IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1052
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Qarğa ilə bülbülü salırlar bir qəfəsə.
Indi ki, belə oldu qınamayın siz məni,
Nə üçün mən dost tutum həyatıma düşməni?
Söylədiklərində məqsədinin eşqə xələl vurmaq olmadığını, eşqə ziyan gətirəcək, onu “rövnəqdən
salacaq” əmələ nümunə göstərdiyini vurğulayan A.Bakıxanov,ümumiyyətlə, çox kəskin tənqidimövqe
tutmamış, hər bir xalqın özünəməxsus həyat tərzi və adət-ənənələri olduğu və onların həmin xalq üçün
xoş, əziz olduğu qənaətinə gəlmişdir. A.Bakıxanov marifçilik ideyalarına sadiq qalaraq poemanı çox
ibrətamiz bir sonluqla bitirir və başqalarına ayıb tutmağın ayıb bir iş olduğunu bildirir:
...Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir,
Özgəyə ayıb tutmaq özü də ayıb işdir...
Hər iki poemada A.Bakıxanovun Şərq və Qərbə münasibəti aydın görünür. Kəskin tənqid etməsə
də, yaxud, satiraya üz tutmasa da o, Qərbin ailə, məişət adət-ənənələrini, həyat tərzinibəyənmir. Şərqin
isə durğunluğunu, düşgünlüyünü, elm və fəndən uzaq, bixəbər olduğunu vurğulayır. Qərbin şərqdən
əxlaq normalarını, ailə və dostluq münasibətlərini öyrənməsini, şərqin isə qərbdən elmi, biliyi, təhsili
əxz etməsini istəyir.
ANARIN “AĞ QOÇ, QARA QOÇ” ƏSƏRİNDƏ UTOPİYA
İzafə RƏSULOVA
Baki Dövlət Universiteti
Izafe.rasulovaami@yahoo.com
AZƏRBAYCAN
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Anarın «Ağ qoç, qara
qoç» əsəri son illərdə nəşr olunan romanlar içərisində əhəmiyyətli yerlərdən birini tutur. Həcmcə o
qədər də böyük olmayan roman aktual ictima-isiyasi problemləri əhatə edir.
Əsər iki nağıldan ibarətdir. Nağıllar əks etdirdiyi hadisələr baxımından ayrı-ayrı dövrlərdə
yaşanmış kimi görünsə də, ikinci nağılın başlanğıcinda qeyd olunub ki, nağılda cərəyan edən hadisələr
xronoloji ardıcıllığa görə birinci nağılın davamı deyil. Bu iki bir-birinə alternativ olan olaylar eyni
vaxt kəsiyində təsəvvür edilir.
Bu əsərin quruluşu olduqca orijinaldı. Bu quruluşun seçilməsində “Məlikməmməd”
nağılının,“Dədə-Qorqud” dastanının,Cəlil Məmmədquluzadə yaradıcılığının, xüsusilə görkəmli
yazıçının “Anamin kitabı” əsərinin təsiri hiss olunur.
Anarın yazmış olduğu bu əsər onun xəyalıdır desək heç də yanılmarıq. Real həyat hadisələrindən
olan narazılıqlarını romantik dünyasına, nağıllar aləminə qapılaraq qələmə almışdır.
Anarın "Məlikməmməd nağılı"nın motivləri, obrazları üzərində qurduğu "Ağ qoç, qara qoç" əsəri
dövrə, zəmanəyə, sosial-siyasi mühitə və şəraitə realist baxışdan dogan nağıldır. "Məlikməmməd
nağılı"nı yaradan xalq onu öz arzularına çatdırmaq üçün Zümrüd quşunu, Ağ qoç, Qara qoçu yetirirsə,
Anar öz qəhrəmanı Məlikməmmədlini öz gücüylə, ağlıyla, ağrılı-acılı tarixin sınaqlarına dözdürməklə,
bu çətinliklərin içərisində "bişirib" möhkəmləndirməklə, dövlət, xalq mənafeyi üzərində kökləməklə
ağ günləri ona bəxş edir. Onun qəhrəmanı dövlət, xalq mənafeyini öz şəxsi mənafeyi bilir. Onun
müqəddəs borcu xalqının şərəfini, ləyaqətini qorumaqdır.
Anar yaratdığı obrazlarin adlarını da təsadüfi seçməmişdir. Məlik Məmmədli əsərin baş
qəhrəmanıdır və bu adı biz Məlikməmməd nağılından bilirik.Məlik Çağdaş Radio-TV kanalında şərhçi
və müəllif-rejissor kimi işləyirdi. Məliyin oğlu Beyrək, qizi Burlanın adları bizə ümumtürk abidəsi
“Dədə-Qorqud” dastanından məlumdur. Beyrək Şuşada nəqliyyat mühəndisi, Burla Kərkükdə
ədəbiyyat müəllimi vəzifəsində işləyirlər. Həyat yoldaşı Aypəri obrazı isə yazıçının öz təxəyyülünün
məhsuludur. Aypəri isə Təbrizdə teatr rəssamı kimi fəaliyyət göstərir.
Əsərin bir hissəsində Azərbaycanın nağıl qəhrəmanları xatırlanır. Iliç buxtası adlanan ərazidə
amerkalıların qurduqları “Disney nağıl dünyası”nda məşhur disney qəhrəmanları ilə bir sirada
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1053
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Cirtdanın,Divlərin, Pərilərin,Küpəgirən qarıların, sehrbaz dərvişlərin,Güləndə ağzından qəh-qəh
tökülən Gül Qəh-Qəh xanımın, Ovçu Primin, Armudan bəyin, Qaraqaşın, Göyçək Fatmanın da məzəli
fiqurlarının uşaqları sevincə qərq etməsindən bəhs olunmuşdur.
Bir zamanlar Anar Dədə Qorqudun obrazını ekrana gətirdi, onu nağıllardan, dastanlardan çəkib
çıxartdı, reallığa qovuşdurdu. Nağıl-dastan-mifik dünyamızdan götürüb real dünyamızın qəhrəmanı
etdi. Anar Dədə-Qorqudun ölməz obrazını yaratmaqla yanaşı, Dədə-Qorqud dünyasının
qəhrəmanlarını da onunla birlikdə yazılı ədəbiyyatımıza, efirimizə, ekranımıza çıxardı. Oğuz türk
qəbilə, tayfa birliklərinin min illər öncədən qurub yaratdığı türk-oğuz dövlətçiliyinin qorunub
saxlanması üçün bugünkü Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, türk dünyasının birliyinin
vacibliyini zamanın əsas məsələləri kimi gündəmə gətirdi. Anar Burla xatun, Tural, Beyrək, digər
oğuz-türk adlarını millətimizin yaddaşına qaytarmağa çalışdı. Bu gün Dədə-Qorqud qəhrəmanlarının
adlarını xalq özündə yaşadır. Hər evdə, ailədə, nəsildə “Dədə-Qorqud” dastanının qəhrəmanlarının
adaşları böyüyür.
Anar əsli-nəcabəti ilə öyünməyi şərəf bildiyi oğuz tayfalarının adlarını özündən çox-çox sonralar
da məmləkətində görmək istəyir. Onun yaratdığı məmləkətdə-yeni Azərbaycanda bu heç də çətin
deyil. Çünki onun qəhrəmanları bu mənəvi köklərə çox bağlanmış, milli dəyərlərlə köklənmişdir.
Onun yaratdığı cəmiyyətdə harada, hansı ölkədə, hansı qitədə yaşamasından asılı olmayaraq türk
dünyası birdir.
Bu romanda “Dədə-Qorqud” dastanına çoxlu işarələr vardır. Qorqud dağına çəkilən kanat,bu
dağın şəhərə baxan yamacında Qızıl çadırda restoran və içi komforlu odalar, şıx çimərliyinə baxan
səmtində Ağ çadırda dastan teatrı və alaçıq odalar vardı. Dastanda qızıl sapla tikilmiş çadır otaqların
Qazan xan tərəfindən paylanması və oğlu Uruz üçün qara yerdə Ağ otaqlı çadır tikdirmək arzusu bizə
məlumdur. Bundan başqa burada Təpəgoz mağarasının uşaqların sevimli əyləncə yerlərindən biri
olduğu, burada nəhəng Təpəgöz fiqurunun olması qeyd olunmuşdur. Qorqud dağının zirvəsində Dədə
Qorqud abidələr kompleksi ucaldilmiş və burada Qopuzlu Dədə Qorqud, at belində Salur Qazan, Qırx
incə belli qızla Burla xatun, ağacı köklü-köməçli yerindən çıxaran Qaraca çoban və Beyrəklə
Banuçiçəyin heykəllərinin təsviri xüsusilə diqqəti cəlb edir.
Anarın qələmə aldığı “Ağ qoç, qara qoç” əsəri ilə “Anamın kitabı”nda bir-biri ilə səsləşən
məqamlar vardır. Hələ 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınmış “Anamın
kitabı” XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır.
Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışla bağlıdır. Əsərdə müxtəlif
dövlətlərə və dövlət sistemlərinə meyli olan adamların səhv yol tutduqları tənqid olunur. Müəllifə
görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaqda yox,Vətənpərvərlik ideyası
ətrafında birləşməkdədir. Belə ki,Anar milli mənsubluğunu unutmayan, xalqına, millətinə, onun milli-
adət-ənənələrinə bağlı olan, onları yaşatmağa çalışanlardan biridir.
Anar bu əsəri ilə dünyanın özündən, bu günün pəncərəsindən sonrakı illərə baxır. Arzuladığı
Azərbaycanın gələcəyini bu günün prizmasından nəzərdən keçirir. Anarın görmək istədiyi Azərbaycan
arzuların həqiqətə çevrilməsinə yaxın olan Azərbaycandır. Bütöv Azərbaycanının gələcəyini, səadətini
dünya Azərbaycanlılarının milli birliyində görən yazıçı arzu və istəklərini, görmək istədiyini ağ qoç -
işıqlı, xoşbəxt dünyasında tapa biləcəyini güman edir.
Ümumiyyətlə, əsərin əsas canı və qayəsi ikinci hissədədir. Söhbət reallıq qatından gedir. Nağıl
kimi təqdim edilən əsər elə nağıl süjetinin üzərində qurulub və bu iki hissə çılpaq həqiqətlərin, bir çox
siyasi proseslər, cəmiyyət, dövlət və hakimiyyətlə bağlı düşüncələrin, həmçinin mədəniyyətimiz haqda
fikirlərin söylənilməsi üçün vasitə rolunu oynayır.Yazıçı bu üç zona üzündən Azərbaycanda baş
vermiş olan ictimai, əxlaqi və mənəvi dəyişiklikləri təsvir edir.
Anarın fikrincə, ölkənin taleyi üçün öncə düzgün yol seçmək, sonra seçilmiş yolu qoruyub
saxlamaq lazımdır. Yəni gələcək, həqiqətən də, öz əllərimizdədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1054
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ANARIN “GÖZ MUNCUĞU” POVESTINDƏ POSTMODERNIZMIN
ƏLAMƏTLƏRİ
Seyidnisə MƏNƏFOVA
Bakı Slavyan Universiteti
b.manafov70@gmail.com
AZƏRBAYCAN
Anar nəsri mövzuca rəngarəngdir, adi məişət olaylarından tutmuş qlobal məna daşıyan hadisələrə
qədər burada mənəvi- əxlaqi problemlər əks olunur. Dünyanı düşündürən, milləti məşğul edən ictimai-
siyasi məsələlərədək Anar nəsri zaman və məkan miqyasına görə həm lokal, həmdə qlobal
zəmindədir. Xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və
xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası onun yaradıcılığının özülüdür. Azərbaycan
klassik və çağdaş mədəniyyəti, xüsusilə ədəbiyyatı bir küll halında Anar yaradıcılığında bu və ya digər
formada öz əksini tapıb. Şəxsiyyətləri, dəyərləri, problemləri, yönləri ilə. Anarın “Göz
muncuğu” povestində də özünəməxsus nəsrinin əlamətlərini görmək mümkündür.
Povestdə təsvir olunan hadisələr narrativ təhkiyə formasında olan bir insanın düşüncələridir.
Yazıçı bütün yaradıcılığı boyu insanı anlamağa, onun ən müxtəlif hallarını xarakterini açmağa
çalışmışdır. Əsərin ideyası dünyada mənəviyyatın dağılması üzərində qurulmuşdur. Bu əsərdə
mənəviyyatsızlığa, cinayətə, satqınlığa, vəzifə tutmaq üçün hər bir alçaqlığa əl atan anti insanlar ilə
rastlaşırıq. Əsərin doqquzuncu fəsli “Kefli İsgəndər düz deyirmiş” epiqrafı ilə başlayan hissəsində
Zakirin istəklərini həyata keçirmək üçün törətdiyi cinayət, dəfnindən üç gün keçməmiş onun mənzilini
mənimsəməsi, qapıda adı yazılmış löhvəni qoparıb öz adını yazması, sevdiyi qıza göz dikməsi və oğul
kimi bildiyi insanın ona etdikləri, əsərin on birinci fəsli “Qırmanc” adlanan hissəsində elmi
vicdanlığına inandığı, güvəndiyi şəxslərin mənəviyyatsızlığı, “çox dəyərli tədqiqatdır” - deyib onu
kürəyindən qamçılaması və s. kimi hadisələrdə bu tipli obrazlar ilə rastlaşırıq. Bu əsərdə özünü
göstərən əlamətlərdən biri də baş qəhrəmanın olmamasıdır. Qəhrəman obrazını onun düşüncələri əvəz
edir. Onun düşüncələri ilk növbədə məzarda ikən ağrılarının təsəvvürü, ölüm barəsində fikirləri, kim
tərəfindən öldürülməsi, məzarda havanın nə qədər çatacağı və s. kimi suallar ətrafında düşünməsi
şəklində əks olunub. Əsərin çox hissəsi düşüncələr şəklində əks olunub. Uşaqlıq illərinin xatirində
Nəsibin ona etdikləri, atasının ona etdiyi təhqirlər, onu alçaldan sözləri, anasının acizliyi, tələbəlik
illərində özünün tənhalığı haqqında və s. kimi düşüncələri əks olunmuşdur.
Əsərdə postmodernizmin əlamatlərindən olan intertekstuallıq geniş yayılmışdır.
İntertekstuallıq ideyasının başlanğıc nöqtəsi yazıçının bir əsəri yazana qədər başqa mətnlərdən
xəbərdar olması və həmin mətnləri əsərə daxil etməsi, buna istinad etməsidir. Əsərdə bir tərəfdən
dünyada məşhur olan filosofların, yazıçıların fikirlərindən ibarət olan epiqraflar, digər tərəfdən bizim
milli şüur altımızda yer alan atalar sözləri, deyimlər, Azərbaycan və Türk ədiblərinin əsərlərindən olan
hissələr verilmişdir.
Əsərin üçüncü fəslində M. C. Məmmədquluzadənin
“Ölülər”,
ingilis
dramaturqu U.Şekspirin “Hamlet”, əsərin dördüncü fəslində rus yazıçısı F.M.Dostoyevskinin
“Karamazov qardaşları” əsərlərindən gətirilən hissələr, əsərin birinci fəslində türk şairi Cəlaləddin
Ruminin sitatı, Yunus İmrənin şeiri və on ikinci fəsildə “Nə əkərsən, onuda biçərsən” atalar sözü,
“Balığı at dəryaya, balıq bilməsə də Xalıq bilər” məsəli, gözü dəymək, gözdən uzaq, gözə
gətirmək, pis göz, göz dağı, yaman göz, gözdən salmaq, -bir sözlə, gözün təsir gücü haqqında olan
deyimlərdən istifadə edilmişdir. Verilən dəyərli sözlər söz xatirinə deyilməmişdir və onların mətn ilə
birbaşa əlaqəsi mövcuddur. Bu əlaqələri oxucu bərpa edərək yeni bir məna kəşf edir və bu da
postmodernizmdə olan məna oyunları kimi əksini tapmışdır. İntertekstuallığın növlərindən olan
sitatlardan da istifadə edilmişdir. Əsərin birinci fəslində Mövlananın demiş olduğu nadanlığın ən səfeh
və ən alçaq şəkli bu həyatdan sonra başqa həyatı inkar etməkdir, Dədə Qorqudun demiş olduğu yuxu
da kiçik ölümdür, alman filosofu Fridrix Nitsşenin “Sənət bizə ona görə verilib ki, Həqiqət bizi
öldürməsin” sitatlarını buna misal göstərmək olar.
Postmodernizmin əlamətlərindən sayılan konseptuallıq bu əsərdə öz əksini tapmışdır.
Konseptuallıq bizim şüur altımızda yer alan hansısa ifadələrin, fikirlərin inkarı və dağılmasıdır.
İfadələrin reallıqda özlərini doğrultmaması və bu ifadələrin özlərini inkar etməsi şəklində əks
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1055
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olunmuşdur. Yazıçının əsərin birinci fəslində qeyd etdiyi “Nə etməli? Nə etməli! Lenin...Çernışevski...
Heç hənanın yeridi? Üzeyir bəy... Məşədi İbad” bu hissədə bu ifadələrin reallıqda artıq özünü
doğrultmadığını görürük. Sosializmə aid olan Lenin ve Çernişevskinin əsərlərinin reallıqda özünü
doğrultmaması və Məşədi İbadın sitatı vasitəsilə verilmiş ifadənin inkarı özünü göstərir ve bu pastiş
adlanır. Pastiş hər hansı bir ifadənin öz -özünü inkar etməsidir.
Bu əsərdə
postmodernizmin qaydalarına uyğun olaraq “müəllifin ölümü” prinsipi gerçəkləşir. Lakin yazıçı əsərin
üçüncü fəslində postmodernizmin prinsiplərini pozaraq, təhkiyəyə müdaxilə edərək oxucuya nə isə
izah etməyə ehtiyac duyur.
Göz muncuğu əsərində mətn xaosu, zaman və məkan, süjet dağınıqlığı mövcuddur. Burada
əvvəldə olan hadisələr sonda, sonda olan hadisələr əvvəldə yer almışdır. Bu xaosu düzgün
istiqamətləndirmək oxucunun öhdəsinə buraxılır. Xaosdan qayda yaratmağı və süjetin bərpasını oxucu
etməlidir .Əsərin hər bir hissəsi tamamilə başqa üslubdadır. Bunlar üsul oyunlarıdır. Əsərin birinci
fəslinin epiqraf hissəsində fransız filosofu Blez Paskalın “İnsan ancaq qarğıdır, təbiətdə zəiflərdən
zəifdir, amma o, düşünən qarğıdır. Kainat onu məhv etmək istəsə, zora düşməz, asanlıqla öldürülə
bilər. Amma əgər Kainat onu məhv etsə belə, İnsan onu öldürəndən daha ləyaqətlidir, çünki
o, öldüyünü bilir, amma onu öldürən Kainat özünün bu üstünlüyü barədə heçnə bilmir” sitatı
publisistik üslubda, üçüncü fəslin epiqrafında M.C. Məmmədquluzadənin “Ölülər” əsərindən
verilmiş “Məşhədi - müqəddəsdə bir abid peyda olub, bunun ismi - şərifi Şeyx
Nəsrullahdır. Qəbiristana əhli qürüb ziyarətinə gəlib, bir dua oxumağa və sonra uca səslə deyib: Durun
ayağa, ey Allahın mömin bəndələri. Bu səsi eşitcək cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər
“hissə bədii üslubda, səkkizinci fəslin epiqrafında XX əsr fransız filosofu və yazıçısı Jan Pol
Sartr “Eksiztensializm- humanizmdir” essesindən verilmiş “Eksiztensializm - özünün bütün səylərini
Allahı inkara xərclənmiş ateizm deyildir. O, başqa bir həqiqəti bəyan edir: Allah vardırsa belə, bu heç
nəyi dəyişmir. Bu o demək deyil ki, biz Allaha inanırıq. Məsələ Allahın olub-olmamasında deyil.
Məsələ ondadır ki, insan özü özünü yaratmalıdır. Allahın varlığı təsdiq olunsa belə, bu, insanı özündən
xilas edə bilməz. Bu mənada eksiztensializm-nikbinlikdir, insana inamdır və insanı hərəkətə sövq
etməkdir “bu hissə isə elmi üslubda,əsərin on üçüncü fəslinin epiqrafında fransız yazıçısı
Stendalın “Məhəbbət” haqqında olan fəlsəfi-psixoloji oçerkindən verilmiş” Qəlbdə eşq necə
yaranır? Birinci heyranlıq hissi baş qaldırır. İnsan düşünür :onu öpmək, onun sənə busə verməsi nə
böyük səadət olardı. Ümid belə yaranır. Bu, məhəbbətin siftəsidir “bu hissə isə publisistik üslubdadır.
“Göz muncuğu” əsəri postmodernizmin estetikası əsasında yazılmışdır. Müəllif
postmodernizmin fəlsəfəsinə uyğun şəkildə əsərdə bəşəriyyətin mənasızlığını, mənəviyyatsızlığını
məntiqi mənada göstərmişdir.
AŞIQ YARADICILIĞINDA TƏRBİYƏ MÖVZUSU
Sədaqət Hüseynova
AZƏRBAYCAN
“Ömrünü elmə sərf edən insan heç vaxt ölmür!”
Məhəmməd Peyğəmbər
Hər bir tədris fənni müəyyən zərurət və ehtiyac əsasında yaranıb inkişaf edir.
Belə ki, XXI əsr elm sahəsində ən sürətli, uğurlu bir dövrdürş Məhz belə bir dövrün tələblərinə
əsasən bütün təhsil işçiləri təlim sahəsindəki qazandıqları bilikləri, yeni təlim metodlarını dərs
prosesində fəal tətbiq etməyə çalışmalıdırlar. Bildiyimiz kimi, aşıq yaradıcılığında da xalqımızın
tarixi, mədəniyyəti, iqtisadiyyatı, məişəti, igidliyi, qəhrəmanlığı, əməksevərliyi, qonaqpərvərliyi,
zülmə, əsarətə, təqiblərə qarşı barışmazlığı, mübarizliyi və xoşbəxt gələcəyə inamı tərənnüm
olunmuşdur.
Ustad aşıqların yaradıcılığı özünün yüksək vətənpərvərlik pafosu dərin xəlqiliyi ilə fərqlənir.
Vətənimizin ecazkar, zəngin təbiətindən söz açan aşıq qoşmaları, gəraylıları, müxəmməsləri, təcnisləri
və s. hələ uşaqlıq çağlarından insanın qəlbini ovsunlayır. Məs. Aşıq Ələsgərin “Dağlar” şeirini
həyacansız oxumaq mümkün deyil.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1056
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, laləli dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Aşıq Ələsgər “Dağlar” qoşmasında doğma yurdunun gözəlliyini ustalıqla təsvir etmişdir. Lakin
bu əsərdə təkcə təbiətin gözəlliyi tərənnüm edilmir, şeirdə vətən məhəbbəti, ana yurdun ucalığından,
əzəmətindən doğan qürur hissi də güclüdür. Vətən hamı üçün vətəndir. Onun qoynunda yaşayanlara
fərq qoymur.Lakin aşığın fikrincə, həm də vətənə layiq övlad olmaq hamının borcudur.
Aşıq yaradıcılığında əməyin, əmək adamlarının tərənnümü xüsusi yer tutur. Əməyə onlar sadəcə
yaşayış vasitələrinin mənbəyi kimi deyil, çox mühüm ictimai-siyasi mahiyyət daşıyan bir fəaliyyət
dorması kimi yanaşmışlar. Ona görə də belə şeirlər uşaq və gənclərin əməksevərlik ruhunda tərbiyə
olunmasında çox mühüm əhəmiyyət kəsb edirlər.
Yüksək poetikliyi kimi dərin əxlaqi və ümumbəşəri ideyalı aşıq yaradıcılığı insanı pislikdən
çəkindirən, yamanlıqdan, bədxahlıqdan, ikiüzlülükdən, riyakarlıqdan çəkindirən, insanları doğruluğa,
düzlüyə, səmimiliyə, sədaqətə, xeyirxahlığa səsləyən fikir və ideyalarla, tövsiyələrlə zəngindir.
Ümumiyyətlə, ədəbiyyatın əsas obyekti olan insanın həyat tərzi, hissi və həyəcanları, fikir və
arzuları dillə ifadə olunur. Sənətkar onları daha dolğun əks etdirmək üçün xalqın zəngin dil
xəzinəsindən seçir. Demək, ədəbiyyat xalqın tarixini əks etdirən obrazlı söz sənətidir. Məsələn:
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Cəhənnəm odundan behtər adamı,
Yoxsulluq yandırar kül eylər-eylər.
Yaxud
Vəfalıya əmək çəksən itirməz
Bədəsil nəsihət, öyüd götürməz.
(Xəstə Qasım)
Deyən aşığın dərin mənalı oynaq fikri kimə aydın deyildir. Məhz onların şeirlərində dilin
səlistliyi, oynaqlığı, sadəliyi və bədii obrazın inandırıcılığı irəli sürülən fikri tez başa düşməyə imkan
verir.Aşıq yaradıcılığını düzgün başa düşmək üçün ona öz dövrü baxımından yanaşmaq lazımdır.
Fələk, mərdin işin salma müşkülə,
Əhli-doli yetir sən əhli-dilə.
Bülbülü gülə yaz, gülü bülbülə,
Qönçənin üstündə xar oynamasın.
(Aşıq Ələsgər)
Aşıq yaradıcılığı ilə tanışlıq gənclərin nitq mədəniyyətinin inkişafı və gözəlliyinə, söz ehtiyatının
zənginləşməsinə ciddi təsir göstərir.
Aşığın əxlaqi-tərbiyəvi fikirlər təbliğ edən şeirlərində mərdliklə bərabər, igidlik, qəhrəmanlıq,
dostluq, mehribanlıq kimi sifətlər də təhriflənir. O, igidlikdən mücərrəd yox, konkret anlayış kimi
söhbət açır.
Bu dünyanı mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz.
Bir mərdinən ağı yesən şirindi,
Yüz namərdnən şəkər yesən, dad olmaz.
(Aşıq Ələsgər)
Bu tükənməz xəzinənin əsrarəngiz zənginliyindən optimal istifadənin qanunauyğunluqlarının,
daha yararlı yol, forma və üsullarının müəyyənləşdirilməsi ümumi tərbiyə işini xeyli stimullaşdırır.
Onun aşıq poeziyasının qartal qanadlarında daha uca zirvələr fəth edilməsinə imkan yaradır.
İgid odu, namusunu atmasın,
Dost ölüncə dosta yalan satmasın.
Deyən aşıq igidlikdən mücərrəd yox, konkret anlayış kimi söhbət açır və igid adamı
səciyyələndirərkən onun başlıca əlamətlərini və xarakterlərini qeyd edir.
|