Conference committees conference chairs c


İngilis dili üç mərhələdən ibarətdir



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə98/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   94   95   96   97   98   99   100   101   ...   189

İngilis dili üç mərhələdən ibarətdir:  

 



Qədim ingilis dili – B.E. 450-1100 (Anqlosaks, Skandinaviya və qismən Latın dili) 

 



Orta dövr ingilis dili - B.E. 1100-1500 (Fransız-Norman, Latın, Yunan dilləri) 

 



Müasir ingilis dili: B.E. 1500-indiyə qədər (Yunan, Latın, alınma ingilis dili) 

İngilis sözlərinin mənşəyi 

Milli sözlər-Qədim İngilis dilli əlyazmalardan bizə məlum olan orijinal ingilis sözləridir. 

Alınma  sözlər-Digər  dillərdən  alınan,  ingilis  dilinin  standartlarına  uyğun  olaraq  fonetik  səs 

tərkibi, tələffüzü, paradiqma və ya mənası dəyişdirilən sözlərdir. 



Yerli lüğət tərkibi (Anqlosaks): 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1264



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

- Qrammatik sözlər (in, on, be, that) 

- Leksik sözlər (father, love, name

- Şəkilçilər (mis-, un-, -ness, -less



Alınma  sözlər:  İngilis  dilinin  lüğət  tərkibinin  formalaşmasında  350-dən  çox  dil  iştirak 

etmişdir: 

- Latın dili – (Xristianlığın yayılmasından sonra): bishop, church, priest 

- Skandinaviya dili: (Vikinqlərin işğalı-VIII əsr): egg, sky, window 

- Fransız dili: (Norman işğalı-XI əsr): warden, reward, mansion 

- Latın dili: (İntibah dövrünün sonu-XVI əsr) 

XVIII-XIX əsrlərdə alınma sözlər: 

- Avstraliya: boomerang, kangaroo 

- Yeni Zelandiya: kiwi, pakeha 

- Yava dili: batik, lahar 

- İspan dili: puma, quinine 

- İnuit dili: kayak, ogloo 



Ərəb  dilindən  ingilis  dilinə  ya  birbaşa,  ya  da  başqa  bir  vasitəçi  dillə,  xüsusilə,  ispan  dili 

vasitəsilə təxminən 900 söz keçmişdir: 

 



Birbaşa keçən sözlər:  

 



Algebra (al Jabr) 

 



Cipher (sifr, the name for zero) 

 



Alcohol (al quhul) 

 



Sugar (sukkar) 

 



Cotton (qutun) 

 



Coffee (kahwa) 

 



Lemon (limon) 

 



Checkmate (shek mat “şah öldü”) 

 



İspan dili vasitəsilə keçən sözlər: 

 



admiral, algorithm, almanac 

 



candy, chemistry, crimson 

 



magazine, mascara, mattress, mocha 

 



safari, sequin, sherbet, sofa, syrup 

 



 zenith, zero

 

 

 

İNGİLİSDİLLİ HƏRBİ DİSKURSUN XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

Aynur MƏMMƏDZADƏ  

Azərbaycan Dillər Universiteti 



mammedzade@yahoo.com 

AZƏRBAYCAN 



 

Hərbi diskurs mürəkkəb, çoxcəhətli linqvistik hadisədir. O, şübhəsiz, kifayət qədər müstəqilliyə 

malikdir  və  struktur  -  sintaktik  xüsusiyyətləri  baxımından  maraqlıdır.  Hərbi  diskurs  bu  gün  öz  janr 

xüsusiyyətlərini  dəyişir.  Bu,  hər  şeydən  öncə  hərbi  diskurs  sistemində  də  İKT-dən  geniş  istifadə  ilə 

bağlıdır. 

Ordu  diskursunun  baza  dəyərlərinə  hərbi  borc,  ölkənin  təhlükəsizliyi,  hərbi  hazırlığın  yüksək 

səviyyəsi, intizam, ordunun yüksək mənəvi hazırlığı, hərbi peşəkarlıq, orduya ictimai etibarın yüksək 

olması aiddir. Bütün diskurslar kimi, institusional diskurs da onun strateji xəttini və ya strategiyasını 

ehtiva edən intensiya planı özünü göstərir. 

İnstitusional  diskurs  linqvistik  və  ekstralinqvistik  hissələrin  sintezindən  ibarətdir.  Hərbi 

institusional diskurs spesifik linqvistik hissəyə və onu aktuallaşdırmaq üçün xüsusi situativ kontekstə 

malikdir.  Lakin  bu,  bütün  diskurslara  xas  olan  struktur  bölgüsündən  başqa  hərbi  diskursu  formal  və 

qeyri-formal  olmaqla  iki  əsas  hissəyə  bölməyimizə  imkan  verir.  Sözün  geniş  mənasında  hərbi 

diskursun  formal  hissəsinə  biz  hərbi-bədii  materialları,  hərbi-publisistik  və  hərbi-siyasi  materialları, 

hərbi-texniki  və  hərbi-elmi  materialları  və  ordunun,  silahlı  qüvvələrin  hərbi  təsisatlarının  həyat  və 

fəaliyyəti ilə bağlı idarəetmə aktlarını aid edə bilərik.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1265



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İngilisdilli hərbi diskursun öz leksik və sintaktik xüsusiyyətləri vardır. Hərbi-texniki materialların 

və  hərbi  sənədlərin  leksik  xüsusiyyətləri  birinci  növbədə,  hərbi  terminologiyadan  çox  istifadədir. 

Hərbi leksikanı adətən aşağıdakı əsas qruplara bölürlər: 

1) Bilavasitə hərbi iş, silahlı qüvvələr, silahlı mübarizə aparılması üsulları və bu kimi anlayışları 

bildirən hərbi terminologiya

2)  Özündə  elmi-texniki  terminləri  və  hərbçilərin  şifahi  nitqində  işlədilən  və  faktiki  olaraq  müvafiq 

hərbi terminlərin üslubi sinonimlər dəsti olan emosional çalarlı hərbi leksikanı (jarqon) birləşdirən hərbi-

texniki terminologiya. 

Bundan  başqa,  hərbi  materiallarda  sabit  ifadələrə  rast  gəlinir  ki,  onları  da  aşağıdakı  qruplara 

bölmək olar:(1) 

1) Hərbi aforizmlər, atalar sözləri və məsəllər: good beginning is half a battle  - yaxşı başlanğıc 



qələbənin yarısıdır;  

2) Frazeoloji birləşmələr: Head - we win, tails - we lose - batmaq, dibə getmək; to hit the silk - 



paraşütü açmaq. 

3) Əmrlər: shun/stand still - farağat; eyes, left - sola dön; arms, port - silah sinəyə; Halt! - Dur!; 



Column left, march! - sol çiyin irəli, marş!;  

Beləliklə,  hərbi  material  mətnlərinin  elmi,  texniki  və  ya  iş  sənədləri  ilə  çoxlu  ümumi 

xüsusiyyətlərinin olmasına baxmayaraq, yenə də onların özlərinin hərbi institusional diskursun ümumi 

xüsusiyyətləri  ilə  izah  olunan  spesifik  əlamətləri  var.  Struktur  aydınlığı,  anlayışların  müəyyənliyi, 

frazeoloji birləşmələrin sabitliyi – bunların hamısı hərbi materialların leksikasını ciddi strukturlaşmış 

və  qavrama  və  başa  düşmə  üçün  kifayət  qədər  sadə  edir.  Eyni  zamanda  xüsusi  hərbi  leksikanın 

çoxluğu, çoxsaylı ixtisarlar və abbreviaturalar hərbi sənədlərin başa düşülməsini çətinləşdirir. 

Hərbi materialların səciyyəvi sintaktik xüsusiyyətləri onlarda aşağıdakı konstruksiyalardan geniş 

istifadədir: 

Məchul növdən: Military medical centers in Germany and the U.S. are occupied by many service 



members 

injured 

in 

Iraq 

and 

Afghanistan. 

Getting 

them 

there 

isn’t 

easy 

(http://airman.dodlive.mil/2013/05/after-the-battle/#sthash.PI9rK4t3.dpuf). 

Cerund  konstruksiyalarından:  By  performing  such  studies  up  front,  the  Army  is  able  to  save 

resources and avoid investing in inappropriate solutions that will result in a waste of money and other 

precious resources (http://www.squidoo.com/mil-jokes). 

Məsdər konstruksiyalarından: The Army invests in studies to determine the best course of action 



in  addressing  specific  issues.  Army  analyses  range  from  studies  to  support  network  operations, 

(http://www.army.mil/article/10642).  Formal  hərbi  diskursdan  fərqli  olaraq,  qeyri-formal  hərbi 

diskursun əsasında şifahi nitq ünsiyyəti durur.  

Hərbi  diskursun  qeyri-formal  tərkib  hissəsini  onun  linqvistik  və  ekstralinqvistik  tərkib  hissələri 

baxımından nəzərdən keçirəndə, ünsiyyətin situativ kontekstinin son dərəcə vacib olduğunu qeyd etmək 

lazımdır.  Orduda  qeyri-formal  ünsiyyət  yalnız  kommunikantların  nisbətən  bərabət  status-rol  münasi-

bətləri  şəraitində  mümkündür,  yəni  slenq  və  gündəlik  danışıq  ifadələrindən  istifadə  ilə  ünsiyyət  hərbi 

məktəbin  kursantları  ilə  zabit  heyəti  nümayəndələri  arasında  deyil,  daha  çox  əsgərlər  arasında 

mümkündür.  Bu,  bir  daha  ordu  həyatının  və  hərbi  diskursun  əsas  məqamlarından  biri  kimi 

subordinasiyanın əhəmiyyətini vurğulayır və ünsiyyətin, hətta bir sosial qrup daxilində, getdiyi mühitin 

yekrəng olmadığını göstərir.  

Hərbi  lətifə  qeyri-formal  hərbi  diskursun  əsas  hissəsi  hesab  olunur.  Ordu  yumoru  etik  dəyər 

statusunun və ordu gerçəkliyinin səciyyəvi cizgilərinin aşağı salınmasına yönəldilib. Ordu yumorunun 

təhlili həm də göstərir ki, onlarda zabit heyəti nümayəndələri yaxşı cəhətdən, ali insani keyfiyyətlərin 

daşıyıcıları kimi göstərilmirlər, adətən onların neqativ cəhətləri qabardılır ki, bu da onların statusunun 

aşağı salındığını göstərir. 

Etiket qaydasının pozulması: Military etiquette 

Officer: Soldier, do you have change for a dollar? 

Soldier: Sure, buddy. 

Officer: That’s no way to address an officer! Now let’s try it again. Do you have change for a 

dollar? 

Soldier: No, SIR! (http://www.swapmeetdave.com/humor/miljoke.htm). 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1266



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Hərbi lətifədə hansı dəyər xarakteristikalarının gülüş hədəfi olmasının nəzərdən keçirilməsi vacib 

görünür. Qeyd etmək lazımdır ki, mövzu dairəsinə görə hərbi lətifələr “mülki” lətifələrdən geri qalmır. 

Hərbçiləri bildirən sözlər nəzərə alınmazsa, onlar arasında hədd qoymaq çox çətindir.  

Hərbi  publisistik  qəzet  materialların  yerinə  yetirdiyi  mühüm  funksiyalardan  biri  də  təsir 

funksiyasıdır. Ümumiyyətlə, publisistik qəzet üslubu üçün ən mühüm təsir funksiyası qəzetin təyinatı 

ilə şərtlənir: informasiya verəndə müəyyən ictimai mövqeyi ifadə etmək və oxucunu onun həqiqiliyinə 

inandırmaq.  Başqa funksional üslublarla  müqayisədə,  N.İ.Kluşinanın  fikrincə, ekspressivliyə  çatmaq 

vasitələri və üsullarının payı publisistik nitqdə xeyli yüksək olur. 

İngilis hərbi media diskursunda çoxlu ekspressiv vasitələr (emosional-qiymətləndirmə leksikası, 

məcazlar, sintaktik konstruksiyalar, o cümlədən fiqurlar və s.) var ki, jurnalistlər onlardan istifadə edir, 

məntiqi  vurğuları  düzür,  dillə  eksperimentlər  aparır,  standart  və  ekspressiyanı  üzvi  surətdə 

birləşdirərək  oxucu  diqqətini  cəlb  etməyə  çalışırlar.  Q.Y.Solqanikin  fikrincə,  ekspressivlik 

kateqoriyasını  “Publisistik  qəzet  üslubu  çərçivəsində  qiymətləndirmə  növ  anlayışına  nisbətdə  şəkil 

anlayışı kimi nəzərdən keçirmək məqsədəuyğundur”. 

Təsiretmə funksiyasının təsiri altında hərbi publisistika dilin müxtəlif sahələrindən sözləri dəyişərək 

onlara  qiymətləndirmə  mənası  verir.  Metaforlardan,  məsələn,  xüsusi  leksikanın  məcazi  mənada 

işlədilməsindən, çox istifadə edilir: European manufactures have played their cards well, and can now 



compete on equal terms with their US cousins. D.N.Şmelyovun fikrincə, müasir qəzet publisistikasının 

səciyyəvi xüsusiyyətlərindən biri terminlərin metaforikləşməsidir. 

Hərbi  diskurs  vahidlərindən  metaforik  istifadə  digər  tip  diskursların  hərbiləşdirilməsinə  səbəb 

olmuşdur. Hərbiləşdirmə dedikdə yalnız kommunikasiyanın aqressiv yönümlülüyü başa düşülməmə-

lidir. “War”, “fight”, “combat”, “battle” kimi hərbi nominasiyalar hərbi diskursun özünün tərkibində 

belə  xeyli  aqressiv  obrazlılığa  malikdirlər,  amma  onun  hüdudlarından  kənara  çıxanda,  onlar  “fiziki 

məhv” semasını itirir və KİV mətnlərində xeyli parlaq, “cəlbedici” metaforlar yaradırlar. 

 

 



İNKARLIQ SAHƏSI VƏ ONUN QURULUŞ XÜSUSIYYƏTLƏRI 

 

Venera SULEYMANOVA 

Qafqaz Universiteti 

vsuleymanova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Bütün  dil  səviyyələrindən  olan  ifadə  formaları  və  komponentlər  sistemi  təsdiqlik  və  inkarlıq 



makrosahəsi kimi nəzərdən keçirilir ki, bu da implisit inkarlıq vasitələri də daxil olmaqla təsdiqlik və 

inkarlığın ifadəsinə xidmət edir. İnkarlıq kateqoriyasının tədqiq olunduğu müxtəlif mənbələri nəzərdən 

keçirdikdə aydın olur ki, inkarlığın linqvistik ifadəsi, funksional-semantik xüsusiyyətlərini yalnız sahə 

metodu  əsasında  aşkara  çıxarmaq  mümkündür.  İnkarlıq  semantikasının  reallaşmasında  müxtəlif  dil 

səviyyələrindən  olan  ifadə  vasitələrinin  iştirakı,  başqa  sözlə,  müxtəlif  periferik    komponentlərin 

inkarlıq  sahəsinin  dominant  konstituenti,  nüvə  qatı  ətrafında  qruplaşması  onlara  vahid  funksional-

semantik  sistem  kimi  yanaşmağa  tam  əsas  verir.  Binar  təsdiqlik-inkarlıq  sahəsi  isə  bütövlükdə 

makrosahəni əmələ gətirir. İnkarlıq sahəsinin konstituentlərini nəzərdən keçirdikdə aydın olur ki, dildə 

inkarlıq mənasının gerçəkləşməsi yalnız qrammatik vasitələrlə, müəyyən mücərrədləşmə səviyyəsinə 

çatmış inkarlıq komponentləri (not, no, never, nothing, nobody, neither və s.) ilə məhdudlaşıb qalmır. 

Bütün  dil  səviyyələrindən  olan  ifadə  vasitələri  bu  prosesə  cəlb  olunur.  Zəngin  kontekst  vasitələri, 

sintaktik-frazeoloji  vahidlər,  sual  cümləsi-nəqli  cümlə,  sual  cümləsi-əmr  cümləsi  transformasiyaları, 

leksik  vasitələr,  privativ  fellər  də  daxil  olmaqla  zəngin  ifadə  formaları,  implisit  inkarlıq  şəkilləri 

inkarlıq kateqoriyasının, habelə binar təsdiqliyin ifadəsinin rəngarəngliyini şərtləndirir. 

Dilçilik  ədəbiyyatında  mərkəz-ucqar  strukturunun  təyin  olunmasında  müxtəlif  meyarların tətbiq 

edilməsi  diqqəti  çəkir.  Fr.Daneş  mərkəz-periferiya  struktur  əlaqələrini  dil  elementlərinin  inteqrasiya 

dərəcəsi, onların sistem daxilində və konkret nitq aktındakı funksional həcmi və işlənmə tezliyinə görə 

xarakterizə  edir.  S.Abdullayev  “Müasir  alman  və  Azərbaycan  dillərində  inkarlıq  kateqoriyası”  adlı 

kitabında mərkəz-periferiya strukturunu aşağıdakı diferensial əlaqələr şəklində təqdim edir:  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1267



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1)  dil  elementləri  inteqrasiyasının  daha  yüksək  səviyyəsi  –  inteqrasiyanın  nisbətən  aşağı 

səviyyəsi;  

2) başlıca komponentlərin daha “ağır” funksional yükə malik olması;  

3) komponentlərin funksional çəkisinin aşağı kəmiyyət dərəcəsi; 

4) daha yüksək işlənmə tezliyi- işlənmə tezliyinin nisbi minimallıq həddi.   

V.Q.  Admoni 

sahədaxili əlaqələri aşağıdakı kimi təsəvvür edir: mərkəz sahəsində əlamətlərin tamlığı və intensivliyi 

– onların periferiyada-ucqar zonalarda getdikcə zəifləməsi qaydası. A.V.Bondarko rus dilinin materialı 

əsasında mərkəz periferiya qarşılaşmasını aşağıdakı əlamətlər prizmasından şərh edir:  

1) spesifik əlamətlərin cəmləşməsi, maksimal konsentrasiyası (mərkəz); 

2) belə əlamətlərin zəifləməsi, daxili gərginliyin azalması, kontaktlıq-diffuzluq (periferiya); 

3) qarşılaşdırmalar sistemində daha fəal iştirak etmək (mərkəz); əlaqələr şəbəkəsinin yayğınlığı, 

təcrid, keçid həddinin meydanda olması (periferiya); 

 

4) maksimal funksional yüklənmə (mərkəz) – funksional yüklənmənin zəifləməsi (periferiya); 



5) müəyyən semantik funksiyanın reallaşması üçün daha yüksək ixtisaslaşma səviyyəsi (mərkəz) 

–  ixtisaslaşmanın  aşağı  səviyyəsi,  həmin  funksiyanın  reallaşmasında  yardımçı  rola  malik  olmaq 

(periferiya); 

6) müvafiq dil elementinin müntəzəmliyi, yüksək işlənmə tezliyi (mərkəz) – qeyri müntəzəmlik 

və ya az müntəzəmlik, az işlənmə (periferiya). 

Bu  deyilənlərə  S.Abdullayev  "əsas  və  ucqar  komponentlərin  funksional  və  semantik-

kommunikativ perspektivlərinin mühüm göstəricisi olan" bir tamamlayıcı əlaməti-maksimal neytrallıq 

və  optimallıq  (mərkəz)-nüvə  qatından  uzaqlaşdıqca  neytral  üslub  layının  seyrəkləşib-zəifləməsi  və 

affektiv-psixoloji başlanğıcın güclənməsini də əlavə etmişdir. 

Məlumdur  ki,  funksional-semantik  sahənin  dominantından  sahənin  ucqarlarına  doğru  getdikcə 

konstituentlərin  –  no,  neither,  never,  nobody,  nowhere,  barely,  hardly,  no  sooner  …  than  və  s. 

sərbəstlik  qazanması  emosional  çalarlıq  üçün  nisbi  imkan  yaradır.  Mərkəzi  və  periferik  ifadə 

fiqurlarının  üslubi  istifadə  dairəsi  işlənmə  tezliyi  də  məhz  bu  funksional-semantik  uyarlıq, 

kommunikativ qanuna uyğunluqla tənzim olur. 

Belə  bir  universal  sahə  uyarlığı  mövcuddur  ki,  qrammatik  nüvə  komponentləri  (not  ədatı  kimi) 

istisnasız  olaraq  bütün  funksional  üslublarda  işləndiyi  halda,  sahənin  periferiyasında  yerləşən 

konstituentlər  neytrallığı  itirdiklərindən  nisbətən  məhdud  dairədə  fəaliyyət  göstərir,  müəyyən  üslubi 

məqsədəuyğunluğun  ifadəsi  kimi  işlənir.  Məsələn,  ingilis  dilində  modallıq  sahəsinin  ucqarlarında 

yerləşən,  həqiqilik  modallığını  intensivləşdirən  qüvvətləndirici  modal  sözlər  (surely/undoubtedly/ 

certainly we can arrange the meeting; / May whiskey turn to clabber in his mouth, and every time he 

sneezes may he blister the soles of his feet- tipli sabcanktiv cümlələr, Take that, ye punkin-coloured 

assassin! – tipli əmr cümlələri belə funksional-üslubi məhdudluqla xarakterizə olunur. 

Müxtəlif linqvistik sahələrin struktur təşkilini nəzərdən keçirdikdə semantik əlamətin müntəzəm 

və ya, əksinə, qeyri-sabit dil vasitələri ilə reallaşdığı bəlli olur. Məsələn, müasir ingilis dilində canlılıq-

cansızlıq sahəsi aşağıdakı struktur laylarda görünür: 1) ismin zəif hallanması; 2) isimləşmiş sifət və 

feli sifətlərin qrammatik cinsi; 3) naqis təsrifli fellər; 4) şəxs, sual və qeyri-müəyyən əvəzliklər (we, 

how,  what,  anyone,  no  one,  everybody  və  s.);  It  mübtədalı  cümlə  modeli;  6)  şəxssiz  passiv  cümlə 

modelləri və s. 

German  dillərinə  məxsus  olan  ingilis  və  alman  dillərində  canlılıq  və  cansızlıq  anlayışlarının 

ifadəsinin  reallaşmasında  bütün  ifadə  vasitələrini  öz  ətrafında  toplaya  bilən  qrammatik  mərkəz 

olmadığına  görə  canlılıq-cansızlıq  qrammatik  kateqoriyası  da  mövcud  ola  bilmir.  Qeyd  edək  ki, 

Azərbaycan dilində də canlılıq-cansızlıq qrammatik kateqoriyası mövcud deyil. 

İngilis dilində inkarlıq sahəsinin leksik-qrammatik quruluşunun geniş təsvirini T.Ernest, E.Klima, 

C.L.Baker,  A.H.Donla  yanaşı  V.V.Yuxt  da  vermişdir.  Həmin  tədqiqatçıya  görə  müxtəlif  linqvistik 

sahələrin  struktur  tərtibini  nəzərdən  keçirdikdə  dominant  mərkəzi  və  periferik  ifadə  fiqurlarının 

müxtəlif  üslubi  işlənmə  dairəsi  müşahidə  olunur.  Bunu  nəzərə  alaraq  demək  mümkündür  ki,  ingilis 

dilinin inkarlıq sahəsinin mərkəzində, yuxarıda da təsvir etdiyimiz kimi, həm predikativ, həm də qeyri-

predikativ  inkarlıq  əmələ  gətirən  “not”  partikeli  dayanır.  Ümumiyyətlə,  inkarlıq  müxtəlif  dil 

səviyyələrindən  olan  ifadə  vasitələri  ilə  reallaşdığı  üçün  funksional-semantik  kateqoriya  kimi  tədqiq 

olunur. Qeyd etdiyimiz kimi, inkarlıq mənası yalnız qrammatik “not” ədatı ilə deyil, həm də müxtəlif 

əvəzlik,  zərf,  bağlayıcı,  leksik-frazeoloji  vasitələr,  privativ  sözlər,  digər  morfoloji  və  sintaktik 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1268



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

konstituentlərin  funksional  vəhdəti  sayəsində  ifadə  oluna  bilir.  Həmin  sahənin  periferik  qatında 

inkarlığın leksik yolla düzəldilməsinə xidmət edən un-, in-, im-, non-, de-, -less, dis-, a-, ab- və s. inkar 

prefiks və suffiksləri yer tutur. İnkar affikslərdən savayı inkarlıq sahəsinin periferik-ucqar zonasında 

implisit  inkarlıq  ifadə  edən  intonasiya,  vurğu  və  s.  kimi  komponentlər  yer  alır  ki,  bu  haqda  A.T. 

Əmirov  yazır:  “Cümlənin  leksik-qrammatik  quruluşunda  intonasiya  elə  böyük  rol  oynayır  ki,  onun 

vasitəsilə təsdiq cümləyə inkar məna yükləmək mümkündür”. Müəllifin də qeyd etdiyi kimi, implisit 

ifadə  şəkilləri,  zəngin  kontekst  vasitələri  inkarlığın  ifadəsində  incə  münasibətlər  yaradır  ki,  belə 

funksional-semantik  və  kommunikativ-üslubi  əlaqələrin,  müxtəlif  komponentlərin  tədqiqinə  geniş 

imkan  sağlayan  sahə  metodu  inkarın  rəngarəng  ifadə  variantlarını  toplamaq,  onun  müxtəlif  məna 

çalarlarını  və  sintaktik-üslubi  xüsusiyyətlərini  ümumiləşdirib  sistemləşdirmək  baxımından  mühüm 

nəzəri və praktik əhəmiyyət daşıyır.  

 

 

İNTERFERENSİYA NƏTİCƏSİNDƏ DİLİMİZƏ                                        



DAXİL OLAN ƏCNƏBİ SÖZLƏR 

 

Kəmalə CƏFƏROVA 

Azərbaycan Dillər Universitetinin 

kamacafarova_adu@mail.ru  

AZƏRBAYCAN 

 

Müasir  dövrdə  ingilis  dili  beynəlxalq  dil  səviyyəsində  öyrənilir  və  biz  də  bunu  gündəlik 



həyatımızda  hiss  edirik.  Beynəlxalq  əlaqələrin  inkişafı  və  onlar  arasında  xarici  dilin  funksiyasının 

artması,  dünya  mədəniyyətlərinin  ingilis  dilində  öyrənilməsi  və  fərdlər  arasında  ikidilliliyin  artması 

prosesində özünü göstərir. Məhz, bu proses özünü ən çox xarici şirkətlərdə, firmalarda və təşkilatlarda 

fəaliyyət  göstərən    gənclər  arasında  biruzə  verir.  Məsələn,  bu  ğün    internet,  compüter,  marketing, 

server,  pleyer,  reyting,  limit,  market,  şou,  şoumən,  şoubizness,  klip,  kontur,  broker,  biznes,  brifinq, 

bos, kontrol, konflikt, adaptr və s. bu kumi sözlər artıq dilimizə daxil olmuşdur.  

Dilimizə daxil olan bu sözlər bəzən dil normalarını pozur,bəzən də olduğu kimi qəbul edilir. Bu 

zaman dildə interferensiya hadisəsi baş verir, yəni bir dil digərinə müdaxilə etməklə ona təsir göstərir. 

Əcnəbi  dil  elementlərinin  və  ya  struktur  modellərinin  ana  dilə  keçməsi  dilçilikdə  diffuziya  hadisəsi 

kimi  şərh  edilir.  Diffuziya  hadisəsinin  baş  verməsi  üçün  ilkin  şərait  əlbəttə  ki,  ikidilli  insanın  bir 

dildən  digər  dilə  keçməsidir.  Diffuziya  prosesinin  özü  iki  mərhələyə  bölünür:  a)  interferensiya;  b) 

inteqrasiya. 

İnterferensiya və inteqrasiya arasında dilçilikdə hələ tam sərhəd müəyyənləşdirilməmişdir. Belə 

hallarda tədqiqatçılar baş verən prosesin istifadə ardıcılllığına əsaslanırlar. Dildə epizodik olan, ancaq 

dil əlaqələri nəticəsində yaranan və yayılan hallar interferensiya sahəsinə aid edilir. Artıq innovasiya  

olmayan,  yeni  sistemdə  ardıcıl  olaraq  işlənən  hallar  isə,  inteqrasiya  mərhələsinə  aid  edilir.  İlkin 

mərhələdə  bilinqv  tərəfindən  linqvistik  dəyişiklik  normadan  kənara  çıxma  kimi  qəbul  edilir  və  

yuxarıda qeyd etdiyimiz kimi, bu hal gələcəkdə  normaya  çevrilə  və ya çevrilməyə də bilər. Bu halda 

dil  normalarından kənara çıxma dildə nəzərə çarpmır və o artıq inteqrasiya mərhələsinə qədəm qoyur 

və  dilin tərkib hissəsinə çevrilir. İkinci dilin elementlərini qəbul edən  kollektivin üzvləri sözü doğma 

söz kimi qəbul etdikdə söz inteqrasiya  mərhələsinə qədəm qoymuş sayılır. Buna misal olaraq  müasir 

Azərbaycan danışıq dilində dilimizə keçmiş ərəb və fars mənşəli  məktəb, kitab, məktub, məscid, elm, 



alim,  təlim,  xətt,  rəssam,  ailə,  eşq,  aşiq,  təşkilat  və.s  sözləri  göstərmək  olar.  Eyni  sözləri  fonetik, 

morfoloji  və  sintaktik  dəyişikliklər  haqqında  da  demək  olar.  Nitqdə  təmasın  təsiri  nəticəsində  

epizodik  olaraq  yaranan  və  yayılmayan  (dildə  normaya  çevrilməyən)  hallar  interferensiya  sahəsinə 

aiddir. Təəssüf ki, bu meyarlar həmişə etibarlı olmur. Buna misal olaraq Azərbaycan danışıq dilində 

işlənən bir çox rus və ingilis sözlərini də misal göstərmək olar. Məsələn, vabşe (ümumiyyətlə), plyaj 

(çimərlik), fortoçka  (nəfəslik),  xaladelnik  (soyuducu), astanovka  (dayanacaq),  şofer  (sürücü),  tormoz 

(əyləc),  butka  (dükan),  prosta  (sadəcə),  zakaz  (sifariş),    prava  (sürücülük  vəsiqəsi)və 

yaxudstandartlar,  region,  referendum,  kontekst,  investitsiya,  kapital,  şopinqvə  s.  Biz  gündəlik 

həyatımızda  dəfələrlə  bu  cür  hallarla  rastlaşırıq.  Məsələn,  Get  “fortoçkanı”  aç,      Sabah  “şopinqə” 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin