Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə46/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1001



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kürəsi Azərbaycanda (Albaniyada) şüşə istehsalının və sənətkarlığının inkişafını təsdiqləyən ən tutarlı 

dəlillərdən biridir. 

Əvvəlki  dövrlərdə  rəngli  şüşələrdən  təkcə  yaşıl  şüşələrə  rast  gəlinirdisə  IX-X  əsrlərdə  çəhrayı, 

göy, qara rəngli şüşələrə rast gəlinirdi. Təkcə 1953-cü ildə Beyləqandan tapılmış 84 bilərzikdən 44-ü 

qara rəngdədir. Beyləqandan tapılmış şüşə muncuqlar içində ağ və sarı rəngli muncuqlara rast gəlinir. 

Bu dövrdə nəfis şüşə qab-qacaq nümunələrinin süfrəyə daxil olması dulusçuluğun geriləməsinə səbəb 

oldu. Süfrə qabları kuzə, piyalə, stəkan. bərni, badə, qrafin və s. nümunələrlə təmsil olunurdu. Şüşədən 

tək məişət əşyaları hazırlanmırdı. Şüşə üzərində səthi, yaxud qabarıq formalı, həndəsi və nəbati orna-

ment  motivləri  ilə  yanaşı,  yazı  nümunələrinə  də  təsadüf  olunur.  Şüşədən  hazırlanmış  müxtəlif  tipli 

qabların bəzədilməsində yapma şüşə saplardan, daş sürtgəclərlə salınmış naxışlardan istifadə edilirdi. 

VIII əsrin sonlarından, IX əsrdən etibarən Azərbaycanda laboratori qabları (əczaçılıq və kimya) istehsal 

olunmağa başladı. Bu tip qablar Şabran və Qəbələ şəhərlərində aparılmış qazıntılar nəticəsində tapıl-

mışdır. Qablar əssaən IX-X əsrlərə aid edilir. Şabranda dulus məmulatları da hörmə formalı naxışlarda 

tapılmışdır. Şabranda saç hörgü formasına əks etdirən hörülmüş şüşə hissəsi də aşkar edilmişdir. 

İlk orta əsrlərdə Azərbaycanda şüşə məmulatı və şüşə sənətkarlığı çox yüksək səviyyədə inkişaf 

etmişdir.  Müharibələrə,  dağıntılara  baxmayaraq  sənətkarlığın  izləri,  nümunələri  torpağın  altında 

qalmışdır. Azərbaycanın bir çox orta əsr şəhərləri bu gündə böyük bir sənətkarlıq nümunələri xəzinəsi 

ilə  zəngindir.  Bütün  bunlar  bizim  əsrlərdən  bəri,  gəlib  bu  günə  çatan  sənətkarlıq  tariximizin  əsasını 

təşkil edir. 



 

 

ƏRƏB MƏDƏNİYYƏTİNİN AZƏRBAYCAN                                        

POEZİYA VƏ MUSİQİSİNƏ TƏSIRLƏRİ 

 

Dilbər RƏHİMOVA  

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 



dilber.rehimova@gmail.com 

AZƏRBAYCAN 

 

Şərq mədəniyyəti əsrlər boyu digər ölkələrin incəsənət və ədəbiyyatının inkişafına təsir göstərmiş, 



nəticədə  dünya  mədəniyyətinin  inciləri  meydana  gəlmişdir.  Şərqin  ən  qədim,  və  daim  diqqət 

mərkəzində  olan  mədəniyyətləri  sırasında  ərəblərin  adı  xüsusi  qeyd  edilməyə  layiqdir.  Ümumilikdə 

Şərq mədəniyyəti, xüsusən də ərəblər uzun müddət öz poeziyası, musiqisi, elmi ixtiraları, tibb elmləri 

sahəsində əldə etdikləri nailiyyətləri və İslam dini vasitəsi ilə başqa ölkələrin həyat tərzinə, folkloruna, 

ədəbiyyatına təsir göstərmişdirlər. 

Ərəblər  tarixdə  uzun  əsrlər  boyunca  digər  xalqları  istilalara  məruz  qoymuş  və  müstəmləkəsi 

halına  salmışdırlar.  VII  əsrin  ortalarından  etibarən  Azərbaycan  da  həmin  aqibəti  yaşamış  və  Ərəb 

Xilafətinin  tərkibinə  daxil  edilmişdir.  Xilafət  xüsusi  ərəbləşmə  siyasəti  apararaq  öz  qəbilələrini 

Azərbaycanın  vacib  şəhərləri  olan  Balakən,  Dərbənd,  Bərdə,  Qəbələ,  Şirvan,  Təbriz  kimi  yerlərdə 

yerləşdirir, İslam dininin yayılması baxımından təbliğat aparır, digər dinlərə inancı olan şəxslər vergi 

verməyə  məcbur  edilirdi.  Ərəblər  ölkəmizdə  yalnız  din  deyil,  həm  də  dil  siyasəti  aparırdılar.  Həmin 

dövrlərdə Azərbaycanda çoxlu təhsil ocaqları açılsa da tədris prosesi yalnız ərəb dilində keçirilirdi. Bu 

bilavasitə  ədəbiyyatımızın  dilinin  də  ərəbyönümlü  olmasına  gətirib  çıxarırdı.  Əruzdan  istifadə  edən 

şairlərimiz  üçün  ərəb  dilində  şeir  yazmaq,  qafiyə  baxımından  uyğunluq  yaratmaq  daha  asan  olsa  da 

bunun  üçün  həm  də  çox  mükəmməl  ərəb  dilinə  yiyələnmək  lazım  idi.  Bu  səbəbdən  bir  çox 

azərbaycanlılar  poeziya  və  musiqi  təhsili  almaq  üçün  Bağdad,  Kufə,  Bəsrə,  Qahirə  kimi  ərəb 

şəhərlərindəki  təhsil  və  mədəniyyət  ocaqlarına  gedirdilər.  Tarixi  faktlardan  belə  məlum  olur 

ki,Azərbaycanda  ərəb  mədəniyyətinə  -  ədəbiyyatına  və  musiqisinə  maraq  çox  böyük  idi  və  ərəblərin 

bizim  mədəniyyətimizə  təsir  qüvvəsi  güclü  hiss  edilirdi.  Belə  ki,  Bəhram  şah  taxta  çıxanda  ilk  əmri 

musiqiçilərin  statusunu  qaldırmaq,  saraya  ərəb  şair  və  musiqiçilərini  dəvət  etmək  olmuşdu.  Demək 

olar ki, bütün saray əyləncələrində ərəblərin bir çox adət-ənələrində, əlamətdar günlərində çalınan dəf, 

mizmar, mizhar, quşabba, çəng, tanbur kimi musiqi alətlərindən istifadə olunurdu.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1002



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Belə ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində olan poemalarının hər birində 

xalqımızın poeziya və musiqiyə olan marağı, digər xalqların mədəniyyətlərinin saraylarımızda intişar 

tapması təsvir olunmuşdur. Nümunə olaraq, “Yeddi gözəl” poemasından bir parçaya diqqət yetirək: 

Gəldi xanəndələr xoş ahəng ilə

Pəhləvi oxudu gözəl çəng ilə. 

Ərəb şairləri gəlib coşdular, 

Rübab səsləndirib, şeir qoşdular

Şeirə qiymət verən bəxş etdi sovqat, 

Verdi xəzinəsindən bol cəvahirat

Min dəvə yükünü atəşgədəyə 

Saldırdı yola, vəqfdir deyə.

 

Ərəblərin siyasi, iqtisadi, sosial, mədəni, elmi vəziyyəti birbaşa olaraq onların müstəmləkəsi al-



tında olan ərazilərin də mədəniyyətinə, tarixinə, elmi durumuna təsir edirdi. 680-cı ildə Qəməri təqvi-

mi ilə Məhərrəm ayının 10-cu günündə Kərbəlada İmam Əlinin ailəsi, tərəfdarları faciəli şəkildə öldü-

rülmüşdü. Ərəb ölkələrində, həmçinin Azərbaycanda da həmin qanlı hadisələrə şəbih tamaşaları həsr 

olunurdu. Şəbih tamaşalarına bəzən XII-XIX əsrin klaasik Azərbaycan şairlərinin dini məzmunlu şeirləri 

də əlavə olunurdu. Eyni zamanada qeyd etmək lazımdır  ki, Ala Palaz oğlu, Xarrat Qulu, Məşədi İsi, 

Bülbül, Cabbar Qaryağdıoğlu kimi xanəndələrimiz öz fəaliyyətlərinə təziyyə mərasimləri ilə başlamış-

dırlar.  Təkcə  musiqimizdə  deyil,  poeziyamızda  da  Kərbəla  hadisələrinin  təsvirinə  geniş  yer  verilir. 

Dilsuz, Raci, Nəbati, Fədai kimi şairlərin şeirlərində bu mövzu ətraflı şəkildə öz əksini tapmışdır.  

 VIII  əsrin  məşhur  ərəb  filoloqu  və  musiqişünası  olan  Xəlil  İbn  Əhməd  ərəb  elminə  və  poezi-

yasına  yenilik  gətirərək  “fə’ələ”  feilindən  istifadə  etməklə  “təfilələr”,  onlardan  isə  müxtəlif  qəliblər 

yaratmışdır. O  əruzun on beş bəhrini müəyyən etmişdir. Lakin Azərbaycan ədəbiyyatında əsasən on 

iki bəhrdən daha geniş istifadə olunur. Əruzun Azərbaycan ədəbiyyatına təsiri nəticəsində nəinki, yeni 

və çox gözəl poeziya nümunələri, hətta “Bəhri-təvil” (“Sonsuz dərya”) adlanan sərbəst şeir forması da 

yaranmışdır.  Həmçinin,  orta  əsr  şərq  musiqişünaslığında  musiqi  ritmlərinin  əruz  qəliblərinə  uyğun 

ifadəsi mövcud olmuşdur. Xalq musiqimizin – aşıq havaları, xalq mahnıları, oyun havalarının, muğam 

ritmlərinə  baxsaq  əruzun  qəliblərinə  çox  uğun  olduğunu  görərik.Azərbaycan  bəstəkarlarının  əruz 

vəznində  olan  şeirlərə  bəstələdikləri  musiqilər  də  kifayət  qədər  çoxdur.  Dahi  bəstəkarımız  Ü. 

Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və b. 

operalarında  bir  çox  parçalar  birbaşa  əruz  şeirinə  bəstələnmiş  musiqilərdir.  Görkəmli  bəstəkarımız 

Süleyman  Ələsgərovun  M.  Füzulinin  “Pəmbeyi  daği  cünun  içrə  nihandır  bədənim”  qəzəlinə 

bəstələdiyi romans, “Gözlə məni” əsəri əruzun qəliblərinə uyğun olaraq bəstələnmişdir.  

Nəticə olaraq, bütün qeyd olunan məsələlərdən belə qənaətə gəlmək olar ki, ərəblərin Azərbaycan 

mədəniyyətinin  müxtəlif  sahələrinə  təsiri  çox  uzun  illəri  əhatə  etmiş  və  multikulturalizmin 

rüşeymlərinin  əsasını  təşkil  etmişdir.  İki  xalqın  mədəniyyətlərinin  qovuşmasından  dünyanın  nadir 

sənət  inciləri  meydana  gəlmişdir.  Multikulturalizmin  hamının  diqqət  mərkəzində  olduğu  bir  dövrdə 

zəngin ədəbiyyatımızın da dünyanın diqqət mərkəzində olması heç də təsadüfi deyildir. 

 

 

İLYAS ƏFƏNDİYEVİN BƏDİİ NƏSRİNDƏ FƏRDİ-PSİXOLOJİ 



XÜSUSİYYƏTLƏR MİLLİLİK VƏ MÜASİRLİK ASPEKTİNDƏ 

 

Günel Zeynallı 



Sumqayıt Dövlət Universiteti 

gunelzeynalli@mail.ru 

AZƏRBAYCAN 



 

Elə  sənətkarvar  ki,  bütün  yaradıcılığı  boyu  nə  yazırsa,  həyatın  hansı  problemlərinə  müraciət 

edirsə  həmişə  öz  sənətkar  təbiətinə,  yaradıcılıq  prinsiplərinə  sadiq  qalır.Buna  yaradıcılıqda 

Özünəməxsusluq  deyirlər  və  bu  özünəməxsusluq  həmin  sənətkarı  ədəbiyyat  aləmində  bir  kimsə  ilə 

eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə 

sənətkarlardandır. Onun bədii nəsrini XX əsr Azərbaycan həyatının mənəvi-psixoloji barometri hesab 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1003



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etmək olar. Onun romanlarında obrazların təsviri üsulunda lirika və romantika üstünlük təşkil etsə də, 

amma  bunlar  qətiyyən  həyat  reallıqlarını  canlandırmaqdan  imtina  etməyə  gətirib  çıxarmırdı,  əksinə 

yazıçı həyat həqiqətlərinə təmənnasız, namusla sadiq qalmağa çalışmışdır. 

Vətənpərvər  bir  yazıçı  olan  İ.Əfəndiyev  ən  kiçik  hekayə  və  oçerklərindən  tutmuş,  iri  həcmli 

povest  və  romanlarına  qədər  bütün  əsərlərinin  bədii  materialını,  mövzu  və  süjetini  Azərbaycan 

xalqının həyatından götürmüşdür. Azərbaycanımızın ən zəngin təbiəti, qəhrəmanlıqlarla zəngin tarixi 

keçmişi,  zəhmət  adamlarının  yaradıcı  əməyi,  qurub-yaradan  əməksevər  insnaların  mənəvi-psixoloji 

aləmi,  onların  vətəndaşlıq  qüruru,  ictimai  borca  fəal  münasibəti  ədib  üçün  zəngin  bədii  material 

vermişdir.Yazıçı həmişə müasir həyat üçün aktual olan mövzulara müraciət edir və həmişə də gələcək 

nəsillərə  örnək  ola  biləcək,  xalqın  ən  yaxşı  adət-ənənələrini  özlərində  birləşdirən  ədəbi  qəhrəmanlar 

yaradır. Nuriyyə, Səlimə, Şahlar, Sarıköynək, Valeh, Murad və s. öz  mənəvi-əxlaqi keyfiyyətləri ilə 

minlərlə oxucu ürəyinə yol tapan bədii obrazlardır. 

Millilik  və  müasirlik,  ənənə  və  novatorluq  onun  yaradıcılığının  ən  mühüm  məziyyətlərindən 

biridir. Hansı əsərlər yazmasından asılı olmayaraq yazıçının ilham pərisi Azərbaycan torpağı üzərində 

pərvazlanır.  Müasirlik  haqqında  yazıçının  öz  mülahizələri  vardır:  “Mənə  görə  sənətkar  üçün 

müasirlikdən ayrılmaq havadan və sudan ayrılmaq kimi bir şeydir. Müasirlik dedikdə isə, mən birinci 

növbədə  ədəbiyyatda  müasir  qəhrəmanın  yüksək  bədii  surətini  yaratmağı  nəzərdə  tuturam.  Ayı  və 

kainatı  yenidən  kəşf  edən  müasir  qəhrəmanın  zəngin  mənəvi  aləmini  öyrənmək-qarşımızda  duran 

mühüm  vəzifələrdəndir.”  Ədibin  sənət  dünyasının  qəhrəmanları  müasir  həyatda  xarüqələr  yaradan 

gənclərdir və bu gənclərin ictimai fəaliyyəti, daxili aləmi onun əsas bədii tətbiq hədəfidir. Götürək 50-

ci  illərin  axırlarında  Azərbaycan  kəndlərinin  birində  yeniləşmənin,  quruculuq  işlərinin,  təsərrüfat  və 

mədəniyyət sahəsindəki inkişafın və ən əsas köhnəliklə yeniliyin mübarizəsinin yüksək ustalıqla təsvir 

olunduğu  “Söyüdlü  arx”  romanını.  Romanın  qəhrəmanı  Nuriyyə  mənəvi  aləmi  çox  zəngin, 

başqalarının  rifahı  üçün  çalışan  nəcib  duyğulara  malik  saf  qəlbli  bir  qızdır.  Bu  ədəbiyyatımız  üçün 

yeni bir söz, yeni bir obraz idi. Nuriyyə xalqımızın ən yaxşı milli xüsusiyyətlərini özündə birləşdirir. 

Həyat  hadisələrinə  fəal  münasibəti,  dünyagörüşü  və  köhnəliyə,  geriliyə  qarşı  fəal  mübarizəsi  ilə 

fərqlənməsi  ilə  yanaşı,  ilk  növbədə  öz  şəxsi  həyatı  uğrunda  deyil,  kənddə  mədəni-maarif  işlərini 

qaydaya  salmaq  haqqında  fikirləşir,  zəhmətkeşlərdə  kitaba,  teatra,  mədəniyyətə  həvəs  oyatmağa 

çalışır. Nuriyyə əsl Azərbaycan qadınına məxsus milli cizgiləri özündə daşıyır və bu onun cəhalətə, 

savadsızlığa  qarşı  mübarizəsini  əngəlləmir.  Yada  salaq  “Körpüsalanlar”  da  Səriyyə  obrazını.  Bu  da 

ədəbiyyatımızda  yeni  idi  və  heç  də  birmənalı  qarşılanmadı  və  mübahisə  hədəfinə  çevrildi.  Milli 

əxlaqın çoxdan köhnəlmiş, müasirliklə uyuşmayan cəhətləri...və bir də mənəviyyatda baç verən, sanki 

əxlaqa zidd görünən yeni meyllər...Bunlara qarşı etiraz səsləri ucalır, əsərin qəhrəmanı Səriyyə üçün 

qəzet  səhifələrində  “məhkəmə”  qurulur,  o  da,  yazıçı  da  “milli-əxlaq”  müstəvisində  tənqid  hədəfinə 

çevrilir. Ancaq nəzərə alınmırdı ki, insanın qəlbi də var, sevgisi də...Yazıçı qəhrəmanın fərdi-psixoloji 

xüsusiyyətlərini, daxili duyğularını, davranışını sanki qəsdən milli əxlaq çərçivəsindən kənarda təsvir 

etmiş və obraza yanaşmanı oxucunun öz ixtiyarına buraxmışdır. Çünki həyatda heç nəyə tamlığı ilə 

zəmanət  vermək  olmur.  Səriyyə  Adillə  evliliyini  xoşbəxt  sayır,  amma  onun  bu  xudpəsənd 

bəxtiyarlığında sanki nəsə çatışmır və Qəribcana rast gəldiyi vaxt bu çatışmamazlığın sevgi olduğunu 

anlayır.  Duyğuların,  hisslərin  köləliyinə  nifrət  edən  Səriyyə  iş  adamı  olan,  hər  şeydə  məntiqə, 

rəsmiyyətçiliyə əsaslanan yoldaşı Adillə uzun müddət birlikdə yaşaya bilməzdi, əslində yaşaya bilərdi, 

əgər  milli  ailə  normalarına  boyun  əyməli  və  bu  çərçivədə  qalmalı  olsaydı...Amma  qəlbi  və  sevgisi 

olduğu üçün romanın qəhrəmanı Səriyyə Adildən ayrılıb buldozerçi Qəriblə evlənməklə insan qəlbinin 

hüdudsuz  azadlığının  bünövrəsini  qoyur.  Baxmayaraq  ki,  dədə-baba  stereotiplərini  ayaqlayıb,öz 

ürəyinin  səsi  ilə  azadlıq  axtarışında  idi.  Səriyyəyə  nisbətən  Nuriyyənin  əxlaqi  qənaətləri  milli 

ənənələrimizə  tam  uyğun  gəlir.  Səriyyə  isə  müstəqil  fikri,  yolu  və  dünyagörüşü  olan  sərbəst  bir 

qadındır. O, tapdalanmış yollarla getməyi xoşlamır. 

Ədibin  romanlarında  əxlaq,  adət-ənənə  münasibətləri  ilə  müasir  vərdişlər  sanki  qarşı-qarşıya 

qoyulur,  daha  dəqiq  desək,  paralel  aparılır.  Müəllifin  qəhrəmanları  həyatda  sərbəst  yol  tutur,  öz 

istəklərinə  doğru  əzmlə  və  inamla  addımlayır  və  bu  yolda  çətinliklərlə  qarşılaşsalar  da  belə  öz 

mövqelərindən  və  doğru  bildiklərindən  vaz  keçmirlər və  bununla  yanaşı  müəllif xeyir-duasız,  böyük 

öyüdü,  iştirakı  olmadan  tutulan  işləri  də  idelizə  etmir.  “Dağlar  arxasında  üç  dost”  romanının 

qəhrəmanı Səlimə Şahları dərin məhəbbətlə sevir və bu yolda onun  ən güclü maneəsi Şahların anası 

Gülnisə  olur.  Səlimə  öz  məhəbbətini  ananın  övlada  çəkdiyi  zəhmət  müqabilində  kiçik  sayır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1004



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Baxmayaraq  ki,  Gülnisənin  qəlbində  Səliməyə  qarşı  getdikcə  dərinləşən  kin  və  qəzəb  alovu 

vardı,amma Səlimə mədəni davranış normalarından kənara çıxmır, anaya hörmətsizlik etmir. Şahlara 

da  dönə-dönə  bildirmişdi  ki,  ailə  məsələsində  ana  xeyir-duası  vacib  şərtlərdəndir.  Millilik,  xəlqilik, 

təbiilik  kimi  xüsusiyyətlərdən  yoğrulmuş  “Sarıköynəklə  Valehin  nağılı”  romanında  müəllif  oxucunu 

həyatın  həqiqətləri  ilə  yaxından  tanış  edir.  Yazıçı  çox  təbii  şəkildə  müasir  həyatdan,  bu  gündən 

keçmişə,  babalarımızın  həyat  tərzinə,  keçmiş  günlərə  körpü  salır,  bu  günlə  keçmiş  arasında  mənəvi 

əlaqə  yaradır.  Yazıçı  öz  qəhrəmanlarını  uzaq  dağ  kəndlərindən  birinə  gətirib  çıxartmaqla  müəyyən 

ideya-bədii  məqsəd  izləmişdir.  Birincisi,  Azərbaycanın  zəngin  təbiətli  bir  guşəsini-“bəzən  yaşıl 

meşəli, bəzən sarp qayalı, uçurumlu dağları” olan füsunkar bir parçasını göz önünə gətirmiş, ikincisi, 

yaşlılara  qayğı,  hörmət  və  ehtiram  duyğularının  ibrətli  lövhəsini  yaratmış,  üçüncüsü  xarakterində 

keçmişin  bir  sıra  dəyərli  keyfiyyətlərini  qoruyub  saxlayan  mərd  babalarımızla  bizi  yaxından 

görüşdürmüşdür. 

Xalq  üçün  əlindən  gələni  əsirgəməyən,  müasir  gəncliyin  ideya-mənəvi  tərbiyəsinə  əhəmiyyətli 

təsir  göstərən,  humanist  təfəkkürü,  nəcib  işi,  fədakar  və  zəhmətkeş  təbiəti  ilə  yaddaqalan  bədii 

obrazlarla  ədəbiyyatımızı  zənginləşdirməsi  İ.Əfəndiyevin  çox  mühüm  bir  yaradıcılıq  xidməti  və 

nailiyyətidir.  Müasirlik  ruhunun  onun  yaradıcılığında  güclü  olmasına  səbəb  müəllifin  xalq  həyatı  və 

mənəviyyatı  ilə  bağlı  problemləri,  aktual  məsələləri  həssas  duyğu  ilə  yeni  təfəkkür  işığında 

mənalandırmağı bacarmasıdır. 

 

 



ATALAR SÖZÜ VƏ XALQ İNANCLARININ ƏLAQƏSİ 

 

Aytən VƏLİBƏYOVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



aytan.valibayova@mail.ru 

AZƏRBAYCAN 



 

Atalar sözü dərin hikmətlə dolu ucsuz - bucaqsız bir aləmdir. Milli ruhun dərin və təsirli ifadəsi 

atalar  sözündə  öz  əksini  tapır.  Xalq  zəkasını  və  hikmətini,  onun  əsrlər  boyu  qazandığı  təcrübənin 

nəticələrini  özündə  birləşdirən  atalar  sözləri  zəngin  mənəviyyat  xəzinəsidir.  Xalqın  mənəvi 

dəyərlərini,  təsəvvür  və  təfəkkür  tərzini,  həyat  həqiqətlərinə  məntiqli  münasibətini  əks  etdirən  atalar 

sözünü sıxılmış yaya bənzədirlər. Belə ki, xalq zəkasının ifadəsi olan atalar sözlərinin əsl mənası, təsir 

qüvvəsi konkret şəraitdə bilinir.  

Qədim  dövrlərdən  üzü  bəri  insanlar  həyatda  gördüyü  qeyri-adilikləri  sınaqdan  keçirdikcə  onda 

qanuniləşmiş  qaydalar  formalaşmışdır.  Bu  qaydalar  insanların  təfəkkür  süzgəcindən  süzülərək  atalar 

sözlərinə  çevrilmişdir.  Ona  görə  də,  atalar  sözlərini,  haqlı  olaraq,  “bütün  sözlərdən  ulu  sözlər”  də 

adlandırmışlar.  

Atalar  sözlərinin  inanclarla  tarixi  əlaqəsi  vardır.  Tədqiqatçıların  fikrincə,  inamın  nəticə 

funksiyasında  çıxış  etməsi  kiçik  paremik  vahidi-atalar  sözünü  meydana  gətirir.  Tarixi  təcrübəyə 

əsaslanan  atalar  bilirdilər  ki,  dostuna  dar  gündə  kömək  etməyən  özü  dar  gündə  tək  qalar.  Həmin 

təcrübəyə  əsaslanan  inam  “Doğru  dostluq  qərəzsiz  olar”,  “Dost  dar  gündə  tanınar”,  “Dostun  versə 

qum, al ovcunda yum” və s. kimi kiçik paremik vahidləri- atalar sözlərini yaradır.  

İnsanlar  demək  olar  ki,  kultlaşdırdığı  bütün  varlıqlara  aid  atalar  sözləri  yaratmışlar.  Atalar 

sözlərində  adət  və  ənənələrin  izləri  yaşayır.  Məsələn,  ata-baba  ruhlarına  inam,  ölünün  adına  xörəyə 

duz  salınması,  bişmiş  yeməkdən  onlar  üçün  pay  ayırıb  xüsusi  bir  yerə  qoyaraq  onların  gəlib 

yeyəcəyinə inam belə bir məsəlin yaranmasına səbəb olmuşdur: 

“Nə diriyə hay verir, 

 Nə ölüyə pay”.  

Ata-baba  ruhlarının  hər  axşam  evlərinin  bacalarına  gəlmələrinə  inam  isə  :  “Hər  kəsin  ölüsü  öz 

bağçasına gələr” atalar sözünün yaranmasına səbəb olmuşdur.  

Həyatın, məişətin elə bir sahəsi yoxdur ki, xalq o barədə atalar sözü söyləməmiş olsun.  

Xalq  bir  sıra  atalar  sözlərini  öz  adət-ənənələri,  əməyə,  əməkçi  insana  inamı  əsasında 

yaratmışdır.Yalnız əməklə, çox çalışmaqla istəyinə nail olmağın mümkünlüyünə inanaraq “İşləməyən, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1005



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dişləməz”,  “Halva-halva  deməklə  ağız  şirin  olmaz”,  “Əkində  əkməyən  xırmanda  ağlar”  kimi  atalar 

sözləri yaratmışlar. Türkün yaratdığı ilkin dünya modelində dağ mühüm rol oynayırdı.  

 Qədim  türk  inancına  görə,  dağ  insanı  yaradana  bağlayan  əsas  vasitədir.  Ta  qədimdən  dağlar 

vətən  anlayışını  formalaşdıran  təbiət  varlıqlarından  hesab  olunmuşdur.  Bu,  atalar  sözlərinə  də  siraət 

etmişdir. “Dağ yeri-duman yeri, yurd yeri-güman yeri”, “Dağ dağa qovuşmaz, insan insana qovuşar”, 

“El bir olsa dağ oynadar yerindən” və s.  

 Ağaca sitayişin əlamətləri də mifik təfəkkürlə bağlıdır. Ağac insanla Tanrı, yer ilə göy arasında 

əlaqə  yaradan  bitkidir.  Hətta  ağacın  yıxılması  da  dünyanın  sonu  kimi  mənalandırılırdı.  “Ağac 

yıxılanda  gün  çatdıyar”,  “Ağacı  qurd  öz  içindən  yeyər”,  “Ağacın  qurdu  özündən  olmasaydı  min 

yaşardı”  kimi  atalar  sözləri  ağac  kultuna,  onun  yenilməzliyinə  inamdan  irəli  gəlir.  Lakin  bu  atalar 

sözlərini  həqiqi  mənada  ağaca,  məcazi  mənada  düşündükdə  isə,  mərd,  igid,  qorxmaz  insanın 

əyilməzliyinə, onun yalnız xəyanətlə məğlub olacağına inama aid etmək olar.  

 

İnamlar  sistemində  kultlaşmış  əsas  obraz  sudur.  Su  dünya  mifoloji  sistemində  olduğu  kimi, 



türk  mifoloji  düşüncəsində  də  yaradıcı,  başlanğıc  rolunu  oynayır.  Xalq  inanclarımızda  su 

müqəddəsdir,  pakdır.  Suyun  müqəddəsliyi  Novruz,  Xıdır  Nəbi  mərasimlərində  də  görünür.  Xalq 

inanclarımızda  deyilir:  “İl  təhvil  olanda  su  dəyişir.  Təzə  sudan  gətirib  həyətə,  evə  tövləyə  səpirlər, 

evdə yatanların gözünə tökürlər ki, aydınlıq olsun”. Belə bir deyim də var ki, “su haqqı pis əməl sahibi 

olmayacağam”.  Belə  inamlar  zəminində,  suya  aid  bir  çox  atalar  sözləri  yaranmışdır.  “Su  girdi  qaba 

oldu içməli”, “Su murdarlıq götürməz”, “Su yatar düşmən yatmaz” və s.  

 

Türk mifologiyasında heyvanlara tapınmaq motivləri güclüdür. Xüsusən, Qurda, onun gücünə 



inam böyük olub. Qədim insanlar Boz Qurdun qiyamət günü onları qurtaracağına inanardılar. Qurdun 

parçaladığı heyvanın murdar hesab edilməməsi də inamdan irəli gəlirdi. “Qurddan törəyən qurd olar”, 

“Qurd qonşusun yeməz” və s. kimi atalar sözləri həmin inamlardan yaranmışdır.  

 İnamlarımızda  ilana  bəzən  mənfi,  bəzən  də  müsbət  yanaşma  diqqəti  cəlb  edir.  Deyilir  ki,  ilan 

adamı qorxusundan vurur. Bu inamdan “İlanın quyruğunu basmasan, səni sancmaz”, “İlan vuran ala 

çatıdan  qorxar”  kimi  atalar  sözləri  yaranmışdır.  “Yuxuda  ilan  görmək  yaxşı  əlamətdir,  aydın  yolla 

getməkdir”  inamı  isə,  “İlan  hər  yerə  əyri  gedər,  öz  yuvasına  düz  gedər”atalar  sözünün  yaranmasına 

səbəb olmuşdur.  

 

At  çox  qədim  zamanlardan  rəmzləşdirilən  heyvanlardan  biridir.  Xalq  inanclarımıza  görə,  at 



arzuya, murada yetişmək deməkdir. At insan məskənlərini bəd ruhlardan qoruyandır. Bu inama uyğun 

olaraq, indi də qapıdan at nalı asırlar. Hətta qədim dövrlərdə tayfa başçısı ölərkən atını da onunla birgə 

basdırar,  o  dünyada  atın  öz  sahibinə  dayaq  olacağına  inanardılar.  “At  igidin  yoldaşıdır”,  “At  ölər 

meydan qalar, İgid ölər şan qalar”, “Bir at bir igidi, bir igid bir eli qurtarar” və s. kimi atalar sözləri bu 

inamı təsdiqləyən müdrik ifadələrdir. 

 

Atalar  sözü  vasitəsilə  xalq  öz  zəkasının  və  dilinin  ülviyyətinə,  kəsərinə  sığınmışdır.  İnama 



əsaslanan hər kəlam bir növ qanundur, istənilən sualdan azaddır. Çünki xalq əzəldən öz atalar sözlərini 

yazılmamış  müqəddəs kitabın ayələri tək qavramışdır. Belə bir inam  vardır ki, “Atalar sözü Qurana 

daxil  olmur,  lakin  Quranın  yanında  gedir”.  Xalq  öz  həyat  təcrübəsini,  sınaqlardan  çıxmış  inamlarını 

hikmətli xəzinədə-atalar sözlərində əks etdirməklə əbədiləşdirmiş, yeni nəsillərə ötürmüşdür. 

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin