IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1153
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
söz birləşmələri müəllifə həm hadisələrin tam təsvirini verməyə, həm də düzgün təəssürat oyatmasına
yardım etmişdir.
“Bayatı oxşaması” povestində bir qaçağın ailəsinin başına gətirilən amansız faciədən, qaçağın
bacısının ailənin namus və şərəfini qorumaq xatirinə cəsarətlə canını fəda etməsindən, əslində isə,
mərdliklə namərdliyin çarpışmasından bəhs olunur.Bu əsərin şifahi xalq ədəbiyyatından qidalanmış
ecazkar dili isə başlı-başına yazılı ədəbiyyatımızda yeni bir hadisədir.
“Beton evdən yazılar”da Sara Oğuz Nəzirova şəxsiyyətə pərəstiş dövründə ziyalı və sənətkarların
necə manqurtlaşdırılıb köləyə çevrilməsini təsvir, istedadların bu təsirlərdən koralıb dəyərsizləşdiyini
özünü danışıq və davranışları ilə ifşa edən obrazların yardımıyla açıb göstərir.
“Kəpənək ömrü” də bu səpkidə yazılmış əsərdir. Ali təhsilli olub ziyalı təbəqədən sayılan
xanımlar iqtisadi balansı pozulmuş mühitin köntöy və cahil pullulara cüzi qazanc üçün işləmək
məcburiyyətində qalmasından bəhs edir. Yenə iki əsər arasında ortaq problem görürük: Zəmanənin
ictimai-siyasi vəziyyətinin ziyalı təbəqəyə təsiri...
“Çərxi fələk” povestində ilahi ədalət anlayışı əyani olaraq görünür. Xədicənin qəlbini qırıb,
həyatını məhv edən Ələkbər sonda tanımadığı halda saatlarla onun meyitinin keşiyini çəkərək
gecikmiş də olsa ona qarşı vəzifəsinin qismən ödəmiş olur. Tanıdıqdan sonra isə ölümündə təqsiri
olmasa da onu çoxdan “öldürdüyünü” dərk edib, özünü Xədicənin qatili kimi tanıdıb polisə təslim
olur. Sara Oğuz Nəzirovanın hekayə və povestlərinin mövzusu müxtəlifdir. Lakin hamısında milli
mentalitetin qoxusu, istisi duyulur. Bunların bəziləri önəmli dəyərlər olsa da əksəriyyəti geridə,
cahillikdə qalmış və artıq yenilənməsi lazım olan fikirlərin tənqidinə yönəldilmiş hekayələrdir.
Tezisdə Sara Oğuzun hekayə və povestlərinə qısa da olsa nəzər saldıq. Bu bənzərsiz əsərlərin
arxasında gizlənmiş müəllif obrazını gördük. Azərbaycan dilinin tarıma çəkilmiş ədəbi dil
arxitekturası və natural üslub əsasında təsvir edilən hadisələr böyük bədii-estetik dəyərlər ifadə edir.
Müəllif obrazı sözlə rəsm çəkir. Sara Oğuz rəssam olmaqla yanaşı, böyük söz rəssamıdır. Sara xanım
hekayə və povestlərində acı tale yaşayan qadınların portretini çəkir. Bu portretlər dolğun bədii-estetik
dəyərlərə malik sənət səviyyəsinə yüksəlir. Taleyin ağır sınaqları təsvir və təhkiyənin ədəbi portretinə
çevrilir. Bütün dövrlər üçün ölməz sənət əsərləri sərgiləyir.
SMOMPK MƏCMUƏSİNDƏ ÇAP EDİLMİŞ
“MÜRGİ-GÜLİ-XƏNDAN QUŞU HAQQINDA” NAĞILI
Məryəm BURTİYEVA
Bakı Dövlət Universiteti (magistr)
maryam.burtiyeva@mail.ru
AZƏRBAYCAN
XIX əsrin 30-cu illərindən başlayaraq folklorumuzun bir sıra nümunələri toplanıb tərcümə
edilərək ayrı-ayrı rus mətbuatında dərc olunmuşdur. Lakin Azərbaycan folklorunun elmi əsaslar və
prinsiplər üzrə toplanıb, tərcümə edilib, nəşri işinə XIX əsrin 80-ci illərindən SMOMPK məcmuəsinin
təşəbbüsü ilə başlanmışdır. Bu məcmuə 1881-ci ildə Qafqaz Tədris İdarəsi tərəfindən Tiflisdə rus
dilində çap olunmuş, 44 cildi burada, son iki cildi isə Mahaçqalada işıq üzü gördükdən sonra 1929-cu
ildə buraxılışı dayandırılmışdır.
SMOMPK ölkəşünaslıq xarakteri daşıyırdı, burada Qafqazda yaşayan xalqların, o cümlədən
Azərbaycan xalqının folklor nümunələri, xüsusən nağılları toplanır və rus dilində çap olunurdu. Ancaq
bu nümunələr tatar folkloru başlığı altında nəşr edilirdi.
SMOMPK məcmuəsi həmin dövrdə Azərbaycan xalqının folklorunun yazıya alınıb
toplanılmasında müstəsna rol oynasada, tərcümə zamanı milli koloritə diqqət yetirilmir, bəzən isə
adından və ya məzmunundan xalqımıza məxsus olduğunu gördüyümüz nümunələr erməni folklor
nümunələri kimi çap edilirdi.
Məcmuənin XIX buraxılışında (1894) işıq üzü görmüş, A.Ağababayevin topladığı və rus dilinə
tərcümə etdiyi “О птице Мурги-Гюли-Хандан” nağılınınməzmunu ilə tanış olduqda görürük ki,
tərcümə zamanı burada ənənəvi nağıl süjetlərimizə aid olmayan bəzi hadisələr, sehirli ünsürlər, məkan
daxil edilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1154
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Nağıl qəhrəmanı Məlikməmməd şah oğludur, xəstə atasının yeganə əlacı olan Mürgi-Güli-
Xəndan quşunu tapmağa çalışır və bu zaman başına bir sıra hadisələr gəlir. Mürgi-Güli-Xəndan
oxuduqca ağzından may qızılgülləri tökülən, valehedici səsi və ətri ilə hamını bihuş edən bir
quşdur.(Quşun adı fars dilində verilmişdir, mürg - quş, xəndan - ağız deməkdir). “Bəxtiyarla Pəri
xanım nağılı”ndapəri qızların anası Güli qah-qah xanım dagüləndə ağzından güllər tökülən bir
obrazdır. Hər iki obrazın bu cəhətdən müəyyən bir yaxınlıq təşkil etdiyini deyə bilərik.
Atasının bütün təkidlərinə baxmayaraq, dərvişin dediyi möcüzəli quşu saraya gətirmək üçün yola
düşən Məlikməmməd uzun yol getdikdən sonra aclıqdan və susuzluqdan dərin bahadırlıq yuxusuna
gedir.Məcmuənin eyni buraxılışında nəşr olunmuş digər bir nağılda da (“Müdrik şah” nağılı)
qəhrəman dərin bahadırlıq yuxusuna getdiyi göstərilir.Nağıl və dastanlarımıza xas olan yuxuyagetmə
motivi bu nağıllarda da işlənmişdir.
Yuxudan oyandıqda qəhrəman nəfəsi ilə dağı, meşəni sarsıdan qorxulu, qanadlı divlə
qarşılaşır.Nağıllarımızda div surəti geniş yayılmışdır və əsasən şər qüvvələrin təmsilçisi kimi
göstərilir. Bu nağılda dadiv ilk baxışdan qorxulu, bədheybət kimi görünsə dəqəhrəmanın gücü
qarşısında təslim olur və ona uzaq yolları qət etməkdə köməklik göstərir. Div Məlikməmmədin xahişi
ilə onu uzaq bir şəhərə gətirir. Həm də öz tükündən verir ki, lazım olanda odda yandırsın və divi
hüzuruna çağırsın. Məlikməmməd şəhər əhalisinin başqa bir adada əkinçiliklə məşğul olduğunu,
məhsullarını gətirmək istəyən zaman isə dənizdən çıxan polad əlin onların gəmilərini suların
dərinliklərinə qərq etdiyini öyrənir. O, şahla görüşür, ona kömək edəcəyini söyləyir, qarşılığında isə
şahın möcüzəli quşun yerini öyrənməsini istəyir. Məlikməmməd dənizdə polad əli sındırır və dənizdən
çıxan quş cildinə girmiş pəri qızı polad əlin divə aid olduğunu, canının bu əldə yerləşdiyini,
Məlikməmmədin onu sındırmasıyla divi öldürdüyünü söyləyir. Nağıllarımızda divin canı əsasən,
şüşədəki quşda yerləşir. Ancaq bu nağılda divin canı onun polad əlindədir. Həm də onun məkanı hər
hansı dərin quyu və ya mağara deyil, dənizin dibidir.
Məlikməmmədi qanadlı div başqa bir uzaq şəhərə gətirir. O, bu şəhərdə də hamının yas içində
olduğunu görür və öyrənir ki, şahın qızını Kaftar-Kursey oğurlayıb mağarada gizlətmişdir. Ölkənin ən
güclü pəhləvanları belə ona qalib gələ bilmir. Məlikməmməd mağaraya yollanır. Kaftar-Kursey
mağarada yaşayan, ağzından və burnundan od püskürən, burnu dizlərinə qədər uzanan, saçları qalın və
sıx meşəyə bənzəyən bir varlıqdır. Gördüyümüz kimi, bu sehirli ünsürə də nağıllarımızda rast
gəlmirik. Məlikməmməd mağaraya gəlir, şah qızını və onunla birlikdə saxlanan pəri qızını xilas edir.
Bu pəri qızı da Fərəhbani bağının sahibinin qızı idi və qəhrəmanın dənizdəki divin əlindən xilas etdiyi
bacısı kimi xatirə üçün qızıl üzüyünüMəlikməmmədə bağışlayır. Bundan sonra nağıl qəhrəmanı
qanadlı divin köməkliyi ilə Fərəhbani bağının yaxınlığındakı dağa gəlib çıxır. Div Məlikməmmədin
tək getməli olduğunu, bu dağın divlərin və pərilərin torpaqları arasında sərhəd rolu oynadığını, hər iki
tərəf arasında içilən anda görə onun bağa yaxınlaşmasının qadağan olduğunu söyləyir. Məlikməmməd
bağda pəri qızların özlərini xilas edən qəhrəman haqqında dediklərini eşidəndə bu qızların onun xilas
etdiyi quş cildindəki pəri qızları olduğunu bilir və gizləndiyi yerdən çıxır. Pəri qızları onu verdikləri
qızıl üzüklərə əsasən tanıyırlar. Sehirli nağıllarımızda pəri qızları ən çox müsbət obrazda verilirlər.
Onlar qəhrəmanın dar günündə ona köməklik edir və ya doğru yolu göstərirlər. Nağıllarımızda sirli,
bir o qədər də valehedici pəri qızlarının yaşadığı bağ divlər tərəfindən qorunan əfsanəvi Gülüstani-
İrəm bağıdır. Bu nağılda isə həmin bağ Fərəhbani bağı ilə əvəz olunmuşdur. Pəri qızlarının məsləhəti
ilə Məlikməmməd bağın Şərq küncündə hündür bir ağacın başında məskunlaşan Çalağanın yuvasına
gəlir və onun balalarını yemək istəyən ilanı öldürür. Burada da biz ənənəvinin fərqli bir sehirli ünsürlə
əvəz edildiyinin şahidi oluruq. Nağıllarımızda qəhrəmana kömək edən sehirli quş əsasən, Simurq və
ya Zümrüd quşudur. Onlar qəhrəmanı zülmət dünyadan işıqlı dünyaya gətirən sehirli qüvvələrdir.
Adətən qəhrəman bu quşların balalarını əjdahadan xilas edirsə, bəhs etdiyimiz nağılda əjdaha ilanla
əvəz olunur. Nağılda Çalağan Məlikməmmədə Mürgi-Güli-Xəndan quşunu tapmaqda köməklik
göstərir. Onu quşun saxlandığı yerə gətirir. Bu yer möcüzəli gözəlin yaşadığı və divlər tərəfindən
qorunan saray idi.Onlar ildə bir dəfə 40 günlük yuxuya gedirdilər. Çalağanın verdiyi məsləhətlərlə
sarayın qapısında saxlanan iki böyük şiri aldadaraq asanlıqla gözəlin otağına gələn Məlikməmməd
qəfəsdəki quşu götürür, gözəli isə alnından öpür. Saraydan çıxır və Çalağan onu atasının yanına
gətirir. Mürgi-Güli-Xəndan quşunun valehedici səsi və ətirli may qızılgüllərinin sehri ilə şah tamam
sağalır. 40 günün sonunda yuxudan oyanan gözəl quşun otaqda olmadığını və alnındakı ləkəni görəndə
saraya insanın daxil olduğunu bilir. O, divlər sayəsində Məlikməmmədin yerini öyrənir və quşu geri
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1155
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
almaq üçün gələndə ona bir könüldən min könülə aşiq olur. Şahın razılığı ilə onlar evlənirlər və
xoşbəxt ömür sürürlər.
Sehirli nağıllar bölgüsünə daxil olan “Mürgi-Güli-Xəndan quşu haqqında” nağılı ilə tanışlıq bizə
onun bəzi hissələrinin ənənəvi nağıllarımızdan fərqləndiyini göstərdi. Bəlkə də bu mətnləri ruscaya
çevirəndə düzgün qarşılığını tapmaqda çətinlik çəkən ziyalılar onları rus folklorundakı qarşılığı ilə
əvəz etmişdilər.
SONET LİRİK JANR KİMİ
Şəfa ƏMİRLİ
Bakı Dövlət Universiteti
emirli_1@hotmail.com
AZƏRBAYCAN
Sonet lirik janrın az yayılmış şəkillərindən biridir. Sonet şeir janrı ilk dəfə İtalyada yaranmışdır.
Sonet sözü İtalyan sözü olan “sonetto”dan götrülmüşdür mənası səs deməkdir.Qaydaya görə sonet on
dörd misradan ibarət olur. Misralarının sayının nisbətən azlığına baxmayaraq, sonet qurluşca bir qədər
mürəkkəb olur. Bu formada yazılan şeir iki hissəyə ayrılır: birinci hissə hərəsi dörd misralıq iki
bənddən,ikinci hissə isə hərəsi üç misralıq iki bənddən ibarət olur.
Sonet janrının yaradıcısı İtalyan şairi Giacomo da Lentini olmuşdur. O, 13-cü əsrdə yaşamışdır və
təxminən 250 sonet nümunəsi yaratmışdır.
Sоnеtin intibah idеyalarının güclənməsindəхidmətləri əvəzsizdir. Bu janr intibah şеirinin ən
qüdrətli ifadəvasitələrindən biri, bəlkədəbirincisi idi. Tədqiqatçılar arasında bеlə bir fikir də
mövcuddur ki, sоnеtin təkamülündə ərəb şеirinin təsiri оlmuşdur. Çünki Avrоpada dünyəvi şеirin
yaranmasında ərəb şеirinin rоlu danılmazdır. Fransanın cənubunda yеrləşən Prоvansda dünyəvi şеir
təşəkkül tapmışdır. «Prоvans şеiri də öz növbəsində İtaliyanın şimalında «şirin üslubu» yaratmışdır.
Bu üslubun da öz növbəsində İtaliyada intibah şеirinin yaranmasında rоlu bütün tədqiqatçılar
tərəfindən təsdiq еdilir».
Yaxın və Orta Şərq ədəbiyyatı üçün lirik növün qəzəl janrı nədirsə, Avropa ədəbiyyatında da
sonet janrı həmin mahiyyətdədir. Düzdür bu janrların yaranma və inkişaf tarixləri arasında fərq çox
böyükdür. Qəzəlin tarixi daha qədimdir. Avropa poeziyasının qəzəli hesab edilən sonet janrı XIII
əsrdə yaransada, qəzəl janrı hələ islamdan əvvəl “cahiliyyə dövründə” yaranmışdır. Onu da qeyd
etmək lazımdır ki, Şərq və Qərbdə janrların mübadiləsi təksibedilməz faktdır. Şərq qəzəlindən Qərbdə,
Qərb sonetindən isə Şərqdə istifadə həmin mübadilənin göstəricisidir.
Sonet janrı İtalyada yaransada öz inkişaf arealını sonralar İniltərə, İspaniya, Fransa, və digər
Avropanın inkişaf etmiş ölkələrində də genişləndirmişdir. Sonetin inkişafında İtalya intibahının
nəhənglərindən olan “orta əsrlər dövrünün sonuncu, yeni dövrün birinci şairi” Dante Aligyeri, sonra
isə onun bir janr kimi sənətkarlıq baxımından daha da formalaşmasənda Françesko Petrarka əvəzsiz
rol oynamışdır. Dünya şöhrəti qazanmasında, özünə qarşı xüsusi münasibət tələb etməsi, mühafizəkar
poetik kanonlara malik olma xüsusuiiyətlərinə görə, qəzəllə müqayisəyə, yalnız məhz Avropa soneti
gəlir. Bəlkə də bu xüsusiyyətinə görə sonetə Avropa qəzəli deyillər.Avrоpa pоеziyasında ilkin inkişaf
tapan sоnеt də qəzəl qədər lirik növün digər şеir şəkillərini üstələyən və pоеziyada hökmran mövqеyə
malik оlan janrlardan biri оlmuşdur. Bu şеir şəkli, хüsusən Avrоpada yuхarı təbəqələrin, aristоkrat-
kübar cəmiyyətlərinin zövqünü çох охşayırdı və elitar şeir sayılırdı.
Klassik sonet özünün strofik qurluşuna və struktur sxeminə görə iki formada mövcuddur. Belə ki,
italyan soneti özündə iki katren və iki terseti birləşdirir, Struktur sxemi mötərizədə göstərildiyi kimidir
(4+4+3+3). Sonetin qafiyə varyantı ilə bağlı fransız tipi də eyni struktur sxeminə malikdir. Bunlar
arasında fərq bircə onu qafiyə quruluşu ilə bağlıdır. A.Dante, F.Petrarka, C.Bokkaçço, P.Ronsar,
L.Mediçi, Malerb, A.Rembo, P. Verlen və digər məşhur sonet ustadları sonetlərini məhz İtalya soneti
formasında yazmışlar. Qafiyə sistemi əsasən belədir:abab/abab/cdc/dcd.
Sonetin ikinci forması ingilis tipli sonet adlanır.İngiltərə ədəbiyyatının sonet janrı ilə tanışlığı 16-
cı əsrə təsadüf edir. Bu janrı İngiltərəyə gətirən Tomas Wyatt olmuşdur. Məhz bu dövrdə Tomas
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1156
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Wyatt İtalan ədəbiyyatından Petrarkanın və başqalarının sonetlerini tərcümə etmişdi. Henri Hovard,
qraf Serrey də bu janrda bir sıra gözəl nümunələr yaratmışlar. İngilis tipli sonetə ilk dəfə dahi İngilis
dramaturqu Şeksprin yaradıcıllığında daha sıx təsadüf edilmişdir. Ümumən Şekspir 154 sonet
yazmışdır (bəlkədə ədəbiyyata məlum olanlar bu qədərdir). Əgər sonetlərin öz müəllifinin ilkin qələm
təcrübəsi olduğunu, başqa sözlə desək, yaradıcılığının ilkin mərhələsində qələmə alındığını nəzərə
alsaq, Şekspir dühasının möhtəşəmliyi haqqında bir o qədər obyektiv qiymətləndirmə apara bilərik.
İngilis sonet formasının yaradıcısı Şekspir olmasada, bu yeni formanın onun sonetlərindən sonra
daha geniş şəkildə tətbiqində, çox işlək şeir şəklinə dönməsində, kütləviləşməsində məhz onun sonetləri
müstəsna roloynadığına görə, bu formalı sonetə Şekspir soneti, yaxud sonetin “Şekspit tipi” deyilir. Bu
tipin struktur sxemi mötərizədəki kimidir (4+4+4+2). İngilissayağı sonettə qafiyə sistemi belədir-abab/
cdcd/efef/gg. Qoşa qafiyəli beytə “sonet açarı” da deyilir. Şekspir novator özüllü, nəzəri əsası Tomas
Wyatt tərəfindən qoyulan yeni bir şeir şəklinin ədəbi dövriyyəyə transferində ilkin olaraq təşəbbüsün-
də böyük uğur qazanmış, fərdi möhürünü bu sahəyə vurmuş, dünyanın klassik sənətçiləri sırasına adını
əbədi daxil etmişdir. Şekspir 1609-cu ildə özünün sonetlər kitabını çap etdirir. Həmin kitanda cəmi
154 sonet nümunəsi vardır.Yeni şeir şəklinin işləkliyinə görə aktivləşməsində misilsiz xidmətləri ona
böyük şöhrət qazandırmış, sonet kolifeyləri arasında “şairlərin padşahı” adına layiq görülmüşdür.
Ədəbiyyatımızda sonnet:Azərbaycan lirikası təkamül vətəşəkkül tapdığı ilk dövrlərdən еlə
nоvatоr ənənələrə üz tutmuş, malik оlduğu milli şеir janrları, fоrmaları ilə kifayətlənməmiş, tariх bоyu
pоеziyamızı yеni pоеtik şəkillərlə zənginləşdirmək istiqamətində yaradıcılıq vəsənətkarlıq aхtarışlarını
davam еtdirmişdir. Lakin bu aхtarış hеç də həmişə yalnız milli şеir şəkilləri ilə bağlı оlmamışdır.
Azərbaycan pоеziyası dünvəyi, bəşəri səciyyə daşıyan, milli pоеtikamızın kanоnlarına tеz uyğunlaşan
digər ədəbi mоdеllərdən dəistifadəni mümkün saymış, bu istiqamətdə dünya хalqlarının zəngin
pоеziya təcrübəsinə istinad еtmişdir. Sоnеt janrı sivil ədəbiyyatların söz ustalarını həmişə özünəcəlb
еtmiş və оnların diqqətini öz cazibəsində saхlamağa çalışmışdır. Hərçənd ki, «Qərb özü Şərqdən çох
şеyi öyrənsədə, lakin Şərqin cazibəsində qalmağı хоşlamır». Baхmayaraq ki, ədəbi təkəbbür hеç
dəədəbiyyatların хеyrinəоlan amil dеyildir. Bu mənada əksər ədəbiyyatlar bu təkəbbürü bir tərəfə
qоyaraq Qərbin mоdеlindən faydalanmaqla dünya sоnеtistikasına özlərinin еcazkar töhfələrini bəхş
еtmişlər. Şübhəsiz ki, Şərq хalqları arasında öncül mövqеyəmalik Azərbaycan ədəbiyyatı kеçmişin bu
«şеir möcüzəsi»ni diqqətdən kənarda qоya bilməzdi. Ədəbiyyatımızda XX əsrin əvvəllərində təkcə
milli deyil, həmçinin Avropa mənşəli janrlara da diqqət artdı. Belə janrlardan biri də Avropada çoxdan
çoxişlək janrlar sırasındaözünə yüksək yer tutan şeir şəkillərindən olan sonet idi. Bir sıra araşdırmalara
əsasən, məlum olmuşdur ki, Azərbaycan poeziyasında sonet janrına müraciət edən ilk şairimiz Mikayıl
Müşfiq olmuşdur. O, 1928-37-ci illər arasında 12 sonet yazmışdır. Həmşinin bu dövrdə Ə.Kamal,
S.Səlmasi, H.Cavid, A.Şaiq, A.Səhhət, Ə.Səbur, M.Müşfiq, S.Vurğun, S.Rüstəm, A.İldırım, Ə.Abid
kimi söz ustalarımız ilk dəfə olaraq bu janrda qələmlərini sınadılar və Azərbaycaan lirikasında bu şeir
şəklinin özünə vətəndaşlıq hüququ qazanmasının əsasını qoydular.
Ədəbiyyat tarixində «sonetlər çələngi» adı ilə məşhur olan sonetlər silsiləsinə də rast gəlmək
mümkündür. «Sonetlər çələngi» adətən, on beş şeirdən ibarət olur. Bunlardan ən axırıncısı özündən
əvvəlki sonetlərin birinci misralarından təşkil olunur. «Çələng»in bu qaydada süni surətdə yaradılması,
çox təbii olaraq,şairi yaradıcılıq imkanlarını məhdudlaşdırır, onun geniş, canlı fikir və hislər ifadə
erməsinə mane olur.
SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI TÜRK VƏ
AZƏRBAYCAN TƏNQİDÇİLƏRİNİN TƏDQİQATINDA
Pərvanə KƏRİMOVA
ince_kapli@hotmail.com
AZƏRBAYCAN
Sovet dövrü Azərbaycan ədəbiyyatı zaman baxımından uzun, ziddiyyətli və mürəkkəb bir
dövrdür. Bu dövr ədəbiyyatına müxtəlif zamanlarda, fərqli aspektlərdən yanaşılmış, tədqiqatçılar
tərəfindən yazıçılara və onların ədəbi irslərinə doğru qiymət verilməmişdir. İstər sovet istərsə də,
ondan sonrakı dövrdə rusların ədəbiyyata təsiri qalmaqda idi, bunun nəticəsi olaraq da bu dövr ədəbi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1157
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əsərlər təhlilə cəlb olunarkən olduğu kimi yox, sovet ədəbiyyatına xidmət edən əsrlər olaraq
qiymətləndirilirdi. Bu dövr ədəbiyyatı ilə bağlı bu gün də tədqiqatlar aparılır , gələcək nəsil də heç
şübhəsiz bu mövzudan yan keçməyəcəklər.
Türk təqdiqatçıları; Yavuz Akpınar, Ərdoğan Uyqur, Salih Okumuş və s. Sovet dövrü
Azərbaycan ədəbiyyatını incələmiş və məqalələrində bu dövrü xarakterizə etmişlər.
Yavuz Akpınar " Sovet dövrü Azərbaycan ədəbiyyatı" başlıqlı yazıda dövrə ümumi aspektdən
baxmış, sovet ədəbiyyatını şərti olaraq dövrlərə bölüb yazıçılar və onların əsərlərinin adını çəkməklə
kifayətlənmiş, bu istiqamətdə tədqiqat işlərini daha çox ümumi səviyyədə ortaq türk ədəbiyyatları
konteksində dəyərləndirmişdir.
Akpınar 1920-ci il ədəbi mənzərəsini təsvir edərkən bu sözləri qeyd edir; "Böylece kaba bir
şekilde ve sun’i olarak yaratılan eski-yeni kavqasının yansıdığı edebi eserler bu eserlerde canlandırılan
kahramanlar hep bir-birine benzemeğe başlatıldı". Eyni zamanda milli ədəbiyyat və dilin inkar
edilməsini, sovet dövrü Azərbaycan ədəbiyyatının qüsurları kimi təqdim edirdi.
Bir çox tədqiqatçı bu dövrə qiymət verərkən əsərlərin quru ve sxematik olmağından, qəlibləşmiş
şəkildə eyni tərzdə yazılmasından şikayətlənmişlər.
İlk öncə onu qeyd etmək istəyirəm ki, əsərlərin quru və sxematik olması əsərin keyfiyyətinin
bədii cəhətdən aşağı olmasına gətirib çıxarsa da, bu yazıçıların yox sovet ədəbiyyatı metodunun
nəticəsi idi. Sosrealizm metodundan başqa heç bir metod və cərəyanda əsərlərin yaradılmasına icazə
verilməməsi ədəbiyyatda cılızlaşma və "boz ədəbiyyat" anlayışlarının yaranmasına səbəb oldu.
Ədəbiyyatda nə qədər quru və sxematiklik olsa da istedad hər zaman öz sözünü deyir. İstər
Mikayıl Müşfiq, Hüseyn Cavid kimi sonu ölümə məhkum olsun istərsə də, Mehdi Hüseyn, İlyas
Əfəndiyev kimi fanatik sovet ədəbiyyatı təmsilçisi olsunlar. Sovet dövrü ədəbiyyatının müxtəlif
zamanlarında, bir-birinə zidd mövqedə əsərlər yazıb yaratmış bu yazıçıları şəxsiyyətə və zamana
ayırmadan irslərini tədqiq etmək və dəyərləndirmək lazımdır.
Elçin Əfəndiyevində qeyd etdiyi kimi "Sosrealizm dövrü əsərləri qiymətləndirərkən bu sistemə
qarşı olan kin-küdurəti bir kənara qoyub ədəbi irsə obyektiv yanaşmaq, əsərlərə bədii estetik gücünə
və ədəbi əsərlərin cəmiyyətdəki roluna görə qiymətləndirmək lazımdır".
Sovet dövrü əsərləri yox saymaqla ədəbiyyatımız və ədəbiyyatşünaslığımız tarixilik baxımından
itkiyə məruz qalır. Misal üçün: İlyas Əfəndiyevin "Bahar suları" əsərində kolxoz quruluşu, onun
yaranmasından söhbət gedir. Əsər ilk başda hər kəsə məlum olan bir mövzudur, lakin bədiilik
baxımından nəzər yetirdikdə əsərdə Alxan kişi, Uğur, Şəfəq kimi obrazlar, onların daxili dünyası əlvan
boyalarla təsvir olunmuşdur. Və bu bədii təsvir əsərə ölməzlik qazandırır, eyni zamanda onu da
göstərir ki, nə qədər eyni metodda sxematik şəkildə yazılar yazılmağa məcbur edilsə də qiymətli
əsərlər öz dəyərini gec-tez tapır.
1920-ci ildən əvvəl yaradıcılığa başlamış, qələmi ilə kifayət qədər silinməz iz qoymuş
yazıçılarımız da bu dövrün məngənəsindən qurtarmaq üçün çıxış yolu axtarırdılar. Akpınarlı bu dövür
ədəbiyyatını şərh edərkən yazıçıların bir qisminin tarixi mövzulu əsərlərə, uzaq ölkələrdə baş verən
hadisələrə yönəldiyini bildirir və bunuda çıxış yolu olaraq göstərir. Yusif Vəzir Çəmənzəminli 1920-ci
ildən sonra Türkiyədə, Fransada bir müddət yaşamış, dövrü ədəbiyyatı əks etdirməmək üçün tarixi
mövzulu əsərlər, Azərbaycan ədəbiyyatı tarixinə aid araşdırmalar etmişdir, lakin bu onu rejimin
əlindən qurtara bilmədi. Tarixi mövzuya müraciət edən Cabbarlı, Cavid, Səməd Vurğunu misal
göstərmək olar.
Bir qisim yazıçılar isə susub kənara çəkildi və ya vəzifə ilə susduruldu,bir qisminin isə həm yeni
dövrə həm də öz zövqlərinə uyğun əsər yazıb yaratdılar.
Sosialist realizmin banisi, otuzuncu illərdə kamillik zirvəsinə ucalan Cəfər Cabbarlı sovet
dövrünü əks etdirən, zamanın tələblərinə cavab verən "Sevil", "Almaz", "Yaşar", "Dönüş" kimi
pyesləri qələmə aldı. Bu əsərlər artıq bədii ənənənin radikal şəkildə dəyişdiyi və qəti şəkildə
sabitləşdiyini göstərən sovet ədəbiyyatının ilk nümunələri idi(Yaşar Qarayev).
Sosrealizmə xidmət etməyənləri isə 37-ci ilin məşhur "ifşa" plenumu gözləyirdi. Nəticədə, Əli
Nazim, Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli Sibirə göndərildi.
Əgər repressiyadan əvvəl öz əcəli ilə ölməsə idi yəqin ki, Cəlil Məmmədquluzadə də bu siyahıda
olardı. Molla Nəsrəddin də yayımlatdığı hekayələrdə sovet cəmiyyətinin eyibləri, öz əksini tapırdı.
50-60-cı illər müharibədən sonrakı Azərbaycan ədəbiyyatında yeni bir nəsil yetişdi və bu
yazıçılar real müharibə səhnələrini, onun törətdiyi fəlaktləti çəkinmədən qələmə alırdılar. Ədəbiyyatda
|