Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə87/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   83   84   85   86   87   88   89   90   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1209



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

the narrative of growth and history of a race found only in American country.  It is bases lies on the 

legendary  Native  American  hero  has  brave  and  magical  deeds.  “The  Song  of  Hiawatha”  created  an 

instant upheaval in the literary world of its time. Hiawatha is Longfellow's most indigenous poem. The 

indistinct,  unworldly  mythology  of  the  Indian  tribes,  with  its  compassionate  sense  of  brotherhood 

among men, animals and the forms of lifeless nature, he took from Schoolcraft's books. He established 

forever in a masterly selected poetic form the more interior and inventive part of Indian images.  

 

 

İNGİLİS DRAMATURGİYASINDA OSMANLI OBRAZI 

 

Ali BEREKET 

Qafqaz Universiteti 

abereket@qu.edu.az 

AZƏRBAYCAN 



 

İngilis  Renessansı  dövründə  –  təxminən  100  illik  bir  mərhələdə  50-dən  çox  pyesin  Osmanlı 

dövrünə və Osmanlı sərkərdələrinə həsr olunması, heç şübhəsiz ki, ingilis dramaturgiyasında Osmanlı 

türklərinin Qərbi Avropada yaratdığı güc-qüdrəti və yenilməzliyi ilə bağlı olmuşdur. 

İngilis  dramaturqları  Osmanlı  sultanlarından  –  I  Murad,  III  Murad,  I  Bəyazid,  II  Bəyazid,  II 

Mehmet,  I  Səlim,  I  Süleyman  və  Mustafaya  həsr  etdikləri  pyeslərində  bir  çox  təhriflərə  yol  verərək 

onları satqın, qorxunc və ehtiraslı hökmdar obrazlar kimi qələmə almışlar. 

İngilis tədqiqatçı alimi Daniel Vitkus 2000-ci ildə nəşr etdirdiyi “Erkən müasir İngiltərədən üç 

türk pyesi” adlı dramlar toplusunun ön sözündə yazırdı: “Onlar yeni dünyada özlərinin birinci daimi 

müstəmləkələrini  yaradanda  xristian  monarxları  da  eyni  vaxtda  öz  ölkələrində  Osmanlı  türklərinin 

qorxusu ilə üz-üzə dayanmışdılar”.  

Belə  bir  dövrdə  Qərbi  Avropada  türk  istilasından  vəcdə  gələn  ölkə  başçılarının  qarşısında 

dayanan məqsəd və məramlardan biri, məhz dramaturqların səyi ilə teatrsevər tamaşaçılarda özlərinin 

təbliğat maşınına  – səhnə əsərlərinin yaradılmasına və həmin tamaşaların göstərilməsinə əsaslı şərait 

və zəmin yaratmaq idi. 

Osmanlı imperiyası və onun sərkərdələri haqqında yazılan və səhnə təcəssümünü tapan 55 pyesin 

məzmun və ideya-bədii xüsusiyyətləri, hadisələrin zaman və məkanı, türk obrazlarının  canlı dramatik 

ifadəsi haqqında Luis Vann (Louis Wann) tənqidi qeydlərində yazırdı: “With the plays of the period 

distributed thus widely among the important playwrights of the time, we are justified in the assertion 

that the production of oriental plays was not due to the fancy of any one author or group of authors, 

but  that  the  interest  of  the  Elizabethans  was  so  considerable  as  to  induce  a  majority  of  the  main 

playwrights to write at least one play dealing with oriental matter.” Həmin mühakimənin tərcüməsini 

təqdim edirik: 

“Dövrün məşhur dramaturqları arasında bu minvalla geniş şəkildə yayılmış zəmanənin pyesləri 

ilə  biz  bütövlükdə  belə  bir  nəticəyə  gəlirik  ki,  Şərq  mövzusunda  yazılmış  pyeslər  hər  hansı  bir 

müəllifin,  yaxud  bir  qrup  müəllifin  təxəyyülü,  fantaziyası  hesabına  yaranmamışdır.  Bu 

Yelizavetaçıların  həmin  mövzuya  marağının  belə  nəzərə  çarpan  dərəcədə  çox  olması  ilə  bağlı 

olmuşdur  ki,  aparıcı  dramaturqların  əksəriyyətini  Şərq  hadisələrindən  bəhs  edən  ən  azı  bir  pyes 

yazmağa həvəsləndirmişdir.” 

Əlbəttə, tədqiqatçı alim Luis Vannın mülahizələri müəyyən cəhətləri ilə diqqəti cəlb edir. Lakin 

məşhur  dramaturqların  Türk  mövzusuna  müraciəti  və  pyeslərini  yazıb  tamaşaya  qoyulmasını,  yalnız 

onların şəxsi marağı ilə deyil, ölkənin hakim dairələrinin, o cümlədən Kraliça I Yelizavetanın təşəbbüs 

və  himayədarlığı  sayəsində  meydana  çıxdığını  unutmaq  olmaz.  Joze  von  Hammer  (Joseph  von 

Hammer) 1827-ci ildə nəşr etdirdiyi “Geschichte der osmanischen Reiches” adlı kitabında 3176 əsərin 

adını  çəkir  və  Şərq  mövzusunda  yazılmış  bu  əsərlərin,  demək  olar  ki,  yarısından  çoxunun  Kraliça  I 

Yelizaveta dövrü dramaturqlarına yaxşı məlum olduğunu qeyd edir. Həmin əsərlərin, əksəriyyəti isə, 

əsasən, tarixi mövzuda yazılmış şeir, pamflet, hekayə, ballada və traktatlar idi. Faktiki olaraq türklərin 

tarixindən bəhs edən kitablar XVI yüzildə Avropanın hər bir kitab mağazasında tamamilə “mötəbər” 

bir mövzunun seçimi ilə diqqəti cəlb edir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1210



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Beləliklə,  ingilis  dramaturqlarının  55  pyesi  dünyanın  ayrı-ayrı  irqlərinin,  yaxud  xalqlarının 

tarixinə  və  mübarizəsinə  həsr  edilmiş  bədii  əsərlər  sırasında  say  üstünlüyü  ilə  tədqiqatçıların  nəzər-

diqqətindən  yayınmamışdır.  İstər-istəməz  ortaya  belə  bir  sual  çıxır;  məgər  türk  Qərbi  Avropanın 

qəddar düşməni idimi? Xeyr, bu,  əsla belə olmamışdır. Dünyanın Qərb ölkələrinə münasibətdə digər 

islam  xalqları,  eləcə  də,  yunan,  Roma  (latın),  qot  (german)  və  anqlo-saksonlar  (german)  vikinqlərlə 

müqayisədə  türklərin  ən  böyük  düşməni  kimi  təqdim  edilməsi,  sözün  həqiqi  mənasında  ədalətli 

səslənmir. Amma, nədənsə, bir çox Qərb alimləri, eləcə də, yazarları türkləri Qərb ölkələri xalqları, o 

cümlədən  ingilislər  üçün  qorxunc  düşmən  obrazı  kimi  təqdim  etməyə  çalışmışlar.  Məsələn,  Səmuel 

Klaggett  Çyu  (Samuel  Glagget  Chew)  özünün  “Aypara  və  Qızılgül:  Renessans  dövründə  İslam  və 

İngiltərə”  (“The  Crescent  and  the  Rose:  Islam  and  England  during  the  Renessance”)  adlı  əsərində 

İngiltərədə  türk  ekspansiyasından  (imperialist  dövlətlərin  yeni  torpaq,  müstəmləkə  və  bazarlar  əldə 

etmək  məqsədilə  öz  siyasi  və  iqtisadi  nüfuzunu  başqa  ölkələrə  yaymaq  üçün  yeritdikləri  təcavüzkar 

siyasətdən - A.B.) çox böyük qorxu hissi və təşviş keçirdiyini qələmə almışdır. 

Osmanlı imperiyasının Qərbi Avropa ölkələrinə hərbi müdaxiləsi və hücumları, heç şübhəsiz ki, 

Britaniyada  siyasət,  hərb  adamlarının,  eləcə  də,  adi  insanların  belə  “türk”,  yaxud  “osmanlı” 

(“Ottoman”)  haqqında  əhatəli  bilgi  və  təsəvvürlərin  əldə  edilməsinə  maraq  oyatmışdır.  Ölkənin 

ictimai-siyasi  həyatında  başlıca  rolu  olan  mədəniyyət  və  ədəbiyyat  adamlarının  üzərinə  nə  dərəcədə 

məsuliyyət və gərgin iş düşdüyünü anlamaq üçün həmin dövrdə yazılmış dram əsərlərinin həm sayına, 

həm  də  mövzu  və  mündəricəsinə  nəzər salmağa  ehtiyac  duyduq.  Yalnız  onu  qeyd  etmək  istərdik  ki, 

ingilis Renessansı dövründə Britaniya, o cümlədən ingilis dramaturqlarının 1360-cı ildən 1603-cü ilə 

qədər hakimlik edən Osmanlı sultanlarından – I Murad, III Murad, I Bəyazid, II Bəyazid, II Mehmet, I 

Səlim, I Süleyman və Mustafa haqqında yazdıqları pyeslərində türk sultanlarının obrazında “dəhşət”, 

“ehtiras”, “satqınlıq” kimi qorxunc keyfiyyətlər əks olunmuşdur. 

Qərbi  Avropa  ölkələrində,  o  cümlədən  İngiltərədə  türk  mövzusuna  –  tarix,  mədəniyyət  və 

ədəbiyyatına  zaman-zaman  böyük  maraq  olmuşdur.  İngiltərədə  “erkən  müasir  dövrdə”  XVI  yüzilin 

axırlarında və XVII yüzilin əvvəllərində, xüsusilə Osmanlı türklərinə olan böyük marağın nəticəsində, 

dramaturgiya  sahəsində  xeyli  sayda  səhnə  əsəri  yazılmışdır.  1579-cu  ildən  1642-ci  ilə  qədər  – 

təxminən  60  ildən  çox  bir zaman  kəsiyində,  yalnız  İngiltərədə  Şərq  mövzusunda  47  pyesin  yazıldığı 

qeyd edilir.  

İngilis  dramaturqlarında Türk mövzusuna hədsiz marağın yaranması, təbii ki, ictimai-siyasi və-

ziyyətlə, xüsusilə Osmanlı türkcəsinin bütün Avropada tutduğu mövqeyi ilə əlaqədardır. XV və XVIII 

yüzilliklər arasında türklər Avropada Xristian monarxlarına vahimənin xofunu nümayiş etdirmişdilər. 

Onlar “yeni dünyada ilk arasıkəsilməyən müstəmləkələrini yaradanda" Xristian monarxları da bu vaxt 

“Osmanlı türklərinin onları öz evlərində müstəmləkəsi altına çevirmək hədəsinə tuş gəlmişdilər.” 

 

 



 

İNGİLİS ƏDƏBİYYATINDA İLK QADIN SURƏTLƏRİNİN BƏDİİ ƏKSİ 

 

Şəbnəm MƏMMƏDOVA 

Gəncə Dövlət Universiteti 

shebnemmammadova@yahoo.com 

AZƏRBAYCAN 

 

Yer üzündəki insan bütün tarix boyu öz yaşayışı və varlığı haqqında bir sıra böyük problemlər ilə 



üzləşib onları araşdırmağa çalışmışdır. Bu çalışmalar özünü eyni anlam və qavrayış daşıyan motivlər 

və arxetiplər sistemində formalaşdırmışdır. Gerçəkliyə münasibətin hər hansı bir forması olan arxetip 

simvol və obrazlar  əsasında formalaşır.Bunu mətnin təqdim etdiyi informasiya  əsasında bərpa etmək 

mümkündür. Məsələn, nağıllarda geniş şəkildə yayılmış obrazlardan biri olan su pərisi obrazı özündə 

pak,  saf  və  gözəl  qadın  arxetipinin  xüsusiyyətlərini  yaşadır.  Başqa  sözlə,  bu  obraz  həmin  arxetip 

əsasında qurulmuşdur. Hər bir janrda yer alan bu obraz funksional semantikası baxımından arxetipik 

mahiyyət daşıyır. Müxtəlif situasiyalarda bu obrazın həyata keçirdiyi fəaliyyətlər onun dərin mifoloji 

strukturu barədə düşünməyə imkan verir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1211



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

C.  G.  Yunq  bu  təkrar  olunan  arxetipləri  ‘toplumsal  şüuraltı,  yaxud  collective  unconscious' 

adlandırmışdır. Bu arxetiplər eyni anlam daşısalar da, onların sistemi yaxud necə formalaşması təkrar 

olunur. Başqa sözlə, arxetiplərin yarandığı coğrafiya, mühit, xalq, zaman, təməlquruluş və ədəbiyyat 

dili  onları  hər  xalqın  öz  yaddaşı  və tarixinə çevirmişdir.  Bu  o deməkdir  ki,  hər  bir  yaradıcı  xalq  öz 

yaradıcılıq gücünə görə dünyada tanına bilir. Amma bu tanışlıq və dünya səviyyəli ad-san qazanmaq 

üçün  birinci  addımda  insan  üzünü  və  üzlüyünü  dərin  araşdırıb  tanımalıdır.  Bu  yol  da  bilginin  digər 

sahələrində olduğu kimi kökdən başlanmalıdır və mifik düşüncələr dünyası bu yolun uyğun başlanğıcı 

hesab  olunur  ki,  bunu  amerikalı  filosof  və  alim  Cozef  Kampbelin  dediyi  kimi  əsaslandırmaq 

olar:‘Sivilizasiyaların  inkişaf  dinamikası  tarix  boyu  onların  arxalandığı  mifik  uluların  bütövlüyü  və 

birləşməsi funksiyası ilə şərtlənir.' 

Kembric  məktəbinin  görkəmli  nümayəndəsi  C.C.Freyzerin  apardığı  araşdırmalar  bu  sahədə 

mühüm mərhələni təşkil etmişdir. Freyzerin tədqiqatlarında insanın bütün zaman və məkanlarda istək 

və arzularının oxşarlığı ideyası diqqəti cəlb edir. 

Müəllifə görə insanın daşıdığı ümumi təcrübə, bilgilər mövcuddur ki, bunun da qaynağını ortaq 

şüuraltı  təşkil  edir.  Ortaq  şüuraltının  əsasında  isə  sabit  arxetiplər  durur.  Bu  məkanda  qadın  arxetip 

simvol-obraz kimi ana, vətən kimi mətndə informasiya yükünə çevrilir. 

XIV  əsr ingilis  alleqorik  "Əkinçi  Pyerin röyası"  poemasında  biz  bu  qadın  obrazını  simvol  kimi 

təqdim  olunmasının  şahidi  oluruq.  Mənəvi-didaktik  poeziya  nümunəsində  ən  böyük  sadə  kətan 

geyimində  olan  gözəl  qadın  obrazı-müqəddəs  kilsə,  həqiqət  kimi  təqdim  olunmuş  və  həqiqətin  yer 

üzündə "ən qiymətli neməti" hesab edilir. 

Lanqlandın əsəri zəmanəsinin ictimai həyatı ilə orqanik vəhdət təşkil edir; dövründəki hadisələrə 

çox  hərarətlə  cavab  verərək  sosial  və  etnik  xarakterli  problemləri  qoyur,  ingilis  kəndlisinin 

iztirablarını, ümid və arzularını əks etdirir. Kəndli zəminində yaranan və orta əsrlərdə ən çox yayılmış 

"yuxu" (röya) janrında yazılan Lanqlandın poeması milli şüur faktına çevrildi. Burada gerçəklik yuxu 

formasında  göstərilir.  Poemanın  alleqorik  xarakteri  mücərrəd  məfhumlardan  danışaraq,  konkret 

obrazlara  müraciət  edib  haqq,  ədalət,  vicdan,  şər  və  müdriklik  haqqında  təsəvvürlərini  cəmiyyətin 

müəyyən  ictimai  təbəqəsinə  xas  olan  canlı  insan  obrazlarında  təcəssüm  etdirmişdir.  Lakin  poemada 

iştirak  edən  şəxslər  təkcə  şəxsləndirilən  abstraksiyalar  deyil;  burada  XIV  əsr  ingilis  əkinçisinə  xas 

konkret əlamətlərinə görə gerçəkliyin tələbindən irəli gələn, haqq və ədalət axtarışına çıxan poemanın 

baş  qəhrəmanı  –  Əkinçi  Pyotr  meydana  çıxır  və  bu gündə  Əkinçi  Pyotr  adı  ümumi  isim  mənasında 

zəhmətkeş insan təsəvvürü kimi işlənir.  

Poema  iki  hissədən  ibarətdir  və  bura  on  bir  "yuxu"  və  müqəddimə  daxildir.  Müqəddimədə 

müəllif  yuxusunu  nəql  edir  ki,  bir  gün  may  ayında  o  "dünyanı  dolaşıb,  onun  möcüzələrini  eşidib 

görmək üçün" səyahətə çıxır. Yorulub dağın ətəyində yatıb yuxu görür: "İnsanların çox olduğu gözəl 

düzənlik.  Burada  həm  varlı,  həm  yoxsul,  işləyən,  əylənən  insanlar  görünür.  Düzənliyin  bir  tərəfində 

nəfis  tikilmiş  qala,  uzaqda  görünən  isə  qaranlıq  zindan".  Təsvir  olunan  şəkil  -  həyat  alleqoriyasıdır. 

"İzdihamlı düzənlik"- bəşəriyyət; düzənliyin üzərində yüksələn qala - Haqqın məkanı, qaranlıq zindan 

- şərin yuvası kimi göstərilib.  

Birinci "yuxuda"  gözəl  qadın haqqında  danışan  müəllif  onu  -  müqəddəs  kilsə  kimi  təqdim  edir. 

Həqiqətin köməkçiləri - Məhəbbət və Vicdan, rəqibləri və düşmənləri isə poemada Yalan, Yaltaqlıq, 

Məkr və Rüşvət olaraq göstərilir. Rüşvət ikinci "yuxuda" "dünyada ən gözəl xəzi geyinmiş, heç kralda 

da olmayan tacla bəzənmişdir". 

Lanqlandın  poetik  ustalığı  günahlarını  açıq  etiraf  etməsi  səhnəsində  müəyyənləşir.  Poemanın 

epizodlarını  birləşdirən  məqam  Həqiqətin  axtarışıdır.  Lakin  bu  yol  əkinçi  Pyotrdan  başqa  heç  kəsə 

məlum deyil. Vicdan və Sağlam düşüncə ona Həqiqətin yolunu göstərir. 

Poemada mücərrəd anlayışlar həyatın həqiqi, konkret cizgilərində birləşir. Poemada qadınlara xas 

olan ən gözəl xüsusiyyətlərlə yanaşı insanın bir çox mənfi cəhətləri də diqqətə çəkilir. 

Akademik  M.  P.  Alekseyev  Lanqlandın  metodunu  orta  əsr  təfəkkürünə  xas  düşüncə  ilə 

əlaqələndirir. Orta əsr insanının düşüncə tərzində - "hər bir mücərrəd anlayışı əşyavi varlığa aid etmək 

tələbi" dayanır. 

"İngilis dilinin atası və Realizmin" banisi sayılan Cefri Coser orta əsrlərdən intibah dövrünə keçid 

mərhələsində həyatın təsvirində və insanın mənəvi-əxlaqi dünyasına, insan və təbiət, onların bir-birinə 

nisbəti  probleminin  bədii  həllində  yeni  prinsiplərdən  çıxış  edir.  Əgər  Lanqlandın  poemasında  qadın 

alleqorik  simvol  kimi  təqdim  olunurdusa,  Coserin  yaradııcılığında  məhşur  qədim  qadınların 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1212



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

məhəbbətindən söz açan şair Kleopatra, Filomena, Tisba və başqalarından 1385-ci ildə yazdığı "Şanlı 

qadınlar  əfsanəsi"ndə  realist  şəkildə  bəhs  edir.  Alleqoriya  və  simvollar  burada  real  həyatı  kölgədə 

qoymurlar. 

Realist poetikanın xüsusiyyətləri və milli üslub yeni humanist obrazın yaranmasını şərtləndirdi. 

Humanizm  Coser  yaradıcılığının  məntiqi  vurğusunu,  məzmununu  təşkil  edir.  Onun  sənətinin 

mərkəzində insan və ouun taleyi problemi durur. Oxucularının çoxluğunu qadınlar təşkil etdiyini bilən 

müəllif doqquz məhşur eşq fədailəri olan qadınlardan əfsanələr yazmışdır. 

Coser orta əsr şairləri kimi, sevənlərin hissiyatını mühakimə etmir, sevgilinin surətini Dante kimi 

ilahi-simvolik  obraza  çevirmir,  Petrarka  kimi  "günah  işlədiyi"  üçün  peşmanlığa  da  qapılmır.  Onun 

qəhrəmanları real, muxtar şəxsiyyət kimi təqdim olunur. Qadına, insan şəxsiyyətinə hörmət və pərəstiş 

cəngavərlik poeziyasının da əsasını təşkil edirdi. Kral Artur və onun dəyirmi stol cəngavərləri və daha 

sonra  Artursayağı  (Arturian)  əsərlərin  qəhrəmanlarının  qadını  ilahi  simvola  çevirən  təsvirləri  ilə 

rastlaşırıq.  Buna  misal  olaraq  "Cənab  Raveyn  və  gənc  cəngavərlər",  "Kral  Qorn"  cəngavərlik 

romanlarında qadın obrazlarının romantikləşdirilməsi və ideallaşdırılması diqqəti çəkir. 

Eyni  qadın  obrazının  bədii  təsvirini  biz  Şərq  poeziyasında  da  müşahidə  edirik.  Dahi  Nizami 

poemalarında qeyd etdiyi kimi poeziyanı bir elm kimi qəbul etmiş və qəhrəmanlarının bədii təsvirini 

verərkən  insanın  hansı  yollarla  və  necə  harmonik  şəxsiyyət  kimi  inkişaf  edə  biləcəyini  göstərmişdir. 

Nizami  şəxsiyyətin  ahəngdar  inkişafını  üç  cəhətin  birləşməsi  zəminində  görmək  istəmişdir:  zahiri 

gözəllik, fiziki qüdrət və dərin idrak (Fərhad surəti). Bu ahəngdar inkişafın əsasını təşkil edən Avropa 

sənətçilərinin Renessans mahiyyətində və məziyyətində də bu cəhətləri görürük. 

 

 



İRVINQ STOUNUN "YAŞAMAQ YANĞISI"                                   

ROMANINDA YARADICI INSAN OBRAZI 

 

Günay RZALI 

Bakı Dövlət Universiteti 

gunayrzali@gmail.com 

AZƏRBAYCAN 

 

Müasir  Amerika  ədəbiyyatının  görkəmli  nümayəndəsi  İrvinq  Stoun  bioqrafik  romanlar  müəllifi 



kimi  məşhurdur.  Bioqrafik  romanlarında  sənədli  material  və  dəqiq  faktların  yüksək  bədii  təxəyyüllə 

lazımi  ölçü  uyğunluğunu  tapmış  Stoun  bir  neçə  romanında  yaradıcı  şəxsiyyətlərin  həyat  hekayəsini 

təsvir etmişdir. Ancaq bu əsərlər arasında "Yaşamaq yanğısı" romanının xüsusi yeri vardır. Bu sadəcə 

İrvinq Stounun ən yaxşı bioqrafik romanlarından biri deyildir, roman həm də onunla əlamətdardır ki, 

o,  müəllif  yaradıcılığının  sonrakı  inkişaf  istiqamətini  müəyyənləşdirmişdir.  Belə  ki,  Stoun  30-40-cı 

illər bioqrafik roman yaradıcılığında "Yaşamaq yanğısı" əsərinin əsasını təşkil edən prinsiplərə riayət 

etmişdir.  

Yaradıcılıq  prosesinin  mahiyyəti,  yaradıcı  insanların  həyatı,  onların  cəmiyyətdə  yeri  yazıçıları 

maraqlandıran  mövzulardan  biridir  və  bir  çox  əsərlər  məşhur  yaradıcı  şəxsiyyətlərin  həyatına  həsr 

edilmişdir.  Ancaq  belə  əsərlərin  bir  çoxunda  faktlar  yazıçı  tərəfindən  təhrif  oluna  bilir,  şəxsiyyətin 

həyatı yazıçı ideyasının çatdırılmasına xidmət edir. Stounun böyük holland rəssamı haqqında olan bu 

romanının  əsas  özəlliyi  isə  ondan  ibarətdir  ki,  roman  bəzi  belletristika  sərbəstlərini  çıxmaq  şərtilə 

tamamilə  faktlar  əsasında  yazılmışdır.  Stounun  təqdimatında  Van  Qoqun  həyat  yolunu,  rəssamın 

mənəvi, estetik prinsiplərinin formalaşmasını izləməklə yaradıcılığında bunların əks olunması şəklini, 

yaradıcılığının aparıcı motivini, cəmiyyət tərəfindən bunların qəbul edilməməsinin səbəblərini görmək 

mümkündür. Bu mənada Van Qoq ümumiləşdirilmiş yenilikçi rəssam, novator sənətkar obrazıdır.       

"Yaşamaq yanğısı" romanı Van Qoqun həyatını və bioqrafiyasını onun daxili-mənəvi inkişafı ilə 

ayrılmaz vəhdətdə təsvir edir. Burjua dünyasından təcrid olunmuş və tərk edilmə duyğusundan əzab 

çəkən  Van  Qoq  üçün  tənhalığı,  ətraf  mühitlə  arasında  yaranmış  uçurumu,  uyğunsuzluğu  və  bunların 

doğurduğu  sıxıntı  və  kədəri  dəf  etməyin  ən  güclü  vasitəsi  təsviri  sənət,  yaradıcılıq  prosesi  idi. 

İncəsənətə  istedadın  hökmü  ilə  deyil,  ümidsizlikdən  və  həyatda  özünü  tapa  bilməməyin 

məyusluğundan  gəlmiş  Van  Qoq  yaradıcılıqda    dünyanı  dərketmə  üsulu  yox,  dünyada  mövcudluq 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1213



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vasitəsi tapır. Rəng Van Qoq üçün özünün yalnızlığını aradan qaldırmaq vasitəsinə, insanlara müraciət 

üsuluna,  dünya  ilə  dialoq  formasına  çevrilir.  "Yaşamaq  yanğısı"  romanının  başlıca  leytmotivi  Van 

Qoqun  həyata  aktiv,  həmləvər  münasibəti,  onun  yaşamaq  və  yaratmaq  yanğısıdır.  Van  Qoq  özünü 

həyat va yaradıcılıq arasında bölə bilmirdi. Buna görə də əvvəlcə Van Qoqun  rəssamlığa qədər gəldiyi 

yol,  sonra  isə  rəssamın  doğulması  və  çiçəklənməsi  təsvir  olunur.  Stoun  Van  Qoqun  bu  bütövlüyünü 

həssaslıqla  tutmuşdur  və  onun  kitabında  rəsmlər  çəkən  də,  bütün  bədbəxtlər  üçün  əzab  çəkən  də  və 

incəsənətdə çevriliş edən də eyni bir adamdır. 

İrvinq Stoun Van Qoqun həyat yolunu onun dünyagörüşünün və xarakterinin inkişafı, insanlarla 

qarşılıqlı  münasibəti  ilə  əlaqəli  şəkildə  izləyir.  "Yaşamaq  yanğısı"nın  kompozisiyası  da  tamamilə 

qəhrəmanın  xarakterinin  inkişaf  məntiqinə  tabe  edilmişdir.  Hər  bir  hissə  qəhrəmanın  inkişafında 

müəyyən mərhələni açır. Kompozisiya rəssamın həyatını ardıcıl şəkildə təqdim edir 

Janrın  bir  çox  nəzəriyyəçiləri  bioqrafik  əsərin  qəhrəmanının  həyatının  təsvirinə  körpəlikdən 

başlanmalı olduğu qənaətində olsalar da, Stoun bu ənənə və fikrə zidd olaraq öz qəhrəmanını oxucuya 

22 yaşında təqdim edir. Van Qoqun tərcümeyi-hal kompozisiyasının bu xüsusiyyəti tamamilə özünü 

doğruldur,  çünki  öz  işindən,  çevrəsindən  məmnun  Van  Qoqun  gerçəkliyə  və  həyata  münasibətini 

dəyişdirəcək,  onu ictimai problemlərin  səbəbləri  üzərində  düşünməyə  vadar edəcək  zərbəni  məhz  bu 

zaman alır.  

Van  Qoqun  obrazını  yaradaraq  İrvinq  Stoun  ilk  səhifələrdən  qəhrəmanın  xarakterinin  başlıca 

cəhətlərinin  təməlini  qoyur  və  onun  həyatını  təsvir  edərək  onları  inkişaf  etdirir.  Qəhrəmanın 

tərcümeyi-halının  leytmotivlərindən  biri  də  Vinsentin  daxili  saflığından,  həyat  təcrübəsinin 

çatışmazlığından qaynaqlanan daim aldadılan etimad, ətrafdakı insanların anlaşılmazlığı mövzusudur. 

İrəlidə  bu  mövzu  Vinsentin  burjuaz  mühiti  ilə  ədavəti, bu  mühitə  uyğunlaşmasının  mümkünsüzlüyü 

mövzusu ilə qovuşur.      

Van Qoqun estetikası, gözəlliyi dərki onun demokratik və humanist baxışları nəticəsində ortaya 

çıxır. Van Qoqun fikrincə yalnız əzablar, ağır zəhmət və səfillik görmüş insanlar incəsənətin predmeti 

ola  bilərlər,  buna  görə  də  onun  rəsmlərində  təsvir  olunanlar  sadə  zəhmətkeşlərdir.  Van  Qoq 

rəsmlərinin  məqsəd  və  vasitələrinin  yeniliyi  dərk  edirdi  və  bu  incəsənətin  mahiyyəti  həyatı,  təbiəti 

hərəkətə gətirən əbədi ritmi göstərmək idi. 

Ehtiyacdan  və  gərginlikdən  dəli  olmaq  dərəcəsinə  gəlmiş  rəssamı  göstərməklə  müəllif 

yaradıcılığın təbiəti ilə bağlı nöqteyi-nəzərini ifadə edir. Onun fikrincə yaradıcılıq yaradandan çılğınlıq 

və onun məhvini tələb edir, bu isə o halda baş verir ki, insanın bütün həyat gücü və qüvvəsi son həddə 

çatır.  Rəssamın  intiharını  Stoun  onun  mənəvi  gücü  və  cəsurluğunun  sübutu  kimi  təsvir  edir. 

Rəngkarlıqda  özünü  tapmaq,  özünü  ifadə  etmək,  mükəmməl  tablolar  yaratmaq,  əmək  insanlarının 

gözəlliyini əks etdirmək, dünyanın ölümsüz gözəlliyini həkk etmək -onun həyatının yeganə mənası idi. 

Ömrünün sonunda bu mənadan məhrum olan Van Qoq özünü gərəksiz və lazımsız hesab edir 

Van  Qoqun  mənəvi  axtarışları  müəllif  tərəfindən  sosial  və  psixoloji  baxımdan 

motivləşdirilmişdir.  Van  Qoqun  obrazı  dinamik,  təbii  və  ahəngdardır.    Bir  çox  tənqidçilərin  Stounu 

bəzən  kitabda  Van  Qoqun  maraqlarının  heç  də  bütün  çalarları  ilə  ifadə  olunmamasında,  əsərdə  bəzi 

əsaslandırılmamış faktiki və xronoloji xətaların olmasında ittiham etsələr də,Van Qoq obrazının bədii 

və psixoloji baxımdan inandırıcılığını heç kəs inkar etməyə cəhd etməmişdir.   

İrvinq Stoun Van Qoqun tarixi baxımdan etibarlı və psixoloji inandırıcı obrazını təsvir etməklə 

bütövlükdə rəssamın, yaradıcı şəxsiyyətin ümumiləşdirilmiş obrazını yaratmışdır. Puldan başqa heç bir 

dəyər tanımayan burjuanın praqmatik dünyasında rəssamın tənhalığını və onun özünü tam yaradıcılığa  

həsrini,  gözəl  tablolar  yaratmaq  naminə  özünüməhvini  bu  ümumiləşdirilmiş  obrazın  əsas  cəhətləri 

kimi göstərmişdir. Bu mənada İ.Stounun "Yaşamaq yanğısı" romanının mövzusu təkcə böyük holland 

rəssamının  həyatının  təsviri  deyil,  həm  də,  burjuaz  dünyasında  yaradıcı  şəxsiyyət  haqqında  müəllif 

konsepsiyasıdır.  

Əsərin obrazlar sistemi, təhkiyə üslubu, dramatizm, peyzajlar, romanın strukturu əsas məqsədə- 

rəssamın  təkrarolunmaz  daxili  aləminin  yaradılmasına  tabe  edilmişdir.  İrvinq  Stoun  sənədli  material 

və bədii təxəyyül arasındakı lazımi ölçünü, müəllif-qəhrəman münasibətlərini tapmağa və Van Qoqun 

timsalında bütövlükdə yaradıcı insanın daxili-mənəvi aləmini ustalıqla açmağa nail olmuşdur. 

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin