IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
918
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bütün deyilənləri nəzərə alaraq aşağıdakı nəticə və istəyimizi qeyd edə bilərik:
1. Əlifbadakı qrafik işarələrin fərqini nəzərə almasaq, psixologiya terminlərinin əksəriyyəti hər
iki dildə də eynidir.
2. Türkiyə türkcəsində alınma terminlər Avropa dillərinə, Azərbaycan dilində isə rus dilinə uyğun
şəkildə mənimsənilmişdir.
3. Türkiyə türkcəsində özləşmə meyili daha güclüdür.
3. Ortaq türk dili, ortaq türk əlifbası ideyası reallaşa! Bütün türk dünyasının vahid bir ünsiyyət
dili, əlifbası ola!! Türk xalqları bir-birlərini anlamaqda heç bir çətinlik çəkməyə!!!
İNFORMATİVLİK MƏTNİN ƏSAS KATEQORİYASI KİMİ
Gülmar İSRAFİLOVA
Azərbaycan Dillər Universiteti
gulmar-tx@rambler.ru
AZƏRBAYCAN
Mətni adi söz yığınından fərqləndirən əlamət onun müəyyən şəkildə təşkil olunmuş və istiqamət-
lənmiş informasiya daşımasıdır. İnformativlik mətnin tamlığı və bitkinliyindən asılıdır. Bədii mətndə
informativlik əsərin müasir dünya ilə səsləşməsini təmin edir, onun aktuallığını şərtləndirir. Başqa
sözlə, informativlik «Məna məsafələrini» birləşdirən, tarixi zaman kəsiklərini yaxınlaşdıran psixo-
linqvistik fenomendir.
Mətn öz-özlüyündə bir sistem təşkil edir və bu sistemin də özünəməxsus elementləri – kompo-
nentləri, bu komponentlərin əlaqə vasitələri, kateqoriyaları vardır. Bu kateqoriyaların öyrənilməsi çox
mühüm əhəmiyyət kəsb edir.
Mətnin kateqoriyaları istənilən mətndə özünəməxsus şəkildə bir-birinə keçir və hansısa aparıcı
kateqoriyanın ayid edilməsini çətinləşdirir. Çox zaman kateqoriyalar mətndə heç bir formal vasitələrlə
nəzərə çarpmır, gizli şəkildə mövcud olıır. Bu xüsusiyyət məhz informativlik kateqoriyasında daha
çox nəzərə çarpır.
İnformativlik linqvistik xarakterli müxtəlif məsələləri özündə birləşdirir. Bu məsələlərə informa-
siyada yeni problemli, informasiyanın fərqləndirici xüsusiyyəti, informasiyanın dəyərliliyi məsələsi,
informasiyanın ötürülməsi və s. məsələlər aiddir. Bu xüsusiyyətlərə ayrı-ayrılıqda nəzər salaq.
Mətn informativ xüsusiyyətə malik olmalıdır. Əgər bir neçə abzas bir-birindən fərqlənmirsə, eyni
mövzunu hər dəfə təkrar edirsə, yəni əgər onlar bütün parametrləri ilə üst-üstə düşürsə, bu abzaslar
informativ deyildir. İnformasiyanın alınması üçün azacıq da olsa fərqlilik zəruridir. Cümlələr ayrı-
ayrılıqda informativlik xüsusiyyətinə malik deyildir. İnformasiya bütövlükdə cümlədə yox, məhz mətndə
özünü göstərir. Mətn ümumiyyətlə, hər hansı bir informasiyanın oxucuya çatdırılmasına xidmət edir.
İnformativliyin əsas məsələlərindən biri informasiyada yenilik məsələsidir. Mətn vasitəsilə
müəllif hər zaman oxucuya yeni informasiyalar çatdırmağa çalışır. Lakin verilən məlumat oxucuların
hamısı üçün eyni səviyyəli olmayacaq. Əgər oxuculardan və ya dinləyicilərdən biri üçün bu mətn yeni
olub özündə hər hansı bir informasiya xarakteri daşıyırsa, digəri üçün bu xəbər əvvəlcədən məlum
olduğıı üçün heç bir informativ xüsusiyyətə malik olmaya bilər. Əgər bir oxucu hər hansı bir mətnlə
ilk dəfə tanış olıırsa. onım üçün bu mətn maraq doğuracaq, bu mətndə verilən hər bir informasiya onun
üçün yeni olacaq. Lakin digər oxucu artıq eyni mətnlə tanışdır, onun məzmunu, verilən informasiya
haqqında müəyyən təsəvvürü var və onun üçün bu mətndə heç bir yenilik yoxdur. Yəni müəyyən
zaman kəsiyində yeni olan, bır qədər sonra məluma çevrilir. Yeni informasiya ətraf mühit haqqında
təsəvvürü, dəyişikliyi özündə cəmləşdirir.
Subyektiv informasiya elə informasiyadır ki, bu zaman müəllif obyektiv olanı deyil, öz fikrində
emosional və psixoloji olanı əks etdirir. Məsələn: hər hansı bir tarixi hadisəni, döyüşü elmi əsərlərdə
müəllif faktlarla, dəlillərlə göstərməyə çalışırsa, bədii mətnlərdə müəllif bu səhnəni bədii cizgilərlə,
obrazlı şəkildə təsvir edir. Bu zaman mətn obyektiv deyil, subyektiv xarakter daşıyır.
İ.R.Qalperin informasiyanın üç növünü ayırır: tərkibi-faktual informasiya, tərkibi-konseptual
informasiya və tərkibi-mətnaltı informasiya.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
919
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tərkibi - faktual informasiya bizi əhatə edən cəmiyyətdə baş vermiş olan, baş verən və gələcəkdə
baş verəcək həqiqət və ya təxəyyül olan hadisələr, proseslər, faktlar haqqında məlumatı özündə
cəmləşdirir. Belə informasiya bütün mətn növlərində rast gəlinir. Bədii mətnlərdə informasiya
hadisələrin obrazlı təsviri ilə çatdırılırsa, elmi mətnlərdə daha çox faktlar, dəlillər informasiyanın
doğruluğunu sübut edir.
Tərkibi-faktual informasiyada müxtəlif alimlərin dünyagörüşü, hər hansı məsələ ilə bağlı
mühakimələri, müxtəlif faktların, dəlillərin gətirilməsi, faktların müqayisəsi, qarşıya qoyulan
mürəkkəb məsələlərin mümkün həlli yolları, hər hansı məsələnin təhlilindən çıxan nəticələr və s.
haqqında məlumat verilir.
Tərkibi-konseptual informasiya oxucuya məfhumlar arasında mövcud olan münasibətləri, tərkibi-
faktual informasiyanın təsviri vasitələri, onların xalqın sosial, iqtisadi, siyasi, mədəni həyatında rolu,
həmçinin ayn-ayrı fərdlər arasındakı münasibətlər, onların mürəkkəb, psixoloji və estetik-idrak
fəaliyyətləri haqqında müəllifin nöqteyi nəzərini çatdırır.
Tərkibi-konseptual informasiya hər zaman kifayət qədər aydın ifadə olunmur. Belə informasiya
bütün əsərin məzmunundan kənarda qalır və cəmiyyətdə baş verən və yazıçının öz xəyal dünyasında
yaratdığı təsəvvürlərin, göstərilən münasibətlərin, faktların, hadisələrin, proseslərin bədii, obrazlı
mənasını dinləyiciyə təqdim edir.
Qeyd edək ki, tərkibi-konseptual informasiya bədii mətnin məzmunundan kənarda qalır, yəni
əsərin ideyası ilə üst-üstə düşmür və bədii mətnlərdə konseptual informasiyanın aşkarlanması üçün
oxucudan məntiqi fəaliyyət tələb olunur. Elmi mətnlərdə rast gəlinən tərkibi-konseptual informasiya
isə kifayət qədər aydın ifadə olunur.Bədii əsər yalnız informasiya daşımır, o, söz materialının xüsusi
təşkilinə görə oxucuya estetik təsir göstərir. Mətndə bu və ya digər elementin üzə çıxarılması mətnin
dilində əlavə düzülüşə səbəb olur.
Tərkibi konseptual informasiya mətnaltı informasiya daşıyır. Müəllif bəzən öz fikrini oxucuya
aydın şəkildə deyil, dolayı yolla çatdırmağa cəhd edir. Bunun üçün mətnaltı informasiyadan istifadə
edir. Bunun müxtəlif səbəbləri ola bilər - tarixi şərait, siyasi vəziyyət, üstüörtülü tənqid və s.
Mətnaltı informasiya dərhal dərk olunmaya bilər. Mətnə ötəri nəzər saldıqda əldə edilən
konseptual informasiya mətni təkrar oxuduqda, mətnin ayrı-ayrı hissələrinə diqqət yetirdikdə daha
dərin məzmun kəsb edir. Tərkibi-mətnaltı informasiya daha çox bədii mətnlərdə, xüsusilə poeziyada
öz əksini tapır.
Xəbər informasiyanın bir formasıdır və dinləyiciyə baş vermiş olan, danışıq anında baş verən və
yaxın zamanda baş verəcək hadisələri çatdırır. Öz təbiətinə görə xəbər ekzistensialdır.
Xəbər dinləyicini hər hansı yeniliklə tanış edir. Xəbər dəqiq, konkret. emosionallıqdan kənar
olmalıdır. İnformasiyanın bu formasına qəzetlərdə, radio və televiziya vasitələrində rast gəlinir.
Xəbər konseptualizmdən uzaqdır, buna görə də emosional-subyektiv xarakter daşımır və bir
dildən başqa dib asanlıqla tərcümə olunur.
Bütün mətnləri funksional üslublara və informasiyanın xarakterinə görə təsnif etmək lazımdır.
Diplomatik mətnlər - fakt, müqavilə, memorandium, nota, ərizə, protest, ultimatum və s., bədii mətnlər
-roman, hekayə, povest, təmsil, şeir, dram, poema, oçerk, felyeton və s., publisistik mətnlər isə
qəzetlərdə, jurnallarda dərc olunan qısa məlumat, xəbər, müsahibələr və s. kimi qruplaşdırılır.
“KOROĞLU” DASTANINDA SÖZLƏRİN TOPONİMİKASI
Qəmər CƏFƏROVA
Bakı Slavyan Universiteti
kerimliaysel95@inbox.ru
AZƏRBAYCAN
Dastanda hadisələr bir çox yerlərdə baş verir. Bu yerlərdən Tűrkməni, Qaradağ torpağının
Gőyçəbel deyilən yeri, Məşhədi, Çardaxlını gőrűrűk. Dastanı oxuyanda həm də gőrűrűk ki, hadisələr
Tűrkiyə ərazisində baş verir. Amma bu yer adlarının Azərbaycanın bəzi bőlgələrinin adları olmasını
xűsusilə qeyd edərdim. Dastanda işlənən Çardaxlı yer adı Gedəbəy rayonunun xűsusi bir kəndinin
adıdır və Çənlibel deyilən yer Şəmkir ve Gedəbəyin arasındakı dağdır. Buraya dəqiq nəzər salsaq
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
920
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
gőrərik ki, doğrudan da o dağ çox vaxt çənli olur və ona gőrə də oranı Çənlibel adlandırmışlar.
Çardaxlı isə Çənlibeldən qalxandan sonra olan bir kənddir. Daha sonra dastanda Leşker sözü qoşun
mənasında işlənsə də, biz məhz elə Gedəbəydə Leşker kendinin olduğunu görürük. Amma onu da
görürük ki, dastanda ən çox Türkiyə ərazisinin adları daha çoxdur.
Dastanda işlənən və ən çox marağa səbəb olan söz “axtarma” sözüdür. Bu söz bəzi dialektlərdə
və ədəbi dildə tam fərqli mənada işlənir. Dastanda isə “qənimət” kimi işlənmişdir. M.P.Vaqifin
“Dağlar” şeirində “Axtarma modalın, qaymağın” ifadəsi də tam fərqli mənadadır. Burada axtarma
modal kimi işlənmişdir və yağın, qaymağın xüsusi bir növü kimi işlənmişdir. Dastanda isə işlənən
qənimət sözü axtar sözü ilə bağlıdır, axtarıb qənimət əldə etmək, çapıb, talayıb qənimət əldə etmək
kimi işlənmişdir. Daha sonra isə "cılxa" sözünə rast gəlirik. Bu söz eyni olaraq hal-hazırda qərb
bölgələri dialektlərində işlənməkdədir ve xalis, təmiz mənasını verir: Məs: Bu bal cılxa arı balıdır.
“çərdək” sözü də eyni olaraq qərb bölgesində işlənməkdədir ve qara arıq olan insanlara deyirlər.
Dastanda işlənən “Dəm” sözü zaman mənasında həm də “Dədə Qorqud” eposunda da işlənmişdir ve
dialektlərmizdə işlənməkdədir. Dəlil, didə, donluk sözləri hal hazırda da işlənir. Eposda dəlil sözü
nəsihət kimi işlənmişdirsə, dilimizdə dəlil-sübut kimi işlənir.Donluq sözü əmək haqqı kimi
dislektlərdə işlənməkdədir. Dida-göz mənasında dastandakı qarşılıqnı tapmışdır. “Ənam” hədiyyə kimi
işlənməkdədir. “Ərgən” sözü isə tam fərqli mənada dialektlərimizdə işlənməkdədir. Əgər dastanda
gənc bir qız və ya oğlan kimi işlənirsədə dialektlərdə şıltaq, ərkəsöyün kimi işlənir(Şəmkir dialekti).
“Gərdiş” zəmanə kimi hal-hazırda işlənməkdədir. “Kar” bu söz dialektlərdə dastandakı kimi iş
mənasında işlənməkdədir. Qulağı eşitməyən insanlara isə başqa cür deyilir. Qanı, qanmaq, qancirqa,
qənim, laf, ləkə, ləşkər kimi sozler dialektlerde oz əksini tapmişdır. Burada işlənən Ləşkər-qoşun
mənasında işlənsə də həm yer adı kimi işlenmişdir. Gədəbəy rayonunun Ləşkər kəndi buna sübutdur.
“Yazı” çöl mənasında arxaizm kimi qalmişdir, lakin yazı indi öz mənasında işlənməkdədir. Ziba,
zimistan sözləri də bəzi dialektlərdə işlənir.
Dastanda işlənən bu sözlərdən biri də “mürdəşir” sözüdür. Dastanda ölünü yuyan adama deyilir.
Bəzi dialektlərdə isə vulqar ifadə kimi işlənir. “Bar” sözü meyvə kimi işlənmişdir, lakin bu söz həm də
kəf kimi baramaq, qıcqırmaq kimi dialektlərdə mövcuddur. “Qubar” qəm-qüssə kimi hal-hazırda
işlənmişdir. Məs; könlüm yaman çox qubarlanır. Dastanda işlənən son övlad sözü mənim fikrimə görə
"san" ad sözündən törəmədir. Ad-san ifadəsi hal-hazırda da işlənməkdədir ve o dövrə görə övlad
nəslin adı hesab olunurmuş. Dastanda işlənən sər -baş sözü də sər kimi hələ də işlənməkdədir ve
sərdar, sərkar, sərkərdə v.s kimi sözlər bu sözdən törəmədir.
Dastanda işlənən sözlərdən biri də
dilarə sözüdür. "Dilarə" gözəl, yaraşıqlı sevgili kimi işlənmişdir. Bu söz dilimizdə də öz əksini
tapmışdır. "Dəli" eposda igid, cəngavər, qəhrəman kimi işlənmişdir. Hal-hazırda isə dəli-ağılı
catmayan kimi işlənir. "Didar" üz, camal, görmə, ziyarət etmə kimi işlənmişdir. M.Ə.Sabirin "Görmə
didarıni amandı" ifadəsi bu sözün dilimizdə öz yerini tapmasından xəbər verir ve dialektlərdə də öz
əksini tapır. İşlənmiş sözlərdən biri də "pir" sözüdür. Bu söz qoca mənasında işlənmişdir, lakin
dilimizdə "pir" sözünün mənasi "müqəddəs" deməkdir. "Seyvan" çadır, günlük kimi dastanda
işlənmişsədə, hal -hazırda seyvana, çıxmaq kimi tam başqa məna verir.
Dastanda işlənən sözlərdən biri də "nar"sözüdur.Bu söz dastanda od, atəş kimi
işlənmişdir.Dilimizdə isə bitki adıdır.Dastanda əsas nəzərə çarpan sözlərdən biri də sidq ürək
sözüdür.sidq sözü temiz ürekdən bağlanmaq kimi indi də işlənmişdir.Daha sonra isə "Sovqun"sözünə
rast gəlirik.Dastanda Alı kişinin dilindən deyilən "ati gecə-gündüz çamurda,meşədə,çayda çap
ki,sovqunu yatsin, buradan görürük ki,bu soz mehz sovqunu yatsin ,yəni yorulsun, bir az cetinliye
qapılsın."sovqun"sözü Qazax dialektində daha çox işlənir.Daha cox dialektlərdə işlənən sözlərdən biri
də "qürrələnmək"sözüdür.Dastanda yekəxana hərəkət etmək kimi işlənmişdir. Eynilə dialektlərdə də
bu cür işlənmişdir.
Koroğlu dastanının “Bolu bəy” qolunda "Bolu bəy fürsəti “fota” verməyib yerindən qalıxıb dedi.
Burada “fot”sözü bada vermek kimi işlənmişdir. Bu söz dilimizde hal-hazirda bəzi dialektlərdə
işlənməkdədir. Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə bir o qədər "əyyar" idi. Burada işənmiş
əyyar sözü bəzən dilimizdə işlədirik ki, o, cox ayar adamdi yeni bir növ coxbilmiş mənasinda da
işlənmişdir.Bu söz indi də işlənir bəzi bölgələrdə. Dastanda daha bir sözə rast gəlirik; Mərd igidlər
"qovğa" günü düşəndə cümlədə qovğa günü savaş günu kimi işlənmişdir.Qovğa sözü hal- hazirda da
işlənməkdədir “lovğa” kimi, yeni lovğalanib qovğalanmaq. Dastandakı "Bolu bəy" qolunda nə yorğan
var nə də “cecim” burada “cecim” sözü kilim kimi işlənmişdir ve bu söz daha cox Şəki dialektində
işlənməkdədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
921
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
FONETİKANIN TƏDRİSİNDƏ ŞAGİRDLƏRİN ORFOQRAFİK
VƏRDİŞLƏRİNİNFORMALAŞDIRILMASI YOLLARI
İlahə ABDULLAYEVA
Bakı Slavyan Universiteti
ilahe-abdullayeva@inbox.ru
AZƏRBAYCAN
Şagirdlər istər sinifdə, istərsə də evdə çalışmalar üzərində işləyərkən, bu və ya digər bir sözün
yazılışı ilə əlaqədar bir sıra çətinliklərlə qarşılaşırlar. Bu çətinliklərin bir qismi müəyyən orfoqrafik
qaydanı bilməməkdən irəli gəlirsə ,digər qismi unutmaqdan irəli gəlir. Şagirdlərin bir çoxu sözləri
necə tələffüz edirsə, o şəkildə də yazıya tətbiq edir. Bu cür səhvlər daha çox imla, inşa, ifadə
yazılarında meydana gəlir. Məhz buna görə də müəllim hər bir bölməni tədris edərkən,həmçinin
şagirdlərin orfoqrafik vərdişlərinin formalaşdırılmasına da diqqət yetirməlidir. Fonetikanın tədrisi
zamanı şagirdlər təkcə fonetikaya aid anlayışları öyrənmir,həm də fonetika ilə bağlı orfoqrafik və
orfoepik qaydalara praktik şəkildə yiyələnirlər. Müəllim sait və samitləri tədris edərkən şagirdlərə bəzi
orfoqrafik qaydaları mənimsətməlidir. Saitlərin tədrisi ilə əlaqədar bir sıra orfoqrafik qaydalara nəzər
yetirək: 1. Yalnız incə saitlə,yalnız qalın saitlə,həm qalın,həm incə saitlə yazılan sözlərin yazılış
qaydaları 2. İkinci hecasındakı saiti u bəzən də ü ilə deyilən sözlərin i ilə yazılması:ümid, müflis,
müdhiş, müdir və.s. 3.O saitli alınma sözlərin a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılması:
poeziya, poema, laborant və.s qaydaları öyrədilməlidir.
Azərbaycan dilində bir çox ikihecalı sözlər vardır ki,onlara saitlə başlayan şəkilçi artırdıqda
sonuncu sait düşür.Məs: qəbir, qədər, zehin, izin, onur, səbir və.s. Dilimizdə eyni formalı milli
sözlərimiz vardır ki, onlara ancaq samitlə başlayan mənsubiyyət şəkilçiləri artırdıqda sonuncu sait
düşür. Məs: alın, burun, boğaz, oğul, oyun və.s. Saitlərlə yanaşı samitlərin öyrədilməsində də bir neçə
orfoqrafik qaydanı şagirdlərə mənimsətmək lazımdır. 1.Sonu q və k hərfləri ilə bitən sözlərimizə saitlə
başlayan şəkilçi artırdıqda q, ğ-ya, k, g-ya, t, d-ya çevrilməsi:papaq-papağın, oxut-oxutdur və.s.
2.Sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlərin bir samitlə yazılması: ekspres, sərhəd, metal
və.s. 3.İki saitin arasında gələn qoşa samitlərin qoşa samitlə yazılması: kassa, kəmiyyət, nəqqaş və.s.
4.Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlərin n ilə yazılması: anbar, zənbil, şənbə,
günbəz. Lakin istisnaları da qeyd etmək lazımdır. Bu istisnalara kombinat, pambıq, kömbə sözlərini
misal göstərmək olar.
Fonetika bölməsində tədris olunan mövzulardan biri də vurğudur. Bu mövzunu nəinki şagirdlər,
hətta bəzi müəllimlər də çətin mənimsəyirlər. Müəllim şagirdlərə Azərbaycan dilində vurğunu sözün
son hecasındakı saitin üzərinə düşdüyünü qeyd etməlidir. Məs: dirsə`k, qarda`ş və.s. Azərbaycan
dilində vurğunun yeri sabitdir. Bir sıra alınma sözlər dilimizin fonetik normasına uyğunlaşdırılmış və
onlarda vurğu son hecaya düşür. Məs: institu`t, telefo`n, apte`k və.s. Vurğusu sözün ilk saitin üzərinə
düşən sözlər: o`pera, ko`mpas, A`fina, de`lta, a`mma. Belə bir sual meydana gəlir. Vurğunu nə üçün
şagirdlərə öyrətmək lazımdır? Ona görə ki, vurğunun öyrədilməsi, sözlərdə vurğunu düzgün işlətmək
nitq mədəniyyəti baxımından əhəmiyyətlidir. Çünki sözlərdə vurğunun yerini dəyişəndə o sözün
mənası da dəyişir: gə`lin-gəli`n, s`üzmə-süzm`ə, a`lma-alm`a və.s. Şagirdlərə izah etmək lazımdır ki,
sözdə vurğunun yerini müəyyənləşdirmək üçün müqayisədən geniş istifadə etmək lazımdır.
Co`ğrafiya-coğra`fiya-coğrafi`ya-coğrafiya`. Yuxarıda qeyd etdiklərimdən belə nəticəyə gəlmək olur
ki, orta məktəbdə fonetika əslində orfoqrafiya və orfoepiya ilə qarşılıqlı əlaqədə öyrənilir. Buna görə
də fonetika təliminin orfoepik və orfoqrafik vərdişlərinin yaradılmasında böyük rolu vardır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
922
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
DİLİN FONOLOJİ SİSTEMİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİN
ƏSAS MEYARLARI
Səbinə ƏLİYEVA
Azərbaycan Dillər Universiteti
aliyevasabina84@gmail.com
AZƏRBAYCAN
Dilin fonem tərkibinin müəyyənləşdirilməsində onların sintaqmatikada reallaşması nəzərə
alınmalıdır. Sistemdə vahidlərin qarşılaşması eyni differensial əlamətlərə əsaslandığı halda,
sintaqmatikada qarşılıqlı münasibət qarşılaşma diapazonunu variativlik baxımından genişləndirir və
buraya differensial əlamətlərlə yanaşı inteqral əlamətlər də daxil olur, başqa sözlə, sistem və danışıq
səviyyələrində dil vahidləri arasındakı paradiqmatik və sintaqmatik münasibətlər bir-birini qarşılıqlı
şəkildə şərtləndirir və tamamlayır.
Sintaqmatikada dil vahidlərinin birləşməsi dilin universal əlamətidir və buna görə də fonemlərin
birləşmə qaydaları onun sistem və struktur xüsusiyyətlərinin təsvirində fonem tərkibindən az
əhəmiyyət kəsb etmir. Danışıq aktında fonemlərin distribusiyasını digər dilin faktları ilə izah etmək
düzgün deyil, yəni hər bir dil öz arxitektonikası əsasında təsvir edilməlidir.
Fonemlərin kombinatorikasının reallaşmasını şərtləndirən ierarxiklik və xəttilik dilin immanent
xüsusiyyətidir. Sintaqmatikada fonem birləşmələri arasındakı qanunauyğunluqların öyrənilməsi dillər
arasındakı genetik əlaqələrin, həmçinin dilin sistemdaxili münasibətlərinin açılıb göstərilməsinin
yeganə yoludur. Qeyri-ana dilini öyrənərkən çətinlik törədən təkcə ana dili ilə öyrənilən dil arasındakı
sistem və struktur fərqləri deyil, eyni zamanda qarşılaşan dillə ana dili vahidlərinin hər birinin əlaqəyə
girmə imkanları arasındakı fərqlərdir.
Danışıq zəncirində fonemlərin heca daxilində birləşmələrində müəyyən qanunauyğunluqlar
vardır. Sistemdə fonemlər arasında kombinator münasibətləri təyin etmək üçün fonemin digər
fonemlərlə əlaqəsinə, birləşmələrdə samitlərin reallaşma ardıcıllığına və nəhayət, bir heca daxilində
fonemlərin tərkibinin müəyyən edilməsinə diqqət yetirmək lazımdır. Fonotaktikanın təsvirində hər bir
fonem üçün mövqe (pozisiya) və fonemin reallaşdığı fonetik əhatənin, yəni onun digər fonemlərlə
qarşılıqlı münasibətlərinin öyrənilməsi də vacib amillərdəndir. İstənilən dildə fonem birləşmələri
bütün dillər üçün ümumi əlamətlərlə yanaşı, konkret dil üçün əhəmiyyətli olan möhkəm dildaxili
qanunlara da tabedir. Hər bir dil səciyyəvi heca modellərinə və hecada müəyyən mövqelərdə bu və ya
digər səslərin işlənməsinin xarakterik məhdudiyyətlərinə malikdir.
Linqvistik araşdırmalar göstərir ki, mənalı elementlərin, yəni morfemlərin özləri də mənaya
malik olmayan və yalnız tələffüz elementləri kimi çıxış edən fonemlərə bölünürlər ki, onların da fərqli
kombinasiyaları dilin mənalı vahidlərini yaradırlar. Sistemdə formalaşmış bu “boş” fonemlər istənilən
dilin təməlini təşkil edirlər.
Dilin fonotaktik xüsusiyyətləri heca inventarına təsir edən ən mühüm amillərdəndir, lakin dilin
fonotaktikasını bilmək hələ heca sərhədini, xüsusən də danışıq dinamikasını dəqiq təyin etmək üçün
kifayət deyildir. Çünki söz daxilində hecalanma məna ilə bağlı deyil, o semantikləşməmişdir, buna
görə də onu tutmaq çox çətindir.
Sintaqmatikada fonemlərin düzümündə müəyyən qanunauyğunluqlar həm samit+sait, həm də
sait+samit ardıcıllığında özünü büruzə verir. Bu sahədə german dillərinə xas olan ən ümumi əlamət
fonemlərin bir heca əmələ gətirərək tələffüz vahidi kimi çıxış edə bilməsidir. Heca fonemlərin realiza-
siyası üçün ən münasib fonetik sahədir. Hecaya prosodik vasitələrin köməyilə sait+samit və ya əksinə
növbələşməsi kimi yanaşmaq olar.
Dilin fonoloji təsviri əsas iki aspekti əks etdirir: fonemlər sisteminin təsviri və dilin quruluşunun
təsviri. Dilin fonoloji təsviri təkcə fonemlərin uyğun qaydaları ilə məhdudlaşmamalıdır, ayrı-ayrı
fonoloji vahidlərin tətbiqinin intensivliyini araşdırmaq lazımdır: 1) fonemlər sistemində 2) sözün və
söz birləşmələrinin qurulmasında 3) nitq axınında.
Sintaqmatikada fonemlərin kombinatorikası həm də morfoloji mövqe ilə şərtlənir. Burada iki
məqama diqqət yetirmək vacibdir: morfem daxili və morfem qovuşuqları. Morfem daxilində fonem
birləşmələrində müəyyən məhdudiyyətlər müşahidə edilir. Məsələn, Azərbaycan dilində bir morfem
|