IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
928
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
müstəqil vahidi kimi ayıraraq, onu ətraflı xarakterizə etməyə çalışır. Müəllifin fikrincə məzmun və
quruluş, ritm və intonasiya ilə bir-birinə bağlanan bir neçə cümlənin əmələ gətirdiyi hissə (parça)
sintaktik bütöv sayılmalıdır.
Azərbaycan dilçiliyində mürəkkəb sintaktik bütövlərin tədqiqinin zəruriliyindən danışarkən
prof.K.Abdullayev yazır: “Azərbaycan türk dilçiliyində mətn son zamanlara qədər sistemli və
hərtərəfli təhlil obyektinə çevrilməmişdi. Təbii olaraq mətn dilçiliyinə və eləcə də mətn sintaksisinə
aid olan ümumi səciyyəli xüsusi işlər yox kimidir. Bununla yanaşı, sintaktik ardıcıllığın öz daxili
məntiqi onu diktə edir ki, problematikanın təcili olaraq öyrənilməsi zəruridir”.
Azərbaycan dilçiliyində mürəkkəb sintaktik bütövlərin (mikromətnin) öyrənilməsinə dair
tədqiqatlar bir neçə istiqamətdə aparılıb:
mürəkkəb sintaktik bütövlərin struktur məsələləri;
mürəkkəb sintaktik bütövlərdə poetika məsələləri;
mürəkkəb sintaktik bütövlərin semantikası;
mürəkkəb sintaktik bütövlərdə aktual üzvlənmə;
mürəkkəb sintaktik bütövlərdə intonasiya məsələləri;
Dil vahidlərinin sıralanması da daima dilçiliyin diqqət mərkəzində olmuşdur. İstər morfoloji,
istərsə də sintaktik vahidlərin sıralanmasına ümumi dilçilikdə, türkologiyada bir sıra əsərlər həsr
edilmişdir.
Mürəkkəb sintaktik bütövün komponentləri əsasən sintaktik vasitələrin köməyi ilə əlaqələnir.
Sintaktik vasitələr dedikdə, mətni təşkil edən cümlələrdə sözlərin sırası, cümlələrin düzümü (giriş
cümlə, keçid cümlə, bazis cümlə, yekun cümlə), təkrarlar (leksik və qrammtik təkrarlar, sözlərin, söz
birləşmələrinin və cümlələrin təkrarı) nəzərdə tutulur. İlk növbədə söz sırası haqqında dünya elmində
bu mövzuya aid araşdırmalara nəzər salmaq lazımdır. Çünki söz sırası MSB-nin cümlələrində sözlərin
qanunauyğun və ardıcıllıqla yerləşməsi, düzülüşüdür. Söz sırası mürəkkəb sintaktik bütövlərin
komponentlərini bağlamaqla yanaşı, dildə qrammatik-semantik və üslubi funksiyaları yerinə yetirir.
Uzun müddət dilçilikdə cümlədə söz sırası məsələsi diqqətsiz qalmışdır. Bir çox alimlərin,
tədqiqatçıların əsas fikri dillərin morfoloji xüsusiyyətlərinə yönəlmişdir. Söz sırası haqqında ilk
tədqiqatlara XX əsrin I yarısında rast gəlirik. Bu sahədə ilk tədqiqatlar V.Şmidt, L.Tener, C.Qrinberq
və onların davamçıları olan A.A.Xolodoviç, V.M.Alpatova, Y.V.Rojdestvenskiyə aiddir. Söz sırası
haqqında aparılan bütün tədqiqatları əsasən 2 böyük qrupa ayırırlar. Birinci qrup alimlər hər müstəqil
dildə söz sırası bazasının olduğunu qəbul edir, lakin onu dilçilikdə ikinci dərəcəli faktor hesab
edirdilər. Bu fikrin tərəfdarları C.Qrinberq, xüsusilə Amerika alimləri S.Stil, E.Klark, U.Leman,
C.Xokins, T.Venneman və başqaları idilər. İkinci cərəyanın tərəfdarları isə söz sırasını hər şeydən önə
çəkir, dünya dillərini sabit və sərbəst olmaq üzrə ayrırırdılar. Bu cərəyanın əsas nümayəndələri Sovet
dilçiləri İ.Ş.Kozinskiy, A.A.Xolodoviç, Y.V.Rojdestvenski və başqaları idi.
Azərbaycan dilçiliyində söz sırası haqqında Ə.Cavadov, M.Adilov, K.Abdullayev, K.N.Vəliyev
və Q.Kazımov, Ş.Q.Hüseynov kimi alimlərimiz geniş araşdırmalar aparmış, mətn komponentlərinin
əlaqələndirilməsində söz sırasının əhəmiyyətini göstərmişlər. Lakin MSB-nin komonentlərinin
bağlanmasında söz sırasınnın rolunu nəzərə alıb-almamasına görə dilçilər arasında fikir ayrılığı
mövcuddur. Azərbaycan dilçiliyində mətn sintaksisinin inkişafı prof.K.Abdullayevin adı ilə bağlıdır.
Müəllifin təkcə “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı monoqrafiyası buna əyani
sübutdur. Monoqrafiya təkcə Azərbaycan dilçiliyində deyil, həmçinin türkoloji dilçilikdə də
sintaksisin nəzəri problemlərinə, cümlə, mürəkkəb cümlə, cümlənin aktual üzvlənməsi, söz sırası və
ümumiyyətlə mətn sintaksisi sahəsində mövcud fikirlərə yenidən baxmaq imkanı verir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
929
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
C.CABBARLININ DRAMLARINDA KOMİZM VASİTƏLƏRİ
Mətanət MEHDİZADƏ
Qafqaz Universiteti
mehdizade.metanet@mail.ru
AZƏRBAYCAN
Komizm estetikanın ən mühüm və mürəkkəb kateqoriyalarından biridir. Komizm dedikdə həm
təbii hadisələr, obyektlər və onların arasındakı əlaqələr, münasibətlər, həm də müəyyən yaradıcılıq
növü nəzərdə tutulur.
Komizmin bir-birindən fərqli iki forması var: yumor və satira. Komizmin – komik hadisənin ən
mühüm göstəricisi və eyni zamanda nəticəsi gülüşdür. Komizm ictimai mənalı gülüşdür, daha çox
ümumi, obyektiv məzmun daşıyır. Bu gülüşün yüksək pilləsidir.
Komizmi dil ilə bağlayan amillər onu reallaşdıran vasitələrdir, onun bəzi təzahür üsullarıdır. Biz
burada C.Cabbarlı dramlarında komizmin əsas dil vasitələrinin – leksik və frazeoloji vasitələrin rolunu
nəzərdən keçirəcəyik.
Adi, ümumişlək sözlərin komik effekti ilk növbədə onların məcazilik və çoxmənalılıq imkanları
ilə bağlıdır. Bu cəhət obraz dili üçün daha tipikdir. Personajların ictimai və mədəni səviyyəsindən,
peşəsindən və xasiyyətindən asılı olaraq, Cabbarlı bəzən onları məcazi sözlər və ifadələrlə danışdırır.
Xüsusən, kəndliləri, qolçomaq surətlərini, kitab dili ilə tanış olmayan adamları məcazi ifadələrlə
danışdıran müəllif onların dilinə bir canlılıq, kolorit və qüvvət verir. Məsələn, qolçomaq Hacı Əhməd
öz məqsədi yolunda hər şeyə hazır olduğunu, heç bir şeydən geri durmayacağını bildirmək üçün
mənalı bir tərzdə Almaza deyir: “Aşığı oynamaq üçün yığarlar”. Fəhlə Aram Volodinin terrorçuluğa
mane olmasına istehza ilə belə cavab verir: “Özün də otur ləpədöyəndə, gözlə xəzri haçan gələcək ki,
kosavayın yola düşsün”…
Antonim sözlər nəsr dilində obyektiv reallıqla bağlı ziddiyyətləri ifadə edir. Lakin satirik fon bu
cür qarşılaşdırmaya da komik ton verir və eyni zamanda təzad yaradan tərəflər elə seçilir ki, komik
təsiri artıra bilsin. Məsələn, Baloğlan: “Sən köhnə kəndə təzə dəb qoyursan?”, Aftil: “Yuxarı
tüpürürəm bığ, aşağı tüpürürəm saqqal”, “Bəzənirəm xanım döyür, bəzənmirəm ağa”, Hacı Əhməd:
“Bir daş altda, bir daş üstdə”.
Leksik vahidlərin komizmi sözlərin adət olunmuş üslubi mövqeyinin dəyişdirilməsi ilə də sıx
bağlıdır. Müxtəlif sahələrə (elmi və bədii üsluba, rəsmi sənəd üslubuna, peşə, sənət və şivə leksikasına,
loru danışığa və s.) aid olan sözlər öz təbii üslubi mövqeyində deyil, gözlənilməz “yad” mühitdə
işlədilməklə yumorlu və ya satirik gülüş mənbəyinə çevrilir. Sözlərin “yad” mühitə düşməsi onlar
arasındakı ənənəvi, adət olunmuş və təbii şəkil almış semantik əlaqənin qırılması ilə bağlıdır.
Cabbarlı əksərən obraz dilində ənənəvi əlaqəni pozmaq üçün bu və ya digər sözü, ifadəni başqa
bir gözlənilməz sözlə, ifadə ilə əvəz edir. Məsələn, Ocaqqulu qatırın canına and içir: “Adə, Kərbəlayi
Əlmərdan, sən olasan qatırıvın balası, balovun qatırı…qatırıvın canı, balovun canı, mənim qatırım
axsaqdır?”, Gülüş Məmmədəli bəyə Tabaq bəy, Kasa bəy, Qab-qacaq bəy sözləri ilə müraciət edir,
Şərif kirpiyi patrona bənzədir: “Yarın qaşları kaman, kirpiyi patron kimi batdı ürəyə” və s.
C.Cabbarlının dram əsərlərində vulqar söz və ifadələrin satira vasitəsi kimi rolu daha əsas və
həlledicidir. Məsələn, “Almaz” pyesində Hacı Əhməd Almazı daha əvvəl alqışlasa da, sonra ona
məxsus bağın cəmiyyətə verildiyini eşitdikdə belə deyir: “Cəhənnəm olsun sənin kəndin, təpövə
dəysin! Səhərdən elə hıqqana-hıqqana bunu deyəcəkdin?” Burada obrazın dilində işlədilən vulqar söz
və ifadələr kobud və mənfi münasibəti ifadə etmək üçündür.
Leksik alleqorizmlər lirik, epik və dramatik əsərlərə xidmət etdiyi kimi, satira dilində mühüm
komizm vasitələri kimi də fəaliyyət göstərir. Bunlar çox vaxt komik əlaməti gücləndirən komik
epitetlərlə birgə fəaliyyət göstərir və belə hallarda komik təsirlilik bir qədər də güclənmiş olur.
Məsələn, Məmmədəlinin nitqində işlənən “işlək mal”, “sağmal qoyun” bu cür epitetli
alleqorizmlərdəndir: “Deyirlər Avropanın mədəniyyəti var, doğru deyildir. Avropanın iki şeyi vardır:
bir topu, bir də pulu. Hamısı işlək maldır, sağmal qoyundur”.
Epitetlər bədiiliyin ilkin və ən mühüm vasitələrindəndir. Komik epitetlər satira dilində bədii
təyinin gözlənilməz səciyyəsi ilə bağlıdır. C.Cabbarlı öz dram əsərlərində epitetlərin komik
keyfiyyətinə xüsusi fikir vermişdir. Sevil: “Yazıq, yeddiilik ömrümü onun heçliyinə qapanaraq, bu
qara dustaq içində sürünmüşəm”, Dilbər: “Yenə də məsuliyyət, yenə köhnə nəğmələr”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
930
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Tropun başqa növlərinə nisbətən, metaforalar daha incə, daha düşündürücü dilvasitəsidir, burada
nəyin nə ilə müqayisə edildiyi birbaşa göstərilmir və bir növ gizli qalır. Buna görə də, metafora
yığcamlığı və düşündürücü olması ilə bədiilik vasitələri içərisində mühüm yer tutur. Bu xüsusiyyətlər
eyni dərəcədə komik metaforalara da aiddir. Gülüş: “Ah, Sevil, bu saat dünyanın çarxı köhnə oxundan
çıxmış. Bütün həyat bir zəlzələ keçirməkdədir”, Atakişi: “Ey… qızım indi zalım oğlunun maşını yıxdı
mənim evimi, oğul möhtacı olub qaldım”.
Bu nümunələrdə “dünyanın çarxı”, “həyatın zəlzələ keçirməsi”, “maşının ev yıxması” metaforik
anlamdadır.
Gözlənilməz gizli köçürmələr metonim məcazlara da aiddir. Balarza: “Xub, bəs bunu hansı
haramzada eləyir? Kəndi çaxnaşdırır bir-birinə”, İmamyar: “Bir hövsələnizi basın da. Bu xalq elm
oxuyub, məktəb qurtarıb, sənicən bilmir yəni…”
Burada kənd deyil, kəndin adamları nəzərdə tutulur, eləcə də xalq deyil Yaşar və onun mühəndis
yoldaşları nəzərdə tutulur.
Satirik əsərlərin dilində məcazın trop növlərinin komik rolu şübhəsizdir. Lakin troplardan biri –
komik müqayisələr son dərəcə böyük kəmiyyət və keyfiyyət üstünlüyünə malikdir. Bir-birindən fərqli,
hətta bir çox hallarda tamamilə zidd əşya və məfhumların əlaqələndirilməsi, onların arasında bənzəyiş
və oxşarlıqlar tapılması satiranı gücləndirir. Satirik əsərlərin dilində işlənmiş müqayisələr obraz və
hadisələrə tənqidi-satirik münasibətin ifadəçiləri olduğundan əksərən vulqar xarakterdə olur. Balaş:
“Bu sayaqla mən səni hara çıxara bilərəm ki, dəvə zərgər dükanına düşən kimi, qab-qacağı qırasan?”,
Salamov: “Bu müsəlman da ki, maymaq kimi bir şeydir”.
Dildə leksik material əsas yeri tutsa da, frazeoloji vasitələrdən istifadə etmədən sənət əsəri üçün
lazım olan bədiilik tələblərini təmin etmək qeyri-mümkündür. Dilin frazeoloji tərkibi obrazlılıq,
emosionallıq, ekspressivlik keyfiyyətlərinə malik olduğundan bədii əsərdə fikrin parlaq ifadəsini,
forma gözəlliyini şərtləndirən mühüm dil vasitələri kimi çıxış edir. Satirik və yumoristik əsərlər bu
cəhətdən ciddi planda işlənmiş lirik, epik və dramatik əsərlərdən fərqlənməsə də, belə əsərlərdə
ümumxalq dili frazeologiyası komik potensialına, komik mühitdə komik keyfiyyət qazanma
imkanlarına görə spesifik xarakter alır və bədii nitqin spesifik ifadəlilik vasitələrinə çevrilir.
Təsvirin komik keyfiyyət qazana bilməsi yazıçının məqsədindən, təsvir etdiyi obrazlara, əşya və
hadisələrə münasibətindən asılı olur. Buna görə də, yazıçı komik fon və komik təəssürat yaratmaq
üçün mətn daxilində söz və ifadələri ustalıqla əlaqələndirməyi bacarmalıdır. Çünki məlumdur ki,
sözlər təklikdə çox az hallarda gülməli olur; fraza-sözlərin birləşməsi isə müxtəlif əşyaların,
hadisələrin, keyfiyyətlərin, xüsusiyyətlərin müqayisəsinə geniş imkan verir. Dilbər: “Siz, əfəndilər,
deyəsən, bu gün danışıqdan oruc tutmuşsunuz”, Aftil: “Vallahı, deyir, kasıbla işim yoxdur, amma
dövlətlilərin dərisinə lap saman təpəcəyəm”, Salamov: “Belə ağzını piyləmişəm ey, başa düşürsən,
yox?”
Bu nümunələrdə “danışıqdan oruc tutmaq”, “dərisinə saman təpmək”, “ağzını piyləmək” kimi
frazeoloji ifadələr öz-özlüyündə komik keyfiyyətə malik olub, aşkar satirik münasibət ifadə edir.
TÜRK DİLİNİN ŞİMAL-QƏRB SAHƏSİ VƏ QIPÇAQ
QRUPU QIPÇAQ TÜRK DİALEKTLƏRİ
Könül SƏMƏDOVA
ADPU
konul_salmanova@mail.ru
AZƏRBAYCAN
Qıpçaq türk dialektləri qrupu həm tərkibindəki ləhcə sayı, həm də danışıldığı dil sahəsi
baxımından türk ləhcə qrupları arasında ən geniş olanıdır. Tarixi Kuman-Qıpçaq türkcəsinin davamı
halında olan ləhcələri əhatə edən bu qrupa “Qıpçaq” etnonimi ilə bərabər, coğrafi adlandırmanı da
əhatə etdiyinə görə “Şimal-qərb türk ləhcələri qrupu” da deyilməkdədir.
Qıpçaq qrupuna daxil olan ləhcələr; Tatar türkcəsi, Başkurt türkcəsi, Qırğız türkcəsi, Kazan
türkcəsi, Qaraqalpaq türkcəsi, Noqay türkcəsi, Karayım türkcəsi, Qaraçay-Balkar türkcəsi, Kumık
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
931
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
türkcəsidir. Bunların hamısına eyni vaxtda nəzər salınarsa, Qıpçaq türk ləhcələri bu gün şərqdə
Altaylar və Şərqi Türkistandan tutmuş, qərbdə Plonya mərkəzlərinə, şimalda Sibirdən, cənubda Krım,
Qaradənizin şimalı və Qafqaziyanın cənubuna qədər olan çox geniş bir coğrafi ərazidə danışılmaqdadır.
1. Türk dilinin təsnifi sınaqlarının başlanğıcından etibarən bu qrupa dəyişik adlar verilmiş və
ləhcələr fərqli şəkillərdə dəyərləndirilmişdir. W. Radlovun təsnifinin, “Qərb Dialetləri” adını verdiyi
Qıpçaq qrupu ləhcələri baxımından ən böyük nöqsanı Noqay, Kumık, Qaraçay-Balkar və Qarayım
türkcələrinə yer verməmiş olmasıdır
2. F.E.Korş, Qıpçaq qrupu ləhcələrini “Şimal qrupu” adı altında toplamış və Radlovun qərb
qrupundakı ləhcələri vermişdir Şimal qrupu ləhcələrini digərlərindən ayırmaq üçün, tək hecalı sözlərin
sonundakı /-γ/- nın /-w/-yə doğru inkişafı (taw
forması və bəzən də bunu izləyən bir köməkçi fellə qurulması (kel-e tur-ur-men) meyarları
işlənmişdir. G.J.Ramstedt təsnifi “qərb qrupu” adını verdiyi Qıpçaq ləhcələrini olduqca mükəmməl
şəkildə dəyərləndirmişdir. Səs meyarlarını ilk olaraq fərqli səviyyədə işlədən A.N.Samoyloviç isə
Türk ləhcələrinin bu qrupu üçün “Qıpçaq” və “Şimal-Qərbi” ifadələri ilə bərabər səsli bir adlandlrma
ilə “taw qrupu” ifadələrini də istifadə etmişdir. Samoyloviç, Altay dialekti ilə onun bir dialekti olan
Teleüt və Kumandı dialektlərini də daxil etdiyi Qıpçaq qrupunun ümumi olaraq bu ses xüsusiyyətlərini
verir: ztürkcəsidir (toquz);y türkcəsidir (ayaq); b- qorunur (bol-); tək hecalı sözlərin sonundakı –γ> -w
inkişafı ən əsas xüsusiyyətidir (taγ>taw); birdən çox hecalı sözlərin sonunda -ıγ> -ı olmuşdur
(taγlıγ>tawlı); şəkilçi əvvəlindəki γ- qorunmuşdur (qalγan). L.Ligeti isə “Qıpçaq” şəklində
adlandırdığı qrupa (1) fərqli olaraq Tobol, Tümen, Kurdak, Tura və Qıpçaq təsirindəki Özbək
dialektlərini da salmışdır M.Räsänen, “Şimal-Qərb qrupu” ifadəsini işlətmiş və düzgün bir
dəyərləndirmə etmişdir (Qırğız, Qazax, Qara-Qalpaq, Noqay, Kumık, Qaraçay, Balkar, Karaim,
Tatar, Mişer, Başkurt).
3. J.Benzing “Qərb qrupu” və “Qıpçaq-Kuman dilləri” dediyi Qıpçaq ləhcələrinin aralarındakı
yaxınlıqlara görə üç qismə ayırmışdır. (1.Pontus- Hazar qrupu: Qarayimcə, Qaraçayca və Balkarca,
Kumukca; 2. Ural qrupu: Tatarca, Başqırtca; 3. Qıpçaq qrupu: Qaraqalpaq və Noqayca ilə birlikdə
Qazaxca, Qırğızca). K.H. Menges də eyni yerdəki (PhTF) təsnifi zamanı “Şimal-Qərbi və ya Qıpçaq
bölgüsü” dediyi qrupu, köhnə dil vəsaiti kimi bir tərəfə qoyarsa oxşar şəkildə 3 hissəyə ayırmışdır (1.
Pontus-Hazar dilləri: Karaimcə, Qaraçayca və Balkarca, Krım Tatarcası, Kumıkca; 2. Volqa-qərbi
Sibir dilləri:Qazan Tatarcası-Tepter, Mişer, Qasimov Tatarcası ilə birlikdə,- qərbi Sibir ləhcələri-
Turalı, Tümenli,Tobollı, Işımlı, Qurdak, İrtışlı-, Baraba ləhcəsi, Küerik ləhcəsi, Başkurtça; 3. Qıpçaq
dilləri: Qazaxca və Qaraqalpaqca, Qıpçaq Özbəkcəsi, Noqayca, Qırğızca). N.A.Baskakov, Qıpçaq
Türk ləhcələri qrupunu “Türk dillərinin Qərbi Hun Qanadı” dediyi ilk bölgüdə “Qıpçaq qrupu” adı ilə
vermiş, bu qrupu köhnə dil vəsaiti kimi bir tərəfə qoyarsa bu formada üçə yerə ayırmışdır
(1. Qıpçaq-Bulqar hissəsi: Tatar, Başqırt; 2. Qıpçaq-Oğuz hissəsi: Karaim, Kumuk; 3. Qıpçaq-
Noqay hissəsi: Noqay, Qaraqalpaq, Qazax). Baskakov, Qırğız türkcəsini, Altay türkcəsi ilə birlikdə
“Türk Dillərinin Qərbi Hun Qanadı” adını verdiyi ikinci44 bölgüdə “Qırğız-Qıpçaq” qrupu altında
göstərmişdir. N. Poppe, “Qıpçaq” ifadəsindən istifadə edərək bu qrupa daxil olan ləhcələri dörd
yarımqrupa bölmüşdür (1. Karayim, Qaraçay-Balkar və Kumuk aγ>aw;2. Tatar və Başqırt aγ>aw,
o>u, ö>ü, u>o, ü>ö, i>e, e>i; 3. Noqay, Qazax, Qaraqalpaq ç>ş, ş>s və şəkilçi əvvəlindəki l samitinin
n/d/t-yə dəyişməsi; 4. Qırğızca və Altayca ikinci44 uzunluqlar, dodaqlanma və təsirsizlik şəkilçisinin
əvvəlindəki m-nin p/b-yə dəyişməsi). T.Tekin, səs meyarlarını ən incə detallarına qədər istifadə etdiyi
təsnifində
4. Qıpçaq qrupu ləhcələrini “Tawlı və ya Qıpçaq qrupu” başlığı altında dəyərləndirmiş və dialekt
xüsusiyyətlərinə görə bir çox yarımqrup və bölümlər göstərilmişdir. T. Tekinin təsnifində Qırğız
türkcəsi, Qıpçaq qrupu ləhcələrindən ayrı bir qrup olaraq (to:lu:qrupu) göstərilmişdir. Səbəb olaraq
aγsəs qrupununTawlıqrupu ləhcələrində -aw-a, Qırğız türkcəsində -o:-ya doğru inkişafı (tay>to:,
baγ>bo:, saγ>so: vb.), ayrıca çox hecalı sözlərin sonundakı –ıγsəs qrupunun Qırğız türkcəsində orta
qapalı uzun saitə doğru inkişaf edərək –u: olmasına qarşı, digər Qıpçaq ləhcələrində samitini itirərək –
ı olması göstərilmişdir (To:lu: qrupu: Qırğızca; tawlı qrupu: Tatarca, Başqırtca, Qazaxca,
Qaraqalpaqca ilə birlikdə-, Noqayca, Kumukça, Qaraçayca-Balkarca, Qarayca, Baraba Tatarcası,
Krım Tatarcası). A. Rona-Tas (1991) “Qıpçaq”, “Şimal-Qərb” ifadələrini istifadə etmiş və üç
yarımqrup göstəmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
932
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
5. «Qıpçaq qrupu» termini, yuxarıda verildiyi kimi J.Benzinin PhTF-dəki təsnif təcrübəsi ilə
ortaya atılmışdır. K.H.Mengesin yenə eyni yerdəki «Die Aralo-Kaspische Qruppe» adlı geniş məqaləsi
bu terminin məşhurluq qazanmasında xüsusilə təsirli olmuşdur Lakin bu terminin nəzərdə tutulan
ərazini çox yaxşı təmsil edə bilmədiyi diqqət çəkməkdədir. K.H.Menges, bu ərazini «...şərqdə Altaylar
və qərbdə Qara dənizin şimal-şərq sahili arasındakı geniş bozkırlar...» şəklində doğru olaraq ifadə
etməklə bərabər termini yaxşı seçə bilməmişdir. «Qıpçaq» termini coğrafi baxımdan Qırğız Türkcəsini
əhatə etməkdən uzaqdır. Ancaq Türkoloji sahəsində demək olar ki, ümumi bir etibarlılıq
qazandığından bu işdə də eyni termin istifadə edildi.
6. Qıpçaq qrupu Qıpçaq Türk ləhcələrindən növbə ilə Qazax, Qaraqalpaq və Noqay türkcələri
xüsusilə bir-birinə yaxın durur. Qafqaz qrupu baxımından təsnif yoxlamalarında görünən ən böyük
fərqlilik Qırğız Türkcəsinin harada və necə dəyərləndiriləcəyi mövzusudur. Təsniflərdə Qırğız
türkcəsini təkbaşına qiymətləndirənlər və ya başqa ləhcə qruplarına daxil edənlər olmuşdur.
A.N.Samoyloviç isə xüsusilə dodaq ahəngi və orta sait uzunluqları baxımından Qırğız türkcəsi ilə
böyük bənzərlik göstərən Altay türkcəsini Qıpçaq qrupuna daxil etmişdir. K.H.Menges də Qırğız
Türkcəsinin bəzi fərdi xüsusiyyətlərindən ötəri digərlərindən bir az ayrı olduğunu və əslində qrup
daxilində xüsusi bir rəftara layiq olduğunu dilə gətirmişdir.
7. Qırğız türkcəsi tərkibində /γ,g,b,ñ,y/ kimi yarı sait vəziyyətindəki davamsız samitləri saxlayan
bəzi səs qruplarının yığılması nəticəsində ortaya çıxan orta uzun, dodaq ahənginin çox hecalı sözlərdə
/O-U/ yanında /O-O/ sırasını da əhatə edəcək şəkildə genişlənməsi və şimal dialektlərində söz
sonundakı /z-s/ qeyri-müəyyənliyi və yeni sözün bəzi xüsusiyyətləri ilə şimal-qərb Türk dialektləri ilə
şimal-şərq dialektləri arasında bir keçid dialekti olaraq qiymətləndirilə bilən xarakterləri göstərir.
Cənubi Sibir Türk dialektlərindən xüsusilə Altay türkcəsi və Xakas türkcəsi ilə olan tarixi bağlarına
görə də Qıpçaq qrupu daxilində xüsusi və yeni olan Qırğız türkcəsinin bu vəziyyətini qrup daxilində
ayrıca dəyərləndirmək olar.
Dostları ilə paylaş: |