Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə27/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   23   24   25   26   27   28   29   30   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

908



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

substantivləşməsini tam isimə keçməsi kimi izah edir. Nəzərə alsaq ki, substantivləşmə özü də keçmə 

prosesidir  onda  onun  tam  və  müvəqqəti  olması  və  ya  sunstantivləşmiş  sözün  tam  ismə  keşməsini 

məqbul  hesab  etmək  olmaz,  düzdür  dilimizdə  işlənən  bəzi  sözlər  istisna  hal  kimi  çıxmaq  şərti  ilə, 

məsələn, Sarı, Cavan, Gözəl, Qəşəng, Qəhrəman, Yaxşı və s. kimi sözlər dilimizdə həm sifət, həm də 

isim kimi çıxış edir. Məsələn, “Bir gün Yaxşı göz yaşı tökə-tökə Aşığa bir namə yazdı.”, “Yoldaşları 

Həsəni dindirməməklə yaxşı hərəkət etmədiklərini başa düşmüşdülər.” burada birinci cümlədə “yaxşı” 

sözü  şəxs  adı  bildirən  isimdir  bu  söz  sintaktik  prinsipə  əsaslanaraq  omonimləşmiş  sözdür,  ikinci 

cümlədə “yaxşı” sözü əşyanın əlamətini bildirən sifətdir və mətni xarakter daşıyır. Dilimizdə daha çox 

sifətin substantivləşməsinə təsadüf edirik, lakin digər nitq hissələridə (say, əvəzlik, fel, zərf , koməkçi 

nitq hissələri və s.) substantivləşə bilər. 

Adyektivləşmə  prosesi  –  nitq  hissələrinin  sifətləşmə  prosesidir.  Bu  keçid  prosesi  zamanı  her 

hansı  bir  nitq  hissəsi  sifətin  yerində  işlənərək  təyin  vəzifəsində  çıxış  edir.  Bəzən  təyin  vəzifəsəndə 

çıxış  etməyən  nitq  hissələri  təyin  olduqu  üçün  adyektivləşmiş  hesab  olunur.  Bunu  da  qeyd  edək  ki 

isimlərin sifətləşməsinə bəzən“atributivləşmə”də deyilir. 

 Məsələn,  “  O,  at  Balaxanım  kimi  yeriməyi  vərdiş  etmişdi.”,  “Müdürin  münasibəti  bütün 

işçilərinə  qarşı  eyni  idi.”  və  s.  Birinci  cümlədə  “at”  isim  olsa  da  şəxsin  əlamətini  bildirdiyi  üçün 

sifətləşir, ikinci cümlədə baxmayaraq ki, əvəzlik nitq hissəsi kimi digər nitq hissələrini əvəz etməsinə 

xidmət edir, belə cümlələrdə əvəz etmədən çox sifətin əlamətini qəbul etmiş sifətləşmiş söz kimi çıxış 

etmişdir. 

Adverbiallaşma- nitq hissələrinin zərfləşməsidir. Bildiyimiz kimi zərf dilimizdə sonradan yaradı-

lan nitq hissəsidir və dilimizdə məhz zərf kimi işlənən sözlərə az təsadüf olunur, lakin cümlədə zərflik 

vəzifəsində çıxış edən sözlərə diqqət yetirsək zərfdən çox zərfləşmiş sözləri zərf kimi götürürük.  

Məsələn, yaxşı, pis, bura, ora, az çox və s. kimi zərflər. Adverbiallaşmış nitq hissəsi cümlədə zərf 

kimi zərflık vəzifəsində çıxış edir. “O bu dərsi çox yaxşı danışmışdır.”, “Çox keşmişəm bu dağlardan, 

Durna gözlü bulaqlardan...” “Yaxşı” sözü sifət, “çox” sözü isə say olsa da cümlədə “yaxşı” hərəkətin 

tərzini,  “çox”  isə  hərəkətin  miqdarını  bildirdiyi  üçün  adverbiallaşaraq  zərflik  vəzifəsində  çıxış 

etmişdirlər. 

Pronominalizasiya  –  Dilimizdə  keçid  proseslərindən  biri  də  əvəzlikləşmədir.  Bəzi  dilçilər  bunu 

“pronominalizasiya” da adlandırırlar. Bu sözün latınca hərfi mənası “pronima” - əvəzində, “nomina” – 

adlar  deməkdir.  Bildiyimiz  kimi  əvəzliklər  yalnız  digər  nitq  hissələrini  əvəz  etdikləri  üçün  özünün 

özünə  məxsus  xüsusi  əlamətləri  yoxdur  lakin,  bunuda  qeyd  edək  ki,  əvəzliklər  çox  vaxt  ümumiləş-

dirmə bildirir və bu xüsusiyyətinə görə də bəzən digər nitq həssələrində əvəzlikləşmə hallarına təsadüf 

etmək  olur.  Əvəzlikləşmə  isimlərdə  (xalq,  camaat,  əhali  vəs.),  “Xalqın  gözü  tərəzidir”,  sifətlərdə 

(cürbəcür,  müxtəlif,  başqaları,  qeyriləri  və  s.)  “Kamil  insan  başqalarınıda  mübarizəyə  cəlb  etməyi 

bacarandır.”, saylarda (çoxlarına, xeyli, ikisi və s.) “Çoxlarına bu hadısə məlum idi” və s. 

Apardığımız tədqiqatdan konversiyanin dildə əhəmiyyətli bir proses olduğunu vurğulaya bilərik. 

Əslində  bu  proses  dilin  lüğət  tərkibinin  zənginliyinə  xidmət  etməklə  bərabər  sinonimik  ifadəsindən 

uzaqlaşma imkanı da yaradır. 

 

 

ETNOTOPONİMLƏRDƏ YATAN TARİX 

 

Ceyhunə HÜSEYNOVA, Turanə HƏSƏNOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  toponimiyasının  böyük  bir  qismini  etnonim  mənşəli  toponimlər  təşkil  edir. 

Entonimlər  millət,  tayfa  və  xalq  adlarıdır.  Azərbaycan  xalqının  yaşadığı  ərazi  ilə  bağlı  bir  sıra 

entonimlər vardır.  Entonimlər özündə xalqın tarixini yaşadaraq onun keçmişi, bu günü və  gələcəyini 

müəyyən edir. Azərbaycanla bağlı entonimləri ölkəmizə gələn səyyahların əsərlərindən , lüğətlərindən, 

ərəb mənbələri və bir sıra alimlərimizin əsərlərindən öyrənə bilərik. Entonimlərə misal olaraq Əfşar, 

Qazax,  Bayat  və  s.  kimi  qədim  tayfaları  göstərmək  olar.  Xalqın  traix  göstəricisi  olan  etnonimlər  öz 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

909



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

varlığını toponimlərimizdə yaşatmaqdadır. Toponimlər müəyyən  yerə aid olub, coğrafi anlayış ifadə 

edir. Toponimlərin öyrənilməsində antik müəlliflərin, ərəb səyyahlarının əsərlərindən məlumat almaq 

olar. Bakı, Muğan, Gəncə və.s toponimlər Azərbaycan tarixini özündə yaşadan onomastik vahidlərdir. 

Bu toponimlər haqqında səyyahların əsərlərində müxtəlif məlumatlara rast gəlirik. 

Bakı  şəhərinin  adının  tarixi  ilə  bir  neçə  mülahizələr  vardır  .Müxtəlif  dövrlərdə  səyyahlar  və 

tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmusdur. 

Bundan  əlavə  Abseron  yarımadasında  rast  gəldiyimiz  adlar  əsasən  bu  ərazilərdə  yasayan 

tayfaların  adı  ilə  bağlı  olmusdur  .  Massagetlərdən  Maştağa,  mərd  tayfasından  Mərdəkan,  türklərin 

adından Türkan qəsəbəsinin adı meydana çıxmışdır. Bakı adına gəldikdə isə Bakı sözünün tarixi ilə 

bağlı olan variantlardan biri də fars dilində alınma “ Badi-kübə” sözünün birləşməsindən yaranmışdır. 

Fars dilindən tərcümədə “Küləklər səhəri” mənasını verən bu sözün Bakının adında əks olunmasını bir 

çox alimlər təsdiq edir. 

Qafqazşünas K.P.Patkanov iddia edir ki,bu şəhərin adı məhz lak sözü “baki” dən (təpə deməkdir) 

əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üzərində salındığından bu fikri bir növ doğru kimi qələmə 

verirlər.  Lakin,  türklərin  “İslam  ensiklopediyası”  nda  isə  Bakı  sözünün  bəy-köy  türk  sözündən 

yarandığı qeyd edirlir. Bəy-köy sözü baş şəhər deməkdir. Tarixçi Əli Hüseynzadə Mahmud Kaşğarinin 

məşhur “Divani-lüğət üt türk” əsərinə əsaslanaraq K.P.Patkanovun söylədiyi nəticəyə gələrək, əsərdə 

təpə  mənasında  işlədilən  Bakı  sözünə  əsaslanmış  və  Bakı  şəhərinin  adının  bu  sözdən  götürüldüyünü 

qeyd etmişdir. Bu fikirlə coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq etmisdir. Bakı adının mənşəyi 

haqqında  maraqlı  fikirlərdən  biri  də  bu  adın  ilkin  forması  kimi  fars  mənşəli  Baqavan  sözündən 

yaranmasıdır.  Bu  söz  tanrının  şəhəri  kimi  tərcümə  olunur.  Müasir  dövrümüzdə  Bakı  şəhərinin 

“küləklər  şəhəri”  adlanması  güman  ki,  xalqımızın  Bakı  toponiminin  etimologiyasının  fars  dilində 

“Badi-Kubə”sözü ilə əlaqələndirilməsindən irəli gəlir. Fikrimizcə, bu mülahizə şəhərimizin adına daha 

uyğun gəlir. 

Bəzi tədqiqatçılar Sumqayıt şəhərinin adının “Sum qayıt ” adlı əfsanə ilə bağlayırlar. Şəhərin adı 

ilə bağlı daha bir neçə əfsanələr də vardır. 

Şəhərin  adı  qədim  türk  tayfası  olan  ‘’suqa”  və  ya  “sunqa”ların  adından  götürülmüsdür. 

“it”şəkilçisi  isə  qədim  türk  dillərində  cəm  şəkilcisi  olub,  ‘sumqait”  –“sunqalar”,  yəni  “sunqaların 

yerləşdiyi ərazi” mənasını daşıyır. 

Etnoqraf  alim  A.Hüseynzadənin  araşdırmalarına  görə  şəhər  hələ  yaranmamışdan  əvvəl 

Abşeronda  “Sumqayıt”  adını  daşıyan  4  müxtəlif  coğrafi  ərazi  olub.  Alimin  yazdıqlarına  görə  elmi 

ədəbiyyatda  toponimiyanın  aşağıdakı  variantları  məlumdur.  Sumqayıt  Suqayt,  Sumqay,Sunqayıt, 

Sukkait . 

Apardığımız  araşdırmalardan  belə  nəticəyə  gəlirik  ki,  “Sumqayıt”  adı  qədim  türk  tayfasının 

adından götürülmüşdür. Qədim dövrlərə nəzər salsaq görərik ki, Sumqayıt şəhərinin adında olan “it” 

formantı həqiqətən də qədim türk yazılı abidələrində, göytürk yazılarında cəm şəkilçisi kimi çıxış edir. 

Tovuz şəhərinin adı qədim Oğuz –Toğuz türk dilli qəbilələrin adından yaranmışdır. Tovuzun adı 

ilə  əlaqədar  bir  neçə  mənbələrdəki  məlumatı  qeyd  edə  bilərik,  onlardan  biri  “Tau  ok  uz”  qədim 

türkçədən (huncadan) tərcümədə dağ tayfalarıyıq mənasını verir, ikincisi isə “Tau ust”qala türkcədən 

tərcümədə  dağ  üstündə  yerləşən  qala  mənasini  verir.  Bu  iki  variantlardan  daha  inandırıcısı  ikinci 

variantdır  ki,  həqiqətən  əraziyə  bu  adın  verilməsi  dağlarda  yerləşən  Tavuz  qalanın  adı  ilə  bağlıdır, 

qalanın xarabalığı hələ də qalamaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində 

bölgəyə gəlmiş Hun-Sabir tayfaları tərəfindən tikilmişdi. 

Qobustan adının mənşəyi və anlamı haqqında tədqiqatçılar müxtəlif fikirlər irəli sürmüşlər. Lakin, 

onlardan ən çox işlədilən fikir coğrafi şəraitlə bağlı yaranmışdır. Həmin fikirə görə Qobustan qobular 

diyarı, ucsuz-bucaqsız düzənlik, saysız -hesabsız təpələr arasında torpaq uçurumları nəticəsində əmələ 

gəlmişdi.  Bunun  əsasında  Qobustan  adının  məhz  bu  təbiət  şəraitilə  əlaqəli  yarandığını  qeyd  edirlər. 

Türk dillərində qobu, kobu sözü yarğan, boşluq, yarimsəhra anlamına gəlir. Digər bir mənbədə qeyd 

edilir ki, qobustan adı “Kəbristan”olmuşdur. “Kəbr”oda sitayiş edən “stan” isə diyar anlamı kimi qəbul 

edildikdə  bu  məkan  oda  sitayiş  edənlərin  diyari  kimi  başa  düşülür.  Belə  nəticə  çıxır  ki,  bu  diyarda 

atəşpərəstlər  yaşamış  və  ona  görə  də  ərazi  Kəbristan  adladırılmışdır.  Belə  bir  mülahizə  də  vardır  ki, 

Qobustan sözünün ilkin forması Gavistan şəkilində olmuşdur. Gav farsca öküz, inək, “stan”- isə diyar 

anlamında  yer  bildirən  şəkilçidir.  Bu  halda  söz  “Öküzlər  diyarı”şəkilində  şərh  edilməkdədir.  Bu 

variantın  da  irəli  sürülməsi  təsadüfü  deyildi.  Çünki,  vaxtı  ilə  Qobustan  ərazisində  çoxlu  çöl  öküzü 

yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhilləşdirilmişdir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

910



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Qədim  diyarlarımızdan  biri  olan  Şəmkir  toponiminin  də  etimologiyası  haqqında  müxtəlif 

mülahizələr  mövcuddur.  Orta  əsr  ərəb  və  fars  mənbələrində  Şəmkür,  türk  mənbələrində  Şəmkür, 

Şəmkir kimi göstərilmişdir. 1924-ci ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən 

Zeynaloğlu bu adı müxtəlif cür izah etmişdir. Şəms-Günəş Kür-tapınan, yəni günəşə tapınanlar yurdu 

deməkdir.  Dilçi  alim  Cahangirov  isə  bu  adı  “Şamkür”,  yəni  kür  qırağı  kimi  izah  etmişdir.  Bizcə 

Cahangirovun irəli sürdüyü mülahizə daha doğru təsürat yaradır, rayonun adı onun coğrafi relyefi ilə 

üst-  üstə  düşür.  Bunu  onunla  qeyd  etmək  olar  ki,  həqiqətən  də  Şəmkir  rayonu  Kür  çayı  üzərində 

yerləşir. 

 Ehtimallara  görə  Qazaxın  əsası  8-ci  əsrdə  ərəb  sərkərdəsi  Mərvan  ibn  Məhəmməd  tərəfindən 

qoyulmuşdur. Bu yer haqqında 7-ci əsr hadisələri ilə əlaqədar “Kasak” kimi ərəb tarixçisi əl-kufi (9-ci 

əsrdə) məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli “Qazax” etnik birliyinin adını əks etdirir. 

Lakin, qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. 

Azərbaycan  etnonimik  və  toponimik  vahidlərinin  işlənmə  mövqeyi  son  dərəcə  genişdir.  Bu 

etnotoponimlər  özündə  Azərbaycanin  dünənini  yaşatmaqla,  bu  tarixi  faktları  gunumüzə  gətirmiş  və 

gələcək nəsillərə daşımaqdadır.  

 

 

“DUVAQ” ETNOQRAFİK TERMİNİNİN TÜRK                                      



LEKSİK QATINDA YERİ 

 

İlahə MUSAYEVA 

Sumqayıt Dövlət Universiteti 



i_musayeva83@mail.ru 

AZƏRBAYCAN 

 

İstər tarixi, etnoqrafik, istərsə də dil və mədəniyyət aspektindən öyrənilməsi labüd olan mərasim 



leksikasında etnolinqvistik amillərin müqayisəli şəkildə araşdırılması məqsədəuyğundur. Belə ki, ortaq 

tarixə malik olan türk dillərinin mərasim leksemlərinin struktur-semantik və funksional təkamülünün 

tədqiqi  olduqca  vacibdir  və  bu  araşdırmaların  tutarlı  faktlar  və  nəticələr  ortaya  qoya  bilməsi 

danılmazdır.  Nümunələr  əsasında  bu  leksemlərə  nəzər  salsaq  bəzi  sözlərin  semantik  differensiyaya 

uğradığının,  bəzilərinin  isə  fonetik  baximdan  fərqlənsələr  də  semantik  cəhətdən  paralellik  təşkil 

etdiyini  görə  bilərik.  Məsələn:  kürəkən,  küdəkü,  güyəgü,göygü,  göy  kürəkən  sözünun  müxtəlif  türk 

dillərində işlənən derivatlarıdır. 

Türk  dillərinin  mərasim  leksikasında  tez-tez  rast  gəldiyimiz  leksik  vahidlərdən  biri  də  duvaq 

sözüdür.  Duvaq  tarixən  türk  qızlarının  toy  zamanı  bəd  nəzərdən  qorunmaq  üçün  istifadə  etdikləri 

vasitə,  örtükdür.  Evlilik  mərasimində  həyat  yoldaşlarının  üzünü  ilk  dəfə  gördüklərinin  sübutu  kimi 

duvağı bəy özü açmış, rənginə gəldikdə isə saray gəlinləri qırmızı, sadə xalq isə bənövşəyi, ağ, mavi 

rənglərdən istifadə etmişlər. 

Azərbaycan dilinin izahlı lüğətində duvaq 2 mənada göstərilmişdir: 

1)  (etnoq)  gəlin  gedən  qızın  üzünü  örtən  tül  örtü.  Məs:  Gül  düxtərinin  ərusi  yetmiş;  Gülgün 

duvağın başına örtmüş. (Xətayi)  

2) məc.Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. (R.Rza)  

 Bu  terminin  etnoqrafik  yaşına  nəzər  salsaq  Kitabi  Dədə  Qorqudda  eyni  fonetik  tərkibdə,  eyni 

anlamda  işləndiyinin  şahidi  olarıq.  Məs:  Selcan  xatun  aydır:  -  Tatlu  dəmağ  tutubanı  soruşmadım,al 

duvağım altında söyləşmədim.  

İzahlı lüğətdə həmçinin termininin bir çox törəmələrinin izahı verilmişdir: duvaqqapma (is. ədəb. 

xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri) duvaqlı ( üzündə 

duvaq  olan,  üzü  örtülü  ),  duvaqlıq  (duvağa  yarayan  duvaqlıq  tül),  duvaqlanmaq  (üzünə  duvaq 

çəkilmək).  

Turkiyə  türkcəsində  “duvak,  tuvak,tuğak  “  sözləri  fonetik  baxımdan  fərqlənsə  də,  semantik 

cəhətdən  eyni  funksiyanı  daşıyır.  Türk  dilinin  sözlüyündə  leksemin  3  mənası  göstərilmişdir:  1)  isim 

Gelinin başını, bazen de yüzünü örten dantel veya tülden örtü. 2) Küp, tandır, baca və b.nın taş ve ya 

torpaktan yapılmış kapağı. 3)Yeni doğan bazı bebeklerin doğduğu zaman başlarını çevreleyen zar. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

911



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Türk  dilinin  leksik  qatında  işlənən  “telli  duvaklı”  ifadəsi  də  bu  sözün  törəmələrindəndir. 

“Tel”dedikdə gəlinlərin başlarına taxdıqları gümüş rəngli simdən düzəldilmiş tellərdən söhbət gedir, 

hansı ki, toy günündə duvaqla birgə taxılır. 

Ayrı-ayrı türk dillərində işlənmə tezliyi dinamik olan duvaq leksik vahidinin semantik strukturu o 

qədər  də  çoxkomponentli  deyil.  Belə  ki,  müxtəlif  türk  dillərində  fonetik  fərqlərlə  müşahidə  olunan 

termin  Qırğız  dilində  tubak,  Özbəklərdə  tuvak,  Bulqarlarda  devak,  Qazaxlarda  tumak  (baş  örtüyü) 

,Qaqauz dilində duak formasında işlənməsinə baxmayaraq, semantik məna sferası etibarilə bütün türk 

dillərində paralellik təşkil edir.  

Evlilik  mərasiminin  ən  önəmli  atributlarından  sayılan  duvaq  etnoqrafik  termininin 

etimalogiyasına  gəldikdə  isə  ingilis  dilçisi  Klausonun  fikirlərinə  əsaslanaraq  demək  olar  ki,  sözün 

kökü Mahmud Kaşğarlının Divanında qapamaq, tıxamaq, bağlamaq anlamında işlənən “ tu “ feilidir. 



Tu-tog-tug  sözlərindən  tog-la-t  qapamaq,  qapatmaq  feillərinin  törədiyini  yazan  dilçi  alim  sözün 

funksional məna keyfiyyətinin dəyişmədiyini göstərmişdir. 

Türkcədə  tuğ,  tuh,  kəlimələri  doğmaq,  doğurmaq  anlamında,ak  (bəyaz)  sözü  isə  Altay 

türkcəsində cənnət anlamında işlənmişdir (B.Ögel).Quman-qıpçaq sözlüyündə tuv,azərbaycan dilində 



doğ kəlimələri də doğmaq- insanın və ya heyvanın dünyaya gəlməsi anlamındadır.Qeyd edilən faktları 

nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, duvağın bizə məlum olan örtük anlamından başqa doğmaq, 

törəmək, el arasında işlənən ağ günə çıxmaq, ata evinə qapalılığı, ər evinə isə yeni bir doğumu ifadə 

edən rəmzi mənaları da vardır.  

Türk  dillərində  ilk  baxışdan  fərqli  məna  sferası  ilə  müşahidə  olunan  duvaq  və  divar  sözlərinin 

mahiyyət  etibarı  ilə  eyni  funksiyanı  yerinə  yetirdiyini  sübuta  yetirən  türk  türkoloqu  Adem  Aydemir 

yazır:  Türkcede  tuvak-duvak  kəlməsiylə  eyni  kökdən  gələn  tuvar-duvar  kəlməsi  bir  tərəfi  digər 

tərəfdən  ayıran  yüksək  əngəlin  adı  olmuş,  duvak  maddədən  mənanı,  duvar  isə  maddədən  maddəyi 

ayırmışdır.  

Duvaq  leksik  vahidinin  etimologiyası  ilə  bağlı  başqa  bir  variant  isə  tuğak,  tuvak,  duvak 

sözlərinin  tuv,tuğ,duv  (qapa,tıxa,ört)  feillərinə  -  ak  isim  düzəldən  şəkilçinin  əlavə  edilməsi  yolu  ilə 

düzəlməsidir.  V.V.Rodlovun  lüğətində  üç  məna  çərçivəsində  qeyd  olunmuşdur:”gəlini  gizlədən 

qırmızı tül örtü, yeni doğulan körpənin örtüyü, örtük”. Duvaq və duvar sözləri müasir qaqauz dilində 



“v“foneminin düşməsi ilə müşahidə olunur və duak ,duar formasındadır.  

Tədqiqatın nəticələrini ümumiləşdirərək deyə bilərik ki, insan həyatının ən önəmli günü olan toy 

mərasimi  ilə  bağlı  olan  duvaq  sözünün  işlənmə  dairəsi  əhatəlidir  və  söz  hazırda  öz  funksional 

keyfiyyətini  itirməmiş,  məna  dəyişikliyinə  uğramamış,  əksinə  ilkin  mənasını  qoruyaraq  semantik 

aspektdən xeyli genişlənmişdir. 

 

 

BƏKİR ÇOBANZADƏ “DİLLƏRİN DOĞULMASI VƏ 

ÖLMƏSİ HAQQINDA” 

 

İntizar ƏLİZADƏ 

Bakı Slavyan Univeresiteti 

intizar.aliyeva.95@mail.ru 

AZƏRBAYCAN 

 

Ünsiyyətimizin əsasını təşkil edən dilin günümüzə qədər keçirdiyi inkişaf yolları, dilin yaranması 



və ölməsi, səs və hərf tərkibi, əlavə və dəyişiklikləri, qruplaşdırılmaları və fərqləndirilmələri ətrafında 

bir çox yazı və məqalələr araşdırmalar mövcuddur. Bu barədə araşdırmalar həmişə diqqət mərkəzində 

olub.  Demək  olar  ki,  özünün  bir  çox  bu  sahədə  olan suallarına  cavab  tapmasına,  izahlar  verilməsinə 

baxmayaraq dil məsələlərindən bir çoxu hələdə öz həllini gözləyir. Lakin dil məsələlərinin qarşısında 

duran  və  özünün  həllini  gözləyən  məsəslələrdən  biri  və demək  olar  ki, ən  mübahisəlisi  dillərin 

mənşəyi  və  törəməsi  yolları,  dilin oölməsinin  səbəbləri  haqqında davam  edən  mülahizə,  fikirlərdir. 

Dillərin  yaranması  və  mənşəyi  barədə  irəli  sürülən  mülahizələrə  nəzər  salsaq  bir neçə aspektdən 

yanaşmalarla rastlaşırıq : 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

912



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  barədə  tanınmış  türkoloq  Bəkir  Çobanzadənin  fikirləri  maraqlıdır.  O,  1924-cü  ildə  Bakıda 

nəşr  etdirdiyi  "Türk  -tatar  lissaniyyətinə  mədxəl"  adlı  kitabında  dilin  yaranması  və  qeyb  olması 

məsələsinə toxunarkən bu barədə Avropa dilçiliyində olan əsas fikirləri şərh etməklə yanaşı, həm də 

öz  mülahizələrini  irəli  sürmüşdür.  B.Çobanzadə  Demokrit  ,  Beko  kimi  tanınmış  filosof  və alimlərin 

fikirlərinə əsaslanır. Demokritin fikrinə əsasən “Dil ixtiyari müəssisədir” yəni “əşya ilə sözlər arasında 

əlaqə yoxdur” təbii ki, bu doğru fikir kimi qəbul edilə bilməz. Çünki əşyalar və onların adlandırılması 

məsələsi həmişə olmasa belə bir çox hallarda məzmunu ilə əlaqəli şəkildə adlandırılır.Platonun fikrinə 

əsasən “Əşya ilə sözlər arasında birbaşa bağlılıq var” biz bu barədə məqaləyə nəzər saldıqda əlbəttəki 

Platonun fikirlərinin daha doğru olduğunu görürük. Bekonun “Novum organum” adlı əsərində belə bir 

fikir irəli sürülür: “Dil yalnız sözdən ibarət olmayıb öz məzmununu bir çox başqa yollarla da çatdıra 

bilir”.(162) Dilin yaranması barədə daha mükəmməl bir fərziyyəni isə biz Şarl de Brossun “Esssai sur 

la formation mecanique des lonques” adlı əsərində qeyd etdiyi iki mülahizədə görürük belə ki, 1) Dil 

danışıq üzvlərimizin iştirakı ilə yaranmış, 2) Əşyanın təbiəti ilə sıx bağlıdır. 

 

Müəllifin  fikrincə,  "bu  iki  mülahizənin  hər  biri  özündə  həqiqəti  əks  etdirir.  Dil  birbaşa  danışıq 



üzvlərinin  iştirakı  ilə  yarandığı  kimi  həmçinin  əşyanın  təbiətilə  əlaqədardır.  Biz  bu  fikri  sövti  təqlid 

nəzəriyyəsinin  məzmununda  da  görürük.  Bu  nəzəriyyəyə  görə  dildə  olan  sözlər  ilə  əşyanın  təbiəti 

arasında  əlaqə  vardır..  Bu  tip  sözlər  adətən  uşaq  danışıq  dilində,  heyvanata  müraciət  üçün  istifadə 

olunan təqlidi sözlərdir: pis-pis, hoş-hoş, cip-cip ve s.

 

Müəllif  türk  dillərində  bu  məsələni  belə  izah  edir" Türk-tatar (türk  dillərində) dilində  bu  gündə 



rast gəldiyimiz inləmək, susmaq (is )latınca silera və silan sükut, fransızca silence kəlmələri-partlamaq, 

pusmaq pusu (bis!) tüpürmək (tufu!) dümbələmək (düm, düm) və s. Digər bir tərəfdən ana, baba, ata 

kəlmələrinə  nəzər  salsaq:  macarca-da  anya,  atya,  ara,  avstraliya  dillərində  ado  və  ato.  Almanca-da 

Fater və mittər, fransızca: mere və pere. Rusca: mat və oteç. Fars: peder və madər. Urəbi: üb, üm, im. 

Ana, baba , ata, kəlmələrində gördüyümüz müəyyən sait və samit səslərin variantlarıdır ki, professor 

Buşman təbii sövt haqqında əsərində bu barədə qeyd edir. Bu sözlərdə rast gəlinən b.d, r, t dodaq və 

diş samitləri olduğunu nəzərə alsaq bu səslərin uşaqlar tərəfindən ilkin tələffüzün nəticəsi olduğunu da 

görərik.  Burada  uşağın  m,  b,  p,  d,  t  səslərini  çıxarmasının  təkrarı  nəticəsində,  ama,  ada,  baba,  ata, 

mama  sözləri  meydana  çıxır.  Hindistan  dillərində  baba-peder  mənasına  gəldiyi  kimi  bibi  də  xanım, 

madam mənaların ifadə edir. 

 

B.Çobanzadənin Azərbaycan türkçəsinin yaranması haqqında da fərqli düşüncələri var: "Digər bir 



tərəfdən  dilin  mənşəyinə  nəzər  salarkən  azəri  ləhcəsinin (Azərbaycan  dilinin) də  necə  yaranması  və 

hansı  inkişaf  mərhələlərin  keçirdiyini  diqqət  mərkəzinə  gətirə  bilərik.  Azəri  ləhcəsi  XI  əsr 

M.Kaşğarinin  qıpçaq  və  oğuz  ləhcələrində  tapdığı  xüsusiyyəti,  yəni  Kaşqar  və  ya  Şərqi  türk 

ləhcələrindəki  (y)  səsinin  oğuz  və  qıpçaqcada  düşməsini  zamanımıza  qədər  saxlamışdır: Yigit-  igid, 

yüzük- üzük, yüz- üz, yılan-ilan və s. Azəri ləhcəsinin mənşəyini təyin edərkən bir digər xüsusiyyətə 

diqqət çəkə bilərik. Türkçə və Kaşqar ləhcəsində mövcud olan sözortası yumuşaq g (ğ) səsinin oğuz 

qrupu dillərində düşməsidir: Tamğak- Tamak “damaq”, Barğan- Baran- “varan” 

 

Azəri ləhcəsinin digər bir özünəməxsus xüsusiyyəti “Divani- Lüğət- üt– türk”  əsərində də oğuz 



qrupu türk dilləri üçün göstərilmiş olan (t) səsinin (d) səsinə dəyişməsi hadisəsidir: Taş- daş, Tar- dar, 

Tiren- dərin. 

 

Bu qrupa aid dillərdə həmçinin Azəri ləhcəsində nəzərə çarpan küylü samitlərin cingiltili samitlə-



rə  çevrilməsi  halıdır:  (k-  g)  köz-  göz,  kil-  gil.  Buraya  qədər  verdiyimiz  nümunələrə  nəzər  saldıqda 

azəri ləhcəsinin həqiqətən oğuz qrupu dillərdən törəməsi və onların bir qolu olması məsələsi təsdiqin 

tapır"..(68-70). Bu fikirlərdə ziddiyətli məqamlar olsa da, dillərin bir-birindən fərqlənməyə başlaması 

haqqında müəllifin maraqlı mülahizələr də yer alır. 

 

B.Çobanzadə dili ictimai varlıq sayaraq, dillərin birləşməsi və ayrılması barəsində yazırdı: "Dilin 



üzvi ruhi və ictimai hadisələrdən mürəkkəb bir həyatı vardır. Həmçinin dil ictimai varlıq olduğu üçün 

onun ictimai həyatı- dilin birləşməsi, dilin ayrılması, dilin zahiri əlamətləri mövcuddur. Dillərin birləş-

məsi və ayrılması məsələlərinə nəzər salsaq burada qarşımıza dillər nə üçün ayrilir? Sualı çıxır. Dillərin 

ayrılması məsələsinin əsasında ilkin olaraq coğrafi fərqlər digər bir yandan mədəni sosial inkişaf daya-

nır. Bir dilin digərini sıxışdırıb sıradan çıxarması isə həm siyasi həmçinin coğrafi mövqelərlə bağlıdır. 

Məsələn, Türk Bolqar, və cənubi slavyanların qarışmalarından bolqar türkcəsi yox olaraq hər iki xalq 

yalnız slavyanca danışmağa başlamışdır. Başqa bir aspektdən bir cəmiyyətin məhv olması onun lisa-

ni (dil) xüsusiyyətlərinin də yox olmasına gətirib çıxarır. Şumer, Qun, latın dilləri bu qəbildəndir. (88) 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin