Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə28/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   24   25   26   27   28   29   30   31   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

913



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Həmçinin müəllif dillərin fərqlənmə səbəbləri sırasında tarixi inkişafı və ictimai-siyası hadısılıri 

də önəmli sayırdı: " Dillərin yox olmasının səbəbi əksər halda siyasi və hərbi məsələlərlə bağlı olsa da 

bəzi hallarda sadəcə zamanla bu dildə danışan xalqın özünün sülhi şəraitdə yoxa çıxması (əriməsi) ilə 

bağlıdır.  Məsələn  Qun  dili  Romaniya  və  Qaliçyadan  Macarıstan  və  Balkanlara  yayılaraq  orada  bir 

qismi slavyanlar, böyük bir qismi də Macarlar arasında yox olmuşdur. Bu sıraya Əski bulqar və misir 

koləmənlərinin lisanını da aid edə bilərik.(88) 

 

Beləliklə biz görürük ki, dilin bir çox xüsusiyyətlərinin qorunmasında, həmçinin özünün sıradan 



çıxarılmasının qarşısının alınmasında əsas məsələ bu dilin daşıyıcılarının dilin qorunmasında və onun 

“çirkləndirilərək”  istifadədən  kənarda  qalması  halları  ilə  bağlı  olaraq  daim  çalışmasından,  bu  kimi 

halların maksimum şəkildə qarşısının alınmasından ibarətdir. Digər bir tərəfdən dil xüsusiyyətlərinin 

qorunmasında ədəbi dilin rolu danılmazdır. Çünki Ədəbi dil öz formal xüsusiyyətlərini danışıq dilinə 

nəzərən daha yaxşı mühafizə edir. Əslində istifadə etdiyimiz danışıq dili özüdə bir zamanlar ədəbi dil 

sayıla biləcək olan “Adiləşmiş Ədəbi Dil” dir. Ədəbiyyat və mədəniyyəti zəif inkişaf etmiş xalqların 

dilinin parçalanması və siradan çıxması daha böyük risk daşıyır.

 

 



 

AZƏRBAYCAN DİLİ ŞİVƏLƏRİNDƏ İŞLƏNƏN                                           

FELİ ADLARIN SEMANTİKASINA DAİR 

 

Fərqanə BABAYEVA 

Bakı Slavyan Universiteti 



ferqanebabayeva07@gmail.com 

AZƏRBYCAN 

 

Azərbaycan dilinin zəngin şivə leksikası var. Bu zənginlik birdən – birə yaranmamış, Azərbaycan 



dilinin uzun sürən tarixi inkişafı nəticəsində meydana gəlmişdir. “Xalqın həyatında, məişətində özünü 

göstərən  dəyişikliklər  dialekt  leksikasında  əks  olunur.  Cəmiyyətin,  dilin  inkişafı  ilə  əlaqədar  olaraq 

müəyyən sözlər dialekt leksikasına daxil olur, sonradan bunların bir hissəsi öz işləkliyini saxlayır, bir 

hissəsi  isə,  ümumiyyətlə  ünsiyyətdən çıxır.  Ədəbi  dilin lüğət tərkibi ilə  müqayisədə  dialekt leksikası 

daha mühafizəkardır.  

Dilin qədim leksik qatına aid olan sözlər şivələrin lüğət tərkibində daha çox qorunub saxlanılır”. 

Şivələrin  lüğət  tərkibində  qorunub  saxlanan  sözlərin  bir  çoxu  fel  köklü  adlardır.  Bu  feli  adların  bir 

qismi öz formasını və mənasını olduğu kimi saxlamış, bir qismi fono – morfoloji dəyişikliyə uğramış, 

bir qismi isə semantik cəhətdən dəyişmişdir. Bu yazımızda belə sözləri nəzərdən keçirəcəyik. Tutmac// 

tutmaş (Ağcabədi, Göyçay, İmişli, Quba, Oğuz, Şamaxı, Ucar, Ağdam, Basarkeçər, Mingəçevir, Şuşa) 

– xörək adı kimi verilmişdir 

Məsələn,  -  Tutmacı  günorta,  ya  axşam  yiyəllər  (Oğuz),  Dünən  də  tutmaş  yemişəm,  bü:n  də 

(Ağdam). “Tutmac” sözü M. Kaşğarinin “Divanü lüğat-it türk” əsərində “xəngəl” (yeməyin bir növü ) 

mənasında  verilmişdir.  M.Kaşğari  bu  sözün  mənasının  –  “bizni  tutma  aç”,  yəni  “bizi  ac  saxlama” 

olduğunu göstərmişdir. C → Ş əvəzlənməsi Tarax (Qax, Şəki, Oğuz) – dırmıq mənasındadır. Məsələn, 

Soğanı,  tarax  diyirix  unnan  taraxlıyıf,  toxumu  səpirix.  Bu  söz  “tarğak”  formasında  Mahmud 

Kaşğarinin  “Divan”ında  da  qeydə  alınmışdır.  Mənası  da  “daraq”  deməkdir.  Ögəc  (Bakı,  Şamaxı)  – 

böyük deməkdir. Məs., Ögəc – ögəc danışmaq sə:n adətindi. “ Ögəc” sözü M. Kaşğarinin “Divan”ında 

“ögə”, yəni “müşavir, yaşlı və ağıllı adam” variantında göstərilmişdir. “Ö” səsi qədim türk dillərində 

“fikirləşmək”, “düşünmək” anlamını vermişdir. Elə bu anlamdan da sonralar ög//ögüt//ögüd//öyüd  – 

məsləht, nəsihət sözü yaranmışdır. Sözün kökündə “ögmək” feli durur. Müxtəlif dövrlərdə g → y, t → 

d  fonetik  əvəzlənmələri  baş  vermişdir.  Azərbaycan  dilinin  Bakı,  Lənkəran  şivələrində  ögəc  //  əkəc 

variantı da işlənmişdir ki, bu da yaşından böyük danışan və ya yaşlı, çoxbilmiş mənasındadır. Bilənçil 

(İmişli) və ya biləndər (Göyçay, İsmayıllı, Qazax, Naxçıvan) – bilən, hər şeyi anlayan (Mən çox sö:bət 

bilənçil dö:üləm.; Məmmədin oğlu yaman biləndərdi (Naxçıvan). Söz “bilmək” felindən yaranmışdır. 

M. Kaşğarinin “Divan”ında bu söz “bilgə” kimi işlənmişdir ki, bu da “alim”, “filosof” deməkdir. Biz 

bu  sözə  İbn–Mühənna  lüğətində  də  “bilgə”  şəklində  rast  gəlirik.  Bıçqı  (Biləsuvar,  Qazax–mişar. 

Məs.,Bıçqının  dişdəri  köhnəldi.  Biz  bu  sözə  M.  Kaşğarinin  “Divan”ında  “bıçğuç”  –  qayçı,  “bıçğu”– 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

914



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mişar kimi göstərilmişdir. Həmin sözlər də fel köklü sözlərdir. Sözün kökündə “biçmək” feli dayanır. 

Qapçağ – Göyçay, Cəlilabad, Saatlı, Sabirabad, Salyan şivələrində “qap+çağ” sözü – su qabı, su içilən 

qab  mənasını  ifadə  edir.  Məsələn,  Leyla,  mənə  bi  qapçağ  su  gəti  (Cəlilabad).  Sözün  “qab+çağ” 

variantı  Kürdəmir,  Yardımlı  şivələrində  də  eyni  mənanı  ifadə  edir.  Bu  söz  “qapmaq”  və  “çəkmək” 

fellərindən ibarətdir.  Burada  kar  samitin  cingiltili  samitlə (p→b)  əvəzlənməsi  baş  vermişdir.  Qapçağ 

sözü  Salyan  şivəsində  “pambıq  qozası”,  Ucar  şivəsində  isə  “qapçax”  variantında  -  “iynəqabı” 

mənasında  da  işlənir.  Mahmud  Kaşğarinin  “Divanülü  .at-it  tük”  əəində“kap+ğak”-qapaq,  sadağın, 

oxdanın  qapağı  mənasında  işlənmişdir.  Qısqac  -  Salyan  şivəsində  “qamışdan  hazırlanan  sıxıcı” 

mənasında  işlənir.  Sözün  kökündə  “qısmaq”,  “sıxmaq”  feli  durur.  Bu  feli  ad  “kıs+ğaç”  şəklində 

Mahmud  Kaşğarinin  “Divanü  lüğat-it  türk”  əsərində  “kəlbətin”,  Əsirəddin  Əbu  Həyyan  Əl  – 

Əndəlusinin  “Kitab  əl  –  idrak  li  –  lisan  əl  -  ətrak”  əsərində”  “qıs+qac”  -  məngənə.  İbn  –  Mühənna 

lüğətində isə “qısğac” – maşa, kəlbətin mənasında işlənmişdir. Divani lüğət-it türk” əsərində “tutuğ” – 

girov  və  ya  “tutğun”  -  əsir,  dustaq  mənasında  işlədilir.  Əsirəddin  Əbu  Həyyan  Əl  –  Əndəlusinin 

“Kitab  əl  –  idrak  li  –  lisan  əl  -  ətrak”  əsərində  isə  bu  söz  “tutuq”  -örtük,  “tutqun”  -əsir  şəklində 

göstərilmişdir. Ütüg // ütüx (Şamaxı, İsmayıllı, Ağdam,  Cəbrayıl, Laçın, Ordubad, Şuşa)  – bacarıqlı, 

sırtıq,  zirək,  hiyləgər.  Qədim  türk  sözlüyündə  bu  söz  “ütrük”  kimi  verilmişdir.  Qədim  türkcədəki 

“ütrük” sözü səs düşümü (r səsinin düşümü) hadisəsinə uğrayaraq müasir Azərbaycan dili şivələrində 

“ütüx”şəklini  almışdır.  Məs.,  Maşallah  Əhməd  çox  ütüx  uşağdı.  “Ütüx”  sözü  ütmək  felindən 

yaranmışdır. Taytax (Ağdam, Şuşa, Qazax, Şəki) – axsaq. Dəmirçi Mahmudun oğlu taytaxdı. “Taytax” 

sifəti  öz  mənşəyi  etibarilə  taytamax,  “axsamax”  felindən  əmələ  gəlmişdir.  Prof.  E.  Əzizovun 

araşdırmaları göstərir ki, bu sözün əsasında qədim türkcədə “sürüşmək, sürüşüb yıxılmaq” mənasında 

olan  “tay”  feli  dayanır.  Qədim  türk  dilində  tay  felindən  düzəlmiş  tayığ  “sürüşkən”  sifəti  olmuşdur. 

Yuxarıda  göstərdiyimiz  misallardan  belə  qənaətə  gəlmək  olar  ki,  feli  adlarda  baş  vermiş  semantik 

inkişaf,  fono  -  morfoloji  dəyişikliklər  qədim  sözlərin  simasını  üzə  çıxarır  və  dediklərimizdən  aydın 

olur  ki,  müasir  Azərbaycan  ədəbi  dilindən  fərqli  olaraq,  qədim  türk  leksikasının  mühüm  bir  hissəsi 

şivələrin lüğət tərkibində saxlanmışdır.  

 

 



ATALAR SÖZLƏRİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN 

LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ 

 

Faidə OMAROVA 

AMEA, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

filfay-6786@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan  xalqının  şifahi  xalq  ədəbiyyatı  poetik  nümunələrlə  çox  zəngindir.  Bu  nümunələr 



içərisində atalar sözü xüsusi yer tutur. Bəs atalar sözü nədir? Bu barədə həm folklorşünaslar, həm də 

dilçilər  tərəfindən  istənilən  qədər  söz  deyilmişdir.  Biz  isə  atalar  sözləri  haqqında  deyil,  onların 

tərkibində işlənən frazeoloji birləşmələr haqqında danışacağıq.  

Azərbaycan dili öz frazeoloji tərkibinə görə zəngin dillərdən biridir. Dilimizin frazeoloji vahidləri 

iki  və  ya  daha  çox  tammənalı  sözün  birləşməsi  əsasında  təşəkkül  tapmışdır.  Tərkib  hissələrinin 

sintaktik  əlaqəsinin  səciyyəsinə  görə  bunların  müxtəlif  tipləri  olsa  da,  bir  qismi  söz  birləşməsi 

şəklində, bir qismi isə qrammatik cəhətdən formalaşaraq cümlə quruluşunda işlədilir. Buna görə də, 

bunları  həm  bir-birindən,  həm  də  dilimizdəki  sintaktik  vahidlərdən  fərqləndirmək  üçün  öz 

spesifikalarına  müvafiq  şəkildə  xüsusi  terminlərlə  adlandırmaq  lazımdır.  Bu  baxımdan  müasir 

Azərbaycan  dilinin  frazeologiyasını  iki  böyük  qrupa  bölmək  olar:  frazeoloji  söz  birləşmələri  və 

frazeoloji ifadə və ibarələr. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilindəki  frazeoloji  söz  birləşmələri  onları  əmələ 

gətirən  sözlərin  məna  və  qrammatik  cəhətdən  qovuşma  dərəcəsinə  görə  üç  tipə  bölünür:  frazeoloji 

qovuşma, frazeoloji birlik və frazeoloji birləşmə.  

Frazeoloji qovuşma zamanı söz birləşməsini əmələ gətirən bütün sözlər öz müstəqil mənalarını 

itirirlər.  Bu  tip  birləşmənin  ümumi  mənası  onu  təşkil  edən  ayrı-ayrı  sözlərin  müstəqil  mənalarından 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

915



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

asılı olmur və bütövlükdə birləşmənin bir mənası olur. Məsələn, Arını duman, insanı iman yola gətirər 

atalar  sözündəki  “yola  gətirmək”  frazeoloji  vahidinə  nəzər  salaq.  Bu  birləşmənin  ümumi  mənası 

“ağıllandırmaq” kimi başa düşülür. Lakin göründüyü kimi həmin mənanı ifadə etmək üçün birləşməni 

təşkil edən sözlərin heç birinin müstəqil mənalarından istifadə edilməmişdir. Frazeoloji qovuşmalarda 

sözlər məna cəhətdən son dərəcə qaynayıb-qarışdıqları üçün bunlar tamamilə bölünməz olur. 

Birləşməni  əmələ  gətirən  sözlərdən  birinin  mənasının  zəif  hiss  olunması  əsasında  yaranıb, 

semantik  cəhətdən  bölünməz  olan  frazeoloji  birləşmələr  frazeoloji  birlik  hesab  olunur.  Bu  tip 

birləşmələrdə  birləşməni  təşkil  edən  komponentlərdən  birinin  həqiqi  məna  izləri  müşahidə  edilir. 

Bütün  frazeoloji  vahidin  ümumi  mənası  həmin  komponentin  –  sözün  mənası  ilə  bağlı  olur.  Bu  tip 

frazeoloji  birləşmələrə  atalar  sözlərinin  tərkibində  baxaq:  Az  danış,  çox  qulaq  as;  Ağılsız  cavab 

verməmək ən ağıllı cavabdır və s. 

Misallardan da göründüyü kimi, frazeoloji birlikləri başqa tiplərdən fərqləndirən səciyyəvi cəhət 

frazeoloji vahiddə bu və ya digər sözün mənasının az və ya çox dərəcədə hiss olunmasıdır. Frazeoloji 

birlik frazeoloji qovuşmalar kimi mənanın qaynayıb-qarışması əsasında əmələ gəlir. 

Birləşmənin  tərkibindəki  sözlərdən  birinin  öz  mənasında  işlənməsi,  qalan  hissənin  isə  asılı 

vəziyyətdə  olması  nəticəsində  yaranmış  frazeoloji  vahidlər  frazeoloji  birləşmə  adı  altında 

ümumiləşdirilir. Bu tip birləşmələrdə sözün biri o birinə, yəni müstəqil mənada olana təhkim olunur. 

Müstəqil mənada işlənən söz birləşmədə əsas, öz mənasında olmayan söz isə asılı olur. Məsələn, Ağıllı 

qəm yeyər, dəli qamçı; Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır və s. Bu misallardakı frazeoloji 

birləşmələrin birinci sözləri öz mənasında işlənmiş və birləşmədə aparıcı rola malikdir. 

Frazeoloji vahidin hansı ikinci dərəcəli üzv ilə bağlı olduğunu, yəni onun obyektini və qrammatik 

səciyyəsini  müəyyənləşdirmədən  frazeoloji  birləşmənin  struktur  tipi  haqqında  aydın  təsəvvür  əldə 

etmək qeyri-mümkündür. Buna görə də frazeoloji vahidlərin idarə etdikləri üzvləri onlardan tam təcrid 

olunmuş şəkildə nəzərdə tutmaq olmaz.  

Atalar  sözlərində  işlənən  frazeoloji  birləşmələrin  isim  komponentinin  çoxu,  fel  komponentinin 

isə hamısı müasir dildə müstəqil işlənən sözlərdir. Məsələn, Yamanı yada salma, yananı yada sal və ya 

Aş  daşanda  kəfkir  yada  düşər  və  s.  kimi  atalar  sözlərində  işlənən  “yada  salmaq”,  “yada  düşmək” 

frazeoloji  birləşmələrdəki  sözlərdən  hər  biri  dilimizin  lüğət  tərkibində  müstəqil  mənalı  leksik 

vahidlərdir.  

Lakin  bütün  bunlarla  yanaşı  müasir  Azərbaycan  dilində,  o  cümlədən  Azərbaycan  atalar 

sözlərində  müəyyən  miqdar  frazeoloji  birləşmələr  də  vardır  ki,  onların  baş  sözü  kimi  işlənən  isim 

komponenti  leksik  mənaya  malik  deyildir.  Bunlar  ancaq  frazeoloji  vahid  daxilində  işlədilməklə 

dilimizdə öz varlığını qoruyub saxlayırlar. Bu qəbildən olan söz – komponentlərinin bir qismi türk, bir 

qismi  ərəb,  bir  qismi  isə  fars  mənşəlidir.  Belə  frazeoloji  birləşmələrə  aşağıdakı  atalar  sözlərinin 

tərkibində  rast  gəlmək  olar:  1.  Pul  cəncəl  açandır;  2.  Gic  gicə  rast  gələr,  bir-birinə  mat  qalar;  3. 

Daldakı ağıl pozulan işə kar etməz; 4. Damağın çağ olsa da, bəladan qaçmaq olmaz; 5. Sərkərdə qoçaq 

olsa, ordunu bada verməz və s. 

Nümunə kimi verilmiş yuxarıdakı atalar sözlərində işlənən “cəncəl açmaq”, “mat qalmaq”, “kar 

etmək”,  “çağ  olmaq”,  “bada  vermək”  kimi  frazeoloji  birləşmələrin  isim  komponenti  demək  olar  ki, 

müstəqil işlənmir və yalnız frazeoloji birləşmə daxilində müəyyən məna daşıyırlar. 

Beləliklə, aydın olur ki, atalar sözlərində işlənən frazeoloji vahidlərin fel komponenti vaxtilə türk 

mənşəli  olub,  müasir  dildə  Azərbaycan  dilinin  öz  sözləridir.  Bunların  baş  sözlərinin  də  çoxu 

Azərbaycan  dilinə  məxsus  leksik  vahidlərdən  ibarətdir.  Lakin  müəyyən  qisminin  baş  sözü  tarixən 

başqa dillərdən alınmadır və ya müstəqil leksik mənaya malik deyillər, ancaq birləşmə daxilində məna 

daşıyırlar.  Azərbaycan  atalar  sözlərinin  tərkibində  işlənən  frazeoloji  birləşmələr  bir  çox  başqa 

xüsusiyyətlərə  də  malikdirlər.  Bəzi  frazeoloji  birləşmələr  vardır  ki,  onlara  həm  ədəbi  dildə,  həm  də 

xalq danışıq dilində tez-tez rast gəlinir. Lakin elə frazeoloji vahidlər də vardır ki, onlardan daha çox 

xalq danışıq dilində istifadə olunur. Nəzərə alsaq ki, atalar sözləri xalq təfəkkürünün məhsuludur və 

daha  çox  adi  ünsiyyət  zamanı  istifadə  olunur,  deməli bu  təbii  haldır.  Məsələn,  Borc  yaddan  çıxmaz; 

Qırx ildə bir dəfə arvad sözünə baxarlar və s. 

Bu  tip  atalar  sözlərində  işlənən  “yaddan  çıxmaq”,  “sözə  baxmaq”  və  s.  kimi  frazeoloji 

birləşmələrə həm ədəbi dildə, həm də danışıq dilində rast gəlinir. Ancaq Buğda olmayan yerdə darını 

gözə  təpərlər;  Bir  tikə  çörək  daşdan  çıxır  kimi  atalar  sözlərində  işlənən  “gözə  təpmək”,  “daşdan 

çıxmaq”  frazeoloji  birləşmələri  demək  olar  ki,  daha  çox  danışıq  dilinə  xasdır  və  ədəbi  dildə  bu  tip 

frazeoloji birləşmələr o qədər də geniş yayılmamışdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

916



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bir məsələni də qeyd etmək lazımdır ki, atalar sözlərində iştirak edən frazeoloji birləşmələr heç 

də həmişə bütöv şəkildə verilmir. Yəni belə frazeoloji birləşmələrin bəzilərində fel komponenti ixtisar 

olunur və yalnız isim komponenti iştirak edir. Frazeoloji vahidin həmin cümlədə, yəni atalar sözündə 

daşıdığı  mənanı  başa  düşmək  üçün  isə  mürəkkəb  cümlə  quruluşunda  olan  atalar  sözlərinin  birinci 

tərəfinə nəzər salmaq lazım gəlir. Bu cür hallara tabesiz mürəkkəb cümlə strukturuna malik olan atalar 

sözlərində  rast  gəlinir.  Misallara  baxaq:  Qocaya  gedən  quyruq  yeyər,  cavana  gedən  –  yumruq; 

Qızılquş əldə gəzər, gözəl qız – dildə; Aşiqə söz dəyməz, çirkinə göz və s. 



 

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏLƏRİNDƏ                      

PSİXOLOGİYA TERMİNLƏRİNƏ DAİR 

 

Ramil BAYRAMOV 

Bakı Dövlət Universiteti 



rbayramov924@gmail.com 

AZƏRBAYCAN 

 

Psixologiya  elmi  son  bir  əsr  ərzində  çox  böyük  inkişaf  you  keçmiş  və  hazırda  bütün  dünyada, 



eləcə də Türk dünyasının ana xətti və ayrılmaz hissələri olan Azərbaycan və Türkiyədə də öz inkişafını 

yaşayır. Çağdaş dövrümüzdə psixologiya, demək olar ki, bütün sahələrə sirayət etmişdir. Buna görə də 

bu  elm  elmi  ictimaiyyətin  diqqətini  çəkməyə  bilməz.  Bu  deyilənlərə  uyğun  olaraq  qeyd  edək  ki, 

Azərbaycan və Türkiyədə psixologiya ilə bağlı xeyli sayda elmi araşdırmalar aparılmış, psixologiyanın 

ayrı-ayrı  sahələrinə  aid  sanballı  tədqiqat  işləri  yazılıb  nəşr  olunmuş  və  ictimaiyyətin  istifadəsinə 

verilmişdir.  Bunun  nəticəsində  də  psixologiya  sahəsində  yeni-yeni  elmi  nəzəriyyələr,  ideyalar, 

anlayışlar meydana gəlmiş və hələ də gəlməkdədir. Belə ideya və anlayışlar isə müəyyən terminlərlə 

ifadə  olunaraq  dildə  işləklik  qazanır  və  dilin  lüğət  tərkibinə  daxil  olur.  Dilin  leksik  qatında  sahə 

terminologiyası  –  psixologiya  terminologiyası  kimi  ayrılan  bu  terminlərin  dildə  istifadəsi  onların 

mənşəyi,  yaranma  yolları  və  mənbələri  müəyyən  qanunauyğunluq  prinsipi  əsasında  mövcud  olur. 

Azərbaycan  və  Türkiyə  türkcələrində  də  psixologiya  sahəsinə  aid  olan  terminlərin  yaranma  yolları, 

mənşəyi  və  ümumiyyətlə,  dildə  istifadəsi  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Bu  dillərdə 

psixologiya terminlərinin istifadəsində müəyyən oxşar cəhətlərlə yanaşı, müxtəlifliklər də mövcuddur.  

Psixologiya terminlərinin qarşılaşdırılan bu dillərdə oxşar istifadəsini doğuran səbəb onların eyni 

kökdən – eyni dil ailəsinə və eyni dil qrupuna mənsub olmasıdır. Belə ki, XVII əsrə qədər hazırkı türk 

xalqlarına məxsus dillər ortaq türk dili kimi mövcud olmşdur. Ona görə də həmin dövə qədərki bir sıra 

xalq  yaradıcılığı  nümunələri  ortaq  hesab  edilir  və  ya  bu  xalqların  içərisindən  çıxan  yazarların 

əsərlərinin dili eyni, yaxud oxşar olmuşdur. XVII əsrdən etibarən isə türk dillərində diferensiasiya – 

ayrılma baş verdi. Belə ki, Hər bir türk dövləti ümumtürk kontekstindən çıxış edərək öz dili ilə bağlı 

müstəqil, özünəməxsus inkişaf xətti götürdü. Bu, təbii ki, özünü dilin müxtəlif şöbələri üzrə göstərib 

bu və ya digər formada xeyli fərqlər yaratsa da, bütövlükdə bu dillərin kökü eynidir.  

Göründüyü  kimi,  türk  dil  ailəsinə  mənsub  xalqların  dili  XVII  əsrə  qədər  ortaq  olmuşdur.  Buna 

görə  də  bu  dillərdə  həmin  dövrə  qədər  bir  çox  elm  sahələrində  olduğu  kimi  psixologiyaya  aid  söz-

terminlər də eyni və ya çox yaxın formada işlədilmişdir. Biz bunları ortaq abidəmiz olan “Kitabi Dədə 

Qorqud”  dastanında  da,  həm  Türkiyəyə,  həm  Azərbaycana  məxsus  şairlərin  əaərlərində  də  şahidi 

oluruq.  XVII  əsrdən  etibarən  müstəqil  inkişaf  xətti  götürən  bu  dillərdə  getdikcə  müəyyən  fərqlər 

yaranmağa  başladı.  Belə  ki,  Azərbaycan  və  Türkiyə  türkcələrinin  həm  fonetik,  həm  leksik,  həm  də 

qrammatik  sistemində  bəzi  fərqli  məqamlar  ortaya  çıxdı.  Sonrakı  əsrlərdə  isə  Azərbaycanın  rus 

müstəmləkəsi  olması  və  onların  təsirinə,  təzyiqinə  məruz  qalması  bu  məsələni  bir  qədər  də 

dərinləşdirdi. Yəni Türkiyə Avropa və digər əcnəbi xalqlarla birbaşa əlaqə yarada bilib, sərbəst şəkildə 

onların  dillərinə  məxsus  söz-terminləri  öz  dilinə  gətirib  istədiyi  kimi  işlədirdisə,  Azərbaycanda  belə 

deyildi. Azərbaycan digər dövlətlər və ya xalqlarla yalnız Rusiya vasitəsilə əlaqələr qururdu. Ona görə 

də başqa dillərdən bu dilə daxil olan və ya gətirilən söz-terminlər birbaşa deyil, rus dilinin vasitəçiliyi 

ilə,  onun  qayda-qanunlarına  uyğunlaşdıqdan  sonra  gətirilir  və  ona  uyğun  da  işlədilirdi.  Lakin  bu 

vəziyyəti  Azərbaycanın  ikinci  dəfə  mütəqillik  əldə  etməsi  tamamilə  dəyişdi.  Yəni  müstəqil  siyasət 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

917



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yürüdən Azərbaycan digər xalqlarla sərbəst şəkildə əlaqə qurur və onların dillərinə məxsus olan söz-

terminləri  də  birbaşa  alır.  Göstərilən  proseslər  Azərbaycan  və  Türkiyə  türkcələrinin  bir-birindən 

qismən fərqli istiqamətdə inkişaf etməsini şərtləndirir.  

Gənc  elm  olan  psixologiyaya  aid  terminlər  də  bu  dillərdə  əksər  hallarda  oxşarlıq  təşkil etsə  də, 

fərqli məqamlar da çoxdur. Bu, əsasən, fonetik baxımdan diqqəti daha çox çəkir. Bu isə qarşılaşdırılan 

dillərin əlifba sisteminin nisbətən fərqli olmasıdır. Məsələn, Azərbaycan dilindən fərqli olaraq Türkiyə 

türkcəsində x və ə-nin nə səsi, nə də qrafik işarəsi, [q] səsinin isə qrafik işarəsi yoxdur. Buna görə də 

hər  iki  dildə  də  işlənən  bəzi  psixologiya  terminlərinin  yazılışında  fərqlər  var.  Onu  da  qeyd  edək  ki, 

Azərbaycan  dilində  cingiltiləşmə  (incələşmə),  Türkiyə  türkcəsində  isə  karlaşma  (qalınlaşma)  özünü 

göstərir. Aşağıdakı cədvəldə deyilənlərə uyğun nümunələrə nəzər salaq: 

 

Azərbaycan dilində 



Türkiyə türkcəsində 

diqqət 


dikkat 

duyğu 


duygu 

həssaslıq 

hassaslık 

hallüsinasiya 

halusinasiyon 

depressiya 

depresyon 

psixologiya 

psikoloji, ruhbilim  

özünüdərk 

özbiliş 

qısqanclıq 

kıskançlık 

qorxu 


korku 

iradə 


irade, istenc 

xarakter 

karakter 

həyəcan 


heyecan 

psixoanaliz 

psikanaliz 

yuxu 


uyku 

aqnoziya 

agnozi (tanısızlık) 

amneziya 

amnezi (bellek yitimi) 

Bir  məsələni  də  qeyd  edək  ki,  Türkiyə  türkcəsində  Azərbaycan  dilindən  fərqli  olaraq  özləşmə 

meyili – alınma sözün özünü deyil, onları öz sözləri ilə işlətmək meyili daha güclüdür.  

 

Azərbaycan dilində 



Türkiyə türkcəsində 

motiv 


güdü 

qəzəb 


köpürme, öfke 

qabiliyyət 

yetenek 

instinkt 

içgüdü 

idrak 


biliş 

hipnoz 


uyutum 

hissiyatçılıq 

duyumçulluk 

həvəs 


dilek 

günah 


suç 

qeştalt 


bicim 

fleqmatik 

ağırkanlı 

fikir 


görüş, kavrayış 

eqoizm 


bencillik 

emosiya 


coşku 

dərrakəli 

anlıksal 

biheviorizm 

davranışçılık 

autizm 


içe yöneliklik 

arzu 


düşleme 

aqressivlik 

saldırganlık 

psixoloq 

ruhbilimçi 

şüursuz 


bilinçdışı 

təfəkkür 

düşünme 

təxəyyül 

imgeleme 

vərdiş 


alışkanlıq 

Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin