Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə95/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   91   92   93   94   95   96   97   98   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1249



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dayandığını qeyd edir. O kompetensiyanı (səriştəni) performansdan ayırır və cümləyə struktur təsvir 

verir ki,  bununla da V.fon Humboldtun cümlə yaratmaq fikirinə qarşı çıxır (3,s.283). 

N. Xomski dilöyrənmədə genetik koqnisiya prinsiplərinin aktiv olduğunu göstərir və qeyd edir ki, 

bu  heç  də  hər  şeyi  öyrənmək  demək    deyildir,  öyrənmək  yalnız  prosesin  aktivləşməsidir  ki,  bu  da 

bütün  dillər  üçün  eynidir  və  beyindəki  digər  koqnitiv  proseslərlə  əlaqədardır.    O  inanır  ki,  ilk  əvvəl 

insanın düşüncəsi yaranıb və bunun əsasında sonralar o,  dili yaradıb. N. Xomskinin mövqeyi bizim 

diqqətimizi insan beyninə yönəldir. Əlbəttə ki, beyin və davranış intuitiv olaraq əlaqəlidir (3,s.189). 

Dilin  ilkin  olaraq  bioloji,  yaxud  kultural  olmasından  asılı  olmayaraq  bizim  beynimiz  onların 

ikisini  də  birləşdirir.  Beynin  burada  rolu  danılmazdır.  Q.  Markusa  görə,  beyin  hisslərdən  məlumatı  

alır, həmin məlumatı təhlil edir və əzələlər vasitəsilə onu komanda şəklində dilə gətirir. Beynin yerinə 

yetirdiyi  funksiya  budur.  Beyin  bəşəriyyətin  qanunları  barədə  fikirləşmək  üçün  yaranmayıb,  yaxud 

onları  idarə  edən  qanunları  yaratmayıb.  O,  sadəcə  olaraq,  komanda  şəklində  mexaniki  olaraq  ona 

ötürülən  məlumatı  dilə  gətirir.  Dilin  yaranması  ilə  bağlı  tədqiqatlar  aparan  digər  dilçi  D.  Bikerton 

N.Xomski nəzəriyyəsinə qarşı çıxır. N. Xomskidən fərqli olaraq, o iddia edir ki, ilk əvvəl dil yaranıb 

və daha sonra da insan düşüncəsi meydana gəlib. 

D.  Bikerton  N.  Xomskinin  dilin  anadangəlmə  faktorlar  əsasında  yaranması  fikirlərinin 

uğursuzluğunu vurğulayır. O, dilin bir anda qəbul edilərək yaranmasının anadangəlmə olması fikrinə 

şübhə ilə yanaşır. O insanlar ki, uşaqların dili necə qəbul etməsini öyrənirlər, bu məsələdən narahat 

olurlar. Belə ki, uşaqların dili sərbəst qavraması, yaxud dildə sərbəst danışmaları üçün müəyyən illər 

lazımdır.  Bu  faktdır  ki,  biz  həyatımız  boyu  yeni  sözlər  öyrənirik.    Bu  fakt    dilin  mənimsənilməsi 

prosesində  dilin  qəbulunun  bir  anlıq  olması  fikrini  şübhə  altına  alır.  Gəlin  uşaqların  dili  necə 

qavramaları  qabiliyyətini  nəzərdən  keçirək.  Uşaqlar  dilə  necə  başlayırlar?  Onlar  danışmağa  mənasız 

ifadələrlə başlayırlar. Bu mənasız sözlərlə başlayan danışıq sonda tam nəzarət altında olan insan dilinə 

çevrilir.  Bu  zaman  ilkin  mərhələ  ilə  son  mərhələ  arasında  fərq  varmı?  Təbii  ki,  fərqdən  asılı  olaraq 

dilin inkişafı bəzilərində daha asan, bəzilərində isə  bir qədər çətin olur. Uşaqlardan bəzilərinin yaxşı 

danışması, bəzilərinin  bir qədər çətin danışması,  bəzilərinin   şirin,  bəzilərinin bir  qədər  kobud  və  s. 

şəkildə danışmalarından asılı olmayaraq nəticə eynidir. Tam nəzarətdə olan dil (3, s.123). 

İngilis filosofu  C. Lok dilin fəlsəfəsi və psixologiyasını öyrənmək sahəsində xeyli iş görmüşdür. 

O, ünsiyyət biliyi üçün dili əsas instrument hesab edirdi. O iddia edir ki, qarışıqlıqdan yayınmaq üçün 

mürəkkəb fikirlər sadə fikirlərlə çatdırılmalıdır. C. Lok epistemologiyasının ən məşhur cilası odur ki, 

fikir  boş  proqram,  təbii  fikirlərdən  uzaq  və  həssas  təcrübəyə  əsaslanaraq  yazılır.  C.  Lok  dilin 

relevantlığını  qəbul  edirdi.  O  deyirdi  ki,  prinsiplər  təbiidir  və  onlardan  yaranan  fikirlər  də  təbii 

olmalıdır.  Yeni doğulan  körpəyə  fikirlər  aid  olmadığından  onlar  əşyaları  adlandıra  bilmirlər.  O izah 

edirdi ki, körpələr aclıq və susuzluqlarını anlada bilirlər, amma bu o anlama gəlmir ki, onlar aclıq və 

susuzluğun  nə  olduğunu  bilirlər.  Real  fikirlər,  məsələn,  “günah”,  yaxud  “bərabərlik”  linqvistik 

qabiliyyətdən kənarda mövcud ola bilməz. Elə körpələrdə də bu qabiliyyət çatışmır. 

Mürəkkəb  və  sirli  hadisə  olan  dilin  mənşəyi  barədə  apardığımız  araşdırmalar  onu  göstərir  ki, 

onun  hamı  tərəfindən  qəbul  olunmuş  tərifi  yoxdur,  yaxud  da  deyə  bilərik  ki,  həmin  tərifi  tapmaq 

çətindir.  Dil  haqqında  yuxarıda  qeyd  etdiyimiz  fikirlərdən  də  gördüyümüz  kimi,  müxtəlif  dövrlərdə 

müxtəlif dilçilər  dilin bir aspektini açıb izah edir.  Dilçiliyin yaranması tarixindən diqqət mərkəzində 

olan  dilin  mahiyyəti  barədə  fikir  müxtəlifliyi  hələdə  öz  aktuallığını  saxlamaqdadır.  Qədim  dövrdən 

tədqiq olunmasına baxmayaraq, bugün də bu mövzunun araşdırılması labüddür. 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1250



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

DÜNYANIN DİL MƏNZƏRƏSİNDƏ “AZƏRBAYCAN” KONSEPTİ 

 

Aysel ŞÜKÜROVA 

Azərbaycan Dillər Universiteti 

aysel_edu@yahoo.com 

AZƏRBAYCAN 

 

Son  illər  multimədəni  aspektdə  ünsiyyətin  tədqiqatı  “konsept  terminin”  geniş  istifadəsinə  təkan 



vermişdir.  Konsept  koqnitiv  dilçilik,  linqvokulturologiyanın    mühüm    və  mürəkkəb  anlayışlarından 

biridir.  Konseptlərsiz  hər  hansı  bir  xalqın  mədəniyyətini  təsəvvür  etmək  mümkün  deyil.  Latin 

dilindəki “conseptus” sözü anlayış mənasını versə də dildəki  bütün anlayışları və sözləri konsept kimi 

qəbul edə bilmərik. Bununla bağlı V.A. Maslova qeyd etmişdir ki,  konsept olan leksik vahidlərin sayı 

məhduddur,  çünki    məfhumları  təyin  edən  sözlərin  hamısı    konsept  ola  bilməz.  Yalnız  mədəniyyət 

üçün  aktual  və  dəyərli  sayılan,  özünün  fiksə  edilməsi  üçün  böyük  miqdarda    dil  vahidlərinə  malik, 

atalar  sözləri  və  zərb-məsəllər,    nəzm  və  nəsr  mətnlərinin  mövzusu  olan  real  anlayışlar  konseptə 

çevrilir.  Konseptlər bir simvol, emblem olaraq  onları yaradan mətnə, situasiyaya, biliklərə   müəyyən 

formada    işarə  edirlər.    Onlar  xalqın  mədəni  yaddaşının  daşıyıcılarıdır.  (s.36-38)  (  Маслова  В.А. 

Введение в когнитивную лингвистику. М.: Флинта, Наука,2011,295 s.)   

 Son  dövrlər    bir  sıra  tarixi,  siyasi,  iqtisadi  faktorlarla  əlaqədar  dünyanın  dil  mənzərəsində 

“Azərbaycan”  konseptinin  işlənmə  tezliyi  daha  da  artıb.  İlk  növbədə,    dünyanın  dil  mənzərəsi    və 

dünyanın mənzərəsi anlayışlarını izah edək. 

Dünya ilə insanın qarşılıqlı əlaqəsi nəticəsində, insanın dünya haqqında  təsəvvürləri formalaşır, 

insan  beynindəki  bu  dünya  modelinə  fəlsəfə,  dilçilik,  fizika  və  sair  elm  sahələrində  “dünyanın 

mənzərəsi deyilir.”   

Dünya  mənzərəsi bizi əhatə edən reallıq haqqında müəyyən təsəvvürlər sistemidir. Bu anlayış ilk 

dəfə  məhşur  avstriya  filosofu  Lyudviq  Vitqenşteyn  (1889-1951)  tərəfindən  1916-1918-ci  illərdə  

Almaniyada    yazmış  olduğu  (əsər  1921-ci  ildə  nəşr  olunub)  “Məntiqi-  fəlsəfi”  traktatında  istifadə 

olunub.  L.Vitqenşteynə  görə  bizim  ətrafımızdakı  aləm  əşyaların  yox,    faktların  məcmusudr,  və  o, 

yalnız  faktlarla  müəyyən  edilir.  İnsan  şüuru  özü  üçün  reallığın  müəyyən  modeli  olan    faktların 

obrazlarını yaradır.  

“Dünyanın  dil  mənzərəsi”  termini  isə    XX  əsrin  30-cu  illərindən  başlayaraq  Leo  Vaysberq 

tərəfindən istifadə olunub. L.Vaysberq nəzəriyyəsində  dünyanın dil mənzərəsini ilkin olaraq etnosun 

mövcud  olduğu  xarici  mühitin  xüsusiyyətləri  ilə  əlaqələndirirdi.  Daha  sonra,  alim  dünyanın  dil 

mənzərəsini  öyrənərkən  dünyagörüşü  komponentini  -  insanın  ətraf  aləm  haqqında  təsəvvürünü 

fomalaşdıran güclü amili, yəni dilin yaradıcı rolunu daha çox vurğuladı. 

R.Lado dünyanın dil mənzərəsi ilə dünyanın konseptual mənzərəsini fərqləndirərək qeyd etmişdir 

ki, “Dünyanın dil mənzərəsi –  dil vasitələri ilə əks olunan gerçəkliyin şüurda   obrazıdır; dil vasitəsilə 

təqdim  olunmuş  təsəvvürlərin  konseptual sistemi  haqqında  inteqral  bilik  modelidir.   Dil  mənzərəsini 

dilin təcəssümündə, dünya haqqında insan biliyinin sözlə konseptuallaşmasında özül olan konseptual 

və ya koqnitiv modeldən fərqləndirilmək lazımdır”. 

Dünyanın  dil mənzərəsində Azərbaycan konseptinin inkişaf dinamikası 1991-ci ildə tariximizdə 

ən  mühüm  hadisələrdən  biri  olan  Respublikamızın  müstəqillik  qazandığı  dövrdən  bu  günə  qədər 

günbəgün artır.  Azərbyacan konspeti zəngin bir anlayış olub geniş informasiya tutumluluq dərəcəsinə 

malik,    iqtisadiyyat,    təhsil,      incəsənət,    siyasət  və    digər  sahələrlə  bağlı  diskurs  nümunələrində  öz 

mürəkkəbliyi ilə seçilən və tez-tez rast gəlinən, çoxlaylı konseptlərdən  biridir.  

Hal-hazırda  informasiya  axtarış  sistemlərinə  nəzər  yetirsək  “Azərbaycan”    konseptinin  dünya 

ictimaiyyətinin  dil  mənzərəsində    Müstəqil  Azərbaycan  Respublikası,  torpaqlarının  iyirmi  faizi  işğal 

altında olan  Azərbaycan;  Xocalı,  20 yanvar faciəsini qan yaddaşında həkk edən xalq,  regionda ən 

çox islahatlar aparan  dövlət  kimi məlumatı özündə daşıyan konsept kimi verballaşdığını görə bilərik.  

Həmçinin,  Azərbaycan  konseptinin  siyasi  diskurs  çərçivəsində  verballaşmasına  aid  misallara 

nəzər yetirək:  

-

 



Azərbaycan  dünya  miqyasında  öz  mövqelərini  möhkəmləndiribdir.  Dünyanın  bütün  beynəlxalq 

təşkilatları,  bir  çox  dövlətləri  ilə  Azərbaycanın  əlaqələri  və  əməkdaşlığı  genişlənib  və  inkişaf  edibdir. 

Azərbaycan daxili siyasətində tutduğu yolla ardıcıl olaraq gedir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1251



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

(Ümummilli  Lider  Heydər  Əliyevin  Azərbaycan  xalqına  yeni  il  təbriki.  31  dekabr  1999-cu  il) 

(Heydər Əliyev.  Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2008, 504 səh).  

-

 



Not only has Azerbaijan played an important role in the global energy market, but they have also been a 

strategic partner in matters of global security. 

(http://www.washingtontimes.com/news/2015/jan/28/azerbaijan-why-azerbaijan-matters-to-the-united-st/) 

-

 



Azerbaijan has  continually  shown  their  willingness  to  cooperate  with  our  government  to  foster  a 

healthier,  more  stable  Middle  East  and  Eurasia.  It  is  imperative  for  the  future  of  our  national  security  that  we 

continue down a path of collaboration and show that we will be a strong and strategic partner to Azerbaijan   for 

years to come.    

(http://www.washingtontimes.com/news/2015/jan/28/azerbaijan-why-azerbaijan-matters-to-the-

united-st/) 

Yuxarıda  göstərdiyimiz  misallarda  Azərbaycan  konsepti  metonimik  formada  həm  Azərbaycan 

dilində olan siyasi diskurs nümunəsində, həm də ingilis dilli siyasi diskursda təqdim olunmuşdur. Bu 

isə Azərbaycan konseptinin nəinki Azərbaycanlıların dil şüurunda, həmçinin dünya ictimaiyyətinin də 

dil şüurunda təqdim olunma dinamikasının artmasını göstərir. 



 

 

ELMI-FANTASTIK ƏSƏRLƏRDƏN AZƏRBAYCAN                        

DILINƏ DAXIL EDILƏN SÖZ VƏ TERMINLƏR 

 

Günel ƏLƏSGƏROVA 

Qafqaz Universiteti 

gelasgerova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Ədəbiyyatların  qarşılıqlı  təsiri  və  inkişaf  problemləri  məhz  xarici  ədəbiyyatın  tərcüməsindən 



başlayır. Hər bir xalqın dili, mədəniyyəti və ədəbiyyatı onda güclü, qüdrətli olur ki, o xalqın böyük 

tərcümə  ədəbiyyatı  vardır.  Daha  doğrusu,  dünya  ədəbiyyatını  tərcümə  edən  hər  hansı  dil  ədəbi 

əlaqələrin mənəvi körpüsünü yaradır və zənginləşir. Bu cəhətdən Azərbaycan dili də istisna deyil. 

Klassik Azərbaycan ədəbiyyatının ingilis dilinə əhatəli tərcüməsini XVII əsrdən etibarən başlan-

mış, XVIII əsrdən isə daha sürətli şəkildə davam etmişdir.Uzun tərcümə tarixinə və təcrübəsinə malik 

olan Azərbaycan müstəqillik qazandıqdan sonra da bu sahəni intensiv sürətdə davam etdirmişdir. XXI 

əsrin ilk on illiyindən etibarən fantastika və elmi-fantastika janrda yazılmış əsərlərə ölkəmizdə böyük 

maraq  oyanmış,  xarici  ölkə  ədəbiyyatından  dünya  şöhrətli  yazıçıların  əsərləri  tərcümə  edilərək  yerli 

yazıçılarlabərabər antologiya kitabları halında nəşr edilməyə başlamişdir. Bu proses bizə dilin inkişafı 

ilə yanaşı tərcümənin nəzəri və praktik problemlərini üzə çıxartmağa kömək olur.  

İngilis  ədəbiyyatından  Azərbaycan  dilinə  tərcümə  işinə  isə  XIX  əsrin  sonlarından 

başlanmışdır.Müstəqillik  əldə  edəndən  sonra  azərbaycan  dilində  fantasika  janrda  üç  antologiya  çap 

edilmişdir:  “Dünya  Fantastika  Antologiyası”2007-ci  ildə  çap  edilmişdir.  Kitaba  fantastika  janrında 

yazan  dünya  yazıçılarından  Artur  Klark,  Ayzek  Əzimov,  Rey  Bredberi,  Pyer Bul,  Fred  Saberhagen, 

Con Kristofer, Vatslav Kaydoş, Kşiştof Borun, Siniti Xosi və Namiq Abdullayevin hekayələri, eləcə 

də  Aleksandr  Belyaevin  “Professor  Bouelin  başı”  povesti  və  Herbert  Uellsin  “Görünməz  adam” 

romanı  daxil  edilmişdir.Bu  kitabın  ərsəyə  gəlməsində  mərhum  professor  Zeydulla  Ağayevin  böyük 

xidmətləri olmuşdur.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevın  “Dünya  ədəbiyyatının  görkəmli 

nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı  əsasənda  “Dünya  elmi-fantastik  ədəbiyyatı antologiyası  -I  cild  və  “Dünya  elmi-fantastik 

ədəbiyyatı  antologiyası”-nın  II  cildi2013-2014-cü  illərdə  çap  edilmişdir.  Bu  kitablarda  Edmond 

Hamilton,  Endrü  Norton,  Artur  Klark,  Alfred  Van  Qoqt,  Mişel  Demüt,  Yanuş  Şablitski,  Nils  Nilsen 

kimi  dünya  şöhrətli  elmi-fantast  yazıçıların  əsərləri  tərcümə  edilərək  nəşr  edilmişdir.Oxucuların 

diqqətinə təqdim edilən bu əsərlərdə fantastika janrı rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, 

demək  olar  ki,  fərqlənmir.Əsərlərin  tərcümə  edilməsində  və  kitabın  ərsəyə  gəlməsində  Heydər 

Orucovun və Nigar Orucovanın böyük əməyi olmuşdur.   



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1252



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu  növ  kitabların  çap  edilməsi  ilə  azərbaycan  dilinə  yeni-yeni  sözlər,  terminlər  sürətlə  daxil 

olmaqdadır.  Terminologiya  Komissiyasının  sədr  müavini  Sayalı  Sadıqov  bildirmişdir  ki,  son  illərdə  

dilimizə  daxil  olmuş  250-yə  qədər  yeni  söz  və  söz  birləşməsinin  siyahısı  nəşr  ediləcək.  Yeni  sözlər 

daha  çox  texniki  və  ictimai-siyasi  həyatla  bağlıdır.  Həmin  sözlər  "planşet",  "onlayn",  "plazma 

televizor",  "sosial  şəbəkə",  "selfi" (özünü çəkmə),  "sensor"  və  s.-dir.  Hər  gün işlətdiyimiz  bəzi  yeni 

sözlərin  isə  məhz  elmi-fantastik  əsərlərdən  tərcümə  edildiyi  və  yaxud  götürüldüyünü  bilmirik.  Ən 

gənc  ədəbiyyat  janrı  hesab  edilən  elmi-fantastika  müəllifləri  dilimizə  “flashmob”,  “virus”,  “avatar”, 

“android”, “datakart” və s. kimi sözlər gətirmişlər. Bu sözlərin ideya müəllifləri gələcək barədə olan 

fikirlərini yeni sözlərlə ifadə edəndə heç özləri də bilmirdilər ki, XXI əsrin ən çox işlənən terminlərini 

yaratmiş  olurlar.  Elmi-fantastik  yazıçılar  təkcə  yeni  ideyalar  vermir,  həmçinin  dünya  dillərinə  yeni 

sözlər bəxş edirlər, misal üçün “robot”, “blaster”, “nanotexnologiya”, “kredit”, “roket” göstərmək olar.  

Alınma  sözlər  dilin  lüğət  tərkibinin    leksik-semantik  potensialını  zənginləşdirən  mühüm 

mənbələrdən  biridir.  Xüsusilə,  müasir  dövrdə  ingilis  dilindəki  elmi-kütləvi  ədəbiyyatın  təsiri  altında, 

fantastik  kino  və    cizgifilmlərin  azərbaycan  dilinə  tərcüməsi  ilə  əlaqədar  və  ya  alınma  sözlərin 

götürülməsi ilə dilimizə bir çox söz və terminlər keçmiş və yeni söz və ifadələr yaranmağa başlamışdı. 

Elmi-texniki  inkişafla  bağlı  əsərlərin  azərbaycan  dilinə  tərcüməsi  prosesində  elə  terminlər,  söz 

birləşmələri  vardır  ki,  ingilis  dilində  olduğu  kimi  işlədilir.  Çünki  tərcümədə  həmin  terminləri  dəqiq 

ifadə  edən  qarşılıq  müəyyənləşdirmək  mümkün  olmamışdır.  Məsələn,  sayberspeys  (cyberspace), 

skrinşot (screenshot), superstar (superstar), telepati (telepathy)və s. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafında fantastik əsərlərin tərcümə edilməsinin təsiri 

göründüyü kimi böyükdür. Belə ki, məhz elmi-fantastik əsərlərin yeni texnoloji nailiyyətlərlə əlaqədar 

olması gündəlik danışıq dilinə aiddir. Bilirik ki, dildə inkişaf olmazsa o məhvə doğru gedir. Bu inkişaf 

da  bir  başa  ədəbiyyat  tərcüməsi  və  texnoloji  tərəqqi  ilə  əlaqədardır.  Odur  ki,  ədəbi  dilin  lüğət 

tərkibinin  tərcümə  hesabına  zənginləşməsi  milli  dil  əlaqələri  zəminində  mühüm  istiqamətlərdən  biri 

hesab olunur. 

Elmi-fantastik əsərlərdə işlədilən bəzi söz birləşmələri və ifadələr dilimizə tərcümə edilərək yeni 

fikir  və  ideyalar  yaradır.  Bu  ideyalardan  bizim  milli  fantast  yazarlarımız  olan  Namiq  Abdullayev, 

Allahverdi Eminov, Qabil Əhmədov, Emin Mahmudov bol bol əsərlərində bəhrələnmişlər. Misal üçün 

“spaceship”-kosmik  gəmi,  “zero-gravity”-çəkisizlik,  “genetic  engineering”-gen  mühəndisliyi, 

“generation ship”-nəsil gəmisi, “first contact”- ilk təmas və s. göstərmək olar.  

Ona  görə  də  yeni  terminlər  elmlərin  inkişafı  ilə  bağlıdır  və  texnikanın  inkişafı  dilləri  daha  da 

zənginləşdirir.  Tərcümə  isə  dil  gənginliyinin  ayrılmaz  hissəsidir.  Bu  sahəyə  davamlı  olaraq  xüsusi 

diqqət  göstərilməli  və  gənc  nəsil  də  bu  işə  cəlb  edilməlidir.  Əminəm  ki,  gənc  tərcüməçilərin  də 

ədəbiyyat və tərcümə işinə maraq göstərməsi Azərbaycan-İngilis ədəbi əlaqələrinin bundan sonra daha 

sürətlə inkişaf etməsinə koməklik göstərəcək. 

Tezisimi M.F.Axundovun fikri ilə yekunlaşçdırmaq istərdim: “...Tərcümənin  ...əsas şərti budur 

ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun”. 



 

 

İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN                            

MƏNŞƏYİNƏ GÖRƏ TƏSNİFATI 

 

Mehdi RƏHIMOV  

Gəncə Dövlət Universiteti 

mehdi_rahimov@yahoo.com 

AZƏRBAYCAN 



 

Dilin  lüğət  tərkibi  təkcə  sözlərlə  deyil,  eyni  zamanda  frazeoloji  vahidlərlə  də  zənginləşir. 

Frazeoloji  vahidlər  elə  söz  qruplarıdır  ki,  onlar  nitq  prosesində  yarana  bilməz.  Onlar  dildə  hazır 

vahidlər kimi mövcuddur. Frazeoloji vahidlərin mənşəcə təsnifatı  onların xarakterik xüsusiyyətlərini 

daha  yaxşı  başa  düşməyə  kömək  edir.  Mənşəyinə  görə  bütün  frazeoloji  vahidlər  iki  böyük  qrupa 

bölünür: doğma (dilin öz sözlərindən ibarət) və alınma.  

Doğma frazeoloji vahidlərin əsas mənbələri:  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1253



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1)  termin  və  ixtisas  (peşə)  sözləri,  məsələn,  fizika:  center  of  gravity-ağırlıq  mərkəzi,  specific 

weight-xüsusi  çəki;  naviqasiya:  cut  the  painter-kəndirini  kəsmək,  müstəqil  olmaq;  hərbi  sahə:  lower 

one's colours-ağ bayraq qaldırmaq, təslim olmaq; fall into line-sıraya düzülmək; 

2)  Britaniya  ədəbiyyatı:  e.g.  the  green-eyed  monster-yaşil  gözlü  əcirnə/div,  qısqanclıq  (W. 

Shakespeare);  like  Hamlet  without  the  prince  –tədbirdə  ən  önəmli  insanın  iştirak  etməməsi 

(W.Shakespeare); fall on evil days-yaxşı yaşadıqdan sonra kasıb həyat sürmək (J.Milton); a sight for 

sore eyes-görməyə son dərəcə məmnun olduğun şəxs və ya əşya (J.Swift); how goes the enemy?-Saat 

neçədir? (Ch. Dickens); never say die-çətin vəziyyətdə heç vaxt ümidini itirmə (Ch.Dickens);  

3)  Britaniya  adət  və  ənənələri:  e.g.  baker's  dozen-13  nəfərlik  qrup-keçmişdə  britaniyalı  çörək 

tacirləri  çörəkçilərdən  12  əvəzinə  13  çörək  alardılar  ki,  bu  13-cü  çörək,  tacirlərin  qazancı  hesab 

olunurdu.  

4)  Mövhumat  və  əfsanələr:  e.g.  a/the  black  sheep  (of  the  family)-  öz  ailəsinə  utanc  və  xəcalət 

gətirən bir pis iş görmüş hər hansı şəxs; the halcyon days-keçmışdə olan xoşbəxt və uğurlu günlər-bu 

ad  öz  etimologiyasını  latınca-  Alcyone-kəlməsindən  götürür  və  küləklər  kralı  Aeolusun  qızı,  Sesali 

ölkəsinin kralı Seyksin həyat yoldaşının adıdır. Alsionun həyat yoldaşı dənizdə batır və o da dözməyib 

özünü dənizə atır. Tanrılar onu quşa çevirir və küləklər onu sevgilisinin yanına aparır. Bu quş dənizdə 

yuvasını  (kursiv  bizimdir-R.M.  qədim  yunan  mifologiyasında  bu  Egey  dənizi  olaraq  gostərilir) 

qurarkən dalğalar onu dağitmaq istəsə də o qanadlarını gərir və sanki dalğalarla döyüşür və onları sakit 

saxlayır ki, yumurta qoyub bala çıxarda bilsin. Bu frazeoloji ifadə keçmişdə olan xoşbəxt və uğurlu 

günləri/zamanı bildirmək üçün işlədilir;   

5)Tarixi  faktlar, hadisələr və şəxsiyyətlər: e.g. as well be hanged (or hung) for a sheep as a lamb 

- deyəcəyin və ya etdiyin bir şey üçün çəzalanacağından sən nəyisə daha da pis etməyə qərar verirsən 

çünki  alacağın  cəza  bundan  daha  da  sərt  olmayacaq-qədim  bir  qanuna  görə  qoyun  oğurlayan  kəs 

ölümə  məhkum  edilirdi  və  ona  görə  də başqa  nəyisə  də  oğurlamağa  dəyərdi  çünki  bundan  daha  pis 

cəza yox idi; to do a Thatcher-3 dəfə seçkilərdə ardıcıl qələbə qazanaraq baş nazir kimi hakimiyyətdə 

qalmaq (keçmiş mühafizəkar baş nazir Marqaret Tetçer), (kursiv M.R. iron Lady/dəmir Ledi);  

6) Gündəlik həyat hadisələri və faktları:e.g. carry coals to Newcastle-Nyukasla kömür aparmaq-

nəyinsə  həddən  ziyadə  olduğu  yerə  həmin  şeydən  aparmaq,  Nyukasl  Şimali  İngiltərədə  yerləşir  və 

orada  çoxlu  kömür  hasil  edilir.  (kursiv  M.R.  Naxçıvana  duz,  Bakıya  neft  aparmaq);  to  get  out  of 

wood-təhlükədən və ya çətinlikdən xilas olmaq.  

Alınma frazeoloji vahidlərin əsas mənbələri: 

1)Holy  Script-Bibliya/İncil:  e.  g.  the  left  hand  does  not  know  what  the  right  hand  is  doing 

(Matthew  6:  3)-sol  əl  sağ  əlin  nə  etdiyini  bilmir,  Əhdi-Cədid  də  İsa  Məsih  həvarilərinə  öz  yaxşı 

əməllərini ictimailəşdirməməyi tövsiyə etmişdir; the kiss of Judas-Yəhudanın/İudanın öpüşü-xəyanət 

etmək məqsədi olduğu üçün yalandan hörmət və sevgi göstərmək  (Matthew XXVI: 49);  

2)Müxtəlif  dinlərə  və  adət  ənənələrə  məxsus  qədim    mif  və  əfsanələr:  e.g.  to  cut  the  Gordian 

knot-Qordian düyününü kəsmək, çətin bir problemi qəti və asan bir şəkildə həll etmək, qədim əfsanəyə 

görə Qordium ölkəsinin kralı Qordius çox mürəkkəb bir düyün bağlayır və gələcək üçün iddia edir ki, 

kim  bu  düyünü  açsa  Asiyanın  kralı  olacaq.  Bu  düyün  Makedoniyalı  İsgəndər  tərəfindən  qılıncla 

kəsilir; Prokrustan yatağı-sərt və qeyri insani bir system, hər hansı bir fərd öz ehtiyac və istəklərindən 

asılı olmayaraq onun içinə daxil edilirdi, (Yunan mifologiyasına görə Prokrustes-azğın bir quldur olub 

səyahət edənləri/zəvvarları zorla yatağa uzadır və onların yatağın ölçülərinə uyğun gəlməyən əzalarını 

kəsirdi;  

3) Dünya tarixində olan hadisələr və faktlar: e.g. to cross the Rubicon-Rubikonu keçmək, sonluğu 

dəyişməyəcək  və  çox  əhəmiyyətli  nəticələri  olacaq  nəsə  bir  şey  etmək,  Yuli  Sezar  müharibəyə 

başlamış  və  Rubikon  çayını  keçməklə  mühüm  qələbə  qazanmışdır;  to  meet  one's  Waterloo-öz 

Vaterlosu  ilə  üzləşmək,  əvvəlki  uğurundan  sonra  öhdəsindən  gələ  bilməyəcəyin  çətinlik/maneə  ilə 

üzləşmək  və  ya  məğlubiyyət  acısı  yaşamaq,  (kursiv  M.R.  Napoleonun  1815-ci  ildə  Vaterlo 

məğlubiyyətindən);  

4)  İngilis  dilinin  variantları:  e.g.  a  heavy  hitter-çox  güclü  və  çox  nailiyyət  qazanmış  bir  şəxs 

(ingilis dilinin Amerika variantında); a hole card-ehtiyacın olduqda hazır olan gizli üstünlük; be home 

and  hosed-nəyisə  uğurla  tamamlamaq,  işini  müvəffəqiyyətlə  başa  vurmaq  (ingilis  dilinin  Avstraliya 

variantında);    



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin