AFORİZMLƏR ATALAR SÖZLƏRİNİN İNVARİANTI KİMİ
Güntəkin Qəzənfər qızı MUSAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı
m.tekin@mail.ru
AZƏRBAYCAN
Şifahi xalq ədəbiyyatının bir çox növləri, janrları hələ lap qədim zamanlardan başlayaraq yazılı
ədəbiyyata yol tapmış və bütün janrlarının formalaşmasında, poetik strukturunun öyrənilməsində bu və
ya digər dərəcədə iştirak etmişdir. Ona görə ki, yazılı ədəbiyyatın bir çox janrları nağıllar, dastanlar,
rəvayətlər, əfsanələr, lətifələr, atalar sözləri və s. bədii janrlar əsasında yaranıb boy atmışdır. Yazılı
ədəbiyyatın belə janrlarından biri də aforizmlərdir. Belə ki, aforizmlər janr variantlığına görə atalar
sözlərinin invariantıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1178
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Atalar sözü xalqın tarixən sınaqdan çıxardığı həyat müşahidələrinin bədii ifadəsidir. Sadəlik və
lakoniklik onun əsas əlamətlərindəndir. Lakin buna baxmayaraq, məzmun dairəsinin əhatəliliyinə,
yürüdülən mühakimələrin dəqiqliyinə, müşahidədən və sosial-tarixi təcrübədən alınan nəticələrin
ümumiləşdirilməsinə görə atalar sözü bəzən iri həcimli əsərləri belə kölgədə qoyur. M.Qorkinin dediyi
kimi, “Kitablar dolusu hikmət olan atalar sözü və məsəllərdə” xalqın ümumiləşdirdiyi nəticələr
ibrətamizdir. Məsələn, “İnək kimi süd verməyən, öküz kimi kotan sürər”, “Yaxşılıq elə at dəryaya,
balıq bilməsə xalıq bilər” və s.
Aforizmlər də atalar sözləri kimi fikri tam ifadə edən, dildə müstəqil yaşaya bilən, ümumiləşmiş
bir kəlamdır. Məsələn, “Qəlbdən çıxan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da
ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən çıxıb gedər” (H.Cavid),
“Dostlara qurban getməyən baş çiyinin üstündə ağır yükdür” (M.İbrahimov), “Yer üzündə hakim,
məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz” (C.Cabbarlı) və s.
Aforizmlər ilk öncə şifahi xalq ədəbiyyatından qaynaqlanır. Həyatın mənası fəlsəfədən daha çox,
mifik təfəkkürdə, dastanlarda və əsatirlərdə tapır. Xalq hikməti kimi, aforizmlər də insanların həyat
təcrübəsinin məntiqi ümumiləşdirilməsindən daha çox, hissi yaşantıların obrazlı ifadəsinə uyğun gəlir.
Atalar sözlərinin əsas xüsusiyyətlərindən biri sayılan forma sabitliyi və mütləq mühafizəkarlıq
aforizmlərdə də öz əksini tapmışdır. Hər iki janrda fikri tam şəkildə ifadə edən lakonik, sərrast
kəlamlardır.
Atalar sözlərinin əsas xüsusiyyətlərindən biri olan substansionallıq aforizmlərdə də öz əksini
tapmışdır. Atalar sözlərinin janr semantikasındakı öyüd, nəsihət kimi məfhumlar aforizmlərdə də var.
İnsanlar bu anlayışların universal mahiyyətini öz həyatlarına tədbiq edir və nəticə də bu fərdi, intim
hadisələr ümumbəşəri konteksdə qavranılır. Deməli, hər iki janrda da cəmiyyətlə fərdin istəkləri elə
ümumiləşdirilir ki, hər ikisinin mənafeləri üst-üstə düşür. Məsələn, “Dərd əhlinin dilini dərd əhli bilər”
(C.Məmmədquluzadə) aforizmində yazıçının fərdi hisslərini insanlar öz həyatlarına tədbiq edirdilər.
Əksər atalar sözləri aforizmlərin meydana gəlməsində əsas rol oynamışdır. Belə ki, XX əsrdə
yaranan aforizmlərin bəziləri improvizə edilmiş şəkildə meydana gəlmişdir. Bu yolla folklor
nümünələri təbliğ olunurdu və eyni zamanda el variantlarının müəllifli variantları yaranırdı. Qeyd
etmək lazımdır ki, improvizə edilmiş şəkildə meydana gələn aforizmlər ideyaya, mövzuya, ictimai
mühitə uyğun olaraq daha çox satirik ruhda işlənmişdir. Məs, “Ölmə, eşşəyim, ölmə, yaz gələr
hürriyyət bitər” (Cəlil Məmmədquluzadə) – “Ölmə, eşşəyim ölmə yaz gələr, yonca bitər” (Atalar
sözləri), “İt qaya kölgəsində yatar, deyər: - Öz kölgəmdir” (Atalar sözləri) – “Ay quzu bu curət sənin
deyil, o dalını dayadığın dağındır” (Y.V.Çəmənzəmənli), “Niyyətin hara, mənzilin ora” (Atalar
sözləri) – “Taleyimiz hara, mənzilimiz ora” (İ.Əfəndiyev), və s.
Göründüyü kimi, aforizmlər janr paradiqması cəhətdən atalar sözlərinin janr invariantıdır. Müəllif
paradiqmasına gəldikdə isə fərqlilik nəzərə çarpır. Ümumiyyətlə, şifahi xalq ədəbiyyatında müəllif
məsələsi hələ də mübahisəli məsələlərdən biridir. Folklorun şifahi, anonim və kollektiv yaradıcılıq
məhsulu olması burada müəlliflik anlayışını şərti şəkildə düşünməyə imkan verir. Folklor mətinlərində
ümumi meyil izlənilir, hadisələrə ortaq fikir bildirilir. Məsələn, “müdrik kəlamlar “atalar sözləri”
adlandırılır, oğuznamə əzəli təcrübənin,el müdrikliyinin, xatirələrin ifadəsi, “qeybdən gələn dürlü
kəlam” kimi xatırlanır. Bir növ, burada insan söylədiyi fikir üçün fərdi məsuliyyət daşımır.
Aforizmlərin isə kim tərəfindən yarandığı, kim tərəfindən söylənildiyi hamıya məlumdur. Atalar
sözlərindən fərqli olaraq burada hər bir insan söylədiyi fikir üçün fərdi məsuliyyət daşıyır. Ancaq
müdrik kəlamı söyləyən insan fikrin ona aid olmadığını atalara aid olduğunu işarələyərək özünü bir
növ özünü siğortalayır. Məsələn, Atalar demişkən: “Zimistan çəkməyən bülbül, baharın qədrini
bilməz”, “Döymə qapımı, döyərlər qapını” və s. Beləliklə, aforizmlər müəllifi məlum olan atalar
sözləridir, atalar sözləri isə müəllifi unudulmuş hikmətli kəlamlardır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1179
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ALTMIŞINCILAR MÜASİR DÖVRDƏ
Sədaqət HACIYEVA
haciyeva.sedaqet@gmail.com
AZƏRBAYCAN
Sovet ədəbiyyatını üç dövrə bölmək olar:
1)
20-30 cu illər
2)
40-50 ci illər
3)
60-80 ci illər
Y.Qarayev “Nəsrin yeniliyi” məqaləsində 60-cı illərin ədibləri haqqında belə bir fikir bildirir:
“Ədəbiyyata sadəcə olaraq isdedadlı təklər yox, birdən-birə qəflətən bütöv bir ədəbi nəsil daxil oldu.
İnsana diqqət dərinləşdi.Nəsir müasirliyin ağrılı problemlərinə laqeyid qala bilmədi. Qəribə, uğursuz,
təzədlı, mürəkkəb taleli adamlar,həyatda bəxti gətirməyənlər nəsrə axınla daxil olmağa başladılar”.
Bu ədiblərə Anar, Mövlud Süleymanlı, Nərman Həsənzadə,Fikrət Qoca, Ramiz Rövşən, Maqsud
İbrahimbəyov, Musa Yaqub, Elçin, Vidadi Babanlı və.s aid etmək olar və onlar bu gün də öz ədəbi
fəaliyyətlərini davam etdirirlər. Bu yazıçılar sovet ideologiyasiının təsirindən çıxaraq yeni üslubda,
yeni formada bədii əsərlər və şeirlər yazmağa başladılar. Artıq əvvəlki illərdən fərqli olaraq onların
yaradıcılığında sovet ideologiyası, sovet düşüncə tərzi yox, reallıq, realizm, həyat həqiqətləri əks
olunmağa başladı.
Anar müasir dövrümüzdə “Kərəm kimi”, “Göz muncuğu”, “Sissiz” və.s əsərlər yazmışdır.60-70-
80-ci illərin tənqidçilərinin bir parası - "dünənkilər" Anarı yenilikçiliyinə, irəli getdiyinə,
"modernizminə", "formalizminə" və s. "izmlərinə" görə tənqid edirdilər, 90-cı illərin və yeni əsrin
əvvəllərinin bir para tənqidçi və yazarları - "bugünkülər" isə "köhnəliyinə", "geri qaldığına",
"antimodernizminə", "izmlərsizliyinə" görə suçlayırlar.
Anar yaradıcılıgında daha cox sosioloji problemlərə toxunmuşdur. Onun 2014-cü ildə nəşr olunan
“Göz muncuğu əsəri” oxucular tərəfindən böyük marağa səbəb oldu. Yeni tərz, yeni üslubda yazılmış
bir əsərdir.Postmodernizm üslubunda yazilmiş əsərin ideyası “xeyir və şərdir”.
“Göz muncuğu” Anarın bütün yaradıcılığı boyu özünü göstərən mistisizmin zirvəsidir. Əsərin ən
zəif təsvir olunan yeri insanin yenidən dirilməsi hissəsidir. Yazici əvvvəlcə obrazın ağrılarını
canlandirir, ancaq bu ağrılar insana qebir ezabını yaşatmır. Halbuki, insan qəbirdən çıxanda özü
qorxmalıdır, dəhşətə gəlməlidir, həyacan keçirməlidir, təşvişə düşməlidir. Ancaq Əhliman qəbirdən
çıxan kimi başlayır söhbət etməyə, sonra da araq içib çıxıb gedir.Ağrı... dəhşətli, dözülməz ağrı...
Bədənimin, sifətimin hər qarışına köz basırlar. Ağrıdan qışqırmaq... səsim çıxmır.Ağrı... qaranlıq...
Zil–zülmət qaranlıq. Göz gözü görmür. Gözlərim heç nə görmür. Gözlərim qapalıdır...Ağrı... dəhşətli,
dözülməz ağrı... Yavaş-yavaş yaddaşım oyanır... Yüksəklik. Çoooox-çoooox uca yüksəklik. Dağ
zirvəsi? Yox, deyil. Qarşımda dibi görünməz uçurum...
Yazıçı əsərdə Sartırdan belə bir nümunə gətirir: “Mən demirəm ki, Allah yoxdur - o, var. Amma
onun mövcud olub-olmamasının bizim xilas olub-olmamağımıza bir dəxli yoxdur. Biz özümüz-
özümüzü xilas etməliyik”.
Postmodernizmin əsas səciyyəvi cəhətlərindən biri vahid sujet xəttinin olmamasıdır. Bir fikrin,
bir ideyanın olmamasıdır. Hadiseler cox şaxəli, cox variantlı təsvir olunur. Yazıçının konkret nə
demək isdəyi bilinmir. Seçimi oxucunun öz ixtiyarına buraxır, ancaq bu əsərdə Əhlimanın Diri baba
ilə söhbətindən müəyyən etmək olur ki yaziçi insanları şərdən uzaq olmağı dolayı yolla bildirir. Diri
babanın Əhlimanı Hörmüz adlandırması da bu səbəbdən təsadüfi deyildir. Hörmüz zərdüşlükdə xeyrin
təmsilçisidir.
“ İnsan özü özünü yaradır, istəsə, özünü Hörmüzd kimi, istəsə, Əhriman kimi yetişdirə bilər.
İnsanın içində hər ikisi var - Hörmüzd də, Əhriman da... Xeyri ya Şəri seçmək isə, insanın özündən
asılıdır... Bu göz muncuğu səni Əhrimanın fitnələrindən qoruyacaq. Sən də insanları Əhrimandan
qoruyacaqsan”.
Elçin Əfəndiyevdə öz yaradıcılığını müasir dövrdə davam etdirmişdir. Onun “Baş” romanını,
“Kölgə“ hekayəsi, “Kaşeyin taleyi” povestini və.s əsərlər yazmışdır.
Kölgə hekayəsi əsər qəhrəmanın Şah Tutla bağlı əbədi keçmişdə qalmış uşaqlıq çağlarının
xatırlanması ilə başlasa da, hadisələr onun ömrünün yetkin çağlarında baş verir. Fariz müəllim qəzetdə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1180
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
oxuyur ki, fransız alimi Jan Batist Effel Cucurbita pepo L. hörümçəyinin kəşfinə görə “Nobel”
mükafatı alıb və sarsıntı keçirir. Ona görə ki, 21 bir il bunda əvvəl həmin hörümçəyi o, kəşf etmişdir,
ancaq bioloq alim akademik Nurullayev onun bu kəşfinə biganə yanaşmışdır.
Yazıçı əsərin əsl mahiyyətini o möcüzəylə bağlı suallarla ortaya qoyur: “Əgər bu möcüzəni kəşf
etmək onun bəxtinə yazılmışdısa, o zaman nə üçün dünya entomologiyasının bundan xəbəri olmadı,
yəni xəbəri olmadı ki, bu kəşfi ilk dəfə Jan Batist Effel yox, Azərbaycanda Fariz müəllim edib? Yox
əgər Jan Batist Effelin adı qızıl hərflərlə dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə üçün
1991-ci ilin avqustun 23-də o möcüzə Fariz müəllimin vanna otağında baş verir?”
Yazıçının demək isətədiyi əsas fikir “milli biganəlik”. Özümüzün tapdıqları kəşflərə qarşı olan
biganəliyimizdir.
Nurullayev deyir:
-Vallah, - dedi. – Sən qəribə adamsan!.. A kişi görmürsən ki, dünya dağılır?! Bu zırtzırtda sən də
hörümçək kəşf etməyə vaxt tapmısan?! Ayhay?! .. Mən səni seryoznı adam bilirdim... –Və başını
bulayıb uzaqlaşa-uzaqlaşa: - Sluşay, -dedi. –Get işinlə məşğul ol!..
Ona deyilən sözlərdən sonra o, heç bir cəhd gösdərmir, can yandırmır. Əsəri oxuyanda elə Fariz
müəllimin özünün müəyyən qədər məsələyə soyuq yanaşması hiss olunur.
Bizim əsərlərin çoxunun həmişə gözəl ideyası olur, ancaq yazıçı hadiselerin təsvirini, reallığı
canlandırmağı bacarmır.Bu əsərə Vidadi Babanlının “Zəmanə adamı” əsərini nümunə göstərmək olar.
Əsərdə yazıçı bu günün nəbzini tutan, min bir fırıldaqlarla insanı yoldan çıxartmağa can atan “zəmanə
adam” ının obrazını yaratmışdır.
Müəllimi Cəmil İmanlıda ona deyir ki, “ Sən lovğasan, özündən çox razısan, sırtıqlıqla, özünü
gözə soxmaqla hər işini nizamlayırsan”. Əsərdə Əfsunun fırılaqlara can atdığını təsvir etsədə, ancaq
inandırıcı alınmamışdır. Əfsun mərkəzi kitabxanaya gedir, orada Durnanı gorür və onu yoldan
çıxartmaga çalışır. Durna özüdə bildirir ki, mən iradəli qadınam, ancaq bir-iki gündən sonra özü
onunla görüşməyə başlayır.
Heç eybi yoxdur, keçmiş ola. Bir də üzünə salıb mənə yaxınlaşar, qabağımı kəsər, verdirərəm
vayını!... Durnanı ələf, üzünü yola tanıyıb...Ay özün öləsən!
Halbuki, Durnanın yoldaşı Bəhlul çox yaxşı insan idi. Onlar bir-birlərini sevərək evlənmişdilər.
O, başına gələn hadisəni çəkinmədən ona bildirə bilərdi.
Bir də Durna Bəhlula uşaq evinə gedəndə ona məsləhət görürlər ki, anasız-atasız uşaq
götürsünlər, ancaq o, etiraz edir ki, mən keçmişi, necə bir ailədə anadan olduğu məlum olmayan uşağı
övladlığa götürə bilmərəm. Onda insanın ağlına dərhal belə fikir gəlir ki,onda sən niyə özün yoldan
tanımadıgın bir insanla evli ola-ola qoşulub qaçırsan.
Ona həkimlər sənin uşağın olmuyacağını bildirsələr də, ancaq onun qəlbində, ürəyinin
dərinliyində nə vaxtsa uşağının olcağına inam var və Durna Əfsunla qaçmasını onunla əlaqələndirir ki,
düşürdüm Əfsundan uşağım olar. Amma biz Durnanın uşaq həsrətilə qovrulduğunu görə bilmirik,
yazıçı bu barədə bizə sadəcə özü danışır, məlumat verir.
Digər qeyri-real təsvir Əfsunun əvvəl Tamaranı yoldan çıxartmağa can atması, ancaq nail ola
bilməməsi. Sonra onu Azyentagildə görüb qızın namusunu qoruması hisəsisidir. Belə əclaf adamın
birdən-birə bir qızın həyatını nə səbəbə xilas etməsini yazıçı canlandıra bilməmişdi. Eyni zamanda
Tamaranın ondan heç zaman xoşu gəlməyib, ancaq onu orda görən kimi tez qucağına atılır, sonra da
onunla ailə qurur.
Əsərdə Əfsunun Azərbaycan ədəbiyyatını gözəl bilməsi söylənilir və tez-tez də onun dilində
ədəbi fikirlər işlədir. Bu da əsərin keyfiyyətini azldır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1181
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN XALQININ ŞAİRLƏRİ:
ƏBDULLAH HÜSEYNZADƏ SƏMƏNDİ
Müstafa ŞƏHİDİTƏBAR
İmam Sadiq Universiteti
mostafa.shahiditabar@gmail.com
İRAN
1. Əbdullah Hüsseynzadə Səməndinin Həyatı Haqqında
Əbdullah Hüsseynzadə Səməndi 1960-cu ildə Zəncan Qazkəndi Qaradaş məhəlləsində anadan
olmuşdur. Əslən Azərbaycanlı olan bu şair, öz dövrünün tanınmış şairləri ilə görüşmüş və ruzigar
hadisələr ilə yaşayış sürmüşdür.
Gumri Dərbəndini, Füzülini və Vahidi sevən şair, Hüsseyn Münzəvivə Huşəng Cəfəri ilə
yoldaşlıq etmiş, dahi qəzəl ustalarından birinə çevrilmişdir.
Səməndi Vahidin aşağıda qeyd etdiyimiz iki beytini sevmiş və qəzəldə cəhd etmişdir.
Düşəndə türreye dilbər xayalə axşamlar/ Məhəbbət əhli batar min məlalə axşamlar
Şərabi yarsız içsən bir azda qəm gətirər/ Gül üzlü yar ilə ol həmpiyalə axşamlar
Səməndi dahi şair Hüsseyn Münzəvin “Tərənnum və Təqəzzul” və “Duman” əsərlərini çox
bəyənmiş, həmçinin, Huşəng Cəfəri və başqa şairlər ilə məktub vasitəsilə yazışmışdılar.
2. Əbdullah Hüsseynzadə Səməndinin Şeirləri Haqqında
Səməndinin şeirlərinə bir neçə bölümdən baxılmışdır.
2.1 Gənclik vaxtlarında yaşadığı yurda (Pəri) ve bu yerlə bağlı xatirələrine işarə edən
şeirləri
Şairin bir sıra şeirlərində uşaqlıq və gənclik dövründə yaşadığı yurddan (Pərı) söhbət açır. Şair
Pərinamə adlı şeirini belə başlayır:
Söylərəm ver qulağın indi Pərinaməni mən/Pəri bir yerdi böyük çoxda qədimidi kuhən
Şaira sən Pərinin adına böhdan diməyən/Pəri ayəndədə görrən yekə üstan olacaq
Pəri ta şəhər olana çoxlu ürək qan olacaq
Və ya başqa bir şeirini Pəri kəndi adlandırır:
Yolların bağlıdı kəndin necə virandı pəri/Su donub qar tökülür gör necə borandı pari
Bülbülün yoxdu vəli bayquş oxur çox ucadan/Qarğalar çoxdula bir gör nə ğəzəlxandı pəri
Həmçinin o, öz gəncliyində başına gəlmiş hadisələrdən və xatirələrindən şeirlərində söhbət açır.
Məsələn Qara It şeirində şair öz dövranında olan bir iki ünvanla olmuşsa belə yazır:
Nə gəzirsən gənə ey lutiyi dövran qara it/Gözləri ceyrana bənzər mənə canan gara it
Gurdları qorxudusan tək gəzisən bazari/Rəhm elə qordlara cox tökməyinən qan qara it
Bəzi şeirlərində şair öz ana yurduna-Zəncana şeirlər yazıb.
Yazanda bu qəzəli fikrim oldu zülmani/Könül baxanda lama, yada saldi lampani
Qərəz budur söz yazılıbdır məhərrəmin sözünə/Bu şəxs yordu yəğin Təbriz iləZəncani
2.2 İctimai və dini şeirləri
Şair öz zəmanəsində baş verən və onun həyatında çox önəm daşıyan bəzi ictimai hadisələrdən də
öz şeirlərində misal gətirib. Məsələn, şair zəncanlı Hüsseyn Münzəvi ilə dostluq etmiş və bu onun
həyatını müsbət mənada dəyişmişdi. Səməndi bunları öz şeirlərində belə qələmə almışdı:
Ey dəhr xərab ol ki Hüsseyn Münzəvi getdi/Əşaridə bir səbk qoyub gör nələr etdi
İrani gəzənMünzəvi tək on nəfər olmaz/Çun kilk i qəza yazdı gül kimi solmaz
Məcnun ilə, Fərhad ilə, Sənan olub ətşan/Sərçeşmeyi eşqə yetişib oldula mehman
Sənən olub aşıq gənə tərsayə vırıldı/Öz dinin atıb məzhəbi İsayə vırıldı
Yox çarə Hüsseyn, nuş eləyib cam i əcəldən/Bilməm nəcür əl çəkdi o biçarə qəzəldən
Ey vay Səməndi gəl özün Münzəviyə gılma bərabər/Yoldaş gediri yar gedir, hammi sərasər
Şair həmçinin dərin və səmimi duyğularla İmam Hüseyn (ə s) və İmam Əli (ə s) məhzərinə şeirlər
yazıb:
Kərbəla Toprağı
Götürdüm Kərbəlanın toprağından/Əcəb topraq, misali müşgi ənbər
Gəlıb ətri bu toprağın beheşdən/Olub topraq qizildan porbəhatər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1182
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Nəzər saldım o topraqə zəmani/Sual etdim dedim yoxdur ziyani
Dedim topraq müəttərsən zebani/Tökümüşdür Hüsseynin bırda gani
Odur mən olmuşam çoxdan müəttər
Ya Əli Səndən Mədəd
Eşq odunda yandı canim, ya Əli səndən mədəd
Yandı hicranin odunda xanimanim, ya Əli səndən mədəd
Bax Səməndi dərdinə Zahid gəlib dərman dedi
Yanmişam parvanə tək yox dərdə dərmanim, ya Əli səndən mədəd
2.3 Ədəbi şəxslərin-yazıçı və şairlərin yazılarından faydalandığı şeirləri
Şair bir çox şeirlərində ədəbi şəxslərin şeirlərindən faydalanmışdır.
Şeyxi Sənan: Şeyxi Sənanə bu qız bir belə azar elədi/Dağıdıb məktəbini şeix gəzib çöllərdə
Fərhad: Vıranda tişəni Fərhad bistun daşına/Deyərdi yar gələr indi hər zaman gecələr
Xosrov: İki dildadəyə bildim nə qıldı/Bəlı Xosrov gərək xunxar oleydi
Məcnun:Bütün Məcnun gəzən dəşti mən biçarə tək gəzdim/Əgər olsydim ağil nazənin, səhrayə
gəlməzdim
Həllac: Səməndi oldu divanə qoyun zəncirə bağlansın/Və ya həllac tek müştaqdırbalayidar olsun
Şair öz şeirlərinin çox hissəsində nostalji baxışından faydalanıbdır, məsələn:
Tüklər ağarıb, mən baxiram getdi cavanlıq/O ləbləri çün ləli bədəxşanda gocaldı
Şair bir çox şeirlərində gözəl təsvirlərdən faydalanıbdır. Məsələn:
Cami mey tez tez əlimdə oynayır ta qəm gedə/Saxladım nuş etməyə ləli bədəxşanim gələ
******************
Minəndə məhmilə Leyli, baxar macnun olar dilxun/Gəzər avarə çüllərdə, deyər ey vay əyan ağlar
********************
Məcnun ki bizim fəlsəfənin nabiğəsiydir/Gərg olmışıdı eşqidə, eşqin dədəsiydir
Şair bəzi şeirlərində ruzigardan şikayət edir.
Yandı pərvanə kimi gol ganadım eşq oduna/Yarə pərvanə kimi mən şəm olam, goymadılar
***********************
Bucür dünyani bilsydim yağin donyayə gəlməzidim/
Cəfa cəkməzdim aləmdə, bu bixud cayə gəlməzidim
Şair öz şeirlərində bəzi yerlərdə tarixi hadisələrə işarə edir.
Nə garətgər Mogoltək ləşkərin var/Ürək gör qan olub ax-vayə düşmuş
Nigara qaşlarin şəmşiri xunriz/Yağin Çəngiz ilə həmsayə düşmüş
2.4 Romantik Şeirlər
Şairin ən önəmli məzmünü ki şeirlərində faydalanıb, romantik məzmunlardir. Bir baxiş Səməndi
şeirlərinə bu həqiqəti aydinlaşdiri ki romans, sevgi, eşq Seməndinin ən çox faydalanmiş
temlərindəndir. İndi burda neçə örnək görürük:
Şair bu şeirdə klassik şəkildə gecələr kəlməsini seçib və hər beytdə onu gətirməsilə öz ürəyindən
gələn kədərli duyğuları və qayğıları izhar edir. O öz duyğusunu qaranlıq və həsrətli bilir. Şair yazır:
Qədrini bil gecənin, eyləmə əfqan gecələr.
O öz sevgilisindən ayrı düşüb, ancaq yenə də öz yarına vəfalı qalıb.
Mən nigarin küçəsin gəzməyə illət budu ki/Gülü aqyar dərər, yuxlasa bağban gecələr.
Səməndi kədərin zirvəsində olaraq yenə öz sevgisini xatırlayaraq yazır:
Bir qara zülf eləyibdir günümü qara mənim
Dahi şair bir gözəl təmsil ilə özünü aya, sevgilisini günə bənzədir və istəyir ki, ay kimi öz
gününün başına dolansın.
Gecənin rəmzini sən çəşm-i həqiqət ilə düşün/Ay kimi get gününün dövrinə tovlan gecələr
Səməndi bu şeirdə göstərir ki, kədərli dövran sürür. Bu şeiri tam şəkildə aşağıda görə bilərik:
Qərdini bil gecənin eyləmə əfğan gecələr/Deməki oldu cəfadən ürəyim qan gecələr
Mən nigarın küçəsin gəzmək illət budu ki/Gülü əğyar dərər yuxlasa bağban gecələr
Gecənin rəmzini sən çəşm-i həqiqət ilə düşün/Ay kimi get gününün dövrinə tovlan gecələr
Bivəfa yarlərin vəslini çox arzılama/Bivəfa ilə gedər qarətə iman gecələr/
Bir qara zülf eyləyibdir günümü qarə mənim/Sındırıbdır necə gör əhdi ilə peyman gecələr
Gecəni tək gəzirəm küçələri söbhə kimi/Keçiri mən yazığa qüssəli dövran gecələr
Bu səməndi yetirib söhbətini ləb sözünə/Öldürür dürr-i ləbin Cavidi hər an gecələr
|