IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1083
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
küçəyə atıldığını göstərməklə kifayətlənmək istəmir. Onun tədricən necə donmağa başladığını, belə
işgəncə prosesini təfərrüatı ilə göstərir. Burada hər şey- tufanın uğultusu da, Baharın hıçqırıqları da,
varlıların mərhəmətsizliyi də, bir sözlə: bütün təfsilat yoxsul uşağın faciəsini açmağa xidmət edir.
Burada bədii funksiya daşıyan ricət də belə bir məqsədə tabe edilmişdir.
2008-ci ildə Mir Cəlalın “Seçilmiş əsərləri”üç cildlik kitabının ikinci kitabı Regionların İnkişafı
İctimai Birliyinin rəhbərliyi ilə Bakıda “Çaşıoğlu” nəşriyyatında 462 səhifə həcmində çap edilib. ”Bir
gəncin manifesti” romanının sovet dövründən çıxan bütün nəşrlərini hesablasaq bu romanın onuncu
birinci nəşridir. Kitab görkəmli azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunub.
Kitabın tərtibi və redaktoru Nərgiz Paşayevaya və Təhsin Mütəllimova aiddir. Açıq sarı və kənarları
qara xətli olan qalın karton cildli kitabın ölçüsü 15x21 sm. Kitabın sifarişinin və tirajının sayı qeyd
olunmayıb. Latın əlifbası ilə nəşr olunan kitabın rəssamı Elçin Cabarovdur. Kitabda “Bir gəncin
manifesti” romanı və hekayələr nəşr olunub. Kitab haqqında yazılan qısa xülasə azərbaycan və ingilis
dilindədir.
Kitabda qısa olaraq yazılmışdır: Görkəmli ədibimiz Mir Cəlalın bu kitaba daxil edilmiş “Bir
gəncin manifesti” əsəri Azərbaycan romanının ən gözəl nümunələrindəndir. Roman Azərbaycanda baş
verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Əsərin əsas qəhrəmanları bir ailənin üzvü olan
Mərdan, Sona və Bahar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii
obrazlarıdır. Bu romanda azadlıq və istiqlal uğrunda həyatını qurban verməyə hazır olan insanların
böyük vətənpərvərliyi, qəhrəmanlığı coşğun romantik pafosla bədii təcəssümünü tapmışdır. Həmin
illərin günahsız qurbanlarından olan balaca Baharın faciəli ölümü isə xüsusilə təsirli göstərilmişdir.
Mir Cəlalın çox zəngin hekayə yaradıcılığından bu kitabda da bir sıra nümunələr verilmişdir.
”İclas qurusu”, “Özündən naxoş”, “Gərək olar”, “Plovdan sonra“ və başqa hekayələrində ədibin
tənqidi gülüşün müxtəlif formalarından yerli-yerində, böyük sərrastlıqla istifadə etmək məharəti
diqqəti cəlb edir.
1939- cu ildə qələmə alınan və 1940-cı ildən nəşr edilən “Bir gəncin manifesti” romanı
yaddaşlara elə həkk edilib ki, roman bu gün də yaşayır. Bəlkə kimin üçünsə Baharın timsalında, kimin
üçünsə Sonanın timsalında... Fikrimcə, ümumən Sona, Mərdan, Bahar, Hacı İbrahimxəlil, ingilis
misteri və digər obrazlarların bütövlüyü ilə yaşayır. Hər zaman üçün vətən, el oba doğma yurd
problemi olduğu kimi müsbət insanlar və onların əks qütbləri də var. Əsrlər, qərinələr bir-birini əvəz
etdikcə “Bir gəncin manifesti” romanı ürəyində vətən sevgisi olan vətəndaşlar üçün hər zaman aktual
olaraq qalacaq və ürəklərdə yaşayacaq.
CƏLİL MƏMMƏDQULUZADƏNİN MƏKTUBLARIVƏ
“MOLLA NƏSRƏDDİN” JURNALI
Aytən QULİYEVA
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
Shine5@box.az
AZƏRBAYCAN
Çoxəsrlik ədəbi ənənələri olan Azərbaycan ədəbiyyatı yüzilliklər ərzində dahi sənətkarlar
yetişdirmişdir. Zəngin yaradıcılıq yolu, özünəməxsus dəst-xəti ilə seçilən Cəlil Məmmədquluzadə XX
əsr Azərbaycan ədəbiyyatı tarixində əvəzsiz yer tutmuş görkəmli ziyalılarımızdandır.
Cəlil Məmmədquluzadə ədəbiyyat tariximizdə yalnız gözəl nəsr, dramlar müəllifi kimi deyil,
həmçinin Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin”in yaradıcısı olaraq
iz qoymuşdur. Görkəmli ədib böyük zəhmət hesabına dövrünün ziyalılarını bir araya gətirərək “Molla
Nəsrəddin”i yaratmışdır. Qısa zaman ərzində məşhurlaşan jurnal ədəbiyyatımızda öz dil-üslub
xüsusiyyətləri, mövzu və ideyası ilə böyük bir ədəbi məktəbin əsasını qoymağa nail olmuşdur.
Xalqın adətlərindən, milli ruhdan, folklordan bəhrələnən “Molla Nəsrəddin” jurnalı özünəməxsus
sadə, lakonik, məzəli, düşündürücü dillə ailə-məişət məsələləri ilə yanaşı, böyük ictimai-siyasi,
beynəlxalq hadisələri də özündə əks etdirməyi bacarmışdır. Jurnalın əməkdaşları insanlara çatdırmaq
istədikləri məqamları məharətlə ifadə etməyə nail olduqları üçün “Molla Nəsrəddin”in şöhrəti
Azərbaycan sərhədlərini aşaraq bütövlükdə Şərqə yayılmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1084
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Cəlil Məmmədquluzadə “Şərqi-Rus” qəzeti bağlandıqdan görkəmli ziyalımız Ömər Faiq
Nemanzadə ilə birlikdə 1906-cı ilin aprel ayının 7-də “Qeyrət” mətbəəsində “Molla Nəsrəddin”
jurnalını nəşr etdirməyə başlayır. “Molla Nəsrəddin”izəmanə özü yaratdı” söyləyən yazıçı çətin tarixi
şəraitdə, müsəlmanların gerilik və cəhalət pəncəsində əsir olduğu bir zamanda bütün çatışmazlıqları
satirik gülüş vasitəsi ilə islah etmişdir.
Xalqın maariflənməsində, ədəbiyyat və publisistika tariximizdə əvəzsiz rol oynamış “Molla
Nəsrəddin” jurnalının ərsəyə gəldiyi mühiti, tarixi şəraiti daha dərindən araşdırmaq üçün Cəlil
Məmmədquluzadənin epistolyar irsinin əhəmiyyəti böyükdür. Cəlil Məmmədquluzadənin müxtəlif
şəxslərə, idarələrə göndərdiyi vəyaxud aldığı məktubların üzə çıxarılması nəticəsində “Molla
Nəsrəddin”lə bağlı bir çox maraqlı faktlara aydınlıq gətirilir.Buna görə də bu irsin araşdırılması,
toplanması və nəşri bir çox görkəmli ədəbiyyatşünas alimin marağına səbəb olmuşdur. Hələ 1954-cü
ildə ədəbiyyatşünas Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin məktublarını toplayaraq nəşr
etdirmişdir.
Daha
sonralar
isə
akademik
İsa
Həbibbəyli
“Mirzə
Cəlil
və
Məmmədquluzadələr”(məktublaşma) kitabında yazıçının epistolyar irsini tədqiq edərək onun
ədəbiyyat aləminə məlum olmayan bir neçə məktubunu işıq üzünə çıxarmış və bu haqda geniş şərh
yazmışdır. Bu məktublar içərisindən “Molla Nəsrəddin” jurnalı ilə bağlı olanlar xüsusi diqqət çəkir.
Məlum olduğu kimi, böyük yazıçı jurnalı ərsəyə gətirmək üçün dövrünün bir çox ziyalılarına
məktublar göndərmiş, bu vasitə ilə düşüncələrini bölüşmüş, müəyyən məsləhət və tapşırıqlar
vermişdir. Məktubların tədqiqi zamanı məlum olur ki, Cəlil Məmmədquluzadənin ən çox
məktublaşdığı ziyalılardan biri Məmmədəli Sidqi Səfərov olmuşdur.
Səhhətində baş verən nasazlıq səbəbindən jurnalla yetərincə məşğul ola bilməyən Cəlil
Məmmədquluzadə Məmmədəli Sidqiyə məktub göndədir. Məktubda yazılır: “Qələm yoldaşım
Məmmədəli Sidqiyə! Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim
əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən”.
Yazıçı 1910-cü ildə Tiflisdən göndərdiyi məktubunda isə o zamanlar Naxçıvanda müəllimlik
edən Məmmədəli Sidqi Səfərovu “Molla Nəsrəddin” jurnalına dəvət edərək ona kömək etməsini xahiş
edir: “Əzizim Məmmədəli! Mən bu ovqat kəndə getməliyəm və burada adam lazımdır ki, “Molla
Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala biləsiniz, bu kağızı Məşədi
Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər
də xərclik hər ay evə göndərə biləcəksiniz...
Bura gələndən sonra hər bir şey müəyyən olar; amma güman edirəm ki, “Molla Nəsrəddin”
işlərində mənə yaxşı köməkçi ola bilərsiniz”. Bu təklifi qəbul edən Məmmədəli Sidqi Naxçıvandakı
pedaqoji fəaliyyətini dayandırır və 1910-1911-ci illər ərzində “Molla Nəsrəddin” jurnalında redaktor
köməkçisi vəzifəsini icra edir. Jurnalın nəşri barəsində Məmmədəli Sidqiyə etibar edən yazıçı daim
məktub vasitəsi ilə onunla əlaqə saxlayır, məsləhətlər verir, yol göstərirdi.
Belə məktublardan birində Cəlil Məmmədquluzadə səhhətindən şikayətlənərək jurnal ilə ürəyincə
maraqlana bilmədiyini, lakin öz qələm yoldaşına tamamilə güvəndiyini qeyd edir. Cəlil
Məmmədquluzadə ona ünvanladığı məktubunda yazır: “Əzizim Məmmədəli! Mən kefsizəm. Qıçlarımı
yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin. Şmerlinq və Rotterə özüm kağız yazaram”.
“Molla Nəsrəddin”in Orta Asiya, Türkiyə və İrana göndərilməsində Məmməd Əli Sidqinin
əvəzsiz rolu olmuşdur. Cəlil Məmmədquluzadə jurnalda yer alan məqalələrin, felyetonların, şeirlərin
ədəbi keyfiyyətinin yüksək olması ilə maraqlandığı məktublarının birində ona müraciətlə yazır:
“Məmmədəli! Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik
Bakıya. Ümidvaram ki, məcmuəni bir qayda ilə çıxarırsan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə
materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın”.
Ağır senzura şəraitində, maddi sıxıntılar içərisində, cahil insanların, mövhumatçıların, tənqid və
təhdidləri altında Mollanəsrəddinçilər böyük əziyyətə qatlaşmışlar. Böyük çətinliklərdən sonra jurnalın
bir müddət maneəsiz nəşr edilməsi yazıçıda ruh yüksəkliyi yaradır.O, bu dövrdə Məmmədəli Sidqiyə,
Həmidə xanıma göndərdiyi məktublarda jurnalın nəşri haqqında ətraflı məlumat verir. Müxtəlif
şəxslərin və idarələrin jurnal istədiklərini, jurnalın 1500 nüsxədə çap olunduğunu və nüsxələrin
hamısının satıldığını yazır.
1921-ci ilə isə Təbrizdən Bakıya qayıdan sənətkar yenidən jurnalın nəşrinə başlayır. Cəlil
Məmmədquluzadənin bu dövrə aid məktublaşmalarının əsas mövzusu “Molla Nəsrəddin” jurnalı ilə
bağlıdır. O, Bakıda “Molla Nəsrəddin”i rahatlıqla nəşr edə biləcəyini düşünürdü. Lakin bu fikirlər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1085
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
özünü doğrultmamış, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”in növbəti keşməkeşli günləri
başlamışdır. Ümidlərinin boşa çıxması, yenidən düçar olduğu çətin vəziyyət Cəlil Məmmədquluzadəni
mənəvi böhran həddinə çatdırmışdır. Bu hal onun məktublarında öz əksini tapır.
Jurnalın nəşri işində çətinliklərlə qarşılaşan Cəlil Məmmədquluzadə Məmməd Səid Ordubadiyə
yazır: “Məmməd Səid! Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm.
Çoxdan bu fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım
budur ki, dəxi “Molla Nəsrəddin” jurnalı çıxartmaqdan bilmərrə əl çəkmək”.
“Molla Nəsrəddin”in ərsəyə gəlməsində, xalq arasında sevilməsində jurnalın rəssamlarının da
böyük əhəmiyyəti vardır. Məhz “Molla Nəsrəddin”in nəşrə başlaması ilə Azərbaycanda karikatura
sənəti meydan gəlmiş və inkişaf etmişdir. 1906-1917-ci illər ərzində jurnalın baş rəssamı vəzifəsində
çalışmış, “Molla Nəsrəddin” obrazının yaradıcısı olmuş Oskar Şmerlinq jurnal üçün 1400-ə yaxın
karikatura çəkmişdir. Görkəmlli rəssamım yaradıcılığını, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətini
araşdıran akademik İsa Həbibbəyli qeyd edir ki, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının
nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığından jurnal üçün rəsm çəkməyə
Oskar Şmerlinqi dəvət etmişdir. “Əziz köhnə dostum Cəlil! Siz mənə yenə də “Molla Nəsrəddin”də
işləməyi təklif etdiyiniz vaxtdan Sizinlə işləmək barədə hər gün düşünürəm. İndi Sizdən xahiş edirəm
ki, əgər öz təklifinizdən imtina etməmisinizsə, məni ən xeyirxah əməkdaşlarınız sırasına qəbul
edəsiniz”.
Cəlil Məmmədquluzadənin məktublarına nəzər saldıqca, onları təhlil etdikcə “Molla Nəsrəddin”
jurnalının ərsəyə gəldiyi şərait, onun ədəbiyyat, mədəniyyət, mətbuat tariximizdə oynadığı rol aydın
görünür. Məktubların tədqiqi nəticəsində görkəmli ziyalımız Cəlil Məmmədquluzadənin bu yolda
qarşılaşdığı maneələrin, yorulmadan, usanmadan xalq, millət naminə çətinliklərə necə mətanətlə sinə
gərdiyinin şahidi oluruq.
CƏMİYYƏTDƏ QADIN AZADLIĞI PROBLEMİ
Nəzrin DADAŞOVA
Bakı Slavyan Universiteti
remember.me.96@bk.ru
AZƏRBAYCAN
Bu gün ölkəmizdə qadın azadlığı ən önəmli problemlərdən biridir Ölkəmizdə qadınların əksəriyyəti
öz hüquq və müdafiələrini bilmirlər. Bu ətraf mühit, cəmiyyət, icma, ailə və qadının özü ilə bağlıdır.
Azərbaycanda cinsi ayrıseçkilik tarixini araşdırarkən arxivdə elə sənədlərlə qarşılaşırıq ki,məətəl
qalırıq. Azərbaycanda qadınların hüquqları uğrunda hərəkata ilk dəfə kişilər başlayıblar. 19-cu əsrin
sonu 20-ci əsrin əvvəllərində qadınların hüquq və azadlığı uğrunda Qərbi Humanist və demokratik
prinsipləri üzərində tərbiyə görən kişi ziyalılar mübarizə aparırdılar. Həmin kişilər cəmiyyətin
inkişafından danışanda cinsi deyil, insan amilini əsas götürürdülər. Belə ziyalılardan biri də C.
Cabbarlı idi. O, Azərbaycanda feminist klubunun yaradılması təşəbbüsüylə çıxış etmişdir.
Azərbaycanda sovet hakimiyyəti illərinə qədər Azərbaycan Demokratik Respublikası hökuməti
zamanı bir sıra milliyyətçi, tükrçü milli ənənəyə bağlı əsərləri ilə ("Ədirnənin fəthi", "Trablis
müharibəsi") sovet hökuməti dairələrində o qədər də yaxşı qarşılanmayan C.Cabbarlı Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından sonra sovet cəmiyyətinin irəli sürdüyü bir sıra tədbirlərlə bağlı
olaraq əsərlər yazır və bununla da cəmiyyətdəki öz mövqeyini qorumağa çalışırdı.
Yeni cəmiyyətin ortaya qoyduğu problemlərdən biri də qadın azadlığı, qadına münasibət idi.
Azərbaycan qadınının müstəqilliyi, azadlığı və özünətəsdiqi mövzusu C.Cabbarlı yaradıcılığı üçün
səciyyəvi idi. C.Cabbarlı sovet hakimiyyəti dövründə dövlətin tədbirlərindən yararlanaraq "çadranın
atılması" ilə bağlı özünün demək istədiklərini, şəxsi düşüncələrini "Sevil" əsərinin qəhrəmanı Sevilin
simasında əks etdirməyə çalışırdı. "Sevil" dramı C.Cabbarlının mədəni inqilab dövründə yazmış
olduğu ən qiymətli əsərlərdən biridir.
Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə qadın
azadlığını çox bariz şəkildə verdiyi üçün "Sevil" əsəri bir növ həyatın özü, həyatın səsi idi. Əsərin baş
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1086
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
qəhrəmanı olan Sevil əhsili olmayan, avam bir qadındır. O, öz ərini Allahın kölgəsi hesab edir. Balaşın
hər bir sözü onun üçün qanundur. Bütün bu xüsusiyyətlər Azərbaycan qadınına xas olan
xüsusiyyətlərdir. Ümumiyyətlə bütün bunları müsbət qiymətləndirmək olar. Hər bir qadın Sevil kimi
öz ailəsini hər şeydən daha üstün tutmalıdır, lakin təhsili,savadı olmayan qadın cəmiyyətdə öz yerini
tuta bilməz ve öz hüquq ve müdafiəsini təmin edə bilməz.
Balaş özünün arasından çıxdığı cəmiyyətlə bağlı utanc hissləri keçirirdi. O, 1920-ci ildə bolşevik
çevrilişindən sonra iş başına keçmişdi. İşləri o qədər də pis getmirdi. Sevil isə onunla fəxr edir,onun
"adamlara borc verib sonra yığması" barədə ürək dolusu danışırdı. Balaş isə öz arvadı ve atasına görə
utanır. Qonaqları gələrkən onların hər ikisini qapı arxasında gizlədir. Qadınların əksəriyyəti öz
ailələrində Sevil kimi qapı arxalarında saxlanılır və cəmiyyətdən gizlədilir. Balaş kimiləri öz
qadınlarının təhsil alması, cəmiyyətlə tanış olması imkanını yaratmamışlar.
Balaşın Sevilə dediklərinə diqqət edək: Axı sən özün adam arasına çıxarılmalı deyilsən; sən
Allahın boş bir yerişini yeriyə bilmirsən; danışanda dilin dolaşır; bir süfrə düzəltməyi bilmirsən;
Allahın bir portağalını soya bilmirsən; bu sayaqla mən səni hara çıxara bilərəm ki,dəvə zərgər
dükanına düşən kimi, qab-qacağı qırırsan? Doğrudur sən bizim arvadlar üçün, kətti-küttülər üçün
bacararsan, ancaq, o cəmiyyətdə ki, indi mən dolaşıram, orada sən yaramazsan; orada bir portağal
soymağın min cür şəkli vardır; bir dəsmalı min cür bükürlər; axı bu hal ilə mən səni ortaya çıxara
bilmərəm; mən də utanıram, deyərlər bu ayını meşədən kim ürküdüb çıxarmışdır? Hələ öz atamı, bu
çuxa ilə hara çıxara bilərəm? Deməzlər ki, özünə bax, atasına bax?
Sevilin də cavabı maraqlıdır: Hərgah sən məni özünlə aparsan, adam arasına çıxarmış olsan,bir
yol bilmərəm, iki yol bilmərəm, sonra mən də başqalarına baxıb öyrənərəm.
Balaşın bu mübahisə zamanı savadsız Sevildən "Sən heç bilirsən fəlsəfə nədir?"soruşması onun
özünün məsələlərə nə qədər səthi baxmasının göstəricisidir. Doğulduğu gündən savadsız mühitdə
böyüyən bir insana fəlsəfə bilməyi irad tutan insan özü kənardan çox gülünc görünür. C.Cabbarlı
Sevilin simasında Azərbaycan qadınının mübarizəsində onun təkamül prosesini göstərməyə çalışırdı.
Əsərin əvvəllərində gördüyümüz Sevil sonrakı şəkillərdəki Sevil deyil. O, artıq günün, əsrin qadınıdır.
O, indi eyhamlarla, qəhqəhələrlə danışır. Bu qəhqəhələri, bu eyhamları ilə Balaşdan intiqam alır. Bu
intiqamın özü də bir şəxsin bit şəxs üzərində qələbəsi, intiqam deyil, öz haqqını axtarıb tapan qadının
qələbəsi və intiqamıdır.
C.Cabbarlı Sevili ideallaşdırır, onu sevdirməyə ,onun hər addımını
təqdir etməyə çalışırdı. Sevil daxili-mənəvi bit inkişafla böyüyür, dəyişir və bu dəyişiklik onu sevdirir.
O, sevilməyə, təqdir olunmaya başlayır.
"Sevil"də qaldırılan məsələ bu gün üçün keçirilmiş etap kimi görünsə də,bütövlükdə əsər öz
aktuallığını itirməmiş, qadına,köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı
təkamül, inkişaf, dünyaya baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll
etmək baxışından "Sevil" dramı bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir.
Bu gün də bəşəriyyətin qarşısında duran ən nəcib şərəfli vəzifələrdən biri qadın, onun cəmiyyətdəki
rolu ideasının tənzimlənməsidir.
Dünyada qadın hüququ,qadın azadlığı,gender məsələləri ilə bağlı çox böyük qlobal problemlər
hələ də öz həllini gözləməkdədir. Bu gün Avropada, Amerikada, dünyanın bir çox inkişaf etmiş və ya
inkişaf etməkdə olan ölkələrdə "qadįn hüquqları", "gender problemləri", "insan hüquqları" kimi
problemlər aktuallaşır və bu problemlərin həlli gündəmə çıxarılır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1087
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ÇİNGİZ ABDULLAYEVİN "PAYIZ MADRİQALI" VƏ İLQAR
FƏHMİNİN "AKTRİSA" ƏSƏRLƏRİNDƏ CƏMİYYƏTDƏKİ
QADIN PROBLEMİ MƏSƏLƏSİ
Təbəssüm MUXTAROVA
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
mtd.smile@rambler.ru
AZƏRBAYCAN
Detektiv janrının əsası XIX əsrdə - 1841-ci ildə Edqar Allan Ponun "Morq küçəsində qətl" əsəri
ilə qoyulmuşdur. İlk gülnər qeyri-ciddi janr kimi yaranan detektiv janrı sonradan inkişaf yolu keçmiş
və klassik detektiv ilə yanaşı daha 12 qolu yaranaraq ciddi janra çevrilmışdır. Azərbaycan
ədəbiyyatına bu detektiv XX əsrin 50-ci illərində Cəmşid Əmirovun "Sahil əməliyyatı" əsəri ilə
gəlmişdir. Sonradan ayrı-ayrı yazıçılar detektiv janrında müxtəlif əsərlər yaratmışlar. Azərbaycan
ədəbiyyatında detektiv janrının inkişafında Çingiz Abdullayevin də rolu danılmazdır. Əgər Cəmşid
Əmirov Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, janrın əsasını qoymuş və müasir tədqiqatlara əsasən
casus detektivi ("Şəhər yatarkən") və polis detektivinin ("Brilyant məsələsi", "Qara "Volqa"") əsasını
qoymuş hesab edilirsə, Çingiz Abdullayev klassik detektiv ("Məntiqin qaydası") və siyasi detektivin
("Mavi mələklər") əsasını qoymuş hesab olunur. Sonralar bu janra V.Cüməzadə, R.İbrahimbəyov,
Elçin və başqaları janra müraciət etmişlər, müasir dövrdə isə detektiv janrında M.Xan, İ.Fəhmi,
E.Elatlı və başqaları da əsərlər yaratmaqdadırlar.
Çingiz Abdullayevin "Payız madriqalı" əsəri detektiv janrının məhdud çərçivəli klassik detektiv
növündə yazılmış və ilk baxışdan sadə əsər hesab edilsə də, məzmunca fərqli bir mövzunu -
Azərbaycan cəmiyyətində ailənin, ailədə qadının və kişinin vəziyyətini, genderbərabərliyi problemini,
eləcə də bəzi siyasi motivləri əhatə edir. Hadisələr qapalı məkanda, hündür hasarlara alınmış,
qapısında mühafizəçiləri, barılarında kameraları olan və bir neçə ailəni birləşdirən Bakı bağlarında
cərəyan edir. Ailə maddi cəhətdən təmin olunmuş, cəmiyyətdə öz mövqeyini tutmuşdur. Milli adətlərə
xilaf çıxmadan, qadının daima kişiyə tabe olmağını əsas götürən qadın ailə qurduqdan sonra işləməmiş
və ömrünü qızına həsr etmişdir. Qızının 16 yaşı tamam olduqda, 37 yaşlı qadın artıq həyatının
mənasızlaşdığını düşünmüş və mənəvi cəhətdən qocaldığını zənn etmişdir. Çingiz Abdullayevin
əsərlərinin əsas qəhrəmanı Dronqo obrazı ilə dostluq münasibəti qurmaq istəyən qadın, bunun həm
özü üçün, həm də Dronqo üçün asan olmadığını görür. Mənəvi cəhətdən tənhalaşan, ərinin ona diqqət
yetirmədiyini görən qadın, çıxış yolunu dost axtarmaqda görür. Lakin bu söhbətin üstündən çox qısa
bir zaman keçdikdən sonra həyətdə ərinin qohumu öldürülən Esmira Dronqoya müraciət edir.
Araşdırmalardan bəlli olur ki, qətlə səbəb Pərvizin ümumiyyətlə, qadınlara meylli olmasıdır.
Qohumunun arvadı Gözələ göz salması ananı öz övladının qatilinə çevirir. Pərvizin arvadı Nərminə bu
mənəvi qanunlar içində daha dözə bilmədiyini, qadınların heç öz ərlərinin, atalarının qəbirləri üstünə,
son mənzilə yola salarkən getməyə belə ixtiyarları olmadığını, kişinin həyatında ailədən kənar
qadınların olmasını cəmiyyətin heç bir qəbahət sayılmadığı halda, qadının bu haqda, hətta
düşünməsinin böyük günah hesab edildiyinə daha davam gətirə bilmədiyini söyləyir. Əsərdəki bütün
qadınlar həm mənəvi, həm də fiziki hasar əhatəsindədirlər, Esmira o "hasar"ı aşmaq istəyir, lakin
Dronqo imkan vermir, Nərminə aşa bilmir və ömrünün sonuna qədər dul bu "hasar"ın əhatəsində
qalacağına dözə bilmədiyini etiraf edir, Gözəl o "hasar"ı aşır və faciəyə səbəb olur, ana isə o "hasar"ın
aşılması barəsə düşünmək belə istəmir. Özünü Karlovı Varıda tək istirahət etməyi böyük xoşbəstlik
hesab edən, ailəsini isə Türkiyəyə aparmaqla bunu fəxarətlə qeyd edən kişilərin qadınlarına laqeyd
qalıb yalnız maddiyyat haqqında düşünmələri, mənəviyyatın kasıblaşmasına məhəl qoymayan
hərəkətləri patriarxal cəmiyyətdə kişilərin azadlıqı son nəticədə bu sayaq faciələrə səbəb olur. Yazıçı
bunu çox gözəl psixoloji məqamlarla vermişdir.
İlqar Fəhminin "Aktrisa" əsəri psixoloji detektivdir. Hadisələr iki fabula üzrə inkişaf edir. Burada
da hadisələr Bakı bağlarında iki qonşu həyətdə baş verir. Birinci hissədə dalbadal baş verən cinayətlər
– üç qətl, istintaq orqanlarının hadisələri araşdırması təsvir edilir.
Birinci hissədə əvvəlcə bankir Vaqif Fətəliyev qətlə yetirilir, sonra onun gənc arvadı Lalənin
meyiti aşkarlanır, daha sonra isə qonşu bağda müvəqqəti yaşayan Rüfət Hüseynzadənin cəsədi tapılır.
|