Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə78/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   74   75   76   77   78   79   80   81   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1163



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mühüm  fikir  və  ideyaların  carçısı  kimi  çıxış  etməkdə  müəllifə  köməklik  göstərmişlər.  Bu  tarixi 

şəxsiyyətlər  haqqında  məlumatlar  sənədlərə  əsaslansa  belə,  müəllif  bəzi  görüşlərin,  dialoqların 

təxəyyül  məhsulu  olmasını  da  gizlətmir.  Yazıçı  qeyd  edir  ki,  M.  Lermontovla  M.F.Axundov  real 

həyatda görüşməyiblər, belə bir sənəd yoxdur. B.Marlinski M.F.Axundovu tərcümə eləmişdir, amma 

M.F.Axundov  bu  barədə  yazmayıb.  Deməli,  Lermontovu  da  qeyd  etməyə  bilərdi.  Göründüyü  kimi 

yazıçı, uydurulmuş səhnələrdə belə məntiqə əsaslanaraq hərəkət edir. Bu səbəbdən əsərdə, fantaziya 

ilə reallığın sərhəddini müəyyənləşdirmək çətindir.  

Mirzə  Fətəli  Axundovun  həyatı  və  əsərləri  ilə  bağlı  da  müxtəlif  arxiv  materiallarına  əsaslanan 

müəllif,  qəhrəmanının  həm  yazıçılıq,  həm  də  məmurluq  fəaliyyətinə  dair  faktları  sistemləşdirərək 

dolğun bədii obraz yaratmağa nail olmuşdur. 

 

 



UŞAQ ƏDƏBİYYATI, TEATR VƏ MƏNƏVİ                                          

TƏRBİYƏ MƏSƏLƏSİNƏ DAİR 

 

Xəyalə KAZIMOVA 

Bakı Dövlət Universiteti 



xeyalekazimova19@gmail.com 

AZƏRBAYCAN 

 

Hələ  körpəlikdən  başlayaraq  analarımızın  bizə  oxuduğu  laylalar,  nənə-babalarımızın  bizi 



əzizləyərkən  dediyi  oxşamalar,  nazlamalar,  gecə  yatmazdan  əvvəl  ata  və  analarımızın  oxuduğu  bir-

birindən  maraqlı  nağıllar,  habelə  mənzum  hekayələr,  didaktik  şeirlər  və  təmsillər  uşaq  ədəbiyyatı 

nümunələrinə daxildir. 

Uşaq  ədəbiyyatı nümunələri  özündə  çox  güclü  ideya  və  mənəvi  bir  yük  daşıyır,  uşaqlara  güclü 

mənəvi-etik  keyfiyyətləri  aşılayır.  Bu  ədəbiyyat  uşaqları  düşünüb–daşınmağa,  ibrət  götürməyə, 

paklığın və mənəvi bütövlüyün qüdsiyyətini görməyə və mənimsəməyə sövq edir. Hər yaş dövrünün 

həm  fiziki,  həm  də  əqli  cəhətdən  özünəməxsus  keyfiyyətləri  vardır.  Uşaq  ədəbiyyatı  nümunələrində 

uşaqların yaş xüsusiyyətləri, psixologiyasıda nəzərə alınmalıdır. Bu ədəbiyyat nümunələrində uşaqlara 

adət-ənənələrimiz,  ölkəmizin  coğrafiyası  və  sair  haqqında  biliklər,  məlumatlar  öyrədilir.  Bu 

nümunələr uşağı yüksək zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının tarixi keçmişinə dərindən 

bələd olmağı öyrədir. 

Biz,  uşaq  ədəbiyyatı  nümunələrinə  hələ  klassik  ədəbiyyatdan  başlayaraq  rast  gəlirik.  Nizami 

Gəncəvi,  Məhəmməd  Füzuli,  Qasım  bəy  Zakir,  Süleyman  Sani  Axundov,  Abbas  Səhhət,  Mirzə 

Ələkbər Sabir, Abdulla Şaiq, Mikayıl Müşfiq, Mir Cəlal və s. Azərbaycan uşaq ədəbiyyatının ən yaxşı 

nümunələrini yaratmışlar. 

Abdulla  Şaiq  uşaq  ədəbiyyatının  ən  çox  sevilən  nümunələrini  yaratmışdır.  Abdulla  Şaiqin 

irsindən  bizə  “Keçi”,  “Quzu”,  “Xoruz”,  “Bənövşə”  və  s.  şeirləri,  həmçinin  “Yaxşı  arxa”,  “Tülkü 

Həccə  gedir”,  böyüklərin  belə  əzbər  bildiyi  “Tıq-Tıq  xanım”  kimi  iri  həcmli  əsərləri  vardır  .Onun 

əsərləri indiki dövrdə də balacalar, uşaqlar tərəfindən çox böyük maraqla qarşılanır. Həmçinin Mirzə 

Ələkbər Sabirin, Abbas Səhhətin, Süleyman Sani Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəfər 

Cabbarlının,  Seyid  Hüseynin  və  başqalarının  da  Azərbaycan  milli  uşaq  ədəbiyyatının 

zənginləşməsində xidmətləri böyükdür. Bu yazıçıların əsərlərində həm də müasir dövrün mövzuları da 

işlənmişdir. 

1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyinə qovuşdu. Belə bir dövrdə ədəbiyyatımızda, o 

cümlədən  uşaq  ədəbiyyatında  da  xeyli  dəyişikliklər  oldu.  Uşaq  ədəbiyyatı  müstəqillik  illərində  də 

özünü üç qisimdə göstərir: 

1.

 

Bu illərdə uşaq ədəbiyyatının yeni nümunələri yaranıb.  



2.

 

Klassiklərin uşaq ədəbiyyatı nümunələri təkrar nəşr edilib.  



3.

 

Dünya uşaq ədəbiyyatından tərcümələr olunub. 



Müstəqillik  illərində  yaranmış  nümunələrə  “Sular  ayna  olanda”  (Y.Həsənbəy),  “Yanıltmaclı 

əlifba” (Ə.Salahzadə), “Ağ göyərçinim” (Davud Aslan), “Çəkməli ayı” (Əziz Kərim), “Balam niyə bal 

dadır”  (Nizami  Paşa  Saraclı),  “Babalar,  nənələr,  nəvələr”  (T.Elçin),  “Kişi  kimi”  (G.Hüseynoğlu), 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1164



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Odlar  yurdunun  paytaxtı”  (Zahid  Xəlil),  “Lalənin  ləçəyi”  (Ruzgar  Əfəndiyeva)  və  s.  nümunə 

göstərmək olar.  

Uşaq  folkloru  ilə  yanaşı  uşaqları  həm  əyləndirən,  eyni  zamanda  onlara  ədalət,  səxavət,  pisliyə 

yaxşılıqla cavab vermək bacarığı, dostluqda, yoldaşlıqda düzlük və dəyanətli olmaq, ağıllı və tədbirli 

olmaq  və  s.  bu  kimi  keyfiyyətlərin  aşılanmasında  teatrların,  cizgi  filmlərinin  rolu  böyükdür. 

Azərbaycanda  Abdulla  Şaiq  adına  Dövlət  Kukla  Teatrı,  Gənc  Tamaşaçılar  Teatrı  kimi  uşaqlar  və 

gənclər üçün teatrlar fəaliyyət göstərir. Vaxtaşırı bu teatrlarda bir-birindən maraqlı tamaşalar verilir. 

Azərbaycanda  Bakı  Uşaq  Teatrı  2001-ci  il  aprel  ayının  9-da  Bakı  şəhər  Mədəniyyət  və  Turizm 

İdarəsinin  260  saylı  sərəncamı  ilə  yaradılmışdır.  Bu  günə  qədər  teatrda  35-dən  artıq  yüksək  bədii 

keyfiyyətlərə  malik,  tamaşaçıların  zövqünü  oxşayan  tamaşalar  göstərilmişdir.  Uşaq  Teatrı  Qafqazda 

tanınan  peşəkar  teatrlardandır.  Fəaliyyət  göstərdiyi  müddət  ərzində  özünə  çox  böyük  tamaşaçı 

auditoriyası  yaratmışdır,  bir  sıra  dövlət  tədbirlərində  və  beynəlxalq  teatr  festivallarında  uğurlu  çıxış 

edərək diplom və mükafatlara layiq görülmüşdür. 

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində “Məlikməmməd” adlı tamaşanın  əsasını 

şən,  macəravı  əhvalat  təşkil  edir  və  tamaşaçıları  xeyirxah  biri  olmağa  çağırır.  Habelə  T.Ağayevin 

“Qoçaq Əhməd” əsəri əsasında səhnələşdirilən eyni adlı uşaq tamaşası da gənc tamaşaçılar tərəfindən 

maraqla  izlənilir.  “Min  bir  gecə”  nağılı  əsasında  səhnələşdirilən  “Ələddin”  adlı  tamaşada  balaca  bir 

oğru  olan  Ələddinin  məşhur  cadukün  tərəfindən  başına  gətirilən  çətinliklərdən  bəhs  edilir.  Tamaşa 

Ələddinin bütün çətinliklərə ağlı, zəkası ilə qalib gəlib, şahzadə qızla həyat qurub xoşbəxt olmasından 

bəhs edir. Obrazın maneələri dəf etməsi, göstərdiyi şücaət, əslində, uşaqları mübariz böyüməyə sövq 

edir.  Gənc  Tamaşaçılar  Teatrında  səhnələşdirilən  və  böyükdən  kiçiyə  hamının  çox  yaxşı  bildiyi 

Abdulla Şaiqin “Tıq-Tıq xanım” əsəri əsasında hazırlanan “Tıq–Tıq xanım” tamaşasının sonunda belə 

bir qənaətə gəlmək olur ki, hər bir adamın dostu olmalıdır. Lakin dost qazanmaq üçün sən də dostluq 

etməyi  bacarmalısan.  Milli  folklorumuzun  gözəl  nümunəsi  olan  “Göyçək  Fatma”  nağılı  əsasında 

hazırlanmış  eyniadlı  tamaşada  balalarımıza  ədalətli  olmaq  kimi  gözəl  duyğular  aşılanır.  Xeyirxah, 

göyçək  Fatma  qarşısına  çıxan  hər  cür  çətinlikləri  təmkinlə  aradan  qaldırıb  öz  istəyinə  nail  olur. 

Tamaşadan aydın olur ki, həyatda yalnız işıq, xeyir, xeyirxah insan deyil, həm də qaranlıq, şər, zülmət 

var.  Biz,  bu  cür  kəlmələrə  nağıllarımızda  tez-tez  rast  gəlirik  ki,  bu  sözlər  nağılları  daha  sirli,  daha 

macəravi  edir. Və  bu  cür  zülmət,  qaranlıq,  pisliklərdən  xilas  olmaq  üçün  mütləq  mübariz  olmalısan. 

Çətinlikləri  dəf  etməyi  bacarmalısan.  Tamaşa  qəhrəmanının,  obrazın  xarakterindəki  qorxmazlıq, 

mübarizlik, cəsarət balacaların, uşaqların tərbiyəsinə müsbət təsir göstərir və örnək olur. 

Yuxarıda qeyd olunan tamaşaların sayını artırmaq da mümkündür. Bura “Vətən”, “Danışan gəlin-

cik” , “Ağıllı uzunqulaq”, “Humayın yuxusu” , “Fidan və Qoğal” və s. tamaşaların adlarını çəkə bilərik. 

Göründüyü kimi balacaların inkişafında, onlara müsbət insani, əxlaqi keyfiyyətlərin aşılanmasın-

da teatrların və uşaq folklorunun, ədəbiyyatının rolu çox böyükdür. Beləliklə, istər bu uşaq ədəbiyyatı 

nümunələri,  istərsə  də  teatrda  göstərilən  tamaşalar  uşaqların  mənəvi,  zehni  cəhətdən  inkişafında 

müstəsna dərəcədə müsbət təsir göstərir. 

 

 

UŞAQ VƏ ŞİFAHİXALQ ƏDƏBİYYATI 



 

Şahnaz ƏLİYEVA 

QafqazUniversiteti 



seliyeva@std.qu.edu.az

 

AZƏRBAYCAN 

 

Uşaq ədəbiyyatı dedikdə ağla ilk gələn,əsasən, uşaqların oxuması üçün nəzərdə tutaraq yazılmış 



bədii  ədəbiyyat  nümunələri  olur,  lakin  məsələyə  biraz  geniş  baxdıqda  uşaqların  hətta  oxuma-yazma 

bilmədiyi  kiçik  yaşlarından  ilk  eşitdikləri  ədəbiyyat  nümunələrinin  şifahi  xalq  ədəbiyyatına  mənsub 

olması danılmaz faktdır. Deməli, uşaq ədəbiyyatı yalnız uşaqlar üçün yazılmış ədəbi nümunələri əhatə 

etmir, bu ədəbiyyat sahəsinin şifahi xalq ədəbiyyatı ilə güclü əlaqəsi var. Mövzu cəhətdən də zəngin 

olan şifahi xalq ədəbiyyatımızda uşaqların faydalana biləcəyi mövzulara nümunə kimi nənələrimizin, 

analarımızın  bizə  oxuduğu  laylaları,  danışdıqları  şirin  nağılları,  əfsanələri  göstərmək  olar  ki,  bu  da 

bizə  uşaqlarla  ədəbiyyat  arasındakı  ünsiyyətin  düşündüyümüzdən  daha  əvvəl,  hətta  beşikdən 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1165



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

başladığını  göstərir.  O  zaman  ədəbiyyat  sevgisini  uşaqlara  aşılamağın  artıq  onlar  böyüyüb  oxuma-

yazma  dövrünə  çatdıqda  başlamağımızda  ,  uşaq  və  ədəbiyyat  haqqında  düşünməyimizdə  artıq 

gecikdiyimizi düşünmürsünüzmü? 

Günümüzdə  aktual  məsələlərdən  biridir  ki,  yazarlar  uşaq  ədəbiyyatı  nümunələri  üzərində 

işləyərkən daha həssas olmaq, həm uşaqların asanlıqla mənimsəyə biləcəkləri əsərlər yazmaq, həm də 

uşaqların yaş dövrünə uyğun olaraq bu əsərlərdə müəyyən mövzulara toxunaraq uşaqları hər hansı bir 

mövzuda maarifləndirmək əsas meyarlardandır. Bildiyimiz kimi, ədəbiyyat insan həyatında böyük rol 

oynayır.  “Uşaqlar  gələcəyimizdir”  kimi  cümlələri  də  tez-tez  eşidirik.  Məhz  gələcəyimizi  təslim 

etdiyimiz uşaqların inkişafı da elə bizdən, onlara oxuyub öyrətdiyimiz, mənimsətdiklərimizdən, onlara 

aşıladığımız təlim-tərbiyədən asılıdır. Bu qarşılıqlı əlaqə də bir daha uşaq ədəbiyyatına daha diqqətlə 

yanaşmağa  əsas  verir.  Uşaqların  daha  intellektual,  geniş  dünya  görüşlü  olmasına  çalışmaqla  yanaşı, 

onları  milli-mənəvi  ruhda  böyütməli,  adət-ənənələri  də  aşılamalıyıq.  Bütün  bunlar  yazarlarımızı 

düşünməyə vadar edir, onlar uşaq ədəbiyyatı nümunəsi üzərində işləyərkən uşaq psixologiyasına geniş 

önəm verir, psixologiyanı daha dərindən mənimsəməyə çalışırlar. Halbuki, biz bəzən dildən-dilə gəzən 

və  üslubu  sadə  olan  şifahi  xalq  ədəbiyyatımızı  unuduruq.  Bu  hazır  ədəbiyyat  nümunələri-

dastanlar,rəvayətlər, məsəllər və s. vasitəsilə gələcəyimizə həm adət-ənənəmizi, yaşam tərzimizi, həm 

də  müəyyən  mənada  dil  və  tarixi  keçmişimizi  aşılaya  bilərik.  Eləcə  də  uşaqların  təxəyyülünün 

inkişafında  nağıllar  və  əfsanələrin  də  rolu  böyükdür.  Bu  ədəbiyyat  nümunələri  sanki  yaş  dövrünə 

uyğun da kateqoriyalanıb. Əzizləmələr, laylalar beşikdə körpələrə  oxunarkən dastanlar, yanıltmaclar 

nisbətən yaşı çox olan uşaqlar üçün  əlverişli hesab olunur. Əslində isə uşaqlar üçün nəzərdə tutulub, 

onlar  üçün  yazılıb  demək  düzgün  olmazdı.  Məsələn,  sayaçı  sözləri  yarandığı  dövrdə  onlar 

əməksevərlərin işinin yüngülləşməsi üçün nəzərdə tutulub oxunardı. Sonralar isə diləyatımlı olduğu, 

axıcı  ritmi  sayəsində  yaddaşda  asanlıqla  qaldığı  üçün  uşaqların  dillər  əzbəri  oldu.  Beləcə,  onlarda 

əməyə və əməkçiyə sevgi aşılandı.Rəvayətlər sayəsində tarixi faktları öyrənmək üçün hələ yaşı az olan 

uşaqlarda  tarix,  zaman,  keçmiş  anlayışı  formalaşır.Lətifələr  və  tapmacalarla  vaxtlarını  əyləncəli 

keçirən  uşaqlarda  isə  hazırcavablıq  yaranır.  Dillər  əzbəri  olan  atalar  sözləri  və  məsəllər  isə  nəinki 

uşaqlar  üçün,  hətta  böyüklər  üçün  də  bir  növ  məsləhət  rolu  oynayır.Beləcə,  uşaqlıq  dövrünü  bu 

nümunələrlə  keçirmiş  uşaqlarda  ana  dili  də  düzgün  istiqamətdə  inkişaf  edər.  Həm  də  ,  zənnimcə, 

köhnəlmiş  milli  sözlərin  də  lüğətimizdən  çıxarılma  prosesi  də  ləngiyər.  Məncə,  dilimizə  bu  qədər 

xarici təsirin çox olduğu dövrdə buna həqiqətən də ehtiyac var. Şifahi xalq ədəbiyyatının üstünlükləri 

isə  hələ  bununla  bitmir.Psixoloqlar  da  bu  ədəbiyyat  nümunələrinin  faydalarından  danışır.Bu 

nümunələr uşaqların öz aralarında və eləcə də onların böyüklərlə ünsiyyətini artırır. Məsələn, lətifələr, 

tapmacalar, yanıltmaclar və s. həmyaşıdlar arasında ünsiyyətin yaranmasına xidmət edir. Əzizləmələr, 

nağıllar, dastanlar isə əsasən böyüklər tərəfindən deyildiyi üçün onlar da uşaqlarla böyüklər arasındakı 

ünsiyyətdə körpü rolu oynayır. Günümüzdə uşaqlarda elektronikaya maraq artması ilə bərabər, onlarda 

özünəqapanıqlıq  yaranır,  beləcə  ünsiyyət  azaldıqca  assosiallıq  və  bundan  törəyən  müxtəlif  psixoloji 

problemlər  üzə  çıxır.Bütün  bu  faktları  gözdən  keçirərək  ata-babalarımızın  nə  qədər  uzaqgörən 

olduğunu görürük. Dövrümüzdə bir uşaq ədəbiyyatı nümunəsi yaradarkən qarşıya qoyulan məqsədləri 

və prosesləri gözdən keçirərək dildən-dilə keçib hətta bu qədər dəyişikliklərə məruz qalan şifahi xalq 

ədəbiyyatı  nümunələrinin  kor-koranə  yarandığını  düşünmək  düzgün  olmazdı.Bəlkə  də  hələ  bu 

nümunələrin günümüzə gəlib çatanadək keçdiyi proses də onun inkişafına təsirsiz ötüşməyib. 

 Hal-hazırda  yeni  uşaq  ədəbiyyatı  nümunələri  yazmaqla  bərabər,  dünya  ədəbiyyatı  incilərini 

tərcümə  edib  uşaqlara  təqdim  etmək  də  gündəmdə  olan  məsələlərdəndir.  Bilirik  ki,  bu  mövzuda  da 

müəyyən  müzakirələr,  fikir  mübadilələri  də  gündəmdə  yer  almaqdadır.  Bu  mövzudan  yan  keçərək 

sadəcə  onu  qeyd  edəcəm  ki,  tarixi  incilərimiz  olan  şifahi  xalq  ədəbiyyatı  nümunələri  ilə  dünya 

ədəbiyyatı  nümunələrini  eyni  tərəzinin  gözünə  qoymaq  olmaz.Dünyanı  kəşf  etməzdən  əvvəl 

şəxsiyyətin düzgün formalaşması üçün özümüzü tanımalıyıq.Həm də, yazılı ədəbiyyat nümunələri ilə 

tanışlıq (istər milli, istər xarici ədəbiyyata mənsub olsun) nisbətən sonrakı yaş mərhələlərini əhatə edir. 

Uşaqlar  yazılmış  və  ya  tərcümə  olunmuş  ədəbiyyat  nümunələrini  oxuyacaq  yaşa  gələnə  qədər  isə 

onları  ədəbiyyatdan  məhrum  etmək  düzgün  olmaz.  Çünki  ədəbiyyat,  məncə,  özü  bir  yaşam 

tərzidir.Yaşam  tərzimizi  milli  ruhda  kökləyib  kim  olduğumuzu,  hardan  gəldiyimizi  unutmamaq  və 

unutdurmamaq  üçün  ilk  öncə  uşaqları  şifahi  xalq  ədəbiyyatımızla  tanış  etməli,  onları  buzəngin 

nümunələrimizlə  bəsləməyə  diqqət  yetirməliyik  ki,  onlar  da  öz  növbəsində  bu  sərvətimizi  gələcək 

nəsillə paylaşsın,onlara dabu sərvətdən pay düşsün və eləcə də bu zəngin nümunələr unudulub tarixə 

qarışmasın. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1166



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

V.SƏMƏDOĞLU YARADICILIĞINDA AMERİKA YENİ KOMİK ÇALARDA 

 

Aygün SƏTTAROVA 

SDU 


aygun201182@gmail.com 

AZƏRBAYCAN 



 

Sovet və müstəqillik dövrü dramaturgiyamızın ən yaxşı komedioqraflarından biri kimi yaddaşlara 

köçmüş  Vaqif  Səmədoğlu  yaradıcılığında  isə  komikliyin  məzmunu  və  bədii  planı  tamamilə  yeni  və 

fəqlidir. Yaradıcılığının ilk dönəmlərində şair kimi tanınmış və sevilmiş Vaqif Səmədoğlu səksəninci 

illərdə  yazdığı  “Bəxt  üzüyü”  komediyası  ilə  özünü  ədəbi  ictimaiyyət  üçün  həm  də  yaxşı  bir 

komedioqraf  kimi  kəşf  etdi.  Bir  neçə  il  sonra  yazılmış  “Yaşıl  eynəkli  adam”  pyesi  isə  dramaturqun 

komediya  janrına  müraciətinin təsadüfi  bir  hadisə  olmadığını  onun  istedadının  yönümü  ilə  sıx  bağlı 

olduğunu təsdiqlədi.  

“Bəxt  üzüyü”  və  “Yaşıl  eynəkli  adam”  pyeslərinin  komik  məzmunu  sovet  dövrü  və  insanı  ilə 

bağlı idi. Bu əsərlərin komik planını da məhz bu dövrün həqiqətləri və xarakterləri vermişdir. Ancaq 

bu pyeslərin yazılmasından qısa bir zaman sonra, yəni doxsanıncı onillikdə artıq dövr başqa bir dövr 

idi, insan da başqa bir insan idi. Yeniləşən dövr komedioqrafa yeni məzmun, yeni qəhrəman təqdim 

edirdi.  Odur  ki,  Vaqif  Səmədoğlu  “Yaşıl  eynəkli  adam”  pyesində  sərgüzəştlərini  təsvir  etdiyi  sovet 

azərbaycanlıların indi də doxsanıncı illərdə müstəqillik dövrünün insanları kimi izləmək üçün yenidən 

“yaşıl  eynəyi  gözlərinə  taxır”.  Beləliklə,  dramaturgiyamızda  1999-cu  ildə  “Yaşıl  eynəkli  adam  -  2” 

pyesi  meydana  çıxır.  Pyes  artıq  Azərbaycan  oxucusuna  çox  yaxşı  tanış  olan  qəhrəmanları  yenidən 

oxucuların  görüşünə  gətirir.  Azərbaycan  tamaşaçısı  üçün  artıq  bu  qəhrəmanların  kimliyi,  xarakteri, 

düşüncəsi,  həyat  tərzi,  münasibətləri  çox  aydın  və  bəlli  mövzu  idi.  Dramaturq  yaxşı  tanıdığımız 

qəhrəmanları “Yaşıl eynəkli adam - 1” əsərində görünməyən, bizim üçün yeni olan tərəflərdən təsvir 

edir  və  oxucu  onları  sanki  yenidən  özü  üçün  kəşf  edir.  Yeni  dövrün  –  keçid  dövrü  dediyimiz 

doxsanıncı  illərin  yüz  səksən  dərəcə  dəyişən  ab-havasında  “köhnə  tanışlar”  belə  yeni  maraq  və 

məzmun-mündəricə  qazanırdılar.  Belə  ki,  “Yaşıl  eynəkli  adam  -  1”  pyesindən  tanıdığımız 

qəhrəmanları “Yaşıl eynəkli adam - 2” əsərində yenidən gördükdə müəyyən müqayisə yaranır. Və bu 

müqayisədə eyni insanı iki fərqli zamanda görür və bu insanın dəyişən maraq və meyillərində zamanın 

məzmununu  daha  aydın  şəkildə  oxuyuruq.  Biz  hələ  səksəninci  illərdə  yazılmış  birinci  əsərdən  bu 

obrazları komik situasiyanın qəhrəmanları kimi tanıyırıq.Doxsanıncı illərdə yazılmış ikinci əsərdə də 

onlar  komik  situasiyanın  qəhrəmanıdırlar.  Ancaq  eyni  qəhrəmanlar  bu  iki  əsərdə  fərqli  komik 

situasiyalardadırlar. Çünki səksəninci illərin komizmi doxsanıncı illərin komizmindən fərqlənirdi. Və 

hər zamanın özünün komik çalarını eyni qəhrəmanların dili ilə oxumaq əlbəttə, dramaturq tərəfindən 

planlı şəkildə edilmişdi.  

 Sovet təbliğat maşınının kapitalist ölkələri haqqında verdiyi informasiya və yaratdığı təsəvvürün 

həqiqətə  yox,  müəyyən  siyasi  maraqlara  xidmət  etdiyini  özü  üçün  kəşf  edən  keçmiş  sovet  vətəndaşı 

SSRİ  ilə  bağlı  mifin  dağılmasından  sonra  Avropa  və  Amerikanı  “xoşbəxtlər  ölkəsi”  kimi  xəyalında 

canlandırır,  dünyanın  bu  “cənnət”  məkanından  gələn  hər  kiçik  sədanın  belə  onlara  böyük  səadət 

gətirəcəyini düşünür. Bir sözlə, bu insana görə Avropa və Amerika ilə münasibəti olmaq elə milyonçu 

olmaq deməkdir. “Yaşıl eynəkli adam - 2” pyesində hadisələrin dramatizmi və situasiyanın komikliyi 

məhz bu motiv üzərində qurulmuşdur.  

 “Yaşıl eynəkli adam - 2” pyesində amerikalı qohumunun milyonlarına şərik olmaq ümidi ilə var-

yoxlarını fəda edən qohum-əqrəbanın “çox istəyən azdan da olar” situasiyasına düşməsi bədii gülüşü 

daha məzmunlu və mənalı edir.  

“Yaşıl  eynəkli  adam  -  2”  pyesinin  qəhrəmanları  Ameriakanın  sədasını  eşidən  kimi  bütün  var-

yoxlarını satır, çox sevdikləri vəzifələrindən istefa verirlər. XX əsrin azərbaycanlısının təsəvvüründə 

Amerika  cənnət-məkan  bir  diyar,  sakinləri  isə  milyonçudurlar.“Yaşıl  eynəkli  adam  -  2”  pyesinin 

qəhrəmanları arasında belə bir söhbət baş verir: 

Qafar: Hə, nə deyirsən, Kazım? 

Kazım: Nə deyəcəyəm, qarşılamaq lazımdır. 

Jalə:  Qafar  qardaş,  məni  siz  bilirsiniz,  hamı  da  bilir  ki,  belə  şeylər  qətiyyən  maraqlandırmır, 

ancaq o Feyzulla kişi nətəri, var-dövlətli adamdı? 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1167



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Kazım:  Ağaz,  kişi  Əfqanıstandan  gəlir?  Banqladeşdən  gəlir?  Şri-Lankadan  gəlir?  Ağaz, 

Amerikada  kasıb  adam  var?  Ronald  Reyqan  Qorbaçovdan  əlborcu  beş  dənə  adam  alıb,  Amerikada 

göstərməyçün özüylə aparmamışdı?  

Göründüyü kimi, keçmiş sovet insanı Ameriakada yaşayan bir şəxs haqqında hələ heç bir bilgiyə 

sahib olmadan yalnız bir mühakimə yürüdür: “Amerika vətəndaşıdırsa, demək milyonçudur”.  

Professor  N.Paşayeva  “İnsan  bədii  tədqiq  obyekti  kimi”  adlı  tədqiqatında  yazır:  “Gülüş 

hadisəsinin  təbiəti  ilə  bağlı  təhlillər  aparılarkən  hər  şeydən  əvvəl  gülüşün  predmeti  haqqında 

düşünmək  lazımdır:  yəni  gülən  kimdir  və  kimə  gülür?”  Fransız  filosofu  Volter  deyirdi  ki,  gülüş 

axtarışına dünyanın ən kədərli adamları çıxırlar. Oxucunun yaddaşında yaxşı bir komediya ustası kimi 

yer  tutan  Vaqif  Səmədoğlunun  poeziyası  bizə  deyir  ki,  doğrudan  da,  o,  bizim  ən  kədərli 

müasirlərimizdəndir.Poeziyasında  oxucusunu  göz  yaşına,  dramaturgiyasında  isə  daha  çox  gülüşə 

kökləyən  Vaqif  Səmədoğlu  “Yaşıl  eynəkli  adam  -  2”  pyesində  professor  N.Paşayevanın  sözləri  ilə 

desək,  kimə  gülür?  Əlbəttə,  bunlar  “hazıra  nazir  olmaq”  istəyən,  asan  varlanmaq  eşqinə  düşən 

insanlardır.  Varlanmağın  isə  ən  qısa  yolu  isə  bu  epoxanın  –  doxsanıncı  illərin  insanı  üçün  xariclə 

ünsiyyətdən  keçir.  Onlar  üçün  sərhədlərin  açıldığı,  xariclə  bağlı  qadağaların  ortadan  götürüldüyü 

müasir dönəmdə ordan gələn hər səda qohumluq zəncirində növbəti həlqə deyil, var-dövlət qazanmaq 

üçün  yaxşı  bir  fürsətdir.  Bu  fürsəti  fövtə  verəndə  isə  onlar  xeyli  narazı  görünürlər.  “Yaşıl  eynəkli 

adam - 2” pyesinin qəhrəmanlarından biri bu haqda necə də yana-yana danışır: 

“Dedim ki, məni belə şeylər heç vaxt maraqlandırmayıb. Mənim bacımın ərinin dayısı gəlmişdi 

keçən  il  Türkiyədən.  Milyonçunun  milyonçusudu!  Nə  oldu?  Gəldi,  gördü  ki,  bunların  evi-eşiyi, 

bağları, maşını... Xülasə, heç bir şey verməyib. Ongün yeyib-içib, yalla, qayıtdı...”  

Keçmiş sovet vətəndaşı olan azərbaycanlının təsəvvüründə Qərb və Amerika mövzusu doxsanıncı 

illər  dramaturgiyamızda  bir  neçə  pyesdə  komik  üslubda  işlənsə  də,  Vaqif  Səmədoğlu  “Yaşıl  eynəkli 

adam - 2” komediyasındabu mövzunun daha yeni komik çalarını və bədii həllini tapdı. 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin