IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1158
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
canlanma, ideolaogiyadan uzaq, realist bədii əsərlər yaranmışdı. 60-cılar nəsrini Yavuz Akpınar yeni
bir dövrün başlanğıcı olaraq görmüş, ideologiyadan uzaq əsərlər, realist nəsr örnəkləri ilə zəngin bir
ədəbiyyat dövrü olaraq səciyyələndirmişdir. Bu nəsrin Azərbaycan ədəbiyyatına yeni bir nəfəs,
gətirdiyini qeyd etmişdir.
Bu əsərlər dövrün xarakterini, sovet dövrü ədəbiyyatını əks etdirmək baxımından əyani vasitədir.
Bizim üzərimizə düşən vəzifə niyə sovet dövrünü onun eybəcərliklərini əks etdirmədilər demək yox,
yazılmış əsərləri olduğu kimi mənimsəmək və onların bədii cəhətdən dəyərini verərək qoruyub
saxlamaqdır.
7 0illik bir dövrü əhatə edən sosrealizm dövrü Azərbaycan ədəbiyyatına itirdikləri ilə yanaşı
qazandırdıqları da oldu. Yavuz Akpınar qeyd edir ki, zamanla xalq hərəkatları, humanizm ədəbiyyatda
o səviyyəyə çatdı ki, zaman zaman milli ədəbiyyat və dil inkar edildi. Azərbaycan ədəbiyyatının
vəzifəsi: "böyük qardaş Rusların" ədəbiyyatını örnək almaq idi.
Elçin Əfəndiyev isə: Sosrealizmin müasir Azərbaycan ədəbi və bədii dilinin formalaşmasında
fövqəladə rol oynadığını qeyd edir.
Yavuz Akpınarın irəli sürdüyü bu fikir sosrealizmin 1 mərhələsinə aid etsək daha doğru olar. Çox
guman ki, bu fikri düşüncə baxımından nəzərdə tutub qeyd etmişdir. Müəllif fikirlərini ümumi şəkildə
yazmış, repressiya dövründən sonra, 1940 cı- ildə Azərbaycan ədəbi-bədii dili ən yüksək zirvəsinə
çatdığını qeyd etməmişdir. Sosrealizmin yaratdığı şərait nəticəsində Azərbaycan dili hər tərəfli tədqiq
olundu, lüğət və ensiklopediyalar işıq üzü gördü. Sosrealizmin Azərbaycan ədəbiyyatına ən böyük
töhfəsi hesab etmək olar.
ŞAH İSMAYIL OBRAZI VƏ ONUN PROTOTİPİ
Rəbiyyə RƏSULOVA
Bakı Dövlət Universiteti
rebisresulova@gmail.com
AZƏRBAYCAN
“Şah İsmayıl” xalq içərisində geniş yayılan maraqlı dastanlarımızdan biridir. Məhəbbət
dastanlarından “Şah İsmayıl”ı fərqləndirən əsas cəhətlərdən biri onda qəhrəmanlıq və məhəbbət
motivlərinin sıx birləşməsidir. Şah İsmayıl yalnız yüksək məhəbbətlə sevməyi bacaran aşiq deyil, həm
də öz sevgilisinə çatmaq üçün qılınc gücü ilə mübarizə aparan məğlubedilməz bir qəhrəmandır.
Dastanın meydana gəlməsi və qəhrəmanı Şah İsmayılın prototipi haqqında bir sıra fikirlər
söylənilmişdir. H.Araslı qeyd edir ki, hələ XVI əsrin ortalarından Şah İsmayıl Xətainin şeirləri
əsasında bir “Şah İsmayıl” dastanı düzəldilmişdir. Bu dastanın ancaq Şah İsmayılın Çaldıran
müharibəsindən sonrakı vəziyyəti haqqında olan hissəsi bizə qədər gəlib çatmışdır. Bu dastanda Şah
İsmayıl tarixi bir sima kimi göstərilir, onun Taclı xanımla deyişmələri, Şah İsmayıl sərkərdələrinin
Türkiyəyə qarşı qəzəbi və s. ifadə olunmaqdadır. İkinci sima Şah İsmayıl Xətainin nəvəsi II Şah
İsmayıldır. Lakin onun hakimiyyəti illərində ölkənin daha çox müsibət çəkdiyi nəzərə alınarsa, belə
bir şəxsiyyətin dastan qəhrəmanı olmasına inanmaq olmaz. Odur ki, biz bu dastanın yeni Səfəvi
dövləti dövründə hakimiyyətdə baş vermiş tarixi hadisələrlə əlaqədar olaraq I Şah İsmayılın adına
düzəldilmiş olduğunu ehtimal edə bilərik” . 1960-cı ildə nəşr edilmiş “Aşıq yaradıcılığı” adlı əsərdə H.
Araslı bu hökmə bir qədər sərbəstlik verərək yazmışdır: “Çox ehtimal ki, aşıqlar bu dastanı I Şah
İsmayılın adına düzəltmişlər. Bəlkə də, Şah İsmayılın qəhrəmanlığı, onun hakimiyyəti öz zülmkar
dayısı oğlanlarından igidliklə alması, sonrakı aşıq yaradıcılığında bu hökmdarın adı ilə əlaqədar yeni
bir dastanın yaranmasına səbəb olmuşdur... Bəlkə də, qədim bir dastan qəhrəmanı Şah İsmayıl
adlandırılmışdır” .
Fikrimizcə, H. Araslı birinci ehtimalını əsaslandırmaq üçün bir sıra faktlara əsaslanmışdır:
a) Həm surətin, həm də prototipin adları Şah İsmayıldır;
b) Xətai bütün uşaqlıq illərini qaranlıq zindanlarda, gənclik illərini isə sığınacaqlarda keçirtdiyi
kimi, dastanın qəhrəmanı da təqribən həmin yaşlara qədər hətta gün işığı belə düşməyən qaranlıq
zirzəmilərdə yaşamalı olmuşdur;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1159
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
c) Xətaiyə bu dustaq illərində xanədanın ən sədaqətli müridi pasibanlıq etmiş, axırda da
zindandan qaçırmış, gizli təlim-tərbiyə illərində isə Hüseyn bəy Şamlı kimi lələləri, mürəbbiləri,
nəzarətçiləri olmuşdur. Dastan Şah İsmayılın da buna çox bənzəyən xüsusi lələsi, müəllimi vardır;
ç) Gülzarın məhz türkmən qızı olması ilə Səfəvi xanədanının Ağqoyunlularla qohumluğu arasında
da müəyyən oxşarlıqlar görmək mümkündür;
Məlum olduğu üzrə, Xətai, doğrudan da, həm saysız-hesabsız müridləri öz dalınca aparan bir
mürşid, həm hökmdar, həm siyasi xadim, həm də məharətli bir şair olaraq çox böyük nüfuz və hörmət
sahibi olmuşdur. Görkəmli folklorşünas M.H.Təhmasib qeyd edir ki, bu hörmət, xüsusilə aşıq-şair-
dastançıların bu münasibəti onun haqqında xüsusi dastan qoşulmasına gətirib çıxara bilərdi. Bizcə, elə
bu hörmətin, bu münasibətin özü onun haqqında “Şah İsmayıl-Gülzar” kimi bir dastanın qoşulmasına
yol verməzdi. M.H.Təhmasib tarixdən və dastandan çox maraqlı və inandırıcı dəlillər gətirməklə belə
bir nəticəyə gəlir ki, dastanın qəhrəmanının prototipi I Şah İsmayıl deyil, Xətainin nəvəsi II Şah
İsmayıldır. Bu dəlillər aşağıdakılardır:
a) Şah İsmayıl Xətainin atası şah deyil, şeyxdir. Özü də, elə bir hörmət, nüfuz sahibi olmuşdur ki,
Səfəvi dövləti təsis edildikdən sonra onun bu dastanda olduğu kimi rəzil, düşkün, əxlaqsız, qansız,
vəhşi bir şah kimi təsvir edilməsinə inanmaq mümkün olmur. Belə bir təşəbbüs Şeyx Heydər kimi bir
atanı təhqir etmək, Aləmşah xatun kimi nüfuzlu, hörmətli, fədakar bir ananı təhqir etmək idi;
b) Şah İsmayıl Xətainin igidliyi, mərdliyi, cəngavərliyi məlumdur. Dastan qəhrəmanı Şah İsmayıl
isə o qədər də qibtə ediləcək bir qəhrəman deyil. Əksər variantlara görə o, gecə Ərəb Zənginin yataq
otağına girir, qız olduğunu bilir, səhər də bundan istifadə edərək onu məğlub edir.
c) Məlum olduğu üzrə, Xətai həm də simaca, davranış və ədalarına görə də son dərəcə gözəl imiş
. Halbuki, dastanın əksər variantlarında o, gözlərini yerinə qoyub göyərçin lələyi ilə sağaltdığı zaman
səhvən sağı sola, solu sağa qoyur, buna görə də çəp qalır. Hətta inqilabdan qabaq toplanıb 1889-cu
ildə nəşr edilmiş variant bu sözlərlə qurtarır: “O çox yaxşı şah oldu, amma çəpgöz qaldı”.
Fikrimizcə, Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin surətini belə yaratmağa heç kəs hətta cəsarət
belə edə bilməzdi. Əgər bu surətin prototipini müəyyənləşdirmək üçün mütləq ad eyniyyətinə
əsaslanmaq lazımsa, onda bizcə, bu surət II Şah İsmayıla daha çox bənzəyir:
a) II Şah İsmayıl dastanın qəhrəmanı kimi, doğrudan da, şah oğludur;
b) II Şah İsmayıl, doğrudan da, atası tərəfindən cəzalandırılmış və 19 il 6 ay 21 gün Qəhqəhə
qalasında həbs edilmişdir;
c) II Şah İsmayılın taxta çıxması da məhz atasının ölümü ilə bağlı olmuşdur. Hətta dastandakı Şah
Ərəb Zəngi tərəfindən öldürüldüyü kimi Şah Təhmasib də bir ehtimala görə elə məhz öz arvadlarından
biri tərəfindən zəhərlənib öldürülmüşdür. Bəlkə də, bu, tarixi həqiqət deyil. Lakin belə bir rəvayət
olmuşdur və dastançılar da bundan istifadə edə bilərdilər.
ç) Bir sıra məxəzlərin yazdığına görə, II Şah İsmayılın zindandan azad edilməsində və taxta
çıxarılmasında bacısı həlledici rol oynamışdır. Bu bacının adı Pərixan xanımdır. Dastandakı qızlardan
da birinin adı müxtəlif variantlara görə Pərişah, Pəri xanım, Rəmdar Pəridir. Bu qız da öz rəmli, falı,
kitabları, məsləhət və tədbirləri ilə dastanın qəhrəmanı Şah İsmayılın ata zülmündən xilas edilməsinə
və taxta çıxarılmasına çox kömək edirdi.
Bir sıra ilk məxəzlərin və onlara istinad edən
tədqiqatçıların verdikləri məlumata görə, İsmayıl Mirzə (II Şah İsmayıl ) gəncliyində atasının istəkli
oğlu olmuşdur. Onun bir sıra ciddi müharibələrdə iştirak edib böyük işlər görmüş olduğunu da
yazırlar. Sonra Şah Təhmasib əsli çox da aydın olmayan bəzi səbəblərə görə qəzəblənib onu Qəhqəhə
qalasında həbs etmişdir. İsmayıl Mirzə 20 ilə yaxın burada qalmış, yalnız atası öldükdən sonra
bacısının köməyi ilə buradan qurtarmışdır.
Professor P.Əfəndiyev deyilənləri nəzərdən keçirdikdən sonra H.Araslının fikirləri ilə razılaşır.
Alimin fikrincə, əlimizdə olan “Şah İsmayıl” dastanı Xətainin adı və fəaliyyəti ilə əlaqədar yarana
bilərdi. Bundan sonra “Şah İsmayıl” başqa xalq romanlarımız kimi tamamilə müstəqil inkişaf etmiş,
bir aşiqin, qəhrəmanın sevgi macəralarından bəhs edən nağılvari bir dastana çevrilmişdir. Professor
M.H.Təhmasibin dastanda II Şah İsmayılla əlaqədar tarixi faktların mövcudiyyəti haqqında fikrinə
folklorşünas alim P.Əfəndiyev əlavə edir ki, “Şah İsmayıl” dastanının ilk formalaşma və sonrakı
inkişaf prosesində həmin əhvalatlar da oraya aşıqlar tərəfindən daxil edilə bilərdi.
Fikrimizcə, II Şah İsmayılla əlaqədar faktlar dastanı daha da zənginləşdirmiş və maraqlı etmişdir.
Professor P.Əfəndiyev belə bir nəticəyə gəlir ki, dastan Şah İsmayıl Xətainin adı ilə əlaqədar meydana
gəlmiş, ancaq onun nəvəsi II Şah İsmayılın həyatı ilə əlaqədar əhvəlatlar da sonradan dastana əlavə
olunmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1160
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TARİXƏ SƏPƏLƏNMİŞ İNCİLƏR
Xanım (Əsədova) ABDULLAYEVA
AMEA Əlyazmalar İnstitutu
AZƏRBAYCAN
Zəngin mədəni tarixə sahib olan Azərbaycan, hər çağa, hər zaman aşırımına öz irsinin möhtəşəm
izlərinin qoya-qoya indiki dövrə qədər gəlib çatmışdır ki, halhazırda da bunun bariz nümunələri
nəsillərə ötürülməkdədir. Müxtəlif tarixi abidələr, sənət əsərləri kimi kitab yaradıcılığı da bumaddi-
mənəvi irsin bir hissəsi sayılır.Hər bir xalqın dünya görüşü, elmi təfəkkürü və əqli inkişafı bəşəriyyətə
bəxş etdiyi kitablarda təcəssüm olunur ki, keçmişimizin ayinə və həmçinin bu günümüzə çıraq olan
kitab mədəniyyətimizin misilsiz örnəkləri bu gündə öz varlığını qoruyub saxlamaqdadır. AMEA M.
Füzuli adına Əlyazmalar İnstitutunda, Azərbaycan Tarix Muzeyində, Milli kitabxanamızda, o
cümlədən dünyanın böyük kitabxana, arxiv və muzeylərində xalqımıza məxsus əlyazma kitab
nüsxələrini görə bilərik. Lakin onuda qeyd edək ki, bu örnəklər bizim mədəni irsimizin sadəcə cüzi bir
hissəsidi.
Tarix boyuOğuz xalqlarının yazılı abidələrindən başlayaraq Azərbaycan əlyazma sənəti, kitab
mədəniyyəti XIX əsrin əvvəllərinə qədər çoxşaxəli istiqamətdə inkişaf etmişdi. Ərazi məfhunu
baxımından stratejik mövqedə yerləşən Azərbaycanda zamanın tələbinə uyğun olaraq ərəb, fars, türk
dillərində əlyazma kitabları qələmə alınmışdır. Lakin çox təəssüflə qeyd edək ki, günümüzə bu irsin
cüzi bir hissəsi gəlib çatmışdır. Bunun əsas səbəb təbii fəlakətlər, yadelli işğallar, başlıcası isə
Azərbaycanın çar rejminə daxil olması idi ki, bu hadisələrin qurbanlarına çevrilmiş əlyazma
xəzinələrindən bəhs etmək istərdik.
XI-XII əsrlərdə Gəncə şəhərin ən zəngin və möhtəşəm kitabxanası sayılan Atabəy saray
kitabxanası “Dər əl-kutub”, Nəsrəddin Tusinin Mağara rəsədxanası nəzdində qurduğu400 min cilddə
əlyazmanın qorunduğu və 100 nəfərdən çox alimin çalışdığı Marağa kitabxanası, Təbrizdə Qazan xan
tərəfindən inşa etdirilmiş “Beyt əl-qanun” və sadəcə əlyazmaların qorunub saxlanılması üçün nəzərdə
tutulmuş “Beyt əl-kutub” kitabxanaları, eyni zamanda digər böyük-kiçik kitabxanalar təbii
fəlakətlərin, aramsız müharibələrin nəticəsində məhv olmuşdur. Bütün bunlar Azərbaycanın milli
mədəniyyətinin əvəz olunmaz itkilərindəndir.
Dövlət xadimi, görkəmli alim və Qazan xanın vərizi olmuş Fəzlullah Rəşidəddinin (1247-1318)
inşa etdrirdiyi 60 min kitab fondu olan məşhur şəhər kitabxanası “Rəşidiyyə”nin də taleyi faciəli
olmuşdur. Olcaytu xanı zəhərləməkdə gühahlandırılan Fəzlullah Rəşidəddin edam edilmişdi. İnşa
etdirdiyi mədrəsələr, elim ocaqları, emalatxanalar kimi bu möhtəşəm kitabxana da dağıdılmışdır.
Azərbaycanda həm Çar Rusiyası, həm də komunist düşüncələr ilə çıxış edən Sovet hakimiyyəti
qurulduqdan sonra xalqımıza qarşı törədilmiş cinayətlərin mərkəzində maddi deyil əslində mənəvi
irsin yox edilməsi ideologoyası dayanırdı. Bu səbəbdən seyyid, ziyalı, qabaqcıl elm xadimləri represi-
yaya, sürgünlərə məruz qalmış, maddi mədəniyyət örnəkləri dağıdılmış, şəxsi arxivlər, kitabxanalar və
əlyazma kitabları müxtəlif bəhanəllərlə ya ölkə xaricinə aparılmış, ya da məhv edilmişdir.
Hədiyyə olaraq, satın alınaraq və ya gizli yollarla Azərbaycan hüdudlarından kənara aparılan,
xarici ölkələrdəki muzey və arxivlərdə saxlanılan Azərbaycan əlyazma kitablarını üzə çıxararaq
sistemləşdirən, 3 cilddə “Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloq” adı altında nəşr
etdirən, ilk əlyazmaçı və mətinşünas alim, professor Azadə Musayeva olmuşdur.
Bu dövürdə Azərbaycan kitab mədəniyyətinin məruz qaldığı ən dəhşətli yağmalanmanın qurbanı
Ərdəbil şəhərindəki Şeyx Səfi (“Darul-irşad”) kitabxanası idi. Beş əsirlik tarixə malik olan “Darul-
irşad” kitabxanası Şah İsmayılın oğlu Şah Təhmasibin və nəvəsi Şah Abbasın himayədarlığı
nəticəsində Orta Şərqin ən zəngin və misilsiz kitab xəzinəsinə çevrilmişdi. Azərbaycanla yanaşı digər
şərq xalqlarının əlyazmalarının saxlandığı bu kitabxanada Şeyx Sədinin öz avtoqrafı ilə Şeyx
Səfiəddin İshaqa bağışladığı, dünyanın nadir incilərindən sayılan “Divan”ı da var idi.
Bolşevik rejminin milli-mənəvi soyqırım siyasəti XIX əsrin görkəmli alim və kitabşunası
Şəmsəddin Əbdülqəni Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadə kitabxanasından yan keçməmişdir. Ulu
nənəsi Xalisə qarı Hacı Bayram qızına məxsus kitabxananı böyük bir xəzinəyə çevirən alim, təkcə
azərbaycanlı deyil, həm Şərq, həm də Avropa ziyalılarının elmi-bədii əsərlərini Şəki şəhərindəki bu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1161
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
kitabxanada toplanmışdı. Əbdülqəni Nuxəvi kitab mədəniyyətimizin toplanmasında, qorunub
saxlanmasında, yayılmasında misilsiz rolu olan böyük mütəfəkkir alim və vətənpərvər bir insan
olmuşdur. Nənəsi Xalisə qarı bu kitabxana haqqında demişdi: “Mən elə bir sərvət toplayıram ki, o,
bizdən sonrakı nəsillərə yadigar qalsın. Bu bütün daşlardan daha qiymətlidir”. Əfsuslar olsun ki,
kitabxananın böyük bir qismi məhv edilmiş, müəyyən bir qismi kimlərinsə əlinə keçmiş, satılmış, hətta
Avropalı alim və tacirlərin şəxsi kolleksiyalarının bir parçasına çevrilmişdi. Uzun müddət gizlin və
baxımsız qalan kitabxananın geri qalan hissəsi isə ərəbşünas, mətnşünas, fədakar alim Kamandar
Şəriflinin geniş tədqiqatı nəticəsində toplanmış və hal-hazırda AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda mühafizə olunmaqdadır. İkinci dəfə həyat tapan bu əlyazma kitabları yenidən tədqiq
edilmiş, şifrələnmiş və təsvir olunaraq Kamandar Şərifli tərəfindən “Əbdülqəni Əfəndi Nuxəvi
Xalisəqarızadə kitabxanasının kataloqu” adı altında 2009-cu ildə nəşr etdirilmişdir.
Sovet rejminin elm və mədəniyyətimizə vurduğu dərin zərbələr Azərbaycanın bütün bölgələrində
acı gerçəyə çevrilmişdi. Quba, Şamaxı, Şəki, Qazax, Qarabağ, Qax, Zaqatala bölgəsində külli sayda
kitabxana və əlyazma abidələrimiz sovet quldurları tərəfindən məhv edilmişdi.
Azərbaycanın səfalı güşələrindən olan və yetirdiyi alimləri ilə məşhur Qax rayonunda Sovet
dövrü ilə bağlı acı hekayələr hələ də eşidilməkdə, nəsildən-nəsilə ötürülməkdədir. Bu dövürdə mənəvi
dəyərləridən və milli kimliyindən uzaqlaşdırılmağa çalışılan rayon camaatına qarşı sözün əsil
mənasında divan tutulurdu. İnsanların evlərində olan dini kitablarla yanaşı, keçmişinin güzgüsü,
mədəni incilərimiz sayılan, dədə-babalarından əmanət saxladıqları neçə-neçə misilsiz əlyazma
kitabları hər kəsin gözü önündə yandırılaraq məhv edilirdi. Lakin əlyazma kitabların dəyərini anlayan,
xalqın gələcəyindən nigaran olan maarifpərvər insanlar əllərində olan əlyazma kitabları evlərində
divar aralarına hörməklə, sandığa gizlədərək ya çardaqda, ya da torpaq altına basdıraraq mühafizə
etməyə çalışmışlarsa da, baxımsız qalan və kiff tutan milli-mənəvi sərvətimizin böyük qismi əfsuslar
olsun ki, yararsız hala düşmüşdü. Hal-hazırda bu irsin geri qalan hissəsi Qax Rayonu Diyarşünaslıq
muzeyində mühafizə olunmaqdadır. Muzeyə etdiyimiz qısa baxış zamanı fiqhə, məntiqə, məzhəblər
tarixinə, qrammatikaya, ədəbiyyata dair əlyazma kiatbları diqqətimizi çəkdi. Fəqət bu kitablar orada
sadəcə nümayiş olunmaqdadır.
Adları hələ də elm aləminə bəlli olmayan müəllif və katibalərin miras qoyduğu əlyzamalar
üzərində tədqiqat aparılacağı və bəşəriyyətə təqdim ediləcəyi günü gözləməkdədir. Hacıbaba Əfəndi
əl-Qaxi, Cəlaləddin əd-Dini, Baba Əli Zeynəddin, Mustafa Əhməd, Hacı Bayram əl-Qaxi, Hacı
Əhməd Hüseyin Əfəndi, Katib Yusif və b. kimi həyat və yaradıcılıqları gizli qalan bir çox alim və
mütəfəkkirlər öz tədqiqatçılarının yolunu gözləyirlər.
Azərbaycanın milli maddi və mənəvi sərvətlərini qorumaq, onaları gələcək nəsillərə ötürmək hər
bir alim, ədib, tədqiqatçı və vətəndaşın ən yüksək görəvidir.
TARİXİ ROMANDA BƏDİİ TƏXƏYYÜL
VƏ OBRAZ YARADILIŞI PROBLEMİ
(Çingiz Hüseynovun “Fətəli fəthi” romanı əsasında)
Arzu MÜRSƏLLİ
BakıDövlətUniversiteti
arzu.mursalova@gmail.com
AZƏRBAYCAN
Tarixi romanın qələmə alınma məqsədi onun obrazlar, bədii surətlər aləminə də ciddi təsir
göstərir. Əgər roman müəyyən şəxsiyyəti və ya tarixi hadisəni idealizə etmək məqsədilə yaradılmışsa,
bu zaman təbii olaraq obrazda müsbət cəhətlərin irəli çəkilməsi, qabardılması hadisəsini müşahidə
etmiş olarıq. Yaxud tarixi şəxsiyyətə real həyatda qazana bilmədiyi keyfiyyətləri əsərdə bədii don
şəklində geyindirmək, olduğundan fərqli şəkildə təsvir etmək də müəllifin istəyindən asılıdır. Nizami
Gəncəvi “Xosrov və Şirin” əsərində Xosrova real həyatda olduğundan daha müsbət keyfiyyətlərlə
təsvir etmiş, əsər boyu qarşısına onu ibrətləndirmək kimi məqsəd qoymuşdur. Səməd Vurğun “Vaqif”
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1162
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dramında Ağa Məhəmməd Şah Qacarın mənfi keyfiyyətlərini daha qabarıq şəkildə təsvir etmiş,
qəhrəmanına qarşı oxucuda nifrət oyatmağa nail olmuşdur. Təbii ki, bütün bu şəxsiyyət obrazının
yaradılma prosesi əsərin ideya məzmunu ilə səsləşməli, müəllifə lazımi fikirlərin ifadəsi üçün əlverişli
şərait yaratmalıdır. Bəzən isə yazıçı unudulmuş, yaşadığı dövrdə layiq olduğu dəyəri almamış bir
şəxsiyyəti əsər qəhrəmanına çevirməklə onu yada salır, bilinməyən, çoxlarına tanış olmayan tərəflərini
işıqlandırır. Belə situasiyada müəlliflər adətən obrazı real planda, tarixi fakt və sənədlər əsasında
yaradır, yaxud sırf təxəyyül məhsulu olan lakin həqiqətən tarixdə olmuş bir şəxsiyyət fərqli forma və
xüsusiyyətlərlə əsər qəhrəmanına çevirirlər. Belə romanlar adətən bioqrafik səciyyə daşıyır. Xalq
qəhrəmanları, hökmdarlar, sərkədələr, yazıçılar, incəsənət xadimləri haqqında qələmə alınmış belə
romanlarda bədii surət yaratmaq üçün azad ifadə imkanları, təxəyyül sərbəstliyi daha xarakterikdir.
Çingiz Hüseynov “Fətəli fəthi” romanında tarixi şəxsiyyətlərin bədii obrazlarını yalnız hadisələri
olduğu kimi qələmə alaraq, tarixi faktlara sadiq qalmaq məqsədilə deyil, həmçinin dövrün, mühitin
mənzərəsini canlandırmaq, bu şəxsiyyətlərin zamanın gedişatında rolunu müəyyən etmək üçün
yaratmışdır. Romanda şəxsiyyətlər zaman, məkan və hadisələrdən təcrid olunmuş obraz səviyyəsində
təqdim olunmamış, məhz dövrün mənzərəsini canlandıran element kimi çıxış etmişdir. Əsərin baş
qəhrəmanı Mirzə Fətəli Axundov olmasına baxmayaraq , digər tarixi şəxsiyyətlərin obrazları da
dolğun şəkildə canlandırılmışdır.
Əsərdə üç qisim tarixi şəxsiyyətlərin obrazları canlandırılmışdır. Siyasi xadimlər, şair və yazıçılar
və Mirzə Fətəli Axundovun ailə üzvləri. Yazıçı romanda bu tarixi şəxsiyyətlərin əsərin qəhrəmanı ilə
olan əlaqəsini, onun fəaliyyətində rolunu təsvir etməklə kifayətlənmir, eyni zamanda hər bir personaj
haqqında ayrılıqda, məlumat verir, onların tərcümeyi halı haqqında faktlara da yer ayırır. Bundan
əlavə əsərdə şərti-metaforik obraz olan Cadugər sürəti də romanın süjet və kompozisiyasında vacib
element kimi çıxış edir. Cadugər əsər boyu Mirzə Fətəlini daima izləyir, onu bir sıra mətləblərdən
xəbərdar edir. Çingiz Hüseynovun bu qəhrəmanı yaratmaqda məqsədi isə fərqli olmuşdur. Göründüyü
kimi, Cadugər Mirzə Fətəli Axundovun qəhrəmanıdır. Yazıçı onun personajları içərisindən məhz
Cadugəri ona görə seçmişdir ki, onun vasitəsilə fikirlərini daha açıq şəkildə söyləyə bilsin, zamanın
koloritini açmaq üçün istifadə eləsin. Müəllif qeyd edir ki, bu obraz romanda zaman əlaqəsi yaratmağa
kömək edir, bir halda ki, Cadugərdir, deməli keçmişi, gələcəyi görür. Cadugər Mirzə Fətəli
Axundovun içində olan ikinci Fətəlidir. Sanki onun kölgəsidir, daima onu izləyir, daxilindəki səs kimi
təsvir olunur. Bəzi ciddi məsələləri, mürəkkəb xarakterləri birləşdirmək üçün, dərin fikirləri eyham
formasında demək məqsədilə, müəllif bu qərhəmana müraciət etmişdir. Əsərin ilkin versiyası rus
dilində yazılmışdır, müəllif qeyd edir ki, ruslarda Kaldun müsbət obrazdır. Bizim ədəbiyyatımızda və
Mirzə Fətəli Axundovda Cadugər obrazı mənfi planda verilir.
Çingiz Hüseynov qeyd edir ki, “Fətəli fəthi” romanında sanki öz həyatını ikinci dəfə yaşamış
oldu. O, Mirzə Fətəli Axundovun həyatı ilə özününkünü eyniləşdirir. Lakin bu eyniləşmə, oxşarlıq
şəxsi həyatda deyil, ictimai və sosial həyatda özünü daha çox göstərir. Mirzə Fətəli Axundovu da
müəllif kimi hər şeydən əvvəl xalqın taleyi, ölkənin vəziyyəti narahat edir. Azadlıq mübarizəsində
cəhalətə, fanatizmə istibdada qarşı Mirzə Fətəli Axundov və Çingiz Hüseynov eyni mövqedən çıxış
edirlər. Müəllifi ən çox narahat edən səbəb, dahi mütəfəkkirin mübarizəsinin bir növ nəticəsiz
qalmasıdır. Mirzə Fətəli Axundov quruluşa qarşı mübarizədə ən gücü silah kimi qələmin qüdrətindən
istifadə elədi. Şərqi oyatmağın yeganə çıxış yolunu, dram əsərləri, povest yazmaqla, xalqa özünü əyani
şəkildə göstərməklə, onu uçurumdan xilas etməyə çalışırdı. Bu mübarizədə İranı, Rusiyanı, Osmanlı
imperiyasını belə qorxuya saldı, özünə qarşı tədbir görməyə təşviq elədi. Lakin Azərbaycan xalqı
oyanmadı, əksinə ona qarşı mübarizəyə qalxaraq, kafir, xalq düşməni adlandırdı. Həyatının əksər
hissəsini əlifba islahatına, dilimizin inkişafına, təhsilə, maarifə əngəllik törədən bu əlifbadan imtina
etməyə səslədi. Lakin bu cəhalət xalqın qanına, canına o qədər hopmuşdur ki, kütlə yaxşını pisdən,
xeyiri şərdən ayırmaq qabiliyyətini itirmiş, sadiq qula çevrilmişdir. Mirzə Fətəli Axundovun başladığı
bu maarifçilik ideyaları, dövründə müsbət qarşılanmasa belə sonrakı dövrdə bir sıra mütəffəkkirlərin
yaradıcılığı üçün təkan vermiş oldu. Şərqi oyatmağa çalışan Mirzə Fətəli Axundov və müəllifin
ideyaları səsləşir. Müasir dövrdə eyni və ya oxşar problemlərlə üzləşən xalqı oyatmaq məqsədilə
Çingiz Hüseynov məhz bu sənətkarın həyatını əsər mövzusuna çevirmişdir.“Fətəli fəthi” romanında
bədii surətləri yaradılan tarixi şəxsiyyətlər sırasına həm siyasi xadimlər, həm də ədiblərin obrazları ilə
rastlaşırıq. Mirzə Fətəli Axundovun taleyində, XIX əsrdə gedən proseslərdə bu və ya digər dərəcədə
rol oynayan bu bədii fiqurların hər biri xüsusi məqsədlə yaradılmış, müəyyən bir missiyanın daşıyıcısı,
|