Conference committees conference chairs c


VAQİF SƏMƏDOĞLUNUN "YUMURTA" PYESİ



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə79/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   75   76   77   78   79   80   81   82   ...   189

 

VAQİF SƏMƏDOĞLUNUN "YUMURTA" PYESİ:  

YUXU VƏ REALLIQ

 

 

Nigar ŞAHKƏRƏMOVA 

Azərbaycan Dillər Universiteti 

nigar-talibli@mail.ru 

AZƏRBAYCAN 

 

XX  əsrin  90-cı  illərində  Azərbaycan  dramaturgiyası  yeni  bir  mərhələdə  keçid  dövrünü  yaşadı. 



Cəmiyyətdəki  ictimai-siyasi  problemləri,  insanlar  arasında  baş  verən  mənəvi  dəyişmələri  əks  etdirən 

dramaturgiya yeni zamanın ruhuna köklənirdi. 

XXI  əsrin  başlanğıcında  bu  prosesdə  xalqın  milli  -mənəvi  intihabında,  vətəndaşlıq  şüurunun 

oyanmasında  Vaqif  Səmədoğlunun  əsərləri  yaxından  iştirak  edir,  azadlıq,  müstəqillik  ideyalarının 

inkişafında  əhəmiyyətli  rol  oynayırdı.  Dramaturqun  pyesləri  cəmiyyətdəki  hərc-mərcliyə  meydan 

oxuyur, cəmiyyətdəki eybəcərlikləri bədii gülüşün hədəfinə çevirirdi.  

V.  Səmədoğlu  dramaturgiyası  mövzu  baxımından  çoxşaxəlidir.  Onun  pyeslərində  baş  verən 

hadisə - cəmiyyət, əxlaq, millilik, mənəviyyat, həqiqət bir nöqtədə cəmlənir. Bu da yazıçının ideyasını, 

düşüncəsini, nə demək istədiyini daha oxunaqlı edir. 

“Yumurta”  pyesi  V.  Səmədoğlunun  digər  pyeslərinə  oxşar  və  fərqli  xüsusiyyətləri  ilə  seçilən 

əsərdir.  Pyes  2003-cü  ildə  yazılmış,  bir  dəfə  tamaşaya  qoyulmuş,  əsərlərinin  II  cildində  çap 

olunmuşdur (2014-cü ildə). 

Əsər yumorun müşayiəti ilə ölkədə cərəyan edən siyasi hadisələri əks etdirir. Hadisələrin gedişatı 

zamanı məlum olur ki, Şahin və Durna bəşər tarixində ilk dəfə yumurta atası və anası olacaqlar. Bütün 

həngamələr  də  bundan  sonra  başlayır.  Yumurta  məsələsi  artıq  nəinki  Azərbaycan,  dünya  üçün 

sensasiyon bir hadisə olur. 

Yumurta bir simvoldur. Kiçik bir əlamət ilə pyesdə çox mətləblər üzə çıxır. Hər kəs öz mənfəətini 

güdür.  Əsərdə  Azərbaycanın  sosial  vəziyyətindəki  çətinliklər,  siyasi  vəziyyətdəki  təlatümlər,  media 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1168



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

cəbhəsində, qəzet və jurnallarda informasiya təlatümü, gitaralı gəncin simasında incəsənət sahəsindəki 

boşluqlar,  cəmiyyətdə  insanlar  arasında  münasibətlərin  qazanc  təbəqəsinə  görə  bölünməsi  çılpaqlığı 

ilə simvolizə edilərək canlandırılmışdır. 

Yumurta hadisəsi Şahinin ac vaxtı bir reklam  çarxına baxması ilə aktuallıq qazanmağa başlayır. 

Maddi baxımdan ailə çətinlik çəkir. Şahin “Sağlam yumurta”... bir həftədi evdə yumurta yoxdu... nə 

sağlamı,  nə  qeyri-sağlamı,  nə  də  laxı....  yaxşıdır  ki,  dünən  o  qonşu  deputatdan  üç  şirvan  aldım.  (V. 

Səmədoğlu 2014, səh 235) 

Professor – tibb sahəsində olan simaların təcəssümüdür. Yumurta məsələsini qabardan hadisələri 

cığırından  çıxaran  bir  qığılcım  olur.  Öz  mənafeyi  xətrinə  Şahin  və  Durnaya  dəstək  olan  müdafiəyə 

qalxan  yeganə  obrazdır.  Professor  tibb  elmində  ilk  dəfə  kəşf  etdiyini  düşünür  və  bu  yeniliyin  ona 

Nobel mükafatı qazanmağa kömək edən bir vasitə hesab edir. 

Professorun  hər  şeyi  danışmasından  sonra  Durna  və  Şahinin  həyatı  dəyişir.  İş  işdən  keçmişdir. 

Artıq  nəinki  Azərbaycan,  dünya  üçün  sensasiya  bir  hadisə  idi.  Durna  və  Şahin  bir  anın  içində 

məşhurlaşmışdı. 

Şahingilin bu günə qədər qapısını döyməyən, bir dəfə də onlara salam verməyi belə özlərinə ar 

görən, mənfəətpərəst, vəzifəpərəst qonşu Sona indi onlara gəlir. Onun timsalında hər vəziyyətdən öz 

xeyirləri  üçün  məqsəd  güdən  tiplərlə  qarşılaşırıq.  Bu  məmləkətdə  vəzifəsini,  şan  şöhrətini  itirmək 

istəməyən  insan  kütləsi  çoxdur.  Bu  amallarını  həyata  keçirmək  üçün  yaltaqlıq,  iki  üzlülük,  yalandan 

insanın  üzünə  keçmə,  nəyin  bahasına  olur-olsun,  hər  cür  mənəvi  aşınmanı  özünə  rəva  görə  bilən 

surətdir.  Sona  istədiyi  alınmadıqda  haqsız  bəd  dua  etməkdən  belə  çəkinməyən  insanın  düşüncə 

geriliyinin nümunəsidir. 

Dördüncü  hakimiyyət  adlandırılan  mətbuat  orqanları  da  ayaq  üstədi.  Pyesdə  mövcud  mətbuat 

orqanlarının  ustalıqla,  mükəmməl  incəliklə  simvolik  adlarla  adlandırılması  gülüş  doğurmaya  bilmir. 

“Turan İnterneyşl”, “Patriaomuerti qəzeti”, “Azərbildinq nonsens” televiziya kompaniyası, “Hacıqabul 

Tayms qəzeti”, “Jitse Baku”, “Yesterdey” televiziyası, “Bakoy İndependent deylinyus” qəzeti, “Baku 

Tayms” qəzeti misaldır. 

“Azərbildinq  nonsens”  televiziya  kompaniyasının  müxbiri  Qənirənin  Durnanın  yumurtalayan 

vaxtı çəkilişə gəlməsi komik bir vəziyyət yaradır. Şahindən müsahibə zamanı taleyi onsuz da qara bağ 

olan Qarabağın bir –iki kəlmə ilə efirdə ara söz kimi səslənməsi vəziyyəti aydınlaşdırır. 

İncəsənət aləmindəki hərc-mərclik gitaralı oğlanın simasında görsənir. Hər yerindən duran musiqi 

təhsili olmadan, bayağı, ara mahnıları ilə məşhurlaşmağa can atan insanlardan söhbət gedir. Incəsənət 

sahəsində  hərc-mərclik  təşkil  elətdirmək  var,  klip  çəkdirmək  var,  günlərlə  efiri  zəbt  etmək  var  . 

Gitaralı  oğlanın  Durna  və  Şahindən  klip  çəkmək  üçün  pul  istəməsi  səhnədə  musiqidən,  sənətdən 

anlayışı olmayan insanların simasını yaradır.  

İmkansız, köməksiz bir qarının gəlib imdad diləməsi də təsirlidir. Nəvəsinin əməliyyatı üçün pulu 

olmadığından çarəsiz qalan nənəyə Durna yardım gösrərir. O, klinikanın həkimi cərrah Şərəfxanski ilə 

söhbət edərək qarının nəvəsinin əməliyyatının klinikanın hesabına elətdirilməsinə nail olur. Bu hadisə 

Azərbaycan səhiyyəsində olan boşluqları göstərir. 

Pyesdə cəmiyyətin sosial həyatında hansı siyasi partiyaların yer tutduğunu görmək  mümkündür. 

Siyasi  partiyalar  da  adı  var,  özü  yox  prinsipi  ilə  işləyən,  əməllərini  həyata  keçirmək  üçün  Şahin  və 

Durnanın  yumurtasını  alət  edirlər.  “Demokratik  xaos  partiyasi”  adı  altında  mövcud  olan  siyasi 

partiyanın nümunəsini görürük. Adından da göründüyü kimi siyasi həyatda hələ də özünə yer etməmiş 

demokratiyanın xaos, özbaşına vəziyyətdə olduğunun şahidi oluruq. Cəmiyyətdə söz azadlığı deyilən 

anlayışlar ancaq partiya adlarında əksini tapır. Partiya rəhbəri Daday bəy əslində heç kimin tanımadığı 

özünə görə isə artıq yüksək vəzifə sahibidir. Partiya rəhbəri öz siyasi məqsədlərini Şahin və Durnaya 

partiyaya  üzvlük  biletini  onların icazə  və  istəyi  olmadan  verir.  Həngamənin  də biri  burada  başlayır. 

Daday: Bacım, mən çox şadam ki, sən məhz bizim partiyamızın üzvü kimi yumurtlayacaqsan! Solmüh 

(cangüdən),  aşağıdan  o  televiziya  operatorlarını  çağır,  bu  tarixi  hadisələri  lentə  alsınlar!  (V. 

Səmədoğlu, 2014, səh 260). Şahinin etirazından sonra Dadəy bəy cangüdənləri ilə çıxıb getməli olur. 

Aparıcı dövlətin səfirinin Şahinlə dialoqu və eləcə də bu dialoqda Şahinin milli dəyərlərə verdiyi 

qiymət  yumurtanın  nəinki  bir  dövlətin,  bütün  dünyaya  yayılmış  72,5  milyon  azərbaycanlıya  məxsus 

yumurta olduğunu göstərir. 

Daday  bəyin  adamları  Şahin  və  Durnaya  qarşı  etiraz  edirlər.  Əllərindəki  plakatlarla  hücuma 

keçirlər.Yeganə pənah yeri olaraq Qobustan seçilir. Amma burda da onlara rahatlıq yoxdur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1169



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Əsərin  sonunda  bütün  bunların  Şahinin  yuxusu  olduğu  aydın  olur.  Baş  verən  hadisələr  yuxuda 

qalmışdır. Bəlkə də Şahinin yuxusu reallığın ən dərin qatıdır. 

“Yumurta”  pyesi  cəmiyyətin  siyasi  təlatümlərin  burulğanında  olmasını  göstərən  məqamlarla 

doldudur.  Hər  hadisə  digər  bir  sosial  hadisənin  törədicisidir.  Əsər  səhiyyə,  incəsənət  və  mədəniyyət 

kütləvi  informasiya  vasitələri,  mətbuat  orqanları,  siyasi  partiyalar,  dünya  siyasətinin  niyyəti, 

cəmiyyətin hadisələrə vətəndaş münasibəti, insanların mənəvi və həqiqətən ac olmasını bir yumurta ilə 

açılmasını görürük. 

Şahinin  yuxusu  bildiyimiz  hərc-mərcliyin  yatmış  kimi  görünən  amma  hər  an  partlamağa  hazır 

olan mürəkkəb proseslərin göstəricisidir. 

 

 

VƏTƏN SEVGİSİNİN MƏMMƏD ARAZ MODELİ 

 

Nigar SADİQZADƏ 

AMEA Naxçıvan Bölməsi 



nigarsadiqzade01@gmail.com 

AZƏRBAYCAN 



 

Öz vətənini, torpağını, öz ata ocağını yaratdığı şah əsərlərində tərənnüm edən Məmməd Araz bu 

yönümdən ədəbiyyatımızda köklü ənənə yaratmışdır.  

Şahbuz  rayonunun  Nursu  kəndində  dünyaya  göz  açan  Məmməd  İnfil  oğlu  İbrahimovun- 

Məmməd  Arazın  yaradıcılığı  ilə  isə  öz  mövzu  aləmi,  ifadə  üsulları  olan  yeni  şeir  ədəbiyyata  vəsiqə 

qazanmışdır. 

 

Azərbaycan  ədəbiyyat  tarixində  zəngin  yaradıcılığı  ilə  özünəməxsus  yer  tutan  şair  müxtəlif 



mövzularda yazdığı şeirləri ilə oxucuların qəlbinə yol taparaq onların məhəbbətini qazanmışdır. Onun 

şeirlərində vətənpərvərlik, millətə, xalqa, ata yurduna bağlılıq ön sırada yer tutan amillərdir.  

 

 Hörmətli  akademik  İsa  Həbibbəyli  “Xalq  şairi  Məmməd  Araz:  böyük  sənətlə  şəxsiyyətin 



vəhdəti” məqaləsində yazır: “Xalq şairi Məmməd Araz poeziyasında Vətən- ata ocağı, doğma yurd, el- 

oba, Kür- Araz deməkdir” (2, s. 22). 

 

İnsan üçün də, sənətkar üçün də ən böyük faciə xalqdan, kökdən, əcdaddan üz çevirməkdən 



başlayır. Ataya, anaya, bacı və qardaşa, qohum və dosta soyuq münasibət də, laqeyidlik də, yuxarıdan 

baxmaq da bununla əlaqədardır. 

 

Məmməd  Araz  yaradıcılığına  nəzər  saldıqda  görürük  ki,  o  həmişə  doğulduğu  ocağı,  evi 



məhəbbətlə  tərənnüm  etmişdir.  Bütün  türk  dünyasında  şöhrət  qazanan şair  özü ilə  bərabər  bu  yurdu, 

ocağı  həmişəlik  ədəbi  xəritəyə  yazmış,  dillər  əzbəri  etmişdir.  Onun  yaradıcılığı  ilə  maraqlanan 

tədqiqatçıların hamısı Şahbuzu, Nursu kəndini görməsələr də, poetik ruhlu şairin yaratdığı o gözəlliyi 

şeirlərin bələdçiliyi ilə təsəvvür etmişlər.  

 

Öz torpağına bağlı olan şair yurdunun, ocağının həmişə keşiyində durmağı özünün vətəndaş 



borcu bilmişdir. 

 

Şair yaradıcılığında keçmişi də, bugünü də düşünəndə ona yalnız şair hissi ilə deyil, həm də 



təfəkkürün gözü ilə baxmış, Vətənin hər zərrəsini bu müstəvidə mənalandırılmışdır. Onun hadisələrə 

dolğun baxışı həmişə aparıcı mövqedə dayanmışdır. Zaman keçdikcə bu hisslər daha dərin mənalarda 

birləşərək,  ardıcıl  və  sistemlı  poetik  nünunələrdə  ifadə  edilərək  “Vətən  daşı  olmayandan  olmaz  ölkə 

vətəndaşı” fikri ilə tamamlanmışdır. 

 

Professor  Yavuz  Axundlu  yazır:  “Bəli!  Ölkə  vətəndaşı  olmaq  üçün  vətənin  daşı  olmağı 



bacarmalısan. Hər şey buradan başlayır. 

“Qarabağ  düzü”,  “Vətən  torpağı”  şeirlərinin  əsas  qayəsi  də  Vətən  torpağının  ətrini,  rayihəsini 

tərənnüm etməklə onu sevdirməkdir. 

1968-  ci  ildə  Yaltada  yazmış  olduğu  “Vətən  nəğməsi”  şeirindəki  aşağıdakı  misralar  da  şairin 

tükənməz vətən məhəbbətindən xəbər verir: 

Sən ey ana südüm, ey ana nəğməm, 

Mən hara gedirəm, hara gedirəm 

 Səni aparıram pasportum kimi, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1170



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nəğmə arzum kimi, söz ordum kimi” (3, s.199) 

Şair həmişə öz vətəndaşlıq missiyasını layiqincə yerinə yetirmiş, şeirlərində vətənə məhəbbəti adi 

şüarçılıqla, bəzəkli misralarla deyil, səmimi poetik dillə ifadə etmişdi.  

 

 Professor  Nizaməddin  Şəmsizadə  “Ver  sözə  ehya  ki”  adlı  məqaləsində  yazır  ki,  “Məmməd 



Araz vətəndaş şairdir” fikri onun haqqında yazılan kitab və məqalələrdə adlamaca çevrilərək az qala 

şüura  dönüb.  Onu  şairin  bənzərsiz  poeziyası  haqqında  fikirlərin  yekunu,  son  həddi  kimi  də  qəbul 

etmək  olar.  Əslində  bu  da  şair  haqqında  bir  həqiqətdir.  Həmin  həqiqətin  fikri-  poetik  miqyasını 

təsəvvür  etmək  üçün  M.  Araz  şeirini  toxunduğu  ustalıqla  da,  ilmə-  ilmə  sökmək,  çözələmək  yaddaş 

keçirmək lazımdır” (1, s. 5) 

 

Öz  torpağına,  vətəninə,  ata  yurduna  bağlı  olan  şair  bunu  həmişə  öz  şeirlərində  bildirmişdir. 



Məmməd Araz yaradıcılığında el- obanı sevmək, keşiyində dayanmaq, vətəndaş mövqeyi başlıca amil 

olmuşdur.  

 Nigaran  şair  nə  vaxtsa  bu  ocağın  sönəcəyindən  qorxmuş  həmişə  ata  yurdunun  ocağının 

tüstülənməsini  arzulamışdır.  Şair  burada  vaxtilə  bu  ocaqda  nənələrinin,  anasının  izlərinin  olduğunu 

bildirmişdir: 

Burda neçə nəsil baş əyib oda, 

Nənələr əl basıb ocaq daşına, 

Burda dəyməyiblər ilanlara da 

Pənah gətirəndə ocaq başına 

Ocağın  nə  qədər  müqəddəs  olduğunu  yazan  şair  ocağa  gələn,  pənah  gətirənin  toxunulmaz 

olduğunu vurğulamışdır.  

Apar bu ocağı evində yandır, 

O gözdən qol alır, gözdən odlanır.  

Kişi yer üzündə od qoruyandır, 

Kişi ona görə kişi adlanır. 

Ocağın  sönməsini  istəməyən  atanın  oğluna  nəsihətindən  bəhs  olunan  misralarda  kişinin  evi 

qoruyan, ocağa sahib olacağını bildirən şair mərd oğullardan, qeyrətli atalardan, vətənpərvər, ailəsinin, 

torpağının hər bir əziyyətini çəkən, qoruyan igidlərdən başqa şeirlərində də dəfələrlə yazmışdır. 

Babadan qalıbdır bu ocaq bizə, 

Bir ocaq sönəndə bir tifaq itir, 

Bir ocaq söngüsü qeyrətimizə 

Bir düşmən nəslinin qəhqəsidir.  

Heç  bir  zaman  düşmənin  xalqımıza,  millətimizə,  yağı  gözü  ilə  baxmağı,  qəhqəhə  çəkməsi  ilə 

barışmayan şair ocağın sönməsini düşmənin qələbəsi kimi ifadə etmişdir. 

Ocaq tüstülənir, kövrəlir atam: 

Anan o dünyada darıxır, bala, 

Ancaq ki, kişinin qəbri od tutar- 

Gedə, od- ocağı tüstüsüz qala. 

Şair yazdığı bu sətirlərdə həm anasının yoxluğuna atanın kövrəlməsini, kədərlənməsini bildirmiş, 

həm də atanın nigarançılığını ifadə etmişdir. Ailənin böyüklüyü onda tam olur ki, valideyn birliyi olur, 

ata- ana bir- biri ilə dost, sirdaş olur. Valideynlərin bu dünyadan köçdükdən sonra ocaqların sönməsi 

fikri onları həmişə narahat edir. Ocaq o zaman yaşayır, tüstülənir ki, o yurdda, o evdə isti nəfəs, insan 

hənirtisi olur. 

M. Araz bu baxımdan ona görə böyük, əvəzolunmaz şairdi ki, o ata yurdunu, doğulduğu Nursu 

kəndini  həmişə  yaşatmış,  ədəbi  yaddaşa  silinməz  izlərlə  yazmışdır.  Şairin  şeirlərini  oxuyan  nəsillər 

onun yaratdığı poeziya çələngində Nursu kəndini, Şahbuz dağlarını, hətta İnfil kişinin Məmməd kimi 

bir oğlunun dünyaya gəldiyi ocağı təsəvvür etmiş, bu füsunkar gözəlliyi sevmişdir. 

Ömrün şənliyində, ömrün yasında 

Bura od dalınca gələcəyəmmi? 

Yoxsa xatirələr işartısında 

Oğulsuz- övladsız ocaqlar kimi 

Sönüb gedəcəyəm: bu daş, bu torpaq 

Bircə ləpirimi yaşatmayacaq. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1171



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nigaran şairin ruhu bu gün rahatdı. Çünki İnfil kişinin ocağında artıq bir işıq parlayır. Bu ocaqda 

Məmməd Arazın ev muzeyi yaradıldı. Bu ev- ocaq tam olaraq sevimli şairimizin xatirələri ilə bağlıdır.  

Naxçıvan  MR  Ali  Məclisinin  hörmətli  sədri  Vasif  Talıbov  muzeyin  açılışındakı  çıxışında 

Məmməd  Araz  yaradıcılığı  haqqında  ətraflı  çıxış  edərək  demişdir:  “Bu  muzey  müstəqillik  dövrünün 

Azərbaycanında böyük istiqlalçı və vətəndaş şairin xatirəsinə ehtiramın parlaq ifadəsidir”. 

Məmməd Araz irsi həmişə öyrənilmişdir. Təbii ki, bundan sonrada aktual bir mövzu olaraq tədqiq 

olunacaqdır. 

 

 

 



YAZIÇI -DRAMATURQALTAY MƏMMƏDOVUN XX ƏSR                    

GƏNCƏ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİNDƏ YERİ 

 

Gülnar HÜSEYNOVA

 

Gəncə Dövlət Universiteti 



gulnar.huseinova@gmail.com 

AZƏRBAYCAN 



 

Ədəbiyyatın  cəmiyyətin,  insanın  formalaşmasında,  mədəni,  intellektual  baxımdan  inkişafında 

rolu  hədsiz  dərəcədə  böyükdür.  Azərbaycanın  şeir,  sənət  ocağı  olan  Gəncədə  də,  ədəbiyyat 

özünəməxsus  çalarla  inkişaf  edərək  insanların  mədəni  həyatına  təsir  göstərmişdir.  Gəncə  ədəbi- 

mühitində  XX  əsrin  1960-2000-ci  illər  kəsimini  əhatə  edən  dövrdə  istər  nəzm,  istər  nəsr,  istərsə  də 

dramaturgiya  sahəsində  diqqətçəkən  təkamül  prosesi  özünü  göstərmişdir.  Gəncə  ədəbi  mühitinin 

1960-2000-ci illərinə öz yaradıcılığı ilə özünəməxsus ab-hava qatan istedadlı qələm sahiblərindən biri 

də  yazıçı-dramaturq  Altay  Məmmədovdur.  Yarım  əsrə  yaxın  söz-sənət  beşiyi  kimi  tanınan  Gəncədə 

yazıb-yaradan  Altay  Məmmədov,  həm  dərin  məzmunlu  bədii  və  ədəbi-publisistik  əsərləri,  həm  də 

filoloji çalışmaları ilə yeni yaradıcı nəslin istiqamətlənməsində örnək rolunu oynamışdır. Gəncə ədəbi-

mühitini 1960-2000-ci illərdə öz yaradıcılığı ilə işıqlandıran bu sənətkar yaratdığı əsərlər ilə içərisində 

yaşadığı  mühiti  güzgü  kimi  əks  etdirmişdir.  Neçə-neçə  gənc  istedadın  yetişib  ədəbiyyat  aləminə 

qədəm  basmasında  Altay  Məmmədovun  qayğıkeşliyi  və  sənət  xeyir-duası  mühüm  rol  oynamışdır. 

Onun  ədəbiyyata  sağlam  baxışı,  dünyagörüşü,  bədii  yaradıcılıq  haqqında  cəsarətli  düşüncələri  yeni 

nəslin ədəbiyyat təmsilçilərinə misilsiz nümunədir. Altay Məmmədovun Azərbaycana, onun tarixinə, 

folklor  və  etnoqrafiyasına  bəslədiyi  xüsusi  diqqət  və  məhəbbət  Gəncə  ədəbi  mühitinə  daim  bir 

dinamik həssaslıq gətirmişdir. 

 Azərbaycanın  ədəbiyyat  və  sənətkarlıq  mərkəzlərindən  olan  Gəncədə  onun  ədəbi  mühitində 

məhsuldar  fəaliyyət  göstərən  Altay  Məmmədovun  yaradıcılığına  bu  qədim  şəhərin  mədəni  həyatı  az 

təsir  göstərməmişdir.  Dünyagörüşünün  formalaşması  və  ilk  təhsili,  yaradıcılığının  püxtələşməsi  bu 

şəhərdə,  məhz  Gəncədə  keçmişdir.  Daim  yaradıcılıq  axtarışlarında  olan,  mətbuatda  tez-tez  çıxışlar 

edən, arxiv və kitabxanalarda yaradıcı məlumatları əldə etməyə çalışan Altay Məmmədov gənc nəslə 

öz  qayğı  və  diqqətini  heç  vaxt  əsirgəməmişdir.  Mənalı  və  yaradıcı  ömrünü  gənc  nəslin  təlim-

tərbiyəsinə həsr edən Altay Məmmədov özündən sonrakı nəslin ədəbi həyatına etik, estetik, mənəvi və 

əxlaqi keyfiyyətlər bəxş etmişdir. Əsərləri ilə oxuculara sevgi, humanistlik, vətənpərvərlik kimi nəcib 

duyğuları, keyfiyyətləri aşılayan yazıçının ədəbi fəaliyyəti ilə yanaşı, elmi və pedoqoji fədakarlığı bu 

gün də sevilməkdə, eyni zamanda dərin hörmətlə anılmaqdadır.  

Özündən  əvvəlki  klassiklərin  yaradıcılığından  məharətlə  bəhrələnən  yazıçı,  dramaturq  Altay 

Məmmədov  Gəncə  ədəbi  mühitinin  zənginləşməsinə  töhfələr  verməklə  yanaşı,  əməyi,  çoxşaxəli 

fəaliyyəti sayəsində Azərbaycan ədəbiyyatına da öz yaradıcı möhürünü vurmuşdur.  

Sənətkarın  təkcə  ədəbiyyat  sahəsində  deyil,  Gəncə  teatrının  inkişafında  da  müstəsna  xidmətləri 

olduğu  danılmazdır.  Teatrın  inkişafı  üçün  zəruri  olan  məsələlərlə  yaxından  maraqlanan  Altay 

Məmmədov,  burada  silsilə  şəkildə  hazırlanan  tamaşalara  da  daim  diqqət  göstərmiş,  səhnə  əsərləri 

haqqında, ümumilikdə teatrla bağlı ardıcıl resenziyalarını ardıcıl nəşr etdirmişdir. Bu mənada, Gəncə 

ədəbi  mühitinin  formalaşmasında,  sözsüz  ki,  ədəbiyyatla  yanaşı,  teatrın  da  müstəsna  rol  oynadığı 

Altay Məmmədovun məhz o istiqamətdəki səmərəli fəaliyyətindən aydın nəzərə çarpır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1172



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Əbəs yerə deyilmir ki, “Gəncə teatrı sözün ən xoş mənasında Altay Məmmədovun səhnəsi sayılır. 

Onun bir-birindən gözəl əsərləri teatrı yaşadır, tamaşaçıları qoruyub saxlayır”. 

Altay Məmmədov Gəncə ədəbi mühitində təkcə bir yazıçı kimi deyil, xalqının ictimai həyatından 

hədsiz  dərəcədə  narahat  olan  insan  kimi  iz  buraxmışdır.  Vətənpərvər  nasir,  daim  ictimai  həyatla 

maraqlanmış,  hətta  bir  müddət  Yeni  Azərbaycan  Partiyasının  Gəncə  təşkilatının  mətbuat  işlərində 

yaxından  iştirak  etmişdir.  Yazıçının  “Heydər  Əliyev  və  Gəncə”  adlı  kitabı  da  bu  sahədəki 

çalışmalarının bariz nümunəsidir. Bu baxımdan, həmçinin “o, ictimai- faydalı, ictimai-mənalı əsərlər 

yaratmaqla  xalqa  fəal  surətdə  kömək  etmək  istəyən  bir  yazıçıdır.  Bu  da  onun  qəlbində  vətəndaşlıq 

duyğusunun güclü olduğundan irəli gəlir” . 

Tariximiz ilə yaxından maraqlanan sənətkarın tarixə söykənən, bu sahədəki tədqiqatları yetərincə 

əks  etdirən  əsərləri  həmin  nöqteyi-nəzərdən  qiymətli  materiallardır.  Onun  “Kitabi-  Dədə  Qorqud” 

dastanının motivləri əsasında yazdığı “Dəli Domrul” pyesi buna əyani sübutdur. 

Digər  tərəfdən  isə  maraqlıdır  ki,  vaxtilə  “gənc  dramaturq  Altay  Məmmədov  Azərbaycan  şifahi 

xalq  ədəbiyyatının  ən  qiymətli  abidəsi  xalqımızın  mənəvi  sərvəti  “Kitabi  Dədə  Qorqud”  dastanının 

materialları  əsasında  “Dəli  Domrul”  pyesini  yaratmış,  oxucu  və  tamaşaçıların  mütaliəsinə  vermiş, 

dərin ümumxalq məhəbbəti qazanmağa nail olmuşdur” .

 

Onun  zəngin  ədəbi-bədii  irsi  təkcə  Gəncə  ədəbi  mühitinin  deyil,  bütövlükdə  Azərbaycan 



ədəbiyyatının nadir sənət xəzinəsidir. Bu xəzinə isə öz sahibinin ədəbiyyatın dərinliklərinə hərtərəfli 

şəkildə  yiyələnmiş,  onun  bədii-estetik  zövqünü  ümumilikdə  əks  etdirən  istedadlı  qələm  sahibi 

olduğunu  təcəssüm  etdirir.  Altay  Məmmədov  yaradıcılığında  özünü  ehtiva  edən  mehribanlıq, 

səmimilik, vətənpərvərlik, humanistlik, sevgi, dostluq və s. kimi təqdirəlayiq keyfiyyətlərlə tək Gəncə 

ədəbi mühitinə deyil, ümumilikdə Azərbaycan xalqına, ədəbiyyatına töhfələr bəxş edən zəngin sənət 

salnaməsidir.  O,  ədəbi  tənqidi  əsərləri  ilə  hələ  1960-2000-ci  illərdəki  ədəbi  prosesləri  təhlil  etmiş, 

nöqsan və geriliklər haqqında fikir yürütmüşdür. 

Mədəniyyət  və  incəsənətlə  hərətəfli  maraqlanan  sənətkarın  bu  sahədəki  xidməti əvəzedilməzdir. 

Mədəniyyət  tədbirlərinin  yüksək  səviyyədə  keçirilməsi  üçün  əlindən  gələni  əsirgəməyən  Altay 

Məmmədovun  təşəbbüsü  ilə  1989-cu  ildə  Nizami  poeziya  teatrının  fəaliyyətə  başlamasını  tək  Gəncə 

üçün  deyil,  bütün  Azərbaycan  üçün  böyük  tarixi  hadisə  kimi  qiymətləndirmək  olar.  Altay 

Məmmədovun  bu  poeziya  teatrına  hədiyyəsi  kimi  Nizaminin  poemalarının  mövzularından  ibarət  on 

ssenari yazması isə xüsusilə təqdirəlayiqdir.  

Altay  Məmmədov  ədəbiyyat  və  incəsənət  tarixini,  ədəbiyyat  tədrisi  metodikasını,  pedaqoji- 

ictimai  fikir  tarixini  hərtərəfli,  mükəmməl  araşdıran,  səmərəli,  məqsədyönlü  şəkildə  tədqiqata  cəlb 

edən zəhmətkeş alim və mütəxəssis kimi yaradıcılıqda şöhrət qazanmışdır. 

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin