək düzgün sözü tapmalarıdır. Hər iki dairə bir-birin əksinə çıxış edərək müzakirələr
aparırlar.
Karusel üsulunda isə müəllim qrup üzvlərinə tələffüzü fərqlənən sözlər yazılan zərflər verir.
Burada şagirdlər bir sözün düzgün tələffüz qaydasını yazaraq yoldaşına ötürür ki, o da növbəti sözün
düzgün tələffüz formasını yazsın. Beləliklə, hər sonrakı şagird özündən əvvəl yazan şagirdlərdən də
düzgün tələffüz qaydasını öyrənə bilir.
Beləliklə, ədəbi tələffüz məsələsinə daim diqqət yetirilməlidir. Bu prosesdə isə orta məktəb
müəllimlərinin üzərinə böyük yük düşür.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
927
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
DÜNYA DİLÇİLİYİNDƏ MÜRƏKKƏB SİNTAKTİK
BÜTÖVÜN VƏ SÖZ SIRASININ TƏDQİQİ TARİXİ
Dürdanə TARIVERDİYEVA
Bakı Slavyan Universiteti
pearl087@hotmail.com
AZƏRBAYCAN
Sintaktik bütövlər mətn sintaksisinin xüsusiləşmiş tədqiq obyektidir və mahiyyət etibarilə
“mikromətn” termini ilə sinonimdir. Sintaktik bütöv əlaqəli nitqin (mətnin) cümlədən böyük elə bir
bitkin mənalı parçasıdır ki, onu bir daha bitkin mənalı mətnlərə ayırmaq olmaz. Avropa və Rusiyada
MSB-nin öyrənilməsi sahəsində böyük uğurlar olsa da, türkoloji dilçilikdə mətn sintaksisi məsələsi
hələlik nisbətən az öyrənilmişdir. Dilçilikdə mətnin öyrənilməsi məsələsinə hələ XIX yüzildə yaşamış
görkəmli alim Mirzə Kazım bəyin məşhur “Qrammatika” kitabında rast gəlirik.
MSB-nin araşdırılması dilçilikdə XX yüzilliyin ortalarında meydana çıxmışdır. Bütövlükdə isə
mətn sintaksisi, bir elm sahəsi kimi, türkologiyada XX yüzilin 50-ci illərindən sonra formalaşmışdır.
XX yüzilin ortalarında Avropa dilçiliyi, xüsusilə Praqa funksional dilçilik məktəbi nümayəndələrinin
uğurları dilçilikdə kommunikativ və semantik məzmunlu yeni linqvistik açıqlamaların meydana
çıxmasına və xüsusilə də cümlədən böyük mürəkkəb sintaktik bütövlərin filologiyada ayrıca olaraq
tədqiqinə geniş yol açmışdır.
Mətn dilçiliyi sahəsində rus alimlərinin də tədqiqatları əsas yer tutur. Mürəkkəb sintaktik bütövü,
cümləni, söz sırasını rus dilinin materialı əsasında öyrənməyə başlayan ilk rus alimlərindən biri
N.S.Pospelov idi. Özünün bir sıra əsərlərində “mürəkkəb sintaktik bütövlər” adlandırdığı bu vahidlərin
ayrılıb seçilmə zərurətini əsaslandırmış və öz nöqteyi-nəzərindən onların əsas əlamətlərini
müəyyənləşdirmişdir. O, mürəkkəb sintaktik bütövlərin əlamətlərinə aşağıdakıları aid edir: qapalı
sintaktik strukturu, konteksdəki sintaktik müstəqilliyi (bu müstəqillik məhz mürəkkəb sintaktik bütövə
aiddir, cümləyə yox), mürəkkəb sintaktik bütövə daxil olan cümlələrin arasındakı əlaqələrin kəsilən
xarakteri, mürəkkəb sintaktik bütöv tərkibinin sintaktik müxtəlifliyi.
Türkiyə dilçiliyində MSB-nin öyrənilməsinə XX yüzilin sonlarında başlanmışdır. Türkiyə
dilçiliyində mətn bilgisi məsələlərinə Uludağ Universitetinin dosenti Kərimə Üstünova cümlədən daha
böyük vahidin MSB-nin varlığı məsələsini və onun yaranmasında təkrar nominasiyasının rolunu
“Türkçede yapı kavramı və söz dizimi incelemeleri” adlı kitabında araşdırır. Müəllif abidələrin
mətnləri əsasında cümlənin ən böyük dil vahidi olmadığını, MSB-nin səs, söz, cümlə və s. dil birliyi
olduğunu və onun necə incələnməli olduğunu göstərir, mətnin struktur və məna bağlılığı məsələlərini
örnəklərlə izah edir.
Türk dilçiliyində sintaksisə dair maraqlı tədqiqatçılardan biri də Mehman Musaoğludur. O,
müasir türk dilində və folklor mətnlərində mürəkkəb sintaktik bütövlərin struktur məsələlərinə həsr
etdiyi araşdırmalarında mürəkkəb sintaktik bütövlərin yazı və şifahi formalarını müqayisə etmiş,
onların struktur və üslub fərqlərini göstərmişdir.
Müəllif “Manas” və “Kitabi–Dədə Qorqud” mətnlərini müqayisəli təhlil edərək türk mətnlərinin
ümumi cəhətlərini müəyyən etməyə çalışır. Türk dilçiliyində prof.M.Musaoğlunun bu sahədəki
tədqiqatları “Türkolojinin çeşitli sorunları üzerine makaleler incelemeler” adlı monoqrafiyasında daha
ətraflı verilir.
Azərbaycan dilçiliyində mətn sintaksisinin sistemli araşdırılması əsasən 70-ci illərdən başlanır.
Mürəkkəb sintaktik bütövün struktur və funksional araşdırılması, əsasən XX əsrin 70-80-ci illərindən
başlanır. XX əsrin 70-ci illərindən başlayaraq dilçiliyimizdə mətn sintaksisinə maraq artır, onu nitqin
müstəqil, cümlədən böyük vahidi sayaraq öyrənməyin tərəfdarı olan dilçilərimizin sayı çoxalır. Bu
cəhətdən Ə.Cavadovun tədqiqatları maraqlıdır. O, mürəkkəb sintaktik bütövlərin komponentlərinin
əlaqələnməsində söz sırasının mühüm rolunu müəyyənləşdirmişdir. Müəllif bu barədə yazır: “Əlaqəli
nitq müxtəlif vasitələrlə bağlanmış zənciri xatırladır. Odur ki, hər hansı dil vahidinin müstəqilliyini
mütləq mənada qəbul etsək, onda nitqimizdəki cümlələrin bir-birindən asılılığını inkar etmiş olarıq”.
Ə.Cavadov doktorluq dissertasiyasında Azərbaycan dilindəki sintaktik vahidlərin düzülüşü, söz
sırası, cümlələrin əlaqələnməsi məsələlərini araşdırmışdır. Ə.Cavadov sintaktik bütövləri nitqimizin
|